AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI
GƏNCƏ REGIONAL ELMI MƏRKƏZ
GƏNCƏ FOLKLORU
ANTOLOGIYASI
II
KITAB
ƏSGƏROĞLU – 2008
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional
Elmi Mərkəzin Elmi Şurasının qərarı ilə çap olunur.
Toplayanı və tərtib edəni: f.e.n. RUZİYƏ QULİYEVA
AYNUR MİRİŞLİ
Redaktor: AMEA-nın müxbir üzvü, prof. F.Y.ƏLİYEV
Rəyçi: f.e.d., prof. MƏHƏRRƏM QASIMLI
Kitabın işıq üzü görməsinə maddi və mənəvi dayaq
olduğuna görə Gəncə şəhəri Nizami Bələdiyyəsinə və
bələdiyyə sədri FAİQ ƏHMƏDOVA dərin minnətdarlığımızı
bildiririk.
Gəncə folkloru antologiyası, II kitab.
Gəncə, «Əsgəroğlu» nəşriyyatı - 2008
AMEA Gəncə Regional Elmi Mərkəzin nəşr etdirdiyi
«Gəncə folkloru antologiyası» silsiləsindən olan bu yeni
cilddə Gəncəbasara aid mərasimlər, nağıllar, dastanlar,
aşıqlar və el şairlərinin yaradıcılığından əlvan və təkrarsız
söz inciləri toplanmışdır.
Qrif: İJBN 5 – 8066 – 1638 - 4
1401000000
655 (07) – 2004
2
QUDA-QUDA
Qız evində toydan qabaq Quda-quda oyunu keçirilir. Hər
iki tərəfdən qız-gəlinlər yığışır. Oğlan tərəf deyir, qız evi cavab
verir.
Oğlan tərəf:
A quda-quda,
Can quda,
Gözləri mərcan quda,
Gəl alışaq,
Gəl verişək,
Təknə-qabaq quruşaq.
Qız tərəf:
A quda-quda,
Can quda,
Gözləri mərcan quda,
Alışmışıq,
Verişmirik,
Təknə-tabaq quruşmuruq.
Oğlan evi:
Ağca biləyim quda,
Nədir diləyin, quda,
Oğlan bazara gedir,
3
Nədir diləyin quda?
Qız evi:
Hamam, hovuz, anacan,
Suyu soyuq, anacan,
Qızın hamama gedir,
Tumanı yox, anacan.
BAŞMAQ ÇIRPMA
Quda-quda oyunundan sonra Başmaq çırpma oyunu olur.
Oyun belədir: İki qız yerdə qabaq-qənşər oturur, ayaqlarını
uzadır. Ayağın pəncələri bir-birinə söykənir. Nişanlı qızlar
oturanların ayaqları üstündən bir-bir hoppanır. Hoppanan qız
nişanlısının adını deməlidir. İşdi deməsə, başmağın tayını
harasına gəldi çırparlar.
HALAY OYUNU
Qız evində Halay oyunu keçirilir. Qızlar halay qurub
dövrə vururlar. Arxada bir qız deyir:
Haxışta cərgə-cərgə,
Gəl gedək əmimgilə,
Əmimgil də olmasa,
Allahdan ölüm dilə.
Başqa bir qız dairəyə girib deyir:
Qara atı yağladım,
Çilləkənə bağladım.
Gözlədim yar gəlmədi,
4
Hönkür-hönkür ağladım.
Üçüncü qız dairəyə girib deyir:
Uzun damdan dam olmaz,
Dibinə kölgə salmaz.
A qarayanız xas oğlan,
Daha sən deyən olmaz.
Dördüncü qız girib oxuyur:
Sandıq üstə gəzərəm,
Sandığa gül bəzərəm.
Ağır elin qızıyam,
Qəriblikdə gəzərəm.
Beşinci qız dairəyə girib deyir:
Aftafa gum-gum eylər,
Basdıqca gum-gum eylər.
Yar yarına qovuşsa,
Bayramın o gün eylər.
BƏY TƏRIFI
Toyun ən şirin yeri Bəy tərifidir. Toyun sonuna yaxın
mağarın ortasında ayrıca masa qoyur, üstünə qırmızı örtük
salır, vaz bəzəyirlər. Bəyin özü, sağdışı və solduşu əyləşir, aşıq
bəyi tərifləməyə başlayır. Aşığın yanında məclis əhlini yaxşı
tanıyan bir nəfər dayanır, toydakıların adlarını bir-bir çəkir.
Onlar da gəlib nəmər qoyur, bəyin qoluna, boynuna qırmızı
kələğayı bağlayırlar. Bəy tərifi başlayır:
Xonçana düzdürdük noğulnan badam,
Toyunu elədik, ürəkdən şadam,
5
Sağ olsun başına yığılan adam,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
Göydə bir ulduz var adı Talıbdı,
Bəyin anasında nəmər qalıbdı,
Bəyin bacısında nəmər qalıbdı,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
Qızılgül qönçəsi, nərgiz butası,
Bizə xələt versin bəyin atası,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
Dəryada qərq oldu Nuhun gəmisi,
Bizə xələt versin, bəyin əmisi.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
Ay borc olsun!
VERDIK BIR DANA
Gəlini ata evindən çıxarıb aparanda oğlan adamı qız
adamına acıq verər:
Verdik bir dana,
Aldıq bir sona.
Ay qız adamı,
Qal yana-yana.
6
ƏLLAMƏNIN NAĞILI
Biri varıydı, biri yoxuydu. Keçmiş zamanlarda bir
qocayla bir qarı varıydı. Bunların övladları yoxuydu. Bu dərd
azmış kimi yoxsulluq da yapışmışdı yaxalarından. Deyirəm
Allah düşmənimi də çörəknən imtahan eləməsin. Kişi gecə-
gündüz işləsə də ocaxlarında bin-bərəkət olmazdı. Beləcə bir
qarın ac, bir qarın tox dolanardılar.
Kasıbçılığın üzü qara olsun. Bunnarın yatmağa yorğan-
döşəyi də yoxuydu. Elə bir həsiriydilər, bir Məmmədnəsir.
Kişinin dədə-babadan qalma köhnə bir kilimi varıydı. Onu da
gündüzləri altlarına salıb yemək yeyər, gecələri isə üstlərinə
yorğan eliyib yatardılar.
Beləcə qocayla qarı yaşamaqlarında olsunlar. Sizə
kimdən xəbər verim? Nədən xəbər verim? Bir qoca dərvişdən.
Günlərin bir günü bu dərviş baba oxuya-oxuya gəlib çıxır
qocaların qapısına. Cünün cünorta çağı olur. Qapını dərvişin
üzünə arvad açır. Elə açdığına da peşman olur. Görür ki,
qabağında bir baba dərviş durub. Arvad qalır mat-mətəl. Bir
xeyli götür-qoy eliyir. Öz-özünə fikirləşir ki, dərvişi əliboş
qaytarmazlar. Beyqafıl yadına kilim düşür. Deyirəm Allah
hamının ürəyinə görə versin! Arvad kirmişcə kilimi qatdıyıb
7
verir dərvişə. Dərviş də kilimi vurur qoltuğuna. Cibindən bir
alma çıxardıb arvada deyir:
- Ay bacı, Allah sənnən razı olsun! Götür bu almanı. Bu
alma sən bilən almalardan döyül. Bu alma muraza yetirən
almalardandır. Bax, kişi evə gələn kimi almanı tən bölərsiz.
Yarısını sən yeyərsən, yarısını da verərsən kişiyə. Vədə tamam
olanda dünyaya bir oğlan gətirəssən. Nəbadə uşağa ayrı ad
qoyasız ha. Onun adı Əllamə olmalıdır.
Dərviş bunu deyib qeyb olur. Arvadın lap matı-qutu
quruyur. Ha o tərəf-bu tərəfə baxırsa, dərvişi görənmir ki,
görənmir. Çarəsiz qalıb keçir içəri. Almanı gizlədib başlayır
kişini gözləməyə.
Sizə kimnən xəbər verim? Güc-bəlaynan cütünü sürən
qocadan. Elə ki şər qarışır, kişi yorğunnuqdan canı çıxmış
halda gəlib çıxır öyünə. Ta ağzına bir tikə qoymağa da halı
olmur. Öz-özünə deyir, elə kəlləni atıb yatmaq hamısınnan
yaxşıdır. Gözünnən ha gəzir, kilimi tapmır. Deyir yəqin arvad
harasa qoyub. Tez arvadını səsləyir:
- Arvad, ay arvad. Deyirəm zəhrimara qalmış qocalıq öz
sözünü deyir ha. Yuxum gəlir. Yatmaq istəyirəm. Kilimi də
tapmıram ki, üstümə örtüm. Dur bir sən də bax. Gör tapa
bilirsənmi?
Deyirəm Allah heç kəsi daramanda qoymasın. Arvad
yaman qorxuya düşür. Elə istiyir nəysə desin. Dili-ağzı
quruyur. Hannan-hana özünə gəlib dillənir:
- Kişi, ay kişi. Bilirsən kilimimiz yaman kirlənmişdi.
Üstündə də əl qalınlığında toz varıydı. Bilmirsən ki, varımız da
o kilimdir, yoxumuz da. Kirlimi saxlıyardım?
Kişi cin atına minir. Gözünü yumub ağzını açır:
- Belə yuyubsan, qələt eliyibsən. Gətir elə yaş-yaş sal
üstümə. O kilim mənim dədəmnən qalıb, sənin yox. Bir
gənəşəydin. Görəydin mən qoyurammı yumağa.
Arvad yaman pərt olur. Ömründə heç kişini belə
görməmişdi. Birtəhər özünə gəlib, dərviş əhvalatını söyləyir.
8
Kişi olub-keçənnəri dinliyib bir xeyli fikrə gedir. Övladsızlıq
dərdi onu yaman yandırmışdı. Yoxsulluq bu dərdin yanında
toya getməliydi. Arvad görür ki, kişidən səs-səmir çıxmır. Bir
kəlmə də kəsmir. Gedib dərviş verən almanı gətirir. Kişi
almanı əlinə götürüb başlayır tamaşa eləməyə. Öz-özünə
fikirləşir ki, ömrümdə heç belə alma görməmişəm.
Nə başınızı ağrıdım. Arvad almanı dərviş deyən kimi tən
ortadan bölür. Almadan bir ətir yayılır ki, az qalır adamı bihuş
eləsin. Beləcə hər ikisi almanı yeyib şükr edirlər.
Deyirəm Allah hamını arzusuna çatdırsın! Vaxt keçir.
Vədə tamam olur. Arvad dünyaya bir uşaq gətirir. Onnar
Allaha şükr eliyillər. Çağanın adını da dərviş deyən kimi
Əllamə qoyurlar.
Bu Əllamə bir ruzulu olur ki, gəl görəsən. Ta dünyaya
gələnnən qocaların öyünnən bin-bərəkət əskik olmur. Hələ bu
harasıdır. Əllamə heç başqa uşaqlara bənzəmir. Elə tez yekəlir
ki, adam lap mat qalır. Beləcə üç ayını tamamlamış olur.
Günnərin bir günü arvad əppək bişirmək istiyir. Çağanı
gətirir həyətə qoyur ki, gözü üstündə olsun. Bisimillah eləyib
başlayır əppək yapmağa. Başı əppəklərə nətər qarışırsa, çağa
yadınnan çıxır. Bir də ayılır ki, Əllamənin səsi aləmi başına
götürüb. Arvad tez özünü yetirib başlayır çağanı kiritməyə.
İndi də əppəklər yadınnan çıxası olur. Elə ki Əllamə sakitləşir,
arvadın gözü təndirə sataşır. Yadına əppəklər düşür. Özünü
yetirib təndirə boylanır. Görür əppək nə gəzir, hamısı kösövə
dönüb. Öz-özünə deyir ki, eyb etməz. Kündələr yenə də var.
Onnarı bişirərəm. Ac qalmarıq. Elə bu vaxt arvad gülmək səsi
eşidir. Qanrılıb səsə boylananda lap matı-qutu quruyur. Nə
görsə yaxşıdır? Sən demə şaqqanaq çəkib gülən Əllaməymiş.
Arvad özünü nətər itirirsə, başlıyır qaçmağa. Ta ki, Əllamənin
səsi genə aləmi başına götürəndə durur:
- Ana, ay ana! Hara qaçırsan? Adam da öz uşağından
qorxub qaçar? Tez elə. Gəl yerdə qalan kündələrdən əppək
9
bişir. Sonra da onnarı qoy bələyimə. Mən də dədəmə aparım.
Yazıq indi acından ölür.
Arvadın dili elə ağzındaca quruyur. İstiyir nəysə desin,
deyənmir ki, deyənmir. Hannan-hana özünə gəlir. Kirmişcə
başlayır əppəkləri bişirməyə. Elə ki, əppəklər hazır olur, arvad
onlardan boxça düzəldib bağlayır Əllamənin bələyinə. İşini
bitirən kimi Əllamə deyir ki, gözlərini yum. Arvad sorğu-
sualsız gözlərini yumur. Bir də o vaxt açır ki, Əllamədən əsər-
əlamət yoxdur. O tərəf bu tərəfə boylanıb oğlunu görənmir ki,
görənmir. Çarəsiz qalıb: «Allah, özün balamı qoru!» - deyir.
Arvad burda qalmaqda olsun. Sizə kimdən xəbər verim,
Əllamədən. Əllamə bir göz qırpımında peyda olur əkin yerində.
Başlayır dədəsini səsləməyə:
- Dədə, ay dədə. Mən gəlmişəm ey…
Heç nədən xəbərsiz kişi ha o yan-bu yana baxırsa gözünə
bir inni-cinni dəymir ki, dəymir. Fikirləşir ki, ta əməlli-başlı
qocalıb. Yəqin onu qara basır. Elə istiyir əlini xışa uzatsın,
görür yox, bu səs nə əməldirsə genə qulağını deşir:
- Ay dədə, sənə demirəmmi mənəm. Niyə yanıma
gəlmirsən? Yolu tapanmırsansa elə getdiyin cızla da geri qayıt.
Bax məni onda görəssən.
Kişi: «Lənət sənə kor şeytan!» - deyib elə gəldiyi cızla da
qayıdası olur. Cızın başına çatanda Əllaməni görüb qorxuya
düşür. Hannan-hana özünə gəlib yavaşca deyir:
- Görəsən arvad hanı ki, bu çağa təkcənə ləkdədir.
Əllamə də bu sözü gözlüyürmüş kimi dil boğaza qoymur:
- Dədə, mən özüm gəlmişəm. Anama dedim, o da
bələyimə əppəkləri bağladı. Mən də gətirdim ki, ac
qalmayasan. Di dur süfrə aç. Əppəkdən ye.
Kişinin ta deyiləsi sözü olmur. Elə bircə «Allahın nəzəri
üstünnən əskik olmasın!» - deyə bilir. Sonra da kirmişcə
başlıyır Əllamənin dediyini eləməyə. Süfrə açır. Əppəkləri
qoyur. Axırda da bardaş qurub oturur. Bismillah eliyib əlini
əppəyə uzatmaq istəyəndə Əllamə qoymur:
10
- Dədə, ay dədə, o dağı görürsənmi?
Kişi oğlunun göstərdiyi dağa baxıb ah çəkir:
- Eh, ay oğul. Niyə görmürəm. Lap yaxşı görürəm.
Cavanlıqda o dağı neçə dəfə qalxıb-enmişəm. Heç uf da
deməmişəm. Niyə soruşursan elə?
Əllamə dillənir:
- Dədə, əppəkləri belə yavan yemək heç insafdan döyül.
Bilirəm yaman yorulubsan. Amma ərinib eləmə. Dur ayağa, get
o dağa. Elə yamaca çathaçatda görəssən ki, qabaqdan bir atlı
gəlir. Həmin atlı göy libasda olacaq. Onu görən kimi yoldan
eliyərsən. Atlı qazının yanına getmək istiyir. Yuxu
yozdurmağa. Cibində beş yüz dinarı var. Atın tərkində də təzə
kəsilmiş cəmdək aparır. Onnarı qazıya vermək istiyir. Elə ki,
atlını yolunnan elədin, ona deyərsən, oğlum yuxunu yozacaq.
Ta niyə əziyyət çəkib bir də qazının yanına gedirsən. Gördün
ki, atlı sənnən getməyə razılaşır, tez şərtini söylərsən. Deyərsən
ki, oğlum pulun yarısını, bir də cəmdəyi istiyir. Atlı şərtlə
razılaşanda gələrsiz yanıma.
Kişi: «Allah amanında» - deyib yolu alır əlinə. Gethaget,
gethaget axır gəlib yetişir dağa. Başlıyır o tərəf-bu tərəfə
boylanmağa. Gözünə bir inni-cinni dəymir. Yamacnan yuxarı
qalxır. Bir də görür, elə tozanaq qopub ki, gəl görəsən. Tez
özünü atır tozun içinə. Göy libaslı atlının qabağını kəsir.
Başlıyır Əllamənin dediyini söyləməyə. Atlı o saat razılaşmır.
Bir xeyli fikrə gedir. Axır ki, qərar verib gəlir Əllamənin
yanına. Kişi Əllaməyə yaxınlaşıb deyir:
- Ay oğul, bu da sən dediyin göy libaslı atlı. Di yoz
yuxusunu.
Əllamə özünü qoyur tülkülüyə. Səsini çıxartmır. Atlı da
qalır mat-mətəl. Ha o tərəf-bu tərəfə baxırsa, çağadan başqa
bir inni-cinni gözünə dəymir. Atlı əməlli-başlı cin atına minib
bağırır:
- Bura bax, qoca. Belə səni görüm dilinnən qarayara
çıxsın! Yekə kişisən, barı saçınnan saqqalınnan utan!
11
Doluyufsan məni? Sən öl, səni elə doluyaram adın da yadından
çıxar! Bu ki, bir tikə uşaqdır. Məni çağa yanına gətiribsən?
Əllamə bunu gözlüyürmüş kimi tez dillənir:
- Öz dilinnən qarayara çıxsın. Dədəmi yanına mən
göndərmişəm. Nə sözün var, maa denən. Dədən yaşda kişiynən
nəyşin var?
Atlının dili ağzındaca quruyur. İstiyir nəysə desin,
deyənmir ki, deyənmir. Bunu görən Əllamə başlıyır yuxunu
söyləməyə:
- Yuxunda görübsən ki, bağında elə yekə, elə hündür ağac
bitib, gəl görəsən. Adam baxsa papağı başınnan düşər. Üstəlik
ağacın qol-budaqları da dünyanı bürüyüb.
Atlının ta deyiləsi sözü olmur. Elə matı-qutu quruy-
quruya başlıyır Əllaməni dinləməyə.
Əllamə genə dillənir:
- Gördüyün o yekə agac sənin nəslindir. Sənnən
törüyənnər o qədər artacaq ki, axırda bütün dünyanı tutacaq.
Atlı yaman söyünür. «Allah sənnən razı olsun!» - deyib
yola düzəlmək istəyir. Əllamə onu saxlıyıb deyir:
- Əmi, mənim şərtimi qəbul elədin. Mən də yuxunu
yozdum. Qoy Allah sənnən də razı olsun. Amma bir sözüm də
var. Elə yolu əlinə almışkən qazının da yanına dəy. Ona denən
ki, yuxu yozdurmağa gəlmisən. Bax, iki dünya bir ola, genə
qazı yuxunu yozammaz. Deyəcək ki, o ağac mənim bağımda
bitib, sənin yox. Sən də tez onun tərsini söylərsən. Ta
gerisinnən işin olmasın. Çıxıb gedərsən öyünə-eşiyinə.
Nə başınızı ağrıdım. Göy libaslı atlı xudafizləşib gedir.
Bir xeyli yol qət eliyib gəlib çıxır şəhərə. Soraqlaşıb qazının
evini tapır. Başlıyır qapını döyməyə. Nökər xəbər aparır ki, bəs
bir atlı səni görmək istiyir. Qazı ərinə-ərinə qapıya çıxıb
soruşur:
-Xeyir ola? Niyə gəlibsən?
Atlı dillənir:
12
- Qazı ağa, yuxu yozdurmağa gəlmişəm. Xeyir, ya şər
olduğunu sən bilərsən.
Qazı genə soruşur:
- Nə görübsən elə?
Atlı yuxusunu qazıya söylüyür. Ürəyində də fikirləşir ki,
dünyanın gərdişinə bax. Bir tikə uşaq heç mən söyləməmiş
yuxumu yozdu. Bu yekəlikdə qazı hələ bir soruşur ki, niyə
gəlmişəm. Yuxu gördüyümnən də xəbəri yoxdu.
Qazı atlını dinliyib yaman fikrə gedir. Bir xeyli götür-qoy
eliyib dillənir:
- Mənim bağımda bitən o ağac…
Atlı tez Əllamənin dediyini xatırlayır. Qazının sözünü
ağzında qoyur:
- Qazı ağa, sən düz demirsən, o ağac mənim bağımda
bitmişdi.
Qazı genə dediyini deyir:
- Yox oğul, o ağac mənim bağımda bitmişdi.
Uzun sözün qısası, atlı yaman özünnən çıxır. Ta heç nə
gözünə görünəsi olmur. Qəzəbli-qəzəbli bağırır:
- Bura bax, qazı ağa! Qulaqlarını aç, yaxşı-yaxşı eşit.
Mən yuxumu çoxdan yozdurmuşam. Özü də bir tikə uşağa.
Sənsə yekə kişisən. Nə saçınnan utanırsan, nə də saqqalınnan.
Camaatı doluyursan barmağına. Ağzına gələni çərənniyib
yazıxlara yalan danışırsan. Mən bura sənin paxırını asmağa
gəlmişəm.
Bunu eşidən qazı nətər qorxursa, səsi içinə düşür. Başlıyır
yalvar-yapışa. Birtəhər atlını göndərir öyünə. Qarnına da
yaman sancı dolur. Elə o bir tikə uşağı fikirləşib durur. Dağı
arana, aranı da dağa qatır. Amma bir şey hasil eliyəmmir.
Axırda başlıyır köhnə-kürüş kitablarını töküb- töküşdürməyə.
Beyqafıl gözü üstünü toz basmış köhnə bir kitaba sataşır.
Cumub kitabı əlinə götürür. Başlıyır oxumağa. Elə bir xeyli
oxumuşdu ki, nə görsə yaxşıdı? Görür ki, kitabda yazılıb: Qoca
cütcünün bir oğlu dünyaya gələcək. Adı Əllamə olacaq. Bu
13
uşaq başqa uşaqlara bənzəməyəcək. Yerin altını da biləcək,
üstünü də. Çünki o, dərvişin verdiyi almadan dünyaya gəlib.
Elə bir gün olacaq ki, bütün aləm Əllamənin ağlına heyran
qalacaq. Axırda Əllamə gedib şahlıq taxtına oturacaq.
Qazının gözü qaralır. Ta kitabı oxumayıb çırpır yerə.
Fikirləşir ki, bu Əllaməni nətər aradan götürsün. Bir xeyli
götür-qoy eliyir. Ağlına bir fikir gəlir. Uşağı qocalardan
almalıdır. Nə başınızı ağrıdım. Qazı özüynən iki nökər götürüb
düzəlir yola. Gethaget, gethaget axır gəlib çatır qocaların
öyünə. Başlıyır qapını döyməyə. Heç nədən xəbərsiz arvad yad
adamları qapıda görüb quruyub qalır. Nə qədər deyirsə ki, kişi
evdə yoxdu, axşam gəlir. Xeyri olmur. Qazı üzdülüyünə salıb
elə həyətdəcə başlıyır kişini gözləməyə.
Elə ki şər qarışır, kişi yorğun-arğın gəlib çıxır öyə. Yazıq
həyətəcə girdiyini görür. Qazı başının üstünü nətər kəsirsə, kişi
lap mətəl qalır. Öz-özünə deyir, görəsən bunnar kimdir? Bir
bismillah eləməmiş, qabağını kəsdilər. Nə isə. Qazı eləmə
tənbəllik, bir ədəb-ərkan göstərir ki, gəl görəsən. Başlıyır
salamməleyk eliyib məqsədini söyləməyə. Kişinin təpəsinnən
yaloy qalxır. Nətər hirslənirsə, az qalır qazını boğsun. «Lənət
sənə kor şeytan-!» deyib özünü birtəhər saxlayır:
- Bura bax, qazısan, nəsən, özün bilərsən. Aç o palaz
qulaqlarını, yaxşı-yaxşı eşit! Mən Allahdan savayı heç kimdən
qorxmuram. Qurbanı olduğum bu ahıl vaxtımda mənə övlad
payı göndərib. Onu da külli-aləm yığılsa belə, kimsəyə
vermərəm. Dur cəhənnəm ol öyümnən! Ayağın bir də bura
dəyməsin!
Əllamə görür aləm dəyib bir-birinə. Tez anasını göndərir
ki, dədəsini çağırsın.
Kişi içəri keçib uşağı qucağana götürür. O üzünnən, bu
üzünnən öpüb bağrına basır. Əllamə dillənir:
- Dədə, o bir olan Allah şahiddir ki, mən anamı da çox
istiyirəm, səni də. İkinizi də qorumaq mənim boynuma düşər.
Heç nigaran qalma. Gəl məni ver qazıya. Bir şərtlə ki, o sənə
14
mənim ağırlığımda qızıl versin. Ta gerisinnən işin olmasın.
Neylədiyimi yaxşı bilirəm. Anamdan da muğayat ol. Allah
qoysa tezliklə görüşərik.
Qoca çarəsiz qalır. Heç götür-qoy da eliyəmmir. Qazının
yanına gəlib şərti söylüyür. Qazı tez razılaşır. Ürəyində
fikirləşir ki, əşi bir tikə uşağın nə ağırlığı olasıdı. Olsa-olsa beş-
altı qızılım gedəcək.
Uzun sözün qısası, ortaya tərəzi gətirirlər. Bir gözünə
Əllaməni qoyub qazının üzünə baxırlar. Qazı əli əsə-əsə üç-
dörd qızıl çıxardır. Tərəzinin bu biri gözünə qoyur. Tərəzi
düzəlmir ki, düzəlmir. Çarəsiz qalıb üstündəki iki kisə qızılı da
boşaldır. Genə tərəzi düzəlmir. Qazı rəng verib rəng alır.
Nökərlərini də götürüb qayıdır öyünə. Öyündə nə ki, varı-
dövləti varıydısa hamısını gətirir. Başlıyır bir-bir tərəziyə
qoymağa. Genə də tərəzi düzəlmək bilmir. Qazı əlindəki
axırıncı qızıla baxıb dərindən ah çəkir. Güc-bəlaynan o qızılı
da tərəziyə qoyası olur. Əllamə gözünə döndüyüm bu vaxt
çəkisini yüngülləşdirir. Tərəzinin gözləri də tarazlaşır. Bunu
görən qazı başlıyır dilinin altında deyinməyə:
- Səni görüm heç onnan artıq yekələnmiyəsən.
Əllamə qazının deyindiyini eşidir. Amma dinmir. Öz-
özünə deyir ki, gör mən sənin başına nə oyun gətirəcəm. Elə
oyun gətirəcəm ki, yeyib-içdiyin zədən-zədən burnundan
gələcək. Dünyaya gəldiyinə peşman olassan.
Nə başınızı ağrıdım. Arvad Əllaməni götürür ki, bələsin.
Sonra qazıya versin. Elə bələyi açan kimi Əllamə dillənir:
- Ana, o qızıldan ikisini qoy bələyimə. Sonra bələ.
Arvad Əllamənin dediyi kimi iki dənə qızılı bələyə qoyur.
Çağanın üz-gözünnən öpüb verir qazıya. Qazı çağanı götürüb
yolu alır əlinə. Başlıyır ağzına gələni çərənnəməyə:
- Ömrün kəsilsin! Heç ondan artıq yekələnmiyəsən! Səni
qara yer qucaqlasın! Mənim əppəyimi kəsən olubsan? Eyb
etməz. Sənin başını kəsərəm. Heç ruhun da inciməz.
15
Əllamə genə özünü qoyur tülkülüyə. Cınqırını da
çıxartmır. Qazı nökərlərə əmr eliyir ki, aparıb çağanı
öldürsünlər. Qanlı köynəyini də ona gətirsinlər. Nökərlərdən
biri çağanı qucağına alıb ata minir. O biri də ata minib yola
düzəlirlər. Onnar az gedirlər, üz gedirlər, dərə-təpə düz gedib,
gəlib çatırlar bəni-adəm ayağı dəyməmiş bir səhraya. O yan bu
yana nəzər salırlar. Bunu görən Əllamə bir gülmək gülür ki, az
qalır adamların ağlı başından çıxsın. Nökərlər nətər
qorxurlarsa, uşağı da tullayıb qaçırlar. Əllamə bir xeyli onnara
tamaşa eliyib axır ki, dillənir:
- Eyy nökərlər! Hara qaçırsız? Qorxmuyun, adamyeyən
döyüləm ha. Bir yaxın gəlin. Peşman olmazsız. Bələyimdə iki
dənə qızıl var. Hərəniz birini götürüb çıxın gedin. Məni
öldürməklə onsuz da əlinizə bir şey keçəsi döyül.
Nökərlər bir tikə uşağın danışdığını ğörüb mat qalırlar.
Ürəklənib Əllamənin yanına gəlirlər. Qızılları götürüb
soruşurlar:
- Yaxşı, bəs biz qazıya nə deyək? Qanlı köynəyi
aparmasaq dərimizə saman təpər.
Əllamə bu dəfə lap ucadan gülüb deyir:
- Sizin əməlli-başlı ağlınız yoxmuş ki, elə hər şeyi mən
deməliyəm. Gedin dovşan-movşan vurun. Köynəyimi də onun
qanına bulayın. Sonra da aparıb soxun qazının gözünə.
Nökərlər Əllamənin köynəyini çıxarıb gedirlər. Onun
dediyi kimi meşəliyə çatanda bir dovşan vururlar. Köynəyi
dovşanın qanına bulayıb təzədən yollarına davam eliyirlər.
Qoy qazıyla nökərləri burda qalsınlar, indi xəbər verək
Əllamənin ata-anasınnan. Qocalar Əllaməni verəndən bəri
özlərinə gələnməmişdilər. Elə qəm dəryasına batıb kirmişcə
durmuşdular ki, beyqafıl Əllamə peyda olur. Onnar sevinib
şadyanalıq edirlər. Allaha şükr oxuyub başlıyıllar şad-xürrəm
yaşamağa.
Günlərin bir günü Əllamə dədəsinə deyir:
16
- Dədə, gəl bu daxmanın qabağında ikimərtəbəli bir öy
tikdirək. Öy hazır olanda üst mərtəbəni verərsiz mənə. Gəlib-
gedənnəri yaxşı görmək istiyirəm.
Kişi soraqlaşıb yaxşı bir usta tapır. Bircə ayın içində təzə
öyləri tikilib qurtarır. Onnar yığışıb imarətlərinə köçürlər.
Nağıl dili yüyrək olar, deyirlər. Aylar, illər ötüb keçir.
Beləcə Əllamə də gəlib çatır on yeddi yaşına. Bir oğlan olur ki,
gəl görəsən. Bir baxan deyirdi bir də baxım. Ağlına da söz ola
bilməzdi.
İndisə sizə kimdən xəbər verək, bu ölkənin padşahınnan.
Günnərin bir günü padşah darıxıb səyahətə çıxası olur.
Yanında əyan-əşrəfinnən heç kimi götürmür. Gəzə-gəzə gəlib
çıxır dəryanın kənarına. Atın yüyənini boşaldıb başlıyır
dəryaya tamaşa eləməyə. Elə bu vaxt bir balıq göyə hoppanır.
Padşah ürəyinnən keçirir ki, görəsən bu balıq erkəkdi, ya dişi?
Balıq gülüb dəryaya girir. Padşahın heyrətdən dili-ağzı
quruyur. Özünə gələnmir ki, gələnmir. Fikirləşir ki, bu balıq
görəsən niyə güldü? Heç balıq da gülərmi? Padşah ta orda
durmuyub qayıdır saraya. Taxtında əyləşir, bütün əyan-əşrəfi
yığır başına. Bu padşahın ağıllı bir vəziri var idi. Padşah üzünü
vəzirinə tutub deyir:
- Vəzir, söylə görüm dəryadakı balıq niyə gülübdür?
Vəzir o dəyqə cavab vermir. Bir az düşünüb dillənir:
- Qibleyi-aləm sağ olsun, sarayımızda bu qədər alim,
münəccim var. Onların elminin qabağında mən nə karəyəm
ki?..
Padşah görür vəziri doğru söylüyür. Bu dəfə də üzünü
alimlərə və münəccimlərə tutub deyir:
- Bir mənə deyin görüm dəryadakı balıq nəyə gülübdür?
Əgər bilsəz, sizə ənam verəcəm. Bilməsəz, başınız
bədəninizdən ayrılacaq. Ta mən özümə yer tapammıram.
Padşahın zəhmi onnarı yaman basır. Nə ki, alim,
münəccim varıydısa, hamısı dəyir bir-birinə. Axırda bir
başbilənləri qabağa çıxıb təzim eləyir:
17
- Padşah sağ olsun, bunu nə alimlər, nə də münəccimlər
bilə bilər. Bilsə bilsə ancaq şəhərin qazısı bilər. Ömrümüzdə
onnan yaxşı bilici görməmişik.
Beləcə padşah qazını hüzuruna çağırtdırası olur. Onnan
da soruşur ki, dəryadakı balıq niyə gülüb? Qazının canına
vəlvələ düşür. Dili söz tutmur. Hannan-hana özünə gəlib
padşahdan nə az, nə çox, düz qırx gün möhlət istiyir. Padşah
da razılaşır. Qazıya qırx gün möhlət verir. Padşah burada
qalmağında olsun. Görək qazı neyləyir. Qazı saraydan çıxan
kimi başlıyır soraqlaşmağa. Amma balığın niyə güldüyünü heç
kim bilmir. Beləcə qazı möhlətin düz otuz doqquz gününü başa
vurmuş olur. Onun yerdən-göydən əli üzülür. Suda boğulan
saman çöründən yapışar deyirlər. Qazı da nökərləri yanına
çağırıb deyir:
-Allaha and olsun, əyər dərdimə əlac tapmasaz, mənnən
qabaq gəbərəssiz. Tez olun, bir çarə qılın.
Nökərlər qorxularınnan cınqırlarını çıxarmırlar. Dağı
arana, aranı da dağa daşıyırlar. Axırda yadlarına Əllamə düşür.
Olub-keçənnəri qazıya danışıllar. Qazı yaman sevinir. Öz-
özünə deyir ki, bunu ancaq Əllamə bilər.
Qazı ta vaxt itirmiyib yolu alır əlinə. Gethaget, gethaget
axır gəlib çıxır Əllamənin öyünə. Qapını nətər döyürsə, az qalır
qapı yerinnən oynasın. Bunu görən kişi nökəri çağırıb deyir:
- Ay bala, dur o qapını aç. Gör kimdi elə? Qapını qırır.
Nökər yazıq elə yavaşca qapını araladığını görür. Qazı
özünü içəri nətər dürtürsə, bir göz qırpımında peyda olur
kişinin qabağında. Salamməleyk eliyib Əllaməni soruşur. Kişi
qazıya bir xeyli baxır. Öz-özünə deyir, görəsən mən bunu
harda görmüşəm elə? Amma yadına salammır ki, salammır.
Nökəri çağırıb Əllamənin dalınca göndərir. Əllamə gözünə
döndüyüm də küləfrəngidə oturub olub-keçənnəri seyr eliyirdi.
Qazının gəldiyini də bilirdi. Nökər çağıranda kirmişcə düşür
aşağı.
18
Elə ki, qazı Əllaməni görür. Bir dil açır gəl görəsən. Taa
heç ağlına da gəlmir ki, onu çağaykən öldürtmək istiyib:
- Ay oğul, a bala, ölüm qabağında. Elə bil gerçəkdən
ölmüşəm. Yerdən qaldıranım yoxdur. Səni and verirəm o yeri-
göyü xəlq eliyənə! İmdadıma yet! Başıma elə bir iş gəlib ki,
Allah heç düşmənimə də göstərməsin. A başına dönüm, bir
mənə de görüm dəryada balıq nəyə gülə bilər? Bax bunu
öyrənib padşaha deməsəm, başımı bədənimdən ayıracaq.
Elə ki, qazı sözünü xətm eliyir. Başlıyır Əllamədən cavab
gözləməyə. Əllamə də genə özünü tülkülüyə qoyur. Bir xeyli
dinmir. Ta qazının az qalır bağrı çatdasın. Təzədən yalvar-
yapış eləmək istiyir ki, Əllamə dillənir:
- Qazı ağa, sən bu boyda şəhərin qazısısan. Bunu
bilməyənnən sonra mən hardan bilməliyəm.
Qazı bu dəfə də yalvarıb döşənir Əllamənin ayağına:
- Ay oğul, başına dönüm, bir ayağım burda, biri də
gordadır. Bilirəm sən yerin altını da bilirsən, üstünü də. Elə bu
zəhrimar balığın nəyə güldüyünü də təkcə sən bilərsən. Yoxsa
dərimə saman təpəllər.
Qazı bunu deyib öz-özünə fikirləşir. Nə yaxşı oldu
Əllamə məni tanımadı. Tanısaydı anadan əmdiyimi burnumdan
gətirərdi.
Əllamə də qazının ürəyini oxuyub dinmir. Öz-özünə
deyir: Hələ bu harasıdır. Gör sənin başına nə oyun gətirəcəm.
Uzun sözün qısası, Əllamə razılaşır. Qazıya qoşulub gəlib
çıxır saraya. Padşaha xəbər aparırlar ki, bəs qazı gəlib, yanında
da biri. Padşah əmr eliyir, onnarı hüzuruna çağırtdırır. Hər ikisi
gəlir, şaha təzim eləyib dayanırlar. Padşah soruşur:
- Hə, qazı, sualıma cavab tapa bildinmi?
Qazı ikiqat olub deyir:
- Padşah sağ olsun, özüm tapmasam da, bunu bilən birini
hüzurunuza gətirmişəm. O yerin altını da bilir, üstünü də.
Padşah Əllamədən soruşur:
- De görüm, dəryadakı balıq nəyə gülüb?
19
Əllamə cavab verir:
- Padşah sağ olsun, qazıya qırx gün möhlət verdin. Mən
də möhlət istiyirəm. Bu suala cavab tapmaq üçün gərək gəzəm,
dolanam.
Padşah razılaşır. Əllaməyə də qırx gün möhlət verir.
Əllamə genə deyir:
- Qibleyi-aləm sağ olsun, bir şərtim də var. Gərək mən at
yerinə qazını minib gedəm.
Padşah qalır mat-mətəl ki, bu nətər şərtdir. İlxıda bu
qədər at ola-ola qazını minmək heç insafdan döyül.
Əllamə görür ki, şah yaman fikrə gedib, tez dillənir:
- Qibleyi-aləm, mən ömrümdə at minməmişəm. Atdan
yaman qorxuram. Amma qazını minib getsəm, balığın nəyə
güldüyünü öyrənə bilərəm.
Padşah axır ki, razılaşır. Qazı Əllaməni mindirir belinə.
Başlıyır getməyə. Nə başınızı ağrıdım, elə ki, qırx gün tamam
olur, gəlib çıxıllar saraya. Padşahın hüzuruna gedib təzim
eliyirlər. Padşah Əllamədən soruşur:
- De görüm, balığın nəyə güldüyünü tapa bildinmi?
Əllamə cavab verir:
- Qibleyi-aləm, gərək əvvəlcə qazının boynunu
vurdurasan. Yoxsa mən nə desəm, o öz adına çıxacaq.
Padşahın səbr kasası yaman daşmışdı. Lap bütün şəhərin
də boynunu vurdurardı. Təki balığın nəyə güldüyünü bilsin.
Tez əmr eliyir ki, qazının boynunu vursunlar.
Elə ki, qazının başını bədənindən ayırırlar, Əllamə
dillənir:
- Padşah sağ olsun, sən dərya kənarıyla gedəndə göyə bir
balıq hoppanır. Fikirləşirsən ki, görəsən bu balıq erkəkdi,
yoxsa dişi. Elə həmin vaxt da balıq gülür.
Padşahın ağzı açıq qalır. Hannan-hana özünə gəlib deyir:
- Hə, elədir. Bax elə sən deyən kimi fikirləşəndə balıq
gülür. O gün bu gündü az qala dəli olam.
Əllamə genə sözünə davam eliyir.
20
- Qibleyi-aləm, balığın gülməsinin sirri bundadır: balıq
demək istəyir ki, sən qırx ildir padşahlıq eliyirsən, amma qırx
qızın içində bir bığıburma oğlanı görmürsən. Hələ bir mənim
dişi, ya erkəkliyimlə maraqlanırsan.
Padşahın elə bil təpəsinnən yaloy qalxır. Hirsli-hikkəli
bağırır:
- Tez mənə de görüm, o namussuzu tanıya bilərsənmi?
Əllamə də cavab verir ki, niyə tanımıram.
Padşahın əmri ilə qırx incəbel gözəl gəlib keçir
Əllamənin qabağınnan. Otuz doqquzu keçib qurtarır, elə ki,
qırxıncı gəlir, Əllamə tez onun üzünnən ürbəndi götürür. Nə
görsələr yaxşıdı? Baxıllar ki, qabaqlarında bir bığburma oğlan
durub, gəl görəsən.
Padşah əmr eliyir, tez oğlanın boynunu vururlar. Sonra
padşah Əllaməni hüzuruna çağırır:
- Oğul, dünya gözəli bir qızım var. Onu verirəm sənə. Bu
günnən sonra taxtımda sən oturmalısan. Mən də olaram vəzir.
Beləcə ölkəni ədalətlə dolandırarıq.
Padşah qırx gün, qırx gecə toy çaldırıb qızını verir
Əllaməyə. Əllamə oturur padşahlıq taxtında. Başlıyır ədalətlə
ölkəni idarə etməyə. Beləcə şad-xürrəm ömür sürürlər.
21
HƏZRAN BÜLBÜL
Biri varıydı, biri yoxuydu, bizim əyyamdan çox-çox
qabaq Əhər adında bir şəhər varıydı. Bu şəhərin də ədalətli bir
şahı varıydı. Şahın varı-dövləti başından aşırdı. Övlad sarıdan
da baxtı gətirmişdi. Üç gözəl-göyçək, ay parçası kimi oğlu
varıydı. Oğlanlar yavaş-yavaş böyüyürdülər. Ay ötdü, il
dolandı, uşaqlar yetkinlik yaşına çatdılar.
Bir gün böyük qardaş dedi:
- Gəlin gedək, atamızdan yer istəyək, bizə əkin yeri
ayırsın. Biz də orda misli-bərabəri görünməmiş gözəl bir bağ
salaq.
Bu söz qardaşların beyninə batdı. Bunlar bir-birinə
qoşulub atalarının yanına gəldilər. Ədəblə baş əyib, salam
verdilər. Şah buyurdu:
- Gəlin əyləşin! Yaman sözlü adama oxşayırsız. Deyin
görüm nə diləyiniz var?
Qardaşlar oturdular. Böyük qardaş fikrini atasına söylədi.
Şah bu sözə çox sevindi, bir gülündən min gül açıldı.
Oğlanlarını bağrına basdı. Dedi:
- Ey mənim əziz, mehriban balalarım, şükr olsun Allaha!
Daha mənim nə dərdim? Sizin kimi qolum- qanadım, arxam-
köməyim var. Təki siz bağ salmaqda olun. Nə çoxdu atanızın
torpağında boş, xam yerlər.
Tez vəziri çağırtdırdı. Vəzir gəldi. Əmr elədi vəzirə ki,
gedərsən, filan torpaxdan bunlara nə qədər istəsələr, yer ölçüb
verərsən.
22
Vəzir oğlanları da yanına aldı. Gəldi şahın tapşırdığı yerə.
Bir daşlı-çınqıllı, çayırlı, ot-ələf basmış torpaxdan yer ölçüb
verdi bunlara. Dedi:
- İşiniz avand olsun! Allah çox-çox xeyir versin!
Vəzir xeyir-dua verib öz işinin dalınca getməkdə olsun,
sizə hardan deyim, qardaşlardan. Qardaşlar canı-dildən işə
başladılar, nə başladılar. Düz yeddi günə bu çöllü-biyabanı
daşdan, çınqıldan, çayırdan təmizlədilər. Sonra yeri şumladılar.
Başladılar ağac əkməyə. Dünyanın hər yerindən bir ağac, bir
gül kolu gətirib gözəl bir bağ saldılar. Bağ nə bağ, bağ nə bağ?!
Dünyada elə bir ağac, elə bir gül qalmamışdı bu bağda olmasın.
Gül gülü, çiçək çiçəyi çağırırdı. Yoldan keçən yolçular güllərin
ətrindən bihuş olurdu. Qardaşlar da nə yatır, nə dincəlirdi. Kimi
ağacların dibini belləyir, kimi suvarırdı.
Bunlar burda bağ becərməkdə olsun, sizə kimdən deyim
şahdan. Şah vəziri çağırtdırdı hüzuruna. Bundan sual elədi:
- Vəzir, de görüm, sən uşaqlara yer ayırdın, verdin, bəs
sonrası nə oldu? Onlar orda nə iş gördülər? Heç xəbər-ətər
çıxmadı.
Vəzir dedi:
- Qibleyi-aləm sağ olsun, özüm onlara qəsdən daşlı-
kəsəkli yerdən torpaq verdim. Dedim görüm bunlar
doğrudanmı bağ salmaq istəyirlər? İndi gedək görək nə iş
görüblər?
Bəli, şahla vəzir xeyli yol getdilər. Gəlib çatdılar həmin
bomboz irəməyə. Bağı görəndə gözlərinə inanmadılar. Güllərin
ətri adamın ağlını alırdı. Şahnan vəzir bağa heyran olmuşdu.
Elə bil cənnətə düşmüşdülər.
Bəli, şah oğlanlarını yanına çağırdı. Başladılar bağı
gəzməyə. Bağın ucu-bucağı görünmürdü. Quşların cəh-cəhi
bağı başına götürmüşdü. Şah oğlanlarıyla, vəziriylə bir yerdə
bağı başdan-ayağa dolandı. Nə qədər gəzdilərsə, bircə eyib tapa
bilmədilər. Şah oğlanlarının üçünün də alnından öpdü. Bunlara
xeyir-dua verdi. Gəldilər saraya.
23
Bağın sorağı hər yana yayıldı. Dünyanın hər yerindən
adamlar gəlirdi bu bağı görməyə, tamaşa eləməyə. Bağın
səliqə-səhmanı, gözəlliyi göz oxşayırdı.
Günlərin bir günü şahın sarayının yanına bir dərviş gəldi
qəsidə oxuya-oxuya. Şahın adamları dərvişi razı saldılar.
Dərviş düzəldi yoluna. Dərviş yol getməkdə olsun, indi sizə
kimdən deyim, qardaşlardan. Qardaşlar dedilər:
- Bu dərvişlər dünyanın hər yerini gəzirlər. Görüb-
götürmüş olurlar. Gəlin onu aparaq bağımıza. Bir baxsın görək
bağda nəyimiz çatır, nəyimiz çatmır? Ağıl ağıldan üstün olar.
Böyük qardaş dərvişə dedi:
- Baba dərviş, bizim bir bağımız var. Bir o bağa bax, gör
nəyimiz əskikdi?
Dərviş baba razılaşdı, getdilər bağa baxmağa. Gəlhagəl,
gəlhagəl, gəlib çatdılar bağa. Dərviş güllərin ətrindən məst
oldu. Başladı bağı başdan-başa gəzməyə. Gəzdilər, gəzdilər,
yorulanda oturdular bağın bir tərəfində. Dərviş üzünü
qardaşlara tutub dedi:
- Ay mənim qoçaq balalarım! Əliniz-qolunuz var olsun,
nə gözəl bağ salmısınız. Mən dünyanı qarış-qarış gəzmişəm.
Elə bir yer yoxdu, ayağım dəyməmiş ola. Bu yaşa gəlmişəm,
ömrümdə belə bağ görməmişəm. Söz ola bilməz sizin bağa.
Qardaşlar əl çəkmədilər.
- Dərviş baba, bəs bu bağın bir çatışmayan cəhəti varmı?
Varsa söylə. İncimərik səndən.
Dərviş bir az fikrə getdi. Sonra dedi:
- Düzünü bilmək istəsəniz, bu bağda hər şey yerli-
yerindədi, bircə quşdan savayı. O quşun adı Həzran bülbülüdü.
Onu da siz çox çətin tapıb gətirərsiniz.
Qardaşlar soruşdu:
- Baba dərviş, hardadı o dediyin quş?
Dərviş dedi:
- O quşun yiyəsi qırx günlük yuxuya gedib. O quş cinlər
məkanındadı. Gərək özünüz gedib axtarasınız, tapasınız.
24
Qardaşlar heç nə demədilər. Dərvişnən halallaşıb gəldilər
şahın hüzuruna. Əhvalatı açıb söylədilər. Şah razılıq vermədi.
Dedi:
- Balalarım, bu daşı ətəyinizdən tökün. Biz bacarmarıq
cinlərlə. Bu kol biz girən kol deyil.
İşi belə görəndə böyük qardaş izn istədi. Şah gördü
qardaşlar əl çəkmir, axırda yumşaldı. İzn-rüsxət verdi bunlara.
Böyük qardaşla ortancıla tapşırdı ki, kiçik qardaşdan muğayat
olsunlar.
Qardaşlar xəzinədən xeyli qızıl götürdülər. Hərəsi bir
üzük götürüb taxdı barmağına. Mindilər ata, başladılar yol
getməyə. Yolun ağını aldılar ələ. Gecəni gündüzə qatdılar,
gündüzü gecəyə. Dağlardan, dərələrdən, çaylardan keçdilər.
Gəlhagəl, gəlhagəl, gəlib çatdılar üç yol ayrıcına. Gördülər hər
yolun qırağında yekə bir daş var. Daşların üstünə hər yolun öz
adı yazılıb. Birinci yola yazılıb ki, gedən gələr. İkinci yola
yazılıb ki, gedən gələr də, gəlməz də. Üçüncü yola yazılıb: bu
yolu gedən geri dönməz.
İşi belə görəndə başladılar çöp atmağa. Çöp atanda birinci
yol düşdü böyük qardaşa, ikinci yol ortancıla, üçüncü yol kiçik
qardaşa. Bəli, belə olanda kiçik qardaş dedi:
- Gəlin üzüklərimizi barmağımızdın çıxaraq. Qoyaq bu
daşın altına. Kim geri dönsə, üzüyünü götürüb getsin. Biz də
bilək kim gedib, kim qalıb.
Elə də elədilər. Üzükləri daşın altında gizlətdilər.
Qardaşlar öpüşüb görüşdü. Hərə öz yoluna davam elədi.
İndi sizə kimdən deyim, böyük qardaşdan. Böyük qardaş
gedib kəlləpaça bişirənə şəyird oldu. Ortancıl qardaş da gedib
bir dərziyə şəyird oldu. Başladılar öz işlərini görməyə.
Bunlar öz işlərini görməkdə olsunlar, sizə deyim kiçik
qardaşdan. Kiçik qardaş gecə-gündüz yol getdi. Bir səhərertə
gəlib güllü-çiçəkli, gözəl yerə çatdı. Heç bekar adam dəymədi
gözünə. Gördü burda hərə bir işnən məşğuldu. Baxdı ki, bir
qoca kişi xırman döyür. Ancaq taqəti yoxdu vələ minib taxılı
25
döysün. Kiçik qardaş yaxınlaşıb qocaya ədəblə salam verdi.
Dedi:
- Baba, izn ver, sənin əvəzinə mən vələ minim, xırmanı
döyüm.
Qoca razılaşdı. Oğlana dedi:
- Buyur, bala, Allah köməyin olsun!
Oğlan mindi vələ, öküzləri hayladı. Bir saatın içində
taxılı döydü. Başladı dəni sovurmağa. Bəli, taxılı tamam
dəyirmanlıq eləyib verdi qocaya. Qoca da oğlana dil-ağız elədi.
Oğlan halal-hümmət eləyib getmək istəyəndə qoca soruşdu:
- A bala, bir dayan görüm kimsən, nəçisən? Hardan gəlib
hara gedirsən? Mənzilin haradı?
Oğlan əhvalatı olduğu kimi qocaya danışdı. Qoca dedi:
- Oğlum, bu çox çətin məsələdi. O quşun yerini heç kəs
bilmir, bircə devdən savayı. Bax, bizim o dağı görürsənmi?
Həmin dağın o üzündə bir dev var. O da bu saat çal-qamçı
xırman döydürür. Özünün də qırx başı var, qırx gözü, qırx ağzı,
qırx burnu, qırx qulağı, qırx əli, qırx ayağı. O dev bütün günü
saqqız çeynəyir. Heç vaxt çənəsi boş dayanmır. Bax məndən
sənə əmanət, sən onun yanına çatan kimi düz qırx dəfə salam
ver. Əgər, işdi-şayəd, sənin salamını almasa, bil ki, daş
olacaqsan. Əgər bəxtin kəsib salamını götürsə, qorxma, tez
onun hər ağzına bir çeynəm saqqız ver. Onda dev deyəcək:
- Sən ki, mənim ağzımı şirin elədin, nə diləyin varsa dilə!
De görüm məndən nə istəyirsən?
Sən onda belə de:
- Həzran bülbülünün yerini bilmək istəyirəm.
O, sənə quşun harda olmağını deyəcək.
Oğlan qocadan uzaqlaşdı. Yol aldı dağın o üzünə sarı.
Dağın o üzünə çatdı. Çatanda gördü bəli, burada hamı əlləşib-
vuruşur. Oğlan gedib qırx çeynəm saqqız aldı. Özünü yetirdi
qırxbaşlı devin yanına. Ədəblə salam verdi. Dev onun salamını
gec aldı. Əlinin altında olanlar dedi:
26
- Gör bu cavan oğlan nə istəyir? O sənə ədəblə salam
verdi.
Dev handan-hana oğlanın salamını aldı. Oğlan tez
cibindən saqqız çıxardıb, devin hər ağzına bir çeynəm saqqız
verdi. Dev dedi:
- Sən mənim ağzımı şirin elədin. De görüm məndən nə
istəyirsən?
Oğlan dedi:
- Səndən heç nə istəmirəm. Mənə təkcə Həzran
bülbülünün yerini deyərsən.
Dev razılaşdı:
- Deyərəm, amma sən ora gedə bilməzsən.
Oğlan əl çəkmədi:
- Sən eləcə yolunu de. Mən necə gedəcəm, özüm bilərəm.
Dev dedi:
- Onda yaxşı qulaq as, yolu öyrədim. Bax, bu dağı aşan
kimi görəcəksən bir meşə var. Həmən meşədə də bir xoruz var.
Səni görən kimi banlayacaq. Onun səsi yeddi ağacdan yeddi
ağaca çatır. Meşədən keçəndə görəcəksən orda bir it də var. O
it də səni görən kimi hürəcək. İtin səsinə gəlib səni tutacaqlar.
İşdi sağ-salamat gedə bilsən, quş olan evin yanına çatarsan.
Evin keşiyini qırx dev çəkir. Qırxı da gecə-cündüz yatmır.
Devlərin padşahı qızdır, qız qırx günlük yuxuya gedib. İşdi-
şayəd içəri girə bilsən, quş səni görən kimi qışqıracaq. Onda
qapının dalında gül ağacı var, o ağacla quşu vurarsan. O saat
dayanacaq. Quş dayananda otaqda qızı görəcəksən. Qızın
əynində qırx donu var. Otuz doqquzunun bağını açarsan. Sonra
qızın hər üzündən öpüb çıxarsan.
Bəli, oğlan bu sözləri eşitdi. Gəlib bazardan bihuşdarı
aldı. Gəlhagəl, gəlhahəl gəlib meşəyə çatdı. Xoruz başını
qanadının altından çıxartmamış oğlan onun başını vurdu. Başı
deşib kəndirə taxdı, götürüb qoydu cibinə. Yoluna davam elədi.
Gəldi çatdı itin yatdığı yerə. Çatan kimi itin də başını vurdu.
Burnunu, qulağını kəsib taxdı ipə. Axırda gəlib çatdı evə.
27
Baxdı ki, devlər mürgü vurur. Bihuşdarı çıxardıb devlərin
burnuna iylətdi. Devlərin ağlı başından çıxdı. Oğlan, eləmə
tənbəllik, tez devlərin qırxının da burnunu, qulağını kəsib
kəndirə taxdı. Girdi içəri. İçəri girəndə quş onu gördü. Quş onu
görən kimi istədi qışqırsın. Oğlan qapının dalından gül ağacını
götürüb quşu vurdu. Quş o saat səsini kəsdi. Oğlan girdi otağa.
Gördü bu otaqda bir gözəl yatıb, yemə-içmə, xətti-xalına, gül
camalına tamaşa elə. Ancaq vaxt yoxuydu. Oğlan qızın otuz
doqquz donunun bağını açdı. O üzündən, bu üzündən öpüb
otaqdan çıxdı. Çıxanda quşu da, gül ağacını da götürdü, mindi
ata. «Asta qaçan namərddi», - deyib, götürüldü. Dərələrdən yel
kimi, təpələrdən sel kimi uçdu, nə uçdu. Gecə-gündüz yol
gedib, çatdı qırxbaşlı dev olan yerə. Dev ona demişdi ki,
qayıdanbaş mənim yanıma gələrsən. Oğlan bir istədi getsin
devin yanına. Birdən qocanın sözlərini yadına saldı. Qoca
demişdi: «Nəbadə, olmaya-bilməyə gedəsən devin yanına.
Getsən, dev səni öldürəcək». Odur ki, oğlan düz birbaşa gəlib
üç yol ayrıcına çatdı. Çatanda tez daşın altına baxdı. Baxanda
gördü üzüklər yerindədi. Bildi ki, qardaşları hələ geri
dönməyib.
Oğlan birinci yolla gedib qardaşını gördü. Öpüş-görüş,
gedib o biri qardaşını da götürdülər. Gəlib hərə öz üzüyunü
götürdü, taxdı barmağına. Düşdülər yola. Gethaget, gethaget,
bir xeyli getdilər. Böyük qardaş atını ortancıl qardaşla yanaşı
sürürdü. Deyirdi:
- Bu gedib deyəcək quşu mən gətirmişəm.
Ortancıl qardaş soruşdu:
- Bəs onda biz nə deyək?
Böyük qardaş dedi:
- Gəlsənə onu öldürək, quşu da götürək, gedək.
Soruşanda deyərik ki, vuruşmada öldü.
Kiçik qardaş bunların qırımından məsələni başa düşdü.
Dedi:
28
- Məni öldürməyin. Əlimi-qolumu bağlayın, qoyun burda.
Qurda-quşa yem olum. Onda siz də günahkar olmazsınız.
Əliniz qardaş qanına batmaz.
Bəli, elə də elədilər. Kiçik qardaşın əl-ayağını bağlayıb
qoydular çöllü-biyabanın ortasında, çıxıb getdilər. Az getdilər,
çox getdilər, gəlib çatdılar vətənə.
Şaha xəbər verdilər ki, oğlanların gəlir, amma kiçik oğlun
yoxdu. Bu sözü eşidən kimi şah bərk qəzəbləndi. Dedi:
- Kaş o ikisi öləydi, təkcə kiçik oğlum gələydi.
Bəli, iş işdən keçmişdi. Gəldilər, oturdular, başladılar
söhbətə. Şah dedi:
- Bəs mən sizə balaca qardaşınızı tapşırdım axı…
Demədimmi ondan muğayat olun. Niyə göz-qulaq olmadınız?
Böyük qardaş and-aman elədi:
- Biz vuruşurduq. O da gəlib əl-ayağa dolaşırdı. Nə qədər
dedim, eşitmədi. Bir də gördüm vurdular.
Şahın qaşı-qabağı açılmadı. Gələn bir gündən Həzran
bülbülü bir dəfə də olsun oxumurdu.
Aradan xeyli vaxt keçdi. Kiçik qardaş yatmışdı. Gördü iki
göyərçin onun əlini-qolunu dimdikləyib açdı. Göyərçinlər uçub
getdi. Oğlan ayağa durdu. Gəzə-gəzə gəlib çatdı öz şəhərlərinə.
Orada bir dərziyə şəyird oldu. Aradan bir il keçdi. Bir gün
oğlan dərzidən soruşdu:
- Usta, şəhərimizdə nə var, nə yox?
Dərzi dedi:
- Ay oğul, noolacaq? Bizim şahın üç oğlu bir quş dalınca
getmişdi. İkisi sag-salamat qayıdıb. Balaca qardaş gəlməyib.
Elə o gündən şahın üzü gülmür.
Oğlan barmağını dişlədi. Ürəyində sevindi ki, atası hələ
də onun yolunu gözləyir. Amma dərziyə heç nə demədi. Ay
ötdü, il dolandı. Günlərin bir günündə oğlan ustasına dedi:
- Ay usta, gəlsənə bir gün şaha qonaq gedək?
Usta razılaşdı. Bunlar şaha qonaq getdilər. Şah qonaqları
qəbul etdi. Dedi:
29
- Bu oğlan necə də mənim oğluma oxşayır. Elə bil bir
almadı yarı bölünüb.
Şah dərindən bir ah çəkdi, gözləri yaşardı. Qonaqlar
otağa girən kimi quş başladı cəh-cəh vurub oxumağa. Hamı
quşun səsinə heyran oldu. Quş oğlanı tanımışdı. Onu öz yiyəsi
hesab edirdi. Quş xeyli oxudu. Bir müddət keçdi. Qonaqlar
ayağa durdular, getsinlər. Onlar durub gedəndə şah dedi:
- Siz bizə tez-tez gəlin. Bu quş neçə aydı gəlib, bir dəfə
də oxumayıb. Nə kələkdisə, siz gələn kimi oxudu.
Qonaqlar evlərinə getməkdə olsun, sizə kimdən deyim,
kimdən xəbər verim, qızdan. Qız yuxudan ayıldı. Durdu ayağa.
Ayağa duranda otuz doqquz donu əynindən yerə düşdü. Qız
dönüb güzgüyə baxdı. Yanağında öpüş izləri gördü. Ayağını
yerə vurdu. Elə qışqırdı ki, səsi yeddi ağacdan yeddi ağaclığa
çatdı. Qoşun tez ayağa qalxdı. Yaraqlandı, yasaqlandı, gəldi
qızın yanına. Qız başladı qışqırmağa. Qoşun başçısını
danlamağa. Dedi:
- Siz harda ölmüsünüz, mənim xoruzumun başı kəsilib?
Qırx gözətçimin başı kəsilib…İtimin bişı kəsilib… Mənim
donumu açıblar... Quşu aparıblar…
Qoşun başçısı and-aman elədi ki, nə xoruzun səsi gəlib,
nə itin, nə də devlərin.
Bəli, qoşun atlandı, düz birbaşa gəldilər həmin şahın
şəhərinə. Qız qabaqda atı sürdü sarayın qabağına. Qışqırdı:
- Quşu kim gətirib, çıxsın qabağa!
Şah böyük oğluna dedi:
- Oğul öləsən, get cavabını ver.
Oğlan ata minib çıxdı qızın qabağına.
Qız soruşdu:
-Quşu necə gətirdin?
Oğlan dedi:
- Damda yatmışdı tutdum.
Qız acıqlandı:
- Özünü dəliliyə vurma. O quş damda yatan deyil.
30
Oğlan qorxusundan sarısını uddu. Qayıtdı geri. Şaha dedi:
- Deyirəm, inanmır. Mən neyləyim?
Şah ortancıl oğluna dedi:
- Dur, sən get cavab ver qıza. Belə getsə, bu cinlər
qoşunu şəhəri alt-üst edəcək.
Oğlan da ata minib qızın qənşərində dayandı. Qız
soruşdu:
- De görüm, quşu necə gətirdin?
Oğlan dedi:
- Ağacda yatmışdı, tutub gətirdim.
Bunu deyəndə qız oğlana elə təpindi ki, qorxusundan
oğlanın dodaqları çatladı, döndü dala.
İndi sizə kimdən deyim, şahın kiçik oğlundan. Şahın
kiçik oğlu burada idi. Hər şeyi gözünnən görürdü, qulağınnan
eşidirdi. Ustasına dedi:
- Get şaha de ki, kiçik oğlunun atını, paltarını, qılıncını
versin, mən o qoşunu geri qaytarım.
Usta şaha yaxınlaşıb, oğlanın dediklərini ona çatdırdı.
Şah dərindən ah çəkib ağladı. Dedi:
- Verməzdim, ancaq axır günümüzdü. Qaradan o yana
rəng yoxdu.
Gətirib atı, paltarı, qılıncı verdilər ustaya. Usta da gətirib
verdi şəyirdə. O da gedib daldeydə paltarını geyindi, atını
mindi, qılıncını belinə bağladı. Atı oyana, bu yana çapırtdı.
Axırda gəlib qızın qabağında dayandı. Şah gendən oğlana
baxıb dedi:
- Necə də mənim oğluma oxşayır.
Bəli, qız oğlanı görüb soruşdu:
- Oğlan, quşu necə gətirdin?
Oğlan əlini saldı cibinə. Xoruzun başını, itin, bir də
devlərin burun-qulaqlarını kəndirin üstündəcə çıxartdı, göstərdi
qıza. Qız üzünü qoşuna sarı tutub dedi:
- Qayıdın dala! Mən bu oğlana gedirəm.
31
Məsələ gün kimi aydın oldu. Şah oğluna qırx gün-qırx
gecə toy vurdurdu. Əmr elədi ki, böyük oğluynan ortancıl
oğlunun boynu vurulsun. Ancaq kiçik qardaş razılıq vermədi.
Dedi:
- Ata, bunları öldürmə! Qoy sənin şəhərindən çıxıb
getsinlər, başqa vilayətdə yaşasınlar.
Şah oğlanlarını şəhərindən sürgün elətdirdi. Kiçik
oğluynan şad-xürrəm yaşadı.
Nağıl da burda bitdi. Göydən üç alma düşdü: Biri sizin,
biri mənim, biri də nağıl söyləyənin.
32
MƏHƏMMƏDIN NAĞILI
Biri varıydı, biri yoxuydu, keçmiş zamanlarda bir qarı
varıydı. Bu qarının kimi, kimsənəsi yox idi. Tək bir keçidən
savayı. Keçi də o qədər süd verirdi ki, gəl görəsən. Elə bil
kəhriz idi. Qarı heç vaxt gün-güzəranından gileylənməzdi.
Keçinin südüynən dolanıb Allaha şükr eliyərdi. Öz-özünə
deyərdi ki, nə yaxşı qurbanı olduğum məni heç kimə möhtac
eləməyib. Yoxsa bu yaşımda onun-bunun minnətli əppəyini
yeyərdim. Şükr ki, halal çörəyimi keçinin südünnən qazanıram.
Günnərin bir günü qarı görür keçisinin yelini bom-boşdu.
Qalır mat-məəttəl. Deyir görəsən hansı insafsız, hansı
mürvətsiz keçimi sağıb. Mən ki, ömrümdə birinin toyuğuna kiş
deməmişəm. Bacaranda yaxşılıq eləmişəm, bacarmıyan- da da
çəkilib durmuşam bir qıraqda. Bəs bu nə işdir başıma gəlib?
Qarı hirsli-hikkəli gedib yatır. Fikirləşir ki, gecənin
xeyrinnən gündüzün şəri yaxşıdır. Qoy bir sabah açılsın.
Görüm mən füqəranın malına göz dikən kimdir. Qarı yerində
ha o tərəf-bu tərəfə fırlanırsa, yuxuya gedənmir ki, gedənmir.
Aclıq da bir yandan taqətdən salır. Elə vurnuxa-vurnuxa yadına
kəndin çobanı düşür. Deyir keçimi çobannan başqa kim
sağacaq. Sabahları onun abrını ətəyinə bükmək mənə borc
olsun. Beləcə ilan vuran yatır, amma qarı yox. Elə hey keçisini
düşünüb durur.
Savax üzünüzə xeyirliknən açılsın. Savax açılır. Qarı
durub tez tövləyə qaçır. Qapını açıb keçini haylıyır, qatır
sürüyə. Elə ki, keçi sürüyə qarışır, qarı başlıyır çobanın abırını
ətəyinə bükməyə. Gözünü yumub ağzını açır, nə açır:
- Ay oğul, heç utanırsan? Heç xəcalət çəkirsən? Bir abrın-
həyan olsun. Bu nə işdi başıma açmısan?
33
Çobanın ta matı da quruyur, qutu da. Öz-özünə deyir,
görəsən mən bu qarıya neyləmişəm. Elə savaxdan məni yerə
soxub çıxardır. Çoban dözəmmir. Axır ki, ürəklənib qarıdan
soruşur:
- Ay nənə, bir de görüm nolub ey?..
Qarı lap cin atına minir. Genə deyinir:
- Canına azar noluf… Guya bilmirsən noluf. Məni
kimsəsiz görüfsən. Barı Allahdan qorx. O boyda sürüdə elə
mən fağırın keçisini görüfsən. Gərək elə mənim keçimi
sağaydın?
Axır ki, çoban məsələnin əslini öyrənir. Elə bil üstündən
dağ götürülür. İndi də çoban başlıyır deyinməyə:
- Ay nənə, sən ki dünyagörmüş adamsan. Yaxşını
yamandan ayırmağı lap qəşəng bacarırsan. Gör neçə ildi
kəndimizdə çobannıx eliyirəm. Heç indiyətən bir pis işimi
görüfsənmi? Denən ki, keçim sağılıb. Ta niyə ağzına gələni
söylüyürsən. Gəl sən narahat olma. Babalı mənim boynuma.
Elə günü bu gün keçini güdərəm. Sana da bir xəbər verərəm.
Çobanın sözləri qarıya yaman təsir eliyir. Öz-özünə
fikirləşir ki, bu uşaq düz deyir. Bəlkə keçini başqası sağır.
Havayı deməyiblər ey, ağıl yaşda yox, başda olar.
Nə başınızı ağrıdım, çoban sürünü haylıyıb gətirir otlağa.
Özü də qıraqda durub qarının keçisini güdür. Bir də görür keçi
yavaş-yavaş sürüdən aralanır. Üz qoyur meşəyə sarı. Çoban da
eləmə tənbəllik, düşür keçinin dalına. Keçi bir xeyli gedib bir
palıdın yanında durur. Bu palıd elə yekə, elə nəhəng olur ki, gəl
görəsən. Çoban kirmişcə göz yetirir. Görür ağacın yekə bir
oyuğu da var. Elə bu vaxt keçi yelinini salır oyuğa. Çoban qalır
lap mat-mətəl. Bu işin sonunu fikirləşib durur. Elə ki, bir az
vaxt ötür, keçi palıddan aralanır. Gəlib qarışır sürüyə. Ta
çobanın maraqdan az qalır ürəyi partlasın. Keçinin getdiyini
görüb söyüncək yaxınlaşır palıda. Bir o tərəf, bir bu tərəfə
boylanıb başını salır oyüğa. Çoban nə görsə yaxşıdır? Görür ki,
oyuğa südəmər bir uşaq qoyublar. Çoban barmağını dişləyir.
34
Məsələnin nə yerdə olduğunu anlayır. Çağanı qucağına götürüb
bükür arxalığına. Ta şər qarışmasını da gözlüyəmmir. Sürünü
qatır qabağına. Gəlib çıxır kəndə. Elə çağa qucağındaca özünü
yetirir qarının komasına. Qarını səsləyib deyir:
- Ay nənə, gözün aydın! Qurbanı olduğum Xudavəndi-
aləm nə səni darda qoydu, nə də ki məni. Bax bu əl boyda
çağaymış keçini əmən. Sən də savaxdan maa gün-dirrik
vermirdin. Hələ sürünü də qoymuşdum başdı-başına. Deyirdim
təki sənin yanında xəcalətli olmayım.
Elə ki, çoban sözünü bitirir, aparıb çağanı qoyur qarının
qucağına.
Qarı qalır mat-məəttəl ki, çağanı neyləsin. Çobanı
səsləyib deyir:
- Ay oğul, hara gedirsən? Bə mən bu çağanı neyniyim?
Çoban dillənir:
- Ay nənə, verdiyim sözü yerinə yetirdim. Ta gerisinnən
işim yoxdu.
Qarının əli yerdən-göydən üzülür. Birtəhər səhərin
açılmasını gözləyir. Üzünüzə savaxlar xeyirliyə açılsın. Elə ki,
savax açılır, qarı çağanı alır qucağına. Üz tutur saraya sarı.
Gethaget, gethaget axır gəlib yetişir saraya. Padşaha xəbər
aparırlar ki, elçi daşında bir qarı oturub. Padşah əmr eliyir,
qarını hüzuruna gətirirlər. Qarı təzim eliyib durur. Padşah görür
ki, qabağında qucağı uşaqlı bir qarı dayanıb. Qarının da bir
ayağı burda, o biri gordadır. Padşahı maraq bürüyür. Tez
soruşur:
- Xeyir ola, qarı, nəyə gəlibsən?
Qarı genə birtəhər təzim eliyib dillənir:
- Qibleyi-aləm sağ olsun, özün də görürsən ki, hay-hayım
gedib vay-vayım qalıb. Büyünnən savaxa heç ümidim
qalmıyıb. Bu çağıya da baxammıram.
Padşah genə dillənir:
- Qarı, de görüm bu uşaq kimindir? Onu hardan tapıbsan?
35
Qarı başlıyır olub-keçənləri danışmağa. Padşah bir xeyli
fikrə gedir. Elə bu vaxt xəbər gətirirlər ki, şahın bir oğlu
dünyaya gəlib. Padşah söyüncək qarının qucağındakı çağanı
götürüb deyir:
- Allah-təala mənə iki oğul payı verdi. Sənin qədəmin xoş
oldu. Oğul atası oldum. Qoy bütün əyan-əşrəfim ölkəyə
yaysınlar ki, padşahın iki övladı dünyaya gəlib.
Bunu deyib şah çağanı nökərlərə verir. Əmr eliyir, qarıya
çoxlu ənam verib yola salsınlar.
Qoy qarı şad-xürrəm yaşamağında olsun. Sizə kimdən
xəbər verim, padşahdan. Padşah əmr eliyir, böyük bir məclis
qurulur. Süfrəyə quş-iliyi, can dərmanı, hər cür nazi-nemət
düzülür. Şah məclisə fəqir-füqaranı da çağırtdırır. Hamı yeyib-
içib şükr edir. Elə ki, məclis əhlinin keyfi durulur, padşah
üzünü əyan-əşrəfinə tutub deyir:
- Allah-Təala mənə iki oğul verib. Qoy talelərini də özü
versin. Amma onnara ad qoymaq bizim üstümüzə düşür. Kimin
ağıllı fikri varsa, buyursun görək.
Vəkil vəzirə imkan vermiyib tez dillənir:
- Qibleyi-aləm sağ olsun! Deyirəm qoy öz oğlunuzun adı
Böyükbəy, meşədən tapılanın adı isə Dülgər olsun.
Şahın qaşları çatılır. Birtəhər hirsini-hikkəsini boğub
üzünü vəzirinə çevirir. Vəzir ağıllı idi. O saat mətləbi başa
düşüb deyir:
- Şah sağ olsun! Böyükbəyin adına heç etirazım yoxdur.
Amma insaf da dinin yarısıdır. Meşədən tapılan uşağın günahı
nədir ki, onu Dülgər adlandıraq. Deyirəm gəlin bu çağanın
adını Məhəmməd qoyaq. Qoy Allaha da xoş getsin.
Vəzirin sözləri padşaha nətəri xoş gəlirsə, vəzirə çoxlu
xələt verir. Üstəlik məclisə yığılmış fəqir-füqəranı da ənamla
sevindirir. Arvadına da tapşırır ki, uşaqları bir-birindən
ayırmasın. Hər ikisini çox istəsin.
Nağıl dili yüyrək olar. Beləcə aylar, illər ötür. Böyük-
bəylə Məhəmməd həddi-buluğa çatır. Döyüş sirlərini əməlli-
36
başlı öyrənirlər. Ta qılınc oynatmaqda, ox atmaqda, qurşaq
tutmaqda bunnara çatan olmur. Padşah da oğlanlarına baxıb
fəxr eliyir. Qardaşlar yaman mehriban olurlar. Heç aralarından
su da keçmir. Dərd-sərlərini, sevinclərini həmişə birlikdə
bölüşərdilər. Günlərin birində Böyükbəy təlim meydanına gəlib
çıxmır. Şaha xəbər aparırlar ki, bəs oğlun iki gündü təlimə
gəlmir. Padşah bir az fikrə gedib Məhəmmədi hüzuruna
çağırtdırır. Məhəmməd gəlir. Təzim eliyib dayanır. Padşah
Böyükbəyin dərdini soruşur. Məhəmməd üzünü atasına tutub
deyir:
- Ateyi-mehriban, Böyükbəy mənim əziz qardaşımdır.
İndiyənətən aramızdan yel də ötmüyüb. Amma nə əməldirsə,
iki gündür ki, onun dərdindən bixəbərəm. İzn ver elə günü bu
gün məsələni öyrənim.
Padşah başını tərpədib izn verir. Məhəmməd yenə atasına
təzim eliyib çıxır Böyükbəyin otağına. Görür ki, Böyükbəy
üzüqoylu döşənib yerə. Heç başını qaldırıb qardaşının üzünə də
baxmır.
Məhəmməd hirslənib başlıyır deyinməyə:
- Ay qardaş, bzim ki, dərd-sərimiz həmişə biriydi. Bə indi
nolub saa?
Böyükbəy başını qaldırıb dərindən bir ah çəkir:
- Soruşma qardaş bir dərdə düşmüşəm ki, deyiləsi döyül.
Elə bir dərddi dağa desən parça-parça olar. İndi qulaq as gör nə
deyirəm. Günlərin bir günü idi. Bərk yatmışdım. Bir də gördüm
ki, gözəl bir bağdayam. Bağ nə bağ… Gül gülü çağırır, bülbül
də bülbülü. Ta iki göz lazımdır tamaşasına dursun. Başım da
gözəl bir qızın dizindədir. Ağlım başımdan çıxır. Huşumu
itirirəm. Özümə gələndə nə görsəm yaxşıdır. Görürəm ki, süfrə
sərilib, qırağında da gözəllər əyləşib. Onnardan biri bizə
yaxınnaşır. Əlindəki badəni verir mənə. Ta mən də o saat
badəni başıma çəkib içirəm. Genə ağlım başımdan çıxır.
Gözümü elə vaxt açıram ki, nə bağ var, nə də gözəl. Özüm də
otağımdayam. İndi qardaş, o gündən gecəm, gündüzüm yoxdu.
37
Dünya adlanan o gözəlin həsrətindən yanıram. Bil, agah ol ki,
Dünya xanımı mənə buta veriblər. Mən gərək Dünya xanımı
tapam.
Məhəmməd bir xeyli fikrə gedir. Axır ki, qərara gəlir.
Deyir ən yaxşısı məsələni atama danışmaqdır.
Atasının hüzuruna gedib olub-keçənnəri söylüyür.
Padşahın qan beyninə vurur. Deyir:
- Qardaşın heç bilirmi o qız kimin qızıdır. O qız cinnər
padşahının qızıdır. Mənim qoşunumun cinnər padşahına gücü
çatmaz. Get ona denən ki, ölkəmdə kimin qızını istiyir elə bu
saat alım. Təki bu söydadan əl çəksin. Məhəmməd atasının
sözlərini Böyükbəyə yetirir. Böyükbəy cin atına minir. Başlıyır
Məhəmmədə qışqırmağa:
- Adam verdiyi sözü tutar. Bə deyirdin maa kömək
eliyəssən. Utanmırsan, əlin ətəyindən uzun gəlibsən yanıma.
Məhəmməd yaman pərt olur. Özünü toplayıb deyir:
- Qardaş, dünyanın axırı deyil ha. Özüm gedib o qızı
tapacam. Yerin altında da, üstündə də olsa sənə gətirəcəm.
Uzun sözün qısası. Qardaşlar belə qərara gəlirlər ki, hər
ikisi Dünya xanımı tapmağa getsin. Başlıyıllar fikirlərini
padşaha söyləməyə. Padşah görür, yox, bu xına o xınadan
döyül. Çarəsiz qalıb razılıq verir. Övladlarının alnını öpüb uğur
diləyir.
Beləcə Məhəmmədlə Böyükbəy yolu alırlar əllərinə.
Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi
yol gedib gəlib yetişirlər uca bir dağın ətəyinə. Görürlər ki, bir
kişi kürəyini dağa söykəyib durub. Məhəmməd kişidən soruşur:
- Xeyir ola. Soruşmaq ayıb olmasın, burda niyə durufsan
belə?
Kişi cavab verir ki, mənə Dağsaxlayan deyirlər.
Məhəmməd yaman söyünür. Öz-özünə deyir, nə yaxşı oldu.
Dağsaxlayan bizə lazım olar. Elə bunu da özümüznən aparaq.
Amma Dağsaxlayanı yola gətirmək lazımdır. Buna görə də
hiylə işlədib deyir:
38
- Dağsaxlayan qardaş, heç insafdan döyül sən ömürlük
burda qalasan. Gəl bizə qoşul. Bir gör dünyada nə var, nə yox.
Bu söz Dağsaxlayanın ağlına batır. Başlıyır kürəyini
dağdan çəkməyə. Elə bu vaxt bir gurultu qopur ki, gəl görəsən,
O yekəlikdə dağ yerlə yeksan olur. Məhəmməd öz-özünə deyir,
nə yaxşı oldu. Yolumuz da kəsələşdi.
Nə başınızı ağrıdım, hər üçü yolu alırlar əllərinə.
Gethaget, gethaget gəlib yetişirlər bir meşəyə. Görürlər ki, bir
kişi yekə bir ağacı gökündən qoparır. Aparıb kənarda təzədən
basdırır. Məhəmmədgilin matı-qutu quruyur. Deyillər görəsən
bu niyə belə eliyir. Məhəmməd tez dillənir:
- Qardaş, xeyir ola, nə işnən məşğulsan? De görüm niyə
ağacı çıxarıb təzədən basdırırsan?
Kişi cavab verir ki, mənə Meşəseyrəldən deyirlər. Mən
meşəni seyrəldirəm. Məhəmməd öz-özünə fikirləşir ki, bu da
bizə gərək olar. Genə hiylə işlədib deyir:
- Meşəseyrəldən qardaş, sənin işin-peşən elə bütün günü
meşə seyrəltməkdir. Gəl sən də bizə qoşul. Birlikdə gedək.
Görərsən dünyada nə var, nə yox.
Bu fikir Meşəseyrəldənin ağlına yamanca batır. Deyir, nə
yaxşı oldu. Elə gəzmək istəyirdim ki.
Beləcə Məhəmməd Böyükbəylə Dağsaxlayanı,
Meşəseyrəldəni götürüb yolu alır əlinə. Gethaget, axır gəlib
çatırlar bir talaya. Görürlər ki, talada yaman çox adam var.
Birtəhər adamları aralayıb yaxınlaşırlar. Sən demə burda
pəhlivan varıymış. Bu pəhlivan sol əliylə bir kəlin, sağ əliylə
ayrı bir kəlin buynuzundan tutub dartır. Sonra da çəkib onları
bir-birinə çırpır. Məhəmməd mat qalır. Birtəhər adamların
dağılmasını gözlüyür. Elə ki, camaat dağılır, Məhəmməd tez
pəhlivana yaxınlaşıb deyir:
- Ay pəhlivan qardaş, bayaqdan seyr eliyirəm. Sənin
gücünə söz ola bilməz. Deyirəm heç rəva döyül ki, sən ömrün
boyu kəllərlə gücünü göstərəsən. Ağlını başına topla. Sən də
gəl bizə qoşul. Bir gör dünyada nələr olur.
39
Pəhlivan o saat razı olur. Beləcə yola düzəlirlər. Az
gedirlər. Üz gedirlər. Dərə-təpə düz gedib bir çəmənliyə
yetişirlər. Məhəmməd baxıb görür, bura əcəb gözəl yerdir.
Deyir hələlik burda binə quraq. Sonrası Allah kərimdir. Nə
başınızı ağrıdım. Onnar koma qurub başlıyırlar burda
yaşamağa. Günlərin bir günü Məhəmməd yoldaşlarını yanına
çağırıb deyir:
- Allaha şükürlər olsun ki, ov ovlayıb, quş quşlayıb
günümüzü keçiririk. Amma gəlin belə bir şərt kəsək.
Növbəynən komada qalaq. Görək başımıza nə gəlir.
Uzun sözün qısası, püşk atırlar. Gəlib Dağsaxlayana çıxır.
Dağsaxlayan yoldaşlarını yola salıb başlıyır biş-düş eləməyə.
Odun doğrayıb bir qazan yemək bişirir. Elə ki, yemək hazır
olur, deyir qoy gözümün acısını da alım. Kəlləsini qoyub elə
təzəcə yuxuya getmək istiyir ki, bir də görür yaman gurultu
qopub. Elə gözlərini açdığını bilir. Qarşısında dayanan bir dev
ona nətər şillə çəkirsə, Dağsaxlayanın huşu başından çıxır.
Sonra dev qazanı silib-süpürüb gedir. Dağsaxlayan özünə
gələndə görür şər qarışıb. Tez cumub qazana baxır. Görür
yemək nə gəzir. Üstəlik qazan da ağzı üstə çevrilib.
Dağsaxlayanın matı-qutu quruyur. Beyqafıl yadına dev düşəsi
olur. Başlıyır götür-qoy eləməyə. Öz-özünə deyir qoy özümü
xəstəliyə vurum. Beləcə ayıbıma da kor olaram. Nə başınızı
ağrıdım. Dağsaxlayan bir dəsmal tapıb başını çəkir. Başlıyır
Məhəmmədgili gözləməyə.
Heç nədən xəbərsiz Məhəmməd yoldaşlarıyla ovdan
qayıdır. Komaya girəndə görür ki, Dağsaxlayan yaman ah-uf
eliyir. Məhəmməd soruşur:
- Qardaş, nolub elə? Nə yaman ah-uf eliyirsən. Olmuya
azarlıyıbsan?
Dağsaxlıyan canı ağrıyannar kimi cavab verir ki, başım
yaman ağrıyır. Ta yemək-zad da bişirməmişəm.
40
Məhəmməd bir söz demir. Kirmişcə təzə ovdan yemək
hazırlıyır. Hamısı oturub iştahla yeməkdən yeyir, Allaha şükr
edirlər. Sonra da yıxılıb yatırlar.
Səhər açılır. Üzünüzə səhərlər xeyirliyə açılsın. Genə
püşk atırlar. Bu dəfə də növbə gəlib çıxır Meşəseyrəldənə.
Meşəseyrəldən yoldaşlarını ova yolluyub başlıyır biş-düş
eləməyə. Eləmə tənbəllik, bir qazan yemək hazırlıyıb gedir
dincəlməyə. Elə təzəcə yuxuya getmək istəyir ki, bir gurultu
eşidib oyanır. Nə görsə yaxşıdır. Görür bir heybətli, bir yekə
dev durub qabağında. Ta heç səsini də çıxardanmır. Dev buna
da elə bir sillə çəkir ki, Meşəseyrəldən tirtap uzanır yerə.
Elə ki, yavaş-yavaş şər qarışır, Məhəmmədgil qayıdırlar
komaya. Ha o tərəf bu tərəfə boylanırlar Meşəseyrəldəni
görmürlər. Çarəsiz qalıb komaya gəlirlər. Görürlər ki,
Meşəseyrəldən yaman ah-uf eliyir. Məhəmməd qabağa gəlib
soruşur:
- Ay qardaş, de görüm nolub? Yoxsa sən də azarrıyıbsan?
Meşəseyrəldən dərdini danışmağa utanır. Başlıyır yalan
söyləməyə. Guya ki dişi ağrıyır. Məhəmməd ta heç nə demir.
Yenə kirmişcə gətirdiyi ovu bişirib yoldaşlarının qabağına
qoyur. İştahnan yeyib Allaha şükr eliyirlər. Sonra da kəlləni
atıb yatırlar. Səhər açılan kimi yenə püşk atırlar. Deyirlər görək
bu dəfə komada kim qalası olacaq. Püşk gəlib Kəldöyüşdürənə
çıxır. Kəldöyüşdürən onnarı yola salıb başlıyır yemək
bişirməyə. Elə ki, yeməyi hazırlayır, görür yaman yorulub.
Deyir qoy bir az gözümün acısını alım. Gedib uzanır. Təzəcə
yuxuya getmək istəyəndə bir gurultu, bir nərilti qopur ki, gəl
görəsən. Kəldöyüşdürən qanrılıb səsə boylanır. Nə görsə
yaxşıdır. Görür qabağında heybətli bir dev dayanıb.
Kəldöyüşdürən səsini də çıxardanmır. Dev ona nətər şillə
qoyursa, Kəldöyüşdürən bəridən ayna dığırranır. Ta gerisinnən
xəbəri olmur. Bir də gözünü açır ki, yeməkdən əsər-əlamət
yoxdur. Üstəlik qazan da ağzı üstədir. Kəldöyüşdürən qalır
41
vurnuxa-vurnuxa. Öz-özünə deyir, yaxşısı budur qoy özümü
xəstəliyə vurum.
Nə başınızı ağrıdım. Genə şər qarışır. Məhəmmədgil
qayıdıb gəlirlər. Baxırlar heç qabaqlarına çıxan yoxdu. Tez
komaya girirlər. Bu dəfə də Kəldöyüşdürəni ah-uf eliyən
görürlər. Məhəmməd soruşur:
- Ay qardaş, de görüm saa nolub?
Kəldöyüşdürən başlıyır yalan danışmağa. Deyir qarnıma
bir sancı dolub ki, gəl görəsən. Nətər sancılandımsa, az qaldım
göyə dırmaşam. Ta biş-düş də eliyəmməmişəm.
Məhəmməd Kəldöyüşdürənə də heç nə demir. Genə
kirmişcə gətirdikləri ovdan yemək hazırlayır. Hamısı yeyib
Allaha şükr edirlər. Səhərin açılmasını gözləyirlər. Elə ki, səhər
açılır. Başlıyırlar püşk atmağa. Bu dəfə növbə gəlib çıxır
Böyükbəyə. Böyükbəy evdə qalası olur. O da gedib bir xeyli
odun gətirir. Ocaq qalıyıb, yemək asır. Elə ki yemək hazır olur,
o da yoldaşları kimi deyir qoy bir az dincəlim. Böyükbəy
uzanıb yatır. Ta bilmir nə qədər yatıb. Bir də gözünü açır ki,
qabağında eybəcər bir dev dayanıb. Böyükbəy nətər qorxursa,
başlıyır udqunmağa. Dev yaxınlaşıb Böyükbəyə də şillə çəkir.
Böyükbəyin gözlərindən yaloy qalxır. Sərələnir yerə. Dev
gedib yeməyi yeyir. Genə qazanı ağzıüstə çevirib əkilir.
Böyükbəy o vaxt özünə gəlir ki, hava qaralıb. Tez cumur
qazana sarı, görür yemək nə gəzir. Devi yadına salıb yaman
utanır. Öz-özünə deyir, yaxşı döyül. Bu biabırçılığı gərək ört-
basdır eliyəm.
Qoy Böyükbəy burda qalsın. Sizə kimdən xəbər verim
Məhəmməddən. Məhəmməd bu dəfə elə çox ovnan qayıdır ki,
gəl görəsən. Komaya yaxınlaşanda görür, genə qabaq-larına
çıxan yoxdur. Tez özünü içəri salır.
Elə yerdəcə Böyükbəyin zarıdığını görür. Məhəmməd
soruşur:
- Ay qardaş, bir de görüm saa nolub?
Böyükbəy himə bəndmiş kimi dillənir:
42
- Eh ay qardaş, durdum ki, yemək hazırlayım. Gördüm
dünya başıma hərlənir. Özümü nətər içəri saldımsa, xəbərim
olmuyub. Başladı bədənim yanmağa. Qızdırmadan gözümü də
açammadım. İndi-indi özümə gəlirəm.
Məhəmməd buna qulaq asıb deyir:
- Qardaş, eyb etməz. Adam xəstələnər də, sağalar da. Biz
nə günə qalmışıq. Bu saat özüm yemək hazırlıyaram. Oturub
ağız ləzzətiynən yeyərik.
Beləcə Məhəmməd təzə ovdan kabab çəkir. Hamısı
oturub iştahnan yemək yeyirlər. Allaha şükr edib gedirlər
yatmağa. Məhəmmədin gözünə yuxu getmir ki, getmir. Elə hey
öz-özünə deyir, görəsən bu nə məsələdir. Hamını xəstəlik
birdənmi tutdu. Qoy bir səhər açılsın, özüm bilirəm
neyniyəcəm.
Səhər komada Məhəmməd qalası olur. Hamı gedənnən
sonra Məhəmməd çox götür-qoy eliyir. Axır ki, ayağa durub
yemək hazırlayır. Yemək də nə yemək olur ha. Elə qazanın
ağzını araladığını görür. Ətrafa elə gözəl iy yayılır ki, gəl
görəsən. Nə başınızı ağrıdım. Məhəmməd qazanı qırağa qoyub
başlıyır komanı dörd dolanmağa. Gözünə bir inni-cinni dəymir
ki, dəymir. Görür yaman yuxusu gəlir. Ta özünü saxlıyammır.
Tez barmağını yarıb içinə duz basır. Qılıncını da yanına qoyub
vurur özünü yuxuculluğa. Aradan bir xeyli keçmiş yer başlıyır
silkələnməyə. Məhəmməd gözünü azca aralayıb qapıya baxır.
Nə görsə yaxşıdı? Görür qabağında elə heybətli, elə nəhəng
dev durub ki, az qalır adamın zəhri yarılsın. Məhəmməd özünü
itirmir. Özün tülkülüyə vurub devin yaxınlaşmasını gözlüyür.
Dev yaxınlaşan kimi sıçrayıb qılıncı götürür. Devin başından
elə bir zərbə vurur ki, o boyda dev ikiyə bölünür. Tez gedib
həyətdə yekə bir çala qazır. Devi aparıb basdırır. Üstünü də
torpaxlayıb başlıyır yoldaşlarını gözləməyə. Yoldaşları əlləri
ətəklərindən uzun gəlib çıxırlar. Sən demə, biri bir sərçə də
vuranmayıb. Məhəmməd ta heç bir söz demir. Kirmişcə gətirib
qazanı qoyur qabaqlarına. Bunlar bir-birlərinə baxıb dinmirlər.
43
Oturub yeməklərini yeyirlər. Ürəklərində də fikirləşirlər ki,
görəsən nə yaxşı dev Məhəmmədə xətər yetirməyib.
Soruşmağa da qorxurlar. Məhəmməd onnara göz qoyub
başlıyır gülməyə. Yoldaşları səbəbini soruşanda deyir səbəbini
sabah bilərsiz.
Nə başınızı ağrıdım, beləcə hamısı yıxılıb yatıllar. Elə ki,
səhər açılır. Üzünüzə bütün səhərlər xeyirliyə açılsın.
Məhəmməd yoldaşlarını ova yola salıb genə komada qalır. Bu
səfər yemək bişirmir. Onsuz da bişiriləsi ov yoxuydu. Qılıncı
yanına qoyub başlıyır inni-cinni güdməyə.
Məhəmməd güdməyində olsun. Sizə kimdən xəbər verim,
devdən. Bu devlər beş qardaşıydılar. Növbəynən gəlib bunnar
bişirən yeməyi yeyərdilər. Öydəki qardaşlar nə qədər
gözlüyürsə, görürlər gedən qardaş gəlib çıxmır. Yaman
şübhələnirlər. Bilirlər ki, bu işdə nəysə başqa bir şey var. Tez
devin biri yolu alıb əlinə, bir göz qırpımında yetişir komaya.
Gəlib qazana boylanır. Nə görsə yaxşıdır. Görür heç yemək-
zad asılmayıb. Qazan bomboşdur. Əməlli-başlı hirslənir. Elə
qanrıldığını görür. Məhəmməd qılıncı nətər endirirsə, devin sağ
çiynini yaralayır. Dev bağıra-bağıra qaçır. Məhəmməd ta uzağa
da getmir. Elə oralardan ov ovluyub gəlir. Qazan asır. Yemək
bişirir. Ova gedənlər genə əlləri ətəklərindən uzun gəlirlər.
Məhəmməd gülüb deyir:
- Xeyir ola, dördünüzdən biriniz bir dovşan da
vuranmadız?
Yoldaşları başlarını aşağı dikib dinmirlər. Məhəmməd
süfrə salıb yeməyi çəkir. Oturub ağız ləzzəti ilə yeyirlər. Allaha
dönə-dönə şükr eliyirlər. Amma ürəklərində Məhəmmədə
yaman paxıllıq eliyib deyinirlər. Məhəmmədin devə qalib
gəlməsinə dözənmirlər. Özlərini birtəhər cilovlayıb yuxuya
gedirlər. Səhər tezdən Məhəmməd onnarı oyadır. Deyir ki, biz
ta burda qalanmarıq. Devi axtarıb tapmalıyıq.
Bu sözdən hamısı yaman utanır. Xəcalətdən başlarını
aşağı dikirlər. Məhəmməd onnarı düz aparır devi basdırdığı
44
yerə. Torpağı qazıb devi çıxardır. Üzünü yoldaşlarına tutub
deyir:
- Hə, buydu sizin başınızın, dizinizin, qarnınızın ağrısı.
Böyükbəyin də qızdırması. Heç utanmırsız. Mənnən bunu
gizlətdiyinizə görə. Bə mən hansı günə qalmışam. Həmişə
sirrimi sizə açmırdımmı?
Dağsaxlayan Meşəseyrəldənə, Meşəseyrəldən Kəl-
döyüşdürənə, Kəldöyüşdürən də Böyükbəyə baxıb girməyə yer
axtarırlar. Məhəmməd genə dillənir:
- Olan olub, keçən keçib. İnnən sonra qoymuyaq ki,
aramızdan su keçsin.
Hamısı sevinib başlarını tərpədirlər. Başlıyırlar devin
qanının izi ilə getməyə. Gethaget, gethaget gəlib çıxırlar bir
quyunun başına. Məhəmməd quyuya boylanıb deyir:
- Hə, dostlarım, məni sallayın quyuya.
Məhəmmədin belinə kəndir bağlayıb quyuya sallayırlar.
Məhəmməd quyuya düşə-düşə deyir ki, nə vaxt kəndiri dartsam
məni yuxarı çəkərsiz.
Nə başınızı ağrıdım. Beləcə Məhəmməd gəlib çatır
quyunun dibinə. Kəndiri belindən açır. Başlıyır quyunun
içiynən getməyə. Bir xeyli gedəndən sonra nə görsə yaxşıdır.
Görür qabağında bir gözəl oturub ki, gözəl nə gözəl. Ta yemə,
içmə xətti-xalına, gül camalına tamaşa elə. Dizinə də eybəcər
bir dev başını qoyub yatıb. Qız Məhəmmədi görən kimi
dillənir:
- Ey igid, burada neyniyirsən? Hələ ki, dev oyanmıyıb,
tez qaç, canını qurtar.
Məhəmməd əlüstü soruşur:
- Ey gözəl, de görüm neçə nəfərsiz?
Qız deyir:
- İgid, biz dörd bacıyıq. Neçə aydır ki, burdayıq. Devlər
bizi oğurlayıb. Özləri də beş qardaşdırlar. Biri neçə gündü yoxa
çıxıb. Xəbər-ətər yoxdu. Biri də çiynindən yaralıdır. Dünən də
45
cinnər padşahının qızı Dünya xanımı gətiriblər. O yazıq da
axırıncı otaqda əsirdi.
Məhəmməd Dünya xanımın adını eşidib yaman söyünür.
Qılıncını çıxarıb başlıyır devin ayağını qılıncın ucuyla oymağa.
Dev donquldanır:
- Bu çibinlərin əlinnən gözümüzün acısını da alammırıq.
Bunu deyib dev gözünü açır. Qabağında bir oğlan görüb
heyrətlənir. Ayağa qalxıb Məhəmmədin üstünə atılır.
Məhəmməd devi elə göydəcə iki parça eləyib yerə sərir. Keçir
o biri otağa. Görür burada da bir qız əyləşib. Qız nə qız… Elə
bil Allah-təala bütün gözəllikləri bu gözələ verib. Bu qızın
dizinə də dev başını qoyub yatıb. Məhəmməd genə qılıncının
ucuynan başlıyır devin ayağını oymağa. Dev donquldanıb
gözünü açır. Qabağında bəni-adəmi görüb üstünə şığıyır.
Məhəmməd bunu da cəhənnəmə vasil eliyib, o birsi otağa
keçir. Genə matı-qutu quruyur. Öz-özünə deyir, elə bil
dünyadakı bütün gözəllər burdadır. Bu otaqda da bir gözəl
oturur ki, yemə, içmə xətti-xalına, gül camalına tamaşa elə.
Bunun da dizində bir div köpüb qalıb. Məhəmməd yaxınlaşıb
devi oyadır. Dev qabağında insan görüb yaman təəccüblənir.
Elə özünü onun üstünə atdığını görür. Məhəmməd bu devi də
parçalayıb keçir o birsi otağa. Görür çiynindən yaraladığı dev
zarıya-zarıya başını qoyub gözəllər gözəli bir qızın dizlərinə.
Qız da ki, nə qız… Məhəmməd qabağa gəlib devi oyadır. Dev
Məhəmmədi görən kimi gözləri buğda yemiş dananın gözünə
dönür. Şığıyır Məhəmmədin üstünə. Məhəmməd, eləmə
tənbəllik, bu devi də cəhənnəmə göndərib, axırıncı otağa keçir.
Görür budu Dünya xanım saçlarından asılıb qalıb. Məhəmməd
tez özünü yetirib Dünya xanımı xilas eləyir. Dünya xanım da
Dünya xanım olur ha… Elə bil Xudavəndi-aləm nə gözəllik
varsa, bu xanıma bəxş eliyib. Ta aya deyir sən çıxma, mən
çıxım, günə deyir sən çıxma, mən çıxım...
Uzun sözün qısası, Məhəmməd Dünya xanımı da, dörd
gözəli də götürüb gəlir quyunun dibinə. Başlıyır kəndiri də
46
bağlıyıb bir-bir gözəlləri çıxartmağa. Elə ki, dörd gözəl yuxarı
çıxır, növbə gəlib çatır Dünya xanıma. Dünya xanım
Məhəmmədə üzün tutub deyir:
- Məhəmməd, gəl kəndiri əvvəl öz belinə bağla. Qoy səni
çəksinlər. Burda axıra qalsan yoldaşların kəndiri kəsəcəklər.
Sən də ömürlük quyunun dibində qalassan. Bax sözümü
qulaqardına vurma. Havayı yerə cinlər padşahının qızı döyüləm
ey... Mənim də bir bildiyim var deyə deyirəm.
Məhəmməd Dünya xanıma qulaq asıb öz bildiyini eləyir.
Kəndiri onun belinə bağlıyıb ipi dartır. Yuxarıdakılar
başlıyırlar Dünya xanımı çəkməyə. Elə ki, Dünya xanım yuxarı
çıxır, Böyükbəy yaman söyünür. Huşu başından çıxıb yıxılır
yerə. Dünya xanım özünü yetirib başlıyır Böyükbəyi oyatmağa.
Qoy bunnar burda qalsın. Sizə kimdən xəbər verim.
Dağsaxlayan, Meşəseyrəldən və bir də Kəldöyüşdürəndən.
Onnar Məhəmmədin qarasıncan yaman deyinirlər. Deyirlər ki,
biz pəhlivan ola-ola o boyda devlərə Məhəmməd qalib gəldi.
İndi quyudan çıxsa el-aləm onun qəhrəmanlığından danışacaq.
Bizim də kitabımız bağlanacaq. Yaxşısı budu elə Məhəmmədi
qoyaq quyuda. Qızları da özümüznən aparaq. Hamı elə bilsin
ki, devləri biz öldürmüşük.
Belə də eliyirlər. Məhəmmədin ipini kəsib sonra da
Böyükbəyin əl-ayağını bağlayırlar. Qızların beşini də götürüb
yolu alırlar əllərinə. Qoy bunnar getməkdə olsun. Sizə kimdən
xəbər verim, Məhəmməddən. Məhəmmədin kəndiri qırılır.
Qalır quyunun dibində. Barmağını dişliyib Dünya xanımın
sözlərini xatırlayır. Öz-özünə deyir, durmaqdan bir şey çıxmaz.
Qoy quyunun dibini gəzim, bəlkə bir yol tapdım. Bu fikirnən
Məhəmməd elə bir az yol getmişdi ki, qabağına ağ saçlı, ağ
saqqallı bir dərviş çıxır.
Məhəmmədin lap matı-qutu quruyur. Donub yerində
qalır. Dərviş yaxınlaşıb deyir:
- Oğul, mən səni yaxşı tanıyıram. Sənin xilaskarınam. Bir
dəfə sel gəldi. Atanla ananı sel apardı. Amma Xudavəndi-aləm
47
səni qorudu. Mən də səni aparıb meşədəki palıdın oyuğuna
qoydum. Orda qarının keçisini əmib sağ qaldın. Səni çoban
tapdı. O da aparıb verdi qarıya. Qarı çox qocaydı. Götur-qoy
eliyib səni padşaha verdi. Ayağın sayalıydı. Sən gələn günü
padşahın oğlu dünyaya gəldi. Padşah meylini sənə saldı. Bütün
əyan-əşrəfinə əmr elədi ki, onun iki oğlu dünyaya gəlib. O gün
bu gündür, Böyükbəylə səni ayırmır. Hər ikinizi çox istəyir.
İndi də yazıq ananın ağlamaqdan gözləri tutulub.
Bunu deyib dərviş Məhəmmədə bir məlhəm uzadır.
Deyir, ananın gözlərini bu məlhəm açacaq. Sonra dərviş
neyləyirsə, qeybdən bir ağ at peyda olur. Bu at adi atlara heç
bənzəmir. Atın iki qənədi olur. Məhəmmədin ta deyiləsi sözü
də qalmır. Bir dərvişə, bir ata baxıb durur. Hannan-hana
dillənir:
- Baba dərviş, bilirəm ki, bu at məni quyudan çıxardacaq.
Bəs mən səni bir də görə biləcəyəmmi?
Dərviş Məhəmmədə qulaq asıb deyir:
- Məhəmməd, oğul, sən nə vaxt dara düşsən mən özüm
səni tapacam.
Bunu deyib dərviş qeyb olur. Məhəmməd elə ancaq:
«Allah səndən razı olsun» - deyə bilir. Sonra sıçrayır atın
belinə. At bir göz qırpımında Məhəmmədi quyudan çıxarıb
qeyb olur.
İndi sizə kimdən xəbər verək Böyükbəydən. Elə ki,
Məhəmməd quyudan çıxır, başlıyır Böyükbəyi səsləməyə.
Görür səs-səmir gəlmir. Qanrılanda Böyükbəyin əl-ayağının
sarıqlı olduğunu görür. Özünü nətər qardaşının üstünə atırsa,
Böyükbəy səksənib ayılır. Məhəmmədi görüb yaman sevinir.
Məhəmməd o saat qardaşının əl-ayağını açır. Birlikdə düşürlər
satqınların dalına. Gethaget, gethaget axır gəlib yetişirlər
onnara. Məhəmməd qılıncını qından çıxardır. Nətər zərbnən
vurursa, Dağsaxlayanın, Meşəseyrəldənin, bir də
Kəldöyüşdürənin başı qarpız kimi dığırlanır. Sonra üzünü
qızlara tutub deyir:
48
- İndi deyin görüm yurdunuz-yuvanız haradır? Aparım
sizi evinizə qoyum.
Sən demə bu qızlardan üçü bacıymış. Elə hər üçü
uzaqdan görünən bir kəndi göstərib deyir ki, bax odur bizim
yurdumuz.
Uzun sözün qısası, Məhəmməd qızları aparıb öylərinə
qoyur. Ta qızların dədəsinnən anası bir şadyanalıq eliyir ki, gəl
görəsən. Qalır Dünya xanımla tək bircə gözəl. Bu gözəlin də
adı Gülcamal olur. Məhəmməd üzünü Gülcamala tutub deyir:
- Gözəl, bəs sənin kimin, kimsənən yoxdu?
Gülcamal dillənir:
- Məhəmməd, nə kimim var, nə kimsənəm. Yetim qızam.
Gedəcək yerim də yoxdu. İzn versəydin elə ömrümü sənin
yanında başa vurardım. Qulun olardım.
Məhəmməd bir xeyli fikrə gedir. Elə əvvəldən Gülcamala
quşu qonmuşdu. Nətər deyərlər, bir könüldən min könülə aşiq
olmuşdu. Ta qızın sözün eşidib az qalır qanadlanıb uçsun.
Birtəhər özünü ələ alıb cavab verir:
- Gülcamal xanım, mənim qulum olmaq lazım döyül. Qul
Tanrının olmalıdır. Gəl sən elə mənim xanımım ol. Ömrümüzü
birlikdə yaşayaq.
Gülcamal sevindiyindən az qalır huşunu itirsin.
Beləcə dördü də şad-xürrəm düzəlirlər yola. Bir xeyli yol
qət eliyib bir çinarın altında dincəlirlər. Bunnar yatır.
Məhəmmədinsə gözünə yuxu getmir ki, getmir. Bir də görür
çinara iki göyərçin qonub. Bu göyərçinlər adam kimi dil
bilirlər. Biri o birinə deyir:
- Bacılı, ay bacılı, bu kimdir elə?
O birisi dillənir:
- Can bacı, bu həmin o meşədən tapılan oğlandır. Adı da
Məhəmməddir. Qardaşının yolunda yaman zülm çəkib. Amma
bunun görəcəkli günləri hələ qabaqdadır.
O biri bacı genə dillənir:
49
- Bacılı, sən məndən böyüksən. Olub-keçənnəri də
məndən yaxşı bilirsən. De görək Məhəmmədin innən sonrakı
zülmü nədir elə?
Böyük bacı sözə başlıyıb deyir:
- Məhəmədgil saraya çatan kimi padşah yaman
söyünəcək. Dərvişin Məhəmmədə verdiyi məlhəm onun
anasının gözlərini sağaldacaq. Padşah şadyanalıq eləyib tez
Böyükbəylə Dünya xanıma toy çaldıracaq. Amma toy günü
çırağın başından bir qara kölgə düşəcək. Bu kölgə dığırlanıb,
dığırlanıb böyüyəcək. Axırda bir dev olacaq. Gəlib Böyükbəylə
Dünya xanımı öldürəcək.
Kiçik bacı qorxa-qorxa soruşur:
- Bacılı, bə bunun bir çarəsi yoxdur?
Böyük bacı dillənir:
- Allah heç nəyi çarəsiz yaratmıyıb. Əlbət ki, bunun da
çarəsi var. Gərək Məhəmməd bəynən gəlindən qabaq otağa
girə. Devi görən kimi onu öldürə. Özü də gərək bunu kiməsə
söyləməyə. Yoxsa o saat daşa dönəcək.
Məhəmməd göyərçinlərə qulaq verib dinmir. Göyərçinlər
də uçub gedirlər. Məhəmməd qardaşınnan qızları oyadır.
Birlikdə yola başlıyırlar. Gethaget, gethaget axır gəlib yetişirlər
saraya. Padşaha xəbər aparırlar ki, gözün aydın, bəs oğlanların
gəlib, yanlarında da bir cüt dünya gözəli var. Ta padşahın
sevincinin həddi-hüdudu olmur. Məhəmmədlə Böyükbəy
padşaha təzim eliyib dururlar. Padşah oğlanlarını bağrına basıb
doyunca öpür. Elə bu vaxt Məhəmmədin gözü anasına sataşır.
Yüyürüb onu qucaqlayır, o üzündən, bu üzündən öpür. Sonra
dərvişin verdiyi məlhəmi gözlərinə sürtür. Ananın gözləri
açılır. Balalarının hər ikisini öpüb qucaqlayır, xeyir-dua verir.
Bayaqdan seyr edən padşahın lap matı-qutu quruyur. Əmr
eliyir ki, toya hazırlıq görülsün. Məhəmməd bir xeyli götür-qoy
eləyir. Axır ki, atasının hüzuruna getməyi qərara alır. Gəlib
təzim eləyir, deyir:
50
- Atayi-mehriban, izn versəydin mən hələ toy
çaldırmazdım.
Padşahın gözləri böyüyür. Birtəhər özünü toplayıb deyir:
- Oğul, mən elə bilirdim könlun Gülcamaldadır. Elə ona
görə də istəyirdim ki, oğullarımın hər ikisi sevdiklərinə
qovuşsun. Hər ikinizə bir gündə toy çaldıraq.
Məhəmməd genə təzim eləyib deyir:
- Ateyi-mehriban, könlüm Gülcamaldadır. Amma
deyirəm qoy Böyükbəylə Dünya xanımın toyu çalınsın. Qırx
gün qırx gecə keçsin, sonra mənimlə Gülcamalın toy-düyününə
yığışın.
Padşah qalır mat-mətəl. Nə illah eliyirsə, Məhəmmədi
fikrindən döndərə bilmir ki, bilmir. Çarəsiz qalıb qırx gün, qırx
gecə Böyükbəylə Dünya xanıma toy çaldırır. Elə ki, məqam
yetişir. Məhəmməd gedib qardaşının otağında gizlənir.
Böyükbəylə Dünya xanım yuxuya gedən kimi çıraqdan bir
kölgə düşür. Bu kölgə dığırlanıb böyüyür. Devə çevrilir.
Məhəmməd tez sıçrayıb qılıncıyla devi ikiyə bölür. Səs-küyə
Böyükbəylə Dünya xanım oyanır. Böyükbəy qardaşının üstünə
şığıyıb bağırır:
- Namussuz, qeyrətsiz, özün də mənə qardaş deyirsən.
Gözünü arvadıma dikibsən. Dünya xanımı mənə gətiribsən,
yoxsa özünə?
Məhəmməd kəlmə də kəsmir. Çevrilib baxır, görür devin
ölüsü yoxdur. Lap mat qalır. Öz-özünə fikirləşir, ta mənə heç
kəs inanası döyül.
Nə başınızı ağrıdım. Böyükbəy olub-keçənləri gedib
atasına danışır. Padşah bərk qəzəblənir. Əmr eləyir,
Məhəmmədi hüzuruna gətirsinlər. Padşah Məhəmmədə bağırıb
deyir:
- Sən nə ədəbsiziymişsən. Ocağımda oğul yox, ilan
bəsləmişəm. Tez ol, de görüm bu qələti niyə eləyibsən?
Məhəmməd atasına təzim edib deyir:
51
- Şah sağ olsun. Mənnən heç nə soruşmayın. Desəm
peşman olassız.
Padşah əl çəkmir. Məhəmmədə deyir ki, söyləməsən
başını bədənindən ayıracam.
Məhəmməd çarəsiz qalıb olub-keçənləri danışmağa
başlayır. Sözünü qurtaran kimi elə atasının gözünün
qabağındaca daşa dönür. Padşah bir başına vurur, bir dizinə.
Böyükbəy ağlıyıb-sızlayır. Heç kim özünə gələmmir.
Böyükbəy qardaşına olan son borcunu yerinə yetirmək istəyir.
Daşa dönmüş Məhəmmədi aparıb bağa qoyur. Elə hönkür-
hönkür ağlayanda ağ geyimli, ağ saqqallı bir dərviş gözünə
görünür. Böyükbəy diksinir. Dərviş onnan soruşur:
-Oğul, sən qardaşını çoxmu istəyirsən?
Böyükbəy dillənir:
- Baba dərviş, onu canımdan çox istəyirəm. Məhəmmədi
geri qaytarmaqçün canımı da verərəm.
Dərviş sözə başlıyır nə başlıyır:
- Məhəmmədin öldürdüyü dev çarpayının altındadır. Devi
ora mən qoymuşam. Sənin qardaşlığın yoxlamağın əsl vaxtıdır.
Vədə tamam olan kimi bir oğlun dünyaya gələcək. Gözləyərsən
uşaq bir yaşına keçər. Onun başını bir ləyəndə kəsərsən. Sonra
oğlunun qanıyla daş olmuş Məhəmmədi yuyarsan.
Böyükbəyi yaman dərd aparır. Bir yanda qardaşı
Məhəmmədi, o biri yanda da oğlunu düşünür. Axır ki, bir
qərara gəlib dərvişə deyir:
- Baba dərviş, elə bir səhv eləmişəm ki, Allah da
bağışlamaz. Qoy oğlum Məhəmmədə fəda olsun. Bircə
Məhəmmədi salamat görmək qismətim olsun.
Bu sözlər dərvişə xoş gəlir. Bir göz qırpımında qeyb olur.
Nə başınızı ağrıdım. Beləcə vaxt ötür, vədə tamam olur.
Böyükbəyin bir oğlu dünyaya gəlir. Hamı sevinib şadyanalıq
edir. Böyükbəydən savayı. Uşaq bir yaşına çatanda Böyükbəy
onu götürüb bağa gedir. Bir o yana, bir bu yana baxır. Sonra
bıçağı götürüb çağanın başını kəsir. Qanıyla daşı yuyur.
52
Məhəmməd çönüb əvvəlki kimi olur. Böyükbəyi görüb yaman
söyünür. İki qardaş bir-birini qucaqlayıb dərdləşirlər.
Məhəmməd Böyükbəyin oğlunu bilib bikef olur. Öz-özünə
deyir, bu uşağın qanıyla diriləcəydimsə, kaş ömürlük daş
qalardım. Bu vaxt qulağına qeybdən bir səs gəlir:
- Məhəmməd, hər şeyin bir hikməti var.
Məhəmməd başını qaldırıb həmin ağ saqqallı, ağ saçlı, ağ
geyimli dərvişi görür. Dərviş deyir:
- Allah-Təala Böyükbəyi oğluyla sınağa çəkdi. Böyükbəy
də səhvini düzəltməkçün öz balasını gözünü qırpmadan qurban
vermiş oldu. O körpəni diriltmək sənin əlindədir. Çünki sən
onun qanıyla daşdan qurtulmusan. İndi get körpənin başını
bədəninə qoy. Barmağını da kəsib sürt boğazına. Qorxma, uşaq
asqırıb ayılacaq.
Bunu deyib dərviş qeyb olur. Məhəmməd tez yüyürüb
çağanın başını bədəninə bərkidir. Barmağını çərtib qanını
boğazına çəkir. Çağa olur anadangəlmə. Asqırıb oyanır.
Məhəmməd çağanı da götürüb gəlir saraya. Padşah
Məhəmmədi görüb söyünür. Ondan bağışlanmasını istəyir.
Anası başlıyır Məhəmmədi duz kimi yalamağa. Hamı
şadyanalıq eləyir. Padşah Məhəmmədlə Gülcamala qırx gün
qırx gecə toy çaldırır. Toy elə toy olur ki, səsi-sorağı hər yana
yayılır. Hamı yeyir, içir muradına çatır. Siz də yeyin, için,
muradınıza çatın.
53
NƏRDƏNƏXATIN
Biri varıydı, biri yoxuydu, bir arvad varıydı. Bu
arvadın da yeddi oğlu varıydı. Arvadın özü də, yeddi oğlu da
qız həsrətindəydi. Qız deyəndə bunların dodağı yeddi yerdən
paralanırdı. Oğlanlar hər gün ova gedərdi. Ova gedəndə
analarına tapşırırdılar, bacımız olsa bizə xəbər ver.
Anaları da deyərdi:
- Əgər bacınız olsa, qapıdan ələk asacam, qardaşınız
olsa tüfəng.
Bunlar ova getməkdə olsunlar, sizə kimdən deyim
arvaddan. Bir gün oğlanları ova gedəndən sonra arvad yatdı,
bir qızı oldu. Qız elə gözəl idi, elə gözəl idi, deyərdin on dörd
gecəlik aydı, durub. Arvad çox sevindi. Tez durub qapıdan ələk
asdı ki, oğlanları qayıdanda ələyi görüb şad olsunlar.
Bunun bir paxıl qonşusu da varıydı. Tez ələyi götürüb,
yerindən tüfəng asdı. Axşam düşdü. Oğlanlar evə döndü.
Dönəndə baxdılar qapıdan tüfəng asılıb. Kor-peşman dala
qayıtdılar. Getdilər uzaq, uzaq bir ölkəyə.
Bunlar getməkdə olsun, indi görək anaları necə oldu.
Arvad gördü oğlanları qayıtmadı. Dalağı sancdı. Tez qapıya
baxdı. Baxanda gördü nə … Ələyin yerinə tüfəng asılıb. Tez
barmağını dişlədi, qayıtdı evə. Bildi ki, qonşunun işidi.
Aylar, illər ötdü. Arvad qızın adını Nərdənəxatın
qoymuşdu. Nərdənəxatın gözəl-göyçək bir qız olmuşdu. Bunun
bir danası da varıydı. Dananın adını Sarıqız qoymuşdu.
Nərdənəxatın meylini Sarıqıza salmışdı. Hara getsə, özüynən
aparırdı. And içəndə Sarıqızın adına and içərdi. Bir gün
Nərdənəxatın qızlarla oynayırdı. Birdən bir pis iy gəldi. O dedi:
- Qardaşımın canı mən eləmədim.
Bu dedi:
-Qardaşımın canı mən eləmədim.
54
Nərdənəxatın da Sarıqızın canına and içdi. Bu belə and
içəndə qızlar gülüşdü. Dedilər:
-Yeddi qardaşın bacısı da bir qotur danının canına and
içərmi? Yalan deyirsən, sənin işindi.
Nərdənəxatın ağlaya-ağlaya gəldi anasının üstünə.
Dedi:
-Ana, mənim yeddi qardaşım var imiş. De görüm
qardaşlarım hardadı?
Anası başına gələnləri pitdə-pitdə söylədi qızına.
Nərdənə xatın əl çəkmədi:
-De görüm, hanı qardaşlarım? Hansı vilayətə gediblər?
Anası nə qədər and-aman elədi ki, bilmirəm, Nərdənə
xatın yenə inanmadı. İki ayağını bir başmağa dirəyib durdu.
Anası dedi:
- Qızım, bu daşı ətəyindən tök. Qardaşlarını çətin ki,
tapasan.
Nərdənəxatın heç nə demədi. Əlacı yerdən-göydən
üzüldü. Üzünü Allaha tutub başladı yalvarmağa. Bir gün belə,
beş gün belə… Bir gün gördü aynanın qabağına bir sərçə
qondu. Başladı danışmağa:
- Nərdənəxatın, heç fikir eləmə. Qardaşlarının yerini
bilirəm.
Nərdənəxatın soruşdu:
- Canım sərçə, de görüm, qardaşlarım hardadı?
Sərçə dedi:
- Bax, sən balaca bir torba tik. Bu torbanı da doldur
buğdaynan. Dibindən də balaca bir deşik aç. Dən bircə-bircə
tökülsün. Torbanı tax ayağıma. Dən hara düşsə, izi ilə yeri.
Qardaşlarını tapacaqsan.
Nərdənəxatın belə də elədi. Düşdü quşun dalınca. Quş
getdi, bu getdi, quş getdi, bu getdi. Gethaget, gethaget, gedib
çıxdılar yeddi qardaşın olduğu yerə. Nərdənəxatın baxıb gördü
qardaşlar səhər çıxıb gedir ova, bir də axşam qayıdır komaya.
Qız gizləndi xəlvət yerdə. Bunlar çıxıb gedəndən sonra başladı
55
komanı silib-süpürməyə. Qabları yudu, su daşıdı. Bişmiş
bişirdi. Axşam düşəndə yenə gizləndi. Qardaşların gözünə
görünmədi.
Yeddi qardaş qalmışdı mat-məhəttəl: görən bu işləri
tutan kimdi. Bir gün belə, beş gün belə, günlərin birində sözü
bir yerə qoydular ki, hər gün biri qalsın evdə, qıraqdan göz
qoysun. Belə də elədilər. Gördülər komanı silib-süpürən bir
gözəl qızdı.
Qızdan soruşdular:
-Ay qız, de görək sən kimsən? Bura gəlməkdə
məqsədin nədi?
Qız ded:
- Adım Nərdənəxatındı. Özüm də sizin bacınızam.
Gəlmişəm sizi aparmağa.
Qız hal-qəziyyəni söylədi. Qardaşlar bərk sevindilər.
Dedilər:
- Gözümüz üstə yerin var. Qal bizim yanımızda. Amma
nəbada evdən eşiyə çıxasan. Nə lazım olsa de, biz gətirək.
Bunlar hər gün gedərdilər ova. Qız qalardı komada. Hər
yanı silib-süpürərdi. Gülə-çiçəyə döndərərdi. Axşama qazan
asardı. Qardaşların yolunu gözləyərdi. Deyə-gülə Allah
verəndən yeyib yatardılar. Qardaşların bir pişiyi də varıydı. Bir
gün bu səlvər pişik çaxmaqdaşını islatdı. Qız qazan asmaq
istəyəndə çaxmağı çaxammadı. Əlacı kəsildi, çıxdı çölə od
axtara.
Gethaget, gethaget, gedib bir mağaraya rast gəldi. Qız
sakitcə mağaraya daxil oldu. Gördü ki, böyük bir div başını bir
qızın dizləri üstünə qoyub yatıb. Qız o qədər gözəl idi ki, yemə,
içmə xətti xalına, gül camalına tamaşa elə. Qız Nərdənaxatını
görüb dedi:
- Ay qız, sən bura necə gəlmisən? Bura quş gəlsə qanad
salar, qatır gəlsə dırnaq salar. Nə qədər ki, div oyanmayıb çıx
get burdan.
Nərdənəxatın dedi:
56
- Pişik ocağımızı söndürüb. Mənə od lazımdır.
Qız dedi:
- Tez ol ocaqdan bir az köz götür, qaç burdan. Yoxsa
div oyanıb səni öldürər.
Nərdənəxatın ocaqdan bir az köz götürüb komadan
çıxanda cibindəki sap tağalağını saldı. Nərdənəxatın yolu
getdikcə tağalaq da açılırdı.
Nərdənəxatın getdikdən sonra div yuxudan ayıldı. O
tərəf-bu tərəfə baxıb qızdan soruşdu:
- De görüm mən yatanda bura kim gəlib?
Qız qorxusundan heç nəyi boynuna almadı. Bu vaxt
divin gözü yerdəki tağalağa sataşdı. Div tağalağı yerdən
götürüb yığmağa başladı. Yığa-yığa, yığa-yığa gəlib çıxdı
Nərdənəxatının yaşadığı komaya. Div əyilib qapının
deşiyindən baxanda komada gözəl bir qız gördü. Div nə illah
elədi, Nərdənəxatın qapını açmadı ki, açmadı. Div qapının
önünə yeddi dənə gül qoyub getdi.
Div gedəndən sonra Nərdənəxatın gülləri götürüb
sandığa qoydu ki, qardaşları görməsin.
Səhər açıldı. Qardaşlar ova getdikdən sonra div yenə
komaya qayıtdı. Nə qədər elədi, Nərdənəxatın qapını açmadı.
Axırda əlacsız qalıb dedi:
- Ay qız, qapını açmırsan, heç olmasa barmağını
deşikdən çıxart, üzük taxacam.
Qız barmağını qapının deşiyindən çıxartdı. Div o saat
qızın barmağını saldı ağzına. O qədər sordu ki, qız huşunu
itirdi. Div çıxıb getdi.
Qardaşlar ovdan qayıdanda Nərdənəxatını yerdə huşsuz
vəziyyətdə tapdılar. Qızı yerdən qaldırıb üzünə su vurdular.
Hannan-hana Nərdənəxatın özünə gəldi. Başına gələnləri
qardaşlarına danışdı. Qardaşlar bərk qəzəbləndilər. Yolu
əllərinə alıb gəldilər divin mağarasına. Div yenə yatırdı.
Qardaşlar divi yatdığı yerdəcə öldürüb, komalarına döndülər.
57
Bir neçə gündən sonra Nərdənəxatın sandığı açanda
sandıqdan yeddi gözəl qız çıxdı. Qardaşlar ovdan qayıdanda
qızları görüb çox bəyəndilər. Hərəsi bu qızın birini aldı.
Gəlinlər Nərdənəxatına göz verib, işıq vermədilər. Hər gün
ilandan-qurbağadan tutub yedirtdilər. Nərdənəxatının qarnı
başladı şişməyə. Gəlinlər qardaşlara dedilər.
- Bacınız nə qələt qarışdırıbsa, qarnı günbəgün şişir.
Aparın bunu öldürün.
Qardaşlar
Nərdənəxatını gətirdilər bir çölün
düzdəməsinə. Öldürməyə əlləri gəlmədi. Qızı burda azdırıb,
qayıtdılar dala. Nərdənə xatın ac-susuz qaldı bu irəmədə. Bir
gün gördü bir çoban qoyun otarır. Gəldi çobanın yanına, dedi:
- Çoban qardaş, neçə gündü acam. Dilimin altından su
da keçməyib. Allah irzasına mənə bir içim süd ver.
Çoban tez qoyunun birini tutub sağdı, südü tökdü bir
tısbağa çanağına. Qoydu qızın qabağına. Bu, südü qızın
qabağına qoyanda bir qara ilan sürünə-sürünə gəlib zəhərini
tökdü çanağa. Qız öz-özünə dedi: «Elə yaxşı oldu, içərəm bu
zəhəri, canım qurtarar. Onsuz da belə yaşamaqdansa, ölüm
fərzdi». Qız götürüb südü çəkdi başına. Qarnında nə qədər ilan-
qurbağa varıydı, qaytardı geri. Rəngi-ruhu özünə gəldi. Başına
gələnləri söylədi çobana. Çoban Nərdənəxatını aldı. Başladılar
bir yerdə yaşamağa. Nərdənəxatının çobandan bir oğlu oldu.
Uşaq böyüdü. Doqquz-on yaşına çatdı. Gördü anası hər gün
ağlayır. Anasından sual elədi:
- Ana, de görüm niyə ağlayırsan? Sənin dərdin nədi?
Nərdənə xatın dedi:
- Oğul, Allahdan gizlin deyil, səndən nə gizlin, mənim
yeddi qardaşım var. Yeddisi də yad qızının sözüylə məndən
keçib.
Uşaq dedi:
- Ana, mən gedirəm dayılarımı axtarmağa.
Nərdənə xatın dedi:
58
- Oğul, sənin dayıların hər gün bu körpünün altında
atını sulayır. Sən də qarğı atını minib, arxa girərsən. Qamçını
qarğıya çəkib deyərsən:
-Su iç, a qarğım, su iç.
Onda dayıların soruşacaq:
- Qarğı da su içərmi?
Sən də belə de:
-Bəs yeddi qardaş da bir bacıdan keçərmi?
Uşaq gəldi arxın qırağına. Gözlədi, gözlədi, gördü
dayıları gəldilər. Başladılar atlarını sulamağa. Uşaq da qarğı
atına qamçı çəkib dedi:
- Su iç, a qarğım, su iç!
Qardaşlar dedi:
- Qarğı da su içərmi?
Uşaq dedi:
- Bəs yeddi qardaş da bir bacıdan keçərmi?
Qardaşlar barmağını dişlədi. Bildilər ki, burda nəsə bir
iş var. Oğlandan soruşdular:
- Bizi evinizə qonaq apararsanmı?
Oğlan razılaşdı. Onları evlərinə gətirdi. Qardaşlar
Nərdənəxatını görüb mat-məəttəl qaldılar. Nərdənəxatın başına
gələnləri qardaşlarına danışdı. Qardaşlar əhvalatdan hali olub,
çox peşman oldular. Nərdənəxatını da, oğlunu da qucaqlayıb, o
üzündən, bu üzündən öpdülər, sağollaşıb gəldilər evə.
Arvadlarını öldürdülər və yenə qayıtdılar bacılarının yanına.
Onlar Nərdənəxatınla birlikdə yaşamaqda olsunlar. Nağılımız
da burda bitdi. Göydən üç alma düşdü. Biri mənim, biri
özümün, biri nağıl deyənin.
D A S T A N
59
BOZALQANLI AŞIQ HÜSEYNİN
TİFLİS SƏFƏRİ
İndi qulluğunuza hardan ərz edim, Aşıq Ələsdən. Bazarda
alver etdiyi yerdə Aşıq Ələsin altı manatı çatmır. Bu alver
sodası pozulmasın deyə bazara göz gəzdirəndə görür ki, dayısı
Məşədi Əlişan kişi də bazardadı. Aşıq Ələs dayısına deyir ki,
mənə altı manat borc pul ver. Məşədi Əlişan çox çətinliklə pulu
verir, bu şərtə ki, tez qaytarsın. Aradan bir xeyli vaxt keçir.
Ələs dayısının pulunu düzəldə bilmir. Hər görüşəndə dayısı
Ələsə deyir: «Mənim pulumu düzəlt ver». Aşıq Ələs bir qədər
fikirləşir, durur sazını da götürüb Aşıq Hüseynin yanına gedir.
Salam əleyk, əleyki-salamdan sonra Aşıq Hüseyn xəbər
alır:
- Ələs, nə var, nə yox, ay bala, xeyirdimi?
Ələs deyir:
- Hüseyn əmi, xeyir içində olasan. Tiflisdən bizi toya
çağırıblar.
Aşıq Hüseyn bir qədər fikirləşəndən sonra öz-özünə deyir
ki, Tiflisdən toya çağırsalar məni çağırarlar. Bəs, Aşıq Ələsi
kimdi tanıyan?
Nə isə, bu sözü-söhbəti Aşıq Ələsin üzünə demir.
Sözünü yerə salmayıb, Tiflisə getməli olur. Bunlar Kürün
qırağı ilə atlanıb gedirlər dəmiryol vağzalına. Dəmiryol
vağzalında qatarı gözləyirlər. Həmin vaxtı üç nəfər oğlan da
vağzala gəlir. Bu oğlanların başçısı Aşıq Hüseyni tanıyır. Gəlib
onunla görüşür. Bunu görən o biri oğlanlar da aşıqlarla
görüşürlər. Həmin oğlan xəbər alır:
- Hüseyn əmi, səfəriniz haradır?
Aşıq Hüseyn deyir:
- Bala, Tiflisə gedəcəyik.
Oğlan soruşur:
60
- Əmi, bilet almısınızmı?
Aşıq Hüseyn deyir:
- Bala, alarıq.
Həmin oğlan aşıqlara da bilet götürdü. Bunların hamısı
bir yerdə mindilər qatara. Həmin oğlan dedi:
- Əmi, Dəli Alının tərifini bilərsizmi?
Aşıq Hüseyn dedi:
- Bala, bilərik niyə bilmirik ki...
Həmin vaxtı hər iki aşıq sazlarını çıxartdı. Aşıq Ələs çox
yaxşı saz çalan aşıq olub. Sazlarının kökünü düzəldib zilini zil,
bəmini bəm edib başladılar bu söhbəti söyləməyə. Tiflis
vağzalına qədər Aşıq Ələsgərin Dəli Alıya dediyi tərifi
söylədilər. Qatar Tiflis vağzalında dayandı. Oğlanlar və aşıqlar
hamısı ayağa qalxdı. Bu oğlanların başçısı Dəli Alının qohumu
imiş. Əlini cibinə saldı. Aşığa bir iyirmi beşlik uzatdı. O biri
oğlanlar da bu pulun üstünə yenə nəmər qoydu. Halal-hümmət
eləyib ayrıldılar.
İndi sizə kimdən xəbər verim, Aşıq Ələsdən.
Ələs:
- Hüseyn əmi, bizi bura toya-zada çağıran yoxdur. Elə bu
altı manata görə mən sizə dedim, bizi toya çağırıblar. Məşədi
Əlişan kişiyə altı manat borcum var idi, - deyib altı manatı
cibinə qoydu.
Aşıq Hüseyn dedi:
- Bala, Ələs, sənin fikrini mən lap evdə ikən bilirdim. İndi
səfərdən qayıtmaq olmaz.
Elə həmin vaxt aşıqlara bir nəfər də rast gəldi. Bu adam
Tiflisin məşhur aşığı Aşıq Əsədullah idi. Ancaq Aşıq
Hüseynlə, Aşıq Ələs bunun aşıq olmağını bilmədilər.
Əsədullah bu aşıqlara dedi ki, qardaş, nə yaxşı iş oldu, mən
toya aşıq axtarmaqdaydım, elə siz rast gəldiniz. Bizim bir-iki
günlük toyumuz var. Ancaq bağışlayın, bizdə bir adət var.
Qabaqca aşığı oxudub, səsini eşidib, sonra toya aparırlar. Aşıq
61
Hüseyn çox arif adam idi. Həmin dəqiqə bu adamın fikrini
başa düşdü, Aşıq Ələsə bir göz vurub dedi:
- Siz nətəri məsləhət görürsünüz, elə də edək.
Aşıq Hüseyn Ələsə qabaqcadan demişdi ki, xəbər alan
olsa, deyərsən usta mən, şəyird bu kişidir.
Aşıq Əsədullah bu razılıqdan sonra deyir ki, gedək adama
bir stəkan çay içək, sonra toya gedərik.
Bunlar Şeytanbazarın çayçısında əyləşəndən sonra yerli
camaat Əsədullahın gəlişini bilib çayxanaya doldu. Aşıq
Hüseyn bu camaatın bura axınını bilib, işləri tam başa düşdü.
Ələs çayçıya dedi ki, bizə bir çay gətir. Söhbətarası Əsədullah
soruşdu:
- Qardaş, sizin usta hansınızsınız, şəyird hansınızsınız?
Ələs tez cavab verdi:
- Qardaş, usta mənəm, şəyird də bu kişidir.
Əsədullah öz-özünə deyir ki, bu necə olan işdir, qoca kişi
şəyird ola.
Ələs Əsədullahı qırımından anladı. Tez cavab verdi:
- Bu mənim əmimdir. Saza-sözə həvəsi olduğundan
qoyunu buraxıb gəlib şəyirdlik edir.
Əsədullah dedi ki, çox gözəl.
İndi sizə hardan xəbər verim, çayçının çay gətirməsindən.
Çayçı üç stəkan çay süzdü. Stəkanın ikisi armudu, biri qalın
stəkan oldu. Qalın stəkanı Aşıq Hüseynə, armudu stəkanları isə
Əsədullahla Ələsin qabağına qoydu.
Aşıq Əsədullah dedi:
- Qardaş, vaxtdır. Sazları çıxardın, bir səsinizi eşidək.
Sazlar köynəkdən çıxandan sonra Əsədullah dedi ki, mənə elə
bir söz oxuyun yeddisi bir qapıdan çıxsın. Bu kəlməni Ələs
eşitdikdə Aşıq Hüseynin üzünə baxdı. Aşıq Hüseyn alçaqdan
dedi ki, denən bunu mənim şəyirdim də oxuya bilər.
Aşıq Hüseyn sazını götürüb qalxdı ayağa. Görək necə
dedi, biz də sizə deyək:
62
Arif olan, diqqət ilə fəhm eylə,
Bu çərxi-gərdişin alışına bax.
Açılıbdı bazar, qurulub meydan,
Dünya ceyfəsinin alışına bax.
Çeşmi tökər leysan kimi nə abı,
Ərş üzrə səf çəkilib nə abı,
Tər əndama xub yaraşır nə abı,
Yaşılın üstündən alışına bax.
Gözəl olan hərgiz geyməz kəm alı,
Ülfət qılıb, ləzzət çəkər kəm alı,
Bir gözəlin kamil olsa kamalı,
Kəlmə ver, kəlməyin alışına bax.
Hüseyn əmər kövsər ləbin nə qanə,
Əjdər nədir, Şümür nədir, naqə nə,
Qanad çalar, caynaq batar, nə qanə,
Tərlan şikarının alışına bax.
Aşıq Əsədullah soruşdu:
- Aşıq, bu hansı Hüseynin sözüdür?
Aşıq Hüseyn cavab verdi:
- Qardaş, Şəmkirli Aşıq Hüseynin sözüdü.
Aşıq Hüseyn ikinci sözə başladı.
Əsədullah dedi:
-Aşıq, indi mənə elə bir təcnis oxumalısan ki, o təcnis
cığalı olsun. Aşıq Hüseyn kefini pozmayıb dedi:
-Baş üstə.
Könül sevdi gözəllərin xalisin,
Qasidin əlində naməlum ola.
Qarşıda naməlum,
Hicran çəkdi naməlum,
63
Xöryət, evin yıxılsın,
Yurdun olsun naməlum.
Bir eyvan otaqda sürəm səfasın,
Ağ tər sinəsində nəm əlim ola.
Yaxşı olar gözəllərin həlalı,
Qəvvas çəkər dəryalardan həlalı.
Qarşıda həlalı,
Sirr ver görsən həlalı.
Gözəlin beyvəfası,
Alır canın həlalı.
Qadir Allah, qismət eylə həlalı,
Haramnan dövlətim, nə malım ola.
Yazıq Hüseyn, dərdin yetdi bir yüzə,
Canan gəlsə, canım verrəm bir yüzə.
Qarşıda bir üzə,
Ördək göldə bir üzə,
Bağı qoyma naşı bağman,
Bir sındırıb, bir üzə,
Nütfədən qarışan verər birüzə,
Nə fitnə kəsilər, nə məlum olar.
Aşıq, Əsədullah dedi:
-Aşıq bəs bu kimin sözüdür?
Aşıq Hüseyn cavab verdi ki, bu da elə Şəmkirli Aşıq
Hüseynin sözüdür.
Çayxanaya toplaşan camaat da onlara qulaq asırdı. Bunu
görən Aşıq Əsədullah demək istədi ki, aşıq, daha bəsdi.
Aşıq Hüseyn imkan verməyib dedi:
- Zərəl yoxdur, qoy birini də deyim.
Sonra sazını düzəltdi divanı kökünə, görək Aşıq
Əsədullahı necə meydana çağırdı:
Arif olan, bircə danış, şirin köftarın görüm,
64
Dərsini bil, döryan eylə, dildə əzbərin görüm,
Aç mətahın, tök bazara, hər nə ki, varın görüm,
Sərrafıyam, xub seçərəm ləli - gövhərin görüm.
Dörd kitabda üç hərif var, eylə bunu hesabı sən,
İncil, Tövrət, Zəbur, Tövhid hansı birinə tabesən?
İsayisən, musayisən, şeyxsən, ya babısan?
Hansı dinə baş əyirsən, söylə iqrarın görüm.
O necə şeydir onun kölgəsi yox,
O kimdir anası var, atası yox,
O kimdir ki, nə ana-atası var,
Hüseyn deyər bir cavab ver, varmı xəbərin görüm?
Söz başa çatandan sonra Aşıq Əsədullah dedi:
- Aşıq, bəs bu kimin sözüdür?
Aşıq Hüseyn cavab verdi ki, bu söz də Şəmkirli Aşıq
Hüseynin sözüdür.
Aşıq Əsədullah yenə soruşdu:
- Bəs sənin ustan kimdir?
Aşıq Hüseyn Bozalqanlı dedi:
-Qulaq as deyim:
Talib olub bir ustadan dərs aldım,
Mənim dərsim əlif-beydi, ayındı.
Tuş düşər qılabında zühr eylər,
Səməndi var əsən baddan yeyindi.
Cəbrayıl vəhy gətdi ərş aləmindən,
Əhsən səsi gəldi ruzi zəmindən,
Qeyzə gəlib qılınc çıxsa qınından,
Görən deyər ruzi-mənşər bu gündü.
Aləmi zərrədən islam dinniyəm,
Sadiqin yolunda bəndivannıyam,
Mahalım Tovuzdur, Bozalqanlıyam,
65
Adım xəbər alsan Aşıq Hüseyndi.
Bozalqanlı Aşıq Hüseyn adını eşidən Aşıq Əsədullah
Aşıq Hüseynin əlinə-ayağına düşüb dedi:
-Aşıq Hüseyn, bağışla məni, üzr istəyirəm.
Məclis əhli Bozalqanlı Aşıq Hüseynin qiymətli sözlərini
eşidib aşığa çoxlu döyran yığdılar. Həmin camaatın içində
Balakənnən bir ləzgi oturmuşdu. Aşığın sözlərinə heyran qalıb
Aşıq Hüseynə dedi:
-Aşıq qardaş, gedək bizim kəndə. Kəndimiz altmış evdir.
Çalıb oxuyarsan, hər evdən sənə bir çanaq qarğıdalı verərlər.
Köhnə vaxtın bir çanağı bir put hesabında olurdu. Aşıq
Hüseyn fikirləşdi ki, gedib oxuyaram, altmış evdən altmış put
qarğıdalı alsam, bu da xeyli qarğıdalıdır. Bu ləzgilərin çanağını
bilən bir nəfər dedi:
- Aşıq Hüseyn, sən onların çanağını görmüsənmi?
Aşıq Hüseyn dedi:
-Balam, çanaq çanaqdır də, çanağın içi bir put tutur.
Həmin adam dedi:
-Aşıq Hüseyn, onların çanağı balacadır. İçində qurud
əzmək üçün düzəldiblər, çanaq ona deyirlər.
Aşıq Hüseyn dedi:
- Ləzgi qardaş, sizin yerə gedə bilməyəcəm, elə burada
ikən sənin toy payını deyim.
Aldı görək Aşıq Hüseyn ləzgiyə nə dedi:
Şair cərgəsində çəkilir adım,
Həqiqət, mərifət bilən ha deyləm.
Öz yerimdə bir cür başım saxlaram,
Özgə yerə gedib-gələn ha deyləm.
Hərçəndi aşiqəm, tərki-vətənəm,
Xirdarına ləli-gövhər satanam,
Təklif olan yerdə qırx gün yatanam,
66
Beytəklif yerlərə gedən ha deyləm.
Bu peşə Hüseynə layiq sənətdi,
Şux sözü məclisdə bir ixtilətdi,
Bir gecə döyranım beş yüz manatdı,
Bir cəm qardalıya çalan ha deyləm.
Söz tamama yetişdi. Aşıq Əsədullah Hüseyn
Bozalqanlıyla Aşıq Ələsi bir neçə gün evində qonaq saxlayıb
böyük hörmətlə yola saldı.
Aşıq Ələs dayısı Məşədi Əlişandan aldığı altı manat pulu
da gətirib verdi özünə.
AŞIQLAR VƏ EL ŞAIRLƏRI
67
MÜSƏMMA MİSKİN
Müsəmma Miskin məşhur Miskin Abdalın
nəticələrindəndir. Təxminən XVIII əsrin axırı XIX əsrin
əvvəllərində yaşamışdır. Müsəmma Miskin Gədəbəyin Böyük
Qarabulaq kəndindəndir. Ömrünün sonralarında babasının
qəbrini axtarıb tapmaq məqsədi ilə İrana getmiş, vətəndən
ayrılarkən qoşmalar söyləmişdir. Bizə gəlib çatanlar da elə
həmin qoşmalardır.
QAL İNDİ
Yolum düşüb qürbət elə gedirəm,
Əziz vətən, cada yollar, qal indi.
Viranə dəyirman, viranə mülküm,
Həsrət çəkib uzun illər qal indi.
Əyrəmçə, Qocadağ, Mahı yaylağı,
Sevimli vətənin laləzar çağı,
Qalakənd aşırımı, ellər yığnağı,
Ana vətən, çənli yollar, qal indi.
Qardaşım, çox şendi Şəmkirin üstü,
Könlüm nə oldusa usandı, küsdü,
Müsəmma Miskinə qəm yeli əsdi,
Tay-tuşlarım, əziz ellər, qal indi.
ARZULAR
Mən bir müğri-kuhəm, düşmüşəm xakə,
Açılmaz balü-pər, uçan arzular.
Şeir fəhmim qalxıb övcü-əflakə,
Bilməm nə küçavə küçə arzular.
68
Hamizə qatarsan dağlar qarını,
Şəfa tapıb yaram necə sarını?
Tüccarıyam tutdum qəmdən barımı,
Satmağa bəzirgan xoca arzular.
Dəmiri sərhəddi Balçılı çayı,
Bu ruyi-zəmində yoxdur həmtayı,
İçdim xəyalından oldum həvtayı,
Gündüz xəyal edib gecə arzular.
Göz evində könül necə xab edər?
Sel önündə divar necə tab edər?
Diri dil qəfəsdə iztirab edər,
Dünyaya baxmağa baca arzular.
Miskin açdı tökdü zərü-simini,
Axtardım tapmadım vətən kimini,
Sular şarhaşarı dağlar fəslini,
Könlüm Sarıdamı necə arzular.
TƏCNİS
ÜZÜM – ÜZÜM
Xəzanda yetişər meyvə içində,
Dəhanda ləzzətli bir üzüm-üzüm.
Bir boyda bəslənib dəstab içində,
Istədim budaqdan bir üzüm-üzüm.
Naşı ovçu naşı yolda nə dərdi,
Naşı bağban meyvə kaldı, nə dərdi,
Sevgi sevgisinə çatsa nə dərdi,
Dəymədi üzünə bir üzüm-üzüm.
69
Miskinə açılmır bağlı dər indi,
Kamil bağban, meyvə yetdi, dər indi,
Eşqin dəryasını gəzdim, dərindi,
Qəvvasam, istərəm bir üzüm-üzüm.
QIFILBƏND
VAR
Taleyi-çubində bir cəlal gördüm,
Bir Xosrov əyləşmiş nə əsası var?
Yüz min yekrəng, hamısı da bir donda,
Narın xilqət açmış tər libası var.
Səf səlamı çəkib əl-ələ vurar,
Bənnasız, kərpicsiz tez barı qoyar,
Vay deyər oturar, vay deyər durar,
Bilməm kimə tutmuş köhnə yası var.
Onun xoş mövsümü payız ayıdır,
Neməti-sübhanı qüdrət payıdır,
Çalar, çapar, yığar, qoyar, qayıdır,
Açarsan ki, əsəl-müsəffası var.
Bir loxması yetişəndə dəhana,
Ruhu təzələnir, can verir cana,
Eşidənlər şükr eləsin Sübhana,
Qul Miskinin dua iltiması var.
MİSKİN İSMAYIL
Miskin İsmayıl (Ayrım İsmayıl) Miskin Abdal nəslinə
mənsubdur. XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşamış
70
bu sənətkar Səadət adlı bir qıza aşiq olmuş, lakin Samux
bəyləri həmin qızı Gəncə xanlarından birinə vermək istəmişlər.
İsmayıl bu yolda çox cəfalar çəkmiş, qoşmalar söyləmiş,
Səadətə qovuşa bilməmişdir, Səadət də, Miskin Ismayıl da
dünyadan nakam getmişlər. Hər iki aşiq yaylaq vaxtı
Çobandağında dəfn olunmuşdur.
BƏRABƏRİ
Haceydil girməsində, ayrım köçündə,
Bir gözəl görmüşəm can bərabəri.
Ağ şala bürünmüş anquya bənzər,
Qolunda qolbağı qan bərabəri.
Müştaq oldum ənbərinə, puçuna,
Qənd əzilib dəhanının içinə,
Görüm ki, nur düşsün ayrım köçünə,
Günəş camalı var gün bərabəri.
Göydə bir ulduz var adı Talıbdı,
Bu gözəlin dərdi məni albdı.
On dörd hörük gərdəninə salıbdı,
Yanında dostları xan bərabəri.
Qırılsın Samuxun bəyinən xanı,
Uğrunda qoymuşam başınan canı,
Ismayıl der: gəzdim İran, Turanı,
Cahanda görmədim sən bərabəri.
DEYİRLƏR
Ay həzarat, gəlin sizə söyləyim,
Çalıban çağıran yarı deyirlər.
Camalını ayla günə bənzətdim,
Getdi canım ixtiyarı deyirlər.
71
Bu suyun üstündən gözəl ötüncə,
Yandı mənim bağrım qara tütüncə,
Qadir Allah, xəstəyə əl yetincə,
Qızın havasıyla narı deyirlər.
Aşiq olanlara vədə verdilər,
Könlümün evinə səda verdilər,
Ismayılı qoyub yada verdilər,
Səadət tək gözəl yarı deyirlər.
AŞIQ HƏMAYIL
Aşıq Həmayıl təxminən XIX əsrin birinci yarısında
Şəmkir mahalının Dəllər Cırdaxan kəndində anadan olmuşdur.
Əmisi oğlu Hidayətə ərə verilmiş və ömrünün sonuna kimi
kədərli həyat yaşamışdır.
Təəssüflər olsun ki, Aşıq Həmayılın bir neçə qoşması
məlumdur. Bu qoşmalar da onun Vaqif və Dilqəm
yaradıcılığının təsirilə yazdığını sübut edir.
GƏLMƏDİN
Əmim oğlu, məndən heç utanmadın,
Üç ay keçdi bir yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç eylədim mən,
Ordan endim Ağbulağa, gəlmədin.
Demədin, dağdadır bir sərvinazım,
Bir bəyaz sinəlim, bir ağ boğazım,
Ay qara tərlanım, mənim şahbazım,
Şikar üçün sən ovlağa gəlmədin.
72
Mən səni istərəm hamıdan əziz,
Mən sənin yanında oldum bir kəniz,
Ətri-can bəslədim, güllərdən təmiz,
Bülbül olub qoxlamağa gəlmədin.
Varlılar yarıyla çəkiblər ləzzət,
Sən yada düşdükcə, mən çəkdim həsrət,
Niyə belə etdin, ay gəda xislət,
Şamama dərməyə tağa gəlmədin.
Mənim adım Həmayildir, Həmaya,
Sinəm bənzər həm ulduza, həm aya,
Mənə vədə verdin, «gəlləm bir aya»,
Bağlandın arana, dağa gəlmədin.
GÖNDƏR
Başına döndüyüm sərvi-salatın,
Yetgin yemiş, şirin bar bizə göndər.
O gözəl bağçada heyvadan, nardan,
Gilas tez yetişir, nar bizə göndər.
Seyrana çıxanda gözüm qamaşır,
Zülfün kəməndinə qəddim dolaşır,
Güldən, ireyhandan bir dəstə döşür,
Zülfün arasında yar, bizə göndər.
Başına döndüyüm, ay nazlı xumar,
Yaşılbaş ördəklər göllərə cumar,
Səfalı yaylaqdan bu könlüm umar,
Yaylıq arasında qar bizə göndər.
73
ÖYSÜZDÜ SƏMƏD
Səməd Öysüzdü 1848-ci ildə, Tovuzun Öysüzlü kəndində
anadan olmuşdur. Gənclik illərini sazlı-sözlü məclislərdə
keçirərək aşıq yaradıcılığına böyük həvəs göstərmişdir. Beləcə
ustad aşıq kimi el şənliklərinin sevilən sənətkarına çevrilmişdir.
Qovlarda dünyasını dəyişən Öysüzdü Səməd kənd əhlinin
məsləhəti ilə burada dəfn olunmuşdur.
DAĞLAR
Nə durubsan qatar-qatar,
Həllac səni artar, dağlar.
Bu gün də qopar boranın,
Tüstün ərşi tutar, dağlar.
Əyləşmisən yekəxana,
Baş əymərsən bəyə-xana,
Qanlı fələk məni sana,
Torpaq eylər qatar, dağlar.
Zikr eləyər Səməd hər gün,
Neçə padşah etdin sürgün,
Yüz il ömrüm səndə bir gün,
Yel tək əsər, ötər, dağlar.
AY GƏLIN
Aşiqəm əzəl başdan,
Sənsən vəfadar, ay gəlin.
Eləsin yaradan qəni,
Səni mənə yar, ay gəlin.
74
Ovçuyam, ovum teyləyim,
Hüsnünə sözlər söyləyim,
Sənə yaxşı toy eyləyim,
Xalqa olsun car, ay gəlin.
Üzünə yellər əsməsin,
Səmədin səbrin kəsməsin,
Ürəyin məndən küsməsin,
Pozular ilqar, ay gəlin.
QARAGÖZ
De görüm hardan gəlirsən,
Elinə qurban, Qaragöz.
Bircə danış şirin-şirin,
Dilinə qurban, Qaragöz.
Zülflərin gərdəndən aşır,
Vəsfinə dilim dolaşır,
Sona kimi başı yaşıl,
Gözünə qurban, Qaragöz.
Aşıq Səməd məlul baxır,
Nazı-qəmzən öymü yıxır,
Darayırsan yana çıxır,
Telinə qurban, Qaragöz.
DÜNYADA
Bu fani dünyada yox ömrə vəfa,
Olacaqdı görün nələr dünyada.
İnsan olan şirin-şirin danışar,
Heyvan olan gedər, mələr dünyada.
Üstündən el köçmüş dağlar görmüşəm,
75
Talanan, sarılan bağlar görmüşəm,
Mənəm deyənləri ağlar görmüşəm,
Kimi ağlar, kimi gülər dünyada.
Yeddi yenər, səkkiz çəkər, beş mələr,
Mənəm deyənlərin yurdu heç mələr,
Axar çaylar, qaynar bulaq, çeşmələr,
Nə olacaq görən sular dünyada.
Səməd ki var, bir quruca cəsəddi,
Ölüm ki var, bu hamıya rəsətdi,
Qanlı fələk, bəs bu necə mürvətdi,
Cavan oğlanlar da ölər dünyada.
NAMƏRDIN
Ay ağalar, gəlin sizə söyləyim,
Bu dünyada keçməz işi namərdin.
Yeridir evinə bir qonaq gəlsə,
Açılmaz qabağı, qaşı namərdin.
Dərdə düşsən ondan diləmə dərman,
Üzünə xoş baxar, dalınca düşman,
Dilərəm üzünə çıxsın bir yaman,
Mudam zəhər olsun aşı namərdin.
Səməd deyər sirrin vermə hər yada,
Dərdi olan batar qəmdən dəryada,
Dilərəm mövladan fani dünyada,
Qeyli-qala düşsün başı namərdin.
GÖR
76
Məcnun olub səhralara düşmüşəm,
Zeydsən, Leylinin sorağını gör.
Dağdan-dağa səngxarə çəkmişəm,
Şikəstə əndamın sor, ağını gör.
Hicran gəldi, ver sevdiyim, bus dana,
Qoynun içi əcəb donub bustana,
Abi-zülal bulanıbdı bustana,
Təşnəsən, durma gəl, sor ağını gör.
İstəsən ki, eşq içində üzəsən,
Nəzər etmə nakəs olan üzə sən,
Qəsdin olsa ilqarını üzəsən,
Öysüzdü Səmədin sorağını gör.
BOZALQANLI HÜSEYN
Hüseyn Məşəcəfərqulu oğlu Quliyev 1865-ci ildə
Tovuzun Bozalqanlı kəndində dünyaya göz açmışdır.
Dövrünün məşhur aşıq və şairi olan Bozalqanlı Hüseyn aşıq
şerinin gözəl nümunələrini yaratmışdır. El sənətkarı 1941-ci
ildə dünyasını dəyişmişdir.
DÜŞMÜŞƏM
( Aşıq Ələsgərlə deyişməsindən)
Qırxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm.
Arif məclisində, alim yanında
Neçə dəfə imtahana düşmüşəm.
77
Bir zaman əlimdə zil, bəm saz oldu,
Gözəllər mənimlə üzbəüz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una düşmüşəm.
Özüm aşıq olub gəzirəm eldə,
Qaldı həsrət gözüm əbrişim teldə,
Ələsgər danışan, təsbeh timsalda,
Hüseyn deyər haman dona düşmüşəm.
MIRZƏ SƏMƏD
Mirzə Səməd Həsən oğlu Hacıməmmədov 1879-cu ildə
Qazağın Daş Salahlı kəndində dünyaya gəlmişdir. Aşıq
yaradıcılığı Mirzə Səməddə hələ uşaqlıq illərindən böyük
maraq oyatmışdır. İstedadlı şair müasiri İsmayıl Katibin
təkidilə ustad aşıq Bozalqanlı Hüseynlə deyişmişdir.
Mirzə Səməd 1965-ci ildə vəfat etmişdir.
GƏLSIN
Bizdən salam olsun Aşıq Hüseynə,
Əgər aşıq isə meydana gəlsin.
Həcvi-hədyan deyib lovğalanmasın,
Qərq olar dəryaya-ümmana gəlsin.
78
İnna fətəhnada neçə nöqtə var,
Neçə əlif, neçə zirilə zəbar,
Sualıma cavab versin müxtəsər,
Verəmməsə dəli, divana gəlsin.
Süleyman asmana çıxıb gəzdimi?
Min mehracda geşt etdiyi düzdümü?
Məryəm kimdi: gəlindimi, qızdımı?
Gər bilməsə çeşmi-giryana gəlsin.
Şagirddən nəsihət olmaz ustada,
Dərya dalğalansa məhv olar ada.
Şairlik elmindən olsa piyada,
İzn ver dərs almağa loğmana gəlsin.
Hər kəs dərs alıbsa qırxlar sayınnan,
Gərək barat alsın mərd meydanınnan,
Hazırsa keçməyə başı, canınnan,
At minib mərdana, meydana gəlsin.
Mirzə Səməd elan yazdı hər yana,
Gətirib meydanda Rüstəmi yana,
Kimdə hünər varsa bizim meydana,
Bələnmək istəsə al-qana gəlsin.
AŞIQ NAĞI
Aşıq Nağı (Bədəlov) 1880-ci ildə Göycə mahalının
Kəsəmən kəndində dünyaya göz açmışdır. Uşaq yaşlarında
məşhur şair Molla Əsgərdən dərs almış, «Qurani-Kərim»i
mükəmməl öyrənmişdir. Aşıq Nağının ustadı Aşıq Ələsgər-dir.
79
Aşıq Nağı 1925-ci ildə Xanlar rayonunun Fadıllı kəndinə
köçmüş, orada Abbas adlı bir nəfərin evinə sığınmışdır. Ustad
sənətkar sayılan Aşıq Nağı tezliklə el-obanın məhəbbətini
qazanmışdır. Deyilənlərə görə Aşıq Nağı ucaboylu, irigözlü,
çatmaqaşlı, qeyri-adi gur səsə malik, gözü-könlü son dərəcə tox
insan olmuşdur. Dağıstanlı Aşıq İsgəndərlə deyişməsi,
təcnisləri, vücüdnaməsi Aşıq Nağının aşıq şerinin ən çətin
növlərində şer deməyi bacaran sənətkar olduğundan xəbər
verir.
Aşıq Nağı 1976-cı ildə Xanların Fadıllı kəndində vəfat
etmişdir.
NƏ AYƏ GƏLDİ
Əvvəl ki cənab Cəbrayıl xəlq oldu,
Nə səda eşitdi, nə ayə gəldi?
Həzrət Adəm abı-xakdan xəlq oldu,
Ayağa durmamış nə ayə gəldi?
Aşıq olan sözün söyləməz beca,
Mən oxumuşam əlif-beynən çox heca,
Məhəmməd peyğəmbər getdi meraca,
Nə səda eşitdi, nə ayə gəldi?
Mən Nağıyam, gözüm düşüb bir bağa,
Bir bağçaya, bir bağmana, bir bağa,
Mənim fikrim seyrə çıxır bir bağa,
O qədər ləngidi, bir aya gəldi.
DODAQDƏYMƏZ
YAZILDI
Həqiqətdi dastanlarda deyərlər,
Səhər nahar, gecə Leyli yazıldı.
80
Aşıqlıqda ad qazandı Ələsgər,
Şirinlikdə hər calalı yazıldı.
Əsəd də hər yanda yaxşı ad aldı,
Ələsgər dəryadı, Əsəd kanaldı,
Qeysin atası sağ əlindən qan aldı,
Haraya dəydisə Leyli yazıldı.
Gələndə Leyliyə hər nə hadisə,
Dəqiqə tarixdə yetirdi Qeysə,
Zeyd də nə qədər zillət çəkdisə,
Nə incidi, nə gileyli yazıldı.
Nağı, hekayəni şirin deyərlər,
Həsrət qaldı yara Şirin deyərlər,
Səyyadla Sədətə şirin deyərlər,
Dillərdə dastanı xeyli yazıldı.
OLARMI
Zimistan qəhrini çox çəkib ellər,
Baharda qəhrini ayaz alarmı?
Buludlar çaxnaşıb gəzir havada,
Silinsə göy üzün a yaz olarmı?
On iki ayın mübarəki bir aydı,
Qərar qoyub otuz günü bir aydı,
Möhnət var ki, dəqiqəsi bir aydı,
Dəyqə azalmaqla ay azalarmı?
Nağının əməli əldə gələndə,
Xəstəyə nar xoşdu əldə gələndə,
Əzrayıl çəngəli əldə gələndə
Titrədər bədənimi ayaz olarmı?
81
DEYİŞMƏLƏR
Aşıq İsgəndər:
Yekələnib Qaracaya gəlibsən,
Sənin fikrinə qalaram indi.
Aşıq olmayan yerdə usta olubsan,
Sazını əlindən alaram indi.
Aşıq Nağı:
Çox da yekələnmə ustayam deyib,
Mən səni alçağa salaram indi.
Bura gələn əbəs yerə gəlməyib,
Canını odlara qalaram indi.
Aşıq İsgəndər:
Baxanda görürəm mətahın azdı,
Qoymaram gedəsən buradan sazdı.
Demə hava xoşdu, isti payızdı,
Mən səni borana salaram indi.
Aşıq Nağı:
Hələ düşməmişəm borana-qara,
Özündən basanlar tez düşər dara,
Səni sallam bir tükənməz azara,
Canbəsər canını allam indi.
Aşıq İsgəndər:
Eşitmiş olarsan ol Dağıstanı,
Aşıq İskəndər mənəm, sən məni tanı,
Qızıl quş tək açaram qanadımı,
Polad caynağıma çalaram indi.
Aşıq Nağı:
Istəmərəm hərcayı danışmağı,
Olmaz yapalağın polad caynağı,
Açıban mətahın tökəndə Nağı,
Qaynayıb coşaram, dolaram indi.
82
Aşıq İsgəndər:
Dağıstandan gələn qar ayazıdı,
Çənlər aralandı, qar ayazıdı.
Dəstində ağ kağız, qara yazıdı,
Hey ilə yey yazılanda hey yayə
Aşıq Nağı:
Yar əlində şirin kasa nə şirin gəldi,
Qeysi sakit etdi Leyli nə şirin gəldi,
Ceyran səyyadına nə şirin gəldi,
Səyyad əl yetirdi xətənginə, hey yayə.
Aşıq Isgəndər:
Cahanı gəşt etdi Aşıq İskəndər,
Yeddi Dağıstanda nə qədər ellər,
Yağanda yağışlar, gələndə sellər,
Çay inildər qarışanda dəryayə.
Aşıq Nağı:
Saz əlində Nağı qalxar ayağa,
Yaxşılara nəzər yetir, ay ağa,
Adətdir çillədə qara qar yağa,
Qışın zillətindən yetiş hey yayə.
Aşıq İsgəndər:
Kimiydi dünyada zəlil olmadı,
Nə deyibən nə kamala yetişdi?
O nədi islama vacib olubdu,
On beşdən artıqdı, özü də beşdi?
Aşıq Nağı:
Ustaddan dərs alan zəlil olmadı,
Axır günü bir kamala yetişdi.
Suliddin islama vacib olubdu,
On beşdən artıqdı, özü də beşdi.
83
Aşıq Isgəndər:
Bir məhlə görmüşəm on iki ev var,
On ikidən dörd dəstə dolanır suvar,
O məhlədən dörd darvaza asıblar,
Nə ağacdı, nə kərpicdi, nə daşdı.
Aşıq Nağı:
Bir ildə on iki ay yəqindi bizə,
On ikidən dörd dəstə həftə gəzə,
Dörd fəsil deməkdi o dörd darvaza,
Yazdı, yaydı, bir də payızdı, qışdı.
Aşıq Isgəndər:
Əzanda eşitdim bir çəkic səsi,
On yeddi şəyird var çəkirlər bəhsi,
O ustanın var iyirmi dörd nəvəsi,
Hamsı bir boydadı, hamsı bir yaşda.
Aşıq Nağı:
Beş vaxt əzan beş vaxt namaz göstərər,
On yeddi ürkət bir gündə olubdu qərar.
Bir sutkada iyirmi dörd saat var,
Hər saatın dəqiqəsi altmışdı.
Aşıq İsgəndər:
Bir əcayib görmüşəm, ay Aşıq Nağı,
Bir çıraqdı yanır, nə piltə var, nə yağı,
O məhlənin gəldi otuz qonağı,
Bir qapı bağladı, birini açdı.
Aşıq Nağı:
Xaliqin işinə sirr qalıb Nağı,
Gün bir çıraq, nə piltəsi, nə yağı,
84
Otuz gündü on iki ayın qonağı,
Niyyətdə bağladı, əzanda açdı.
VÜCUDNAMƏ
DÜNYAYA GƏLDİM
Ata bədənindən gəldim anaya,
Ana bədənində qan oldum durdum.
Anam həmli oldu, gəldim vədaya,
On gündə iki mələk oldu müşərrar.
Bərkitdi sümüyümü, eylədi təyyar,
Qandan, sudan tapdım qərar,
Qırx gündə iki mələk çəkdi cəfamı.
Bərkitdi sümüyümü, düzdü əzamı,
Iki əl, iki ayaq hər səliqəli,
Təqdir ilahidən bax tamaşaya,
Müxtəsər beş ayda mən gəldim cana,
Beş ayda tərpəndim oyan-buyana.
Yeddi-səkkiz ay əzab verdim anaya,
Hesab çəkdilər vədə qaldı bir aya,
Müxtəsər, doqquz ayda oldum nişana.
Yerim sıx oldu, döndü zindana,
Atam-anam nəzir eylədi qurbana.
Allahın qamətilə düşdüm dünyaya,
O saatdan hazır oldu bir pəhlivan,
Verdi urzumu yaxşı və yaman.
Yazıldı alnıma hər nə ki, olan,
Götürdü qələmi çaldı bir ayə.
Ondan sonra gəldi mollalar.
85
Geydirdi əynimə təzə zibalar,
Basdı bağrına tutdu laylalar.
Hesab çatdı bir yaşa,
Baxmadım ağaca, kəsəyə-daşa,
Istərəm özümü atam atəşə,
Istərəm ki, düşəm axa ya çaya.
Iki yaşda oldum yanağı qızıl gül,
Göftarım şirin, nə şirin, vüsalım bülbül,
Hər gəlib-gedənnən oldum dilbədil,
Çox xoş gəldi ata-anaya.
Dörd yaşda oldum vəziri göyçək,
Dedilər sağ qoysa, qızılca, çiçək,
Danışdım ağlıma gələn yalan-gerçək.
Yavaş-yavaş qədəm qoydum qapı-bacaya,
Beş-altı da diş təzələdim cayə,
Ürəyimdə nə var, aşkar söylədim.
Özümdən böyüklərə salam eylədim.
VƏLI VƏ ALI MEHVALIYEVLƏR
Vəli və Alı Mehvalıyevlər qardaşdırlar. Hər ikisi
Tovuzun Xatınlı kəndində dünyaya gəlibdir. Ataları Hüseyn
dəmirçi olduğundan övladları da bu sənəti öyrənmişlər.
86
İstər Vəli, istərsə də Alının bədahətən şer demək
qabiliyyəti olmuşdur. Təəssüflə qeyd etməliyik ki, yalnız
böyük qardaşın, yəni, «Suzan» təxəllüslü Usta Vəlinin (1880-
1970) qoşquları günümüzə qədər gəlib çatmışdır.
AYRISI
Başına döndüyüm, ay gözəl yurdlar,
Gedərgiydim oldum yollar ayrısı.
Mən səni görəndə çoxaldı dərdim,
Bülbül kimi oldum güllər ayrısı.
Gəlib yar oylağın gəzməyən könül,
Fələk qurğusunu pozmayan könül,
Bir günün dərdinə dözməyən könül,
İndi oldum aylar-illər ayrısı.
Fələk yay-oxunu çəkdi kamana,
Atıban sinəmi döndərdi qana,
Neçə müddət səndə cövl edən sona,
Hanı gəlmir, olub göllər ayrısı.
Suzan deyər, qara gəldi dövranım,
Günü-gündən artır ahu-fəqanım,
Müxtəsər dünyadan əl çəkib canım,
Öldür olsun, qovğa-qollar ayrısı.
ÜSTƏDI
Deyirəm sözlərimi dövri-zaman üstədi,
Həqiqət olan sözlər yazılıb Quran üstədi.
Ünəsda həya ola, cavanlarda mərifət,
87
Bu dünyanın yaranması piri-cavan üstədi.
Qardaşım, insaf eylə, əldən qoyma ibadəti,
Tez-tez dildə izhar eylə kəlmeyi-şəhadəti,
Lənət oxu şeytana, yada sal qiyaməti,
Çox çəkməz ki, əzaların sual-nizam üstədi.
Suzan deyər, qan töküldü Kərbəlada, kəsildi baş,
Hərdən tutuban sinəmdən göylərə qalxır ataş,
Gedəm Fərat kənarına qan ağlayam, tökəm yaş,
Görəm orda düşən qollar hansı məkan üstədi.
MƏHƏMMƏDƏLI SƏMƏDOĞLU
Məhəmmədəli Səmədoğlu 1884-cü ildə Tovuz rayonunun
Əsrik Cırdaxan kəndində doğulmuş, 1971-ci ildə isə dünyasını
dəyişmişdir.
Səmədoğlu aşıq poeziyasına özünəməxsus rəng
qatmışdır. Onun «Qalmadı», «Ayıbdı» kimi qoşmaları bu gün
də aşıqların dilində əzbərdir.
QALMADI
Gədədən böyüyüb mənəm deyənlər,
Fani dünya Süleymana qalmadı.
Öldürrəm deyənin, qan eyləyənin,
88
Yurdu itdi, bu zamana qalmadı.
Dünya mənim deyib eyləyər həvəs,
Məhəmməd dininə eyliyərmi qəsd,
Qabaqda pişnamaz bir adı xənnas,
Heç birindən bir nişana qalmadı.
Koroğlu yaşadı mərdi-mərdana,
Göstərdi gücünü yağı düşmana,
Səmədoğlu pənah dedin Sübhana,
Ondan qeyri bir divana qalmadı.
AYIBDI
Dəli könül, məndən sənə əmanət,
Mərifəti nəfsə satma, ayıbdı.
Mərd igidin can verginən yolunda,
Namərd ətəyindən tutma ayıbdı.
Barilahımdan istəmişəm imdadı,
Sınadım hamını: qohumu, yadı,
Qohumdan əl çəkib tutma arvadı,
Zənən kölgəsində yatma ayıbdı.
Səmədoğlu, nə məqama yetişdi,
Bilən bildi yenə onnan süyüşdü,
Bir söz oldu ondan gümana düşdü,
Yaxın mənzilindən ötmə ayıbdı.
AŞIQ HÜSEYN QƏMLI
Aşıq Hüseyn Qəmli 1890-cı ildə Qazağın Qıraq Kəsəmən
kəndində dünyaya gəlmişdir. «Qaçaq Kərəm» dastanını Aşıq
89
Qəmli düzüb-qoşmuşdur. O, İsrafil ağa ilə deyişmələrindən də
dastanda geniş istifadə etmişdir.
98 il omür sürmüş Aşıq Hüseyn Qəmli 1988-ci ildə
dünyasını dəyişmişdir.
DÜNYA
Həm namərdsən, həm bivəfa,
Qurulubsan belə, dünya.
Hər kim səndə sürür səfa,
Axıdırsan selə, dünya.
Gözəl şair o Qurbani,
Tufarqanlı Abbas hanı?
Xəstə Qasım, həm İmanı,
Vurub saldın yola, dünya.
Fərhad, Şirin timsal sizə,
Yazıq Məcnun düşdü düzə,
Leyli deyə - gəzə-gəzə,
Axır getdi yelə, dünya.
Çaylı Üştel Haşkərimi,
Apardı ağlı dərini,
Səfqulu Məmmədkərimi,
Heç salırmı yada, dünya.
Yaranmışı qıracaqsan,
Fürsət gəldi vuracaqsan,
Hüseynə tor quracaqsan,
Çoxdu səndə tələ, dünya.
INNƏN BELƏ
Sərraf ol gözlərim, hamını tanı,
Yaxşını, yamanı seç innən belə.
90
Olsa da dünyanın, sultanı, xanı,
Baş əymə namərdə heç innən belə.
Sözün nəsihət olsun, özün də usta,
Yazgınan oxunsun dəstəbədəstə,
Namuslu, qeyrətli qonşuya, dosta,
Ürəyinin mətləbini aç innən belə.
Qəmli Söyün, ola cahım-calalım,
Qoyaydın yolunda döylətim, malım,
Sınanmış, yoxlanmış dostun, halalın,
Durmuşam yolunda qoç innən belə.
AY ELLƏR
Ayrılıq məktubun yazıram qalsın,
Sizin ilə halallaşsam, ay ellər.
Oxunsun bir müddət yadigar qalsın,
Qohum-yada, dost-qardaşa, ay ellər.
Əmr olunub, yazılıbdı fərmanım,
Anlamışam, daha yoxdur dərmanım,
Sürün getsin haqq evinə karvanım,
Yetişibdi ömür başa, ay ellər.
Hər yerdən gəlirdi xələt-xəracım,
Sındı ayaqlarım, yoxdu əlacım,
Nə qızım var, nə qardaşım, nə bacım,
Boyaya kəfənim yaşa, ay ellər.
Qəmli Söyün, əcəl oxunub üzümə,
Eşidənlər, qəmlənmiyin sözümə,
Məzarımı göstərdilər özümə,
Ölüm çıxdı gözə-qaşa, ay ellər.
91
ISMAYIL KATIB
İsmayıl Novruz oğlu Zeynalov 1898-ci ildə Qazax
qəzasının Qıraqkəsəmən kəndində doğulmuşdur. «Katib»
təxəllüsü ilə şerlər yazmışdır. Cəmi 40 il ömür sürmüş İsmayıl
Katibin bədii irsindən günümüzə bir sıra şerləri miras
qalmışdır.
İsmayıl Katib 1938-ci ilin repressiya qurbanlarındandır.
BIZIM DAĞLAR
Əlvan çiçəklərin, lalə, nərgizin,
Bəlx edib dönübdür nə qana, dağlar!
Ulduz kimi o güllərin sayrışır,
Ətrini bəxş edir cahana dağlar!
Mehman saxlayırsan xublar xasından,
Çox qovğalar düşüb xanlar bəhsindən,
Topun nərəsindən, güllə səsindən,
Dönmüşdü güllərin xəzana, dağlar!
Göyçə dənizində gəzib arsaklar,
Çalxanır ördəklər, çırpınır qazlar,
Üç ay mehman olur gəlinlər, qızlar,
El köçəndə olursan viran, a dağlar!
İncənin yenə var gözəl çağları,
Gəzməli şamlığı, turş bulaqları,
Seçmə gözəllərin tər buxaqları,
Cəmi dərdə olur dərman, a dağlar.
92
Ceyranın bərəsi, Molla qayası,
Görəndə açılır könlümün pası,
Xınalı kəkliyin qah-qah sədası,
Hər yana səs salır, inan, a dağlar!
Arifdir mətləbi qanan Katibi,
Od tutub, odlanıb, yanan Katibi,
Dərdi-qəm çəkməkdən cavan Katibi,
Əlbəttə, qocaltdı zaman, a dağlar.
DÜŞMÜŞƏM
(Mirzə Səmədə)
Əziz mehribanım, ay Mirzə, özüm
Bilirsənmi bir azara düşmüşəm.
Bir qaşı hilalın divanəsiyəm,
Bulunmur dərdimə çarə, düşmüşəm.
Bir tuti misallı, mah camalının,
Qumru zəbanlının, qaşı xallının,
Tovuz tamaşalı, qeyri-qallının,
Ucundan Mənsur tək dara düşmüşəm.
Könlüm bənd olubdur bir xətti-xala,
Bir səri sövdalı, ləbləri bəla,
Qoca zamanımda nə qalmaqala,
Görürsənmi mən biçarə düşmüşəm.
Xoş qədəmi düşüb Qazağa təzə,
Bir şirin ləhcəli, sözləri məzə,
Məndə can qoymayır yan gəzə-gəzə,
Yanıb can-cəsədim, nara düşmüşəm!
93
O zalım əlində xəstə Katibin,
Dərdi atıb bu şikəstə Katibin,
Qədəm basa gözü istə Katibin,
Elə bil ki, baxtavara düşmüşəm.
ƏLIMƏRDANLI NƏCƏF
Nəcəf Alı oğlu Hüseynov 1899-cu ildə Tovuzun
Əlimərdanlı kəndində dünyaya gəlmişdir. El-obasını sevən
sənətkarın ustadı Aşıq Hüseyn Bozalqanlıdır. Zəngin
yaradıcılıq irsi qoymuş Əlimərdanlı Nəcəfin «Dünyada» adlı
qoşma-ustadnaməsi «Azərbaycan xalq dastanları» kitabında
Aşıq Ələsgərin adına getmişdir.
Sənətkar Nəcəf Əlimərdanlı 1947-ci ildə dünyasını
dəyişmiş və doğma kəndində dəfn edilmişdir.
GÖRÜBDÜ
Nadir soruşduğun qoca bavandan,
Möminlər içində beşi görüfdü.
Dağıstandan darı, Naxçıvandan duz,
Arpa yarmasından aşı görüfdü.
Fikir var zamana, açılan yaza,
Guşa gələn şirin-şirin avaza,
Hüquq verilifdi gəlinə, qıza,
Zənənnən qəhrəman kişi görüfdü.
Yasaq var dilinə, düşməsin bədə,
Ağsaqqal yerinə danışır gədə,
Nə işin var, zəmanədə, dünyadə,
94
Nəcəf kişi dağı, daşı görüfdü.
OLSUN
Yenə könlüm quşu təlatüm eylər,
İnnən sonra bağçalarda bar olsun.
Ağıl başdan çaşıb, hər yana söylər,
Bu naməni yazan əllər var olsun.
Ana yurdun bayramıdı bu günün,
Getməzdi sinəmdən dağı düyünün.
İkiüzlülərin, dosta xainin,
Dağılsın yuvası, tarimar olsun.
Nəcəfəm, bir zaman gəzirdim üzdə,
Zimistan çəkirəm mən bahar, yazda,
Səhər öz evində qoca Qafqazda,
Oxu bu sözləri yadigar olsun.
DÜNYADA
Varlıya dost olub yoxsula gülmə,
Çox da havalanıb coşma dünyada.
El səni istəyib çıxartsa başa,
Ağır ol, alçağa düşmə, dünyada.
Dərdini bölüşdür qədir bilənnən,
Vəfalı dost olmaz üzə gülənnən,
Bir adam ki, sən öl desə yalannan,
Onun körpüsünnən keşmə dünyada.
Bu sözü bəyənər bir arif əyyar,
Nanəcif adama nə yapış-yalvar,
Qonşuya söyləyər, aləmə yayar,
95
Sirrin seyraquba aşma dünyada.
Yaxşı oğlu əgər bir yaxşı ata,
Ölüncə heç kəsə yetirməz xəta,
Düşən yerdə xeyir verər elata,
Onun arxasından qaşma, dünyada.
Söylənir Nəcəfin sözü adınan,
Arif məclisində hər isbatınan,
Bir dost sənnən olsa, sözü yadınan,
Onu düşmənindən seşmə dünyada.
BISAVAD TEYMUR
Əhmədov Teymur Əsgər oğlu (Bisavad Teymur) 1903-cü
ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan
olmuşdur.
Zəngin yaradıcılıq irsi qoyub gedən Bisavad Teymurun
şerləri bu gün də dillər əzbəridir.
YATIR
Yaxınlaşdım bir məzarın daşına,
Görüm kimdi, burda nə vaxtdan yatır.
Heyrət etdim tarix çatmır yaşına,
O vaxtdan keçibdir min zaman yatır.
Bir səda eşitdim: Qafil, bir dayan,
Bu sirri qoy sənə eləyim bəyan!
Dağı cəsarətlə dağ üstə qoyan,
Möhtəşəm, qüdrətli pəhlivan yatır.
96
Doğulub, əmr edib hərə bir zaman,
Əcəl qapısını döyüb nagahdan.
Mürtədi həyata qaytaran loğman,
Veribdi bir dərdə min dərman yatır.
Kimi vaxtlı yatır, kimilər vaxtsız,
Kimi haqlı yatır, kimilər haqsız,
Kimi məhv olubdur tamam günahsız,
Kimilər tökübdü nahaq qan, yatır.
Kimi öz nəfsini saxlayır haqda,
Kiminin xəyalı, fikri nahaqda,
Kimi çuğulluqda, ara vurmaqda,
Damğalanıb, olub kor şeytan, yatır.
Qoy qafil dünyaya meydan oxusun,
Könüllər sındırsın, qəlbə toxunsun,
O kimdir yatmayır hicran yuxusun,
Bəlkə bir guşədə bir milyon yatır.
Çox yazdı, yaratdı getdi Nizami,
Ölüm xütbəsini oxudu Cami.
Torpaq ağuşuna aldı Xəyyamı,
Onun dar qəfsində min dastan yatır.
Vəsfi dildə gəzir çox şairlərin,
Vaqifin, Zakirin, həm Ələsgərin.
Qara qiyafədə qəmli dəftərin
Sıxıbdı qoynuna Natəvan, yatır.
Heç kimə qalmayıb vəfasız həyat,
Sən də gedərgisən, durma yaz-yarat.
Məgər bilmirsənmi, Şair Bisavad,
97
Bax elə burdaca Nüşrəvan yatır?!
OLMAZ
Dünyada heç kəsdən incimə, küsmə,
İnsan çiy süd əmib, hamı bir olmaz.
Görürsən bağlıdır hərə bir ismə,
Xüsusi xisləti, namı bir olmaz.
Mübariz çuğlayıb dünyanı memar,
Kimi zəlil olar, kimi bəxtiyar.
Hər meyvənin dəxi bir ləzzəti var,
Hər dürlü nemətin tamı bir olmaz.
Bir olmaz torpağın, yerin iqlimi,
Necə ki, gecənin gündüzü kimi.
Hər insanın şəxsiyyəti birdimi,
Bir olsa da ehtiramı bir olmaz.
On iki ay bir ildir, keçir müttəsil,
Kainat zəngindir, onu yəqin bil.
Bir sənədə müəyyəndir dörd fəsil,
Hər fəsilin sübhü-şamı bir olmaz.
Bisavad, nə qədər düşünsən dərin,
El-oba söyləyər sənə afərin.
Keçirsin nəzərdən şair sözlərin,
Füzuli, Firdovsi, Cami bir olmaz.
NECOLDU
Bihəya, bişərmi, bimayə dünya,
Əzəl başdan yarananlar necoldu?
98
İnni-cinni, qeyri təyyarəl bəşər,
Ərş üzündə gəzən canlar necoldu?
Neçə qərinədən xəbərdar oldun,
Neçə yol boşaldın, neçə yol doldun,
Lalə tək açıldın, gül kimi soldun,
Solğun dünya, o dövranlar necoldu?
İsmin həm cahandır, həm də cahana,
Oturdun səng üstdə sən yekəxana,
Söz verdin getmədin şah Süleymana,
Daha qeyri Süleymanlar necoldu?
Neçə pəhlivanlar gəldi dalbadal,
Dağ Yunus, Firoin, o Rüstəmi-zal,
Şəddad, Nəmrud, dünya, de hanı Salsal,
Şamama tək zərəfşanlar necoldu?
Firon fəxr eylədi necoldu zəndi,
Şəddadın şövkəti ərşə dirəndi,
Məhəmməd meraca sürdü səməndi,
Yad elərəm o məkanlar necoldu?
Bisavad, bəhirdə gəştdə qalıbsan,
Sübh ömürdən keçib, çeşdə qalıbsan,
Əsiri-sövdasan daştə qalıbsan,
Sənin təki çox üryanlar necoldu?
CABBAR ƏMI
Sən də qocalmısan, mən də qocaldım,
Axır qocalmışıq, a Cabbar əmi.
99
Biz şayəstə ön sırada gedərdik,
Karvandan qalmışıq, a Cabbar əmi.
Həyat bir mizandır, insanlar çəki,
Min əzab-əziyyət çəkər var nə ki,
Kuzələr misaldı bu dünya təki,
Dolub-boşalmışıq, a Cabbar əmi.
Mən səni görəndə növcavan vaxtı,
Sındırdım taxtını Cəmşidin taxtı.
Dünya həm yalançı, həm də yaltaqdı,
Ona əl çalmışıq, a Cabbar əmi.
Müdrik bir alimsən elmə müyəssər,
Bağışla, şerimdə yoxsa bir kəsər,
Sənin diləyinlə yazdım müxtəsər,
Şeri yanılmışıq, a Cabbar əmi.
Mərhəmət görmədik imanda-dində,
Yoxdu kəraməti ibadətin də.
Gülənlər qoy gülsün bizə bu sində,
Biz ki, çox gülmüşük, a Cabbar əmi.
Dünya yaranıbsa «kaf» ilə «nun»nan,
Əleysəl əxlaqdı, nə çıxar onnan,
Bir az da yaşayaq el arzusunnan,
Qalmışıq, qalmışıq, a Cabbar əmi.
Ömür ki mənhusdur, dünyasa fani,
Fani olduğunu di bir də tanı.
Bir gün deyərlər ki, Bisavad hanı,
Vaxtı azaltmışıq, a Cabbar əmi.
MÜLKÜLÜ HƏSƏN
100
Həsən Hüseyn oğlu Hüseynov 1904-cü ildə Tovuzun
Mülküllü kəndində anadan olmuşdur. Aşıq yaradıcılığının
geniş vüsət tapdığı Tovuz aşıq mühiti Mülkülü Həsənin
dünyagörüşündə böyük rol oynamışdır.
Mülkülü Həsənin olduqca zəngin ədəbi irsi mövcuddur.
YAXŞIDIR
Bir namə yazıram vəfalı dosta,
Oxuyub dərdimi bilsə yaxşıdır.
Leysana dönübdür gözümün yaşı,
Götürüb dəsmalı silsə yaxşıdır.
Sevirəm səhrayı, sevirəm tünü,
Məcnun tək aləmə salmışam ünü.
Əgər sevdiyimin olsa mümkünü,
Mənim bu günümdə gəlsə yaxşıdır.
Deməyin ki, gözəl sevmək hünərdir,
Çürüdüb ömrümü ayrılıq dərdi.
Bu dünya fanidir, gəldi gedərdir,
Bizdən bir yadigar qalsa yaxşıdır.
Oxum dəydi bir imansız cəlladdan,
Tale məni seçkin etdi millətdən.
Belə ayrılıqdan, belə zillətdən,
Bir yolluq canımı alsa yaxşıdır.
Yanağı lalədir, dodağı püstə,
Gözüm yollardadır, qulağım səsdə.
Həsən həsrətindən olubdur xəstə,
Heç olmasa yada salsa yaxşıdır.
SAQQALIM
101
Sən məni qocaltdın vaxtsız, vədəsiz,
Görüm üzün olsun qara, saqqalım.
Kim səni görürsə kənardan keçir,
Dönübsən şahmara, mara saqqalım.
Sənə çox deyirlər təhnəli sözlər,
Qoyubsan sinəmə alovlu közlər,
Görəndə gülüşür, gəlinlər, qızlar,
Əlindən mən qaçım hara, saqqalım.
Qoy yolum kökündən, olmaynan uca,
Qartıyıb dönübsən dəmirə-tunca,
Arvad deyir mən cavanam, sən qoca,
Məni çəkdirirsən dara, saqqalım.
Heç kəsi görmədim meyvəni dərə,
Nə vaxt qırxdıranda dönürəm nərə.
Məcburam hər gündə gedəm bərbərə,
Azalır cibimdən para, saqqalım.
Həsənəm, hər dərddən qanıram özüm,
Dillərdə dastandır söhbətim-sözüm,
Qan ağlar ürəyim, yaş tökər gözüm,
Daha sənə yoxdur çara, saqqalım.
AY ÜZDÜ-ÜZDÜ
Bu şair könlümü eşqə salıbdır,
Bir ayna qabaqlı ay üzdü-üzdü.
Şirin danışmağın, qəlbin açmağın,
İnan ki, canımı ay üzdü-üzdü.
Sevdim-seçdim görən kimi özünü,
Yayındırma sən gözümdən gözünü.
102
Yeri gəldi əsirgəmə sözünü,
Qoy sənə desinlər ay üzdü-üzdü.
Gözüm qaldı buxağında, telində,
Qaymaq dodağında, şirin dilində,
Dedim qərq olarsan eşqin gölündə,
Silkindi, çalxandı ay üzdü-üzdü.
Yaxşı olar el içində ucalıq.
Yığılıb sinəmdə söz qalaq-qalaq.
İnsafsız, vicdansız namərd qocalıq,
Əlimi ətəyimdən ay üzdü-üzdü.
Yazıq Həsən nur desin yar sənə,
Bilirsən ki, məhəbbətim var sənə,
Özüm üçün tapşırmışdım nar sənə,
Xöyrət evim yıxdı ay üzdü-üzdü.
BU GÜN
Diz taqətdən düşüb gözlərim nurdan,
Gör nələr gəlibdi başıma bu gün.
Düşmüşəm baharın xəzan yelinə,
Gəlmirəm heç kimin xoşuna bu gün.
Qamət əyilməyə, bel bükülməyə,
Saqqal ağarmağa, diş tökülməyə,
Sulanıb gözlərim yaş tökülməyə,
Baxan yox gözümün yaşına bu gün.
Həsənəm, gəzdiyim bağça-bağ ola,
Qışda aran ola, yayda dağ ola,
Anam elçi gedə, atam sağ ola,
Qayıdam on altı yaşıma bu gün.
103
ISTƏRƏM
Elə ki, baxıram çarxı gərdana,
Alışıb, oddanıb keçmək istərəm.
Mən də gileyliyəm öz taleyimdən,
Şeirdən, qəzəldən qoşmaq istərəm.
Könül pis işlərdən eyləynən tova,
Bircə yaxşılaşıb gəlmir insafa,
Dostlar etibarsız, dünya bivəfa,
Fələyin əlindən qaçmaq istərəm.
Həsənəm, dünyada dolandım naçar,
Namərd darda qoyar yoldaşı qaçar,
Bağlanan bəxtimə gəzirəm açar,
Onun qapısını açmaq istərəm.
AŞIQ HÜMBƏT
Quliyev Hümbət Rza oğlu 1905-ci ildə Şəmkir rayonunun
Dəllər qəsəbəsində dünyaya göz açmışdır. Ustadı Şəmkirli
Aşıq Hüseyn olub. «Sərrast» təxəllüsü ilə bir sıra şeirlər
yazmışdır.
Aşıq şerinin ən mürəkkəb formalarında gözəl nümunələr
yazıb yaradan Aşıq Hümbət gəncəli Aşıq Mayis və Aşıq
Rəcəbin, daşkəsənli Aşıq Hüseynin ustadı olub. El aşığı 1987-
ci ildə dünyasını dəyişmişdir.
ZƏNCİRRƏMƏ TƏCNİS
104
Beyqafıldan bir qəzaya tuş oldum,
Qadir Allah, yetir bir gözəl həyat.
O Şahların şahı yetişsin dada,
Çıxartsın müşküldən, etsin möcüzat,
Odur bir ustad.
O ustaddı yerin, göyün ləngəri,
Hər iki cahanın odur pərgarı.
Sidqinən çağırram Şahi-Heydəri,
Tifilkən bağladım ona etiqad.
Eylər əyanət.
Əyanətdik hər vaxt öz əlindədir,
Neçə ənbiyalar haqq yolundadır.
Qəlbi pakın şükrü var dilindədi,
Şükür dərgahına, çoxdu məhəbbət,
Zikr eylər Hümbət.
ÇARPANAX TƏCNİS
Gecə-gündüz həsrətini çəkdiyim,
Qalmışdım dərində yazım, nə yazım?
Firqətindən qanlı yaşlar tökdüyüm,
Gözüm gözlərində yazım, nə yazım?
Şükür dərgahına, ya qadir Sübhan,
Mənim ümidgahım sənsən hər zaman.
Yetişdi noybahar, keçdi zimistan,
Könül baharında yazım, nə yazım?
Hümbət deyər: Mövlam bizə yar olsun,
Ağam Şahi-Mərdan səbəbkar olsun.
105
Haqdan dilədiyim dilək var olsun,
Haqq verməz boran da yazım , nə yazım?
CIĞALI TƏCNİS
A beymürvət, halım xəbər almırsan,
Belə soyuq baxmaz yaxşı yara yar.
Aşıq deyər yara yar,
Düzgün olar yara-yar.
Könül quşu ayrılmaz,
Mehman qalar yara-yar.
Qövr eyləyib ciyərimdə yara, bax,
Təbibim ol, neşdərinnən yara yar.
Düz ilqardan nə söylədim, nə daşdı,
Gör bir beymürvətin bağrı nə daşdı.
Aşıq deyər nə daşdı,
Dərdim həddən nə daşdı.
Telləri gül yasəmən,
Zülflər beldən nə daşdı.
Könlümün dəryası daşdı, nə daşdı,
Kamil qəvvas istər üzə yara-yar.
Hümbət deyər: Mən yanıram, sən də yan,
Yığval yatıb, üzün tutdun sən də yan.
Aşıq deyər sən də yan,
Sən də alış, sən də yan,
Hər dəryadan xəbərəm,
Qoy mən üzüm, sən dəyan.
Ilqarımdan mənim dərdim, səndə əyan,
Ləblərindən fərman elə yara-yar.
QIFILBƏNDLƏR
106
Bir dərviş görmüşəm beşdi dəhanı,
Danışır dəhanda dili on yeddi.
Hər birisi həqiqətdən danışır,
Cəsəd bir, gərdən üç, qolu on yeddi.
İki quş var durub qabaq-qabağa,
Birisi nökərdi, birisi ağa.
Onlar ilə varid oldum bir bağa,
O bağda dərirəm gülü on yeddi.
Hər kəs ki dost olsa birinən beşə,
Mən deyən gülləri iylər həmişə.
Hümbət deyir, hər kim qaynaya-coşa,
Bilsin çox dərya var dolu on yeddi.
***
Kim yandı atəşə bir neçə dəfə,
Haqdan gəldi səda: Salam-əleyküm.
Yanan kimsə öz işini bilmirdi,
Bir onu deyirdi əleykə – salam.
Yanan niyə yandı nəyin əlində,
Məlul-müşgül yalvarırdı dilində,
İntizar qalmışdı öz mənzilində,
Kim gəldi bildirdi bir doğru salam.
İncitməyin bu biçarə Hümbəti,
Şahların şahıdı bilin ustadı.
Yanan kimsə aldı ondan muradı,
Səda kimnən gəldi, kim üçün salam.
DODAQDƏYMƏZ TƏCNİSLƏR
107
Əzəldən nə şər din, nə də hərcayı,
Axırda nə inci, nə də dal-dalə.
Neçə şəxsdi gəzir ərşi-əlayi,
Nə haqda danışdı, nə də dal-dalə.
Nə ilqar eylədi, nə də dayandı,
Gəşt etdi cahanı, nə də dayandı.
Ciyərdən ah çəkdi, nə dedi yandı,
Şirin-şirin nə danışdı dal-dalə.
Hümbət deyir, haqdan bir ayə gəldi,
Axır gəşt elədi, hərayə gəldi.
Haqqın əziz Şiri hərayə gəldi,
Xızır dedi: Getdin nə də dal-dalə.
***
Eşit həqiqəti, ey qanan şair,
Yəqin Allahdandı ağlar, qaralar.
Hər kəsin ki, işi çətinə yetir,
Yazıq nalə çəkər ağlar, qaralar.
Əl çəksənə sən ciyərdən, a yara,
Neştər əldə cərrah istər a yara.
Cəsəd yandı can dedikcən a yara,
Neçə xəstə dağdan ağlar qar alar.
Aşıq Hümbət, yaz ki, yazı niyazdı,
Yaxşı kəslər yaxşı yazını yazdı,
İlahi istəkli yazını yazdı,
Əriyər qar, yazda ağlar qaralar.
TƏRS ƏLİFBEY
108
Tifilkən zehnimi düzəldib Allah,
Həmişə əzbərim doğru ülfətdi,
Ariflər, hürfəti o başdan desək,
Ayaqkı hürfətim bilin təbbətdi.
Zikri-şükrüm var, yay əzbərimdi,
Lam, əlif, la-şərik, özü kərimdi,
Vav, yey, nun, mim yolunda sərimdi,
Lamı bil, kafı bil, qaf da qüdrətdi.
Hey qayın ayına sey sərim qurban,
Tey, zad, sad üçün olmuşam heyran,
Şin şeytana lənət, sin zehidi, qan,
Zey, pey, zalı bilsən əgər şöhrətdi.
Daldan, xeydən gəl danışaq hey indi,
Cim, sey, tey, gəldi çatdı bey indi.
Mahalım Şəmkirdi, ustam Söyündü,
Əzbərim əlifdi, adım Hümbətdi.
DİVANİ
Təbib deyin sızlayır ciyərimdə yara, gəl,
Fikrim möcüzəndədir, oldum baxtı qara, gəl.
Sənsən ol Şahların şahı, yetiş dada, ya Əli,
Çıxartginən bu zülümdən məni bir kənara, gəl.
Sənsən əvvəldə də, axırda da haqqın yolunda duran,
Yerin, göyün ləngərisən, aya, günə hayqıran.
Haqqın istəkli şirisən, sənsən natiqi-Quran,
Müşkül halam, qan ağlaram, mən düşmüşəm, nara, gəl.
Götürgünən gəl başımdan sən bu qeyli-qalları,
Bu ərzimi xəbər versin sənə sabah elləri,
109
Gör nə üçün müşgüldədi Hümbətinin halları,
Həsən, Hüseyn istəklindir, and verrəm onlara, gəl.
QOŞMA
Ərşi-gürşü xəlq eləyən Allahdı,
Aydı-gündü kainatın çırağı.
Cəmi yaratdığına bilin dayaqdı,
Laməkandı, verən yoxdu sorağı.
Cəmi yaranmışın odur pənahı,
İki mələk yazır savab-günahı,
On dörd məsum xəlq eləyib ilahi,
Həşir günü möminlərin dayağı.
Atadan-anadan o mehribandı,
Hümbətəm, əzbərim on iki imamdı.
Haqqın əziz şiri Şahi-Mərdandı,
Peyğəmbərə vəsi, Kövsərdə sağı.
DÜŞƏR
Sinəmdə hicranın yarası çoxdur,
Görən dərmanların bəs hansı düşər.
Könlüm çox dolanır, qərarı yoxdur,
Yadıma Fərhadın yarası düşər.
Məcnun ilə Leyli məhəbbət kanı,
Bir müddət yas etdi qanlı dünyanı.
Bu qəm xəncərinin qurumaz qanı,
Nə söylənər, nə də ası düşər.
Hümbət qəmgin, nə yanırsan yara sən,
110
İstəyirsən qəm dəryasın yarasan?
Sızıldaşıb nə yanırsan, yara, sən,
Yar ağlar üstündə yara su düşər.
MOLLA ƏHMƏD BƏNNAÇI
Əhməd Məşəcəfər oğlu Feyzullayev 1905-ci ildə
Tovuzun Qovlar qəsəbəsində anadan olmuşdur. Yaradıcılığa
erkən yaşlarından başlamışdır. Ə.Feyzullayev «Bənnaçı»
təxəllüsünü təsadüfən seçməmişdir. O, həqiqətən də ağır
sənətlərdən sayılan bənnaçılıq və hörgüçülüklə məşğul
olmuşdur. Aşıq yaradıcılığına duyduğu rəğbət Molla Əhmədi
ustad şairə çevirmişdir. Bənnaçının Mikayıl Azaflı ilə olan
şerləşmələri çox məşhurdur.
Molla Əhməd Bənnaçı 1979-cu ildə dünyasını
dəyişmişdir.
DƏYMƏZ
Nanəcibin can qoysan da yolunda,
Su üzündə axan köpüyə dəyməz.
Qorxusuz bir hörmət barsız ağaşdı,
Qazancı yumruğa, təpiyə dəyməz.
Yaxşı yaman olmaz, yaman yanında,
Yansan da incimə yanan yanında,
Gövhər zibil oldu nadan yanında,
Milyonu bir qara qəpiyə dəyməz.
Ay Bənnaçı, ellər gəzdin başa-baş,
111
Gördünmü yoxsuldan varlıya qardaş?
Kasıbın verdiyi min manat şabaş,
Varlının çaldığı çəpiyə dəyməz.
D İ V A N İ L Ə R
ÇIXAR
Elə bil ki, şah qızıdı pərdeyi-ismətdən çıxar,
Aləmə işıq salıb gün ki, zülmətdən çıxar.
Çalışginan bu dünyada əməyin zay olmasın,
Axtarırsan halal çörək işdə zəhmətdən çıxar.
Qocalarsan vaxtın keçər yaxşı-pis seçincə sən,
Badəyə də olma umud doldurub içincə sən,
Yediyinə mənim demə boğazdan keçincə sən,
Ağzından düşər torpağa, tikə qismətdən çıxar.
Lazım gəlməz bir adama iki yol nəsihət demək,
Minarədə cöyüz durmaz, qayaya neylər külək,
İnsanı hörmətdən salar bir az da artıq yemək,
Gəyirərsən kəklik azar, xörək ləzzətdən çıxar.
Atalardan nəsihət deyim, bir də sən sal yadına,
Eşidənlər rəhmət desin vacibdir ustadına,
Vaxt olar ki, milyon manat dəyməz darı cadına,
Aclığından el dağıdar qızıl qiymatdan çıxar.
Molla Əhməd, sakit otur, hər deyilənə baxma sən,
Dayangınan dərya kimi, çay tək coşub axma sən,
Cəhd elə ara vurma, bir də könül yıxma sən,
Yaxşılıq yaxşı doğar, hörmət hörmətdən çıxar.
A KIŞI
112
Mən deyim həqiqəti, yaxşı düşün, qan, a kişi,
Deməzlər doğru sözə həcvinən hədyan, a kişi,
İnanginan sən sözümə, yamana yaman, a kişi,
Əvvəldən də borcluydu yaxşılar yamana, kişi,
Gəl qayıt yolun düzünə, lənət de şeytana, kişi.
Şama gələn pərvanələr gələrmi ocaq qoruna,
Var yığanlar qoydu getdi, hansı apardı goruna?
Döyməynən gücün çatanı, güvənmə qolun zoruna,
Qəza vurdu qartalı da, saldı hörümçək toruna,
Mən görmüşəm öz gözümlə gələndə zaman, a kişi.
Mənim sözüm doğrudumu, yoxsa yalandımı gör?
Əl zəhməti, el sərvəti sən üçün tamamlandımı gör?
Yığdığın daş-qaşların özünə qalandımı, gör?
Ölən vaxtı qohum-qardaş yadına salandımı gör?
Əcəl gəlsə əlac etməz yüz həkim, loğman, a kişi.
Nəmrudun, Keyqubadın yurdunda bir quş oturub,
Onun yönü qəbristana, boynunu burmuş oturub,
Dimdikləyir bir kəlləni, danışmır, bihuş oturub,
Sanki qəza əldə yay-ox, qurub, bizə tuş oturub,
Onda neçə sirrilər var, yaxşı oxu, qan, a kişi.
Haman Nəmrud zülm əlindən dünyanı doldurdumu, bax,
Əl zəhməti, el varıyla minarə qaldırdımı, bax,
Axır qəza saqqalını qadına yoldurdumu, bax,
Minarəni külək yıxıb, milçəklər öldürdümü, bax,
Tozunu dumana qatıb, qaldırdı asmana, kişi.
Dağyanusu qəza tutub, qədər gəlib vaxt aparıb,
Şəddada bax, behişt saldı, nə gül, nə yarpaq aparıb,
Cəmşid başı açıq gedib, nə tac, nə də taxt aparıb,
Harunu malı-pulunnan çəkibdi torpaq aparıb,
113
Varsa ondan bir yadigar gəl göstər nişan, a kişi.
Ham baxmadı Nuh sözünə, o da oldu üzüqara,
Zəncilər ondan törəyib, gedin baxın kitablara.
Qohumdular, inanmadı, İsanı çəkdilər dara,
Ata oğlundan ayrıldı, hərə düşdü bir diyara,
Kimi oldu xiristiyan, kimi müsəlman, a kişi.
Firdovsi «Şahnamə» yazdı Urustama, bir də Zala,
İsgəndər mindi atını, çapdı şərqə, həm şimala,
Dağıtmamış hasar qoydu, uçurmamış nə bir qala,
Salsal o vaxt zəhər verdi qardaşı Dal-ibn Dala,
Şama bir elan yazdı, səs düşdü hər yana, kişi.
Varlı, pullu milyonerlər gör nə işlər qayırdılar,
Yer altına kök atdılar, elə bil ki, çayırdılar,
Gündə bir dava salıb Allahı da ayırdılar.
Yondurub ağaclardan təzə Allah qayırdılar,
Tərk etdilər Beytullanı, etdilər bütxan, a kişi.
Yetmiş iki yol ayrıldı, kimdi baxan ədalətə,
Yaradanı şeytan dandı, o da gəldi tu lənətə,
Ayrı-ayrı adamlar da axır düşdü zəlalətə,
Altı yüz doqquzda ayə gəldi Məhəmmədə,
Altı min altı yüznən yazıldı Quran, a kişi.
Məhəmməd oturdu minbərdə, yanna çağırtdı Heydəri,
Sağ tərəfdən Malik Əjdər, sol tərəfdən Qəzənfəri,
Məzhəbi iki böldü, dağıtdı şərhi-Xeybəri,
Salsalı atdı-tutdu, çatdırdı Xosroy xəbəri,
Get bax, durur Dəlikdaşda açdığı meydan, a kişi.
Haça qayya qılıc çalıb, Düldülün izi burdadı,
114
Çinarrıdan su içibdi, dirsəyi, dizi burdadı,
Seyidlər şahidimdi, oğlunnan qızı burdadı,
Gəncədə məzarı var, imamın özü burdadı,
Bənna deyər ziyarətgah Şahi-Xorasan, a kişi.
ŞIXLI DƏRYA MƏHƏMMƏD
Məhəmməd Qocayev 1905-ci ildə Qazağın II Şıxlı
kəndində dünyaya gəlmişdir. Şıxlı Məhəmməd müharibə
iştirakçısı olmuşdur. Həm respublikamızda, həm də
Gürcüstanda çoxlu şəyirdləri vardır.