El sənəti və ədəbiyyatına bağlı ustad aşıq 1989-cu ildə

dünyasını dəyişmişdir.

ODU-ODU

Haq sözə deməzdərmi,

Sözün düzü odu-odu,

Bedasılnan baravardı,

Ocaq közü, odu-odu.

Bu dünyadan hər gedən var,

Kişi də var, nər gedən var,

Talehləri dərk edən var,

Qismət, zarı odu-odu.

Çarə vardı harda ona,

Olsa harda xal var ona,

Ay Məhəmməd, yalvar ona,

Birdi qazı, odu-odu.

VERƏM

115

Dostum məndən bir amanat istəyib,

Ümidvaram yaxın zamana verəm,

İxtiyarım çata, qüdrətim yetə,

Yaxşının dərdini yamana verəm.

Divan olsam nainsafa çox nəsəm,

İsbat olan cinayətə tək bəsəm,

Qanmazın ömründən qayçıynan kəsəm,

Aşkara götürəm qanana verəm.

Məhəmməd od tutub gözüm yanımı,

Dərdə düşən dərdbilməzi, zalımı,

Əzrayıldan saxladığım canımı,

İnsafdımı indi canana verəm.

DAHA

Yığvalın yatması, ayılması var,

Mənimki yatıbdı, ayılmır daha.

Kəlmə var, qanana öz mənası var,

Mərifət hesaba sayılmır daha.

Çağırdığım Xuda, on iki imam,

Adam var namusu itirib tamam,

Vallah yaşamağa qalmayıb güman,

Ustadın sədası yayılmır daha.

Ay Məhəmməd, görsən bu necə sirdi,

Tarixi yetirən indi əsirdi,

Ya dadlı, ya dadsız, hamısı birdi,

Dadıb ləzzətinnən doyulmur daha.

GƏLHAGƏL

116

Urzasına mane olmaq çətindir,

Qismət olsa əgər kimə gəlhagəl.

Gəl əzizim, gəlhagəl,

Yoxsul dilər, gəlhagəl,

Sağlıq olsun, gəlməsin,

Nəzər gətirər gəlhagəl.

Tərəqqiyynən, tənəzzülə düçarsan,

Baxtın yatmaq bir də var ki, gəlhagəl.

Yaman söz insanı kəsər doğrayar,

Zimistanda yellər əsər doğrayar,

Gəl əzizim, doğrayar,

Qılınc kəsər doğrayar,

Qismət edə yaradan,

Doğru yara, doğru yar.

Şirin sözə namərd soğan doğrayar,

Sən namərdin öhdəsindən gəlhagəl.

Məhəmmədəm, mən də uzağa baxdım,

Gəzdim Gürcüstanı, Qazağa baxdım,

Gəl əzizim, a baxtım,

Göz yetirdiyimə baxdım,

Könül, səni yanasan,

Sən deyənə ha baxdım.

Çox çağırdım oyanmadın, a baxtım,

Günüm keçdi bundan sonra gəlhagəl.

DODAQDƏYMƏZ

Sənin sərin sərsərlərdən sərindi,

Sərdən sini, sini sərdə sən gətir.

Sinin sehri səhralarda sehr edər,

Sal sərini sən səhərdən sən gətir.

117

Sini sin yazginən, sin gəlsin sinnən,

Sayını say eylə səliqəsinnən,

Titrəsin cəsədin sin hirsinnən,

Qızsın sərin, sərasərdən sən gətir.

Sin nəslindən deyilsənsə, sin, yeri,

Sində seçər sin əhlilər sin yeri,

Sənətkarısan Şıxlıya sən yeri,

Seyli sini əsərlərdən sən gətir.

XATINCANLI KOR SÖYÜN

Zeynalov Hüseyn Dəmir oğlu 1907-ci ildə Tovuz

rayonunun Xatıncan kəndində doğulmuşdur. Üç yaşından

gözləri tutulmuş və buna görə də özünə «Kor Söyün» adını

götürmüşdür. 1966-cı ildə dünyasını dəyişmiş, doğma kəndində

dəfn olunmuşdur.

GƏL – GƏL

Dostum, bizim bu yerlərə,

İmdad elə, yayda gəl-gəl.

Bir il çox uzaq mənzildi,

Bacarsan hər ayda gəl-gəl.

Şəhərdən çox deylik uzaq,

Bu dağlarda hikmətə bax.

Yatağında donmur bulax,

Buz bağlayır çayda gəl-gəl.

118

Bu yaxında toy olacaq,

Ellər ondan həzz alacaq,

Dəmiroğlu saz çalacaq,

Xatıncana toyda gəl-gəl.

OYADA MƏNI

Ellər, bilin dostum məndən küsübdü,

Görən salacaqmı o, yada məni.

Dilimdə əzbərdi Allahın adı,

Pir deyib dolandır o ada məni.

Kim deyər özünə pisəm dünyada.

Qiyamət günündə yandırma oda.

Sən mənə rəhm eylə, ey Sirri-xuda,

Gəl möhtac eləmə o yada məni.

Söyünəm, istərəm işim düzələ,

Həsrətinəm, gəl ürəyim təzələ,

İltimas elərəm belə gözələ,

O şirin diliylə oyada məni.

NƏYNƏN OLSUN

Allah bir insanı nəzərdən sala,

Ona cansağlığı, can neynən olsun?

Nitqin tutub, əl-qolunu bağlasa,

Dörd yanı bağçalı bağ nəynən olsun?

Cibdə pulun yoxsa, varın olmasa,

Doğru sözün, düz ilqarın olmasa,

Üzə gələn bir baharın olmasa,

Dost yanında üz ağ nəynən olsun?

Yazıq Söyün qəm oduna qalandı,

119

Deməynən ki, bu sözlərim yalandı.

Mərifət deyilən varnan olandı,

Adamın əhvalı cağ neynən olsun.

DƏYSIN

A beymürvət, küsübsənmi,

Niyə mənnən ara dəysin?

Əl uzatdım sinən üstə,

Qoy bir əlim nara dəysin.

Qəlbi qırmaq savab deyil,

Quru söhbət hesab deyil,

Mənim əlim insaf deyil,

Tərlan yanda sara dəysin.

Hörməti özümdə qoymaram,

Söhbətindən mən doymaram,

Bilirsən sənə qıymaram,

Ağ üzündə qara dəysin.

Söyün dərdini açar,

Qalmışam yolunda naçar,

Hər kim ki, sözündən qaçar,

Əlləri şahmara dəysin.

AY QOŞA-QOŞA

Ay Xatıncan, bircə mənnən danışax,

Ötərdi bülbüllər ay qoşa-qoşa.

Neynədin at minən mərd iyidləri,

Köçürdün qoynundan ay qoşa-qoşa.

Kimdi, ay yazıq, dərdini bilən,

120

Əhvalın soruşub, qeydinə qalan,

Həyatım günəşi azca daldalan,

Qoy çıxsın səmada ay qoşa-qoşa.

Bir iyid olmasın dünyada varsız,

Heç aşiq olarmı sevdasız-yarsız,

Ağlatma Söyünü, ay etibarsız,

Dağ çəkmə sinəmə ay qoşa-qoşa.

SINAMAMIŞ

İnsanları bilmək olmaz,

Yeri gəlib sınamamış.

Özü üçün hörmət qoyan,

Ellər səni qınamamış.

Nəhlət yaltağın üzünə,

Bədnəzərin bəd gözünə,

Baxmaz atalar sözünə,

Ağzı, burnu qanamamış.

Söyün, indi söylə sözün,

Bircə təhlil eylə özün,

Malın yeməz, yedirtməzin,

Yox et malnı sanamamış.

AY SINƏ-SINƏ

Beyqafıldan üç gözələ tuş oldum,

Şox salıb buxağı ay sinəsinə.

Gözləri aladı, yanağı lala,

Görən müştaq olur ay sinəsinə.

Üzümə baxanda dərdim bilərlər,

121

Şirincə danışıb, şirin gülərlər,

Yaylağı yaylayıb, dağdan gələrlər,

Dağ çəkib dağların ay sinəsinə.

Adın xəbər aldım dedi: Xanxanım,

Səni gördüm getdi dinim, imanım,

Yolunda qurbandı bu şirin canım,

Od saldı aşığın ay sinəsinə.

Söyünün sinəsi aşıb-coşanda,

Gözəllərə qoşma-qəzəl qoşanda,

Belə sonalarla qavaxlaşanda,

Uzat əllərini ay sinə-sinə.

SORAĞINDAYAM

Gülün, qızlar, gülün, ruhdan düşmüşəm,

İndi qocalığın ayağındayam.

Əlbəttə ki, yaxşı olar cavanlıq,

Mən ki eşq odunun qırağındayam.

Saqqalım ağarıb, dümappağ olub,

Tökülüb sinəmdə bir qucaq olub,

Andır qalmış ürəyimə dağ olub,

Zalım qocılığın qucağındayam.

Söyün deyər: yenə həmən-həmənəm,

Qurdalasan höcətlikdə yamanam,

Saqqalım ağsa da, özüm cavanam,

Bir qələm qaşdının sorağındayam.

NƏ VAR KI

122

Bir adam düz olsa haqqın yolunda,

O savaba bələnməyə nə var ki?

Əl uzada qızılgülü dərəsən,

Dəstə tutub ilənməyə nə var ki?

Zənbur ola, zəhmətini çəkələr,

Bal becərib təhnələrə tökələr,

Arx altına körpə şitil əkələr,

Ondan sonra sulanmağa nə var ki?

Bir bəxtəfər öz bəxtindən yarıya,

Zülm odur bağ salasan quruya,

Bir insanın haxdan işi sarıya,

Söyün deyər: dolanmağa nə var ki?

QOVALANMAMIŞ

Bizdən salam olsun, Hümbət əmoğlu,

Bir cücə vermisən mayalanmamış.

Gələndən bəridir arvad iyəşir,

Lobyamız qalıbdır payalanmamış.

Mən ha döydüm qohumluqdan keçəsi,

Qoysan bir seçəydi xoruz-beçəsin,

Mənə lazım deyil hindi cücəsi,

Baldırı bərkiyib sayalanmamış.

Pencərin palçığın yüdürdəmmədim,

Arvada bir şükür dedirdəmmədim,

Yumurta bişirdim, yedirdəmmədim,

Yamanca tərs imiş yekələnməmiş.

Yazıq Söyün yaman azara düşdü,

Söyündüm, əlimə damazdıq keşdi,

123

Qazancım bir oldu əlimdən uşdu,

Ürəyi söyünüb qovalanmamış.

AŞIQ AVDI QAYMAQLI

Avdı İsa oğlu Avdıyev 1908-ci ildə Qazağın Qaymaqlı

kəndində anadan olmuşdur. El-obanın ustad aşığı kimi

tanınmışdır. Bir sıra şerləri dildə-ağızda məşhurlaşmışdır. Bir

neçə saz havası yaratmışdir.

Aşıq Avdı Qaymaqlı 1985-ci ildə dünyasını dəyişmişdir.

QIRILDI

Bu saray bir də yapılmaz,

Kərən düşdü, mil qırıldı.

Cəlalım bir də tapılmaz,

Cığır itdi, yol qırıldı.

Bəla mənə tən gəlibdi,

Neylim fələkdən gəlibdi,

Dağ başına çən gəlibdi,

Dal budaqdan gül qırıldı.

Getdi ömrünün yazınnan,

Heç doymadım avazınnan.

Aşıq Avdının sazınnan,

Pərdə düşdü, tel qırıldı.

DIVANI

124

Oxu aşıq, oxu durma söhbət, saz əldən gedər,

Bir gün olar dayanarsan xoş avaz əldən gedər,

Cavanlığa ümid olub uzaq görürəm demə,

Bir gün gələr qocalarsan, görən göz əldən gedər.

Gəlhagəlin olanda özü düzəlir işin,

Gethaget olanda çərxi əyilir gərdişin.

Bel bükülər, yanaq solar, ağzında qalmaz dişin,

Yatan bəxt ha çağırsan, oyanmaz, əldən gedər.

Dostluğu pulda olandan heç səxavət gözləmə,

Getmə onun yolu ilə hərəkətin izləmə,

Aşıq Avdı, fəhm eləyib çox da dərindən demə,

Dostların da üz döndərər işvə-naz əldən gedər.

AŞIQ AVDI ILƏ ŞIXLI MƏHƏMMƏDIN

DEYIŞMƏSİ

Avdı:

Aşıq, dur çıx meydanıma,

İşarəylə göz eylərəm,

Əgər mənlə deyişməsən,

Bir dərdini yüz eylərəm.

Məhəmməd:

Ayə, nə söz söyləyirsən,

Qış gününü yaz eylərəm,

Yoxdu məndə səbri-qərar,

Divanını tez eylərəm.

Avdı:

Dur, ay yazıq, ay biçarə,

Sazı atmısan kənarə,

Həqiqətdən vurram yara,

Üstündən bir iz eylərəm.

Məhəmməd:

Mənəm bir dəryayi-ümman,

125

Qərq olar dəryaya cuman.

Qaldıraram indi duman,

Bir tufanlı toz eylərəm.

Avdı:

Mən Avdıyam, cavan yaşım,

Çox bəlalar çəkib başım.

Şölə vuranda atəşim,

Yandıraram, köz eylərəm.

Məhəmməd:

Məhəmmədəm, budur işim,

Nə desən eşitmir huşum,

Görürsən, kəskindir qışım,

Donduraram, buz eylərəm.

ISMAYIL SADIQLI

İsmayıl Tağı oğlu Sadıqlı 1910-cu ildə Tovuzun

Cilovdarlı kəndində anadan olmuşdur. Ömrünün sonuna qədər

doğma kəndində müəllim işləmişdir. Aşıq şerinin təcnis

formasında gözəl əsərlər yaratmışdır.

İsmayıl Sadıqlı 1982-ci ildə dünyasını dəyişmişdir.

ƏL ÇƏK

Dedim: Od tutuban yanır bədənim,

Dedi: Sərin əsir meh, məndən əl çək.

Dedim: Dur dolanaq baği-gülşəni,

Dedi: Qalın düşüb şeh, məndən əl çək.

Dedim: İcazə ver həmdəmin olum,

126

Dedi: Əlin çatmaz, uzaqdı yolum.

Dedim: Qoy başına dolayım qolum,

Dedi: Kefim yoxdu, eh məndən əl çək.

Dedim: Sadıqlıya gəl eyləmə naz,

Dedi: Naz etmirəm, işim deyil saz.

Dedim: Bu almadan meyl eylə bir az,

Dedi : Alan döyləm beh, məndən əl çək.

BIR SƏNƏ ÇATDI

Hər gündə sabaha ümid verirsən,

Sabah qurtarmadı, bir sənə çatdı.

Sənə çatan çatır, bəs mən yazığa,

Əgər məramımız bitsə, nə çatdı?

Bu nə işdir aya, sözə dəyməzmiş?

Sızıldadır qəm sinəmi, dəymə əzmiş.

İnamıma, ümidimə dəyməzmiş,

Yaxın bildim, ərkim bir sənə çatdı.

Yolumuz bir, dinimiz də bir dindir,

Şiddətlənən alovumu bir dindir,

Sadıqlını gülər üzlə bir dindir,

Bu qəmli könlümü bir sən aç, atdı.

AL GƏLDI

İlk görüşdə məni məbhut eylədi,

Nəzərimə şəfəq kimi al, gəldi.

Sədaqətdən dəm vuraraq danışdı,

Sədaqətin əvəzinə al, gəldi.

Dağ çayı tək bir çəkildi, bir daşdı,

Gördüm mənə atacağı bir daşdı,

127

Öz həddini bir aşmışdı, bir də aşdı,

Öz-özümə gülüb, dedim: Al, gəldi!

Ey Sadıqlı, doldurmadın, az qazan,

Onu bil ki, çox da qazar, az qazan.

Kifayətdir, a bəxtəvər, az qazan,

Gözləyirlər get payını al gəl, di!

YAY ANIM

Qış bütün canlıya sevinc bəxş edir,

Gülşən olur dağ yamacı, yay yanım.

Düzü, qış fəslindən lap zəhləm gedir,

Mən istərəm ruzu üçün yay anım.

Daş sanılar ayaq bassan qış qıra,

Kim istər ki, var marağın qışqıra,

Gah qar yağa, gah qasırğa qışqıra,

Xoşum yoxdu ya titrəyim, ya yanım.

Ey Sadıqlı, məxluq olur yaza ram,

Çox əfsus ki, azca tutur yaz aram,

Xoşnud ollam, hər nə desəm yazaram,

Olsa əgər Səlim kimi yayanım.

DILŞAD

128

Dilşad 1912-ci ildə Tovuzun Xunam kəndində dünyaya

gəlmişdir. İlk təhsilini məhəllə məktəbində almışdır. Əsl adı

Şövkətdir. Aşıq sənətinə yiyələndikdən sonra Dilşad

təxəllüsünü qəbul etmişdir. Qoşmaları və deyişmələri

məşhurdur. Ali təhsilli həkim olmuşdur. El şairi Vəli və

Ülkərlə olan maraqlı deyişmələri var.

Dilşad 1989-cu ildə dünyasını dəyişmişdir.

NEYLƏYİM

Başına döndüyüm xırdaca qızlar,

Bu gün bir tərlanım uçdu, neyləyim?

Əhvalım soruşub, dərdim bilmədi,

Ağlım və kamalım çaşdı, neyləyim?

Ağ buxaq, zənəxdan, bu qoşa xalı,

O hələ görməyib ləbimdə balı,

Olmaya dəyişdi yarın xəyalı?

Bir zaman qalmadı, köçdü neyləyim?

Dilşad deyər: Ağlım, huşum qarışar,

Bir saat görməsəm canım alışar,

Dedim qızlar, noldu, halım soruşar,

O zalımın bağrı daşdı, neyləyim?

DEYIŞMƏ

Dilşad:

Baharın xoş çağı, güllər açanda,

Lalədən bir budaq üzmək istərəm.

Sonalar silkinib, qazlar uçanda,

Yuyunmaq, çalxanmaq, üzmək istərəm.

Şair Vəli:

Eşqin bəhri yenə təlatüm eylər,

Qəvvas kimi cumub üzmək istərəm.

129

Mədəni-gövhərin, can sənubərin,

Vəslinə bir qəzəl düzmək istərəm.

Dilşad:

Uçar könül quşu gəzər hər yanı,

Yerləri, göyləri, ərşi, səmanı,

Gürcüstan təvarı, Qazax tərlanı,

Aşıqlar bağrını üzmək istərəm.

Şair Vəli:

Dərdim əyan olsun dərd əhli yara,

Salmasın aşığı çox ahu-zara,

Xəstələr meyl edər heyvaya, nara,

Könül məhbubilə gəzmək istərəm.

Dilşad:

Ariflər dərdinə Dilşaddı dərman,

Şairlər çoxdandı hüsnünə heyran,

Qaragöz laçın tək hələ bir zaman,

Havada dövr edib üzmək istərəm.

Şair Vəli:

Şair Vəli deyər: Ey mahipara,

Laçınsan «bəli» de şahin - şonqara,

Müsəlsəl aşiqəm, yandırma nara,

Eşqin kürəsində dözmək istərəm.

AŞIQ ÜLKƏRLƏ DILŞADIN DEYIŞMƏSI

Ülkər:

Əlləri hənalı, ey gözəl kəklik,

Qanad çal, qaqqılda bahar, yaz ara!

Nəşələr çəkməyin zamanı gəlmiş,

Sevgi ara, söhbət ara, söz ara.

Dilşad:

Eşqin dəryasına dalan, ay aşıq,

Yayın, çalxan, çalış quba qaz ara,

Xas bağlar çiçəyi xublar içindən,

Nəcib axtar, nazik tanı, naz ara!

130

Ülkər:

Gözəllər ülkəri, ay çeşmi-xumar!

Yandırar, yaxarsan aləm-aşikar,

Qəmə qərq olmaqdan axı bir nə var?

İşvə ara, qəmzə ara, naz ara.

Dilşad

Çoxları müstaqdı ağ üzdə xala,

Yar gərək yarına ilqarlı qala.

Gözəllik özü də bir yaman bəla,

Dərdim çoxdur, deyə bilməm, az ara.

Ülkər:

Dərdli Ülkər kimi ah çəkmə dildən,

İrəngin artıqdı qönçədən, güldən,

Bir cavan ara, bul, kəndinə eldən,

Şirin kamə yetiş, xoş muraz ara.

Dilşad:

Gövhər xiridarı bir qəvvas ola,

Könlüm qəm çəkmədən sərəfsaz ola,

İstəsən dünyada dərdin az ola,

Get, axtar Dilşad tək anlamaz ara.

ÖYSÜZDÜ MEHVALI

Öysüzdü Mehvalı Tovuzun Yuxarı Öysüzlü kəndində

1912-ci ildə dünyaya gəlmişdir. Hələ uşaqkən zəifləmiş gözləri

iyirmi yaşında olanda tamamilə tutulmuşdur. Ustadı Öysüzdü

Səməd olmuşdur. Şıxlı Məhəmmədlə olan deyişmələri ona

uğur gətirmişdir.

Mollalı oğlu kimi də tanınan Öysüzdü Mehvalı ömrünü

saza-sözə həsr etmişdir.

TƏCNİS

131

MƏNI

Yar qarşıdan gəlib oğrun keçəndə,

Eylədi bu halı divanə məni.

Könül qalxıb badəsini içəndə,

Yandırdı atəşi bir anə məni.

Məcnun mənəm məskənimdi o dağlar,

Çiskin ağlar, duman ağlar, o da ağlar,

Əzam yanar əzabından od ağlar,

Bir canan eylədi pərvanə məni.

Zalım ovçu barəsində, oy indi,

Mehvalıyam, yaralıyam oy indi,

Fələyin çaldığı yüz min oyundu,

Yaratdı, yaşatdı əfsanə məni.

CIĞALI TƏCNİS

SINƏDƏN

Hakimlər hakimi, bəşər sahibi,

Təbib sənsən əlac eylə sinədən.

Yax, ay aşıq, sinədən,

Oxu dərsin sinədən,

Yar yarını görəndə,

Bir of eylər sinədən.

Haqdan dərs alanlar kama yetəllər,

İnsan bir dəryadır coşar sinədən.

Kərəm gəldi bu aləmdə yar alı,

Qəza vurdu məni saldı yaralı.

Yox ay aşıq yaralı,

132

Yar könlünü yar alı,

Namərd, kama çatma sən,

Mərdi qoydun yaralı.

Əcəl gələr, əriyər can yaralı,

Sağalarmı tənə dağı sinədən.

Kimlər keçdi bu cahandan mərdanə,

Mərd insanı, mərd yetirib mərdanə.

Yox, a aşıq, mərdanə,

Mərdin sözü mərdanə,

Binadan pak doğulan,

Yəqin olar mərdanə.

Aqil olan hər məqamda mərdanə,

Mehvalı tək sözün desin sinədən.

BIMAR ISGƏNDƏR

İsgəndər Ələs oğlu Şirinov Tovuzun Bozalqanlı kəndində

1916-cı ildə dünyaya gəlmişdir. Aşıq yaradıcılığına xüsusi

həvəs və rəğbəti olmuşdur.

Bimar İsgəndər 1979-cu ildə Qovlarda dünyasını

dəyişmişdir.

YARDAN AYRILANIN

Ay həzərat, heç gülərmi

Üzü yardan ayrılanın.

Yuxu yatıb mürgülərmi,

Gözü yardan ayrılanın.

Bu dünya belədir, belə,

133

Damcı sular dönər selə,

Məskən salar qeyri gölə,

Qazı yardan ayrılanın.

Gözündə sellər yeriyər,

Yasdığı nəmlər, çürüyər,

Payız donar, yaz əriyər,

Buzu yardan ayrılanın.

Sitəmdi yazıq Bimara,

Necə dözdü ahu-zara,

Aman Allah, gələr qara,

Yazı yardan ayrılanın.

ÇIXAR

Axşam çıxan günə qızınmaq olmaz,

Yığvalın düz gəlsə bu başdan çıxar.

İnsan çıraq kimi, ömür yağ kimi,

O başdan süzülər, bu başdan çıxar.

Fateh qılıncını çalan şahların,

Zəbərcətdən taxtı olan şahların,

O başdan ləşkəri dolan şahların,

Özü üryan olub bu başdan çıxar.

Bimar bəzirganlar çıxar səfərə,

Əbri-ətlaz alar lələ, gövhərə,

Çəkər hesabını, yazar dəftərə,

O başın xərcini bu başdan çıxar.

BIR DAŞ

134

Pusərixahərim, eyni didarım,

Aç mətahın tök bazara bir daşı.

Dəryadan bir qətrə pay alan kimsə,

Bir çalxanı, bir dayanı, bir daşı.

Bu sözləri yaxşı deyib atalar,

Cahangirlər bədöy seçib, at alar.

Müxənnəti topa qoyub atalar,

Məkrli mədhi-məğzi bir də aşı.

Bir vaxt vardı dizim möhkəm, saç qara,

İndi bənzər qəddim dala, saç qara,

Gəl Bimarın tabutuna sanc qara,

Ünvanına sahib eylə bir daşı.

C I Ğ A L I T Ə C N İ S

SARI SƏN MƏNI

Budur Məcnun kimi nainsaf Leyli,

Salıbsan çöllərə sarı sən məni.

Aşıq deyər, sarı sən,

Çıx dağlara sarı sən,

Tərlansan uy tərlana,

Həmdəm bilmə sarı sən,

Mərəzinəm dava eylə dərdimə,

Sağ ikən eylədin sarı sən məni,

Əhdin yetdi çək dəstinə di həna,

Susdu bülbül şeyda qılmaz daha nə.

Aşıq deyər, daha nə,

Dərdim yetdi daha nə,

Sərim sənə sadağa,

135

İstəyirsən daha nə?

Əsir düşdüm şirin dilə, dahanə,

Bağla qollarımı sarı sən məni.

Bimar deyər gözəl döysən, a zalım,

İnsaf eylə, yaz dərmanı az alım.

Aşıq deyər, a zalım,

Yaz dərmanım az alım.

Bu dərd mənə şirindi,

İstəmirəm azalım.

Ömrün boyu etmədinmi, az alım,

Hicran evi, qəm hasarı sən məni.

CAVAN HƏMID QARAXANLI

Həmid Həsənov 1916-cı ildə Tovuzun Qaraxanlı

kəndində dünyaya gəlmişdir. «Cavan» təxəllüsü ilə şerlər

yazmışdır. Öz doğma kəndində müəllim işləmişdir.

Ədəbi yaradıcılığa xüsusi önəm verən Həmid Həsənov

1955-ci ildə qəza nəticəsində dünyasını dəyişmişdir.

GƏLDI

Məhəbbətin övlağına,

Bu gün bir tamaşa gəldi.

Gözüm gördü, könlüm sevdi,

Yaraşığı xoşa gəldi.

Bəlalar çəksə də başım,

Yarı tərk eyləməz huşum,

Havalandı könül quşum,

Quba kəhlik daşa gəldi.

136

Cavan Həmid ah eyləmə,

Sığın vəfalı həmdəmə,

Hər yetənə sir söyləmə,

Bəlkə məqsəd başa gəldi.

GÖRDÜM

Kamil bağban oldum, lala yetirdim,

Qəmnən bağladığım vəfanı gördüm.

Xara qismət oldu cəhdi-zəhmətim,

Gülşən tək belə beyvəfanı gördüm.

Günəş gənc xəstəyə laylalar deyir,

Səhralar titrəyir, dağlar baş əyir.

Bulutlar çaxnaşır, göylər titrəyir,

İldırım alovlu tufanı gördüm.

Anlamaz qohuma qul olsan özün,

Verə bilməz sadiq dostun əvəzin,

Can qoyub yolunda qədirbilməzin,

Əfsanə çəkdiyim cəfanı gördüm.

Mən cavan Həmidəm, doğru yolum var.

Sədaqətli dosta xoş xəyalım var,

Ömürdəki ayrılıq var, ölüm var,

Bu yerdə həyatı nə fani gördüm.

OLACAQDIR

Dedim könül, hərcayiyə uğrama,

Ucundan günlərin zar olacaqdır.

Nə namərdə sirr ver, nə bəlasın çək,

Bir gün öz canına nar olacaqdır.

137

İstəsən çəkəsən dünya ləzzətin,

Hamıya mehriban ver məhəbbətin,

Eşitmə sözünü, xain-xoryatın,

Yaman söz gəzdirən xar olacaqdır.

Cavan Həmid, hər işlərə ol bələd,

Dostun qarşısında çəkmə xəcalət,

Nahaqqa həqiqət, hamıya hörmət,

Şöhrətin mahala car olacaqdır.

AYƏ GÖZƏL QIZ

Qüdrət qələmindən nişanın budur,

Yazılıb alnına, ayə, gözəl qız.

Diş mirvari, dodaq qönçə, yanaq ləl,

Bənzərsən… on günlük ayə, gözəl qız.

Nurdan xəlq eyləyib yaradan səni,

Şübhü parçalaya, yara dan səni,

Uzaq ol dərd, fikir yaradan səni,

Yaşa doxsan yüz min ayə gözəl qız.

Cavan Həmid aşiq olub, bax buna,

Göz cavahir, sinə güzgü, bax buna.

Şamu-səhər pərvanəyəm bax, buna,

Üzür taqətimi, ayə, gözəl qız.

138

ŞIXLI KAR ÇOBAN

Çoban Süleyman oğlu Cəbrayılov 1916-cı ildə Qazağın II

Şıxlı kəndində anadan olmuşdur. Məşhur ədəbi simalarımız

Mehdi Hüseyn, Osman Sarıvəlli və Səməd Vurğunla birgə

oxumuşdur. Ç.Cəbrayılov xalq şairi O.Sarıvəllinin əmisi

oğludur.

Şıxlı Kar Çobanın 300-dən artıq şeirləri, el ədəbiyyatı

nümunələri vardır. Müharibədə eşitmə qabiliyyətini itirdiyinə

görə «Kar» təxəllüsünü seçmişdir.

Ustad şair 1990-cı ildə dünyasını dəyişmiş və öz

kəndində dəfn olunmuşdur.

DƏRDIN ALIM

Bilirsənmi bu dünyada,

Nələr gəzər, dərdin alım.

Bu torpağı soğulcan da,

Dələr ğəzər, dərdin alım.

Baxmadı cavan yaşıma,

Zəhər qatdı tez aşıma,

Fani dünya qar başıma,

Ələr gəzər, dərdin alım.

Hər bir ana balasını,

Sağmal inək danasını,

Körpə quzu anasını,

Mələr gəzər, dərdin alım.

Nə deyim gözəl Mələyə,

Deyir ki, düşdüm kələyə,

Körpə uşağın bələyə,

Bələr gəzər, dərdin alım.

139

Sərraf olan ötməz yanı,

Bil mənəm gövhər məkanı,

Söz axtaran kar Çobanı,

Gələr gəzər, dərdin alım.

ELINDƏDIR

(O. Sarıvəlliyə)

Xoş görüşdük, qoca şair,

İndi əlim əlindədir,

Yazdıqların çoxlu şeir,

Uşaqların dilindədir.

Tamam oldu səksən yaşın,

Ağarıbdır qara başın,

Getdi əldən yar-yoldaşın,

Dərdi qara telindədir.

Səyalını tez göndərdin,

Dərdlərinə sinə gərdin,

Qurban ilə Səməd dərdin,

O bükülmüş belindədir.

Yar-yoldaşın çıxdı «qəlif»,

Bağrıyın başını dəlif,

Sayalın da çoxdan gəlif,

Budur, burda elindədir.

Çoban heyrandı bir işə,

Övladlara verdi peşə.

Nəzər diqqətin həmişə,

Solmaz kimi gülündədir.

140

ALIBDI

Görürsənmi, ay loğmanım,

Dağ başını qar alıbdı.

Dərd əlindən qara bağrım,

Yanıb-yanıb qaralıbdı.

Dedim oyan təbim, oyan,

Dərdimi eyləyim bəyan,

Tülək tərlan uçdu hayan,

Bax ovunu sar alıbdı.

Ayım-günüm çatdı getdi,

Oyaq bəxtim yatdı getdi,

Məni yarım atdı getdi,

Qalan canmı yar alıbdı.

Dərdim oldu elə bəyan,

Heç kəs olmaz mana hiyan,

Qoca canım möhkəm dayan,

Gözlərim də tor alıbdı.

Ay Kar Çoban, aç gözünü,

Toxtatgınən tez özünü,

Söyləynən son sözünü,

Vaxtın yaman daralıbdı.

QOYUBDU

Dünyanın himini quran bənnalar,

Birinci daşını naşı qoyubdu.

Arsıza hər zaman gülməyi verib,

Mərdlərin gözünə yaşı qoyubdu.

141

Hanı, mənəm-mənəm deyənlər hanı?

Bu dünyada sən bir Allahı tanı.

Gör nələr yaradıb qadir Sübhani,

Gözlərin üstündə qaşı qoyubdu.

Elin varın yeyib çox da söyünmə,

Pulum çoxdu deyib çox da öyünmə,

Elə et ki sən axırda döyünmə,

Yeməyinə zəhərli aşı qoyubdu.

Yeməkxanalarda olmazsan yalqız,

Dolanar dövrəndə xırdaca baldız,

Sənin bədəninə bir yekə qarpız,

Mənim bədənimə başı qoyubdu.

Pis sözünlə sinəmə çəkirsən dağı,

De açılarmı Çobanın qaşı-qabağı?

Gözü yolda qalıb yoxdu sorağı,

Davada iki qardaşı qoyubdu.

CIĞALI TƏCNIS

Mənim diləyimdi, ay gözəl yarım,

Gəl gəzək dünyanı, dolanaq sənnən.

Əzizinəm mən sənnən,

Bir gəzmədim mən sənnən.

Mənim heç aram olmaz,

Qorxusundan əsənnən.

Yazıq canım əl çəkməyir hey sənnən,

Hara getsən gedir o yana sənnən.

Dolandım dünyanı necə sənə mən,

Nə deyim, ay gözəl, indi sənə mən.

Qız, aşşiqəm sənə mən,

Vurulmuşam sənə mən.

142

Vədə versən gözlərəm,

Bil ki, necə sənə mən.

Qabaqcadan xəbər verrəm sənə mən,

Yaman inciyibdir oy ana sənnən.

Gəl zər atax, gəl yoldaşım gəl sən ol,

Yatar könlüm indi zərim gəlsə nol.

Gəl həmdəmim gəl sən ol,

Yalvarıram gəl sən ol.

Başqasını neynirəm,

Gözəl yarım gəl sən ol.

Bu sevdanın səbəbkarı gəl sən ol,

Yatan könlüm bəlkə oyana sənnən.

Siz də qalın kar Çobanın qeydinə,

Pirim yaxşı yazdı, aldı qeydinə.

Əzizinəm qeydinə,

Kimlər qalar qeydinə.

Bilmirəm ki, nə yazdın,

Sən aldığın qeydinə.

Bəlkə yarın qaldı sənin qeydinə,

Alışıb-oddana o yana sənnən.

QAYMAQLI CƏLİL

Cəlil Mahmud oğlu Məmmədov 1918-ci ildə Qazağın

Qaymaqlı kəndində anadan olmuşdur. Kənd təsərrüfatı

sahəsində təcrübəli mütəxəssis kimi çalışmış C. Məmmədov

bədii yaradıcılıqla da məşğul olmuşdur.

Sazlı-sözlü el ədəbiyyatmıza öz töhfələrini bəxş etmiş

şair 1982-ci ildə dünyasını dəyişmişdir.

143

QABAĞINDA

İncə tərlanımsan, ay bizim elli,

Sallanıb gəzirsən göz qabağında.

Hürüsən-Pərisən, yoxsakı Leyli,

Mən deyim vəsfini yaz qabağında.

Xudam qismət verib xalların paydı,

Gözlərin ulduzdu, qaşların aydı,

Kirpiklərin oxdu, hər zülfün yaydı,

İşiqlı Günəşdi üz qabağında.

Gərdənin minadı, boyundu tökmə,

Süzgün baxışınla bağrımı sökmə,

Beçarə Cəlili imtahana çəkmə,

Aciz ha deyiləm söz qabağında.

SƏNDƏDİ

Xınalı kəkliyim, telli ceyranım,

Ağlama-ağlama gözüm səndədi,

Gənclikdən ilqarım, əhd-peymanım,

Hər sirli söhbətim, sözüm səndədi.

Bu amansız əcəl aparır məni,

Tutubsan əlimdən qoparır məni,

Saxlamır həkimlər qaytarır məni,

Alnımdan öpürsən, üzüm səndədi.

De kimə lazımdı can verən canım,

Qan tökür gözlərim, qaralıb qanım,

Mənim aslanımsan, mənim tərlanım,

Yalanım-gerçəyim, düzüm səndədi.

144

Dost-qohum yanıma gəlib düzülür,

Görürsən ki, canım əldən üzülür,

Yaşım axıb yanağımdan süzülür,

Yandırır canımı gözüm səndədi.

Neçə körpə qalır məndən yadigar,

Çürüməz sümüyüm, saxlasan əgər,

Cəlil deyir, yoxdu vəsiyətim digər,

Sevgim, məhəbbətim, gözüm səndədi.

ƏL ÇƏKSIN

Əyilmə qamətim, ağarma saçım,

Qoy bədbin qocalıq məndən əl çəksin.

Açılsın başımdan hicran dumanı,

Sinəmdə ürəyim qəmdən əl çəksin.

Təmənnam var əcəl hökmü yazana,

İnsan heç ölmüyə, ömrü uzana,

Birdəfəlik deyək qəbir qazana,

Atsın külüngünü, beldən əl çəksin.

Çıxmasın qarşıya xata-balalar,

Qırpınmasın səksəkəli sonalar,

Ağlamasın uzun saçlı analar,

Gözlərindən axan seldən əl çəkin.

Gör necə gözəldi, şirindi dünya,

Görən bu gözəli istəmir doya,

Yas əvəzinə gedək ellərə toya,

Bədbinlik obadan, eldən əl çəksin.

145

Adətkarlar əl çəkərmi peşədən,

Cəlil, səni məhəbbətdi yaşadan,

Ceyran oylağından, cüyür meşədən,

Demirəm ha bülbül, güldən əl çəksin.

İSLAM TƏBIB

Məmmədov İslam Alməmməd oğlu 1920-ci ildə

Goranboyda anadan olmuşdur. Aşıq yaradıcılığına böyük həvəs

göstərmişdir. Qoşma, təcnis, bayatı ustadı kimi məşhurdur.

Q O Ş A Q A F İ Y Ə

BILMƏZ


Məni çəkmə yola, bir anla, bala,

İşıq qaranlıqla qarışa bilməz.

Düşmə xam xəyala, çox çətin ola,

Qızılgül qanqala sarışa bilməz.

İnsaf elə, nadan, gəl haqqı az dan,

Əl çək iddiadan, az sula meydan,

Ay ləkəli vicdan, doymursan azdan,

Bədniyyətlər haqdan danışa bilməz.

Ey bədəsil, bəd zat, fikirləş qat-qat,

Gəl nəticə çıxart, təkəbbürü at,

Nə suda ocaq çat, nə oda su at,

Su donar, qaynayar, alışa bilməz.

Ədalət abalı, kinli, ədalı,

146

Məqsədi-amalı qanlı qadalı,

Varı, cah-cəlalı özgələr malı,

Qanan sənin ilə yarışa bilməz.

Naməlum atlı, yolu xatalı,

Qeyrəti atalı, əhdə çatalı,

Sən mövqe tutalı, elm satalı,

Təbib İslam sənlə barışa bilməz.

GÜL GÖRÜM

İşin hələ avand gedir, gülürsən,

Bəxt üzünü döndərəndə gül görüm?

Dörd-beş istə lazım olan xanəyə

Zərdə üç-dörd göndərəndə gül görüm?

Düşməyibsən bərkə-boşa hələ sən,

Bəxtin yardır, çəkilirsən başa sən,

Bədxahların bişirdiyi aşa sən,

Soyuq suyu əndərəndə gül görüm?

Təbib İslam dərdi-səri çox görüb,

Bir hədəfə neçə yerdən ox görüb,

Kömək gəzib, görəmməyib, yox görüb,

Mən çəkəni sən görəndə gül görüm?

ÇATACAQ

Ustad aşığımız Dədə Ələsgərin

«Çatacaq» təcnisinə nəzirə

El gedəndə sən də qaldır şələni,

Elə get ki, sən gedənə çatacaq.

Eldən ayrı, el həsrəti ağırdı,

Həsrət çəkər, od alarsan çatacaq.

147

El atası, yaz qeyrəti, yaz arı,

Xeyri nədir ya sızılda, ya zarı?

İşə salar, şan qayırar yaz arı,

Şirə çəkər çiçəklərdən çatacaq.

Hərçayı sinənə yetirdi yara,

İslam, dərdin gəl ərz eylə di, yara,

Səyyad şikar deyin gedər diyara,

Çəkər yayın, atar oxun çatacaq.

YAXŞICA GÜLDÜR

Ey kağız, gedirsən dostun yanına,

Danışdır sən onu, yaxşıca güldür.

De ki, dostun sənə öz gülşənindən,

Göndərdiyi gülü yaxşıca güldür.

Dost desə, yazdığı yazı niyə azdı?

De ki, az da olsa yazı, niyazdı.

Ürəyi istəyən yazını yazdı,

Görürsən, gülləri yaxşıca güldür?!

De dərd çəkmə, dərdin ha zarı, artar,

Dərdlənsən, İslamın azarı artar.

Yaz gələndə az arı artar,

Onların ruzisi yaxşıca güldür.

NƏ DƏ YAR

Bircə anın firqətinə dözmürəm,

Dözümüm yox, bundan artıq nədə, yar!

Sənin sərinliyin üşüdür məni,

Özün söylə, günahkaram nədə yar?!

148

Hər sözünə mən demişəm, yarım, can!

Yalan desəm, olsun canım yarımcan,

İnanmıram yar tapıla yarımcan,

Vətənim tək azad xoşbəxt nə diyar.

Tale bədsə, sevənlərə nə kərəm?

Kam almadı Məcnun, Fərhad, nə Kərəm,

Leylim nə Məcnunam, nə Fərhad, Kərəm,

Leyli, Şirin, Əsli deyil, nə də yar.

İnamım yox ya rəmmala, ya rama,

Kamil cərrah əl gəzdirsin yarama.

Dostum, əgər kamilsənsə yar, amma,

Naşısansa, nə məlhəm qoy, nə də yar!

İslam, yaran sağalmayan yarasa,

Gizli saxla, açıb demə yarasa.

Yas qəlbinə əzab verən yarasa,

Nə aşıqdır, nə sirdaşdır, nə də yar.

ŞAIR FƏTƏLI

Şair Fətəli 1921-ci ildə Tovuzun Xatınlı kəndində

dünyaya gəlmişdir. Cəbhədə olan dörd qardaşından yalnız

Fətəli qayıda bilmişdir.

Fətəlinin soy-kökündən saza-sözə bağlı insanlar çox

olmuşdur. Babası Söyün, atası Alı və əmisi Göycə kişi kimi o

da həm genetik, həm də məkan ab-havasının təsiri ilə sözün

sehrinə düşmüşdür.

El şairi 1986-cı ildə vəfat etmişdir.

DAĞLAR

149

Dinlə məni söz sinəmdə,

Oldu düzüm-düzüm, dağlar.

Andı səni şad xəyalım,

Yenə güldü üzüm, dağlar.

Bir zaman qaraldı qaşın,

Müqəddəs torpağın, daşın,

Əyilmədi məğrur başın,

Alqış sənə sözüm, dağlar.

Silvilərin güllü yazdı,

Görüb gəzmək xoş murazdı,

Dilim aşıq, könlüm sazdı,

Bülbül tək avazım , dağlar.

Fətəlinin dil əzbəri,

Tarix seçdi hünərvəri,

Bu bəxtiyar ağ günləri,

Deyib səndə yazım, dağlar.

OLMAZ

Bu dünya baldan şirindi,

Acı-zəhər bilən olmaz.

Nə fələyin vəfası var,

Nə başacan gülən olmaz.

Belədir dünyanın işi,

Dolanar çarxın gərdişi,

Lüt bəy olmaz, gədə kişi,

Dahilərdə yalan olmaz.

Aç gözünü dövrana bax,

150

Gedər axşam, gələr sabax,

Axirətdi qara torpax,

Hamı gedər, gələn olmaz.

Ay Fətəli, tale budu,

Cismimi yandırır odu,

Çeşmim tökür qəm buludu,

Rəhm eyləyib silən olmaz.

BAŞINA DÖNDÜYÜM

Yaranmışa ölüm haqdı qabaqda,

Neylim öldü kal, başına döndüyüm.

Kəsdi yollarımı qəzavü-qədər,

Düz gəlmədi fal, başına döndüyüm.

Fikir ver zamana, vaxta, vədəyə,

Mərd iyiddər boyun əyməz gədəyə,

Şairi yoxsul ikən salma ödəyə,

İnsaf eylə, zal, başına döndüyüm.

Yetmək olmaz çərxi-fələk sirrinə,

Qarışdırır işi biri-birinə,

İstəsəniz nə verəcəm yerinə,

Pərişandı hal, başına döndüyüm.

Mənim sinəm adət edib yaranı,

Şahi- Mərdan özü qılsın çaranı,

Şiddətdi gələndə martın boranı,

Qırılmazmı mal, başına döndüyüm.

Əzəldən Fətəli özünü öydü,

Düzünü axtarsan bir kasıf öydü,

Bir arıx kalıydı, dəvə ha döydü,

Bircə dana al, başına döndüyüm.

BIR GÜN

151

Ey könül, bu cahan axır sənin də,

Yandırar sinəni köz eylər bir gün.

Mizanlar qurdurub sual eylədər,

İkinci son xanən qazılar bir gün.

Azreyil gələndə ruhun tez enər,

Gözün gah çəkilər, gah da uzanar,

Nəhayətdə üstün qara bəzənər,

Tabutun yolları toz elər bir gün.

Mənşər günü haray olmaz hər addan,

Xaliq qurtaracaq alovdan, oddan,

Eh, ölərsən, itərsən, çıxarsan yaddan,

Qavrayın torpağı quzular bir gün.

Boynundadır hər bir kəsin əməli,

Nə lazımdır mənasız söz təməli,

Ay Fətəli, ölən vaxtı deməli,

Yeyərlər malını muzular bir gün.

ÇƏKƏRLƏR

Sürmə qiyamatdı şux gözəllərə,

Ala gözə, qara qaşa çəkərlər.

Bu dünya belədir qərar tutandan,

Libas ilə pulu başa çəkərlər.

Ən böyük səadət dünyada vardı,

O məzlum sayılan həyatı dardı,

Misal var ki, yoxdan Allah bezardı,

Hər yerdə əlindən haşa çəkərlər.

Hər şeyi deyərlər əsli-zatınan,

152

Qara arpa bir ha döyül otunan,

Mərd igid adını köhlən atınan,

Hər məna danışıb qoşa çəkərlər.

Namərd macal tapsa, verməz amanı,

Mərdə canım qurban, görünməz hanı,

Bəxt tərəqqi edib tapsa insanı,

İstəkli bala tək döşə çəkərlər.

Ağla Fətəliyi yada salanda,

Hayıf oldu ömür getdi talanda,

Sifət kefsiz, əl gətirməz olanda.

Düşüncəli beyni boşa çəkərlər.

TƏCNIS

Gəldi yaz ayları, açdı gül-çiçək,

Al deyib bəzəndi, a yağı, bağlar.

Ərşdə şimşək çaxan qara bulutlar,

Yığılıb-dağılıb a yağıb ağlar.

Könül istər ol arifi-əyyarı,

Şəhd ucundan sızıldayar ay arı,

Mərd igidlər gözləyərlər ay arı,

Namərdlər əl kəsər, ayağı bağlar.

Ay Fətəli, nakəs gözləməz ara,

Gedəcək cəsəd də, göz də məzara,

Lənət müxənnətə, mərdimazara,

Pünhanca nanına ay ağı bağlar.

MOLLA HƏŞIM

153

Molla Həşim Molla Ağca oğlu Əlizadə 1922-ci ildə

Tovuzun Böyükqışlaq kəndində anadan olmuşdur. Molla

Həşim savadlı, şagirdlərini sevən müəllim idi. Üç dil bilən

Əlizadə tədrisə böyük önəm vermişdir.

İxtisası ilə yanaşı bədii yaradıcılığına da diqqət yetirmiş

Molla Həşim 1986-cı ildə dünyasını dəyişmişdir.

BAYATILAR

Şairinəm gül incə,

Bülbül incə, gül incə.

Hər nə desən üzə de,

Arxamca de-gülüncə.

Gedirəm yolum dağdı,

Hər tərəf bağça-bağdı,

Çəkərəm yar səfasın,

Necəki canım sağdı.

Şair deyər yazana,

Qış da köşdü yaza nə?

Bu canım qurban olsun,

Düzü-düzə yazana.

Mən aşiqəm ara sözü,

Ara-axtar ara sözü,

Hər deyənə fikir vermə,

Evlər yıxar ara sözü.

AYIBDI, BALA

Söz demək istəyən, ay cavan aşıq,

Belə olmaz qoşma, ayıbdı, bala.

Versəm cavabını mətəl qalarsan,

154

Öz-özünə coşma, ayıbdı, bala.

Mollalıq işini ortaya qatma,

Mən qələm əhliyəm, namusu atma,

Bilmirsənsə yazma, sözü uzatma,

Öz həddini aşma, ayıbdı, bala.

Əlizadə əqli, huşu sərində,

Axtarıb dayazı, gəzib dərində.

Bir qoca əminəm, atan yerində,

Babana sataşma, ayıbdı, bala.

TƏCNIS

Aşıq, gəlsən şeir ilə cəng edək,

Dəryasansa daş daha da dalğalan.

Hər kəs deyək sözü sərdən-sinədən,

Yerə girsin sırasından dal qalan.

Usdasansa indi danış ha dərin,

Yəqin eylə yeri yoxdu hədərin.

Girək gəzək ha qijhaqij, ha dərin,

Coşar onda sinəsini dalqalan.

Əlizadə tər dolansa, tər gedər,

Kür aşiqin kürəyindən tər gedər,

Ya doy gələr, ya sazını tərg edər,

Qalar onda o düz qəddi dal qalan.

CIĞALI MÜXƏMMƏS

Yeriyirsən naz edirsən,

Gülə-gülə sən bəxtəvər,

Nə qıyıbsan əl qoyubsan,

İncə belə sən bəxtəvər.

Həna yaxıb, üzük taxıb,

155

Nazik ələ sən bəxtəvər,

Gördüm bayaq sancdın daraq,

Siyah telə sən bəxtəvər.

Telində daraq,

Əlində varaq,

Yaxşı gözəlsən,

Saldın xoş soraq.

Xoşdur sorağın,

Ayna qabağın,

Yaxşı hazırlaş,

Gəlir qonağın.

Qədir bilən, kimdir gələn

Gözəl hələ sən bəxtəvər.

Dedim, ay can telli ceyran,

Belə qeylü-qal eyləmə.

Bir nökərəm, dərd çəkərəm,

Əlif qəddim dal eyləmə.

Yaxına dur, mənəm zənbur,

Ləblərində bal eyləmə.

Azca deyin, yaxşı geyin,

Yaşıl üstdən al eyləmə.

Yaşıl deyirsən,

Şux yeriyirsən,

Özün öyürsən,

Mənəm deyirsən.

Geymə qırmızı,

Ay zalım qızı,

Çox mənəm deyib,

Eyləmə nazı.

Nazlı işıq xoş yaraşıq,

Bizim elə sən bəxtəvər.

156

Sən haralı, dağ maralı,

Dəli ceyran, bir bəri bax.

Şirin sözün ola gözün,

Qaşı kaman bir bəri bax.

Əyax saxla, yolu yoxla,

Getmə dayan, bir bəri bax.

Gözəl vədə Əlizadə

Yazır dastan bir bəri bax.

Hüsnünə dastan,

Yazıram qəstən,

Gəl açıq söylə,

Danışma pəsdən.

Doğru sözünü,

Bir aç gözünü,

Heç yana tutma,

Bir aç üzünü.

Qoşa xallı, məh cəmallı,

Döndün külə, sən bəxtəvər.

ƏLİMƏRDANLI AŞIQ ZEYNƏB

Zeynəb Abdulla qızı Bayramova 1922-ci ildə Tovuzun

Əlimərdanlı kəndində dünyaya gəlmişdir. Tovuzun sazlı-sözlu

mühiti Zeynəbə də öz təsirini göstərmiş və onun yaradıcılıq

istedadına təkan vermişdir.

Aşıq Zeynəbin ustadı Aşıq Nəcəf olmuşdur.

MƏNİ

157

Qadasın aldığım, qurban olduğum,

Keşkə yaratmeydi yaradan məni.

Özüm deyən mətləbimə çatmadım,

Görüm hax götürsün aradan məni.

Yarımnan qeyri yar istəmirəm,

Əl-əldən üzülsə, var istəmirəm,

Xəstə könlüm küsüb, xar istəmirəm,

Fələk geridə qoydu sıradan məni.

Zeynavın qəlbinə çəkdilər dağı,

Öz qohum-qardaşım oldular yağı,

Ey on iki imam, Əliynən Nağı,

Piltə tək ayırdın çıradan məni.

YAZIFDI

Qadir mövlam yazıları yazanda,

Gözəlin qaşını qara yazıfdı,

Aləm bilir yoxdan Allah bezardı,

Ləzzəti, hörməti vara yazıfdı.

Ay ariflər, bir söz deyim inanın,

Qanı batmaz eşq oduna yananın,

Mərd iyidnən ala gözlü sonanın,

Hərəsini bir diyara yazıfdı.

Yenə doxsan dərdim yetişdi yüzə,

Sinəm yaralanıb dözəmmir-dözə,

Bu yazıx Zeynavı bir dilbilməzə,

Mən fağıra bir beçarə yazıfdı.

DAĞLAR

158

Yarım gedib yaylaxları gəzməyə;

Amanat eləyirəm sizlərə, dağlar,

Buxağına lalə, nərgiz düzməyə,

Tər dəstə bağlasın qızlar, a dağlar.

Qoy oylasın yaylaqların oylasa,

Xəncəl alıb qara bağım teyləsə,

Hər kəs mənnən yara yaman söyləsə,

Fələk də yurdun düzlər, a dağlar.

Varmı gəlin-qızın, soyuq bulağın,

Kəsmə şərvəndini qaymax dodağın,

Üç aylarla saxladığın qonağın,

Zeynəb yollarını gözlər, a dağlar.

SƏFƏR BOLUSLU

Səfər Nəsir oğlu Həsənov (Səfər Boluslu) 1923-cü ildə

Goranboy rayonunun Cinli Boluslu kəndində anadan olmuşdur.

Səfər Boluslu Moskvada Timiryazev adına Kənd Təsərrüfatı

Akademiyasını bitirmiş və uzun müddət bir sıra rayonlarda öz

sahəsi üzrə fəaliyyət göstərmişdir. Ədəbiyyata olan xüsusi

maraq və həvəsi isə onu şair kimi məşhurlaşdırmışdır. Səfər

Boluslu 1981-ci ildə dünyasını dəyişmişdir.

AZƏRBAYCAN XƏRITƏSI

Gəl sənə şerimlə xəritə verim,

Get Azərbaycanı gəz, özün danış.

Günəşli ölkəmə gözlərinlə bax,

Sonra ayrılığa döz, özün danış.

159

Xram körpüsünü elə ki, keçdin,

Olmasın qəlbində nə kədər, nə kin.

Çox qonaqpərvərik, nə utan, çəkin,

Axtarsan tapmazsan, yüz özün danış.

Atını yavaş sür Qazağa qədər,

Şairlər yurduna yaxşı sal nəzər,

Hər şeyə qiymət ver, dolanma hədər,

Baxmaqla doymazsan, gəz, özün danış.

Ağstafa, Zəyəm, Tovuzda dayan,

Gələr görüşünə aşıqlarından,

Sevgidən, dostluğun etibarından,

Gör nə dillər tökür saz, özün danış.

Şəmkirdə çaxır iç, çıx Daşkəsənə,

Nə istəsən verər o mə'dən sənə,

Hər qarış torpağı gövhər, dürdanə,

İnanmırsan, götür qaz, özün danış.

Dəstəfur, Gədəbəy, bir yanı Xanlar,

Hər daşın, bulağın öz tarixi var.

Göygölü görəndə eyləmə iqrar,

Edir asimana naz, özün danış.

Keçəndə az dayan Dağkəsəməndə,

Bir ahu gözüylə salam de məndən.

Ötəndə üzüm dər dağ-dərəsindən,

Salxımı əlinlə üz, özün danış.

Dolan Kəlbəcəri, ötüş Laçına,

Gözün qaralmasa, gəl məni qına.

Könlünü bağlasan dağlar qızına,

Zülfünə gül-çiçək düz, özün danış.

160

Dilican dərəsini ziyarət eylə,

Vaqifdən şe'r de, Vurğundan söylə,

Göyəzən dağını tut şirin dilə,

Məxmər çəmənliyi gəz, özün danış.

Qırxbulaq, Qazan çay, Gorusa da bax,

Nəbidən, Həcərdən tutarsan sorax.

Bir gecə Şuşada qalarsan qonaq,

Qızartsın kababı köz, özün danış.

Yaxşı nəzər yetir Milə, Muğana,

Şöhrəti sığmayır ulu cahana,

Əli Bayramlıdan əyil Salyana,

Qoy o səhralarda iz, özün danış.

Kürdəmir, Şamaxı, Lahıc elləri,

Hürküt Babadağda vəhşi kəlləri,

Qutqaşen, Vartaşen sıx meşələri,

Şəkidə bir toyda süz, özün danış.

Zaqatala, Eldar, Samuxdan Kürə,

Qayıqla birbaşa Mingəçevirə,

Ağdaş, Göyçay, Yevlax, çıx Mirbəşirə,

Əmin ol deyirəm, düz özün danış.

Dağlıq Qarabağdan en Qarabağa,

Ədəblə deyərlər xoş gəldin, qağa,

Astara, Lənkəran, Kürboyu sağa,

Bacarsan Arazda üz, özün danış.

Bakı, Sumqayıtı gəz qayıdanda,

Xudat, Xaçmaz, Dərbənd yolunda,

Badamlıda su iç, ol Naxçıvanda,

Götür yemək üçün duz, özün danış.

161

Goranboy, Ağcakənd əbədi bahar,

Şairli, şe'rli, cananlı diyar,

Gəncədə başına yığılar dostlar,

Qoş orda yadigar söz, özün danış.

Qaranlıq düşməmiş gəl Naftalana,

Ora şəfa verir milyon insana.

Cinli-Bolusluda mehman ol mənə,

Gör nə mehribanıq biz, özün danış.

Məclisdə Səfəri unutma barı,

Yetir qəlbindəki xoş arzuları.

Vətəndə gördüyün neməti, varı,

Mübarək əlinlə yaz, özün danış.

BƏH-BƏH

Bahar bayramında, bizim bağlarda

Bülbüllər bəzəndi budağa bəh-bəh.

Boşalır badələr, dolur badələr,

Bu badəyə bəh-bəh, bu bağa bəh-bəh.

Bax bizə boylanır bir boyu bəstə,

Belə bir balanı bacarsan bəslə,

Bədir buludlanıb bununla bəhsdə,

Brilyant batıbdı buxağa, bəh-bəh.

Büllura bənzəyir boğaz, buxağı,

Boluslu bilmədi, baxtıbayağı,

Bərk bağlanmamışdı bostanı, bağı,

Bəyaz bədənlidir bu hala bəh-bəh.

TƏCNIS

162

Əlindəki badə xoşuma gəlir,

Sevindim, o badə gözəl əldədir.

Cavanlıq günlərim huşuma gəlir,

Sevdiyim o gözəl, gözəl əldədir.

Mən bir dağam, yanımdasan dərə sən,

Hanı elə gözəl meyvə dərəsən?

Qiymət vermə, hər ağıla, dərə sən,

Öz ürəyim indi gözəl əldədir.

Görməmişəm heç düz ola yar andı,

Səfər niyə ellər üçün yarandı,

İlhamım var qayaları yarandı,

Neynəyim ki, gedib gözəl əldədir.

KÜSDÜM

Canımı canından çox sevən canan,

Gördüm ki, məhbusam, gəlmədi, küsdüm.

Hər gecə qoynunda saxlardı mehman,

Dar gündə yadına salmadı, küsdüm.

Hanı vəfasızın verdiyi ilqar,

Məhəbbət oduna nədən qondu xar?

Mənə ilham verən o nazlı nigar,

Pərişan halımı sormadı, küsdüm.

Əmib məst olardım dildən, dodaqdan,

Çox zaman keçməyib hələ o vaxtdan,

Sevgi nə tez qanad çaldı budaqdan,

Əhdinə vəfalı çıxmadı, küsdüm.

Mən ona şeirdən bağladım çələng,

Bilmədi dərdimi vəfasız mələk,

163

Kimdi onu sevən bir də Səfər tək,

Ürək tellərimi bilmədi, küsdüm.

AŞIQ MİKAYIL AZAFLI

Zeynalov Mikayıl Cabbar oğlu 1924-cü ildə Tovuzun

Azaflı kəndində dünyaya gəlmişdir. Keşməkeşli həyat yolu

keçən el aşığı aşıq şerinin ən mürəkkəb şəkillərində yüksək

sənətkarlıq nümunələri yaratmışdır.

Aşıq Mikayıl Azaflı onlarla şəyirdin ustadı olmuş və

onlara aşıq sənətinin sirlərini öyrətmişdir.

İstedadlı sənətkar Azaflı Mikayıl 1990-cı ildə dünyasını

dəyişmişdir.

OYANMADI

Qəlbi daş, qəm ürəyini

Oyanmadı, oyanmadı.

Qəlbi daş qəmi rəyini,

Oyanmadı, oyanmadı.

Yandı canım, o da yandı,

Yandı canım, oda yandı,

Yandı canım, o dayandı,

O yanmadı, o yanmadı.

Azaflı oyatdı-yatdı,

Azaflı oy atdı, yatdı.

Azaflı, o yatdı, yatdı,

Oyanmadı, oyanmadı

YATIBDI

164

Qəmkeş, dünya özü qəbristanlıqdı,

Cahan qucağında cahan yatıbdı.

Torpaq dilə gəlib söyləsə əgər,

Karvanlar üstündə karvan yatıbdı.

Ayılmaz o bəşər, aləm də yansa,

Ulduzlar alışıb, günəş dayansa,

Göylər guruldasa, yer yırğalansa,

Oyanmaz, əbədi yeksan yatıbdı.

Prometey, Zərdüşt, Dante, Homerin,

Neçə Əflatunlar gömülmüş dərin.

Tilsimli qəlbində hər addım yerin,

Min Babək, Fəxrəddin, Elxan yatıbdı.

Hər toz səslənir ki, mən İsgəndərəm,

Salsalam, Cəmşidəm, Cəməm, Sərvərəm,

Məhəmmədə deyib haqq peyğəmbərəm,

Məkkə səhrasında pünhan yatıbdı.

ATIR

Dünya məhvərini fələk əlindən,

Götürüb zülmətdən zülmətə atır.

Əyrini ucaldıb, bici güldürüb,

Taxtını sərvətdən sərvətə atır.

Yerdəki ziyarət, göydəki merac,

Mürvət qələminə olubdur möhtac,

Təbiət hökmünnən səbəb ehtiyac,

İnsanı dəhşətdən dəhşətə atır.

Əzəldən bu həyat vicdanı danıb,

165

Fitnə vulkanında çox aləm yanıb,

Çərxin gərdişində şeytan dolanıb,

Doğrunu afətdən afətə atır.

Uzaqda səslənir arxam, köməyim,

Titrəyir qələmim, əsir ürəyim,

Yaradan kimsədi ona neyləyim,

Çoxunu həsrətdən həsrətə atır.

Əmoğlu, Azaflı çox mətəl qalıb,

Qəzanın qədəri sinəmdən çalıb,

Qardaşı qardaşdan aralı salıb,

Götürüb qürbətdən qürbətə atır.

DUR, SÖZ İSTƏYİR

Könül, nə yatmısan, oyan, amandı,

Baharın gülləri, dur, söz istəyir.

Gözəllər ətrində ənam gətirib,

Səhərin yelləri, dur, söz istəyir.

Gədiklərdən karvan, köçlər aşıbdı,

Dağların tərindən çaylar daşıbdı,

İstəkli çiçəklər qucaqlaşıbdı,

Dolaşır telləri, dur, söz istəyir.

Min bir dastanı var hər keçən yazın,

Şer mizrabıdır kamanın, sazın,

Başı ərşə çatan qoca Qafqazın,

Göy donlu çölləri, dur, söz istəyir.

Gəzsən əsrləri, qərinələri,

İnsana bağlıdır elmi, əsəri,

Məhəbbət duyğusu, eşqin dilbəri,

Danışmır dilləri, dur, söz istəyir.

166

Yerdən göyə qədər hər yan, hər aləm,

Azaflıyam, nola nəzm edə billəm,

Hər dəyən ağrıdan susma, ey qələm,

Azəri elləri, dur, söz istəyir.

DİDƏR-DİDƏRDİ

Dahilərin dərdi dəryadan dərin,

Dəhşəti daxili didər, didərdi.

Dağları dağlarda dağlayar daşı,

Dadını dərindən didər di dərdi.

Darıxdırar dərin dərə deyəndə,

Dağılar dirəyi dərə deyəndə,

Dəli dağ dağanı dərə deyəndə,

Dadını dadanda di dər di dərdi.

Dərdini Azaflı diyara deyər,

Dalar dənizlərə, diyara deyər,

Dağlıyar dədəsin di yara deyər,

Dələr didəsini didər di dərdi.

AĞADAN İSTƏR

İnsan var, can deyər can ana deyər,

İnsan var, qüdrəti ağ ad, an istər.

Insan var, can deyər canana deyər,

İnsan var, qüdrəti ağa dan istər.

İnsan var, o yara dandı, yara dan,

İnsan var, o yaradandı, yaradan,

Insan var, o yaradandı, yaradan,

167

Insan var, qüdrəti ağa dan istər.

İnsan var, Azaflı, hal al, hal aldı,

İnsan var, Azaflı, halal ha laldı,

Insan var, Azaflı, halal halaldı,

İnsan var, qüdrəti Ağadan istər.

QARALAR KEÇƏR

Aylar, illər, dəqiqələr içində

Yazı çiçək, qışı qar alar keçər.

Aşıq qaralar keçər,

Ağlar qaralar keçər.

Yer titrədən, dağ atan,

Əcəl qaralar keçər.

Alçaqdan, şeytandan xeyir istəyən,

Canından şər keçər qaralar keçər.

Hərdən-hərdən sala yada talehin,

Çətin dərtdi sata yada talehin.

Aşıq yada talehin,

Qəhrin yada talehin.

Çətin darda yetişsən,

Salsın yada talehin.

Yan dərdisin yada talehin,

Yandırar çırağın qaralar keçər.

Azaflı şikara atanda yaxşı,

Anan da yaxşıdır, atan da yaxşı,

Aşıq atanda yaxşı,

Səyyad at anda yaxşı,

Əyri-əyrini səslər,

Deyər: Atanda yaxşı.

Qəza qəhərlərə atanda, yaxşı,

168

Qananların qanı qaralar keçər.

A YAŞA-YAŞA

Gənclik illər təki hey keçər-gedər,

Silsilə dağları ay aşayaşa.

Xəyallarda keçən tarix seyr edər,

Əllidən keçəndə a yaşa-yaşa.

Aşıqlar qəhərdən a dad qazanar,

İyitlər cahanda ad-ad qazanar,

Alçaqlar, nakəslər a dad qazanar,

Yaltaqlar can satar ayaş-ayaşa.

Nə cahad, nə qeyrət, nə ar anı qat,

Nə yaylaq, nə dağı, nə aranı qat,

Nə ağla, nə ağlat, nə aranı qat,

Nə qərq et didəni a yaşa-yaşa.

Azaflı, dahidir haqq qan an deyən,

Haqqa Allah deyən, haqqa nan deyən,

Nə haqqı yandıran, haqq qanan deyən,

Həqiqət yaşadan a yaşa-yaşa.

OX ANAN MƏNİ

Yar alar qəlbimi o, qan-qan deyər,

Oxladı ox atan, ox, anan məni.

Yaralar qəlbimi o qan-qan deyər,

Oxladı ox atan oxa nan məni.

Bircəm badə, getdi bir cəmin üstə,

Bir cəm badə getdi bir cəmin üstə,

169

Bir cəm badə, getdi bircəmin üstə,

Oxladı o xatan o xanan məni.

Azaflı, ayağa o naşı atar,

Azaflı, ayağa an aşı atar,

Azaflı, ayağa anaşı atar,

Oxladı ox atan ox anan məni.

EYLƏR

Birdən elə olur hökmü dövranın,

Çoxlar çoxalanda aza man eylər!

Haqqın dərgahından qaçan azğındı,

Nahaqqın yolundan a zaman neylər.

Bəndənə nə var ki, elə dünyada,

Nə etsə yaradan ay ağan eylər.

Yer dolanar günəş keçər, ay keçər,

Axşam sabah ömür keçər, ay keçər,

Saat keçər, həftə keçər, ay keçər,

Əsr dövran eylər, a zaman eylər.

Tərsinə dönəndə elə dünyada,

Qan tökər bəşəri aya qan eylər.

Azaflı axtardı tapa xoş baxtı,

Qəm-möhnət sultanı mənə xoş baxdı,

Kimi bədbəxt olar, kimi xoşbaxtdı,

İqbal gətirəndə, az, aman eylər.

Hər kim böyük olsa elə dünyada,

Hər nə eləsə də aya qan eylər!

A ÇARA HAQDAN

170

Dedim gəl dindirmə dərdli aşığı,

Açanda ağrını açar ah-axdan.

Tez alar versə də həyat işığı,

Zalımdan uzaq ol, aç ara haqdan.

Dünya nədi, fəza nədi, göy nədi,

Günəşdən isindi, buzdan göynədi,

Ürəyim ağrıdı, yaram göynədi,

Müddətdir gözlərəm a çara haqdan.

Azaflının baxtı bağlı olmaya,

Fitnə-şər bar verən bağlı olmaya,

Ədalət qapısı bağlı olmaya,

Həmişə əl yetsən a çara haqdan.

QİYMƏTİNƏ

Mən bir bazar gördüm, dəllalı şeytan,

Dəvəni satdılar qaz qiymətinə.

Bir nadandan ötrü ağılsız zaman,

Çox alim korladı toz qiymətinə.

Gərdişin hər anı min bir kitabdı,

Qılıncın altında sual-cavabdı,

Arxada hesabdı, öndə hesabdı,

Qarı ərə gedir qız qiymətinə.

Azaflı, gəzirsən kef-damağ ola,

Sənin haqq yanında üzün ağ ola,

Ya bir barmaq bala, ya bir sağola,

Dost-dostun satar qoz qiymətinə.

BƏD ƏSİR-ƏSİR

171

Dedim: könül, oyna, gəl, havasına,

Olma zəmanəyə bəd əsir-əsir.

Zalım fələk yıxma tənəzzül günü,

Dünyanın tufanı bəd əsir-əsir.

Düşdüm qaranlığa, düşdüm mən şərə,

Düşdüm böhtanlara, düşdüm mən şərə,

Qisas qiyamətə qaldı, mən şərə,

Qərinə tərsinə, bəd əsir-əsir.

Azaflı dostundan ox, ar eylədi,

Bülbülü gülündən o xar eylədi,

Səni el içində o xar eylədi,

Açdın nanəcibə, badə sir, ə, sir.

AY BATAR-BATAR

Hər kim qərq olarsa eşqin selinə,

Hicran dəryasında ay batar-batar.

Nəhrlər sığandı, qopdu tufanlar,

Ayazlı gecələr ay batar-batar.

Vəfasıza qurban a haram olsun,

Ədalət qananla ah aram olsun,

Xoryata zəhmətim a haram olsun,

Bilmədim əməyim ay batar-batar.

Taleyimə qismət oldu qan qala,

Ağlama, Azaflı, gedə qan qala,

Yüz yol dedim bəzək vurma qanqala,

Axırda əlinə ay batar-batar.

QOYNUNDA-QOYNUNDA

172

Qoca qartal, nə gəzirsən,

Dağlar qoynunda-qoynunda?!

Bala gördüm anasının,

Ağlar qoynunda-qoynunda.

Niyə qəlbin qaralıbdı,

Gül üzünü xar alıbdı,

Şamamalar saralıbdı,

Tağlar qoynunda-qoynunda.

Azaflı, yaz dilə gəlməz,

Uçdu sonam, gölə gəlməz,

Keçən keçdi, ələ gəlməz,

Çağlar qoynunda-qoynunda.

ŞIXLI QURBAN

Qurban Məmməd oğlu Musayev 1926-cı ildə Qazağın II

Şıxlı kəndində dünyaya göz açmışdır. Aşıq şerinin müxtəlif

formalarında gözəl nümunələr yaratmışdır. Şıxlı Qurban bir

şerlər kitabının müəllifidir.

KİMİ

Nakam, əhdin ömürsüzmüş

Namərdin amanı kimi.

Zülmün yaman qatı oldu,

Zöhhakın fərmanı kimi.

Dedim: Lütəm, atma buza,

Qoy sürünüb çıxım yaza.

173

İstəsən göndər donuza,

Xumarın Sənanı kimi.

Öz-özünü saldın dərdə,

Bu dərd səni qoyar dördə.

Kim sevəcək səni bir də,

Qazağın Qurbanı kimi ?!

BALASIYAM BU TORPAĞIN

Bilsin dost da, lap düşmən də,

Balasıyam bu torpağın.

Dağ-dərədə, çöl-çəməndə,

Lalasıyam bu torpağın.

Az çəksəm də cəfasını,

Çox sürmüşəm səfasını,

Müdam şənlik havasını,

Çalasıyam bu torpağın.

Bal əmmişəm burda hər qış,

Hər fəslinə min-min alqış!

Bir körpə ceyran tapdamış,

Talasıyam bu torpağın!

Dindirmərəm hər sərsəmi,

Söylətmərəm əqli kəmi,

Düşmənimi şahmar kimi,

Çalasıyam bu torpağın!

Osman kimi əsəriyəm,

Mehdi kimi kəsəriyəm,

Vurğun kimi hasarıyam,

174

Qalasıyam bu torpağın!

Qurban şəndi hər çağında,

Aranında, yaylağında –

Öləndə də qucağında,

Qalasıyam bu torpağın!

GƏL ZAMANIN HÖKMÜNƏ BAX

Gəl zamanın hökmünə bax,

Hərə bir Kərəm olubdu.

Müftə gəlir sahibləri,

Yeyib-içib dəli olubdu.

Allaha yalvarır korlar,

Ucuzlaşa yağlar, şorlar.

Alverçilər, rüşvətxorlar

Bir meydana cəm olubdu.

Hər fitnəkar, hər şarlatan,

Taksi sürən, ara qatan,

Koperativçi, kabab satan,

Xalqı əmhaəm olubdu.

Sərhədlərdə keşik çəkən,

Dan yerini çöldə sökən,

Mal otaran, kotan əkən,

Fikirdən sərsəm olubdu.

Kim qonşudu erməniyə,

Çörək-suyu dönüb zəyə.

Dizlərinə döyə-döyə

Yedikləri qəm olubdu.

175

Ürəyimə düşüb ləkə,

Deyəsən bu, məni əkə.

El dərdini çəkə-çəkə,

Qurban lap vərəm olubdu.

QARABAĞDADI

Bu qoca Qafqazın – ağır ellərin

Tar-kamanı, sazı Qarabağdadı.

İsmətli-qismətli şux gözəllərin,

İşvə-qəmzə-nazı Qarabağdadı.

Gözümün işığı, evimin şamı,

Təbimin mayası, eşqimin kamı,

Canımın dincliyi, ağzımın tamı,

Çörəyimin duzu Qarabağdadı.

Bürüyübdü bir söz-söhbət mahalı,

Halı olmayanlar qoy olsun halı,

Erməni yurduma sahib çıxalı,

Canımın od-közü Qarabağdadı.


Yaxşı bax zamana, fikir ver vaxta,

Qonşu silahlanıb durub pusqaxda.

Qurbanın cəsədi budur Qazaxda,

Fikri-zikri, özü Qarabağdadı.

CAVAN SƏMƏD

176

Səməd İsgəndər oğlu Mehdiyev 1927-ci ildə Tovuzun

Köhnəqala kəndində dünyaya gəlmişdir. Hələ uşaqkən sazın

sehrinə vurulan Səməd yeddinci sinfi bitirib aşıq yanında

şəyirdliyə başlamışdır. Onun ustadı məşhur aşıq Mirzə

Bayramov idi. Dəfələrlə festival və el şənliklərində çıxış edən

Səmədin şerə olan həvəsi güclənmişdir. Beləcə Aşıq Səməd saz

vasitəsi ilə sözünü də bəyan etmişdir.

DAĞLAR

Bahar gəlib müjdə verdi,

Nə yatmısan oyan, dağlar.

Arzu uzun, ömür gödək,

Olsun sənə ayan, dağlar.

Gözəllərin həvəsindən,

Hilal qaşın sürməsindən,

Bülbüllərin nəğməsindən,

Al-yaşıla boyan, dağlar.

Şirin olar ceyran oyu,

Qız nişanı, oğlan toyu.

Söylə görüm tarix boyu,

Varmı səndən doyan, dağlar.

Cavan Səməd, Kərəm hanı,

Xan Əslinin qəm karvanı,

Nə sultanı, nə də xanı,

Heç olmadın sayan, dağlar.

TƏCNİSLƏR

177

Fərhad külüng çəkib Şirin yolunda,

Çapdı qayaları yarağı gəldi.

Qara xəbər verdi beyiman qarı,

Büküldü cəsədi yar ağı gəldi.

Şirin nalə çəkib çıxdı o dağa,

Eşqin firqətindən dözməz o dağa.

Yapış ətəyindən çağır o dağa,

Verdi fərmanına yar ağı gəldi.

Cavan Səməd talib oldun min ada,

Arif olan sıtqın bağlar Minada.

Neyləyər ümmana olsa min ada,

Vur qəmli sinəmə yarağı gəldi.

***

Allahı dilində nida eyləyən,

Axtarsa halalı, halala yetər.

Aşıq deyər ha lala,

Açdı yazda ha lala.

Daha sinə, can deyir,

Haraya gəl ha lala.

Yaradan ilahi nəzər eyləsə,

Talehin sədası ha lala yetər.

Zatı halal kəsdən halal yaranı,

Aşiqi can deyər yarsa yaranı,

Aşıq deyər yaranı,

Getdi əldən yar anı.

Həqiqətdən dərs aldı,

Sərdən yazdı yaranı.

Hər kəs çəksə haqda dərdi yaranı,

Dəhanda dilləri ha lala yetər.

Gəlin nəzər eylən ayın harayına,

178

Haqdan dilək dilər hər il, hər ayına.

Aşıq deyər hər ay nə,

Dərdə səs nə, haray nə.

Gəlsə qarşı-qarşıya,

Canan istər harayına.

Haray çəkər Cavan Səməd harayına,

Can deyən səsinə ha lələ yetər.

CIĞALI TƏCNİS

Fələyin əlindən yaralı baxtım,

Yandı qəm oduna ay ana can, can.

Aşıq deyər ay ana,

Ay sallandı ay ana,

Əlim əldən üzüldü,

Ağla məni, ay ana.

Qar töküb baharım olub zimistan,

Dönüb baxar olsam ha yana, can, can.

İyid olan sıtqın bağlar hasana,

Ucalıb şöhrəti düşər ha sana.

Aşıq deyər ha sana,

Gəz dərdini ha sana.

Haqdan sıtqın düz olsa,

Kömək edər ha sana.

Namərd yüz çalışsa yetməz ha sana,

Söyləyər sözünü ha yana can, can.

Cavan Səməd dərdin deyər qanana,

Xoryat şər axtarıb gəzər qan ana.

Aşıq deyər qanana,

Əlvan çalar qan ana.

Dilbilməzdən qaç qurtar,

Can qurban et qanana.

179

Söyləyim dərdimi eşit qan ana,

Qoymuşam yolunda, ay ana can, can.

DİVANİ

Könül, bu dünya varına alışmaq əfsanədir,

Ümüd olub can evinə yaraşmaq əfsanədir.

Sakit əyləş, ağır otur talehin gətirməsə,

Zəhmət çəkib hədər yerə çalışmaq əfsanədir.

Nadandan dərd qanan olmaz, kamil olub bişməsə,

Təsif çəkib, arxa durmaz, yaxşı-yamanı seşməsə,

Bir kəsə ki, can deyəsən onu başa düşməsə,

Dost deyib eləsinə sarışmaq əfsanədir.

Cavan Səməd neylərsən baxtın üzə gülməsə,

Dar günündə Şahi-Mərdan yetib dada gəlməsə,

Bir qohum səni özünə əgər simsar bilməsə,

Salam verib kef-əhvalın soruşmaq əfsanədir.

AŞIQ İSMAYIL

Nağıyev İsmayıl Bahan oğlu (İsmayıl Mahir) 1928-ci ildə

Basarkeçər rayonunun İnəkdağı kəndində dünyaya gəlmişdir.

Aşıq İsmayıl Aşıq Ələsgərin oğlu Aşıq Talıbın və əmisi oğlu

Aşıq Nəcəfin şəyirdi olmuşdur. 13-14 yaşından şeir deməyə

başlamışdır. Gəncəli Usta Bayramdan sazbəndlik sənətini

öyrənmiş, çoxlu aşıqlar yetişdirmişdir. Alma-Atada yaşayan

Aşıq Mövlud və Aşıq Mürtəzanın da ustadı olmuşdur.

Aşıq İsmayıl 1994-cü ildə Gəncədə vəfat etmişdir.

İTİRMƏK ASANDIR, TAPMAQ

ÇƏTİNDİR

180

Əqlə hakim olan bir saf vicdanı,

İtirmək asandır, tapmaq çətindir.

Ömürdən mənalı keçən hər anı,

İtirmək asandır, tapmaq çətindir.

Arifsən, dərk eylə sən bu dünyanı,

Yüz illər yaşamış babalar hanı?

Bir vəfalı yarı, bir sağlam canı,

İtirmək asandır, tapmaq çətindir

Qazanıb yığsan da küllü daş-qaşı,

Asta sür atını, bir az yavaşı.

Atanı, ananı, dostu, qardaşı

İtirmək asandır, tapmaq çətindir.

Öz əməlin yaxşı qursun taxtını,

Əziyyətsiz bu dünyada taxt hanı?

Cavanlıq çağını, ilkin baxtını

İtirmək asandır, tapmaq çətindir.

İsmayıl, yoxunsa dünyanın varı,

Unutma namusu, tərk etmə arı.

Şirin sözlü Mahir bir sənətkarı

İtirmək asandır, tapmaq çətindir.

AZ ALIM GEDIM

Sənə könül bağlamışam əzəldən,

Gəlmişəm nişana az, alım gedim.

Söndürmə odumu yansın, yaşasın,

Qaynayım-qaynayım, azalım, gedim.

Qəlbimdəsən, ey sevgilim yar, inan,

Görəcəksən ürəyimi yar, inan,

181

Səfa sürsəm sənin kimi yarınan,

Demərəm qadanı az, alım gedim.

Mahirin oduna sən də yan, asan,

Anlayıb duyğumu sən dayanasan,

Oduma közümə sən də yanasan,

Yanmasan deyərəm, a zalım, gedin.

RƏSUL QARAYEV

Rəsul Məhəmməd oğlu Qarayev 1928-ci ildə Tovuzun

Qovlar qəsəbəsində dünyaya gəlmişdir. Atası Məhəmməd

1931-ci ildə repressiya qurbanı olmuşdur. Üç yaşlı Rəsul isə

anasının qucağında sürgünə göndərilmişdir. Keçdiyi həyat yolu

və gördüyü haqsızlıqlar onun yaradıcılığına öz təsirini

göstərmişdir.

QEYRƏT EYLƏ

Bizə yaman tor toxunur,

Millət oğlu, qeyrət eylə.

Ürəyimə qor toxunur,

Millət oğlu, qeyrət eylə.

Bayquşların səsi gəlir,

İlimizin nəsi gəlir,

Var olmağın bəsi gəlir,

Millət oğlu, qeyrət eylə.

Dayanıblar qəsdimizə,

Toxunurlar şəstimizə,

Yeriyirlər üstümüzə,

Millət oğlu, qeyrət eylə.

Ərzuruma xəbər yetir,

182

Savalanı yada gətir,

Yanar dağdan atəş götür,

Millət oğlu, qeyrət eylə.

Bir fəhm eylə əcdadına,

Haqqı çağır imdadına,

Ərənləri sal yadına,

Millət oğlu, qeyrət eylə.

Rəsul mənəm, əyan olsun,

Türk olmağım bəyan olsun,

Tanrı mənə həyan olsun,

Millət oğlu, qeyrət eylə.

TƏCNİS

Dörd ünsürlü, açıx, bağlı hesabam,

Duyanlar axtara, bir ana, məni.

Zaylar oxuyammaz, elə kitabam,

Ariflər oxuyar bir ana, məni.

Nizamla oyanam həm hə yatam mən,

Övladıyam avır, həm həya, tam mən,

Nurlu təbiətəm, həm həyatam mən,

Məsd eylər nəfəsim bir an əməni.

Rəsulam, Novruzdur, odur ha lalam,

Haqqım var günəşdən, odur hal alam,

Halal yetiribdir, odur halalam,

Bir vətən, bir ata, bir ana məni.

CIĞALI TƏCNİS

183

Sığışan deyildir miskin könlümün,

Hesaba, kitaba, ayata dərdi.

Aşıq mənəm ayata,

Qəm sinəmdə a yata.

Cani dildən bağlıyam,

Bir müqəddəs ayata.

Yüz loğman bulsa da bacarmaz canım,

Ayıbdı özündən ay ata dərdi.

Simurğam həsrətəm qanada daha,

Sanki dayanmışam qan adada ha.

Aşıq mənəm qanada,

Ürəyimdir qan ada.

Arif odur eyhamı,

Anlaya da, qana da.

Dərd keçib iliyə, qana da daha,

Xəyalım dərd üçün ay ata dərdi.

Rəsulam, ziynətdi dağ-dağa, lələ,

Arzumdur düşməsin dağ dağal ələ.

Aşıq mənəm, a lələ,

Talıb deyləm a lələ,

Hüşyarsan dərdlərimi,

Şərh eyləyim al ələ.

Eyləyib sinəni dağ-dağ, a lələ,

Əmi, dayı dərdi, ay ata dərdi.

MÜXƏMMƏS

Sevdiyim gözəlin gərək,

Xəyalı da gözəl ola.

Qaşlarının əyməsinin

Hilalı da gözəl ola.

Dəhanının, doğanının,

Zülalı da gözəl ola.

184

Yanağının gülə nisbət,

Misalı da gözəl ola.

Gözlərindən mərdlik yağa,

Camalı da gözəl ola.

Sürahü tək gərdənində

Gərdənbədi zər görünə.

Sinəsi ağdan ağ ola,

Tər əndamı tər görünə.

Qəddində qüsur olmuya,

Belində kəmər görünə.

Səsindən can təzələnə,

Kəlməsi gohər görünə.

Düşüncəsi, dərrakəsi,

Kamalı da gözəl ola.

Şux geyinib sığallanıb,

Tovuz kimi cilvələnə.

Siyah saçı öz rəngində,

Sərt düzülə cərgələnə.

Əğyardan aralı gəzə,

Aşiqinə ərkələnə.

Söhbət edə gülə-gülə,

Gülüşündən nur ələnə.

Danışanda cavabı da,

Sualı da gözəl ola.

Yarada təbiət özü,

Belə insanı müqəddəs.

Qəşş eyləyə gözəllikdən,

Cəmi nişanı müqəddəs.

Dəyişməyə ilqarını,

Əhdi-peymanı müqəddəs.

Car ola kürreyi- ərzə,

185

Əsli-ünvanı müqəddəs.

Obası da, oymağı da,

Mahalı da gözəl ola.

Rəsulam, onda deyərəm,

Vüqarına bax, gözəlin.

Əqidəsi polad kimi,

Etiqadı şax gözəlin.

Aşiqsənsə sən canını,

Atəşlərə yax gözəlin.

İstəyirəm zaman-zaman,

Hər muraza çat, gözəlim.

Qisməti də, talehi də,

Yığvalı da gözəl ola.

SƏLİM SİNƏDƏFTƏR

Səlim Novruz oğlu Həsənov 1928-ci ildə Tovuzun Düz

Cırdaxan kəndində anadan olmuşdur. Şairin istedadı yaşadığı

mühit və soykökündən qaynaqlanmışdır. Gənc nəslin təlim-

tərbiyəsi ilə məşğul olmuş Səlim Həsənov bədii yaradıcılığına

da xüsusi önəm vermişdir.

GƏZDİRİRƏM

Dil bu sirri açmayacaq,

Verib andı gəzdirirəm.

Məni qoyub qaçmayacaq,

Mehribandı gəzdirirəm.

Həmdəmimdir amanla ah,

Ağlar, gülər çəkər qah-qah,

186

Gah tiri-tar, görərsən gah,

Zərəfşandı gəzdirirəm.

Seçər yaxşı, seçər yaman,

Səsləndikcə zaman-zaman,

Pərdəsindən qanlar daman,

Bir kamandı gəzdirirəm.

Tapşırıblar bu bir məzə,

Dil biləni, dilbilməzə?

Haqq-ədalət gəzə-gəzə,

Yandı-yandı gəzdirirəm.

Nə gündədir Səlim, baxın!

Qəm döşündə axın-axın,

Heç bir «ocaq» qoymur yaxın,

Bir «qurban»dı gəzdirirəm.

QIZIM

Uyma boyalara tezcə solarsan,

Təbiət nə verib bəsindi, qızım.

Göy ağlar, yer gülər qaxınc olarsan,

Boya yaxşının yox, pisindi, qızım.

Özünə münasib qızla, gəlinlə,

Dur – otur, ismətdə ananı dinlə,

Şerim qanadlansın gözəlliyinlə,

Sənət otağımı isindir, qızım.

Səlim qurban olsun olduğun günə,

Təkcəmsən, fəxrimsən dəyərsən minə,

Şəbi-yeldaları hörüklərinə,

Ayı kamalına küsəndir, qızım.

ŞÜBHƏLƏNMİŞƏM

187

Göylərimin üstə açılmayır dan,

Hər səsdən, səmirdən şübhələnmişəm.

Dövrdən, zamandan, dindən, qanundan,

Tamam yerbəyerdən şübhələnmişəm.

Dövrə bax tərlanlar baş əyir sara,

Namus, vicdan hara, alçaqlıq hara,

Bizi sürəkləyir uçurumlara,

Sənətdən, şeirdən şübhələnmişəm.

Keçdi fəlakətli, tufanlı illər,

Bağlandı biləklər, kəsildi dillər.

Düz görən gözlərə çəkildi millər,

Cəlladı – şəmşirdən şübhələnmişəm.

Baravar sayılır yaxşı da, pis də,

Alim eyləyibdir qanunu xəstə,

Qələm şeytandadır, möhür iblisdə,

Verilən əmirdən şübhələnmişəm.

Sadə bir məsəl var asandır həlli,

Nə gizli aşkardır hamıya bəlli,

Xəşdəməsi yüz-yüz, maaşı əlli,

Vallah, bu gəlirdən şübhələnmişəm.

Açdı açılmayan söz gör düyünü,

Hər sənətkar yazdı öz gördüyünü,

Beyin qəbul etmir göz gördüyünü,

Başımda fikirdən şübhələnmişəm.

Səlim çıxan deyil sən gedən izdən,

Gözü nurdan qala, taqəti dizdən,

Hər söhbəti sizdən, hər sözü sizdən,

Dilimdə zikridən şübhələnmişəm.

DODAQDƏYMƏZ CIĞALI TƏCNİS

188

Gəldi yaz ayları, a dağlar sənin,

Alaca sədrində qar qalar indi.

Aşıq qar qalar indi,

Qara qarqalar indi.

Alçaq dağlar sərində,

Yaydı, qar qalar indi?

Eşqin şeydaları irağa getdi,

Lalə də, nalə edər, qarqalar indi.

Səyyad seyr eləsə şikarə sarı,

Şikar istər çəkə, şikar a sarı,

Aşıq şikara sarı,

Şikar şikara sarı,

Qıya çəksən tərlanı,

Alar şikara sarı.

Səyyad seyr eylədi şikarə sarı,

Laçının yerinə qarqalar indi.

Səlim təcnisini tərsinə yazdı,

Tərsinə düşündü, tərsinə yazdı.

Aşıq tərsinə yazdı,

Tərsi tərsinə yazdı.

Həqiqət tər insanın,

Tərdə tər sinə yazdı.

Qeys nalə çəkir tərsinə yazdı,

Leyli sinəsində qarqalar indi.

AŞIQ CƏLAL QƏHRƏMANOV

189

Cəlal Qəhrəmanov 1928-ci ildə Qazağın Kəmərli

kəndində dünyaya gəlmişdir. El ədəbiyyatına böyük maraq

göstərmişdir. Bu maraq və sevgi onun qoşqularında əks

olunmuşdur.

Ustad aşıq 1978-ci ildə vəfat etmişdir.

DÜNYA

Beş günlük qonağam səndə,

De hörmətin hanı, dünya.

Tökürsən qaş-qabağını,

Edirsən tufanı, dünya.

Yaşıyırıq, biz hədərik,

Pis baxarsan qəm edərik,

Biz hamımız gəldi-gedərik,

Sən fanisən, fani dünya.

Əzab çəkdi Məcnun, Leyli,

Bir-birinə verdi meyli,

Getdilər səndən gileyli,

Ələsgər Qurbani, dünya.

Tamam idi ağlı başda,

Yaradardı hər baxışda,

Nakam qoydu əlli yaşda,

Vurğun tək insanı dünya.

Çoxlar vədəsiz qocaldı,

Çoxları səndə ucaldı,

Qəmlənən aşıq Cəlaldı,

Etmə nahaq qanı, dünya.

QALDI

190

Əzəl cavanlıqdan şikayət etdim,

Bir yana çatmadı özümdə qaldı.

Hər kimə dost dedim oldu müxənnət,

Düşmənin nəzəri izimdə qaldı.

Dostun körpüsündən keçə bilmədim,

Müxənnət olduğun seçə bilmədim,

Bu dərdi heç kimə aça bilmədim,

Peşman oldum, əlim üzümdə qaldı.

Könlümün tərlanı sona görmədi,

Keçirdi arxadan yana görmədi,

Iki növcavanım ana görmədi,

Körpə balalarım dizimdə qaldı.

Əmidən, dayıdan əzəldən halam,

Dostum müxənnətdi, özüm halalam,

Taleyi kəm olan aşıq Cəlalam,

Axır var ümidim sazımda qaldı.

SƏN CANIN

Bir paltar əyninə yaraşsa geynən,

Gördün yaraşmayır, geymə sən canın.

Atalar demişkən, qapın döyülər,

Kimsə qapısını döymə, sən canın.

Görürəm tərifə çoxdur həvəsin,

Hörməti bəllidir eldə hər kəsin,

Qoy səni el desin, el tərifləsin,

Sən özün-özünü öymə, sən canın.

Varma əyri yola, azma düz yoldan,

Nə bir kəsi aldat, nə də ki, aldan.

191

Xeyrinədir eşit aşıq Cəlaldan,

Heç kimin qəlbinə dəymə, sən canın.

ZÜKUR BAYRAMLI

Bayram Sarı oğlu Rzayev (Zükur Bayramlı) 1928-ci ildə

Tovuzun Bayramlı kəndində dünyaya gəlmişdir. Yaradıcılığa

erkən yaşlardan başlanmışdır. Saza-sözə böyük rəğbəti olan

Z.Bayramlı el ədəbiyyatının hər bir janrında nümunələr

yaratmışdır.

CİNASLI GƏRAYLI

Nə tezcə çıxardın yaddan,

Sən də mirsən, mən də mirəm.

Bizi kim çıxarsın oddan,

Sən də əmirsən, mən də əmirəm.

Getdi köhnəliyin dəbi,

İli, ayı, ruzi-şəbi,

Şəhdi-şəkər olan ləbi,

Sən dəmirsən, mən dəmirəm.

Zükur nəyçün saradaşıq,

Çox daşıyıb yara daşıq,

Bir namus, bir ad adaşıq,

Sən də əmirsən, mən də əmirəm.

DÖZMÜŞƏM DƏ

192

Qəm-qüssənin dəryasını,

Cummuşam da, üzmüşəm də.

Dost bağının heyvasını,

Dərmişəm də, üzmüşəm də.

Bax bu işin təhərinə,

Axşamına, səhərinə,

Bu qəzanın qəhərinə,

Düşmüşəm də, dözmüşəm də.

Zükuram, var əziyyətim,

Mülayimdi təbiətim,

Uyğun gəlmir xasiyyətim,

Gəzmişəm də, bezmişəm də.

YADA SƏN

İki kəllə bir qazanda qaynamaz,

Bu meydanda ya mən durum, ya da sən.

Dost bilib sirrimi sənə söylədim,

Car eylədin hər biganə yada sən.

Bülbül olan gül eşqindən od anar,

O almadı, o heyvadı, o da nar,

Həqiqəti o düz söylər, o danar,

Keçən günü bir yaxşı sal yada sən.

Gül üz demək o deməkdi dər yəni,

Aynəbənddi o otağın dər yanı,

Zükur deyər: çox sevirsən dəryanı,

Ya qəvvassan, ya qayıqçı, ya ada sən.

YARAŞAN OLA

193

Sıldırım dağ yolu nəyə gərəkdi,

Mən gəzdiyim odu yar aşan ola.

Təbibin zəhməti hədər gedərdi,

Xəstə zəif ola, yara, şan ola.

Guruldama, ya damcıla, ya da dam,

Gümanadı yar busəsi ya dadam,

Həm qohum yığıla, həm də yad adam,

Xoş saatlı gündə yara şan ola.

Zükur deyər: Ayaq basma don qara,

Sinə bəyaz, qofta yaşıl, don qara,

Düz düzə rast gələ, donqar donqara,

Sevgi sevgilisnə yaraşan ola.

CAVAN TEYMUR

Teymur Şamo oğlu Quliyev (Cavan Teymur) 1930-cu

ildə Daşkəsənin Zinzahal kəndində anadan olmuşdur. Əvvəlcə

Aşıq Ələsgərin oğlu Aşıq Talıba və qardaşı oğlu Aşıq Nəcəfə,

sonralar isə ustad aşığımız Hüseyn Cavana şəyirdlik etmişdir.

Azərbaycan aşıqlarının I və II qurultayının iştirakçısı olan

Cavan Teymur uzun müddət Gəncə Mərkəzi Mədəniyyət

Evində Aşıqlar Ansamblının bədii rəhbəri işləmişdir.

Sazlı-sözlü məclislərə öz gözəl şerləri ilə rəng qatan

Cavan Teymur Gəncədə vəfat etmişdir.

DAYAN

194

Səni gördüm, canım oda qalandı,

Alışmışam, gəl oduma sən də yan.

Sənin dərdin bu sinəmdə əyandır,

Mənim dərdim olacaqmı səndə yan.

Tifildi, ağlayır şir gəzir alı,

Dayanıb uzaqda şir gəzir – Alı.

Əlində tüfəngi şir gəzir alı,

Atammazsan, qoy mən atım, sən dayan.

Cavan Teymur aşiq olub bir dinə,

Dindirəndə bir dinməyə, bir dinə,

Qulluq edək, bir məzhəbə, bir dinə,

Qoşa gəzək, dolanmayan sən də yan.

DÜŞMƏMIŞ

Cavan ikən bir gün ağla özünə,

Qədd əyilib, can atəşə düşməmiş.

Körpü olub hər yetənə əyilmə,

Eldən cida, dostandan haşa düşməmiş.

Üstünü qalama hər yanan közün,

Səbəbsiz Səməndər yandırmaz özün,

Girmə arasına naqafil sözün,

Soruşub mənasın başa düşməmiş.

Kənar gəz iblisdən, aralan asta,

Dəysə də gözünə hatəm libasda,

Heç vaxt can deməyən hər yetən dosta,

Bir bazarda bərkə-boşa düşməmiş.

Cavan Teymur, od içində qaynama,

Bəhrə düşüb girdabları boylama,

195

Güzarandır, keçən günnən oynama,

Baxtın yatır, xısın daşa düşməmiş.

QIFILBƏND TƏCNİS

BEŞDƏRƏ

İki əlim, iki gözüm aydındı,

Bir sayılam, mayıl oldum Beşdərə.

Mənim Məhəmmədim Əlim aydındı,

Hansı dağla dörd baş oldu, beş dərə.

Beş qəvvas iyirmi yeddi dəryaya,

Üç yüz altmış yaz çiçəyi dər yaya.

Bir bağıdır polad burğu dəryaya,

Üç yüz əlli doqquz yardı beşdərə.

Teymur dörd otuzla cəmdi dörd aya,

Bir günəşə dönüb, baxdım dörd aya.

Yeddi fəsil, beş yol açıb dörd aya,

Haqq özü də istəmədi, beşdərə.

DÜNYADA

Qılıncım kəsərsiz, sözüm qiymətsiz,

Mənim təki bədbəxt varmı dünyada?

Talehim bəhrəsiz, özüm kimsəsiz,

Gen dünya başıma darmı dünyada?

Nə xoş gün görmürəm, nə də ölmürəm,

Nicata gəlmirəm niyə, bilmirəm,

Qəm-qüssə çəkirəm, onçu ölmürəm,

Şan-şöhrətmi güdüm, armı dünyada?

Teymuram, xoş səsim, şirin nəfəsim,

196

Əslimdə nəsim, nə də bir kəsim,

Həyatla bəsim, yoxdur həvəsim,

Olacaq sazlarım qarlı dünyada.

İSA İSAYEV

İsa İsayev Cavad oğlu 1931-ci ildə Tovuzun Aşağı Ayıblı

kəndində doğulmuşdur. 1954-cü ildə Gəncə Pedaqoji

İnstitutunu bitirmiş və pedaqoji fəaliyyətinə başlamışdır. 1957-

ci ildən etibarən ədəbi yazıları və şeirləri ilə mətbuatda çıxış

etmişdir. Uzun illər «Həqiqət» qəzetinin (Tovuz) nəzdindəki

Hüseyn Bozalqanlı adına «Varislər» ədəbi birliyinin rəhbəri

olmuşdur.

OLMASIN

Gül bülbülsüz, yar vəfasız,

Sular sonasız olmasın.

Uca dağlar başı qarsız,

Bəyaz cunasız olmasın.

Günəş kimi yansın ürək,

Yol azana yol göstərək.

Hər nemətdən sevinc dərək,

Ömür mənasız olmasın.

Insanlarda məhəbbət də,

Məhəbbətə dəyanət də,

Etibar da, sədaqət də,

Köksüz, binasız olmasın.

Vicdan ömrün mayasıdır,

Dünyadan kim doyasıdır,

197

Körpə evin dünyasıdır,

Evlər dünyasız olmasın.

İsa görüb dərdi-qəmi,

Xoşbəxt olsun dayı-əmi.

Amma vaxtsız heçcə kimi,

Ata-anasız olmasın.

MÜFƏTTİŞLƏR

Kef üstündə kefimizi,

Gəldi pozdu müfəttişlər.

Gördük yaman qaraqabaq,

Üzü bozdu müfəttişlər.

Hardan gəldi bu bədxahlar,

Qurdalandı köhnə axtlar,

Aşkar oldu bəzi faxtlar,

Bir-bir yazdı müfəttşilər.

Zəif yeri tapan kimi,

Atdı pambıq atan kimi,

Beş korpusdu kotan kimi,

Eşdi-qazdı müfəttişlər.

Bağlamamış kitavını,

Gözdəmədik cavavını,

Yığıf verdik hesavını,

Dedi: azdı- müfəttişlər.

Isa sirri açma hədər,

Üstə qoydux beş o qədər,

Bizdən ötə, bizdən betər,

Kələkbazdı müfəttişlər.

YA QİSMƏT

198

( Azaflıya qabaq)

Min arzu eylərəm, min cürə xəyal,

Birinə çatmayam, çatam, ya qismət.

Birinci addımı salamat atdım,

Ikinci addımı atam, ya qismət.

Sehirkar dünyanın toruna düşdüm,

Aldandım üzünə, boyuna düşdüm,

Hiyləgər zamanla oyuna düşdüm,

Uduzam ya qismət, udam ya qismət,

İsa bu sirlərin axtarışında,

Min illik qar yatır zirvə başında,

Təzə bağ salıram əlli yaşında,

Nübarın dadmayam, dadam ya qismət!

İSA MÜƏLLİM VƏ SƏLİM

MÜƏLLİMİN DEYİŞMƏSİ

İsa müəllim

Belədir, ay Səlim, dünyanın işi,

Hər yerdə varlını saya qoyurlar.

Kalanı möhürlü stol başına,

Kasıbı əkinə, suya qoyurlar.

Səlim müəllim

Sən elə bilirsən qanmadan qoyur,

Tülkünü toyuğa dayə qoyanlar.

Onun hesabına şellənir, doyur,

Etməyir heç kəsdən haya qoyanlar.

İsa müəllim

199

Çoxları tapdayıb öz vicdanını,

Sorur zəli kimi xalqın qanını,

Zahirdə qoruyur guya qanunu,

Hər sözə min rəng, boya qoyurlar.

Səlim müəllim

Ayda işıq yoxdur, günəşdə hənir,

Görünür bu bəla göylərdən enir,

Yatır kölgəsində hey fərəhlənir,

Əkməmiş, biçməmiş taya qoyanlar.

İsa müəllim

Yoxsa dayın, pulun, bir arxan dostun,

İstər Nizami ol, istər Ərəstun,

Nadanlar yer tutar min dəfə üstün,

Elmə, ilhama da maya qoyurlar.

Səlim müəllim

Haqq gəzən havayı saçını yolub,

Havayı gəlirlə çox ciblər dolub,

Sokratın vaxtından qanmazlar olub,

Millətin gününü vaya qoyanlar.

İsa müəllim

İsa, doğruların gəmisi batıb,

Oğrular, əyrilər o qədər artıb,

Haqqı, həqiqəti quyuya atıb,

Ağzına bir yekə qaya qoyurlar.


Səlim müəllim

200

Səlimdə adətdir haya hay etsin,

Haqq işə göz yaşın gərək çay etsin,

Allah əməyini görüm zay etsin,

Bizim əməyimizi zaya qoyanlar.

SƏFƏR TOVUZLU

Səfər Qəhrəman oğlu Məmmədov 1932-ci ildə Tovuzda

anadan olmuşdur. Sazlı-sözlü Tovuz aşıq mühiti Səfəri aşıq

yaradıcılığının sirlərinə yiyələnməyə vadar etmişdir. O, klassik

və müasir aşıq poeziyasının əksər formalarında seirlər

yazmışdır. Şeirlərinin birində: «Tovuzlu Səfərəm, təcnis

dədəmdir, «Ruhani» anamdır, «Kərəm» lələmdir», - deyən

ustad şair el sənətinin vurğunu olduğunu dilə gətirmişdir.

BAYATI

Mən aşıq dər də məni

Gəl salma dərdə məni.

Yüz loğman sağaldammaz,

Bircə gün dərd əməni.

Səfərəm, dosta, yara,

Dost oldun dosta yara,

Diliyin sahibi ol,

Vurmasın dosta yara.

QALANACAN

201

Qövr eləyən çoxdu yaram,

Od nə lazım qalana can ...

Üz döndərib taleh yaram,

Döz, odlara qalan, a can.

Bədən zəif, çətin yara,

Naşı təbib çətin yara,

Kim rast olsa çətin yara,

Vərəmlədər qalanacan.

Səfər köçər, qara qalmaz,

Yaz gələndə qar a qalmaz,

Cəsəd xakda qara qalmaz,

Yüz min dərdə qalan, a can.

YANASAN LEYLİ

Yandı dilim, Leyli-Leyli deməkdən,

Yanan qəlbim kimi yan asan Leyli.

Doyardımmı lalə ləbin öpməkdən,

Milyonlar qoyardım yanasan, Leyli.

Qəbrim üstdən bircə gülüm üzəsən,

Mən çay ollam sinəm üstə üzəsən,

Buyurasan sürtəm üzüm üzə sən,

El bir yana sən bir yanasan, Leyli.

Səfər Tovuzludur, duyar dərdimi,

O ağ sinən mənə bağlı dərdimi?

Nakam Məftun bircə gülün dərdimi?

Sən də mənim kimi yanasan, Leyli.

TƏLƏSMƏ

202

Can eşq içrə tez yanandı, alışmağa tələsmə!

Gedər-gəlməz, gələr-getməz, barışmağa tələsmə!

Bir məclisdə əyləşəndə insan kimi dur, otur,

Sual olsa cavab söylə, danışmağa tələsmə!

Kim elmləri öyrənərsə çox bilər, düz danışar,

Mərifətin, kamilliyin hər sərraf gəz danışar,

Qiymətini ürəklərdə qoyduğu iz danışar.

Çalış mərd ol, hər yetənnən yarışmağa tələsmə!

Səfər dilər, dostumu da dosta möhtac olmasın,

Mənə güllə atanın da cibi boş, ac olmasın,

Qəlbi əyri, xain canda taqət, illac olmasın,

Əsrik qanlı Tovuzluyam, soruşmağa tələsmə!

DANIŞ

Yaman işlər nəyə lazım, yaxşı işindən danış,

Dürr süzülsün dəhanından, xoş görüşündən danış.

Atalardan misal var ki, kobud insan tez sınar,

Pürkamallı sərin olsun, düz gəlişindən danış,

Lovğalanmaq hünər deyil, olma naqqal, sərsəri,

Bil ki, haqqa göz yumanın eşiləcək peysəri,

Çıxardarlar ciyarını, qalar tək sümük, dəri,

Meyl eləmə pis əmələ, pak gedişindən danış.

Səfər deyər: - Tovuzluyam, heç nə bilməz uşağam,

Canbicanın goru cənnət, mən Adəmə qurşağam,

Bir dostluğu yumşaq görsəm, mən yumşaqdan yumşağam,

Nə öyrənsək yenə azdır, çalış yüz bilişindən danış.

AZAFLI AŞIQ YUNUS

203

Yunus Hüseyn oğlu Həsənov 1932-ci ildə Tovuzun

Azaflı kəndində doğulmuşdur. Azaflı Yunus el-obada aşıqlıq

sənətini təbliğ etmişdir. Onlarla şəyird hazırlamışdır. Aşıq

Yunusun özü isə Aşıq Usufdan dərs almışdır.

Azaflı Aşıq Yunus 1987-ci ildə dünyasını dəyişmiş və öz

doğma kəndində dəfn edilmişdir.

ÇOX SAĞ OL

Arifin qohumu şair Həşimin ona göndərdiyi

razılığa cavab

Aldım məktubunu, ay Əlizadə,

Mən sağam qardaşım, sən də çox sağ ol,

Şer tək bir inci varmı dünyada,

Mədəni, məskəni məndə, çox sağ ol.

Allam salamını, olmam təkəbbür,

Bu necə suvaldı ey alimi-pur,

Kəlamında məna, qələmində nur,

Veribsən sözlərə rəndə, çox sağ ol.

Sənət aləmində dalıb xəyala,

Arifin dərsini vermişəm əla,

İnşallah yetişər gözəl kəmala,

Böyüdübsüz belə bəndə, çox sağ ol.

Aşıq Yunis, özü, təkdi, eşqi tək,

Bu sənətdə üslubu tək, məşqi tək,

Nur çiləyir, ətir, ənbər müşgi tək,

Məhəbbətin bu sinəmdə, çox sağ ol.

MƏHƏRRƏMOV MUSEYIB

204

Museyib Bayram oğlu Məhərrəmov 1932-ci ildə Tovuzun

Qovlar kəndində dünyaya gəlmişdir. Müharibə iştirakçısı

olmuşdur. Müharibədən ikinci dərəcəli əlil kimi el-obasına

dönən Qovlarlı Müseyib aşıq yaradıcılığına rəngarəng töhfələr

bəxş etmişdir.

OLA

Kef də çəksən, qəm də çəksən,

Əhli-halın yanda ola.

Qismət olsa yaxşı günün,

Gələ ömrün sonda ola.

Haqq çağırıb səsdəyənin,

Ona hörmət bəsdəyənin,

Arzum var mən istəyənin,

Namus, qeyrət qanda ola.

Ey Müseyib, sən doğru yaz,

Qoy olmasın mənasız, az,

Heç kim dağı oynadammaz,

Əgər dağ, dağ yöndə ola.

OLA BİLMƏZ

İllər boyu torpax yığsan üstə-üstə,

Dağ qoysan adını, dağ ola bilməz.

Böyürtkən kolunu əkib bitirsən,

Yüz çalış, yüz bəslə bağ ola bilməz.

Bir kimsənin həddən aşsa ədası,

Nifrətnən yayılar eldə sədası,

Yüz söz verə doğru çıxmaz vədəsi,

Onun əqiydəsi sağ ola bilməz.

205

Budur, Müseyibin sözünün düzü,

Doğru söz eşitsə təstiqlər özü.

Hiyləgər, fitnəkar adamın üzü,

Dost-tanış yanında ağ ola bilməz.

DİVANİ

Xeyirdeyən insana ləc dinənə nə deyəsən,

Sirdaşının arxasında sinənə nə deyəsən,

Xain çıxan ilqarına çəkəndə xəcaləti,

Xəcalətin atəşinə yanana nə deyəsən.

Dərrakələr eyni deyil, ayrıdı hər sərdəki,

Ada layıq qeyrət, ardı axıldı nəzərdəki.

Haqq danışsan taxsırkarsan zahirdə yek yerdəki,

Yersiz yerə əsil insan qınayana nə deyəsən.

Müseyib də cani-dildən axtarar həqiqəti,

Dərk eyliyər, aydın seçər haqqınan ədaləti,

Yaltaxlıxnan nadanlara eyliyən itaəti,

Haqdan keçə, haqsızlığa inana, nə deyəsən.

HƏSƏN YUSIFLI

Məhərrəmov Həsən Yusif oğlu 1932-ci ildə Tovuz

rayonunun Qədirli sovetliyində Cilovdarlı kəndində

doğulmuşdur.

QALMAZ

206

Dəli könül, uyma vara,

Gedər əldən, var da qalmaz.

Bürünübdür hər yer qara,

Küsər bizdən, qar da qalmaz.

Qonşuluqda yaxşı dolan,

Əhsən desin gendən baxan.

El sözünə qulaq asan,

Ömür boyu darda qalmaz.

Yusifliyəm, könül barı,

Vermə əldən ixtiyarı.

Biz unutsaq etibarı,

Namus, qeyrət, ar da qalmaz.

DÜNYA

Əziz mehribanım, incimə məndən,

Qalmayıbdır xeyri-karı dünyanın.

İstərəm söz qoşam birlikdə sənnən,

Köklənir tərsinə tarı dünyanın.

Məclislər qurulub çalınmır hava,

Gülməxmər alınmır, bez gedir baha,

Tükənib səbirim qalmayıb daha,

Öyrədir bülbülü, sarı dünyanın.

Yusifli, əhvalım birtəhər oldu,

Seyraqub tutduğu dil əyri oldu,

Talandı torpağım, gülşənim soldu,

Xəlvət talan çəkir xarı dünyanın.

CƏFƏRQULU QOŞQARLI

207

İsayev Cəfərqulu Cəlil oğlu 1932-ci ildə Daşkəsən

rayonunun Zağalı kəndində dünyaya göz açmışdır.

Daşkəsən rayonunda məsul vəzifələrdə çalışmışdır. El

arasında hörmət və məhəbbət qazanan Cəfərqulu İsayev 1970-

ci ildə dünyasını dəyişmişdir.

SULAR

Sular, şəffaf sular, a nurlu sular,

Həyata can verən a duru sular.

Haraya gedəndə axın qarşımdan,

Siz uğurlusunuz, uğurlu sular!

Sular diyarından keçməsəm olmaz,

Suları sulardan seçməsəm olmaz.

Hər daşın dibindən axan bulağın,

Əyilib gözündən içməsəm olmaz.

Sular-həyatımdı, sular canımdı,

Sular damarımda axan qanımdı.

Sulara biganə baxan hər naşı

İnanın, ən böyük göz düşmanımdı.

Tərlan oylağıdı bizim bu dağlar,

Gəl çıxaq seyrinə özgə hüsnü var.

Qorxma dişlərinin göynəməsindən,

Şəfa qaynağıdır soyuq bulaqlar.

Gəl içək sulardan, doyunca içək,

Gəl burda suları sulardan seçək.

YOLLAR

208

Əzrayıla deyin gəlməsin hələ,

Mənim neçə-neçə arzularım var.

Payızda bağlanan şərt əsasında,

Yolumu gözləyir yollarda yollar.

Deyin imkan versin yolları çəkək,

Körpülər düzəldək, bulaqlar tikək,

Zəhmətdən zövq alaq, beş gün kef çəkək,

Nə biz inciyərik, nə itər yollar.

Qismət olub bir də düşsə güzarım,

Sorardım yolunu buz bulaqların,

Əgər varsa etibarı dağların,

Onlar da Cəfərə şəfa arzular.

MƏNİM

Şöhrət kömək etmir can əyiləndə,

Görünür gözümə məzarım mənim.

Əyibdi qəddimi salıbdı dala,

Sağalmaz, qurtarmaz azarım mənim.

Şəfalı dağlarda doğulsam da mən,

Bir zövq almamışam güldən, çəməndən,

Ürək xəstə, böyrək xəstə, ah nədən,

Qəm-fəğan olubdu güzarım mənim.

Cəfərəm, qəlbimin min naləsi var,

Mənə göz dağıdır soyuq bulaqlar,

Gülməyir üzümə yaşıl yaylaqlar,

Xəzana dönübdü gülzarım mənim.

GEDIRƏM

209

Gənc ikən ağardı saçım, qocaldım,

Bəlkə çatdım o məkana gedirəm.

Qartal kimi qanad çalıb ucaldım,

Üz çevirib gülüstanə gedirəm.

Bir güllü bağçadır hər elin bağı,

Bir zəngin bostandır müxtəlif tağı,

Mədəndir, xəznədir zəngin bulağı,

İçmək üçün o ümmana gedirəm.

Mən Cəfərəm, hər bir elimə həvəskar,

Xəstəyəm, könlümün öz təbibi var,

Səfərimə uğur deyib bir nigar,

Yetmək üçün o canana gedirəm.

GƏLSIN

Zalım fələk qəfil əydi qəddimi,

Xəbərdar eyləyin dostları gəlsin.

Dünya vəfasızdır, ayırdı bəlkə,

Hər kəsin varsa da ilqarı gəlsin.

Söndü üfüqlərdə, söndü taleyim,

Zirvəli dağlardan endi taleyim,

Yoxsa tərsinəmi döndü taleyim,

Qəlbimin kamanı və tarı gəlsin.

Adım Cəfərqulu, yük tutdum yasdan,

Ayrıldım əməldən, işdən və dostdan,

Könlümə vədəsiz çökdü zimistan,

Bir də inanmıram baharı gəlsin.

MƏNIM

210

Sevincdənmi, kədərdənmi bilmirəm,

Yaşardı bir anda gözlərim mənim.

Xoş dillən, dəyməsin, ey dost məktubu,

Heç kəsin qəlbinə sözlərim mənim.

Doymamış gəzməkdən şehli dağları,

Saraldı ömrümün bağçası-barı.

Mənzil uzaqdadır, yol deyil yarı,

Kəsilib taqətdən dizlərim mənim.

Nə qədər qüdrətli olsa da dərman,

Acizdir hökmünü verəndə zaman,

Cəfərəm, dünyadan etsəm köç-karvan,

Olacaq dağlarda izlərim mənim.

MEHRIBAN

Söylə hansı dərdə düşübsən ki, sən,

Soldurubsan gül yanağı, Mehriban?

Kömürə dönübdu sirin-sifətin,

Gedib gözəlliyin ağı, Mehriban.

Mən Məcnun deyiləm, sən də ki, Leyli,

Gəzək bu elləri dili gileyli.

Yoxsa ki, eşqinin o güclü meyli,

Əridib qəlbində ağı, Mehriban?

Eşqin, məhəbbətin qüdrətini sən,

Gərək ki, anlayıb yaxşı biləsən.

Saldın Qoşqarlını dildən-dilə sən,

Çəkibsən sinəmə dağı, Mehriban.

ALAKOLLU İDRİS

211

İdris Hüseyn oğlu Abdullayev 1934-cü ildə Tovuzun

Alakol kəndində anadan olmuşdur. Saza-sözə böyük maraq

göstərmişdir. Mükəmməl saz çalmış, 18-ə yaxın irili-xürdalı

dastan bağlamışdır. Azaflı Mikayıla qulluq göstərmişdir.

BAYATILAR

Əzizinəm Qarabağ,

Gəl Muğanda qara bax,

Araz böldü, zülm oldu,

Bölünməsin Qarabağ.

Əziziyəm bu eldən,

Bu mahaldan, bu eldən,

Əziz qonaq inciməz,

Tovuz adlı bu eldən.

DƏRDİN ALIM

Mərdlər dosta can sağlığı,

Dilər keçər, dərdin alım.

Başa qaxmaz hörmətini,

Elər keçər, dərdin alım.

Fələk, gəl qatma başımı,

Unutmaram sirdaşımı,

Vəfalı dost göz yaşımı,

Silər keçər, dərdin alım.

İdris qəlbin xoş niyyətdi,

Verən-alan təbiətdi,

Ariflərdə xassiyyətdi,

Bilər keçər, dərdin alım.

GİLEYLİYƏM

212

Mən həyatı anlayalı,

Nadanlardan gileyliyəm,

Oxuduqca tarixləri,

Dövranlardan gileyliyəm.

Işə salıb tamahını,

Kəsən xalqın kütahını,

Şöhrət üçün allahını,

Dananlardan gileyliyəm.

Yersiz yerə zəhlə tökən,

Gül yerinə qanqal əkən,

Ağsaqqala çomaq çəkən,

Cavanlardan gileyliyəm.

Anasına çul göstərən,

Arvadına ləl göstərən,

Dədəsinə yol göstərən,

Oğlanlardan gileyliyəm.

İdris deyər yervəyerdən,

Gen qaçaram gicbəsərdən,

İnsanlığa beyxəbərdən,

Nadanlardan gileyliyəm.

BU DAĞLARDA

İlahinin zinyəti var,

Bu dağlarda, bu dağlarda.

Min sehirli xilqəti var,

Bu dağlarda, bu dağlarda.

Yaradıbdı görün nələr,

213

Min tükənməz xəzinələr,

Xəlq eləyib möcüzələr,

Bu dağlarda, bu dağlarda.

Koroğlunun düz ətri var,

Ələsgərin söz ətri var,

Vurğunun da öz ətri var,

Bu dağlarda, bu dağlarda.

Duman-çəni karvanıdı,

Səba yeli sarvanıdı,

Çiçəklər can dərmanıdı,

Bu dağlarda, bu dağlarda.

İdris deyər səfası var,

Neçə dərdin dəvası var,

İstisuyun şəfası var,

Bu dağlarda, bu dağlarda.

QOCALMAZMI?

Kəmsavad Məhəmmədə qabaq

A Kəmsavad, bəs aranda,

Daxma quran qocalmazmı?

Düzənlikdə cıdır açıb,

Şumda yoran qocalmazmı?

«Dete» udan çəmənlikdən,

«Göy-daş», «Kükürd tənəklik» dən,

«Metafoslu» çiçəklikdən,

Ətir soran qocalmazmı?

İdris mərhum öz varından,

214

Xəstə mədə ac qarından,

Əgər tapsa marqarindən,

Şorva vuran qocalmazmı?

SƏS VERİRİK

Haray salıb ormanlara

Hər cəhətə səs veririk,

Talan çəkib xırmanlara,

Bərəkətə səs veririk.

Ac gələni doydurmağa,

Dərimizi soydurmağa,

Eli viran qoydurmağa,

Xəyanətə səs veririk.

Keçən günü ana-ana,

Dinimizi dana-dana,

Cəhənnəmdə yana-yana,

Biz cənnətə səs veririk.

Yazı yazır qolladırıq,

Quyu qazır salladırıq,

Qardaş olsun - alladırıq,

Sədaqətə səs veririk.

Sarı yağnan yağlayırıq,

Sarımsaqnan dağlayırıq,

Gülə-gülə ağlayırıq,

Bu vəhdətə səs veririk.

Nə olubdu bu millətə,

Gündə düşür bir zillətə,

Nə insafa, nə mürvətə,

Nə qeyrətə səs veririk.

215

Alakollu İdris haqdan,

Bəla enib neçə vaxdan,

Adil Şahı salıb taxtdan,

Səltənətə səs veririk.

ƏL ÇALIRIQ

Ürəyimdə milyon dərd var,

Bilə-bilə əl çalırıq,

Bir – birimizə hər kələyi,

Gələ-gələ əl çalırıq.

Tullamışıq namus – arı,

Görən kimdir günahkarı.

Özgələrə dövlət-varı,

Bölə-bölə əl çalırıq.

Bir duyan yox ağrımızı,

Minən basır yağrımızı,

Yalan sözlər bağrımızı,

Dələ-dələ əl çalırıq.

Araz keçir aramızdan,

Qanlar süzür yaramızdan,

Dahiləri sıramızdan,

Silə-silə əl çalırıq.

Şillə dəyir üzümüzə,

Barmaq girir gözümüzə,

Urra deyib özümüzə,

Gülə-gülə əl çalırıq.

Kiminkidir keçən naxır,

216

Kimlər yeyir, kimlər baxır,

Ağzımızdan nəfəs çıxır,

Ölə-ölə əl çalırıq.

Var-yoxları xaşdamışdıq,

Gönnərimizi aşdamışıq,

Kişiliyi boşdamışıq,

Elə -belə əl çalırıq.

İdris deyər elimizdə,

«Davay-davay» dilimizdə,

Şər mətahı belimizdə,

Şələ-şələ əl çalırıq.

DÜNYANDA

Gərdişin gülməli işdəkləri var,

Mən ki, baş açmadım haşa dünyada.

Kiminin talehi gülür üzünə,

Kiminin ki, dəyir daşa dünyada.

Kiminin qəlbini fələk dağlayır,

Kimisinə məlhəm qoyub bağlayır,

Beşi gülür, yüzü baxıb ağlayır,

Xeyir-şər yaranıb qoşa dünyada.

İndi moddu haqqa boyun əyilmir,

Heç kəsin günahı üzə deyilmir,

Beş manatlıq papaq alıb geyilmir,

On qapaz dəyir başa dünyada.

Bir misaldı el saxlayar aşığı,

Düşsə könüllərə haqqın işığı,

Dayın gərək, pulun gərək açığı,

217

Kimdi baxan ağıl, huşa dünyada.

Alakollu İdris həyata baxıb,

Od ilə oynayıb, sel ilə axıb,

Kişilik ceyranın belinə çıxıb,

Oğulsan tap, dolan, yaşa dünyada.

TƏCNİS

Sanki baxtım bahar yuxusu yatır,

Oyanmır gecikir ay ana dandı,

Fürsət yoxsulunun düş butağında,

Kəsəcək ağacın ayə nadandı.

Tarçılar tarına salar sim sarı,

Yaralıyam yaram çəkib sim sarı,

Əsil olan gəzər tapar simsarı,

Naxələf zatını, ay ana, dandı.

Alakollu İdris sevməz nəs öyləd,

Nanəcibi sən nə dindir, nə söyləd,

Yaxşının yurdunda qalsa nəs öyləd,

Atanın nə haqqı ay anadandı.

CIĞALI TƏCNIS

Ağ kağız üstündə süzür qələmim,

Şirin sətirləri ay düzə-düzə.

Aşıq deyər ay düzə,

Ahu çıxar ay düzə,

Yandı haqqın çırası,

Şölə saldı ay düzə.

Kotan nə bilir ki, kağan nə çəkir,

Çıxanda səhraya ay düzə-düzə.

218

Xənnas əməlində müdəm al çalar,

Vicdan əzabından rəngim al çalar.

Aşıq deyər al çalar,

Bağda bitər alçalar.

İnsan olan dünyada,

Ucalar, gah alçalar.

Hamı bir olarsa qiymət alçalar,

Fikir ver əyriyə ay düzə-düzə.


Idris, mətləbini versin İlahi,

Xoryada tezliklə ver sin ilahi.

Aşıq deyər ilahi,

Yetiş dada, ilahi.

Dost ucundan çəkmişəm,

Ay-gün nədir ilahi.

Hamıya qəlbincə versin ilahi,

Gərək sınıx könül ay düzə-düzə.

MƏCİD ABBASOV

Abbasov Məcid Polad oğlu 1936-cı ildə Daşkəsən

rayonunun Qabaqtəpə kəndində doğulmuşdur. Yazdığı gəraylı,

qoşma və təcnislər aşıqlar tərəfindən sevilə-sevilə oxunur.

MƏNİM

Dar günümdə yada salan,

Var şahlar şahım mənim.

Dara düşsəm kömək durar,

Olar pənahım mənim.

Həm adildi, həm qadirdi,

219

Hər iş ona agahdı,

Qulluğunda var günahım,

Çoxdu günahım mənim.

Hüzurunda günahkaram,

Çoxdu səhvim, bağışla.

Çalışdım yaxşı ad alım,

Yoxdu nəfim, bağışla.

Qəlbi təmiz pak insanam,

Aldatmaz nəfsim məni,

Həm adilsən, həm qadirsən,

Ey qibləgahım mənim.

Sahibsizə sahib duran

Özün yetiş dadıma,

Hər an səni könlüm istər,

Gəl yetir muradıma,

Səbəbkarsan səbəb səndən,

Qoyma yanım oduma,

Yerə-göyə qərar qoyan,

Sən ol pənahım mənim.

MƏNİM

Hər insana qismət verən, özün yetir qismətim,

Pünhan sirri aşkar görən, sən alçaltma ismətim.

Dara düşsəm köməyim ol, əyilməsin qamətim,

Qoy silinsin ürəyimdən, amanım, ahım mənim.

Şahi-Mərdan, yetiş dada, imdadıma gəl yetiş,

Mən fəqiri salma oda, fəryadıma gəl yetiş.

Ağam Əli, köməyim ol, qoyma gedim bada mən,

Nitqtm, sidqim, kömək dilər, göstər irahım mənim.

220

Hər dəyqənin bir hökmü var, hər saatın bir anı,

Aldanma gəc xəyalına, oda salma cahanı.

Yaradanım yaradanda fərq qoymayıb insanı,

Üstümüzdə bərqərardı Bərilahım mənim.

Dinim İslam, Kəbə qibləm, bağlıyam hər an sənə,

Ey ümidgah, eylə agah, inansın insan sənə,

Yerə-göyə qərar qoyan, heyrandı cahan sənə,

Məcidəm, səhvim bağışla, sirri ilahım mənim.

ADIL QAYMAQLI

Adil Nəsib oğlu Əliyev 1936-cı ildə Qazağın Qaymaqlı

kəndində anadan olmuşdur. Ali təhsilli həkim kimi Daşkəsən,

Tovuz və Bakıda işləmişdir. Sənəti ilə birlikdə bədii

yaradıcılıqla da məşğul olmuşdur. Həkim şair Adil Qaymaqlı

1984-cü ildə vəfat etmişdir.

AĞARMA SAÇIM, AĞARMA

Qoy, küsməsin qardaşlarım,

Gözlərim tək, qoşa varım,

A dar gündə mərd vüqarım,

Ağarma saçım, ağarma.

Bacılarım salmasın köç,

Yanaqları solmasın heç,

Günahımdan sən özün keç,

Ağarma saçım, ağarma.

221

Özün tapşır nazlı yara,

Qoy, salmasın başa qara,

Ölüm hara, de mən hara?

Ağarma saçım, ağarma.

Balalarım mənə baxır,

Canımı yandırıb yaxır,

Gözlərimdən leysan axır,

Ağarma saçım, ağarma.

Bax, yenicə atıbdır boy,

Yaralarım verməyib hoy,

Qoy eyləyim Elçinə toy,

Ağarma saçım, ağarma.

Etibarım gəlib coşa,

Yeni keçib on beş yaşa,

Qoy, onunla gəzim qoşa,

Ağarma saçım, ağarma.

Çəkdirəndə mənə cəfa,

Eylə dərdə özün şəfa,

Qoy, küsməsin qızım Vəfa,

Ağarma saçım, ağarma.

Qayalara dəyib oxum,

Çıxıb əldən varım, yoxum,

Qalıb azım, gedib çoxum,

Ağarma saçım, ağarma.

Ağaranda rəngin inan,

Gələcəyə qalmır güman,

Dəryaya köməkdi ümman,

Ağarma saçım, ağarma.

222

Fələk məndən min bac alıb,

Gah alçalıb, gah ucalıb,

Deyillər Adil qocalıb,

Ağarma saçım, ağarma.

OLMAZ

Vətən qızı, nə gəzirsən məzarı,

Məzarda qaydadır, etibar olmaz.

Yenə zalım fələk pozdu ilqarı,

O da, çox insana vəfadar olmaz.

Əzizinəm yar-aşsın,

Can məzara, yaraşsın,

Sinəm üstdən yol açım,

Ayaqlasın, yar aşsın.

Bir məzar, bir tabut, beş metrə kəfən,

Qapqara torpaqdır, baxırsan hər yan,

Şöləsi zimistan, şəfəqi hicran,

Əzrayıl gəlişi, xoş xəbər olmaz.

Əzizinəm dərdə mən,

Çox dözmüşəm dərdə mən,

Canımı, alıb gedib,

Tək qalmışam darda mən.

Şirin söhbət eylə, qəlbimi güldür,

Bir danış sözünü, dərdini bildir,

Dərdi-qəm içində Qaymaqlı Adil

Bu fani dünyada, bəxtiyar olmaz.

Əzizinəm, sən də yan,

223

Qəm odunda sən də yan,

Canım çoxdan alışıb –

Mən yanıram, sən dayan.

DEYILƏM

Ağlaya-ağlaya gedən maralım,

Əlini əlimdən üzən ha, döyləm.

Belə inad etmə, qadanı alım,

Səndən ayrısınnan gəzən ha, döyləm.

Hər sözün üstündə incimə yardan,

Bir də söhbət açma dövlətdən, vardan,

Az danış qonşuya gedəndə hərdən,

Mən, sənin arzunu pozan ha, döyləm.

Yenə yaş tökürsən sən, için-için,

Bəs edər bu qədər, bir danış, bir din,

Gülməsə üzümə balaca Elçin,

Bu qədər ağrıya dözən ha, döyləm.

Hələ cavan ikən itirdim atam,

Ağladı qardaşım, ağladı anam,

Sən də incidirsən a, nazlı sonam,

Bu qəm dəryasında üzən ha döyləm.

ƏZIZ MƏFTUN

224

Əziz Həsən oğlu Hüseynov 1936-cı ildə Tovuzun

Mülkülü kəndində anadan olmuşdur. Hələ uşaqlıq illərindən

sazlı-sözlü aləmin vurğununa çevrilmişdir. On səkkiz yaşında

ikən Leyla adlı bir qıza vurulmuş və bu sevginin timsalında da

özünə «Məftun» təxəllüsünü götürmüşdür. Atası Mülkülü

Həsən onun bütün bədii irsini mühafizə etmişdir.

Əziz Məftun 1978-ci ildə dünyasını dəyişmişdir.

BAYATILAR

Əziziyəm qar dayandı,

Yar keçdi, qar dayandı.

Məftun yandı yar üçün,

Alışdı qar da yandı.

Əzizim külüng çapdı,

Fərhad çapdı, külüng çapdı,

Fərhad dağları çapdı,

Fərhadı da külüng çapdı.

Məftun deyər su dayandı,

Axmadı su dayandı.

Suya girdim keşməyə,

Alışdı su da yandı.

Əzizim qoyun dərdi,

Çobanın qoyun dərdi.

Çoban salxım üzüncə,

Bağban bir qoyun dərdi.

QURBAN OLDUĞUM.

225

Nə üçün üzünü çevirdin məndən,

Alaca gözünə qurban olduğum.

Səndən ayrı bir saniyəm olmasın,

Şirincə sözünə qurban olduğum.

Şükürlər bu günə el şairiyəm,

Əsil sevənlərin mən də biriyəm,

Sevən könüllərin gizli siriyəm,

Mən yarın özünə qurban olduğum

Könüldə arzumu açam bir qıza,

Məftunam, əzəldən bir güllü yaza,

Söyləyəm dərdimi beş telli saza,

Məhəbbət gözünə qurban olduğum.

MƏNI

Əşqindən büründüm qəm libasına,

Qəsd üçün salmısan bu hala məni.

Əşqiyin oduna artıq yanıram,

Söndürməz aləmdə piyala məni.

Sevincindən xına yaxdı əlinə,

Səbəb nədir yalan gəldi dilinə,

Xub yaraşır gümüş kəmər belinə,

Sən özün salaydın kaş yola məni.

Məftun həqiqətin oldu tərəfi,

Neynədi de ona əşqiyin səfi,

Üzü yaqut kimi, zülfləri əfi,

Hər gecə salırsan xəyala məni.

AY ÜZÜM-ÜZÜM

226

Eşqin dənizində qəvvas könlüm,

İstərəm batmayım, ay üzüm-üzüm.

Həyat güllərinin bir təzəsini,

Açanda qoxlayım ay üzüm-üzüm.

Sən mənim sevdamın mərdanəsisən,

Sönməyən şəmimin pərvanəsisən,

Ümid otağının dürdanəsisən,

Kaş səndən dönməsin ay üzüm-üzüm.

Səndəki gözəllik istəməz isbət,

Sevən də sevəndən edərmi qeybət,

Yay kimi qaşların hilala nisbət,

Çox çətin ələrim ay üzüm-üzüm.

Gələcək günləri özün yada sal,

Daha axirəti eyləmə xəyal,

Dilin lala dönər, deməz könlüm al,

Kəsib söyləyərmi ay üzüm-üzüm.

Dost olan dostuna qoyar hörməti,

İtirməz saxlayar hər məhəbbəti,

Məftunu qocaltdı yarın həsrəti,

Dəymədi üzünə ay üzüm-üzüm.


YETKIN QƏŞƏM

227

Qəşəm Ələkbər oğlu Məmmədov (Yetkin Qəşəm) 1937-

ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində

anadan olmuşdur. Atası Ələkbər Qızılvəngli Aşıq Alının qız

nəvəsidir.

Yetkin Qəşəm 2004-cü ildə dünyasını dəyişmişdir.

DAYAZDAN DANIŞ

Ağılın, kamalın, düşüncən varsa,

Dərində olsan da, dayazdan danış.

Xəyal köhləninə bir qamçı vurub,

Yolunda qış olsa da yazdan danış.

Gəlmədin görüşə könlüm incidi,

Söylədi: - İncimə, inciyirsən, inci di.

Gördüm ki, sözləri dürdü, incidi,

Dedim: - Günahım çoxsa, day azdan danış.

Yox qəlbimin nə sultanı, nə şahı,

Istəmirəm, nə vəziri, nə şahı.

Nə döndərər, düz yolundan nə şahı,

Qəşəm bildiyini day az, danış.

YARADAN QALIR

Sağalmayıb, sızıldayır sinəmdə,

Eşqimə vurduğun yaradan qalır.

Niyə dönük çıxdın əhdə-ilqara,

Bu aləmə şahiddir, yar, ad, an qalır.

Ruhumu əlində tutana bax bir,

Sahilsiz ümiddən tut, ana bax bir,

Nə gözəl nemətdir tut ana, bax bir,

Kim əkib afərin, yaradan qalır.

228

Eşqin damla-damla xəyala damdı,

Gördüm ki, ürəyim xəyala damdı,

Sanma ki, Qəşəm, xəyal adamdı,

Yardı zülmətləri, yara, dan qalır.

BIRƏ – MIN

Vara yox deyəni yox etsin Allah,

Qoy artsın var deyəni birə-min.

Ac qarın doyurmaz namərd olan kəs,

Eşit bu sözümü gəl al bir əmin.

Əvəz etməz heç divarda qar, daşı,

İstəyirsən necə dağdan qar daşı,

Yüz dost olsa, əvəz etməz qardaşı,

Görüb bunu, deyib bunu, bir, əmin.

Sev bu suyu, sev torpağı, sev gili,

Qəşəm kimi ol əbədi sevgili,

Hər gül üzə söyləmə sən sevgili,

Bəxt adına yüz at gəlsə, birə min.

YARATDI

Xəyalım toruna düşdü yar yenə,

Surəti qəlbimdə tufan yaratdı.

Gözündən gözümə ox dəydi sanki,

Bildim ki, bu oxu ancaq yar atdı.

Yüksəldi göylərə qəlbim tamahı.

Dəyişməz, qaytarmaz, min cür tam ahı.

O adam mərddir ki, qovur tamahı,

Qalsa da piyada, rəqib, yar atdı!

229

Nifrət, Qəşəm, nəs həftəyə, nəs ilə,

Oturma nəs ilə, durman nəs ilə,

Babalardan əmanətdir nəsilə,

Namusumuz, qeyrətimiz yar, atdı!

ODUNA

Alimin biliyi azalmaz inan,

Fələyin hökmüylə getsə oduna.

Adətdir qananlar alışmalıdır,

Namərdin, qanmazın yanan oduna.

Tərs səslənir dilimdə tərsin adı,

Evlər yıxar tərs hökmü, tərs inadı.

Kim od tapdı, kimlər tər sınadı,

Buyur axtar, səndə ara od, una.

Qəşəm deməz, bəyaz qışı, qış qırdı,

Gədiklərdə didərgini qış qırdı.

Neçə insan nalə çəkdi qışqırdı,

Yalvardılar çörək üçün od, una!

YAXAM ƏLINƏ

Nabələd yollarda büdrəmədim mən,

Çox keçdi namərdin yaxam əlinə.

Suala sualla cavab verərəm,

Düşsən yüz alimə, ya xam əlinə.

Həmişə düz olsan, haqqa-ilqara,

Xoş keçər ruzigar, gəlməz il qara.

Zimistan güc gəlsə, dönsə il qara,

Bir de təbiətin yox əməli nə?

230

Ədalət axtaram, Qəşəmi dinlə,

Gəl sən ayrılmaynan bəşəri dinlə,

Kim desə bu yolda ağla, di inlə,

Beləsin günahın yax əməlinə.

YARANAR GEDƏR

Tərəqqi, tənəzzül əkizdi, qardaş,

İnsanla bərabər yaranar gedər.

Qədirbilməz, hax tanımaz olannan,

Ehtiyaca görə yaranar gedər.

Çəkildi qarşımda gün aha batar,

Alışdı dərdimdən gün aha batar,

Sirrini bilənlər günaha batar,

Yarın xonçasında yara nar gedər.

Yar üçün bitirdim bir gilə narı,

Yar bizə qıymadı bir gilə narı,

Ay Qəşəm, çal-oxu, bir «Gilənarı»,

Yar sevən ürəkdən yar anar gedər.

YA TAĞIN INDI

Amansız fələyin bu gərdişində,

Sərasər dolanıb yat, ağın indi.

Saldıqca qəlbinə dünya işini,

Göylərə çəkərsən yatağın indi.

Unutma qəlbindən daim tər sini,

Üzünə açıqdır baxsan dər sini,

Cavansan, hicranın tanı tərsini,

Bilməzsən xakıda yatağın indi.

231

Yetkin Qəşəm, dolan yenə bu dağı,

Solmamış ömrünün açan budağı,

Ya qismət, ya kəfən bud, ağı,

Danəsən turuncu, ya tağın indi.

NƏ DANƏSƏN SƏN

Sərri sınan sərsərimin sərində,

Nə əsli yerlisən, nə danəsən sən.

Nə zəka əhlinə şərik deyilsən,

Nə ayrı sayılan nə danəsən, sən.

Yaxşı eşit, gəl sədasın sağ-sağ an,

El içinə sağ yarayar, sağ sağan.

Nə qanır ki, dərk eləyə sağsağan,

Çətindir haqq işi, nə danasan sən.

Tər çalışsan, alacaqsan tər, təri,

Nan halaldır, gətirəsən tər təri,

Qəşəm istər çay içində Tərtəri,

Qananlar yanında nə danasan sən?

BOZALQANLI XALIQVERDI

Xalıqverdi Məmmədalı oğlu Namazov 1937-ci ildə

Tovuzun Bozalqanlı kəndində dünyaya gəlmişdir. El

ədəbiyyatına böyük maraq göstərmişdir. Buna görə də Əkbər

Cəfərovdan aşıqlıq sənətini öyrənmişdir. Dörd ildən sonra isə

dəmirçi Aşıq Hüseyinin yanında şəyirdlik etmişdir. Bozalqanlı

Xalıqverdi gözəl şeirlər yaratmışdır.

232

BAĞLAMA – TƏCNIS BAYATI

Əzizim sudan gəldi,

Töküldü su dan gəldi,

Hər yan qaranlıq olar,

Şamımız sudan gəldi.

Aşiqəm oda bənzər,

Evləri oda bənzər.

Anası təmizlikdi,

Balası oda bənzər.

Su deyirəm axır hey,

Dolu durur, axır hey.

Bir dağda yeddi bulax,

Dörd tamı var, axır hey.

BƏNZƏTMƏ

Səni gördüm yenə könlüm açıldı,

A dağlar ceyranı, ellər gözəli.

Bir qıya baxışın alır canımı,

Dodağın qaymaqdı, dilin məzəli.

Bütün nə dərdin var mənə söyləsən,

Durum qulluğunda qəbul eyləsən,

Sıxıb əllərimi burda əyləsən,

Həyatım gül açıb qəlbim düzəli.

Könüllər bağının tərlanı mənəm,

Nazınnan dur otur, a telli sənəm,

Hər gündə yanına gəlib gedənəm,

Deyirəm qarşında sözün əzəli.

233

Bu Xalıqverdinin çox olar dərdi,

Yaranmış hər nə var gəldi gedərdi,

Qovma dərgahından vəfalı mərdi,

Mən qoşum şəninə seir, qəzəli.

YARALAR

Aşıq qardaş sızıldaşır,

Söz çaldıqca hər yaralar.

Şirin danış nağılları,

Deyək dərdi al, yar, al, ar.

Yar al arı de yananda,

Əsli tək alış yan, anda,

Ya əslində qan ya, nanda,

Yığılar gələr yaral, ar.

Yaral arın tən nəzildi,

Dərdin aşdı sən nəzil di.

Xalıqverdi, sar nə zildi,

Yar dərdini yar-yar, alar.

CIĞALI TƏCNIS

Bir namə yaz əllərinlə,

Qoy yetişsin yara, bülbül.

Yetiş yara,

Könül yara.

Təbib odur,

Səni yara.

Sanki vurdun əllərinlə,

Getmir həmin yara, bülbül.

Dərdim qəmim olub qala,

234

Qorxmuram ölüncə qala.

Aşıq qala,

Sən az qala.

Güldən əl çək,

Dolan qal, a.

Zər qənədi salma qala,

Namə yetir yara, bülbül.

Xalıqverdi bax ayada,

Su gəlsə batar ay ada.

Get ay ada,

İl ayada.

Sən layıqsan,

Xoş ay ada.

Uçmaq istəsən ayada,

Nöh asmanı yar a, bülbül.


MÜRƏBBEYI TƏCNIS

Aşıq gəldin meydanıma,

Aşıqlıqdı deyək başdan,

Çalaq sazı el dinləsin,

Qurumasın bulax başdan.

Hər təcnisin başa çatır,

Misrasında əsər yatır,

Namərd olan ara qatır,

Axır boşdu olar başdan.

Xalıqverdi meydan açar,

Günəş kimi şölə saçar,

Qartal gəlsə yana qaçar,

Şahin vurub salar başdan.

ÜZƏ – ÜZƏ

235

Bir kamil qəvvassan eşqin gölündə,

Ətrafa nəzər sal, ay üzə-üzə.

Cəmalın görən tapar təsəlli,

Gözün günə bənzər ay üzə-üzə.

Yanıx kərəmini sazında çalsan,

Aşıq ki, deyilsən əhlihal çalsan.

Özün çalasısan qatığı çalsan,

Qoyubsan südünü ay üzə-üzə.

Ya vicdanam, ya qeyrətəm, ya nanam,

Xalıqverdi bilki deməz yan anam,

Gecə-gündüz həsrətindən yananam,

İxtilat edirsən ay üzə-üzə.

DODAQDƏYMƏZ

Ey nazənin, dəhanından çıxan nar,

Yandırdı cəsədi ay yana-yana.

Xəyal qəsd elədi narın içində,

Dedi keçirərsən a yana-yana.

Dil ləzzət çəkirdi səndə a dada,

Annayırsan yaxşı gəlir ad ada.

Qısqanc nakəs canı candan addada,

Qala hər iki can ay yana-yana.

Xalıqverdi çatsa həyat ağinə,

Zəncir nədi, kəndir nədi, ağinə,

Qırar eşq atəşi kəsər ağinə,

Sənlə kəşd eyləsək, a yana-yana.

SƏFXAN ABUZƏROĞLU

236

Səfxan Abuzəroğlu 1943-cü ildə Gədəbəy rayonunun

Qaradağ kəndində dünyaya göz açmışdır. Kimya elmləri

namizədi olmuşdur. S.Abuzəroğlu 1992-ci ildə Cəncə

şəhərində dünyasını dəyişmişdir.

HEY GEDƏR-GEDƏR

Ömür karvanını saxlamaq olmaz,

Bir an dayanmadan hey gedər-gedər.

Mən aşığam hey gedər,

Yol uzanar, hey gedər,

Qəm yüküm çoxalanda,

Güc azalar, hey gedər.

Ömür azdır, yük ağırdır, yol çətin,

Hər gələn əylənməz, hey gedər-gedər.

Dərdim çoxdur, işarədən qan, ana,

Dünyada rast gəlmir qanan qanana.

Mən aşığam qanana,

Canım qurban qanana,

Dərd yaman ağır olar,

Qanmaz gülsə qanana.

Bir hərcayı yara vursa qanana,

O, yara sağalmaz, hey gedər-gedər.

Səfxan, səni çəkdi dara bu dünya,

Vurdu yara üstdən yara bu dünya.

Mən aşığam bu dünya,

Sirlimidi bu dünya.

Cənnət ya cəhənnəmin,

Öz yeridi bu dünya.

Sürür karvanını hara bu dünya,

Mənzilinə çatmaz, hey gedər-gedər.

A QANA-QANA

237

Yağı düşmən vətənimə göz dikib,

Yenə yerikləyir a qana, qana.

Aşıq deyər ya qana,

Ya qanmaya, ya qana.

Vətən basılmaz olar,

Qıyar olsam ya qana.

Qolum güc alıbdı qoç Koroğludan,

Çəkərəm qılıncı ha qana-qana.

Bu dünyanın nemətindən qəmə bax,

Sinəm yaman dolub, dərdi-qəmə bax!

Aşıq deyər qəmə bax,

Qəmküsaram, qəmə bax!

Düşmənə bac vermərəm,

Əlimdədir qəmə, bax!

Heç vavxt qəm çəkmərəm vətən yolunda,

Sinəm sipər ola ha qana-qana.

Səfxan, zaman ötür, çəkmə dərinə,

Dərdi üzdən götür, çəkmə dərinə.

Mən aşiqəm dərinə,

Aşkar eylər dəri nə?

Bulaq başdan bulansa,

İşlər düşər dərinə.

Bircə diləyim var çərxi-fələkdən,

Heç zaman qatmasın ha qanı qana.

GÖZDƏ-GÖZDƏDIR

Daha dağdan aşıb ömür karvanım,

İndi son məqamı gözdə-gözdədir.

Bəxtimin gəmisi fırtınalarda,

Hələ də birtəhər üzhaüzdədir.

238

Qəlbim təmiz olub, amalım uca,

Daha vədə gəlib, olmuşam qoca,

Xəyalım üz tutub yola-yamaca,

Ötən günlərimi gəzhagəzdədir.

İstərəm ki, ürəkləri qazanam,

Mən deyəni deyə bilmir zamanam,

Ona görə dözmürəm ki, qananam,

Qanmazlarsa məni əzhaəzdədir.

Deyin, kimdir tutub qalan dünyanı?

Haqqı-ədaləti gəzirəm, hanı?

Hardadır gözləyən əhdi-peymanı?

Qeyrətin kökü də kəshakəsdədir.

A Səfxan, yaxşını-yamanı tanı,

Ayırd eylə, qanmayandan qananı.

Axtarmaqla insan oğlu insanı,

Elə bil urəyim bəshabəsdədir.

ÜMMANAM, AŞIQ

Hər xırda bazarda matah satmaram,

Mən coşqun dalğalı ümmanam, aşıq!

Qorxuzmayır məni həcvi-hədyanlar,

Çox dərin-dayazı qananam, aşıq!

Hamıya bəllidir elin adəti,

Uşaqkən sevmişik sazı-söhbəti,

Heç də sözə baxıb aldanma qəti,

Savaş meydanında tufanam, aşıq!

Gəl eşidək şirin sözü dəhanda,

239

Qoy şənlənsin ağsaqqal da, cavan da,

Xoşa gəlmir həqiqti yazanda,

Səfxanam, onunçün yamanam, aşıq!

XASAY QƏRVƏNDLI

Xasay Qərvəndli 1940-cı ildə Goranboyun Xanqərvənd

kəndində dünyaya gəlmişdir. Hələ məktəb illərindən

ədəbiyyata böyük həvəsi olmuşdur. Uzun illər Gəncədə

ədəbiyyat müəllimi işləmişdir.

Xasay Qərvəndli yaradıcılığı vətən sevgisi, təbiət

gözəlliklərinin təsviri kimi motivlərlə zəngindir.

DEYILMI

Dünyada barmağın beşi bir olmaz,

Biri uzun, biri gödək deyilmi?

Atanın üzünə ağ olan övlad,

Ağıldan, kəmaldan seyrək deyilmi.

Qovrulur ürəyim eşqin oduna,

Məhəbbət başıma çəkibdir xına.

Eşqin alovundan uzaq durana,

Kim deyər ağıllı, səfeh deyilmi?

Qərvəndli, Pəridən giley eyləmə,

Qovub ürəyindən onu teyləmə.

Başqası verdiyi gülü, iyləmə,

Ol yarın çöhrəsi çiçək deyilmi?

YALVARMA

240

İşin tərsə düşüb etsə tənəzzül,

Baş əyib namərdə ona yalvarma.

Bacar bir yolu seç həyatda doğru,

Nə iblisə, nə şeytana yalvarma.

Ovçu qan ağlayar ovu qaçanda,

Yaxşını-yamanı tanır bir anda.

Alışıb cəsədin eşqə yananda,

Bivəfadır, ol canana yalvarma.

Qəflət yuxusunda yatanlar da var,

Gövhəri metala qatanlar da var,

Yaxşını yamana satanlar da var,

Qədir bilməz ol nadana yalvarma.

Kim olub dünyanı beş əlli tutan,

Ya alim, ya dərviş, ya da ki, sültan.

Bir ip ki üzülür bir gün xudadan.

Nə həkimə, nə loğmana yalvarma.

Qərvəndli, hər sözün, sözlərin düzü,

Adam var söz desən, qızarmaz üzü,

Dəyməz beş qəpiyə, inan ki, özü,

Səni qoyar yana-yana, yalvarma.

AXIRDA

Ey könül, gəl uyma,fani dünyaya,

Əl-əlvan çiçək də solur axırda.

Bir namus, bir qeyrət, bir abır-həya,

Bir yaxşı, bir yaman, qalır axırda.

241

Eşqin söhbətini qaldırıb içən,

Yaxşını, yamanı bir anda seçən,

Hər günü min meydə, məzədə keçən,

Əbədi yuxuya dalır axırda.

Həyat süfrəsinə min dastan yazan,

Fitnələr törədib yerindən azan.

Hər yetən kimsəyə dar quyu qazan,

Torpağın qisməti olur axırda.

Varlı da, kasıb da pis gün görəndə,

Şah da, dilənçi də atlas geyəndə,

Qara da, çirkin də, düm ağ bədən də,

Məzara yolunu salır axırda.

Bir gözəl nemətdir gənclik aləmi,

Silinmir gözünün heç getmir nəmi,

Unutma, ay Xasay, sən də o dəmi,

İlahi veribdir, alır axırda.

NƏ GÜNAH

Ürəkdən gəlməsə insana qeyrət,

Gözləri yumular, gözdə nə günah.

Abırdan, həyadan üz qızarmasa,

Nə desən danışar, üzdə nə günah.

Yarpaq da titrəyər əsəndə külək,

Qanqalı bəsləsən olarmı çiçək?

Bir şey ki, sevilib, sevilməyəcək,

Zinəti bez olsa, bezdə nə günah.

Nəsiyyət eşitməz kar olan qulaq,

Ulağı ha bəzə ulaqdır, ulaq.

Yüyürmək istəsə bir qıçı çolaq,

242

Büdrəyib yıxılsa, düzdə nə gunah.

Bu dünya çox görüb sonsuz ərləri,

Kəllə çanağında qan içənləri,

Ay Xasay, olmasa sözün kəsəri,

Müəllif söyülər, sözdə nə günah.

ÖZ SƏFASI VAR

Gəl tərif eyləmə çox şəhərləri,

Bu qədim Gəncənin öz səfası var.

Məhsəti xanımın rübailəri,

Nizami «Xəmsə»li bir dünyası var.

Şah Abbas məscidi tarixi vüqar,

Çinarlar qoynunda tutubdu qərar.

Minarə gərdənin öpər buludlar,

Qoynunda Şəfinin söz butası var.

Gəzək Gülüstanı, enək Bağmana,

Tərtəmiz havası candır insana.

Qarşına çıxanda qız, gəlin, ana,

İstəsən qaymağı, süd, xaması var.

Gəl, Yeni Gəncənin gəzək bağını,

Ataq üzümüzdən qəm duvağını,

Görək ürəklərin odlu çağını,

Gəncənin Gəncə tək gənc balası var.

Yorulsan Göy göldə get al dincini,

Çalış ki, itirmə bu sevincini.

Hər kimsə görməsə belə incini,

Deməsin nə eli, nə obası var.

Çəkmə gözlərinə yuxudan pərdə,

243

Otu da, məlhəmdir ağrıya, dərdə,

Gəncədə gördüyün abidələrdə,

Babamız Qorqudun saz havası var.

Tarixi varaqla, bir götür ibrət,

Oğlunda hünər var, qızında qeyrət.

Kərəmi odlara salan məhəbbət,

Ziyadın dilində min nəvası var.

Gəl Gəncə çayına yaxşı sal nəzər,

Torpağı daşları şerlə bəzər.

Xasay Qərvəndlini axtarsan əgər,

Gəncədə xoş günü, xoş sədası var.

MƏSIM AXUNDOV

Məsim Hüseyn oğlu Axundov 1943-cü ildə Qazağın

Eynallı kəndində anadan olmuşdur. H.Zərdabi adına GDPİ-ni

(indiki Gəncə Dövlət Universiteti) bitirmişdir. Hazırda Gəncə

şəhərində müəllim işləyir.

QIRIŞMAL

Nəvəmə

Bu belə balaymış, a Tanrı saxla!

Saat beş olmamış durdu, qırışmal,

Nə ata, nə ana vecinə deyil,

Yemək hazırdırmı sordu qırışmal.

Ac olsa hay-küyü yüksələr göyə,

244

Kiminə kəc baxar, kimini söyə,

Ağlayar, qışqırar, ya basar küyə,

Elə bil, düzəldib ordu, qırışmal.

Nənəsi yorulub usandı, bunun,

Babası təngiyib uzandı, bunun,

Yaşıdları bilib, utandı bunun,

Atanı-ananı yordu qırışmal.

Çörəyini verin, suyunu verin,

Qarnını tox edin, isticə yerin,

Nə olsa, ayağı altına sərin,

Bəlkə abad edə yurdu, qırışmal!

HÜSEYNIN MAHNILARI

Bir bibim var qənd kimi,

Olub mənə bənd kimi,

Deyir ki, eşqi mənəm,

Ömür günəşi mənəm.

Qolum-qanadım deyir,

Mənə həyatım deyir.

Kəlməsi-sözü mənəm,

Elə bil özü mənəm.

Çoxu mənə can deyir,

Sənə can qurban deyir.

Ürəyimə yayılır ...

Bibi «canı» ayrıdır.

Gül bibim, şəkər bibim,

Qaydımı çəkər bibim.

Noğul tökər cibimə,

245

Mən borcluyam bibimə.

***

Mən sevirəm xalamı,

Hər dərdimə qalanı.

Xalamın özü mənəm,

Kəlməsi, sözü mənəm.

Yeməz, yedirər mənə,

Tapar gətirər mənə.

Sevər əzizlər məni,

Quş kimi bəslər məni.

Hər nə deyəm «can» deyər,

Anla, düşün, qan deyər.

Nə edim, nə söyləyim,

Deməyə gəlməz dilim.

İnciməsin qoy nənəm,

Xalamın canı mənəm.

Baldır, suya qatılmaz,

Belə xala tapılmaz.

***

Mənim bir nənəm də var,

Onda min aləm də var.

Hava nənədir adı,

Mənəm ağzının dadı.

Məni çox əzizləyir,

Sərçə kimi izləyir.

Gah mənə konfet verir,

Qəlbindən süfrə sərir.

Çalışır ki, çox yeyəm,

246

Gül kimi təmiz geyəm.

Banan alıb o, soyur,

Mən yeyirəm, o doyur ...

Mən də bir qarınqulu,

Istərəm qarın dolu.

Yesəm keyfim saz olar,

Belə nənə az olar.

TAYINI ITIRMIŞ TURACIN

MAHNISI

Qartala bax, qartala!

Zirvədə qurmuş qala.

Qartala bax, qartala!

Çıxarıb bircə bala.

Ov ovlayır, yemləyir,

Balasını şənləyir,

Qartala bax, qartala,

Zirvədə qurmuş qala,

Turacı gördü dərhal,

Bir qıyya vurdu dərhal.

Qopararaq tozanaq,

Caynağına aldı, bax.

Yuvasına baş aldı ...

Bir turac da azaldı.

Ata turac tək qaldı,

Dərdini dilə saldı:

Bir gözəl tayım vardı,

Şovq ilə oxuyardı.

Şən keçərdi günlərim,

Toylarım, düyünlərim ...

İndi sən bir mənə bax,

Titrəyirəm qorxaraq.

247

Əsirəm mən qorxudan,

Qəmdir məni oxudan,

Qəmdir məni oxudan.

Dimdiyimdən qan damar,

Bir qartal şığıdı bax!

Qopacaqdı tozanaq.

Apardı turacımı,

Mənim ömür tacımı!

Mənim ömür payımı!

Tüklərini diddi bax!

Gör mənə nə etdi bax!

Ağlayıram mən indi,

Bala qartal sevindi.

O ət yedi, qan daddı,

Dimdiyindən qan damdı.

Getdi dövlətim-varım.

İndi kimə yalvarım?

İtirmişəm başımı,

Axıdıram yaşımı.

Tək qalmışam indi mən,

Yoxudur məni dindirən.

Bir həmdəm tapa bilsəm,

Bir yuva qura bilsəm.

Qəm mahnısı oxudum,

Sözdən çələng toxudum.

Nə qorxulu yuxudu?!

AŞIQ ƏLƏSGƏRƏ

Nə qədər aşığın ustadı oldun,

Gün kimi şəfəqə boyan, Ələsgər!

Gül kimi bir şair olduğu yerdə!

Öz adını aşıq qoyan Ələsgər.

248

Haqqın biləkləri bükülən yerdə,

Doğruluq libası sökülən yerdə,

Başına simuzər tökülən yerdə,

Nalədən, fəryaddan doğan Ələsgər.

Telli saz titrədi, tərpəndi, dindi,

Qəlbim bir azacıq qızdı, isindi.

Göyçən od tutubdu, alışıb, indi,

Bir deyən yoxdu ki, oyan Ələsgər!

BABƏKDI O

Düşməni izləyən, yağını güdən,

Bir əsri titrədən, eli fəth edən,

Pələng tək, düşmənin bağrını didən,

Alov dolu şimşəkdi o!

Babəkdi o!

Vətən üçün öz canından keçəndə,

Hünərlilər, qəhrəmanlar içində,

Mərd olmazdı bu boyda, bu biçimdə,

Həmişə tər çiçəkdi o!

Babəkdi o!

Ürəyiydi əlindəki, şimşəkləri yazandı,

Haqsızları, zalimləri qırandı,

Yeni aləm, yeni dünya qurandı,

Xalqım üçün örnəkdi o!

Babəkdi o!


Düşməni izləyən, yağını güdən

Bir əsri titrədən, eli fəth edən

Pələng tək, düşmənin bağrını didən

Alov dolu şimşəkdi o!

Babəkdi o!

249

BÜLBÜL

Vətən bağı yada qalıb,

Var içində xarı bülbül.

Bu xar o xarıdan deyil,

Var atəşi, narı, bülbül.

Yatıb Koroğlu, Nəbisi,

Od tutub yanır zəmisi.

Aşkara batır gəmisi,

Ha inildə, zarı bülbül.

Qarabağın düzü qalıb,

Düzündə qan izi qalıb,

Parçalanmış quzu qalıb,

Nisgil ələ, qarı bülbül.

Xanın səsi gəlmir daha,

Bülbül bəhsi gəlmir daha,

Doğma kəsi gəlmir daha,

Talanıbdır varı, bülbül.

DÜNYA

Dəli könül, sonsuzdan nə umursan,

Bu belə dünyadır, bu belə dünya.

Soran yoxdur, bayquşsan, ya hümasan,

Qərq edər tufana, ya selə dünya,

Bu belə dünyadır, bu belə dünya!

Atlını endirər, möhtac şah olar,

Gah «olmaz!» söyləyər, deyər gah «olar!»

Gəlib getməyindən kim agah olar?

Görünməz bir gözdən yaş silə, dünya,

Bu belə dünyadır, bu belə dünya!

250

Ad alan alimlər köç edər naşı,

Zəhərdir cövhəri, acıdır aşı.

Çərxi hey fırlanar, bilinməz yaşı,

Xəzinə bəxş edər cahilə dünya,

Bu belə dünyadır, bu belə dünya!

XALQ

Təlaş etmə, gəl ələ al qılıncı,

Özünə gəl, sızıldama, ulu xalq!

İgidlərə hünər verər sevinci,

Hünər ilə, zəfər ilə dolu xalq.

Bəsdir ki, sən qadın kimi bəzəndin,

Qılınc əldə, at belində! – O, səndin!

Neçə xalqlar hünərinə güvəndi ...

İndi necə? Azmısanmı yolu, xalq?

Atəş ilə ovut qanlı yağını,

Viranə qoy, baxçasını, bağını.

Anlat ona, nədir, ovlad dağını,

Qələbənin bel sütunu, qolu xalq,

Hünər ilə, zəfər ilə dolu xalq!

MAT QALMIŞAM ...

Mat qalmışam bu dünyanın işinə,

Məni əzizləyir qəmin içində,

Əkin yeri də var, toxumum da var,

Çürüyür, ay qardaş, dəmin içində.

Arzular ardınca qaçardım mən ki,

Quş kimi göylərə uçardım mən ki,

Səadət mələyin qucardım mən ki,

Belim çiynimdədir, zəmin içində!

251

Mürşüdüm öyrətdi hər bir sənəti,

Yedirib içirdi hər bir neməti.

Kainat sirri var, aləm sərvəti,

Bir bilən olmadı mənim içimdə!

Bu quru sinəmdə, gör, nələr vardı,

Yaxın da, uzaq da töhfə tapardı.

Hansı bir uğursuz aldı, apardı,

Talandı, dağıldı, sinim içində !

MƏNƏ

Butalıdır, fərman oldu, gəl, gedək!

Gedəsiyəm, gəl, söyləmə, qal, mənə!

Xoş günlərdi, dedik, güldük, sevindik,

Daha demə, nəğmə oxu, çal, mənə!

Getdi sevinc, qonaq gəlir qəmimiz,

Su olmadı, quruyubdur zəmimiz.

Bir ilğım tək, batır sınıq gəmimiz,

Kömək etməz, qayıq mənə, sal mənə.

Mən gördüyüm çörəyi yox, sacıdı,

Bəxt təxtinə yağış dəydi, qacıdı.

Bu fələkdən ağzım elə acıdı,

Şirin olmaz, versən şəkər, bal mənə!

BILMƏDIM

Nə qədər dünyada ər kişilər var,

«Nər» deyib, birini öyə bilmədim!

Namusu, qeyrəti arı satanın,

Birisinə adam deyə bilmədim.

252

Bir oba var qalıb, tökülüb gözü,

Özgəyə don biçir, çılpaqdı özü.

Əynimizdə paltar yandırır bizi,

Çıxara bilmədim, geyə bilmədim.

Bir «sus» deyən yoxdur söyə bilənə,

«Dur» deyən tapılmır, döyə bilənə,

«Bu dünya quyruqdur yeyə bilənə»,

Nə edim, ay qardaş, yeyə bilmədim!

NƏĞMƏ ÜÇÜN

Nəğmə üçün doğulmuşam, dünyada,

İnci düzmək sənətimdir, peşəmdir.

Öz dərdimi demərəm mən hər yada,

Qəlbim mənim bir sehirli şüşəmdir.

Can verərəm, qəlbi dərdli olana,

Nifrətim var şərə, pisə yalana.

Həsədim yox saraylarda, qalana,

Kaman mənim, gül-çiçəkli guşəmdir.

Nə lazımdır mən var-dövlət arayım,

Arzum budur öz xalqıma yarayım.

Başımdadır əqlim kimi sarayım,

Əlimdəki qələmim də tişəmdir.

253

ADIL CAVAN

Əliyev Adil Məmməd oğlu (Adil Cavan) 1947-ci ildə

Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan

olmuşdur.

Vətənə məhəbbət, torpağa, yurda bağlılıq Adil Cavan

yaradıcılığında əsas mövzulardan biri kimi diqqəti cəlb edir.

Adil Cavan 2004-cü ildə vəfat etmişdir.

VURĞUNUM

Qoca qartal söz mülkünə sığal çək,

Sən zirvəsən, zirvələrdə dolan, sək,

Nə şirinsən Vaqifimin şeri tək.

İlhamına bir qanad tax, Vurğunum,

Kəpəz dağdan Göy-gölə bax, Vurğunum.

Qüdrətinə səcdə qılır dağ-dərə,

Söz bağından aləm gələ gül dərə,

Bir rübabsan, nəğmən çatır göylərə.

Ana dilin söz vurğunu Vurğunum,

Ellərimin öz vurğunu Vurğunum.

Doğma yurdun baharısan, yazısan,

Vətənimdə silinməz bir yazısan,

Zil kökdəsən, Qorqudumun sazısan.

Vurğun olmaq deyil asan Vurğunum,

Şah pərdədə bir havasan Vurğunum.

BAHAR

Bahar küləyimin qanadlarında,

Ana vətənimə müjdələr gəlir.

Köhnə ağacların budaqlarında,

Xanəndə quşların səsi yüksəlir.

254

Şehli çəmənlərdən lalə, qərənfil,

Utana-utana çıxırlar düzə.

Qışa acıq gəlsin deyə elə bil,

Körpə quzular da yayılır düzə.

Çalmalı dağlardan əridikcə qar,

Sular köpüklənib çöllərə gəldi.

Qopub elə bil ki, təqvimdən bahar,

Əziz qonaq kimi ellərə gəldi.

BAĞLAYASIYAM

Məni qanadına alan qəm atı,

Gəzdirər dünyanı, eli-elatı,

Eşitsən Laçında nazik bayatı,

Dindirmə, kövrəlib, ağlayasıyam.

Bu odlar yurdunda oddan qor alıb,

Babəklər nəslindən qol-qanad alıb,

Yolumu ellərin qəlbində salıb,

Gur şəlalə kimi çağlayasıyam.

Nə yaman bəd gəldi Şuşanın yazı,

Atam bu yerlərdən getdi tamarzı.

Yaralı qəlbimə dərdli Arazı

Məlhəm tək sarıyıb bağlayasıyam.

Hər kimdə vardısa kişi qeyrəti,

Dar gündə dostuna tor qurmaz qəti,

Adilə yad olan kini-nifrəti,

Kədəri sevinclə dağlayasıyam.

255

SAZ

Tellərinlə sözlərimə sığal ver,

Sözüm yatmaz indən belə tara, saz.

Dədə Əmrah bizi sənə tapşırıb,

İnsaf eylə, çəkmə məni dara, saz.

Əl gəzməsə, pərdələrin pas tutar,

Sərrafların qan ağlayar, yas tutar.

Öləsiyəm, öldür məni as, qurtar,

Mən ağa bükülüm, sən də nura saz.

Bir qız gördüm: Əsli boyda, biçimdə,

Tufan qopdu, şimşək çaxdı içimdə,

Bu çovğunda bu çiskində, bu çəndə,

Necə çatım Ərzuruma yara, saz?

Dərd əhliyəm, ürəyimdə yaram var,

Adil Cavan, hara gedim, haram var?

Bu yaradan sağalmağa qaram var,

Təbibim ol, ürəyimi yar, a saz!

SÜLEYMAN OSMANOĞLU KƏMƏRLI

Süleyman Osman oğlu Osmanzadə 1951-ci ildə Qazağın

Kəmərli kəndində dünyaya gəlmişdir. Qazax ədəbi mühiti

Süleyman Osmanoğlunun yaradıcılığına böyük təsir

göstərmişdir.

256

KƏMƏRLIDƏN

Başına mən dönüm, ay aşıq Cəlal,

Bir geniş hal-əhval yaz Kəmərlidən.

Həsrəti sinəmə yamanca dolub,

Soraq eşidirəm az Kəmərlidən.

Elə qənşərdədir çıx Kəməndə, bax,

Açılır sinəsi ay varax-varax,

Gəlir əsirlərdən sirli bir sorax,

Hikmət oxumurmu gör Kəmərlidən.

Süleyman, ümmandır eşqin, həvəsin,

Çatar qulaqlara məhəbbət səsin,

Deyirəm heç zaman ayrı düşməsin,

Nə Cəlal, nə də ki, saz Kəmərlidən.

OLUBDU

Daha dözəmmirəm, ay İsa müəllim,

Qəlbim dərd əlində talan olubdu,

Dünən zibillikdə sümsünən tula,

Bu gün vəzifədə kalan olubdu.

Nakişi xub bilir talamağı da,

Sulunu yenidən sulamağı da,

Qardaş, bacarmırdı ulamağı da,

İndi el havası çalan olbdu.

Yaman şirnikibdi bu tülkü pula,

Bezdirdi milləti lap yola-yola,

Haqqını bir istə, az qalır çala,

Şahmara dönübdü, ilan olubdu.

257

Əlinə xəlvətlik keçirən təki,

Deyir bircə mənəm bu dərədəki,

Rüşvət yalayır, ayə, bir də ki,

Oğraşlıq bunlara plan olubdu.

Süleyman bir sənə açır qəlbini,

Artır günü-gündən qəzəbi, kini,

Hərif bu qoşmamı oxuyan kimi,

Deyəcəkdi yazan filan olubdu.

MƏMIŞ ARZULU

Məmiş İsfəndiyar oğlu Quliyev 1955-ci ildə Tovuzun

Qovlar qəsəbəsində dünyaya gəlmişdir. Orta məktəbi

bitirdikdən sonra ali təhsil almaq istəmiş, lakin bu arzusuna

çatmamışdır. M.Quliyev «Arzulu» təxəllüslü şeirlər yazmışdır.

TORPAQ

Səndən sənə köçüm olsun,

Ayrılmır ki, can, a torpaq!

Təki sənə borcum olsun,

Nə alış, nə yan, a torpaq!

Göylərdəndi köynəyim də,

Yer məskənim, göy əynimdə.

Dünya olsa göynəyim də,

Sənsən şirin ana torpaq!

258

Yar sevmişəm, yar anmışam,

Ədalətə yaranmışam.

Mən ki, səndən yaranmışam,

Haqqın varsa dan, a torpaq!

YANIRAM

Həyat məni yandıranda yanmıram,

Gədə kişi sayılanda yanıram.

Daş üstündə daş qoymayan əlli il,

Altmışında ayılanda yanıram.

Gör neçəsi «dayı» tapdı, böyüdü,

Neçəsinin bar gətirdi söyüdü,

El içində bir alçağın öyüdü,

Dilə düşüb yayılanda yanıram.

Gör kimdədir, kimin bəxti, qisməti,

Quzğun ilə qurda verib fürsəti,

Süfrələrdə ceyran südü, quş əti,

Talan olub doyulanda yanıram.

Kim ucalır, kimlər kimə əyilir,

Kim qazanır, kimin varı yeyilir,

Kimə yaxşı, kimə yaman deyilir,

Dərd içində oyulanda yanıram.

Arzuluyam, dözəmmirəm bu dağa,

Bülbül olub, sar qonubdu budağa,

Dərdbilməzlər dərd gətirir torpağa,

Üzü yerə qoyulanda yanıram.

259

YAR ANAR

Y – hərfi üstündə gedən dodaqdəyməz təcnis

Yaxındırsa, yanandırsa yara yar,

Yar yaşadar, yara yanar, yar anar.

Yayılıdır, yanyanadır yara, yar,

Yanacaqdır yersiz yaxan yara nar.

Yar yaxşıdır yar yarını yarıda,

Yar, yarını yandırırsan yarı da.

Yar yananın yarsızı da, yarı da,

Yana-yana yetişdirər yara nar.

Arzuluyla yan, yanaşı yaşasa,

Yayındırar yarı yaşda yaş, əsa.

Yaxşıları yaxşılarla yaşasa,

Yaxşılardan yaxşıları yaranar.

YARANMIR

Dözəmmirəm, bu dərd məni ağrıdır,

Mən naşıyam, yoxsa məni yaranmı?

Sinəm üstdən baş qaldıran Ağrıdır,

Dərdim çoxdu, yoxsa sənin yaranmı?

Yollarımda çəpər qala, daş qala,

Od yanmır ki, ocağımda daş qala,

İstəyirsən ocağımda daş qala,

Mən neyləyim a yar, məni yar anmır.

Arzuluyam, etmək olar ömrü dən,

Ulduz olub, günəş olub ömrü dən,

Ucalsın bu torpaqda hər ömrü dən,

Axı, dünya elə belə yaranmır.

260

T Ə C N I S

QARA YAZ

Bir göz sönüb, bir göz gedib əlimdən,

Qışım qara geyib, yazım qara yaz.

Dərd içində tutanacaq əlim dən,

A taleyim, ağ günümü qara yaz.

Qurusa da bağımızdan yar, üzüm,

Dözəcəkdir fərağına yar, üzüm.

İstəsən ki, əlim səndən yar üzüm,

Uf demərəm dondursa da qar, ayaz.

Bu vətənin torpağı nə, daşı nə.

Talan deyil eldən-elə daşına.

Arzulu, yaz bir qiymətli daşına,

Deməyirəm ünvanımı qara yaz.

BƏSTI ƏLIBƏYLI

Bəsti Tağı qızı Nağıyeva 1959-cu ildə Tovuzun Əlibəyli

kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından bədii

yaradıcılıqla məşğul olmuşdur. «Tovuz» qəzeti redaksiyasında

çalışaraq mətbuatda da öz qələmini sınamışdır.

BAYATILAR

Eləmi dəyirmana,

Su gələr dəyirmana.

Canım məlhəm etdiyim,

Fırlanıb dəyir mana.

261

Eləmi qızıl güllər,

Bağ bəzər qızıl güllər.

Haradan nişan aldı,

Sinəni qızıl güllə?

Eləmi, a zamana

Oxu qoydun kamana,

Mərdi nişana qoyub,

Fürsət verdin yamana.

Əzizim mərdə sarı,

Alqışım mərdə sarı.

Əcəlin kamına at,

Kürəyim mərdə sarı.

QALASAN

Könlü sınıq, baxtı kəməm,

Qəmdən içmiş əhli dəməm,

Yolu bağlı uçuq küməm,

Məni qoynuna alasan.

Mənəm deyən canım igid,

Soyum igid, qanım igid,

Şəhidlərin qanın, igid,

Atlanasan, alasan.

Yağı, özün öymə belə,

Çox sinənə döymə belə,

Bəsti deyər, səni belə

Yaslana-yaslana qalasan.

262

BAŞINA DOLANDIR

Yuxu gördüm, dik atıldım, oyandım,

Savaş idi, yağı bağrı oyandım,

Ulu ruhlar dilə gəldi, oy, andım,

Dedi, qoru torpağını, amandır.

Gördüm Hatəm səxalının yeri nə,

Qarğa-quzğun sar üstünə yerinər,

Yük olmamış bir ulağa, yeri, nər,

Olacağa çarə yoxdur, olandır.

Yığval tən gətirdi bir şor çeşməyə,

Göz toplandı, əlac qaldı çeşməyə,

Elə təbib ola, yaram eşməyə,

Deyə, olum nədir, bu bir yalandır.

Əcəl girdabında qanın şırlanır,

Doğru işə duz qatırlar, şorlanır,

Bu xalq niyə xəlq olandan şərlənir?

De cavabın, al savabın, inandır.

Var-dövlətdən büründüyüm keçədi,

Sel qurşaqdan, çırman dizdən, keç, ə, di!

Yalvarışım bələn aşan köçədi,

Dön geriyə, məni başa dolandır.

263

KƏLMEYI – ŞƏHADƏT

Yığılıb cəm olmusuz,

Qətilgaha dolmusuz.

Gəlin deyək bir səslə:

La ilahə illəllah,

Mühəmməd Rəsulullah,

Əmir əl-mömininən,

Əliyyən vəliyyullah.

Bax bu isti havaya,

Biyət et Mustafaya.

Hörmət qoy Murtazaya,

Gəlin deyək bir səslə:

La ilahə illəllah,

Mühəmməd Rəsulullah,

Əmir əl-mömininən,

Əliyyən vəliyyullah.

Toy başlayıb Qasimə,

Həsən gəlir yasinə.

Bu qolsuz Abbasinə,

Gəlin deyək bir səslə:

La ilahə illəllah,

Mühəmməd Rəsulullah,

Əmir əl-mömininən,

Əliyyən vəliyyullah.

264

Salmayın Abbas qolun,

Kəsməyin Fərat yolun.

Zəhraya hörmət qoyun,

Gəlin deyək bir səslə:

La ilahə illəllah,

Mühəmməd Rəsulullah,

Əmir əl-mömininən,

Əliyyən vəliyyullah.

Edin hörmət Əkbərə,

Susuz əfşan peykərə,

Ey qayimi bir kərə,

Gəlin deyək bir səslə:

La ilahə illəllah,

Mühəmməd Rəsulullah,

Əmir əl-mömininən,

Əliyyən vəliyyullah.

Tökməyin siz nahaq qan,

Aldadır sizi şeytan.

Eşit, ey Əbu-Süfyan,

Gəlin deyək bir səslə:

La ilahə illəllah,

Mühəmməd Rəsulullah,

Əmir əl-mömininən,

Əliyyən vəliyyullah.

265

IBRƏTNAMƏLƏR

ÇAĞIRIRAM, ALLAH SƏNI

Dağlar ilə, daşlar ilə,

O sehirli quşlar ilə,

Çağıraram, Allah səni!

Göy üzündə İsa ilə,

Tur dağında Musa ilə,

Əlindəki əsa ilə,

Çağıraram, Allah səni!

Yaman dərdli Eyyub ilə,

Gözü yaslı Yaqub ilə,

Peyğəmbər Məhəmməd ilə,

Çağıraram, Allah səni!

Şükür etdiyim Allah ilə,

Dilimdə qülhüvəllah ilə,

Daim zikr Allah ilə,

Çağıraram, Allah səni!

Dəryalardan yahu kimi,

Səhralardan mahu kimi,

Əvvəl olub ahu kimi,

Çağıraram, Allah səni!

Gördüm bu dünyanın halını,

Tərk eylədim qeyri-qanun ilə,

Başı açıq, ayaq yalın,

Çağıraram, Allah səni!

Mən oxuyuram dillər ilə,

O sevda bülbüllər ilə,

Haqqı sevən quşlar ilə,

Çağıraram, Allah səni!

266

NƏDIR

Başındakı nədir? – Tacı-dövlət.

Qarşındakı nədir? – Qələmi-qüdrət.

Gözündəki nədir? – Nuri-Məhəmməd.

Alınındakı nədir? - Möhüri-qüdrət.

Burnundakı nədir? – Cümleyi-Cənnət.

Qarşındakı nədir? – Qurani-Kərim.

Qulağındakı nədir? - Qurani-tilavət.

Dilindəki nədir? - Kəlmeyi-şəhadət.

Üzündəki nədir ? - Pərdeyi-ismət.

Sinəndəki nədir? - Elmə-məhəbbət.

Əlindəki nədir? - Bərəkəti-nemət.

Qolundakı nədir? - Qüdrəti-qüvvət.

Qədəmindəki nədir? – Ziyarəti-Qiyamət.

Rəbbin kimdir? - Allahım!

Nəbin kimir? - Peyğəmbərim.

Dinin nədir? - İslam.

BU DÜNYA

Bu dünya vəfasız bir xanimandır,

Gələnlər yol gedir, bir karivandır.

Biri «qardaş» deyib ahəstə ağlar,

Biri «oğul» deyib sinəsin dağlar,

Biri «ana» deyib qaralar bağlar.

Bu dünya vəfasız bir xanimandır,

Gələnlər yol gedir, bir karivandır.

Ölüm evlər yıxıb, möhkəm binası,

Cavanlar öldürüb əldə xınası,

Cavan Qasimini ağlar anası.

267

Bu dünya vəfasız bir xanimandır,

Gələnlər yol gedir, bir karivandır.

Ölüm gül solduran badi-xəzandı,

Ürəkdəki arzuları pozandı,

Bütün diləkləri heçə yozandı.

Bu dünya vəfasız bir xanimandır,

Gələnlər yol gedir, bir karivandır.

Ölüm çox qaldırıb fəryadi – nalə,

Hüseynin Kərbəlasın bir salın yadə,

Ərənlər-bacılar eylədi nalə,

Bu dünya vəfasız bir xanimandır,

Gələnlər yol gedir, bir karivandır.

268

MƏRSIYƏLƏR VƏ QARA

LAYLALAR

ANA MƏRSIYƏSI

Kaş bu gün mənim anam olaydı,

Gözümün yaşını silən olaydı,

«Ağlama, can bala» deyən olaydı.

Kaş bu gün mənim anam olaydı,

Gözümün yaşını silən olaydı.

Əzizim ana, pənahım ana,

Ümidim ana, hər sözüm ana,

Dözərəm hər bir cəfana, ana.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

Ana kəlməsi şirindir, şirin,

Ana tikəsi ağzımda şirin,

Ana deməkdən yorulmaz dilim.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

Ana, başına qoy mən dolanım,

Sən yoxsan, meylimi kimə salım?

İyini sənin bəs kimdən alım?

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

269

Ana, sən mənim baş bəzəyimsən,

Ağzımda, ana, sən ləzzətimsən,

Ana, gəl, bu gün sən gərəyimsən.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

İndi, ay ana, indi neyləyim,

Yoxdu ki, anam, dərdimi deyim,

Demişdin, gəl bala, vəsiyyət edim.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

Ana, heç məni yoxlayan yoxdur,

Sınıq qəlbimi bir alan yoxdur,

Heç dərdimi bir bilən yoxdur.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

Dur, əziz anam, bir halallaşaq,

Gəl ana-bala bir qucaqlaşaq,

Oturub üzbəüz bir ağlaşaq.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

Anadan mənim əlim üzüldü,

Üzümə gözdən yaşlar süzüldü.

Anasız qalmaq vallah zülümdü.

Deyirəm bu gün anam olaydı,

Gözümün yaşını silən olaydı.

270

ZEYNƏBƏM, ZEYNƏB

Hər zaman söylər binəva Zeynəb:

Rəhm eylə, ey Şümür, Zeynəbəm, Zeynəb.

Car olubdur qanlı göz yaşım,

Macalım yoxdur, açıqdır başım,

Zülmlə öldü yeddi qardaşım,

Rəhm eylə, ey Şümür, Zeynəbəm, Zeynəb.

Uzaq ellərdə mən qərib oldum,

Qardaşım öldü, lap qərib oldum,

Şümürlər əlində mən zəlil oldum,

Rəhm eylə, ey Şümür, Zeynəbəm, Zeynəb.

Olubdur mənim başıma küllər,

Qətlə yetişib Qasımla Əkbər,

Qohum-qardaşım gediblər əsgər,

Rəhm eylə, ey Şümür, Zeynəbəm, Zeynəb.

Zülüm edib ləşkərin mənə,

Yanıbdı bu haldan əhli Mədinə,

Atasız qaldı nazlı Səkinə,

Rəhm eylə, ey Şümür, Zeynəbəm, Zeynəb.

BACIM ZEYNƏB

Ələ dəsmal alıb ağlar,

Yaralandım, bacım Zeynəb!

Özün gəl yaramı bağla,

Yaralandım, bacım Zeynəb!

271

Keçər ahım oxu daşdan,

Üzüldü qohum-qardaşdan.

Atam kimi mən də başdan,

Yaralandım, bacım Zeynəb!

Axar özbaşına qanım,

Dolubdu cismi giryanım.

Axır qanım, gedir canım,

Yaralandım, bacım Zeynəb!

Məni bir ovçu zar etdi,

Qəmli dərdə düçar etdi.

Vurub yıxdı, şikar etdi,

Yaralandım, bacım Zeynəb!

Peyğəmbər, gülşənin soldu,

Əmmamən qan ilə doldu.

Mənə ölmək yəqin oldu,

Yaralandım, bacım Zeynəb!

Oğul yox gəlsin ki, dadə,

Bu gündə yetişsin imdadə.

Xəbər ver tazə damadə,

Yaralandım, bacım Zeynəb!

Demə ki, sərraf bu kəsdi,

Əsiri-nəfsi ta kəsdi.

Qəbul olsa, bu söz bəsdi,

Yaralandım, bacım Zeynəb!

272

XANIM ZEYNƏBIN HÜSEYNƏ

ŞIKAYƏTI

Karvan gedir, mənzilimiz haradır?

Hüseyn yoxdu, Allah, üzüm qaradır,

Əkbərsiz ürəyim başı yaradır.

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

Abbasa söyləyin, halım yamandı,

Əsgərim oxlanıb, Allah, amandı,

Toyu yasə dönən Qasim cavandı.

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

Nə bəlalar çəkib mənim bu başım,

Əldən getdi Hüseyn kimi qardaşım,

Axır gözlərimdən qanlı göz yaşım.

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

Bir xəstə qız qoyub gəldin vətəndə,

Açılmamış gülüm soldu çəməndə,

Kaş Əkbərdən qabaq öləydim mən də.

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

Dedim: Qasimə toy edəm, görmədim,

Gəlin gətirib zülflərin hörmədim,

Niyə mən Əkbərdən qabaq ölmədim?

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

273

Gedin deyin, Mədinədən gələn var,

Ölüb Hüseyn, Qasim, Əkbər, Ələmdar,

Allah, heç yetim qalmasın balalar.

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

Belə toy qoy görməsin analar,

Barmağında qana dönüb hənalar,

Su deyib ağlayır körpə balalar.

Allah, bu dərdimi kimə deyim mən?

Dərmansız dərdimi kimə deyim mən?

ANAM ZƏHRA, AĞLA MƏNI

Peyğəmbərin haqq yolunda,

Babam Heydərin oğluyam.

Qoyma məni yalqız qalam,

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

Qandan alım mən dəstəmaz,

Arxam üstə qıldım namaz,

Mənim kimi ölən olmaz.

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

Alsa məni dizin üstə,

Layla çalsan sən ahəstə,

Rahat olar oğlun xəstə.

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

274

Başsız qaldım çuxur yerdə,

Anam dözməz belə dərdə,

Axtar məni bu çöllərdə.

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

Məni burda ağlayan yox,

Yasımızı saxlayan yox,

Gözlərimi bağlayan yox.

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

Yetim qoydun Səkinəni,

Yaman günə saldın məni,

Gəl bağışla sən Hüseyni.

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

Karvanlar düzəldi Şamə,

Xeymələr boyandı qanə,

Vəsiyyətim budur sənə:

Anam Zəhra, ağla məni,

Bacım Zeynəb, oxşa məni.

BACIM SƏKINƏ

Dərdimi açım sənə,

Gəl-gəl, bacım Səkinə!

Alışan çətin sönə,

Tez gəl, bacım Səkinə!

275

Səbir kasam dolubdu,

Anam saçın yolubdu,

Bir gör nələr olubdu,

Tez gəl, bacım Səkinə!

Gəl dolanım başına,

Qurbanam göz yaşına,

Bacınam, qardaşınam,

Tez gəl, bacım Səkinə!

Dərd üstə dərd qalandı,

Közümə köz calandı,

Gözüm alacalandı,

Tez gəl, bacım Səkinə!

Səs versənə səsimə,

Səs ver, bacım Səkinə!

Toxunnam sarı simə,

Tez gəl, bacım Səkinə!

Bir odlu ah çəkərəm,

Ulduzları tökərəm,

Yanmazmı Yanıq Kərəm,

Tez gəl, bacım Səkinə!

Sənə can-can deyərəm,

Alovdan don geyərəm,

Sən gəlməsən neylərəm,

Tez gəl, bacım Səkinə!

276

GƏL GETMƏ, ANA

Gəl, getmə, ana, dözə bilmirəm,

Əlimi səndən üzə bilmirəm,

Dərdim çoxdu, dözə bilmirəm.

Gül camalından doymaram, ana,

Səni getməyə qoymaram, ana.

Gəl, getmə, ana, müntəzir qallam,

Başıma, ana, qaralar sallam,

Nəşinin üstündə zülfümü yollam.

Gül camalından doymaram, ana,

Səni getməyə qoymaram, ana.

Ana, üzmərəm əl vüsalından,

Nəzər edərəm xətti-xalından,

İzin ver, öpüm gül camalından.

Gül camalından doymaram, ana,

Səni getməyə qoymaram, ana.

Bu yetim balan səni çox ağlar,

İlbəil sənin matəmin saxlar,

Umudunu Abbasa bağlar.

Gül camalından doymaram, ana,

Səni getməyə qoymaram, ana.

Kənizəm, sənə əza saxlaram,

Dərdimi deyib, özüm ağlaram,

Ürəyimdə mən yara bağlaram.

Gül camalından doymaram, ana,

Səni getməyə qoymaram, ana.

277

ƏLI KƏRBƏLAYA GƏLSIN

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

Hüseynim şəhid olubdur,

Əli Kərbəlaya gəlsin.

O qədər vurdular yarə,

Cismi oldu parə-parə,

Zeynəb qalıbdır avarə.

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

Kərbəlanın gülü solubdu,

Saralıb xəzəl olubdu,

Yeddi qardaşım şəhid olubdu.

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

Səkinəm su deyib ağlar,

Gülsüm sinəmi dağlar,

Əhli-beytin çox qan ağlar.

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

Leylanın gülü solubdu,

Əkbərim şəhid olubdu,

Gözləri qanla dolubdu.

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

Baba, xeymələr odlandı,

Əhli-beytin qolu bağlandı,

Əsirlər Şamə yollandı.

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

278

Öldü Əli Əkbərim,

Qasimi gül peykərim,

Doğrandı Əli Əsgərim.

Əli Kərbəlaya gəlsin,

Durmasın harayə gəlsin.

BIMAR SUQRA

Ey ali haşim,

Mənzilin mübarək!

Qohum-qardaşım,

Mənzilin mübarək!

Xatunu-qərib,

Banuyi-Əbəd,

Əmməm can Zeynəb,

Mənzilin mübarək!

Qeybi-xəzinə,

Mahi-Mədinə,

Bacım Səkinə,

Mənzilin mübarək!

Eylər bu qan-yaş,

Dərdi-dilim yaş,

Südəmər qardaş.

Mənzilin mübarək!

Dağıldı əsas,

Ey gülləri naz,

Əmican Abbas,

Mənzilin mübarək!

279

O zülfü-ənbər,

Sübhi-peyğəmbər,

Qardaşım Əkbər,

Mənzilin mübarək!

Getdi əsasım,

Artıbdı yasım,

Əmioğlu Qasim,

Mənzilin mübarək!

Ölər cavanlar,

Məlul cavanlar,

Ey saribanlar,

Mənzilin mübarək!

Bu zari-giryan,

Bimari-nalan,

Hamımız qurban,

Mənzilin mübarək!

LAY-LAY

Günüm gündən yaman oldu,

Gözüm yaşı rəvan oldu,

Gül tək üzüm qəmdən soldu.

Anam lay-lay, anam lay-lay,

Bizi dərdə salan lay-lay.

Fələk saldı məni dərdə,

Qərib oldum qərib eldə,

Bizi qoydun yaman yerdə.

Anam lay-lay, anam lay-lay,

Bizi dərdə salan lay-lay.

280

Özün çox ağladın, doydun,

Saraldın gül kimi soldun,

Ana, bizi ağlar qoydun.

Anam lay-lay, anam lay-lay,

Bizi dərdə salan lay-lay.

Bu şərbətdən içən ağlar,

Yetim dərdi çəkən ağlar,

Həsən ağlar, Hüseyn ağlar.

Anam lay-lay, anam lay-lay,

Bizi dərdə salan lay-lay.

Gülməz üzün, çəkdin zəhmət,

Məni yandırdı bu həsrət,

Dərdin verdi mənə möhnət.

Anam lay-lay, anam lay-lay,

Bizi dərdə salan lay-lay.

Fələk bizi ayrı saldı,

Məni dərdə, qəmə saldı,

Balaların yetim qaldı.

Anam lay-lay, anam lay-lay

Məni dərdə salan lay-lay.

Fələk saldı səni dərdə,

Bizi qoydun yaman gündə,

Cavan öldün qərib yerdə.

Anam lay-lay, anam lay-lay,

Məni dərdə salan lay-lay.

Bu şərbətdən içən ağlar,

Yetim dərdi çəkən ağlar,

Qızlar «ana» deyib ağlar.

Anam lay-lay, atam lay-lay,

Məni dərdə salan lay-lay.

281

ANA LAYLASI

Ey kaş anam gələydi,

Məni ölməmiş görəydi.

Alaydı başım qucağına,

Qibləyə döndərəydi.

Baş qoyaydım dizinə,

Baxaydım üz-gözünə.

Mən yazığın sözünə,

Qulaq asan gələydi.

Yaralandım başımdan,

Qan töküldü qaşımdan.

Bacımdan, qardaşımdan,

Kaş ki, anam gələydi.

Axır başımın qanı,

Düşmən kəsib hər yanı.

Çıxmamış oğul canı,

Ey kaş anam gələydi.

Çatdı şəhadət vaxtı,

Mənzilimiz uzaqdı.

Başım kəsilən vaxtı,

Ey kaş anam gələydi.

Məzlum gəlir fəqanə,

Millət qalır yanə-yanə.

Məni Hüseynə sadağə,

Qəbul edən gələydi.

282

ƏLI ƏSGƏR LAYLASI

Günüm gündən yaman oldu,

Gözüm yaşı rəvan oldu,

Gül rəngim zəfəran oldu.

Bala, lay-lay, Əli Əsgər,

Anan ölsün, Əli Əsgər.

Görərsən Zeynəbi zari,

Gedib yari-diləfqari,

Dəxi qoymadı qəmxari.

Bala, lay-lay, Əli Əsgər,

Anan ölsün, Əli Əsgər.

Ümidlər gözdən süzüldü,

Qanlı peykanlar düzüldü,

Əlim səndən də üzüldü.

Bala, lay-lay, Əli Əsgər,

Anan ölsün, Əli Əsgər.

Çağıraram Fatimə gəlsin,

Səni bu halilə görsün,

Südüm yoxdur, anan ölsün.

Bala, lay-lay, Əli Əsgər,

Anan ölsün, Əli Əsgər.

Yetibdi dərdi-qəm çağı,

Bu ləşkərlər bizə yağı,

Könlümdə Əkbərin dağı.

Bala, lay-lay, Əli Əsgər,

Anan ölsün, Əli Əsgər.

Natəvandır, dil şikəstə,

Günahı çox günah üstə,

283

Gəlib dərgahına xəstə.

Bala lay-lay Əli Əsgər,

Anan ölsün, Əli Əsgər.

Teşnə əsgərim, lay-lay,

Nazlı sərvərim lay-lay.

Bircə gəl qucağıma,

Doldu gözlərim, lay-lay.

Kərbəlada su yoxdur,

Möhnəti-qəmim çoxdur.

Süd yerinə qan içdin,

Daşdı qəmlərim lay-lay.

Ağla, bir deyim, can-can,

Bu anan sənə qurban.

Gəlmişəm uzaq yoldan,

Mehri, Əsgərim lay-lay.

Dolu düşər,

Qar yağar, dolu düşər.

Qəbrim yol üstə qazın,

Balamın yolu düşər.

FATIMƏM LAY-LAY

Peyğəmbərin nişanəsi,

Fatiməm lay-lay,

Kərbibəlanın anası,

Fatiməm lay-lay.

284

Bu gecə mövlan Əli,

Səsləyir Peyğəmbəri,

Necə gizli dəfn eyləyim,

Bu gecə Fatiməni.

Fatiməm lay-lay.

Sanki bir məzlum qərib,

Çağırır Peyğəmbəri.

Zeynəbin qəmli anası,

Fatiməm lay-lay.

Örtmə ana, gözlərini,

Sənsiz ana, dərdlərimi,

Mən kimə söyləyim.

Gecələr ağlaram mən,

Ey cismi zəlil ana,

Fatiməm lay-lay.

Zeynəbin ağlar, ana,

Dəfnin görməyəcək.

Balaların yazıq ana,

Sənsiz bəs neyləyəcək?

Zeynəbin uşaqdır, ana,

Kimə nə söyləyəcək.

Yetimlərin anası,

Fatiməm lay-lay.

Gecədə gizli sənin

Tabutun gedir, ana.

Balaların ağlayır,

Bizi tərk etdin, ana.

Bilmirəm babam səni,

Niyə bizdən ayırdı.

Gizli qəbir qazılan,

Fatiməm lay-lay.

285

Gülsümün qucaqlayıb,

Dərdlərini anlayıb.

Həsənin hər gün sənin,

Qəbrini soraqlayıb.

Hüseynim sanki səni,

Qəbirdən durub ağlayır.

Peyğəmbərin xanım qızı,

Fatiməm lay-lay.

Çağırırıq biz səni,

Dadımıza çatginən.

Şiyələrin pənahı,

Əlini gətirginən.

Zakirin səsinə anam,

Sən gəl səs verginən.

Həsən, Hüseyn anası,

Fatiməm lay-lay.

ŞAXSEY-VAXSEY

Gəldi haradan gəldi: şaxsey-vaxsey!

Göylü qaradan gəldi: şaxsey-vaxsey!

Göydə bulud yox idi: şaxsey-vaxsey!

Bu sel haradan gəldi: şaxsey-vaxsey!

Getdi günüm, ağlama: şaxsey-vaxsey!

Oldu zülm, ağlama: şaxsey-vaxsey!

Bir vədəsiz yel əsdi: şaxsey-vaxsey!

Tökdü gülüm, ağlama: şaxsey-vaxsey!

286

Bu gün getdim suya mən: şaxsey-vaxsey!

Sudan aldım dua mən: şaxsey-vaxsey!

Boynuna saldım kəfən: şaxsey-vaxsey!

Qana boyandı bədən: şaxsey-vaxsey!

Bülbülüm lal olubdu: şaxsey-vaxsey!

Gülüm abdal olubdur: şaxsey-vaxsey!

Hər günümüz ölümdür: şaxsey-vaxsey!

Bu gün bihal olubdur: şaxsey-vaxsey!

Uçdum, üçdum, bir də mən: şaxsey-vaxsey!

Düşdüm qəfil dərdə mən: şaxsey-vaxsey!

Vuranım güclü vurdu: şaxsey-vaxsey!

Necə yatım yerdə mən: şaxsey-vaxsey!

Bu dağın başına bax: şaxsey-vaxsey!

Bu qarın qışına bax: şaxsey-vaxsey!

Evi abad fələyin: şaxsey-vaxsey!

Tutduğu işinə bax: şaxsey-vaxsey!

Bülbüləm bağ içində: şaxsey-vaxsey!

Güləm, yarpaq içində: şaxsey-vaxsey!

Əlimə saz verdilər: şaxsey-vaxsey!

Köksüz, nasaz verdilər: şaxsey-vaxsey!

Getdim həkim yanına: şaxsey-vaxsey!

Dərmanı az verdilər: şaxsey-vaxsey!

Bağa gəlişim budur: şaxsey-vaxsey!

Gülü dərişim budur: şaxsey-vaxsey!

Yaylığım əlimdədir: şaxsey-vaxsey!

Ucları əlimdədir: şaxsey-vaxsey!

Məni asta yerə qoy: şaxsey-vaxsey!

Ürəyim vərəmlidir: şaxsey-vaxsey!

287

Mən aşiq Ərzuruma: şaxsey-vaxsey!

Ərzim var Ərzuruma: şaxsey-vaxsey!

İnsanı öldürməsən: şaxsey-vaxsey!

Dözərmiş hər zuluma: şaxsey-vaxsey!

Aşıq üzüm ağacı: şaxsey-vaxsey!

Üzüm düzüm ağacı: şaxsey-vaxsey!

Fələyə neyləmişdim: şaxsey-vaxsey!

Kəsdi bizim ağacı: şaxsey-vaxsey!

Eləmi bucağında: şaxsey-vaxsey!

Od yanar ocağında: şaxsey-vaxsey!

Baş qoyum dizin üstə: şaxsey-vaxsey!

Can verim qucağında: şaxsey-vaxsey!

Sal yanına üzünü: şaxsey-vaxsey!

Qoy deyim son sözümü: şaxsey-vaxsey!

Bacım burda olaydı: şaxsey-vaxsey!

Bağlayaydı gözümü: şaxsey-vaxsey!

288

Ağacda xəzəl ağlar,

Dibində gözəl ağlar.

Balası ölən ana,

Sərgərdan gəzər ağlar.

Əzrayıl dam üstədi,

Susadı, qan istədi.

Alma balam canını,

Balam muraz istədi.

Ay qardaş, gözüm qardaş,

Ağzımda sözüm qardaş.

Sən düşdüyün torpaqğa,

Qurbanam özüm, qardaş.

Əzizim tağım ağlar,

Basma, yarpağım ağlar.

Mən cavan, nakəm öldüm,

Qəbrim, torpağım ağlar.

Bu yolun karvanı yox,

Dəvənin sarvanı yox.

Yaram ölüm yarası,

Həkimim, dərmanım yox.

Alma versəm almazsan,

Sən almadan qalmazsan.

289

Hansı bağın gülüsən,

İylədikcə solmazsan!

Mən öldüm ağlamaqdan,

Bağa su bağlamaqdan.

Bağda yarpaq qalmadı,

Yarama bağlamaqdan.

Ay doğdu bizə düşdü,

Gün doğdü düzə düşdü.

Sən tək igid cavanlar,

Tezliklə gözə düşdü.

Altımda kilim yandı,

Od düşdü, kilim yandı.

Əziz bala deməkdən,

Ağzımda dilim yandı!

Eləmi gözəl ağlar,

Gözləri gözəl ağlar.

Məni yetir anama,

Gör neçə gözəl ağlar!

Analar yanar, ağlar,

Günləri sanar ağlar.

Dönər göy göyərçinə,

Yollara qonar ağlar!

Bir at mindim başı yox,

Bir çay keçdim daşı yox.

Burda bir qərib ölüb,

Yanında qardaşı yox.

290

Eləmi qar başdar,

Yağış kəsər, qar başdar.

Ölsə bacılar ölsün,

Heç ölməsin qardaşlar.

DUBEYT

Ey əzadarlar, qərib kimə deyərlər?

Ay dərdi olanlar,

Yana-yana ağlayanlar,

Məzlum kimə deyərlər?

Bu məclisə

Ağası İmam Hüseyn üçün

Gözləri dolanlar gəlsin!

Bu məclisə,

Vətənindən didərgin olanlar gəlsin!

Bu məclisə «ana, vay» deyib,

Xanım anası ölənlər gəlsin!

Bu məclisə,

Dünyadan doymamış

Balası ölən,

Cavan bala itirən analar gəlsin!

Bu məclisə,

Boynu buruq,

Atasız yetimlər gəlsin!

Heç bacılar, görməsin qardaş dağı,

Qardaşın bu halın.

Ey məclis əhli,

O Əlinin xanım qızı,

Başı bəlalı, qəlbi yaralı,

Könlü qaralı, ürəyi dağlı xanım Zeynəb,

291

Yeddi qardaşı ölən bacı,

Şamın xarabasında,

Əsirlər içində giryan qalaq,

Oğlanları ölən,

Cəlalı dağılan,

Xeyməsi yanan,

Qəribi-məzlum

Cənabi Zeynəb nə deyir?

Qəribi-mzlum o şəxsə deyilir ki, özü qərib,

Əhli-əyalı qərib, məzarı qərib olsun!

292

BU GECƏ

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Mən Səkinə yetimi

Şümrü əsir çəkdi gecə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Eşidib o halımı,

Zeynəb bibi ağlar o gecə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Bu gecə nə gecədi,

Şümrü əsir çəkdi bizi.

Öldürüb atamı,

Qoydu bu zülmətdə bizi.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Gör nə günlərə qalıb,

Atamın nazlı qızı.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

293

Əli Əkbər çağırıb,

Ağlayaram mən bu gecə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Anamı qoydu oğulsuz,

Başına saldı qara.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Od vurub xeymələrə,

Qalmışıq, qardaş, avarə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Bağlanıb qollarımız,

Dərdim olubdu dübarə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

«Əli Əkbər!» - deyibən,

Ağlaram mən bu gecə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Qəribəm, qardaş Əli,

Həsrətini çox çəkərəm.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Sübhədək ağlayaram,

Göz yaşımı mən tökərəm.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

294

Qollarım zəncirə bağlı,

Şamə əsir gedirəm.

Gəl yetiş dadıma, qardaş,

Susuzam mən bu gecə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Bu Şamın xarabasında,

Artıbdı dərdim-qəmim.

Qalmışam zilləti-darda,

Nə atam var, nə əmim.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Düşüb Əkbər yadıma,

Ey bibi can.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Bu qərib yerdə, bibi,

Gəl sənə bir vəsiyyət edim.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Körpəydim, canım bibi,

Qardaş toyunu görmədim.

Bağladı zəncirə qollarımı,

Bibi, nə edim?

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Mən Əli Əkbərimi,

Tapmasam ölləm bu gecə.

295

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Tapmışam qardaşımı,

Yer ilə yeksandı, bibi.

Bədəni yaralanıb,

Zülfü tamam qandı, bibi.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

YA HÜSEYN, VAY HÜSEYN

Azərbaycan Kərbiəlam,

Ya Hüseyn, vay Hüseyn!

Qarabağ Xeybər qalam,

Ya Hüseyn, vay Hüseyn!

Ağlayır anan Zəhra,

Ya Hüseyn, vay Hüseyn!

Günüm boyandı qara,

Ya Hüseyn, vay Hüseyn!

Gözüm yaşı dayanmaz,

Ya Hüseyn, vay Hüseyn!

Göydə fələk oyanmaz,

Ya Hüseyn, vay Hüseyn!

Köksümdən yaralandım,

Загрузка...