AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

GƏNCƏ REGİONAL ELMİ MƏRKƏZ

GƏNCƏ FOLKLORU

ANTOLOGIYASI

I

KİTAB

GƏNCƏ - 2003

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə

Regional Elmi Mərkəzin Elmi Şurasının qərarı ilə çap

olunur.

TƏRTIB EDƏNİ:

f.e.n . RUZIYƏ QULIYEVA

TOPLAYANLAR: f.e.n. RUZİYƏ QULİYEVA

f.e.n. SAHİB AXUNDOV

f.e.n. MAQBET ƏHMƏDOV

ZİYAD RƏHİMOV

REDAKTORU: k.e.d . FUAD ƏLIYEV

RƏSSAMI:

p.e.n. ŞAİQ MƏMMƏDOV

NƏŞRƏ MƏSUL:

RASİM TAĞIYEV

RƏYÇİ:

f.e.n. NƏZAKƏT ƏLİYEVA


Kitabın işıq üzü görməsində maddi və mənəvi dayaq olduğuna

görə Gəncə şəhər Nizami rayon Bələdiyyəsinə və bələdiyyə sədri FAİQ

ƏHMƏDOVA dərin minnətdarlığımızı bildiririk.

«Gəncə folkloru antologiyası», Gəncə Qeyrət

Nəşriyyat Poliqrafiya MMC, Gəncə 2003.

Gəncə Regional Elmi Mərkəzin nəşr etdirdiyi

«GƏNCƏ FOLKLORU ANTOLOGİYASI» kitabında

2

qədim Gəncənin misilsiz ilahi dəyərə malik folklor inciləri

toplanmışdır.

3

ЩИКМЯТ ДЯРЙАСЫ

ЫХ-ХЫЫ ясрлярдя игтисади

вя мядяни йцксялишинин ян

йцксяк зирвясиня чатмыш вя

интибащ дюврц йашамыш Эянъя

Азярбайъан ядябиййаты, тарихи

вя фолклорунун юйрянилмясиндя

мцстясна ящямиййят кясб едян

шящярдир. Тарихимизя эедян

йолун башланьыъы Эянъядян

кечир, тарихимизин ачары

Эянъядядир. Бу шящярин

тарихини юйрянмяк яслиндя

Азярбайъан


тарихини

юйрянмякдир.


Чцнки

мядяниййятимизин,

ядябиййатымызын кюкляри гядим

Эянъя торпаьындадыр.

Эянъянин салынма тарихи

вя формалашма дюврц щаггында

мянбялярдя


мцхтялиф

мцлащизяляр мювъуддур. Эянъя

Елм Мяркязинин мярщум

ямякдашы, тарих елмляри

намизяди


Ф.М.Ящмядовун

4

Əlverişli coğrafi-strateji mövqeyinə görə tez-tez düşmən

hücumlarına məruz qalan və dəhşətli müharibələr

meydanına çevrilən Gəncə dəfələrlə yerini dəyişmiş, 1122,

1139, 1235-ci il zəlzələləri nəticəsində yerlə yeksan

olmuşdur. 1231-ci ildə monqollar tərəfindən işğal olunan

şəhər 1235-ci il zəlzələsindən sonra bərpa olunmuş və

qismən də olsa əvvəlki mövqeyinə qayıda bilmişdir.

Gəncə tarixinin öyrənilməsində M.M.Altmanın,

arxeoloq İ.Cəfərzadənin və 80-ci illərin əvvəllərində Gəncə

arxeoloji ekspedisiyasına rəhbərlik etmiş R.Əhmədovun

xidmətlərini xüsusi qeyd etməliyik. 1988-ci ildə

R.Əhmədov Xanlar rayonunun Qarasaqqal kəndi

yaxınlığında antik və orta əsr istehkamlarının qalıqlarını

tapmışdır. Aparılmış arxeoloji qazıntılar nəticəsində qazıntı

sahəsindən eramızdan əvvəl I-eramızın I əsrinə aid edilən

maddi mədəniyyət nümunələri-kirəmit, yapma buğda təsviri

olan zoomorf qab qırıqları, muncuqlar, bilərziklər, süd qabı

aşkara çıxarılmışdır.

Qədim Gəncə abidələrindən danışarkən dərin

təəssüflə onlardan birinin adını çəkmək istəyirik. Bu da

Comərd Qəssab türbəsidir. Vaxtında qoruya bilmədiyimiz

unikal sənət əsərlərindən biri olan bu məqbərə Comərd

Qəssabın qəbri üzərində tikilmiş və XX əsrin 60-cı illərinə

qədər qədim Gəncə xarabalıqları yaxınlığında mövcud

olmuşdur. VII əsrdə inşa olunmuş bu müqəddəs ziyarətkah

qəsdən dağıdılmışdır. Lakin xalq bu gün də Comərd

Qəssaba öz qəlbində ucaltdığı abidəni qoruyub saxlayır və

onun xatirəsini əfsanələrdə, nağıllarda yaşadır. Onu da qeyd

edək ki, Comərd Qəssab abidəsi Gəncə memarlığı üçün

səciyyəvi sayılan günbəzli məqbərələrdən biridir.

Şahzadə İbrahim kompleksi Gəncə abidələrindən ən

önəmlisidir. El arasında Göy İmam adlanan bu məqbərə

740-741-ci illərdə beşinci şiə imamı Məhəmməd Bağır oğlu

İbrahimin qəbri üzərində ucaldılmışdır. Gəncə əhalisinin

5

müqəddəs ziyarətgahı və and yeri sayılan Göy İmam

məqbərəsi tez-tez təmir və bərpa olunduğundan Comərd

Qəssab türbəsindən fərqli olaraq günümüzə qədər ilkin

formasında gəlib çata bilmişdir.

Şəhər dəfələrlə köçürüldüyündən antik və orta əsrlər

Gəncəsi haqda bilgilər verən abidələr və maddi mədəniyyət

nümunəsi qalıqları köhnə şəhər yerindən aşkara

çıxarılmışdır.

Azərbaycan intibah mədəniyyəti və onun ölməz söz

ustaları Gəncə torpağında yetişmişdir. Ömər Gənci,

Əbülüla Gəncəvi, Qivami Mütərrizi Gəncəvi, Qətran

Təbrizi, Raziyə Gəncəvi, Salar qızı, Gavə qızı, Sitti qızı,

Gəncə Xətibinin qızı, Məhsəti Gəncəvi, Xaqani Şirvani,

Nizami Gəncəvi kimi dahi sənətkarların yaşayıb-yaratdığı

bu gözəl şəhər karvan yollarının üstündə yerləşirdi.

Unutmayaq ki, bu karvanların yükü təkcə ticarət məqsədilə

daşınan mallardan ibarət deyildi. Gəncə eyni zamanda

dünya mədəniyyətindən, elmindən xəbər verən yolların

kəsişmə nöqtəsi idi. Burada yaranan dahiyanə əsərlərdən

bütün dünya xəbər tutur, bəhrələnirdi. Eyni zamanda bütün

elmlərin açarı sayılan ən qiymətli kitablar, əlyazmalar

Gəncə kitabxanalarında saxlanılırdı. Nizami Gəncəvinin

həyatı ilə bağlı bir faktı tez-tez vurğulayırlar ki, Şeyx

Nizami heç vaxt Gəncədən kənara çıxmayıb. Əslində, bu

böyük şairin uzaq ölkələrə səyahətə çıxmağı o qədər də

vacib deyildi. Çünki o dövrdə dünya özü Gəncədən

keçirdi. Şərqlə Qərbi birləşdirən körpü idi bu şəhər. Ardı-

arası kəsilməyən karvanlarsa dünyanı gözəgörünməz

tellərlə bağlayan vasitə idi. Həmin bu tellər Gəncə

mədəniyyətini dünyaya çatdırır, dünya mədəniyyətindən

Gəncəni xəbərdar edirdi.

Məlumdur ki, Azərbaycan tarixində Gəncə qədər

yerini tez-tez dəyişən «sürüşkən» şəhərlər az tapılar.

Burada bir fakta xüsusi diqqət yetirməliyik: Gəncə yerini nə

6

qədər dəyişir-dəyişsin, heç vaxt çayın bir tərəfində

salınmayıb. Gəncə çayı həmişə şəhərin ortasından axıb və

karvanların keçib getməsi üçün bir neçə yerdən körpülər

salınıb. İndi də həmin körpülərdən bir qismi qalmaqdadır.

Bütün bunlar bir daha sübut edir ki, antik və orta əsrlər

Gəncəsi dünya mədəniyyəti tarixində bir növ körpü rolunu

oynayıb.

Ayrı-ayrı sənət növlərinin yüksək inkişaf etdiyi bu

şəhərdə Məhsəti Gəncəvi kimi böyük bir sənətkar şəhraşub,

yaxud şəhrəngiz adlanan rübai formalı zərif şerlərlə Gəncə

sənətkarlarını vəsf edib. Heç şübhəsiz ki, yalnız ticarətin,

şəhər həyatının təşəkkül tapdığı böyük şəhərlərdə

sənətkarlıq belə bir səviyyəyə çata bilərdi. Eyni sözləri

bazar folkloru haqqında da söyləmək mümkündür. Məs.

Çörəklə bağlı bir folklor nümunəsinə diqqət yetirək:


Yuxa – yolda yıxa,

Fətir – kəndə yetir,

Xamralı – xas,

Bağrına bas!

Göründüyü kimi, bu kiçik örnəkdə çörəyin üç

növünün adı çəkilir: yuxa, fətir, xamralı. Lakin Gəncədə

çörəyin başqa növləri də var: kömbə, səngək cad,

sacəppəyi, nazik və s. Buradan aydınca görünür ki, bu

şəhərdə hətta çörəyin özü bir neçə cür bişirilib. Təkcə bu

kiçik fakt Gəncənin inkişaf səviyyəsini aydın təsəvvür

etməyə kifayət edərdi.

Folklor örnəklərindən də göründüyü kimi Gəncə

iqtisadi zonası təbii bitki örtüyü ilə son dərəcə zəngindir.

Professor Ş.Əliyevin apardığı elmi araşdırmalar nəticəsində

məlum olmuşdur ki, yeni eradan əvvəl I və II minillikdə

burada çoxlu üzüm bağları və bostanlar olmuşdur. Aparılan

arxeoloji qazıntılar zamanı hələ tunc dövrünə aid qatlarda

7

mədəni bitkilərin bir qisminin (gilas, üzüm, gavalı, və s.)

toxumları tapılmışdır.

Bu ərazidə çoxlu yabanı meyvələrin (üzüm, alma,

armud, qoz, fısdıq, nar, gilas, zoğal, göyəm, əzgil və s.) və

yabanı tərəvəz bitkilərinin (şahtərə, şomu, əvəlik,

daşyarpızı, yemilik, qulançar, kök, kəvər, əməköməci,

unnuca, quzuqulağı, sirkən, qızıl pencər, qırxbuğum,

cincilim, pərpətöyün, cacıq, adi keşniş, təpə keşnişi və s.)

indi də bitməsi Gəncə florasının zənginliyini əyani şəkildə

əks etdirir. Dağlıq və dağətəyi yerləri bəzəyən gülxətmi,

böyürtkən, itburnu, yemişan, çobanyastığı, xınagülü,

qantəpər, qara yarpız kimi dərman bitkilərindən xalq

təbabətində bu gün də istifadə olunur.

Gəncəçay vadisi və ona yaxın olan ərazi təkcə bitki

örtüyü ilə deyil, eyni zamanda faunası ilə seçilir. Burada

ekoloji tarazlığı saxlamaq baxımından mühüm əhəmiyyət

kəsb edən bir çox nadir canlılar-tülkü, porsuq, ayı,

daşdələsi, meşə pişiyi, gəlincik, samur, vaşaq, təkə, cüyür,

Qafqaz maralı, hop-hop, bildirçin, meşə göyərçini, adi qur-

qur, cüllüt, çöl qağayısı, toğlugötürən, qara kərkəs, iri

yapalaq, bayquş, muymul, qara ağacdələn, sarıköynək,

meşə toyuğu, çil qaratoyuq və s. yaşayır. Onu da deyək ki,

bu heyvanların və quşların bir çoxlarının adlarına Gəncə

regionundan toplanmış folklor nümunələrində də rast

gəlirik.

Gəncə əsrlər boyu təkcə şəhər mənasında deyil, həm

də böyük bir inzibati-ərazi vahidi kimi anlaşılıb. Gəncəçay

vadisi hələ eramızdan əvvəl özünün təsərrüfat həyatı ilə

məşhurlaşmış, burada istehsal olunan məhsullar dünya

bazarlarına göndərilmiş və müxtəlif sərgilərdə nümayiş

etdirilmişdir. Maraqlı faktdır ki, XVIII əsrdə Gəncədə

becərilən Bəhrambəy üzümü Fransa sərgisinin qızıl

medalına layiq görülmüşdür.

8

Orta əsrlər Gəncəsində ticarət əlaqələrinin

genişlənməsi eyni zamanda şəhərin təsərrüfat həyatına da

öz təsirini göstərirdi. Bu ərazinin təbii iqlim şəraiti burada

bitən bir çox bitkilərin mədəni şəkildə becərilməsinə imkan

yaradırdı. Bütün dünyada boyaq vasitəsi kimi məşhur olan

boyaqotu Gəncənin Ziyadlı kəndində becərilmiş, böyük

boyaqotu plantasiyaları salınmışdır. Təkcə bir rəqəmi yada

salmaq kifayətdir: XVII əsrdə Gəncədə on iki min pud

boyaqotu istehsal olunub və dünya bazarlarına göndərilib.

Gəncə müalicəvi əhəmiyyətinə görə bənzəri olmayan

Naftalan nefti ilə də dünyada tanınmışdır. Hələ XVI-XVII

əsrlərdə Naftalan nefti bütün dünyada məşhur idi. Rus-

yapon müharibəsi zamanı yaralı əsgərlərin müalicəsində bu

neftdən istifadə olunmuşdur.

Tariximizə nəzər salsaq, bir faktı da xüsusi qeyd

etməliyik. Azərbaycan tarixinin şanlı səhifəsi olan

Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Gəncə

şəhəri olub. Dənizdə olduğu kimi şəhərlərin tarixində də

qabarmalar-çəkilmələr olur. XX əsrin ortalarında artıq

Gəncə özünün mərkəzi şəhər mövqeyini itirsə də mədəni

mərkəz rolunu saxlamaqdadır.

Gəncənin tarixi, etnoqrafiyası, folkloru barədə söhbət

açarkən bir mühüm cəhəti unutmamalıyıq. Bu şəhər milli

psixologiyamızı, adət-ənənələrimizi, xalq yaradıcılığını

öyrənmək baxımından təkrarolunmazdır, bənzərsizdir. Ona

görə də Gəncə folklorunun toplanması, yenidən xalqa

qaytarılması bütövlükdə Azərbaycan ədəbiyyatı, tarixi və

mədəniyyətinin araşdırılmasında müstəsna əhəmiyyətə

malik işlərdən sayılmalıdır.

«Gəncə folkloru antologiyası» şifahi xalq

ədəbiyyatının ən çox yayılmış janrlarını əhatə edir.

Kitabdakı bölmələr müəyyən ardıcıllıq və elmi tərtibat

prinsipləri əsasında düzülmüşdür. Topluya daxil edilən

nümunələrin böyük əksəriyyəti Gəncə regionuna məxsus

9

orijinal materiallar olduğuna görə həmin bölgənin milli

etnoqrafik xüsusiyyətlərini özündə əks etdirir. Onu da qeyd

edək ki, xalq dilinin şəhd-şəkərini yaşadan bir çox janrlara

aid materiallar ilk dəfədir ki, yazıya alınmış və kitaba daxil

edilmişdir. Lağlar, gileylər, tapşırmalar və s. bu

qəbildəndir.

«Əfsanələr, rəvayətlər və hədislər» adlanan

bölmədəki folklor örnəkləri içərisində Comərd Qəssabla

bağlı rəvayət xüsusilə diqqəti cəlb edir. Rəvayətdə gəncəli

Comərd Qəssabın adı müsəlman dünyasının ən müqəddəs

şəxsiyyətlərindən olan Əli ibn-Taliblə qoşa çəkilir.

Kitabdakı əfsanə və rəvayətlərin bir qismi dini obrazlarla

bağlıdır, bir qismi isə toponim əfsanələrdir.

Gəncə regionundan yazıya alınmış nağıllar orijinallığı

və özünəməxsusluğu ilə seçilir. «Comərd Qəssab» adlı

nağılda xalq sevimli qəhrəmanı Comərd Qəssabla Şah

Abbası qarşılaşdırır və burada da üstünlüyü Comərd

Qəssaba verir. Tarixilik baxımdan aralarında çox böyük

zaman məsafəsi olan bu iki şəxsiyyət nağıl obrazlarına

çevrilir.

«Gülməcələr» adlanan bölmədə incə yumoru ilə

seçilən və el müdrikliyinin ifadəsinə xidmət edən şifahi

xalq ədəbiyyatı inciləri toplanıb. Ayrım mahalı ilə bağlı

nümunələr həmin bölgənin ləhcəsində verilib.

Topluda «Bazar folkloru» adı altında xüsusi bir

bölmə də verilmişdir. Bu bölməyə daxil olan materiallar

sayca azlıq təşkil etsə də Gəncənin ticarət əlaqələrindən,

şəhər həyatından xəbər verən etnoqrafik dəlillər, faktlar

kimi çox dəyərlidir. Heç şübhəsiz ki, gələcəkdə bu

nümunələrin sayını artırmaq mümkündür.

Antologiyadakı uşaq folkloru örnəkləri də orijinallığı,

özünəməxsusluğu ilə seçilir. Zahirən mənasız görünən bu

nümunələr güclü məntiqi bağlılığa malikdir. Düzgülər,

oyun nəğmələri, dolamalar, yanıltmaclar gənc nəslin estetik

10

tərbiyəsində əvəzsiz rol oynayan folklor örnəkləridir. Bu

nümunələrdəki axıcılıq, lakoniklik, dinamizm, yığcamlıq,

ən başlıcası isə ahəngdarlıq onların tez əzbərlənməsinə və

uzun müddət yadda qalmasına kömək edən bədii

keyfiyyətlərdəndir. Eyni zamanda bunlar kainat

qanunlarının sadələşmiş şəklidir.

Nənələrimizin həsrətindən, niskilindən, göynəyindən

göyərmiş, sevincindən pərvazlaşmış, gül açmış kövrək

bayatılar Azərbaycanın hər yerində olduğu kimi Gəncədə

də geniş yayılmışdır. Bu bölgədən toplanmış bayatılar və

ağılar sisteminə salınmış və kitaba daxil edilmişdir.

Dərdini, sevincini, bayatı həzinliyi ilə dilə gətirməyi

bacaran bu xalq yaratdığı şerləri mahnıya çevirmiş, musiqi

dili ilə daha təsirli formada ifadə etmişdir. Həmin

nümunələri bütöv şəkildə olmasa da «Mahnılar» və «Mahnı

yarpaqları» başlığı altında topluya daxil etməyi

məqsədəuyğun saymışıq.

Materiallardan istifadə etməyi asanlaşdırmaq üçün

kitabın sonunda «Söyləyicilər haqqında məlumat»

verilmişdir.

Gəncə folkloru hikmət dəryasıdır. Bu dəryadan

çıxardığımız az-çox nə varsa, hamısı xalqın öz malıdır,

özünə qaytarırırq. Gəncəmizi kitabın növbəti cildini

hazırlamaq işində köməyə çağırırıq. Göstərilən hər cür

iradlar, tənqidi qeydlər üçün əvvəlcədən öz

minnətdarlığımızı bildiririk.

RUZIYƏ QULIYEVA

11

ALQIŞ VƏ DUALAR

Allah süfrəni açıq eləsin!

Allah köməyin olsun!

Ağgünlü olasan!

Allah qəfil xata-baladan saxlasın!

Allah gözünə işıq versin!

Allah əziz eləsin!

İman yiyəsi olasan!

Əlinnən verdiyin qabağına çıxsın!

Xoşxəbər olasan!

İşin irəli!

Cibin dolu olsun!

Üzün ağ olsun!

Səni görüm «neyləyim», «necə eləyim» deməyəsən!

Allah ruzunu başından töksün!

Qədəmin uğurlu olsun!

Bəxtindən yarıyasan!

Əllərin var olsun!

Əlin-qolun ağrımasın!

İstəyinə çatasan!

Allah şəfa versin!

Yastığın yüngül olsun!

Bala dağı görməyəsən!

Qonşuluqdan əksik olma!

Ümid yeri olasan!

Həmişə toylarda!

Şadlıqlarda görüşək!

Şadlıqda qal!

Evinə şadlıq apar!

Axır qəmin olsun!

Dörən-döşən pay götür!

Başın uca olsun!

12

Allah toy qismət eləsin!

Urzun başından yağsın!

Allah yaman gün verməsin!

Allah ömür versin!

Allah canını sağ eləsin!

Həmişə evində-eşiyində!

Hər səfərdən sağlıqnan!

Allah kölgəni üstümüzdən əksik eləməsin!

Ağgünlü, ağ yaylaqlı olasan!

Allah sənə bir şirin pay versin!

Allah səni göyərtsin!

Min budaq olasan!

Allah malına bərəkət versin!

Sözünün qabağında əzizin dursun!

Balalarından yarıyasan!

Allah əvəzini versin!

Allah özü qıymasın!

Balan sağ olsun!

Oğlun sağ olsun!

Toyunda xərcləyək!

Toyunu görək!

Allah sənə də gəlin qismət eləsin!

Nəvə-nəticəli olasan!

Səni görüm yüz yaşa!

Oğul-qız toyu görəsən!

Qapın həmişə xeyirliyə açılsın!

Bəxtin üzünə gülsün!

Bağlı qapın açılsın!

Ulduzları barışsın!

Qoşa qarısınlar!

Xoşbaxt olasan!

İşin avand olsun!

Allah bazar versin!

Allah uğur versin!

13

Uğruna xeyir!

Qazancın xeyirliyə qismət olsun!

Allah bədnəzərdən iraq eləsin!

Qonaq – qaralı olasan!

Allah amanında!

Gözün aydın olsun!

Aydınlıq içində olasan!

Muştuluğun borc olsun!

Yorulmayasan!

Sağ ol!

Allah balalarını gözünə çıraq eləsin!

Günün günündən xoş keçsin!

Allah yox yerdən ruzunu yetirsin!

Üzün ağ osun!

Qabağından duru sular axsın!

Xeyir qabağına çıxsın!

Axırın xeyir olsun!

Yaman gözdən iraq!

Sabahın xeyir!

Axşamın xeyir!

Gecən xeyrə qalsın!

Şirin yuxular görəsən!

İşığa söyləyirəm!

Suya söyləyirəm!

Qapına toylara gələk!

Allah səni heç kəsə möhtac eləməsin!

Xoş xəbərini eşidək!

Ayağın sayalı olsun!

Əməyin əlində qalmasın!

Süfrən dolu olsun!

Alnına gün doğsun!

Günün yağlı olsun!

Allah səni sevindirsin!

Allah qəbul eləsin!

14

Allah ovsanatdan çıxartmasın!

Allah ürəyinə görə versin!

Allah səni dar amanda qoymasın!

Allah dardan qurtarsın!

Güllü –çiçəkli olasan!

Allah başatan versin!

Əlində – ovcunda qalsın!

Yekə qız olsun!

Yekə oğlan olsun!

Allah özü xeyrə calasın!

Allah xeyrə döndərsin!

Allah səni anana başatan versin!

Yarıyanlardan olasan!

Allah bəxtini açsın!

Günün ağ olsun!

Neçə belə bayramlara çıxasan!

Ağzın şirin olsun!

Allah səni gülməkdə eləsin!

Oyunun olsun!

Toyunda oynayaq!

Əlinnən verdiyin balalarının qabağına çıxsın!

Allahın kərəmi uca olsun!

Qurbanın qoyun olsun!

Qayım-qədim olsun!

Adınnan yaşasın!

Sağlığına qismət!

Toylara geyəsən!

Ağız şirinliyinən!

Sağlıqnan işlədəsən!

Bayramın mübarək!

Qədəmlərin xeyirliyə açılsın!

Qədəmin mübarək!

Xoş günlərin olsun!

Allah hərənin gözünü öz ocağında eləsin!

15

Allah bədnəzərdən saxlasın!

Ananın südü kimi halalın olsun!

Ömrün uzun olsun!

Yolun yaxın olsun!

Bəxtinin çörəyini yeyəsən!

Üstündən acı yellər əsməsin!

Quzu kəsim!

Sinə dağı görməyəsən!

Allah yarıyanlardan eləsin!

Gözü dolusu görəsən!

Həmişə təmizlikdə!

Saatların olsun!

Pis gözdən iraq!

Dost deyən olsun!

Allah hoyuna yetsin!

Torpağı sanı yaşayasan!

Yığvalın yeyin olsun!

Bu dünyasından olub, o dünyasından olmasın!

Qəbri nurla dolsun!

Yurdu şen olsun!

Allah əlimizdən alıb, könlümüzdən də alsın!

Yeri behişt olsun!

Atan behiştlik!

Allah bu qapıya həmişə xeyir iş qismət eləsin!

Allah o günlərdən pay versin!

Qonşuluqdan əskik olmayasınız!

Qohumluqdan əskik olmayasınız!

Axırın durulsun!

Allah əziyyətini əlində qoymasın!

Allah səni namərdə möhtac etməsin!

Halal olsun səni doğan anaya!

Halal olsun sənə tərbiyə verənə!

Ustadına bərəkallah!

Allahın nəzəri üstündən əskik olmasın!

16

Allahın ətəyinə atıram!

Allah özü sənə yar olsun!

Oxun daşa dəyməsin!

Allah sözünü eşitsin, sən ki mənim sözümü eşitdin!

Allah hər kəsə öz qəlbinə görə versin!

Allah düşmənimi də çörəknən imtahan eləməsin!

Allah səni sındırmasın!

Səni görüm yeddi oğulnan bir süfrəyə əl uzadasan!

Payın çox olsun!

Allah qazananın canını sağ eləsin!

Sümüyün söyünsün!

Üzün gülsün!

Xətrin xoş olsun!

Halal süd əmənə rast gələsən!

Çanın cənnətdə!

Allah niyyətinə çatdırsın!

İman - Quran yiyəsi olasan!

Bir qoyub min götürəsən!

Elədiyin qabağına çıxsın !

Ayağın sayalı olsun!

Allah səni sayılıb-seçilənnərdən eləsin!

Allah atana rəhmət eləsin!

Nəfəsin üstümüzdən əksik olmasın!

Gözümə torpaq tökəsən!

Sənin çiynində gedim!

Allah səni Tur dağına döndərsin!

Allah ver deyincə versin!

Saqqalın ağarsın!

Səni qocalasan!

Allah ziyarətini qəbul eləsin!

Allah günaha yazmasın!

Allah özü qismət eləsin!

Qədirbilənə urcah ol!

Ağzın şirin dadsın!

17

Təzə nüyvərlərə çıxasan!

Allah mübarək eləsin!

Xoşxəbər olasan!

Yalandırsa, gerçək olsun!

Sağ əlin başıma!

Allah səni ananın gözünə çıraq eləsin!

Bir qoy, yüz götür!

Uğrun xeyir olsun!

Üstünə gün doğsun!

Allah bin-bərəkət versin!

Birin min olsun!

Allah səndən razı olsun!

Muraz-mətləbinə çat!

Həmişə xeyir tapasan!

Günün-baxtın dümağ olsun!

Hoy deyənin Allah hoyuna yetsin!

Allah iş onatdığı versin!

İşin onarsın!

Xeyir qabağına çıxsın!

Nəvə-nəticə yiyəsi olasan!

Nəvə – nəticə buyurasan!

Oğul-uşağın çəpər kimi dörd yanını bürüsün!

Allah səbr versin!

Allah özü səni sinsitməsin!

Səni Allah çox istəsin!

Allah səni şirin paynan söyündürsün!

Allah sənə bir könül oylağı versin!

Ağız şirinliyi, könül xoşluğuynan!

Xoş sədanı eşidək!

Ad alıb süfrə salasan!

Mərdlərə yoldaş olasan!

Ağgünlü, ağ döyranlı olasan!

Axırın gəlsin!

Axırından yarı!

18

Allah sənə bir hasand çörək qismət eləsin!

Allah nanəcibdən uzaq eləsin!

Təki dünyamız düzəlsin!

Allah cəmi darda qalanları dardan qurtarsın, içində də

bizi!

Borclunu borcdan qurtarıb, ahunu balasına yetirən Özü

köməyin olsun!

Səni Allahın ətəyinə atıram; Allahım özü qorusun!

Allah sənə minnətli çörək qismət eləməsin!

Allah cəmi yaratdıqlarını öz böyüklüyünə bağışlasın,

içində də bizi!

Verən Allahdı. Qeyb xəzinəsindən ruzumuzu Allah özü

versin!

Allah dinaz götürməsin!

Allah bizi də cərgələrə qatsın!

Gün o gün olsun ki, haqq öz yerini tapsın!

Allah haqqı nahaqqa möhtac eləməsin!

Allah bizi öz Allahlığına bağışlasın!

Allah bizi bir tikə çörəyə möhtac eləməsin!

Allah atanı oğula möhtac eləməsin!

Allah adamın ağlını əlindən almasın!

Allah adamın ağlını alınca, canını alsın!

Allah dualarımızı qəbul eləsin!

Allah günahımızdan keçsin!

Allah yenə bizi düz yola qaytarsın!

Allah hərənin öz payını özünə versin!

Allah hərənin qəlbinə görə versin!

Allah öz Allahlığına bağışlasın, bu qaranlığı üstümüzdən

götürsün!

Allah hamının qəlbinə xof salsın!

Hökm Allahındı. Bizi bu günümüzə bağışlasın! Öz

hökmünü göstərsin!

Allah bir də bizi əyməsin!

Getsin o günlər, bir də gəlməsin!

19

Allah qolunuza qüvvət versin!

Allah Özü qıymasın! Bir əyildik, bir də əyilməyək!

Allah görər gözümüzü, yeriyər qılçamızı, tutar əlimizi

əlimizdən almasın!

Allah Özü bu quyuda bizə işıq yolu versin!

Allah bizi bu zindandan qurtarsın!

Allah bizi bir də pərən-pərən salmasın!

Allah sözümüzü eşitsin!

Allah bizi xar eləməsin!

Bir tikə çörəyimiz ovsanata keçsin!

Qara daşa muraz verən Allah bizim də murazımızı

versin!

Yaman günlərimiz dalda qalsın!

Allah üstümüzdən acı yellər əsdirməsin!

Bir yandan bağlayan Allah bir yandan açsın!

Allah Öz böyüklüyünə bağışlasın, bizi bu qırx arşın

quyunun dibindən çıxartsın!

Allah yaxşıların hoyuna yetsin, çox biləni çox dərdə

salsın! Amin.

Allah başına ağıl versin!

Allah əməyini əlində qoymasın!

Allah mərdi namərdə möhtac eləməsin!

Allah sağ gözü sol gözə, sağ əli sol ələ möhtac eləməsin!

Allah sonku ayıbından saxlasın!

Allahın yazığı gəlsin!

Üz ətdəndi.

Böyük axmaq,

Balaca toxmaq.

20

QARĞIŞLAR

Axırın ələksatan axırına dönsün!

Çarxın dönsün!

Təpəndən yaloy çıxsın!

Ananın qarnı cırılaydı, səni doğduğu yerdə!

Sənə rast gəldiyin günə daş yağaydı!

Təpənə ildırım düşsün!

Dilin ağzında yansın!

Qaramatın qara başına,

Yetimlərini yığ başına!

Qapına qıfıl vurulsun!

Dəli dərdinə düşəsən!

Öz başını yesin!

Partdaman güclü gəlsin!

Partdamaya düşəsən!

Səni doğunca daş doğaydım!

Üzünün suyu tökülsün!

Şərə düşəsən!

Gözünə qara su ensin!

Səni heç yekəlməyəsən, elə o boyda qalasan!

Səni qara yer qucaqlasın!

Əndamına qurdlar yerisin!

Tufanan dağılsın!

Andıra qalasan!

Gözdən olasan!

Təpənnən vurul!

Qurdnan qiyamətə qalasan!

Ahım səni tutsun!

İdminnən vurul!

Niyyətin öz başında çatlasın!

Külün göyə sovrulsun!

Abrın tökülsün!

21

Murazın gözündə qalsın!

Quyulara düşəsən!

Ömrün boyu ələ baxasan!

Allah cavabını versin!

Axırın paxır olsun!

Allahın qəzəbinə gələsən!

Dilinə qarayara çıxsın!

Ağzını qara molla yumsun!

Ağzın zəhər dadsın!

Yurdunda keçi başı tutan qalmasın!

Günün göy əskiyə düyülsün!

Günün günündən qara gəlsin!

Allah lənət eləsin!

Qazancın qana dönsün!

Evin yıxılsın!

Çırağın keçsin!

Səni bedava dərdə düşəsən!

Əndamına piltələr qoyulsun!

Boğazına qarayara çıxsın!

Boğazına şiş batsın!

Yastığın ağır olsun!

Səni görüm ölməyəsən: yeddi il bir üzünün üstə yatasan,

yeddi il bir!

Şeytan olub divara yapışasan!

Qolların qurusun!

Dilin çürüsün!

Qanın daşlara dağılsın!

Qanın qotura dərman olsun!

Qanına bələn!

Anan səni ağlasın!

Meydini görüm!

Səni yanasan!

Allah səni əlimdən alsın!

Yarandığın günə peşman olasan!

22

Adın batsın!

Adın adlara qoyulsun!

Üzün heç ağ olmasın!

Üzün qara olsun!

Ömrün gödəlsin!

Allah başına mən ağırlıqda daş salsın!

Qolların yanına düşsün!

Ciyərin yansın!

Öləndə üstündə su tapılmasın!

Gora əliuzanıqlı gedəsən!

Əlin çörəyə çatmasın!

Bəxtin qara çalınsın!

Səni daşa dönəsən!

Çörək atlı olsun, sən piyada!

Allah sənə qotur versin, dırnaq verməsin!

Allah düşmənimi də sənə möhtac eləməsin!

Səni qanının içində oynayasan!

Yəhərin dönsün!

Yəhərin qanla dolsun!

Vayına oturum!

Meydini ağlıyım!

Belin sınsın düz ortadan!

Səni şil olasan!

Barmaqların topal olsun!

Barmağın qurusun!

Alnına gün doğmasın!

Yurdunda bayquşlar ulasın!

Yurdun itsin!

Səsin batsın!

Sinənə çalın-çarpaz dağ çəkilsin!

Xoş gün görməyəsən!

Görüb görəcəyin elə bu olsun!

Axır gedişin olsun!

Allah cəzanı versin!

23

Başına qara yaylıq salınsın!

İgid arxan yerdə qalsın!

İt əlindən əppək almasın!

İtnən bir qabda yal içəsən!

Qızıl gülləyə tuş gələsən!

Anan qanını yalasın!

Anan mələr qalsın!

Ağlar günə qalasan!

Üzünə daş yamansın!

Üzün batsın!

Üzünü mürdəşir yusun!

Yarımayasan!

Papağın boş qalsın!

Boyunu yerə soxum!

Boyuna boz ip ölçüm!

Gordan gora hoppanasan!

Allah səni həmişə mənə möhtac eləsin!

İmanına qorxaq tula bağlayım!

Gora imansız gedəsən!

Adın daşlara yazılsın!

Kökün kəsilsin!

Kökün qazınsın!

Toxumunuz Yer üzündən biryolluq kəsilsin!

İynən tikiş tutmasın!

Allah sənə umur ucu verməsin!

Niyyətin gözündə qalsın!

Gələnin qabağınnan baxasan, gedənin dalınnan!

Xudavəndi-aləm gözünü töksün!

Burnuna duzlu sular qoyulsun!

Ağrım ürəyinə!

Qadanı qara yer alsın!

Üzünü gor görsün!

Gözün tökülsün!

Vurğun vursun!

24

Heç eynin açılıb üzün gülməsin!

Barmağın xına tutmasın!

Səni yarımayasan!

Qucağın qundaq, ağzın quymaq tanımasın!

Əlin boş olsun, üzün qara!

Ağzın yaşmaq, ayağın başmaq görməsin!

Dilbilməz əlində qalasan!

Səni bimar qalasan!

Səni gözdən olasan!

Cibində siçanlar oynasın!

Bin-bərəkətin göyə çəkilsin!

Toyun vaya dönsün!

Ürəyinə güllə dəysin!

Qapın bağlı qalsın!

Qəfil bəlaya tuş gələsən!

Şərə düşəsən!

Özündən qıllısına rast gələsən!

Qulağın Quran səsi eşitməsin!

Yığvalın qara gəlsin!

Ağzından çıxan qoynuna dolsun!

Səni heç sağ olma!

Qarnında gora getsin!

Parça-parça olasan!

Heç ürəyin açılıb, üzün gülməsin!

Gözün əllərdə qalsın!

Külün göyə sovrulsun!

Kül başına!

Bala böyüdüb barını yeməyəsən!

Oğul toyu görməyəsən!

Heç bərəkallah almayasan!

Üzün gülüb, ürəyin açılmasın!

Bir yerdə oturub, min yerə qurd salasan!

Heç başın uca olmasın!

El içində xar olasan!

25

Allah dilini gödək eləsin!

Qarnına qara xamırrar bağlansın!

Mənim qara yaylığım sənin başına salınsın!

Gözün ovcuna qoyulsun!

Gorun çatlasın!

Qadam ağzına!

Yarımayasan!

Allahın ucuz ölümü yoxdu, öləsən!

Üzün tüpürcəkli olsun!

Səni sonsuz öləsən!

Evin başına uçsun!

Süysünündən vurul!

Bizə dəyənə Allah dəysin! Biz ki, heç kəsin toyuğuna kiş

demirik. Yatar oğlağına daş atmırıq.

Bayramın qara geysin!

Qan qusasan!

Səni görüm ər çörəyi yeməyəsən!

Mən görən gündən görəsən!

Günüm sənə borc olsun!

Al qanın göl olsun, göl qanın xırman!

Səni görüm yeddi qıznan bir süfrəyə əl uzadasan!

Əndamın iylənsin!

Sinənə Əli-Vəli dağı çəkilsin!

Gözünə tikan batsın!

Öləndə ağzına su tökən tapılmasın!

Səni səhərə sağ çıxmayasan!

Sənə and qənim olsun!

Əllərimin əməyi səni tutsun!

Havayı güllə bu üzündən girib, o üzündən çıxsın!

Səni görüm öz canının hayına qalasan!

Allah başını qatsın!

Allah səni mənə çox görsün!

Səni xain ilan vursun!

Allahdan istəmişəm, səni diri olasan, dilənçi olasan!

26

Quran sənə qənim olsun!

Səni anda düşəsən!

Qulağına yuyucu barmağı girsin!

Tay-tuşdan seçkin olasan!

Qəfil xataya düşəsən!

Dilinə düyün düşsün!

Baca-baca olasan, a belə bacı!

Başın duran yerdə ayağına daş dəyməsin!

Yeyib-içdiyin zədən-zədən burnundan gəlsin!

Səni heç yarımayasan!

Ağlına keçə yamayım!

Qurda-quşa yem olasan!

Səni heç artıb-aramayasan!

Süfrəmdə yediyin halal çörək səni tutsun!

Canın qara yerdə qalsın!

Saqqalın doğransın!

Səni bildiyin boyda dərdə düşəsən!

Vay xəbərin gəlsin!

Sağ gedib salamat qayıtmayasan!

Dilindən dara çəkiləsən!

Qarğa-quzğuna yem olasan!

Allah olan-qopan ağlını da əlindən alsın!

Dəli ol, düzlərə düş!

Görüb-görəcəyin elə bu olsun!

Allah bəlanı versin!

Qolun yanına düşsün!

Qulağına qara pambıq tıxansın!

Kor olasan!

Kor olub yedəkdə gəzəsən!

Seyidlərin cəddi sənə qənim olsun!

And yiyəsi sənə qənim olsun!

Uğrun daşa dəysin!

Pis gözə bıçaq batsın!

Yaman gözə tikan batsın!

27

ANDLAR

And olsun bizi yaradan Allahın birri birliyinə!

Allah haqqı!

And olusun Yeri-Göyü Yaradana!

And olsun bizi yoxdan xəlq Eləyənə!

And olsun gecəni-gündüzü Yaradana!

Bu qızıllı Quran haqqı!

And olsun Yerin-Göyün Sahibinə!

And olsun Yerə-Göyə!

And olsun gecənin-gündüzün Sahibinə!

And olsun bu otu bitirənə!

And olsun yağışı Yağdırana!

And olsun küllü-məxluqatınYiyəsinə!

Yer haqqı!

Göy haqqı!

Bu su haqqı!

And olsun bu suyun mələklərinə!

Kəpəz haqqı!

Qoşqar haqqı!

İmamzada haqqı!

Bu qiblə haqqı!

Bu qənd kimi gözüm ağarsın, əgər yalan deyirəmsə!

Bunun Minada kəsilən qurbanlığı haqqı!

Bu qəndin halvalığı haqqı!

Bu dəzgah haqqı!

Bu od kimi gözüm yansın, yalan deyirəmsə!

Bərəkət haqqı!

Anadan əmdiyim südə and olsun!

Bu halal sürfən haqqı!

Bu halal sürfədə kəsdiyim duz-çörək haqqı!

Haqq-salam haqqı!

28

Meçid haqqı!

Bu düyünün qulfallahı haqqı!

Bu nəzir haqqı!

Bu halal çörəyin haqqı!

Bu çıraq haqqı!

Bu ocaq mənə qənim olsun, yalan desəm!

Bu işığa kor baxım, yalan deyirəmsə!

Yediyim çörək haqqı!

Öləndə üstümdə su tapılmasın, yalan desəm!

And olsun bizi yaradan Allahın cəlalına!

And olsun bu küləyi Əsdirənə!

Balamın əziz canı haqqı!

Dədəmin canı üçün!

Oğlumun ölmüşü haqqı!

Balam ölsün, yalan deyirəmsə!

Pir haqqı!

Üzünün nuru haqqı!

Əzizlərimizin yatdığı torpaq haqqı!

Ətağa!

Həzrət Abbas haqqı!

Qətl haqqı!

Bu əziz gün haqqı!

Əzizlərimizin urfu haqqı! Gör hara and içirəm?!

Şamambəyimin cəddi haqqı!

Qara Seyidin cəddi haqqı!

Torpaq haqqı!

Ay haqqı!

Bu gecənin Yiyəsi haqqı!

Bügünkü günün İmamı haqqı!

And olsun kəsdiyimiz duz-çörəyə!

Sənnən kəsdiyim çörək burnumun iki deşiyindən gəlsin,

əgər yalan desəm.

İmamzadaya and içirəm!

Göy İmamın göy sandığı haqqı!

29

Mir Qafar ağanın cəddi haqqı!

Seyid Bayram ağanın cəddi haqqı!

And olsun Miskin ocağına!

Göy İmamın göy günbəzi haqqı!

Seyid Mürsəl ağanın cəddinə and içirəm!

Bu buğdanı bitirən haqqı!

Sənin canına and içmirəm. Öz canım haqqı!

Bu qızıldan qiymətli başın haqqı!

İki gözdən olum, əgər yalan deyirəmsə!

Çörək haqqı!

Bu duz haqqı!

Bu halal nemət haqqı!

Çörəyin bərəkəti haqqı!

Bu duzun tamı haqqı!

Bu tam haqqı!

And olsun əzizlərimizin üz qoyduğu yaralı torpağa!

Bu Sabahın Yiyəsi haqqı!

And olsun günü günortadan göndərənə!

Əlinnən verdiyin çörək mənə qənim olsun, yalan desəm!

Dilim qurusun, birini altdan, birini üstdən desəm!

Dədəmin urfu haqqı!

Dədəmin goru haqqı!

Gora imansız gedim, yalan desəm!

Yalan deyirəmsə, bu axar su üstümdə tapılmasın!

And olsun bu əziz bayrama!

Qurana əl basıram!

And olsun dədəm oxuduğu Qurana!

And olsun göy otu göyərdənə!

Bu süfrə haqqı!

Yalan deyənə and qənim olsun!

Yalan deyəni and kəssin!

Bu isti təndir haqqı!

Bu yanar ocaq haqqı!

Bu ocaq mənə qənim olsun, yalan desəm!

30

Sənin əziz canına and olsun!

And olsun qəriblər ağası qərib İmam Rzanın qəbrinə!

And olsun şəhidlərimizin ruhuna!

And olsun əzizlərimizin goruna!

Namusuma and içirəm!

And olsun qara daşa muraz Verənə!

And olsun bağlı qapılar Açana!

And olsun borclunu borcdan Qurtarana!

And olsun qeyb xəzinəsindən ruzu Verənə!

Bu yol haqqı!

Bu Əli yolu haqqı!

Qərib Seyid haqqı!

Aldədə haqqı!

Haçaqaya haqqı!

Başın haqqı!

31

TAPŞIRMALAR

Səni yeri-göyü Yaradana tapşırıram!

Səni o bir Allaha tapşırıram!

Səni bu işığa tapşırıram!

Səni bu gecənin Yiyəsinə tapşırıram!

Səni anda tapşırıram!

Səni əlimin əməyinə tapşırıram!

Səni kəsdiyimiz duz-çörəyə tapşırıram!

Səni bu yanar ocağa tapşırıram!

Səni bu isti təndirə tapşırıram!

Səni bu axar suya tapşırıram!

Səni gözümün yaşına tapşırıram!

Səni bu qızıllı Qurana tapşırıram!

Səni bu şərnən şamın arasına tapşırıram!

Səni bu ağ birçəyimə tapşırıram!

Səni bu Əli yoluna tapşırıram!

Səni bu əllərimə tapşırıram!

Səni bu göy otu Göyərdənə tapşırıram!

Səni bu yağışı Yağdırana tapşırıram!

Səni bu yornuq qollarıma tapşırıram!

Səni bu yuxusuz gözlərimə tapşırıram!

Səni bu axar suyun mələklərinə tapşırıram!

Səni İmamzadaya tapşırıram!

Səni oxuduğum Qurana tapşırıram!

Səni südümə tapşırıram!

Səni Haqq Yiyəsinə tapşırıram!

Səni bu Sabahın Yiyəsinə tapşırıram!

Səni Məkkə-Mədinəyə tapşırıram!

32

33

34

INAMLAR

İlin-ayın axır çərşənbəsində səhərertə su üstünə

gedərlər. Xırda daşlar gətirib çuvalların dibinə qoyarlar.

Evin ruzu-bərəkəti bol olar.

Axırıncı çərşənbədə obaşdan durub lal su gətirərlər. Su

evə çatınca heç kəslə kəlmə kəsməzlər. Lal suyu evin dörd

küncünə səpərlər. Ondan balatı tutarlar. Lal su bin-

bərəkətdi.

Astanada görüşməzlər.

Sınıq güzgünü evdə saxlamazlar.

Gecə ev süpürməzlər.

Gecə saç kəsməzlər.

Gecə dırnaq tutmazlar.

Şər vaxtı ocaqdan od verməzlər.

Şər vaxtı yatmazlar.

Qırxlı uşağın üstünə girməzlər. Girsələr, əllərini suya

çəkərlər.

Xəstədən danışanda deyərlər: Üstünüzə yüngüllük!

Ölüm xəbəri verəndə deyərlər: Üstünüzə-canınıza

sağlıq!

Asqıran olanda deyərlər: Ya Haqq Allah!

Bəd xəbər söyləyəndə deyərlər: İraq qulağınızdan!

Süfrə üstündə hər sözü danışmazlar. İşdi,danışan olsa

deyər: İraq süfrədən!

Yas yerində, süfrəni salan özü yığmalıdır.

Pay gələn qabı boş qaytarmazlar.

Təzə gəlinə üzgörümcəkliyi verərlər.

Uşağın bələyinə pul qoyarlar.

Uşağa ölü adı qoymaq istəyəndə, ölünün adına halva

çalarlar. Ad yiyəsindən icazə alarlar.

Pis xəbər eşidən adam qulağını çəkib deyər: Kiş-kişlər

olsun!

35

Böyüklər kiçiyin alnından, kiçik böyüyün əlindən öpər.

Duz yerə dağılanda dava düşər, üstünə bir qırıq qənd

qoyarlar.

Sarımsağı, soğanı ələ verməzlər, acılıqdı.

Hər adam sarımsaq-soğan əkməz. Düşər-düşməzi olar.

Ölü dalınca danışmazlar. Əgər danışası olsalar:

«Torpağı qulağında olsun», - yaxud «Şeytanları xəbər

aparmasın», - deyərlər.

Yol böyüyün, su kiçiyindi.

Böyük süfrəyə xeyir-dua verməsə, kiçik əlini uzatmaz.

Böyüyün sözünü kəsməzlər.

İki adam eyni vaxtda bir sözü desə, ikisi də sevinəcək.

Uzaq yola çıxanın dalınca su atarlar.

Ayaqqabı tərs düşərsə, işin tərs gətirəcək.

Yenicə ayaq tutan uşaq ayağını ağzına aparırsa, özünə

tay axtarır.

Evə girəndə o evə salam verərlər. Çıxanda

xudafizləşərlər.

İt arxası qapıya tərəf yatarsa, ev yiyəsinin sözünü

danışırlar.

Qayçını ağzı açıq qoysan, sözünü danışırlar.

Çəngəl-bıçaq düşəndə kişi, qaşıq düşəndə arvad qonağı

gələr.

Süfrədə qablar düzülərsə, qonaq gələr. Deyirlər yol

düşür.

Göz səyriyərsə, xəbər gələr. Xoş xəbər olsun deyə

gözün üstünə qırmızı qoyarlar.

Qızılca çıxaran uşağı qırmızı geyindirərlər.

Ölən adamın papağını, baş örtüyünü evdə saxlayarlar.

Toy günü ata evində gəlinin ovcuna düyü qoyarlar.

Gəlin evdən çıxanda xəlvətcə düyü səpər, qızların adını

çəkər. Adı çəkilən qız tezliklə ərə gedər.

36

Toy günü qız yengəsi dədə evindən bir mismar götürür.

Oğlan evində qapının dalına çalır. Onda qızın yeri möhkəm

olar.

Bayramda hamı bayramlaşar. Bir-birinə sovqat aparar,

deyərlər:

- Bayramın mübarək olsun!

- Neçə təzə bayramlara çıxasan!

- Ayın-günün şad olsun!

Nüyvər yeyəndə deyərlər:

- Başımın-dişimin ağrısı pis adamlara!

Nüyvəri verənə dil-ağız eləyərlər:

- Təzə nüyvərlərə çıxasan! Ağzın şirin olsun!

Əziz ölüsü ölən adamın kürəyinə bir çimdik ölü torpağı

tökərlər. Onda ölü yiyəsi sakitləşər.

Səhər yuxudan duranda sağ ayağını atsan, işin rast

gələr.

Süpürgə yananda külək əsər.

Süpürgəni tərs qoysan qonaq gələr.

Yuxuda üzüm görmək göz yaşıdı.

Yerə tökülmüş çörəyi süpürməzlər; bərəkəti qaçar.

Bircə-bircə yığarlar. Öpüb göz üstə qoyarlar. Deyərlər:

Bərəkətinə qurban olum!

Danışanın sözünü kəsməzlər. Kəsəndə deyərlər:

«Sözünün qabağında əzizin dursun», «Sözünü balla

kəsirəm», «Dərdini unut, sözünü unutma».

Üzün alışırsa, kimsə səndən danışır.

Leysan yağanda mis qazan döyəcləyirlər.

Qaynar suyu yerə tökməzlər. Cin balaları-fəriştələr

yanar. Anası da heyifini alar.

Şər vaxtı arxın başında oturmazlar. Onda vurğun vurar.

Qız uşağı gecə güzgüyə baxmaz. Onda baxtı küsər.

37

Südəmər uşaq ilk dəfə su içənə qədər susamır.

Mələklər özləri su içirdir.

Toyuğun banlaması nəhs əlamətidir.

Sağsağan qarıldayanda qonaq gələr.

Kimisə həddən artıq tərifləmək günah sayılır.

Tərifləsən gərək belə deyəsən: «Sizdən yaxşı olmasın!».

Qızı olan ananın südü göz dərmanıdır. Bircə damcı süd

göz ağrısını sağaldır.

Yuxuda ölü görsən, gərək salavat çevirib, Quran

oxutdurasan. Ya da adına halva çalasan.

Adınada ölülər umduğu, köç elədiyi ocağa gələr, gərək

iy çıxardasan. Ölülərin adına qazan asasan.

Çörək boğazında qalarsa, demək ev adamlarından

kimsə acdır.

Kim çörəyi ovxalayıb süfrəyə töksə, qaynanası

deyingən olar.

Çörəyi diz üstə kəsməzlər. Bərəkəti qaçar.

Sel gələndə anasının ilki çölə çıxar. Əlini yağışın altına

tutar:

Mən anamın ilkisiyəm,

Ağzı qara tülküsüyəm.

Mən kəsirəm,

Sən də kəs!

Ocax ilanını öldürməzlər. Ocağın bərəkəti göyə

çəkilər.

Ziyanlıq heyvanın ətini məhsul qazanına bulamazlar.

Onda ziyanlıq artar.

Təndirdən çıxan çörəyin siftəsini kim yesə, ilk bəxti

ölər.

Deyirlər qoz ağacı əkən barını yeməz.

Xıdır Nəbi bayramında qovud ununu xəlvət yerə

qoyarlar. Xıdır həmin una barmağını batırsa, ocaqda bolluq

olar.

38

Axır çərşənbədə yumurtanı xəlvət yerə gizlədərlər.

Yanına da iki qələm qoyarlar: biri qara, biri qırmızı. Xıdır

Nəbi yumurtaya qara xətt çəksə niyyətin baş tutmayacaq.

Qırmızı xətt çəksə niyyətin hasil olacaq.

Uğruna qara pişik çıxsa, nəhs əlamətidir. Gərək ya dala

qayıdasan, ya da yerində üç dəfə hərlənəsən.

Uşaqları öyrədərlər. Çiməndə bu sözləri desin:

Ağırlığım, uğurluğum,

Tökül, tökül…

Tökül, tökül!

Göydə uçan quşlara,

Dağlara – daşlara,

Çayda çimən qızlara,

Çimməyən oğlanlara.

Tökül, tökül,

Tökül, tökül…

Gecə vaxtı uşağı çölə çıxarmazlar. Çıxartsalar başının

altına, yaxud boynunun kökünə bir tikə çörək qoyarlar.

Uşaq gül kimidir. Ananın belə nəfsi keçər, gözü dəyər.

Gərək uşağın üzünə çox baxmasın. Baxarsa, sonra öz

burnunun ucuna baxmalıdır.

Pay yeyənin dilindən pay çıxar. Gərək öz yaşıdı olan

uşağa deyə:

- Dilimdən pay çıxıb.

Həmin uşaq da əlacını göstərə:

- Tüpür, yerə düşsün!

Dilindən pay çıxan yerə tüpürməlidir. Bu sözlər və

tüpürmək üç dəfə təkrarlanır.

Yuxunu suya söylərlər. Su aydınlıqdı.

Axar su olmayan yerdə yuxunu işığa söylərlər.

Gecə yuxu söyləməzlər, söyləsələr deyərlər:

- Gündüz adına söyləyirəm.

39

Əziz adama üz verə biləcək bədbəxt hadisənin adını

çəkəndə deyərlər:

- İraq cannan!

- Dilim-ağzım qurusun!

- Ağzıma daşlar!

- Allah mənə o günü göstərməsin!

Tərəzinin üstündən addamazlar. Ziyanlıqdır.

Uşağın beşiyini boş yürgələməzlər. Onda uşaq ölər.

Yaxşı yuxunu gizlin saxlayarlar. Onda çin olar.

Paltarın siftəsini yiyəsi geyinməlidir. Özgə geyinsə

paltar sahibi ölər.

Körpə uşağın üstündən fil dişi, dağdağan, gözmuncuğu,

pişik tükü, qızıl asarlar. Onda uşağa göz dəyməz.

Bayram axşamı qapıları bağlamazlar, otaqlarda işıq

yandırarlar.

Gedənin dalınnan daş atsan, geri qayıtmaz.

Yuxuda at muraddı.

Yuxuda paltar darlıqdı.

Yuxuda saç qarışıqlıqdı, qayğıdı.

Xəmir yoğuran iki adam əlini eyni qabın içindəki suda

yusa, öc düşər.

Ölüyə çox göz yaşı axıtmazlar. Onda yeri yaş olar.

Körpə uşağın paltarı, əskisi gündüz sərilməlidir. Şər

vaxtına qalsa, uşağa sədəmə toxunar.

Əli ağır olan dula gedər.

Gec-gec gələn adamın ayağının altına dəmir atarlar.

Onda ayağı sayalı olar.

Bir şeyin tayını tapmayanda, yerdən bir ağ, bir bir qara

daş göbtürüb deyərlər:

- Ağ daş, qara daş,

Allah, buna bir yoldaş.

Bir ölünün ruhu diridən əl çəkmirsə, Quran oxudar,

adına qazan asarlar. Əgər əməl yeməsə, adını çəkər,

sarımsağı, soğanı dişləyib tullayırlar.

40

Aya salavat çevirərlər.

Hamilə qadın gözəlləşsə oğlu, kifirləşsə qızı olar.

Təndir qalananda, çörək bişəndə deyərlər:

- Bərəkətli olsun!

Təndir başına kündə gətirən kündənin qurtardığını belə

deyər: «Bərəkətdi».

Təndir canlıdı; əppək bişirən lap sonda deyər: «İçin

dolu olsun, qırağın şen!

Göyərçini vurmazlar, yuvasını uçurmazlar, günahdı

deyərlər.

Qulağın cingildəsə, deməli, sözünü danışırlar. Gərək

həmin adamın adını tapasan.

Suyu mundarlamazlar.

Axar suya tüpürməzlər.

Yazda göy guruldamamış yemlik yeməzlər.

Dədəsinə oxşayan qız xoşbəxt olar.

Hıçqıran adama qəfildən deyərlər: «Nə oğurlamısan?»

Hıçqırtı o saat kəsər.

Saçla dırnağın kəsiyini hara gəldi atmazlar, günahdır.

Sübh tezdən duranın ruzusu bol olar.

Bədnəzərin paltarından, ayaqqabısının içindən xəlvətcə

kəsərlər. Gedəndən sonra yandırarlar.

Təndir başında bir tikə isti çörək kəsməlisən. Yoxsa

evin bin-bərəkəti qaçar.

Ulduz axanda kimsə ölər.

Qəfildən tufan qopsa, demək hardasa nahaq qan

tökülüb.

Küt yeyən pullanar.

Çörək tikəsinə and içilərsə, onu yemək olmaz.

Yanan ocağa su tökmək günahdı.

Ehsanı ən azı yeddi atanın uşağı yeməsə, qəbula

keçməz.

Ehsan paylayana deyərlər: «Allah qəbul eyləsin!,

Ehsanında olsun!»

41

Savab işlər Allaha agahdı. Hər saat dilə gətirməzlər.

Deyəndə də belə deyərlər: «Allah ovsanatdan çıxartmasın!»

Yas yerindən gələn əl yaylığını içəri gətirməzlər.

Yuyub sərərlər.

Can verən adam ölümqabağı halallıq almasa, əzab

çəkər.

Nəzir-niyazınan tapılan uşağı niyyət eyləyib yeddi

qapı diləndirərlər.

Ağac bar gətirməyəndə onu qorxuzarlar. Baltanın küpü

ilə vurub deyərlər: «Bu il də bar verməsən, səni

kəsəcəyəm». Belədə ağac qorxar.

İlin axır çərşənbəsində öz ocağında olmayan, yeddi

bayramı qıraq yerdə keçirər.

İlk dəfə yatdığın evdə nə yuxu görsən, çin olar.

Ananın qarğışı balaya keçməz. Süd qoymur.

Pişik əl-üzünü yuyarsa, qonaq gələcək.

Uzanan adamın üstündən addamaq olmaz. Ağırlığın

üstünə tökülər. Keçən adam dala qayıtmalıdır.

Qızın üstünə ağ sap yapışsa, dalınca ağ oğlan düşəcək.

Qara sap yapışsa, qara.

Şər vaxtı balatı, çalası verməzlər.

Pulu sona kimi xərçləməzlər, kisədibi saxlayarlar.

Gəlin bəy evində zehə baxarsa, qaynanası ölər.

Toy günü gəlinin qucağına oğlan uşağı qoysalar, onda

ilk uşağı oğlan olar.

Uşağın ilk dişi çıxanda diş hədiyi bişirirlər. Qapı-qapı

paylayırlar.

Uşaq süd dişini dəyişəndə dişini siçan deşiyinə atar,

deyər: «Balta dişimi sənə verdim, inci dişini mənə ver».

Göz dəymiş adamın altında üzərlik yandırarlar.

Nəzər toxunmuş adamın başına duz hərləyərlər. Həmin

duzu ocağa atıb yandırarlar, ad çəkərlər.

Bədnəzərdən qorunmaq üçün dağdağan düzəldərlər.

Dağdağanın üstünə göz kimi nöqtələrlə dağ basarlar.

42

Nehrə çalxayanda altına dairəvi cızıq çəkər, dairənin

ortasına kəsər (balta, dəhrə, bıçaq və s.) qoyarlar.

İki qızın arasından keçən şərə düşər.

Ocaq başında, su üstündə elənən qarğış daha tez tutur.

Hər saat and içməzlər. Andın iki başı olar.

Xaş bişirəndə iki adam ayrı-ayrılıqda gözün yağını

yesə, öc düşər. Yola getməyən adama deyərlər: «Mənnən

göz yağı yeyibsən?».

Uşağın üzü nurdu. Uşağın üzünə tüpürmək günah

sayılır.

Qız uşağının yanında hər sözü danışmazlar. Onda abır-

həyası tökülər, sırtılar.

Qonaq gəlməmiş ruzusu gələr.

Sonsuz adamın gözü dar olar.

Qabın sınması xata - balanın sovuşmasıdır.

Toy günü gəlinin ayağı altına qız evindən götürülmüş

boşqab qoyarlar. Gəlin həmin boşqabı təpiyi ilə sındırar.

Xəstə üstünə gedəndə deyərlər: «Yastığın yüngül

olsun!», «Allah şəfanı versin!»

Xəstə üstünə, körpə uşaqlı evə əliboş getməzlər.

Evin binəsinə pul səpərlər.

Toy günü gəlinin çamadanına yaylıq-corab, şirin çörək

qoyarlar.

Nişan şirnisi yeyən qız tezliklə nişanlanar.

Yuxuda palaz görmək uzaq səfərə çıxmaqdı.

Gözdən öpməzlər. Onda adam ayrı düşər.

Sağ əlin içi qaşınarsa, pul gələcək. Sol əlin içi

qaşınarsa, pul gedəcək.

Bostana göz dəyməsin deyə düz ortadan ağac basdırıb,

it kəlləsi asarlar.

Düyünün qulfallahı var. Ona görə də düyünü yerə

tökmək günahdır.

Uşağın başında ağ tük varsa, dövlətli olacaq deyərlər.

Ağ tük dövlət tüküdür.

43

Üzərliyi xoruz səsi eşidilməyən yerdən yığarlar.

Qoz, əncir ağacının altında yatmazlar. Kim yatsa

vurğun vurar.

Bir adam başqasının yanında gərnəşərsə, öz sinəsinə

vurmalıdır. Yoxsa ağırlığı yanındakının sinəsinə düşər.

Kim qabında yemək saxlasa, nişanlısı çirkin olar.

Qazan dibi qartdayanın toyunda qar yağar.

Dərman verməyin düşər-düşməzi olar. Birinə dərman

vermək istəyəndə gərək şirinlik alasan.

Su içəndə ilan da adamı vurmaz.

Sınıq qabı, güzgünü evdə saxlamazlar.

İşləyən adama deyərlər: Yorulmayasan, Allah xeyir

versin!

Bazara çıxana deyərlər: Bazar olsun!

Əli yüngül adam siftə eləsə, mal tez satılar.

Ayağı ağır adam qabağına çıxsa, işin rast gətirməz.

Uğura çıxana deyərlər: «Uğur olsun!», «Uğruna

xeyir!», «Sağ gedib, salamat gələsən!»

Yuxuda meyvə görmək bin-bərəkətdi. Təkcə üzümdən

başqa.

Saçın tökülməsi, başın qırxılması azar-bezardan

qurtarmaqdır.

Deyirlər duş dəyişikdir. Yəni yuxuların çoxu tərsinə

yozulur.

Yuxuda qaraçuxa arxadı.

Yuxuda palaz, sap, parça, xalça görmək yoldur.

Yuxuda papaq görmək ucalıqdı.

At görmək muraddı.

Yuxuda corab, ayaqqabı görmək darlıqdı.

Yuxuda çılpaq qalmaq dərd-sərdən azad olmaqdır.

Yuxuda qapının açılması darlıqdan xilas olmaqdır.

Qoyunu saymazlar. Saysan azalar.

44

Evin damında bayquş ulaması nəhs əlamətdir. Əgər

ulasa, qabağına duz-çörəklə çıxıb, duz-çörəyə and verərlər

ki, çıx get.

Qarğa qarıldaması həm yaxşı, həm də pis xəbər ola

bilər. Qarğaya deyərlər: «Qara qarğa, xoş xəbər de, sənə acı

bağırsaq ataram».

Sağsağan xeyir xəbərdir.

Qızılgül, alma, nar, armud, tut dilək ağacıdı. Dilək

diləyəndə onların dibində diləyərlər.

Süfrə müqəddəsdi. Süfrənin üstündən adlamazlar.

Adlayası olsan gərək deyəsən: «Süfrə, məni bağışla!»

Çörəyi kəsməmişdən «bismillah» deyərlər.

Yeyib doyduqdan sonra deyərlər: «Allah, şükür, sən

yetir! Ruzumuzu bol elə»!

Ağacın çox bar gətirməsi nəsh əlamətdi. Kiminsə

başını yeyəcək. Onda gərək nəzir çıxasan.

Un çuvalının üstündə oturmazlar. Bərəkəti qaçar.

Çörəkdən danışanda deyərlər: «Bərəkətinə qurban

olum»!

Dar vaxtı ev süpürməzlər.

Hamilə qadın qəbir üstünə getməz.

Böyüyün yanında uşağı danlamazlar, döyməzlər. Bu,

böyüyə hörmətsizlikdi. Onda deyərlər: «Səni qurban olasan

yanında-kına!»

Qonaq Allah qonağıdı. Qonaqlı evin ruzi-bərəkəti

əksilməz.

Əl və ayaq dırnağı bir vaxtda kəsilsə, toyla vay

qovuşar.

Uşağı süpürgə ilə vursan, tez-tez xəstələnər.

Boynu çökək adam xain olar.

Yuxuda göyərçin görən qıza elçi gələr.

Boylu qadın yuxuda qızıl üzük görsə, qızı olar.

Qırxı çıxmamış uşağın üstünə göy rəngli paltarda

getməzlər. Onda uşaq göyərər.

45

Qırxlı uşağın üstünə çiy ət aparmazlar. Uşağın bədəni

qıpqırmızı qızarar. Bu qızartını yox eləmək üçün həmin

ətdən bir tikə salınmış suda uşağı çimizdirərlər.

Sonsuz qadın qırxlı uşağın üstünə girməz.

Həmzatlı qadın zahının üstünə girsə, həmzatı ona

keçər. Körpə ölər. Sonrakı uşaqlar da durmaz.

Qırxlı uşaq xəstələnsə, qurd dərisi salınmış su ilə

çimizdirərlər.

Qırxlı uşağın üstünə qəfil girən adamın əllərini suya

çəkərlər. Həmin sudan uşağın üstünə çiləyərlər.

Körpəni güzgüyə tutmazlar. Onda yeriməz.

Gecə güzgüyə baxanın bəxti küsər.

Qorxan uşağı dul arvadın tumanından keçirərlər.

Uşaq anasından əl çəkmirsə, astanadan ayaqqabı tayı

götürüb ağzına-ağzına vurarlar.

Körpənin üstünə qızıl taxarlar. Qızıl bəd nəzəri

qaytarır.

Gedənin dalınca göz yaşı tökməzlər.

Səfərə çıxanın dalınca su atarlar.

Qəbul olunmuş nəzirdən bir-iki tikə qənd götürərlər.

Niyyət edərlər. Niyyət hasil olanda həmin qənddən şərbət

düzəldib paylayarlar.

ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Bulud altından çıxan gün, yaşmaq altından çıxan dil.

46

Ağzın isti yerdədi.

Əlin dəllal əlinə dəyməyib.

Qohum qohumun ətini yesə də, sümüyünü çölə atmaz.

Ağaclı ağacını götürdü, suçlu suçunu başa düşsün.

Yarrağan uçdu, toz qopdu.

Öylüsən, öydən halısan.

Elə bilir yuxa içində halva var.

Davadan bir büküm halva yaxşıdı.

Halva-halva deməknən ağız şirin olmaz.

Su girdi qaba, oldu içməli.

Qırılan qoşunnandı.

Tatın gəlişi, kürdün görüşü.

Yaxşı kişinin ətəyinin dalını kəsib, qabağına

yamayasan.

Bir gün gələn bir gün gedər.

Ev davasız, kor əzabsız olmaz.

Al qapıda, sat qapıda.

Qız qapısı- şah qapısı.

Qurbağa gölünə daş atıblar.

Torpaq deyər: öldür məni, dirildim səni.

İki eşşəyin arpasını böləmmir.

Ağ yelnən Qara yeldi.

Bildirçinin bəyliyi darı sovulana qədərdi.

Dünən şeş,

Bu gün beş?

Adam bir il uşaq anası olar, bir il iş anası.

Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.

Allah əyməyəni bəndə əyə bilməz.

Get naxıra,

Gəl axıra.

Söz sözü kəsər.

Düz söz acı olar.

Aşına ha aşına,

Çıxdın ocaq başına?!

47

Yersiz gəldi, yerli qaç.

Gah nala döyür, gah mıxa.

Namərdi bir gördüm, bir də görsəm namərdəm.

Allah heç kimin əppəyini tək eləməsin.

Dəvə durdu, dam yıxdı.

Dədə evində də soğan-çörək, ər evində də soğan-

çörək?

Bostançının kar vaxtıdı.

Qız öyündə toydu, oğlan öyünün xəbəri yox.

Meşə çaqqalsız olmaz.

Yalan olmaz, yalnış olar.

Uşaq anadan yetim qalar.

Yetənə yetir, yetməyənə bir daş atır.

Ələ də yetir, əlləzə də.

Qazıcaq da bilir, quzucaq da.

Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan

keçər.

Dəvə bir fikir eləsə, sarvan iki fikir elər.

Dəvəyə dedilər boynun niyə əyridi? Dedi: haram düzdü

ki, boynum da düz ola?

Əkiblər yemişik, əkərik yeyərlər.

Köçən yurdun qədrini düşən yurdda bilərlər.

Gəlin bəzənincə toy əldən gedər.

Mərdi qova-qova namərd eləyirlər.

Od düşdüyü yeri yandırar.

Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə

deyər.

Sözü at, yiyəsi götürər.

Söz danışıqdan keçər.

Tula itdən murdar.

Uman yerdən küsərlər.

Uşaq dədəsini hamıdan güclü bilər.

Çox qarışqa bir fili öldürər.

Turpun sıxından seyrəyi yaxşıdı.

48

Kötük üstə çox çır-çırpı doğranıb.

Gəmidə oturub gəmiçiynən dava çəkir.

Hər kəs nə eləsə, özünə eləyər.

Göydən nə yağsa, yer götürməlidi.

Qar yağıb, ayaq üşüməyə.

Qurban olum o qana, üstündən bir gün keçə.

Qızını qoy beşiyə,

Cehizini qoy eşiyə.

Yüz acını udarlar bir şirinin xətrinə.

Kələknən gələn küləknən gedər.

Oğul da bir ev tikir, qız da.

El elə sığışdı, ev evə sığışmadı.

Atlı qonaq sığışdı,

İtli qonaq sığışmadı.

Ağıllın hansıdı? Qabaqda gedən zəncirli.

Dəli dəliyə qoşulanda dəyənək göydən yağar.

Külü küllükdən götür.

Qılınc kəsməyəni söz kəsər.

Dınqır ələk,

Dınqır sac.

Əlim xəmir,

Qarnım ac.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi.

Ağır hapılı, taxta qapılı.

Süleymana qalmayan dünya sənə də qalmaz.

Qarına gedən qazancdı.

Elə bil İsa yeyib, Musa təpib.

İgid odu atdan düşə atlana,

İgid odu hər əzaba qatlana.

İt də getdi,

İp də getdi.

Yalan üz qızardar.

Yel aparan yelinki,

Yerdə qalan mənimki.

49

Arı yeyib, namusu da dalına şəlləyib.

Nökər nədi, bekar nədi.

Nökər, durma bekar,

Aç qapını, ört qapını.

Su gələn arxa bir də gələr.

İt özünü murdar bilməz.

Qız qaldıqca qızıla dönər.

Qız taxt üstündə oturmaz, baxt üstündə oturar.

Allah dərdi çəkənə verər, ağını yalayana.

Dərziyə dedilər, köç, iynəsini yaxasına sancdı.

Axar su mundar götürməz.

Üzülkəsillik döy ha.

Atı torbalı dalaşdırır.

Çörək Qurandan irəlidi.

Dostluq bir almadı: dəm səndə, dəm məndə.

Ayı qandı, ayrım qanmadı.

Meymun baxar güzgüyə,

Adını qoyar özgəyə.

Bir oturmuram deyənnən qorx, bir yemirəm deyənnən.

Çəkməçinin ayağı yalın olar.

Qaşıq qayıranın öyündə qaşıq tapılmaz.

Yeddi il quraqlıq oldu, aclıq olmadı, bir il yağannıq

oldu, aclıq oldu.

Hörmət var xalvar-xalvar,

Hesab var dinar-dinar.

Birə də hey, minə də.

Kotan nə bilir, qayış nə çəkir.

İştah diş altındadı.

Dəvə şıllağa qalxanda qar yağar.

Xanım qıran boşqabın səsi çıxmaz.

Dədəlinin dədəsi, dədəsizin Allahı.

Yuvasına girən ilanı dəvə də çıxarda bilməz.

Göydə yeddi batman ağırlığında dəyirman daşı var,

kim özünü pis bilsə, başına düşəcək.

50

A xala donun niyə gödəkdi,

Deyir: bezin qıtlığından.

Yeməknən doymayan yalamaqnan heç doymaz.

Yalamasan doymazsan,

Yamamasan geyməzsən.

Arığın nə işi var qoruqda, vurub qıçını sındıralar.

Allah dəvəyə qanad versə, uçurmamış dam-daş

qoymaz.

Elə elə ki, qapına bir də şorsatan gəlsin.

Kasıb toy eləyəndə gecə gödək olar.

Mən oğru oldum, Ay dana qaldı.

İstədiyim yar idi,

Yetirdi pərvərdiyar.

Əmiyə qalan dəmyə qalar.

Arvad yıxmayan ev min il tikili qalar.

Saqqalım yoxdu, sözüm ötmür.

Adam torbanı dibindən silkələməz.

Arsızın üzünə tüpürsən, elə bilər yağış yağır.

Almağa alıcı quşdu, verməyə kor yapalaq.

Otuz ilə yelinlədi, qırx ilə qulunladı.

Xalxa aftafa-ləyən gələndə bizə də sarımsaqdöyən

gələr.

Ev satan qırx gün varlı olar, ev alan qırx gün kasıb.

Keçi öldü, qoturu kəsildi.

İki arvadlı ev zibilli olar.

Yağmasa da guruldayır.

Göy üzünə bulud gəldi, vay sarının halına,

Təknədən əppək qurtardı, vay qaranın halına.

Yüyrək at özünə qamçı vurdurmaz.

Məscid tikilməmiş kor əsasını dirədi.

Əvvəl məscidin içi, sonra çölü.

Fərasətli oğulun papağı şiş durar.

Təmiz gəlin, tarıx gəlin, bir umacağın olsun görək.

Qaynanan ölsün görək.

51

Bir qız ərə gedir, yüz qız yelə.

Soğan kimi acı olma, bal kimi şirin.

İti öldürənə sürüdərlər.

Oynaca ümid olan, ərsiz qalar.

Gündə gedən kül üstə,

Ayda gedən gül üstə.

Gəzən ayağa daş dəyər.

Gəzəyən gəzə bilməz,

Gəzməsə dözə bilməz.

Biz gəlmişik gəlin görməyə,

Gəlin gedib təzək dərməyə.

Kabab iyinə getdim, gördüm eşşək dağlanır.

Qara ağarmaz,

Su qurtarmaz.

Nadiri taxtda görüb, Süleymanı qundaqda.

Yağ-yağnan qaynayar, yarma yenə quru qalar.

Oğlan evi alınca, qız evi ölüncə.

Sağalarsa, həkiməm,

Sağalmasa, mən kiməm ?

Səhər bəzəyi – el bəzəyi,

Günorta bəzəyi – yar bəzəyi,

Axşam bəzəyi – yer təzəyi.

Xaşıl da damarmış.

Cökədən saz da olur, paz da.

Söz sözü gətirər, arşın bezi.

Evin kiçiyi olunca, donuz otaranın böyüyü ol.

Aşı bişirən yağ olar,

Gəlinin üzü ağ olar.

Arvadı əri saxlar,

Pendiri dəri.

Ər eldən gələr, oğul beldən gələr, bəs qardaş hardan

gələr?

Ağam bir xanım aldı,

Davanı satın aldı.

52

Toyun yaraşığı oynamaqdı, ölümün yaraşığı ağlamaq.

Qarğalar mənim toyuğum, yumurtasını ki, görmürəm.

Dəvəni xəlbirlə sulayır.

Yarından ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə

ağlar.

Yuxu dediyin ölümdü.

Qurddan qorxan qoyun saxlamaz.

Qurd qocalanda köpəyə gülünc gələr.

Axtaran tapar.

Almanı soy ye,

Armudu say ye.

Qoyunun oldu əlli,

Adın oldu bəlli.

Qoyunun oldu yüz,

Süd gölündə üz.

Kasıbın sözü,

Ulğunun közü.

Kələklə gələn, küləklə gedər.

Yağıda olsun, yanımda olsun.

Keçi can hayında, qəssab piy axtarır.

Arpaya qatsan at yeməz, kəpəyə qatsan it.

Qara kişmişi cibə tökərlər, ağ ayranı itə.

Ətin çiyi ət gətirər, xəmirin çiyi dərd gətirər.

Qız deyər: Qarnımı doydur, qora basdır,

Oğlan deyər: Qarnımı doydur, qara basdır.

Armud kaldı, yemək olmur, hər sözü demək olmur.

Düzəldi hər yarağı, qaldı saqqal darağı.

Birənin ya qınını aldın, ya canını.

Təzə girdi bazara,

Köhnə düşdü azara.

Köhnə bazara təzə nırx qoyur.

Yüz dərənin başı bir dağa bağlıdı.

Hər çayın bir dənizə yolu var.

Qoy mənim xoruzum özgə çəpərində banlasın.

53

Bir günün dirisi min ilin ölüsündən yaxşıdı.

İt hürər, karvan keçər,

Yel qayadan nə aparar?

Bağda ərik var idi, salamməlik var idi,

Bağdan ərik qurtardı, salamməlik qurtardı.

Adamın adı çıxınca, canı çıxsın.

Olacağa çarə yoxdu.

Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa

deyərlər.

Ayran duru, çörək quru,

Ağız yara, qanın qara.

Sifarişnən hacı qəbul olunmaz.

Deyir: Dədən acından öldü.

Deyir: Tapdı, yemədi?

Yaxşılığa yamanlıq,

Kor eşşəyə samanlıq.

Dərə xəlvət, tülkü bəy.

Başına kül də sovursan, uca küllükdən sovur.

Bulaq gözünü kor istəməz.

Var adamın gözünü açar.

Dünyanın malı dünyada qalar.

Babam öldüyünü bilsəydim, qulağı dolusu darıya

dəyişərdim.

İnsaf da dinin yarısıdı.

Gözələ baxmaq savabdı.

Sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Qəm qəm gətirər, dəm dəm.

Mus-mus deyincə, birdəfəlik Mustafa de!

Qazan altdan köz,

Adam altdan söz.

Həmişə bayram şənbəyə düşməz.

Çay hər axanda qızıl alma gətirməz.

Ac qulağım,

Dinc qulağım.

54

Soruşan dağlar aşar,

Soruşmayan düzdə çaşar.

Qoç döyüşünə qoç dayanar.

Ayağını nərdivana bir-bir qoy.

Ağzına sığan söz danış.

Baltanı ağaca vurduqca ağac deyər: Canım səndəndi.

Kar dedi: səs gəlir. Kor dedi: odur bax oğru gəlir.

Çolaq dedi: durun qaçaq. Lüt dedi: tərpənməyin,

gələrlər soyundurarlar.

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Aza dedilər: hara gedirsən? Dedi: çoxun yanına.

Paxılın yeri cəhənnəmdi.

Kişi tüpürdüyünü yalamaz.

Beş barmağın beşi də bir olmaz.

Dəmiri isti-isti döyərlər.

Varlıya bəli deyərlər, yoxsula dəli.

Bir tikənin qırx il haqqı var.

Bir tikəni bilməyən min tikəni də bilməz.

Verən əli kəsməzlər.

Kürd qızından belə oğul?

İşi kim görər? – Boynuna düşən.

Dəmiri dəmirlə döyərlər.

Ev yıxanın evi yıxılar.

Acığın dövlətə ziyanı var.

Acda iman olmaz, toxda aman.

Qarğa özünü quş bilər, xəşil özünü aş.

Adam öz evinin ağası da olar, nökəri də.

Dişin ağrıyır çək qurtar, qonşun pisdi köç qurtar, canın

pisdi öl qurtar.

Elin keçdiyi körpüdən sən də keç.

Dəmiri çox döyərsən itilənər, əlini kəsər.

Yaxşılıq elə balığı at dəryaya, balıq bilməsə də Xalıq

bilər.

Dəvə böyüdükcə çulu da böyüyər.

55

Oğru yadına daş salma.

Min xala yığışa, bir ananın yerini verməz.

Balıq başdan iylənər.

Südnən girən sümüknən çıxar.

El dəlisini çölə atmaz.

Görünən kəndə bələdçi lazım deyil.

Eşşəyə gücü çatmır, palanı tapdalayır.

Kim eşşək olsa, biz ona palanıq.

Aranda tutdan olduq,

Dağda qurutdan.

Kor kimdi?- Nabələd.

İlanın ağına da lənət, qarasına da.

Hər işini bab elə,

Görən desin habelə.

Suda boğulan əlini saman çöpünə atar.

Ağac naziklikdən, insan yöğunluqdan.

Atı atın yanına bağlasan, həmrəng olmasa da

həmxasiyyət olar.

Yalançıdan yan qaç.

Məsçidin qapısı açıq olanda nolar, bəs itin həyasına nə

gəlib?

Üz verəndə astar istəyir.

Doğruya zaval yoxdu.

Hər şeyin təzəsi, dostun köhnəsi.

Azacıq aşım,

Ağrımaz başım.

Az işdən çox iş çıxar.

Gecə dərd artıran olar.

Adını çıxart, dəyirmanda dur.

İlanın balası özünə qənimdi.

Əbləh odur dünya üçün qəm yeyə,

Tanrı bilir kim qazana, kim yeyə.

Dünya quyruqdu-yeyənə.

Dünyanın quyruğu uzundu.

56

Bacarana baş qurban.

Qonaq evin gülüdü.

Qonaqsız ev suyu qurumuş dəyirmandı.

Döymə qapımı, döyərlər qapını.

Asta vur,

Usta vur.

Az olsun, yaxşı olsun.

Acda nə var ki, gicə də nə verə?

Mart çıxdı –

Dərd çıxdı.

Özü üçün yatıb, özgələr üçün yuxu görür.

Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.

El gözü sərraf olar.

Quş dənə gələr, milçək qana.

Bala bağır ətidi.

Uzundraz beynamaz,

Xeyrə – şərə yaramaz.

Ərsiz arvad –

Yüyənsiz at.

Taylı tayını tapar.

Taylı tayını tapmasa, günü ax-vayla keçər.

Çətini öyrənənə qədərdi.

Küsülü qardaş, gəl bu yükü çataq, sonra yenə küsünüz

yerində qalsın.

İlan ilandı, torpağı isrifnən yalayır.

Bir dana bir naxırın adını batırar.

Xeyirsöyləməzə dedilər: - Xeyir söylə, gələndə

papağımı sənə verrəm. Dedi: İndidən ver, bəlkə getdin

qayıtmadın.

Pul əl çirkidi.

Ayağını yorğanına görə uzat.

Yetim yarımaz, yarısa da qarımaz.

İştahın çəkməyən xörəyi yemə.

Çıraq dibinə işıq salmaz.

57

Səksən, doxsan –

Bir gün yoxsan.

Gülmə qonşuna,

Gələr başına.

Adam iki dəfə uşaq olar.

İki cürə qoca var: ipək qoca, köpək qoca.

Ağıl yaşda deyil, başdadı.

Toxun acdan nə xəbəri.

Dadanan qudurandan pis olar.

Tamarzıdan al, dadamala ver.

Gözdən tük qapır.

Yumurtadan yun qırxır.

Cavanın beyni qandı.

At alanda cavan, arvad alanda qoca gözünnən bax!

Qoca quyruq yedirdər,

Çavan yumruq.

Dəymə mənə, dəyməyim sənə.

Mənə dəyməyən qurd yüz yaşasın.

Adını eşit, üzünü görmə.

Taqqıltısını eşidərəm, üzünü görmərəm.

Cidanı çuvalda gizlətmək olmaz.

Bundan Fatıya tuman olmaz.

Axmaq köpək qaysavadan pay umar.

İt ulduza hürür.

Çox bilirsən, az danış.

Varlının gözü dar olar.

Kasıb ürəkli olar.

Ağzıma dad, qarnıma vay.

Malın mal olunca, bazarın bazar olsun.

Qurd balası qurd olar.

Siçandan olan çuval dibi kəsər.

Boğaz boydan aşağıdı.

Biri yeyər, biri baxar, Qiyamət onda qopar.

Bala baldan şirindi.

58

Könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.

At mıxını qopardanda bir yerə vurar, beş də özünə.

Toy da olsa toyuğun yasıdı, yas da olsa.

Qaz vur, qazan doldur.

Bu dünya belə gəlib, belə də gedəcək.

Olan oldu, torba doldu.

Pəh – pəhlə plov olmaz, yağ ilə düyü gərək.

Özgə atına minən tez düşər.

Özgə danası bağlayanın çatısı əlində qalar.

Özgə özgənin itini hololo bayatıynan çağırar.

Özgənin sözünü özgəyə deməyə nə var.

At özgənin, it özgənin.

Ev oğrusunu tutmaq olmaz.

Tək əldən səs çıxmaz.

Nə yoğurdu, nə yapdı,

Hazırca kökə tapdı.

Əl əldən üstün olar.

Əl ələ hökm edər.

Mollanın qarnı beşdi, biri həmişə boşdu.

Çeynənən saqqız çürüyər.

Yetmişində öyrənən gorunda çalar.

İşləməyən dişləməz.

Hər saatın bir hökmü var.

Hərə bir tük versə, kosa da saqqalı olar.

Asta qaçan namərddi.

Gördün yemək,

Ta nə demək?

İlan vuran ala çatıdan qorxar.

Süddən ağzım elə yanıb, qatıqdan da qorxuram.

Aftafa görməyən xorruyar.

Dünya gör-götür dünyasıdı.

Qulaq hər gün təzə bir söz eşitməsə, düz bir qarış

uzanar.

Oğrudan oğruya halaldı.

59

Yağışdan çıxdıq, yağmura düşdük.

Gözü ilə görən mən, xəbər verən sən?

Əsil dost qardaşdan irəlidi.

Dost min olsa azdı, düşmən bir olsa çox.

Borc qaldıqca balalar.

İlanın dili,

Dəvənin kini.

Yanmayan yerdən tüstü çıxmaz.

Qonağın ruzusu özündən qabaq gələr.

Yoxdan Allah da bezardı, bəndə də.

Zərərin yarısından qayıtmaq özü də igidlikdi.

Quru süfrəyə dua olmaz.

Allah heç kəsin əvvəlini əziz, axırını ucuz eləməsin.

Allah adamı sonku ayıbından saxlasın.

Bir gün duz yediyin yerə düz qırx gün salam ver.

Hərənin öz örüşü özünə xoş gələr.

Ağac bar gətirəndə başını aşağı əyər.

Bar gətirən ağaca balta çalmazlar.

Su sudu, o da bir yerdə duranda iylənər.

Axar su murdar götürməz.

Su aydınlıqdı.

Qanı qannan yumazlar, qanı suynan yuyarlar.

Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir.

Siçan olmamış çuval dibi kəsir.

Belə qorxursan pişikdən,

Niyə çıxırsan deşikdən ?

Borclunun dili gödək olar.

Andına inanım, ya qoltuğundakı xoruza ?

İtnən yoldaşlıq elə, ağacını yerə qoyma.

Tumanının balağını möhkəm tut, qonşunu oğru görmə.

Verdin – adındı,

Yedin – dadındı,

Saxladın – yadındı.

Keçən günə gün çatmaz.

60

Hərə öz keçəlini özü yaxşı qaşıyar.

Hər kəs öz ölüsünü oxşar.

Qonşuya ümid olan şamsız qalar.

Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdü.

Suda boğulan saman çöpünə əl atar.

Qozbeli qəbir düzəldər.

Su meymunun xirtdəyinə qalxanda balasını ayağının

altına qoyar.

Meymun baxar güzgüyə,

Adını qoyar özgəyə.

Yıxılana balta çalan çox olar.

Yüyürən yıxılana baxmaz.

Min dərd varsa, minbir də dərman var.

Milçək şirəyə qonar.

Toyuğun uçuşu zibilliyə qədər olar.

Başın girməyən yerə bədənini soxma.

Şirin dil ilanı yuvasından çıxardar.

Yetimin ahı yerdə qalmaz.

Yetimə can – can deyən çox olar, çörək verən az.

Qaz vur, qazan doldur.

Suyun lal axanı,

Adamın yerə baxanı.

Vur demək, özü vurmaqdı.

Görənnən gördürən yarıdı.

İt itnən boğuşdu,

Yolçuya girəvə düşdü.

Əli aşından da oldu, Vəli aşından da.

Dünya beş gündü, beşi də qara.

Yüz fikir bir borcu ödəməz.

Borclu borclunun sağlığını istər.

Qara sudan qaymaq tutur.

Acıqlandın, yüzə kimi say.

Acığın tutdu, bir parç su iç.

Çobanın könlü olsa, təkədən pendir tutar.

61

El atan daşı qaldırmaq olmaz.

Elin yumruğu ağır olar.

Koxanı gör, kəndi çap.

Bir kəndin koxası mürdəşir ola,

Heç olar ki, orda xeyir iş ola.

Asta gedən çox gedər.

Torpağı daşdı yerdən,

Qızı qardaşdı yerdən.

Qorx payızdan, qabağından qış gəlir,

Qorxma qışdan, qabağından yaz gəlir.

Qışın günü adamı isitməz.

Qorxulu baş salamat olar.

İtin qulağını kəssən, beşi deyər uzundu, beşi deyər

gödəkdi.

Xain xoflu olar.

İçdin üzüm suyunu,

Tökdün üzün suyunu.

Gah lələ şələni minər,

Gah şələ lələni.

Ay var bir günə dəyməz,

Gün var, min ayə dəyər.

Bir gördün yoldaş, iki gördün qardaş.

Təzə bardaq suyu sərin olar.

Təzə süpürgə yaxşı süpürər.

Dedilər: Əzrayıl oğul paylayır.

Dedi: Özününkü özünün olsun, mənimkinə dəyməsin.

Cücəni payızda sayarlar.

Söz son gülənindir.

Kiminin əvvəli, kiminin axırı.

Sən saydığını say, gör fələk nə sayır ?

Nə əkərsən, onu da biçərsən.

Nə tökərsən aşına, o da çıxar qaşığına.

Topal xoruz olmamış sabah açılmırdı ?

Dədən olmamış anan kimnən yatırdı ?

62

Hər dərdin dərmanı var, axtarıb tapan gərək.

Dərd verən dərmanını da verər.

Biri ölməsə, biri dirilməz.

Diriyə dirrik gərəkdi.

Zərb zəyərəkdən yağ çıxardar.

Hər oxuyan Molla Pənah olmaz.

Abad kənd tüstüsündən bilinər.

Abad kənd kalafasından tanınar.

Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər.

Qum göyərəndə, eşşəyin quyruğu uzananda.

Eşşəyin buynuzu çıxmayıb.

Düz əyrini kəsər.

Məclisdə yerini bil. Deməsinlər dur burdan.

Gücün çatan işdən yapış.

Ölünü qoyub dirini ağlamazlar.

Keçinin qoturu bulağın gözündən içər.

Qaçanı qovmazlar.

Palaza bürün,

Elnən sürün.

Əlim daş altdadı?!

Quyruğu qapı arasında qalıb.

Eşşəyin körpüdən keçdi?

İndi gəl bu kolu körpüdən keçirt.

Hərcayı sözün mərcayı cavabı olar.

Toyuq qaz yerişi yeriməz.

Ördək qaz yerişi yerimək istədi, öz yerişini də itirdi.

İgid ölər, adı qalar.

Lələ köçüb, yurdu qan ağlayır.

Əslini danan haramzadadı.

Ot kökü üstə bitər.

Elindən ayrılanı qurd yeyər.

Danışıq dananı qurda verər.

Gücünə bax, şələni bağla.

Hirs gələr göz qaralar, hirs gedər üz.

63

Allah bu gözü o gözə möhtac eləməsin!

Allah sağ gözü sol gözə möhtac eləməsin!

Allah sağ əli sol ələ möhtac eləməsin!

Allah hamının gözünü öz ocağında eləsin!

Bu evin işığı o evə düşməz.

Çıraq dibinə işıq salmaz.

Söymə nökər atamı, söyməyim bəy atanı.

Dəymə mənə, dəyməyim sənə.

Dədənnən dədəmi deyincə, özünnən özümü de!

At almamış nal alır.

Dalaşanda barışmağa üz saxla!

Son sözünü əvvəl demə!

Yeməkdən ümid yaxşıdı.

Adamınkı Allahdan üzülməsin!

Sonalayan sonda qalar.

Eybi çəkər eybəcər,

Dərdi çəkər dərdəcər.

Aclıq adama hər oyun öyrədir.

Ayının yüz oyunu bir armudun başındadı.

Armudun yaxşısını meşədə ayı yeyər.

Dəvə gördünmü? – İzini də görmədim.

Dəlləkliyi başımızda öyrəndi.

Kürəyi yayda al, orağı qışda.

Fürsəti fota vermək axmaqlıqdı.

Mən dəvəsi ölmüş ərəbəm.

Dövlətdə dəvə,

Külfətdə nəvə.

Ərəb nədi,

Corab nədi?!

Bazara girdin, gördün gözüqıpıq, sən də ol gözüqıpıq.

Qorxan gözə çöp düşər.

Çöp altda dəyirman tikir.

Dəyirman bildiyini eyləyir, çax-çax başını ağrıdır.

Yalanı dəyirmanda danışsan yaxşıdı.

64

Evdə dingnən dəyirmandan başqa hər şey olar.

Yüz ilin eşşəyidi, dəyirmanın yolunu bilmir.

Eşşək palçığa bir dəfə batar.

Eşşəyə dedilər mərifətini göstər, getdi samanlıqda

ağnadı.

Eşşək anqırar, tayını tapar.

Keçəl dərman bilsə, öz başına yaxar.

Keçəlin dərdi-başı,

Bir qazan ayran aşı.

Ağıl ağıldan üstündü.

O dağa yağdı qar, bu dağı yıxdı xəbər.

Ağır otur, batman gəl.

Qoyunu qoyun ayağından, keçini keçi.

Utananın oğlu olmaz.

Utanmağın da öz yeri var.

Şapalaqnan üz qızardıram.

İnsan dilindən bağlanar, heyvan belindən.

İçim özümü yandırır, çölüm özgəni.

Kor nə istər ?

- İki göz:

Biri əyri,

Biri düz.

Acıqlı başda ağıl olmaz.

At igidin qardaşıdı.

Vuran igid dədəsinə baxmaz.

Çağrılan yerə ar eləmə,

Çağrılmayan yeri dar eləmə.

Vaxtsız qonaq öz kisəsindən yeyər.

Qonağı qovmazlar, altındakı palazı çəkərlər.

Qonaq qonağı istəməz,

Ev yiyəsi heç birini.

Avara qonaq ev yiyəsini də avara elər.

Gəlin ayağa durdu, başlı başını saxlasın.

65

Qərib itin quyruğu qıçının arasında olar.

Özgəyə quyu qazan özü düşər.

Düzə zaval yoxdu.

Qazan dedi: dibim qızıldı,

Çömçə dedi: bulanıb çıxmışam.

Yalançının şahidi yanında olar.

Haqq öz yerini tapacaq.

Doğru qapıdan gələndə, yalan bacadan qaçar.

Məndən sənə öyüd,

Öz dənini özün üyüt.

Şərti şumda kəsək, xırmanda yabalaşmayaq.

Haray bəri başdan.

Yüz mamaça yığılsa, güc doğanındı.

Sağlığında Kor Fatı, öləndə badamgözlü.

Üzünə bax, halını xəbər al.

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.

Qara məni basınca, mən qaranı basım.

Ehtiyat igidin yaraşığıdı.

Ehtiyatlı igidin anası ağlamaz.

İgidin – igiddən nəyi artıqdır? Bir ehtiyatı.

İşi hacatnan görərlər, höcətnən yox.

Pis qonşu adamı hacatlı elər.

Qəbrə girən ölü geri qayıtmaz.

Qara gün adamı tez qocaldar.

Saç ürəkdən su içər.

Ağ gün adamı ağardar, qara gün qaraldar.

Ağacı öz içindən qurd yeyər.

Qonşunu iki inəkli istə ki, sən də bir inəkli olasan.

Barlı ağaca daş atan çox olar.

Bal tutan barmaq yalar.

Qız ağacı –

Qoz ağacı.

Gül tikansız olmaz.

Arvad bənnadır, kişi fəhlə.

66

Qonşu qonşuya baxar,

Canını oda yaxar.

Verən əli kəsməzlər.

Loxma dediyin boğmadı.

Bir tikə bir dağ aşırar.

Bir əli oddu, bir əli su.

Əl tutmaq Əlidən qalıb.

İynəynən gor qazır.

Çörəyi daşdan çıxır.

Kirpiyinnən od götürüb.

Kar nə bilir taqqıltı hardan gəlir.

Hoha var dağa mindirər,

Hoha var dağdan endirər.

Səhvsiz insan olmaz.

Varını verən utanmaz.

Kasıbın olanından.

Sanılı qozdu.

Ac qılınca çapar.

Bir atım barıtı var.

Gəlmişdi saqqal dalınca, bığı da qoydu getdi.

Gəlmişdi bay olmağa, yal-quyruğunu da qırxdılar, day

oldu.

Qaş qayırdığı yerdə vurdu gözünü də tökdü.

Ölünü öz xoşuna qoysan, kəfəni bulayar.

Özünə rəva görmədiyini başqasına da rəva görmə.

Hərə öz arşını ilə ölçür.

Hərə közü öz qabağına çəkər.

Dost gəlişi bayram olar.

Malyeməzin malını yeyərlər.

Xəsisin malı arvadın sonku ərinə qalar.

Yer oturanın,

Söz götürənin.

Ərlə arvadın torpağı bir yerdən götürülüb.

Gəlin ocaqlığa.

67

Karın könlündəki.

Hərə öz şəhərindən xəbər verər.

Ölüm atı yüyrək olar.

Ölən inək südlü olar.

İştah diş altdadı.

Dişnən dodaq arsızdı.

Boğaz boydan aşağıdı.

Aclıq bir il gedər, töhmət min il.

Özü yıxılan ağlamaz.

Ölənlə ölmək olmaz.

İtdən bir əppək borc alıb.

Milçəkdən fil düzəldir.

Milçək özü bir şey deyil, könül bulandırır.

Dəliyə hel ver, əlinə bel ver.

Dəliyə hər gün bayramdı.

Dəli dəliyə qoşulub, dəyənək göydən yağır.

Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi.

Bir dəli bir quyuya bir daş atdı, yüz ağıllı yığıldı,

çıxardammadı.

Toy gedər, tövlə qalar.

Cavanlıqda daş daşı,

Qocalıqda ye aşı.

Yetimin əli aşa çatanda, başı daşa çatar.

Anlayanın quluyam, anlamazın ağası.

Ağası Gülüm olanın başına külüm olar.

Hamı hamıynan olanda, keçəl də papağınnandı.

Dəlini yüz öyrət, yenə öz bildiyini elər.

Qanana da qurban olum, qanmaza da. Dad yarımçıq

əlindən.

Dəli öz xeyrini -şərini bilsə, niyə adına dəli deyirlər.

Dəlidən doğru xəbər.

Üstü bəzək,

Altı təzək.

Axtaran tapar.

68

Niyyətin hara-

Mənzilin ora.

Bir ata doqquz oğulu saxlar, doqquz oğul bir atanı

saxlaya bilməz.

Ata oğula bir bağı qıydı, oğul ataya bir salxımı

qıymadı.

Bağçı bağını qıydı, bağban bir giləsini qıymadı.

Yaxşı oğul neynir ata malını, pis oğul neynir ata

malını?

Oddan kül törəyər.

Od olsam, özümü yandırram.

Gözdən uzaq,

Könüldən iraq.

Dost daşı baş yarmaz.

Yaxşı günün dostu yaman gündə tanınar.

Qılınc yarası sağalar, dil yarası sağalmaz.

Namusu itə atıblar, it yeməyib.

İtdən çox çarıq yığan yoxdu, yenə ayağı yalındı.

İt ayaq apardığı deyildi, öz ayağını kəsdi.

İtin ayağını köçdən əsirgəməzlər.

Atın ağzına baxıb arpasını verərlər.

Ağ at arpa yeməz ?

Allah dağına baxıb qar yağdırar.

Elə bil alçaq dağları bu yaradıb.

Dədən sarımsaq, anan soğan. Sən hardan oldun

gülməşəkər?!

Nisyə – girməz kisəyə.

Əldəki sərçə göydə uçan göyərçindən yeydi.

Sən özünü bəyənmə, qoy səni bəyənsinlər.

El gözü tərəzidi.

El ağzı

Fal ağzı.

El içində,

Öl içində.

69

El ağzı,

Çuval ağzı.

El üçün ağlayan göz kor qalar.

Nağdını qoyub nisyə dalınca qaçma !

Yalançını mənzilinə qədər qovarlar.

Haqq haqdan kəsər, Murtuzəli hər ikisindən.

Çox bilirsən, az danış !

Əkinçi ol,

Bilici olma!

At almamış axurun dərdini çəkmə.

Arxı hoppan, sonra hop de.

Tamahkarın imanı olmaz.

İş tərs gələndə, xəşil də diş sındırar.

Ac qulağım,

Dinc qulağım.

Quduran qırx gün gedər.

Əyni parıldar,

Qarnı quruldar.

Ətnən dırnağın arasına girən iylənib çıxar.

Yaxın qonşu uzaq qohumdan yaxşıdı.

Ucuz ətin nə şorbası.

Qonşu qonşu olsa, keçəl qız ərə gedər.

Qonşu qızı gözəl olmaz.

A çirkin, burda dur, gedim gözəl axtarım,

Gözəl tapmasam, gözəlim sənsən.

Od qonşusu, gor qonşusu.

Qurd da qonşusuna dəyməz.

Qohumun kimdi?- Yaxın qonşum.

Yad gələ-gələ qohum olar, qohum gəlməyə-gəlməyə

yad.

Nə ölüyə hay verir,

Nə diriyə pay.

Hər gecənin bir gündüzü var.

Axşamın xeyrindən sabahın şəri yaxşıdı.

70

Axşam – sabah yalan deyil ha.

Ala itdən manşırdı.

A qarğa, məndə qoz var.

Qarğa çoxbilmişliyindən duzağa düşər.

Danışmaq gümüşdüsə, susmaq qızıldı.

Yaman dil başa bəladı.

Ölüm qaşnan gözün arasındadı.

Əcəldən macal yoxdu.

Nə işim işdi,

Nə əlim boşdu.

Şunu götür, şunu qoy.

Halvaçı qızı daha şirin.

Soğan olsun, nağdı olsun.

Toyuq yumurtasına görə qaqqıldar.

Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.

Buğda çörəyin yoxdu, büğda dilin olsun.

Buğdanın qarnı yarıqdı.

Su sənəyi suda sınar.

Səbr Allahın adıdı.

Eyibsiz gözəl olmaz.

Hər gözəlin bir eybi olar.

Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.

İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidi.

İtə yiyəsinə görə hörmət edərlər.

Yatan ölməz, yetən ölər.

Əziz ölür,

Boğaz ölmür.

Yatan öküzün başını duran öküz batırar.

Allah-Allahla donuz darıdan çıxmaz.

Özünə umac ovammır, özgəyə əriştə kəsir.

Uşağı buyur,

Dalınca yüyür.

Bu da dağarcığını sürüyüb çuvallar cərgəsinə qoyur.

Can yanmasa gözdən yaş çıxmaz.

71

Əti sənin, sümüyü mənim.

Sümüksüz ət olmaz.

Toyuq eşələndi,

Özünə bıçaq qazandı.

Vaxtsız banlayan xoruzun başını kəsərlər.

Toyuq dedi: Allah qanad versə də uçaram, verməsə də.

Könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.

Çayda balıq yan gedər.

Paxıl artmaz.

Şabalıddan yağ çıxmaz.

Dərdli deyingən olar.

Gül tikansız olmaz.

Yolun enişi də olar, yoxuşu da.

Yolnan gedən yorulmaz.

Su kiçiyin, yol böyüyün.

Hamam suyundan özünə dost tutur.

Yetişən meyvə ağacda qalmaz.

Ağac barınnan gözəldi.

Eşşəyə min, ata çatınca.

Əzizim əziz, tərbiyəsi ondan da əziz.

Aydan arı,

Sudan duru.

Yazın yağışı,

Ər-arvadın savaşı.

Səndən hərəkət,

Məndən bərəkət.

Vurammayan çomağın yekəsini götürər.

Arifə bir işarə.

Quyuya girməmişdən əvvəl çıxmağı fikirləş.

Dama-dama göl olar,

Yağa-yağa sel.

Pişiyi divara qısnarsan, qayıdıb üzünü cırar.

Pişik balasını istədiyindən yeyər.

72

Çəkişməsən bərkişməzsən.

Yüz gün yaraq,

Bir gün gərək.

Yayın yaxantısı –

Qışın yavanlığı.

Acıqlı başda ağıl olmaz.

Bir əldə iki qarpız tutmazlar.

Bəynən bostan əkənin tağı çiynində bitər.

İki yana baxan çaş qalar.

Bəy verən atın dişinə baxmazlar.

Bəy nədi,

Bəyənməmək nədi?!

Bəydən gəlmiş nökərəm,

Dinmə, dişini tökərəm.

Ağanın malı gedir,

Nökərin canı.

Ağıllı düşmən axmaq dostdan yaxşıdı.

Öz əliylə özünə quyu qazır.

Gen qaz, dərin qaz. Özün düşərsən.

Özü özünə eləyənə el yığılsa eləyəmməz.

Özü özünə elədi,

Külü gözünə elədi.

Keçinin əcəli yetəndə çobanın çomağına sürtünər.

İgidin başı qalda gərək.

Tələsən təndirə düşər.

Dost yolunda boran olar, qar olar.

Dost dosta tən gərək,

Tən olmasa gen gərək.

Bilməmək eyib deyil. Öyrənməmək eyibdi.

İt əppəyə,

Uşaq məhəbbətə.

İnsanla heyvanın fərqi dilindədi.

Səbr elə, halva bişər ey qora, səndən,

73

Bəsləsən atlas olar tut yarpağından.

Harada yaşasan, ora vətəndi.

Vətənə gəldim, imana gəldim.

Tövbə toxluqdan,

Üz – göz yoxluqdan.

Tövbə, tövbə, nə tövbə?! Öyrənmişə nə tövbə?!

Ayda ildə bir namaz,

Onu da şeytan qoymaz.

Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar.

Ulu sözünə baxmayan ulaya - ulaya qalar.

Quşu quşnan tutarlar.

Öz daşımız, öz divarımız.

Qırmağa qozumuz,

Cırmağa bezimiz.

Zər qədrini zərgər bilər.

Çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Eşşək nə qanır zəfəran nədi?!

Həkim eşşək əti buyurub?!

Odnan pambığı bir yerdə qoymazlar.

Pambıqla baş kəsir.

Saman altdan su yeridir.

Hər evin öz qibləsi var.

Gendən baxana döyüş asan gəlir.

Ürək süfrə deyil ki, hər yetənə açasan.

İslanmışın yağışdan nə qorxusu?

Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!

Qoyunu qurda tapşırmazlar.

İstəyənin bir üzü qara,

Verməyənin iki.

Verib pis olunca, vermə pis ol.

Pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyar.

Pişiyi torbada boğarlar.

Torbada pişik var.

Camış ola -

74

Qamış ola.

İt ola –

Küt ola.

İlanın ağına da lənət, qarasına da.

Lalın dilini nənəsi bilər.

Ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

Xəstə tələsər, armud vaxtında dəyər.

Hər işin öz vaxtı var.

Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz.

Söz vaxtına çəkər.

Yara yetişəndə deşilər.

Balını yadlar yeyir, mən çəkirəm bəlasın.

Ağlamağın dalı gülməkdi.

Yaman günün ömrü az olar.

Tülkü tülkülüyünü sübut eləyincə, dərisi boğazından

çıxar.

Su suyu tapar, su da çuxuru.

Kor kora lağ eləməsə, bağrı çatlayar.

Kor atın kor da nalbəndi olar.

Dost adamın eybini üzünə deyər.

Bəla gələndə «gəlirəm» deməz.

Nə altda undu, nə üstdə kəpək.

Nə ətdi, nə balıq.

Nə yardan doyur,

Nə əldən qoyur.

İnsafsız ağa,

Yağmursuz hava.

Var əli kərəm əli,

Yox əli vərəm əli.

Utanırsan üzünə ələk tut.

Ərindiyindən erməniyə ər deyir.

Xətir ucundan xəstə yatır.

Sən ağa, mən ağa,

İnəkləri kim sağa?!

75

Qızsız ana -

Duzsuz ana.

Heç kəs öz ayranına turş deməz.

Hərənin qarğası özünə qırğıdı.

İtin qursağı yağ götürməz.

İt itin ayağını basmaz.

At ölüb, itin bayramıdı.

Fərli cücə yumurtadan cikkildər.

Buğda yeyib cənnətdən çıxıb.

Qarnım üçün demirəm, qədrim üçün deyirəm.

Acam - quyruq acıyam, bağır-öfkə acı deyiləm.

Sirr sirri açar,

Kir kiri.

Sirri demə dostuna, dostunun da dosu var.

Məni aparan suya Araz deyərəm.

Keçmə namərd körpüsündən,

Qoy aparsın sel səni.

Yatma, tülkü kölgəsində,

Qoy yesin aslan səni.

Mərd ilə daş daşı, namərd ilə bal yemə.

Çox yemək adamı az yeməkdən də qoyar.

Həvəsdi - bəsdi,

Gilasdı – bəsdi.

İt harava kölgəsində yatar, elə bilər öz kölgəsidi.

Ağa deyir: Sür dərəyə!

Sür dərəyə.

Elçiyə zaval yoxdu.

Anası çıxan ağacı balası budaq-budaq gəzər.

Alim olmaq asandı, adam olmaq çətin.

Tanrı böyük, altı gen.

Dünya xali deyil.

Oğru tülküdən şir olmaz.

Aslanın erkəyi-dişisi olmaz.

Uzunsaçlının ahı yerdə qalmaz.

76

Uzunun ağlı topuğundadı.

Andın iki başı var.

Gec gələr, güc gələr.

Yeməyə də kömək, işləməyə də.

İşləməyən dişləməz.

Dost adımı ansın, bir çürük qoznan.

Yarın yara sovqatı

Bir dəstə bulaq otu.

Ara sözü ev yıxar.

Pıçı – pıçı ev yıxar.

Çomağın iki başı var.

Adam tüpürdüyünü yalamaz.

İlan yerisin, balası dalınca.

İlanı görənə lənət,

Görüb öldürməyənə lənət,

Öldürüb basdırmayana lənət.

İlan ulduz görməsə, ölməz.

Hörmət hörmətə bağlıdı.

Dəvə nə qədər arıq olsa, dərisi sarvana yükdü.

Qız yükü, duz yükü.

Bu günün işini sabaha qoyma.

Əldən qalan əlli il qalar.

Göz haqdı, qulaq nahaq.

Əl mərd olar, göz namərd.

Günü günə satma.

Hər günün öz hökmü var.

Söz vaxtına çəkər.

Ağıllı deyər: bu gün işlərəm, sabah oynaram,

Tənbəl deyər: bu gün oynaram, sabah işlərəm.

Əmanətə xəyanət yoxdu.

Borclu boclunun sağlığını istər.

Öyündə yoxdu urvalıq,

Könlündən keçir darğalıq.

Sənətkar günortaya kimi ac qalar.

77

Qızını döyməyən dizini döyər.

Göz gördüyündən qorxar.

Uşaq gördüyünü götürər.

Aşıq gördüyünü çağırar.

Nahaq qan yerdə qalmaz.

Yaxşılığa yaxşılıq hər kişinin işidir,

Yamanlığa yaxşılıq nər kişinin işidir.

İtə arpa atır, ata sümük.

Xalam bildi, aləm bildi.

Oğul dayıya çəkər.

Tamahkarı yalançı aldadar.

Anasına bax qızını,

Qırağına bax bezini.

Qorxan gözə çöp düşər.

Qorx qorxmazdan, utan utanmazdan.

İş tərs gətirəndə burnun suyu gözə damar.

Hacdan gələn mən, xəbər verən sən.

İki qoçun başı bir qazanda qaynamaz.

Bir dərədə iki axsaq ceyran olmaz.

Əl əli yuyar, əl də üzü.

Südlü aş yaxşı şeydi, bir gün sizdə, bir gün bizdə.

İgid odur atdan düşə atlana,

İgid odur hər əzaba qatlana.

Qardaş adamın təkcə ölümünü istəməz.

Qarın qardaşdan irəlidi.

Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş.

Ayrı qardaş – yad qonşu.

Qarı düşmən dost olmaz.

Ədəbi kimdən öyrəndin?

- Ədəbsizdən.

Artıq tamah daş yarar,

Daş qayıdıb baş yarar.

Başına gələn başmaqçı olar.

Gözünlə görmədiyinə inanma.

78

Bir görmək iki eşitməkdən yaxşıdı.

Gözün ağını başa qaxarlar.

Dinsizin öhdəsindən imansız gələr.

Allahsız yerdə otur, böyüksüz yerdə oturma.

Ac toyuq yuxusunda darı görər.

Analı qızın özü böyüyər,

Anasız qızın sözü.

Qız qızıl qırığıdı.

Qızın oldu, qırmızı donunu soyun qoy.

Ağladan yanında otur, güldürən yanında oturma.

Yüz ölç, bir biç.

Məsləhətli don gen olar.

Sonrakı peşmançılıq fayda verməz.

Daldan atılan daş topuğa dəyər.

Əlinnən qoyan Allahdan irəlidi.

Ağzımı yandıran aş olsun,

Başımı yaran daş olsun!

Ağ olsun, bez olsun,

Əynimdəki təzə olsun.

Suçıxmaz arxa cuvar oldum.

Görək xəlbir sudan nə çıxardır.

Sən gedən yolu getmişəm də, qayıtmışam da.

Duza gedir.

Dişsizin yağısıdı.

Tanrısına təpik atır.

Şadlığına şitlik eləyir.

Cəhənnəmə gedən özünə yoldaş axtarır.

Dovşana qaç deyir, tazıya tut.

Dovşan balasına üçcə gün süd verər.

Dil yanılar, düzünü deyər.

Dolunu yeyib, boşa bir təpik vurur.

A qızım, sənə deyirəm, a gəlnim, sən eşit.

Qalan işə qar yağar.

Tutulan işdən gül iyi gələr.

79

Bir gözü Aydadı, bir gözü çayda.

Fikri dağdan alma-armud dərir.

Dadanan qudurandan pis olar.

Dadanmışdın duzlu dolmaya, o da bir gün olmaya.

Başımı yarıb ətəyimə qoz tökür.

Bal tutan barmaq yalar.

Çömçə tutan bizə tərəfdi.

Tamarzıdan al, dadamala ver.

Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlər

hamısı qəssab olardı.

Hər keçəlin baxtı bir olmaz.

Keçəl suya getməz.

Qismətdən artıq yemək olmaz.

Elini hürküt, axsağından yapış.

Verən Allahdı.

Atalar üçətən deyib.

İgid basdığını kəsməz.

Qaranı qaraya tutmazlar.

Allahdan qorxmayan kafirdi.

Deyirəm xüdüməm; deyir neçə oğlun var, neçə qızın?

Pazı paznan çıxardarlar.

Yağın şora ziyanı yoxdu.

İtə qoşulan it damına düşər.

Qızın vətəni olmaz.

Belimizə qara yun bağladı.

Kor canavarınkını Allah yuvasında yetirər.

Qaraquş sümüyü ölçür, sonra udur.

Qurd tutduğunu bilər,

Udduğunu bilməz.

Ayağıma yer eləyim,

Gör sənə neyləyim.

Elə yerdən yıxılım, heç haram ağrımasın.

Düşməni ocaq başında tanı.

80

Hay-hayı gedib, vay-vayı qalıb.

Arını bilməyən itinin adını Gümüş qoyar.

Bərkdə əli yoxdu.

Yel əsib, qoz tökülüb.

Gördüyündən göz kirəsi istəyir.

Uzaq yerin döymənci holalıynan gələr.

Yayın yağıntısı,

Qışın yığıntısı.

Ağacnan daşın nə yoldaşdığı.

Qonşudan gələnnən öynə olmaz, o da vaxtlı-vaxtında.

Camışınan gəzən dananı qurd yeyər.

Tez durannan tez öyrənən xeyir tapar.

Anasına bax qızını,

Torbasına bax duzunu.

Oğlan öyündə heç nə yoxdu. Qız öyündə dıqqır-

duqqurdu.

Doğruluq – dost qalası. Dolan gəl, öz öyündü.

Qohum qohumunan dalaşdı,

Əbləh ona yanaşdı.

Acnan danışan əcəlinnən danışır.

Qonağı abırınan qarşılayar, ağılınan yola salar.

Kotan nə bilir, qaraqayış nə çəkir.

Yaxşı gündə yad qonşu,

Yaman gündə gəl, qardaş.

Toy bəysiz, gəlin yengəsiz.

Su özünə yol eylər.

Bayquş xaraba sevər.

Ata doğrayıb, bala yeyər.

Qardaşa baxarlar, bacısını alarlar.

El dəlisini çölə atmaz.

Pulu pul qazanar.

Sabun qara palazı ağartmaz.

Dədə yanında ədəb olar, gədə yanında əda.

Qoç quzu ikən quyruq tutar.

81

Yoğun yortar, nazik artar.

Tatı tamarzı görüb əlinə bağır-öfkə uzadır.

Heç kəs anasının qarnında öyrənmir.

Ayağı pilləkənə bir-bir qoyarlar.

Nə qədər çox bilsən, yenə bir az biləndən soruş.

Ağıl ağıldan ustündü.

Vara yox deyənin varı yoxa çıxar.

Dişindəkini dırnağına salma.

Ağacdan maşa olmaz,

Arvaddan paşa.

Yatan öküz yük götürməz.

Unu ələkdən,

Xəmiri biləkdən.

Yara yiyəsini ağrıdar.

Bəhməzi kupdən,

Arvadı kökdən.

Çıxmayan cana ümid çoxdu.

MÖVSÜM-MƏRASİM NƏĞMƏLƏRİ

82

ÜZƏRLİK YANDIRMA MƏRASİMİ

Ta qədimlərdən bu günə kimi yaşamaqda olan üzərlik

yandırma mərasimi pis gözdən, bədnəzərdən qorunmaq

üçün təsirli vasitələrdən biri sayılır. Mərasimdə istifadə

olunan üzərlik yalnız insan nəfsi toxunmayan, yəni xoruz

səsi eşitməyən yerdən yığılıb qurudulmalıdır. Üzərliklə

birlikdə çox zaman soğan, sarımsaq qabığı da yandırılır.

Həmin tüstünü nəzər toxunmuş adama iylədir və oxuyurlar:

Üzərliksən, havasan,

Hər dərdlərə davasan,

Pis gözlərə yavasan.

Üzərliyim çartlasın,

Yaman gözlər pırtlasın.

Bu nəğmədən sonra üzərlik çıtlayırsa, bəd rühlar,

bədnəzərin nəfsi evdən qovulur. Göz dəymiş adam üç dəfə

yanan üzərliyin üstündən keçirdikdən sonra mərasim sona

çatır.

YAĞIŞI KƏSMƏK

Yağış həddindən çox yağıb kəsilmək bilməyəndə

insanlar qorxuya düşür. Onda anasının ilki olan uşaq mis

qazan götürüb daşla döyəcliyir, özü də belə oxuyur:

Mən anamın ilkiyəm,

Ağzıqara tülküyəm,

Mən kəsirəm,

Sən də kəs!

DUZ YANDIRMA MƏRASİMİ

83

Duz yandırma da üzərlik yandırma törəni kimi icra

olunur. Göz dəyən adamın başına bir çimdik duz hərləyib,

gözü dəyməcəli adamların adlarını çəkə-çəkə ocağa atır və

oxuyurlar:


Bir ovuc duz,

Ocaqda qız!

Yanıb kül olsun

Balama dəyən göz.

XIDIR ELLƏZ

Xıdır Nəbi bayramına Xıdır Elləz də deyirlər. Kiçik

çillədən on gün keçmiş ev adamlarının sayına görə palıd

çubuğu kəsirlər. Çubuqların başına pambıq doluyurlar.

Sonra duğda doldurulmuş məcməyinin içinə sancırlar.

Qaranlıq otağın bir küncünə qoyub pambığı yandırırlar.

Sübh tezdən baxırlar ki, buğdanın üstündə at nalının izi var.

Bu, Xıdır Elləzin atının izidir. O gecə Xıdır peyğəmbər hər

qapıdan öz payını götürüb gedər.

XIDIR NƏBİ

Xıdır Nəbi bayramında uşaqlar hansı evə torba atsalar

xorla oxuyarmışlar:

Xıdır Nəbi, Xıdır Elləz,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

Xıdır gəldi hayınan,


Bir qaraca dayınan,

84

Qara day palçığa batdı,


Xıdır yanında yatdı.

Çatma-çatmaya,

Çatma yerə batmaya.

Kim Xıdırın payın verməsə,

Əri yanında yatmaya.

HOLAVARLAR


İranadakı1 boz öküz,

Qoparıbdı toz öküz.

Alıb yerin canını,

Çıxsın yaman göz, öküz.

Dağların enişi var,

Diki var, enişi var,

Cütə gedən öküzün

Özünün yerişi var.

Kotanın xodakları,2

Partlayıb dodaqları.

Qarğayın kotan sınsın,

Dincəlsin xodakları.

Öküzlər qoşa getdi,

Güc vurdu daşa getdi,

Cütün macı3 qırıldı,

Zəhmətim boşa getdi.

1 İrana – cütün açdığı şırım

2 Xodak – kotanın hissəsi

3 Mac – cütün hissəsi

Öküzüm gedər başdan-başa

85

Kotanını qoşaram qoşa,

Holal ho yeri, ho yeri.

Yaxşı ək, qoy buğda bitsin,

Düşmənlərin dönsün daşa.

Halal ho yeri, ho yeri.

Öküz, boynunu yağlaram,

Boyunduruğun bağlaram,

Holal ho yeri, ho yeri,

Öküzüm, sən xərəyə çəkməsən,

Səni gözüm üstə saxlaram,

Holal ho yeri, ho yeri,

Holal ho yeri, ho yeri.

SAYAÇI SÖZLƏRİ

Tut qoyunun belini,

Ələ gəlmir yelini.

Bir doyunca görəydim

Onu sağan gəlini.

Saya yaxşı sayadı,

Yeri-yurdu qayadı.

Onun gözəl sözləri

Yatanları oyadır.

Təkəmə bir tay gətir,

Tikələri say gətir.

Təkəni tez yola sal,

Özünə bir tay gətir.

Yaxşı adam çox yaşar,

86

Vay pisidir öləndə.

Kül təkənin başına,

Qaynanası öpəndə

Qoyunum, ağ qoyunum,

Dərisi yağ qoyunum.

Mən öləndə istərəm

Qalasan sağ qoyunum.

Ala kərə, tayın gördüm,

Özünü görmək istərəm,

Qara kürə özüm gördüm,

Tayını görmək istərəm.

Nənəm qoyunun ağı,

Gedir dolanır dağı.

Qızlara cehiz ağı,

Uşağa bələk bağı.

Qarı tutanda yağı,

Gəlin yeyir qaymağı.

Nənəm sarıbaş qoyun,

Qarlı dağlar aş qoyun.

Yağından plov olar,

Quyruğundan aş, qoyun.

87

OVSUNLAR

QURDAĞZI BAĞLAMA

Qulfu qulfu,

Allah qulfu.

Qulfu

Süleyman Allah qulfu.

Qulfunu götdüm əlimə,

Adını gətdim dilimə.

Dörd yanın hasar olsun,

Hasarın müxtəsər olsun.

Ovsunun sözlərini arada fışqırıq çalmaq şərti ilə bir

nəfəsə üç dəfə təkrar etmək lazımdır. Onda qurdun ağzı

bağlanar və örüşdən qayıtmayan mal-qara salamat gələr.

ZİYİLİ YOX ETMƏ

Təzə ay doğanda aya baxa-baxa ziyilə köhnə süpürgə

çəkmək, yaxud öpmək şərti ilə bu sözləri üç dəfə təkrar

etmək lazımdır. Onda ziyil yoxa çıxar.

Ay, səni xoş gördük,

Ziyil, yerin boş gördük.

88

BƏDNƏZƏRDƏN QORUNMA

Gecə yatanda, uzaq səfərə çıxanda, hər hansı bir işə

başlamaq istəyəndə bədnəzərdən qorunmaq üçün bu sözləri

oxuyarlar:


Bismi-bismi bismillah,

Bismi sübhən qülfallah.

Qülfallahnan İmam Hüseynin

Möhrünü yazaram,

İmam Hüseynin möhrünnən

Pisin, oğrunun, bədnəzərin

Ağzını, gözünü bağlaram.

Dörd yanımız hasar olsun,

Hasarı müxtəsər olsun

O bir Allah üsütümüzdə yar olsun.

TÜSTÜ ÇOBANA

Tonqal başında duranlar tüstüyə deyər:

Tüstü çobana,

Qatıq çalana.

TÜSTÜ BAZAR

Tüstü bazar,

Tüstü bazar,

Bizdə çörək yoxdu,

89

Qonşumuzda çoxdu.

TAPIL-TAPIL

Nəyisə axtarıb tapmayanda dönə-dönə deyərlər:

Tapıl-tapıl,

Yağlı kökə bişirrəm.

Tapılmasan,

Küllü kökə bişirrəm.

AĞ DAŞ, QARA DAŞ

Bir şeyin tayı tapılmayanda deyərlər:

Ağ daş, qara daş,

Allah, buna bir yoldaş.

90

XALQ MAHNILARI

BIR OTAQ TIKDİRDİM

Bir otaq tikdirdim tamam buxarı,

Bir usta istərəm çəkə yuxarı,

Bir oğlan sevmişəm mahud çuxalı.

Nəqarət

Ay qız, ay qız, qara tel, ağlama,

O üzü dönmüş yara bel bağlama.

Bir otaq tikdirdim durna telindən,

Üstünə tökdürdüm, xurma çöpündən,

Bir oğlan sevmişəm Urum elindən.

Nəqarət

Ay qız, ay qız, qara tel, ağlama,

O üzü dönmüş yara bel bağlama.

AY GÜLÜM

Çağırdım bağdan,

ay gülüm,

Hay verdi dağdan,

ay gülüm,

Yaylığın al gəl!

91

***

Əlində ələk,

ay gülüm,

O çərxi-fələk,

ay gülüm,

Xalis ipəkdən,

ay gülüm,

Çarşabın al gəl!

***

Əlində taxta,

ay gülüm,

Qoy yerə toxta,

ay gülüm,

Köynəyin al gəl!

***

Gəlirdim cütdən,

ay gülüm,

Çıxdı məsciddən,

ay gülüm,

«Söhbəti» çitdən,

ay gülüm,

Dirliyin al gəl !


***

O mən deyəni

ay gülüm,

Xudmən deyləni,

ay gülüm,

Zilqeyd deyləli

ay gülüm,

92

Başmağın al gəl !

***

Əlində sazı,

ay gülüm,

Xoşdur avazı,

ay gülüm,

Qırmızı qanovuz,

ay gülüm,

Örpəyin al gəl !

YARI ÖZGƏLƏRƏ YAR OLAN CANIM

Mən öləndə məzarımı qazarsan,

Sirr sözümü başdaşıma yazarsan,

İncimərəm gözəllərlə gəzərsən.

Gülü qönçələrdə tar olan canım,

Yarı özgələrə yar olan canım.

Yarıma deginən mənə saz alsın,

Onu çalım dərdi-qəmim azalsın,

Əgər ölsəm getsin ayrı qız alsın.

Gülü qönçələrdə tar olan canım,

Yarı özgələrə yar olan canım.

Az danış, az danış, çatladı bağrım,

Nuhun dəryasında qarğ olan canım,

Gen dünya başına dar olan canım,

Yarı özgələrə yar olan canım.

93

QURBAN OLUM QOLTUĞUNDA BAYAZA

Qız: Qurban olum qoltuğunda bayaza,

Gecə soyuq, dalın vermə ayaza,

Toylar oldu toyun qaldı payıza,

Gəl-gəl edir sənə İsanın qızı,

Özü göyçək, yanaqları qırmızı.

Oğlan: Qurban olum qoltuğunda Qurana,

Gecə soyq, dalın vermə borana,

Toylar oldu, toyun qaldı bayrama,

Gəl-gəl edir mənə İsanın qızı

Özü göyçək, yanaqları qırmızı.

CÜRDƏYİ GÖTDÜM, NƏNƏ

Qız: Cürdəyi götdüm, nənə,

Mən suya getdim, nənə.

Veran qalmış çeşmədə

Yaylığım itdi, nənə!

Nənə: Alma barıydı, qızım,

Heyva, narıydı, qızım.

Veran qalmış çeşmədə

Kimlər varıydı, qızım?

Qız: Alma barıydı, nənə,

Heyva narıydı, nənə.

Veran qalmış çeşmədə

Mahmud varıydı, nənə!

94

Nənə: Mahmudu görrəm, qızım,

Bir soraq allam, qızım.

Yaylıq Mahmudda olsa,

Bir qanlar sallam, qızım.

Qız: Əymə nənə, əymə nənə,

Gülləri budaqdan əymə,

Yaylıq Mahmudda olsa,

Xətrinə dəymə, nənə!

HÜNDÜR BARIDAN AŞARAM

Oğlan: Hündür barıdan aşaram,

Ördəyi, qazı qoşaram.

Səni mənə versələr,

Hacının qızın boşaram.

Qız: Hacının qızının malı da var,

Üzündə bir cüt xalı da var,

Hara gedirsən məni də apar,

Görənlər desin yarı da var.


BULAQ BAŞI

Bulaq başı pıtıraq,

Yarı çağır oturaq,

Bir o desin, bir də mən,

Bu soydadan qurtaraq.

Bulaq başı lilipar,

Yaylıq gətir, gül apar,

Danışmaqnan doymarıq,

95

Gəl dilimdən dil apar.

MAHNI YARPAQLARI

YELLƏNCƏKDƏ YELLƏNNƏM

Yelləncəkdə yellənnəm,

Sındı belim, a yar-yar.

Yar ki yara bab olmadı,

Oldu zülm, a yar-yar.

DAMLAR ÜSTƏ XORUZ BANLAR

Damlar üstə xoruz banlar,

Onun dilin kimlər anlar?

Anam gələr, üzüm danlar,

Oğlan, dur get sabah oldu,

Yandı bağrım kabab oldu.

GƏLMİRSƏN

Ələyi mahna eləyib,

Saca niyə gəlmirsən?

Gecələr gündüz olub,

Gecə niyə gəlmirsən?

Ətriyandan can bəslədim,

Bizə niyə gəlmirsən?

96

GƏLİNİZ ARTIRAQ BAZAR QİYMƏTİN

Gəliniz artıraq bazar qiymətin,

Kasıb görsün bərəkuyların hörmətin.

Biz bərəkuylar nə günə qalmışıq,

Boş xurcunu çiynimizə salmışıq.

Çatladı bağrım, qadan alım sənin,

Mən də sənin kimi qadan alım sənin.

MƏNİM ADIM MİSİRDİ

Mənim adım Misirdi, Misir,

Altımda var bir parça həsir.

Ayağımı qandal kəsir,

Məni görən analar ağlasın,

Gözəl yarım Zöhrə ağlasın!

AY QIZ, SƏNİN ƏDALARIN

Ay qız, sənin ədaların,

Nə xoş gəlir sədaların.

Yara gəlsin qadaların,

Sözümə qail olasan,

Anama gəlin olasan.

ZALIM CƏLLAD

Zalım cəllad, nə kəsibsən yanımı,

Bəlkə yazan belə yazıb yazımı?

97

Sındırarsan sədəflicə sazımı,

Yarəbb, görən bir də kimlər çalacaq?!

FƏLƏYİN BAĞINDA

Fələyin bağında əkdirdim kələm,

Gedirdim qürbətə, qayıdam gələm.

Dəryalar mürəkkəb, meşələr qələm,

Qələm də olmasa, yaza bilməsən,

Bir neçə kəlməynən dil mənə göndər.

BİRİ MƏNƏM

Ürəyimdə dürlü-dürlü yara var,

Təbib gəlsə, Yarəbb, ona çara var,

Bu dünyada iki baxtı qara var,

Biri mənəm, Yarəbb, biri kim ola?

98

M İ F L Ə R

OVÇU PİRİM DAŞ OLDU

Ovçu Pirim adında bir kişi varıydı. Bir gün bu kişi

ova gedir. Görür ki, iki ilan dalaşır. İlanın biri ağ idi, biri

qara. Ovçu Pirim tüfəngini qaldırıb qara ilanı vurmaq

istəyir. Amma qara ilanın əvəzinə ağ ilanı yaralayır. İlanlar

qaçıb gedirlər.

Ovçu Pirim evinə qayıdır. Bir gün iki ilan gəlib Ovçu

Pirimə deyir ki, ilanların padşahı səni yanına çağırır. Ovçu

Pirim ilanlarla gedir. Yolda ilanlar ovçu Pirimə deyirlər:

- İlanların padşahı səndən nə istədiyini soruşacaq.

Onda deynən ki, heç nə istəmirəm, eləcə mənim ağzıma üç

dəfə tüpür. İlanlar padşahı deyəcək ki, axı sən insansan,

mən ilan. Ağzına tüpürsəm ölərsən. De ki, sən tüpür,

ölmərəm.

Ovçu Pirim ilanlar ilə gəlib ilanlar padşahının yanına

çıxır. İlanlar padşahı ovçu Pirimdən soruşur ki, niyə mənim

qızımı yaralamısan? Ovçu Pirim görür ki, həmin yaraladığı

ağ ilan orada yatır. O, ilanı görməməzliyə vurur. Ovçu

Pirim cavab verir ki, mən qara ilanı vurmaq istəyirdim,

güllə ağ ilana dəydi.

İlanların padşahı heç nə deməyib bütün ilanları bir

yerə yığdı. Sonra ovçu Pirimdən soruşdu:

- Bax gör qara ilan bunlardan hansıdır?

Ovçu Pirim baxıb dedi ki, həmin ilan burada yoxdu.

İlanların padşahı vəzirə buyurdu ki, gör hansı ilan burda

yoxdu? Vəzir qara ilanın burada olmadığını söylədi.

İlanların padşahı iki qanadlı ilan yolladı ki, gedib qara ilanı

gətirsinlər. Bir göz qırpımında gətirdilər. İlanların padşahı

99

qara ilanı öldürdü. Sonra ovçu Pirimdən nə istədiyini

soruşdu. Ovçu Pirim dedi ki, səndən heç nə istəmirəm. Sən

mənim ağzıma üç dəfə tüpür. İlanlar padşahı dedi:

- Sən insansan, mən ilan. Ağzına tüpürsəm ölərsən.

Ovçu Pirim əl çəkmədi, yenə dedi:

- Sən tüpür, ölmərəm.

İlanlar padşahı ovçu Pirimin ağzına üç dəfə tüpürdü,

özünə də bərk-bərk tapşırdı:

- Bax bu sirri heç vaxt, heç kimə açma. İşdi sirri

kiməsə açsan, dönüb daş olacaqsan. Bir də yadında saxla:

kim səni çağırsa cavab, vermə.

Ovçu Pirim evinə qayıdanda gördü ki, bütün dağlar,

daşlar, otlar, güllər, heyvanlar hamısı onu çağırır. O, heç

kimə cavab vermədi, yoluna davam etdi. Gəlib evinə çatdı.

Ovçu Pirim başına gələnləri arvadına söylədi. Bu sirri

açdığına görə Ovçu Pirim daş oldu.

OCAX İLANI

Bir evdə ocax ilanı yaşayırmış. Özünün də bir neçə

balası var imiş. Bir gün ev sahibi ağır xəstələnir. Qonşu

qadın xəstəyə baş çəkməyə gəlir. Nətəri olursa ilan

balasının biri evin ortasına düşür. Qonşu qadın ilanı götürüb

çölə atır. İlan yuvasına qayıdanda balasının birini tapa

bilmir. Elə bilir öldürüblər. Heyfini çıxmaq üçün otağın bir

küncünə qoyulmuş qatıq qazanına yaxınlaşır, içinə zəhər

tökür. Qayıdır öz yuvasına. Bunu görən qonşu qadın

əhvalatı ev yiyəsinə danışır. Ev yiyəsi ilanın balasını gətirib

düşdüyü yerə qoyur. İlan balasının sağ olduğunu görüb

yuvasına aparır. Sonra yenidən otağa düşür. Qatıq qazanını

dolanıb onu tökür.

100

YEDDİQARDAŞ İLAN

Bir kişi yolnan gedirdi. Gördü ki, iki ilan oynaşır.

Kişi ilanın birini öldürür. Sən demə, bunlar yeddiqardaş

ilan imiş. O biri ilan kişini güdür. Kişi bunu başa düşüb

ordan köçüb gedir başqa yerə.

Bir gün bir dəvə karvanı gedir. Dəvələrin beli yüklü

idi. İlan girir dəvələrdən birinin belindəki yükün içinə.

Karvanı aparanlar ilanı öldürmür. Onlar yol üstündə

biçinçilərin taxıl biçdiyini gördülər. Biçinçilərdən biri

yanıqlı səslə oxuyurdu. İlan səsi eşidən kimi yükün içindən

çıxdı, həmin səsə qulaq asmağa başladı. Sonra yükün

üstündən düşüb getdi. Karvanı saxladılar, gördülər ki, ilan

gedib bir su cürdəyinin içinə girdi. Gedib su cürdəyinin

ağzını möhkəm bağladılar. Cürdəyi də götürüb biçinçilərin

yanına gəldilər. Əhvalatı söylədilər. Oxuyan kişi ilanın onu

güddüyünü başa düşdü. Adamlar cürdəyi ocağın içinə

tulladılar. Cürdək partladı. İlanın sümüyünün bir qırığı

kişinin gözünə düşdü. Kişinin gözü kor oldu.

QARA PİŞİK

Şəmkirdə bir Alı kişi var imiş. Bir gün Alı kişini

qonşu kəndə toya çağırırlar. Kişi gəlir toya. Toyda görür ki,

tanımadığı bir qadın ortaya çıxıb oynayır. Əynindəki paltar

da arvadınındır. Alı kişi qalır məhəttəl. Axırda əlini yağlı

xörəyə bulayıb çəkir paltarın kürəyinə. Qadının xəbəri

olmur.

Axşam kişi evinə qayıdır. Arvadına deyir ki, sənə

aldığım o ipək paltarı bura gətir. Arvad səbəbini soruşanda

kişi deyir:

101

- Sənin həmin paltarını bu gün toyda tanımadığım bir

adamın əynində gördüm. Əlimi yağa batırıb kürəyinə

vurdum.

Arvad paltarı gətirir. Görürlər ki, həqiqətən də kürəyi

yağlıdı. Alı kişinin evində bir qara pişik var imiş. Kişi

bunları danışanda pişik ayağa durub kişinin üzünə tüpürür ,

qeybə çəkilir.

UCUBUNUX

Deyirlər Ucubunux adında çox uzun bir adam olub.

Ucubunux o qədər uzunuymuş, əlini salıb dəryanın düz

dibindən balıq tutarmış. Həmin balığı Günəşdə qızardıb

yeyərmiş.

BƏXT YAZAN

Bir kişi varıydı. Bu kişi hər gün aparıb bir quyuya

çörək qırıntıları tökərdi. Günlərin bir günündə kişi ölür.

Öləndə oğluna vəsiyyət eləyir ki, aparıb o quyuya çörək

tullasın. Oğlan dədəsinin vəsiyyətinə əməl eləyir. Bir gün

öz-özünə deyir bu quyuya düşüm görüm orda nə var ki,

atam hər gün ora çörək tökürdü. Oğlan girir quyuya. Bir az

gedəndən sonra çatır quyunun dibinə. Quyunun dibinə

çatanda görür burada bir nurani kişi oturub. Qabağındakı

kağızlara nə isə yazır. Oğlan kişidən kim olduğunu soruşur.

Soruşanda kişi deyir:

- Oğul, mən bəxt yazanam.

Oğlan bir də soruşur:

- Onda de görüm mənim bəxtimi necə yazmısan?

Nurani kişi cavab verir:

102

- İndi ki, bilmək istəyirsən, qoy deyim. Dünən gecə

naxırçının bir qızı olub. Onu sənə yazmışam.

Oğlan deyir:

- Mən bu yazını pozaram.

Kişi deyir:

- Oğlum, bu yazını pozmaq olmaz. Yazıya pozu

yoxdu.

Oğlan quyudan çıxır. Gedir həmin naxırçının evinə.

Onlarda gecələyir. Səhər tezdən yuxudan qalxır. Uşağın

anası çölə çıxanda tez bələyi açır, çağanın bir barmağını

qırır. Özünü də xançalnan yaralayıb qaçır.

Naxırçının arvadı evə gələndə görür uşaq qan

içindədi, bələkdən qan axır. Bilir ki, bu iş qonağın əməlidi.

Bundan uşağa heç nə olmur. Yekələnib ərlik qız olur.

Ay ötür, il dolanır, bir gün oğlanın yolu yenə həmin

kəndə düşür. Bulağın başından keçəndə görür bir qız

səhəngini doldurur. Qıza baxanda bir könüldən min könülə

vurulur buna. Qızdan su istəyir. Qız da gətirib su verir.

Oğlan suyu içir. Qızın qabına bir üzük qoyub verir. Elçi

göndərir. Toy eləyib qızı alır. Oğlan görür ki, bu qız heç

əlini açmır. Qızdan bunun səbəbini xəbər alır. Qız da

məcbur olub bu sirri açır:

- Allahdan gizlin deyil, səndən nə gizlətməli. Mən

uşaq olanda evimizə bir qonaq gəlir. Gecə evimizdə qalır,

səhər durub gedəndə mənim barmağımı qırır. Mən də

utandığımdan əlimi açmıram.

Oğlan heç nə demir. Başa düşür ki, qız həmin qızdı.

Bircə bunu deyir ki, doğrudan da yazıya pozu yoxdu.

MƏLEYKƏ VƏ ÇOBAN

Bir çoban varıydı. Aldığı qız məleykəydi. Çobanın da

nə xəbəri. Bir gün çobanın anası ölüm yastığına düşür.

103

Məleykə görür arvad öləcək, tez balatını götürür qoyur

çölə. Özü də hoppanıb çıxır yükün belinə. Qarı canını

tapşırır. Qarının cənazəsini aparanda məleykə bərkdən

gülür. Görür bu arvadın tabutundan bir tay çarıq, bir dənə

də qırıq süpürgə asılıb.

Çobanın məleykəyə acığı tutur. Əlində çomaq

yüyürür qızın üstünə. Deyir:

- Bu üç sirri açmasan, səni öldürəcəm. De görüm,

anam öləndə niyə yükə hoppandın? Niyə balatını çıxartdın

çölə? Niyə güldün?

Məleykə deyir:

- Gəl bu sirri soruşma. Açsam, peşman olarsan.

Çoban qırsaqqız olub yapışır: deməlisən, vəssalam.

Məleykənin əlacı kəsilir.

Deyir:

- Çoban, indi ki belə oldu, üzünü o yana çevir, deyim.

Anan öləndə onu mal kimi boğazlamışdılar. Ev qana

batmamış balatını götürdüm. Bunu məndən başqa görən

yox idi. Bu bir. İkincisi, yükə çıxmağım odu ki, ev tamam

qan idi. Üçüncü sirr budur ki, anan o boyda yaş yansamışdı,

heç kəsə bir yaxşılıq eləməmişdi. Bircə adama bir tay

çarıqnan, bir qırıq süpürgə vermişdi. Bunu görəndə özümü

saxlayammadım, güldüm. Üç sirri açdım, bir də məni

görməzsən.

Çoban dala dönəndə gördü məleykə nə gəzir? Qeybə

çəkilib. Bir başına döydü, bir dizinə.

DƏVƏ KİNİ

Bir kişinin bir dəvəsi var idi. Bu kişi bir gün gedir

dəvəynən odun gətirməyə. Yolda kişinin bərk acığı tutur.

Başlayır dəvəni döyməyə. Dəvə kişini öldürmək istəyir.

Kişi qorxusundan qaçır. Girir tülkü yuvasına. Tülkü

104

yuvasında bir ilan yatıbmış. Dəvə başını tülkü yuvasına

soxur ki, kişini çıxartsın. İlan dəvənin dodağından tutur.

Dəvə başını ilan yuvasından çıxaranda ilan onun ağzında

gəlir. Dəvə yıxılıb ölür. Zəhərlənmiş dəvə şişir, şişir… olur

dam boyda. Axırda partlayır. Qanından bir damcı atılır

kişinin gözünə. Kişinin gözü kor olur.

HƏZRƏTİ SÜLEYMANIN ÜZÜYÜ

Həzrəti Süleyman bir yaxşı oğul olur. Bu quşların

padşahı olur. Günlərin birində atlanıb yolnan gedirmiş.

Görür yolun üstündə bir gözəl oturub, baxanın ağlını

əlindən alır. Həzrəti Süleyman deyir:

- Ay qız, niyə burda oturursan?

Qız deyir:

- Oturmuşam də.

Həzrəti Süleyman deyir:

- Gəlsən səni özümnən aparım.

Qız razılıq vermir:

- Yox, gedə bilmərəm. Sən quşların padşahısan.

Gedib quşların sümüyündən bir otaq tikdir. Məni də apar

içinə.

Həzrəti Süleyman razılaşır. Qızdan ayrılanda qız

ondan bir nişanə istəyir. Həzrəti Süleyman barmağındakı

üzüyü çıxarıb verir qıza. Atına minib gedir.

Həzrəti Süleyman gedib bütün quşlara əmr edir ki, bir

yerə toplaşsınlar. Quşların hamısı gəlir bunun hüzuruna.

Bircə hop-hopdan başqa. Həzrəti Süleyman alabaxtanı ona

minnətçi göndərir. Alabaxta deyir:

- Ay, hop-hop, gəl gedək. Hərəmiz bir nağıl söyləyək.

İndi payızdı. Nağıl qurtaranatan yaz olar. Hərət Süleyman

da onatan bir ağıla dolar. Bizi qırdırmaz.

105

Quşlar yığılır başbaşa. Oturub hərəsi bir nağıl danışır.

Yaz açılır. Durub gəlirlər Həzrət Süleymanın yanına. Hop-

hop deyir:

- Ay ağa, quşun sümüyündən otaq olarmı? Sən gəl bir

belə quşun qanına vayis olma.

Həzrəti Süleymanın acığı tutur. Atına minib düşür

yola. Qızın yanına gedir ki, üzüyünü alsın. Gedib görür ki,

üzük verdiyi yerdə bir çirkin qız oturub. Həzrəti Süleyman

deyir:

- Ay qız, sən kimsən, nəçisən, burada oturmusan?

Qız deyir:

- Mən səni gözləyirəm. Sən mənə üzük verib

gedibsən.

Həzrəti Süleman inanmır. Deyir:

- Sən o qız deyilsən.

Qız deyir ki, həmin qızam. Həzrət Süleyman deyir:

- Ta mən səni istəmirəm, qaytar mənim üzüyümü!

Qız deyir:

- Get gir o daxmaya. İçəridə balaca bir sandıq var.

Üzüyün sandığın içindədir. Tap apar.

Həzrəti Süleyman girir daxmaya. Sandığı açır. Görür

çoxlu üzük var. Üzüklərin hamısına Həzrəti Süleyman

yazılıb. Deyir:

- Ay qız, gəl mənim üzüyümü tap ver.

Qız gülür:

- Ay sağ olmuş, buradan sənin kimi neçə-neçə

Süleymanlar keçib gedib, birini götür apar.

Həzrəti Süleyman görür ki, bu qız Şeytandır. Üzüyün

də qoyub gedir.

106

YERNƏN GÖY

Bir arvad dağda yuxa salırmış. Bu yuxa salan vaxtı

görür uşaq özünü bulayıb. Tez əlindəki yuxanın birini

götürür, uşağı təmizləsin. O zamanlar Yernən Göy bitişik

imiş. Allah insanın hər əməlini görürmüş. Tez göydən bir

yaylıq endirir arvada. Arvad baxır yaylığa. Görür çox

gözəldi. Qatlayıb qoyur cibinə. Yenə yuxaya əl atır. Bu

dəfə ikinci yaylıq düşür yerə. Arvad görür bu o birisindən

də gözəldi. Buna da heyfi gəlir. Yuxanı bir də götürür. Bir

də baxır üçüncü yaylıq endi. Bu yaylıq lap gözəliydi. Arvad

bunu da qıymır. Alır yuxanın birini əlinə başlayır uşağı

silməyə.

Allaha ağır gedir arvadın bu hərəkəti. Tufan qopur.

Yer-Göy lərzəyə gəlir, xarhaxar bir-birindən ayrılır.

107

108

ƏFSANƏLƏR, RƏVAYƏTLƏR,

HƏDİSLƏR

OZAN

Deyirlər ölümündən qorxan bir arvad var imiş.

Günlərin bir günü arvad üzünü ərinə tutub deyir:

- A kişi, ağlıma bir fikir gəlib. Gəlsənə, ölümün

əlindən qaçaq.

Kişi də cavabında qayıdır ki, arvad, sən nə danışırsan,

heç ölümdən qaçmaq olar?

Arvad iki ayağını bir başmağa soxub dediyindən

dönmür ki, dönür:

- Axtaran tapar deyiblər, kişi, gəl el-el, oba-oba düşüb

gəzək, harda qəbristanlıq görməsək orda yaşayaq. Yəqin ki,

qəbir olmayan yerdə ölüm-itim də olmaz.

Arvadın dediyi söz kişinin beyninə batır. İkisi də bir-

birinə qoşulub başlayırlar kəndbəkənd, şəhərbəşəhər

gəzməyə. Hansı yerdə qəbristanlıq görürlərsə, dabanlarına

tüpürüb qaçırlar. Uzun sözün gödəyi, çox gəzib dolanandan

sonra gəlib çatırlar Ozana. Hər yana göz gəzdirirlər,

görürlər qəbristanlıq adında şey yoxdur. Arvad

sevindiyindən bilmir neyləsin. Kişiyə deyir:

- Bax kişi, bura əsil mən deyən yerdi. Görürsənmi

buranın adamları ölmürlər. Gəl indi özümüzə yurd-yuva

düzəldək.

Ər-arvad ikisi də Ozanı bəyənirlər. Başlayırlar

Ozanda yaşamağa. Bir gün kişi arvadını evdə qoyub iş

dalınca gedir. Bu gedəndən sonra necə olursa arvad bir

balaca naxoşlayan kimi olur. Tez Ozana xəbər yayılır ki,

bəs filankəsin arvadı sozalır, durmayın gəlin.

109

Kənddə məmə deyəndən pəpə yeyənə kimi nə qədər

adam varıydısa, hamısı yığılır. Bir göz qırpımındaca

arvadın başını kəsirlər. Ətini də alışma eləyib hamıya

paylayırlar.

Axşam düşür, kişi qayıdır evinə. Görür, ay dadi-

bidad, arvad nə gəzir? Kişinin səsinə qonşu özünü yetirir,

başlayır dil-ağız eləməyə :

- Boy, ay qonşu, sən nə halal adamsan! Bir tikə

çörəyin ovsanata düşdü, arvadın az qalmışdı murdar olsun.

Elə zornan bıçağa gəldi. Elə yağlı, elə şirin əti varıydı, heç

yerə düşmədi. Sən Allah, bizi bağışla, yadımızdan çıxıb,

sənə pay saxlamaq. Bir də baxdıq arvadın təkcə başı qalıb.

Odey onu da asmışıq təndirdə qaynayır.

Kişi qazana tərəf baxıb deyir:

- Ay arvad, nə gəzirdin Ozanda,

Başın qaynayır qazanda!…

COMƏRD QƏSSAB

İmamlarımız zamanında Gəncə şəhəri İmamzadanın

yaxınlığında olub. Həmən vaxtı Gəncədə Comərd Qəssab

adında imanlı, səxavətli bir qəssab yaşayıb. Qəbri bu

yaxınlara kimi dururdu. Bu adamın Həzrət Əli

əleyhissalama sevgisi o qədər güclü idi ki, onun adına

ayrıca otaq tikdirmişdi. Qapısını da bağlamışdı. Özü də əhd

eləmişdi ki həmin otağa ilk dəfə Həzrət Əli əleyhissalamın

mübarək qədəmləri toxunsun. Həzrət Əli əleyhissalam

əsabəsi Qulu Qənbərnən Gəncə şəhərinə gəlir. O bilirdi ki,

Comərd Qəssab onun adına otaq tikdirib. Bir sikkə verib

Qulu Qəmbərə deyir:

- Gedərsən Comərd Qəssabın dükanına. Deynən ağam

deyir mənə bir girvənkə ət versin.

110

Qulu Qəmbər gəlir dükana. Pulu uzadıb həmin

Comərd Qəssaba ki, ağam deyir bir girvənkə ət versin.

Comərd Qəssab əti tərəziyə qoyub çəkməmiş verir:

- Ağam Əli eşqinə nə artıq olmaz, nə əskik.

Qulu Qəmbər əti gətirir Həzrət Əlinin yanına. Əli

əleyhissalam buyurur:

- Qaytar əti, sikkəmizi al gətir. Deynən lazım olmadı.

Gətirir həmən Qəmbər əti verir Comər Qəssaba ki,

ağam deyir lazım olmadı, sikkəmizi qaytarsın. O da

daxıldan pulun birini götürüb verir Qulu Qəmbərə. Qulu

Qəmbər gətirir ağasının yanına. Həzrət Əli pulu əlinə

alanda görür o verən pul deyil. Deyir:

- Get deginən ağam deyir mən verən sikkəni

qaytarsın.

Comərd Qəssab o sikkəni ayrı yerə qoymuşdu. Qulu

Qəmbər bir də qayıdır. Sikkəni istəyəndə həmin pul

sıçrayıb düşür düz Comərd Qəssabın ovcuna. Comərd

Qəssab Qulu Qəmbərə deyir:

- Get ağana de ki, bu gecə mənim qonağımdı.

Axşam düşür, qonaqlar gəlirlər. Həmən ev ki,

Comərd Qəssab Həzrət Əlinin adına tikdirmişdi,

qapısındakı qıfıl öz-özünə açılır. Qonaqlar girirlər içəri.

Comərd Qəssab qonağın kim olduğunu bilib döşənir Həzrət

Əli əleyhissalamın ayaqlarına. Bunlar başlayırlar söhbətə.

Birdən Comərd Qəssabı çağırırlar. Durub gedəndə görür bir

yəhudidir. Əlində də bir şüşə var. Yəhudi başlayır

yalvarmağa:

- Səni and verirəm ağan Əliyə! Mənə müsəlman qanı

lazımdı. Bir şüşə müsəlman qanı verəsən.

Oydu ki, yəhudi ağası Əlinin adını çəkdi, Comərd

Qəssab yox deyə bilmədi. Bircə oğlu var idi. O biri otaqda

başını kəsib qanını şüşəyə doldurdu. Verdi yəhudiyə.

Meydin üstünə bir palaz çəkib keçir Həzrət Əlinin otağına.

111

Otağa daxil olandan sonra ortalığa təam gəlir. Comərd

Qəssab əlini süfrəyə uzadır:

- Ağa, təam elə!

Həzrət Əli əleyhissalam deyir:

- Comərd Qəssab, sənin oğlun ki, var, o gəlməsə, mən

bu təama əl vuran deyiləm.

Comərd Qəssab yenə təklif eləyir:

- Ya ağa, buyur təam elə, uşaqdı gələr.

Həzrət Əli əleyhssalama hər şey agah idi. Süfrəyə

tərəf baxmır. Belədə Comərd Qəssab naəlac qalır:

- Ya ağa, Allahdan gizlin deyil, səndən nə gizlin?

Uşağın başını kəsdim, qanını da ağamın eşqinə yəhudiyə

verdim.

Ağam Həzrət Əli əleyhssalam gəlir o biri otağa.

Palazı götürür uşağın üzündən. Dəstəmaz alır, iki rükət

hacət namazı qılır. Ağzının liqabından çəkir uşağın

boğazına. Uşaq asqıqır, qalxır ayağa.

Comərd Qəssab əsil Əli aşiqi olduğunu sübut eləyir.

Hamı gəlir ağam Əlinin ziyarətinə. Həzrət Əli Qulu

Qəmbəri də götürüb süvar olur Ərəbistana.

QARAĞAC

Bır qıznan bir oğlan bir-birini sevir. Hər iki tərəf buna

razılıq vermir. Belə olanda qız oğlana qoşulub qaçır.

Qohumlar bunların dalınca düşür. Oğlannan qızın əlacı

kəsilir. Allaha yalvarırlar:

- Ay Allah, elə elə ki, biz burda yox olaq.

Allah oğlanla qızın duasını eşidir. Həmin yerdə iki

ağac bitir. Böyüyü oğlan, bir az balacası qız. İndi həmin

ağaca qarağac deyirlər.

112

AĞ QOÇ, QARA QOÇ

(Murğuz dağının başındadır)

Bir çoban qoyun otarırdı. Bərk susamışdı. Su

tapammadı. Allaha yalvardı:

- Ya Allah! Burdan bir su çıxsın, sənə bir ağ qoç, bir

də bir qara qoç qurban verəcəm.

Birdən təpənin başından su poqquldayıb, qaynayır.

Çoban sevinir. Özü də su içir, qoyunları da. İçib doyandan

sonra verdiyi söz yadına düşür. Yaxasından iki bit tapır; biri

ağ, biri qara. Bitləri öldürüb, deyir:

- Ya Allah, bu da sənin qurbanın!

Allahın çobana acığı tutur. Çobanı da, sürüsünü də

daşa döndərir.

DƏVƏ

Qoç, öküz, dəvə yoldaşlı gedirlər. Birdən gördülər

yola bir bağ ot düşüb. Üçü də yüyürdü ki, otu yesin. Dəvə

dedi:

- Yox, belə olmaz! Gəlin hamımız öz yaşımızı deyək.

Kimin yaşı çoxdusa, ot onunku olsun.

Bu şərtnən hamı razılaşdı. Qoça dedilər ki, indi yaşını

deginən. Qoç dedi:

- Bax, Mina dağında İsmayılın əvəzinə qurban gələn

qoç quzu var ha, mən həmən quzunun böyük qardaşıyam.

Öküz dedi:

- Havaxt ki, yer qızıl öküzün üstündə bərqərar oldu,

mən də həmən o öküzün böyük qardaşıyam.

Dəvə fağır ğördü ki, ta deməyə bir söz qalmadı,

özünü sındırmadı. Tez boynunu uzadıb otu yerdən götürdü:

- İndi sizin deməyiniznən dəvə uşaqdı?..

113

İNSAN

Günlərin birində Gəbrayıl Əleyhissalam Məhəmməd

peyğəmbərə Allah -Taaladan vəhy gətirdi:

- Ya Məhəmməd, yer üzündə elə güclü insanlar

olacaq ki, tikdikləri bina min illərnən uçmayacaq, dəmiri

bir-birinə birləşdirəcəklər, göyə uçacaqlar. Ancaq bunlar

heç vaxt üç şeyi bilməyəcəklər: Qismət, Qəza, Ölüm.

SÖZ YARASI

Bir gün bir ayı ilə bir kişi dost olur. Kişi çörək

yeyəndə ayıya deyir ki, daha mən sənnən çörək

yeməyəcəm, çünki sənin ağzından su tökülür. Bu söz ayıya

çox pis təsir edir. Bərk dəyərlənir. Ayı kişyə deyir:

- Tez ol, bir daş tap, vur mənim başıma,yoxsa bu saat

səni parçalayacam.

Kişi əlacsız qalıb ayının tapşırığına əməl edir. Ayı

başından qan axa-axa çıxıb gedir. Aradan bir müddət keçir.

Kişi öz-özünə fikirləşir ki, mən vurub ayının başını yardım,

görəsən indi diridirmi? Gedim bir baş çəkim. Kişi ayının

mağarasına gəlir. Görür ki, ayı mağarada oturub. Başında

heç bir iz qalmayıb. Amma kefi yoxdur. Ayı kişini görən

kimi tanıyır. Deyir :

- Görürsən, daş yarası sağalar, amma söz yarası

sağalmaz. Sən mənim ürəyimi parçalamısan. Odur ki, mən

də səni parçalayacam.

Ayı bunu deyib kişidən qisas alır.

114

DAŞ HƏDİYƏ DÖNƏNDƏ

Deyir bir kişi Həcc ziyarətinə gedirmiş. Şər qarışır,

gecələmək üçün bir evin qapısını döyür:

- Ay ev yiyəsi, Allah qonağı istəməzsənmi?

Qapıya bir qadın çıxır:

- Allaha da qurban olum, qonağına da. Gəl, xoş

gəlibsən!

Kişi içəri girir. Sakitcə bir tərəfdə əyləşir. Görür

budur ha arvad göydən bir qara daş asıb. Uşaqların hamısı

gözünü zilləyib həmən daşa. Tez-tez də soruşurlar:

- Ana, yemək bişmədi, bəs nə vaxt bişəcək?

Arvad hər dəfə eyni cavabı verir:

- Daş hədiyə dönəndə.

Uşaqlar daşın hədiyə dönməsini gözləyə-gözləyə

mürgüləyirlər.

Bunlar yatandan sonra kişi dözə bilməyib deyir:

- Ay bacı, bir məni bu sirdən agah elə… O daşı niyə

göydən asıbsan?

Arvad cavabında qayıdır:

- Qardaş, Allahdan gizli deyil. Səndən nə gizli. Evdə

heç nə yoxdu. Uşaqların başını yozmaq üçün o daşı göydən

asmışam.

Kişi heç nə deməyib çölə çıxır. Yol xərci üçün

götürdüyü pulların yarısını xəlvətcə bacadan içəri tullayır.

Arvad pulları götürüb gedir bazara. Hər şey alıb gətirir,

uşaqların qarnını doydurur, qonağı da layiqincə yola salır.

Kişi başlayır yol getməyə. Yolda qulağına səda gəlir:

- Ey Allahın bəndəsi! Sənin ziyarətin artıq qəbul

olunub. Daha Həccə getməyin artıqdı.

115

HARAMLIQ

İki dost olur. Bunlar növbəynən uzaq ölkələrə səfərə

gedib-gəlir, alver eləyirlər. Özləri də söz verirlər ki, mayaya

haram qatmayacaqlar. Tacirin biri Baqğad səfərində

arvadına şərikli puldan bir qızıl təsək qabağı alıb gətirir.

Şəriki deyir:

- Qardaş, sən mayaya haram qatmısan.

Təsək qabağı alan boynuna almır, o biri deyir:

-

Bax, bu gördüyüm qarışqalar indiyə kimi qış

azuqələrini çöldən içəriyə daşıyırlar. İndi isə içəridən çölə

daşıyırlar.

Kişi bu işə mat qalıb günahını boynuna alır, bununla

da dostlar ayrılırlar.

ÇOBAN NAMAZI

Deyir peyğəmbər yolnan gedirdi. Gördü çoban

sürüsünü dağın döşünə yayıb, namaz qılır. Elə ikicə söz

deyir:

- Ağ qoyun, qara qoyun,

Başını yerə qoy, qoyun!

Peyğəmbər gözlədi. Çoban namazını qıldı, qurtardı.

Peyğəmbər buna öz qıldığı namazı öyrətdi. Çıxıb getdi. Bir

dağın dalından aşanda gördü çoban qaranəfəs gəlir, nə gəlir.

Peyğəmbər dayandı. Çoban gəlib çatdı. Çomağını hərrədi

buna tərəf. Dedi:

- Qardaş, sən öyrədən namaz yadımda qalmadı. Hələ

üstəlik öz namazımı da yanıldım. Ya bu saat mənim

namazımı öyrət, ya da bu çomaqla səni əzəcəm.

Birdən peyğəmbərin yadına çobanın namazı düşdü.

Tez dedi:

116

- Bax beləydi: Ağ qoyun, qara qoyun, başını yerə qoy,

qoyun.

Çoban sevindiyindən atdanıb-düşdü. Dedi:

- Yaxşı ki, yadına saldın. Allah üzünə baxdı.

Çoban qayıtdı dala. Peyğəmbər üz tutdu Allaha: «Ya

Allah, bu nə iş idi mənim başıma gəldi»? Allahdan səda

gəldi: «Ya peyğəmbər, bil və agah ol. Çobanın çoban

namazı olar, peyğəmbərin peyğəmbər».

LALƏ

Deyir bir ovçu maral izinə düşür. Maralı nişanlayır.

Maral yaralı-yaralı kolluğa sarı qaçır. Balasını kolluqda

gizlətmişdi. Ha can atırsa balasına çatammır. Düzün

ortasında qanı sel kimi axır. Maralın qanından al lalələr

bitir. Lalənin bağrındakı qara xal maralın balasını gizlətdiyi

qara kolluqdu. El arasında belə bir bayatı da var:

Əziziyəm bağrı qandı,

Ləçək al, bağrı qandı.

Lalə çox yaxşı güldü,

Onun da bağrı qandı.

TOYUĞUN DƏRDİ

Toyuğa deyirlər:

- A toyuq, sənin nə dərdin var?

Toyuq deyir:

- Eh, ən böyük dərd mənimkidi. Qız doğuram günüm

olur, oğlan doğuram ərim.

117

GƏLİN QAYASI

(Kəpəz dağındadır)

Bir gün bir gəlin başını yuyurmuş. Birdən qaynatası

içəri girir. Gəlin xəcalətindən bilmir neyləsin. Allaha

yalvarır ki, məni daşa döndər. Gəlin yerindəcə daş olur.

Gəlinin yanında daş uşaqnan daş sandıq da var.

QARA İNƏK ZAĞASI

(Daşkəsən rayonu, Xaçbulaq kəndinin Əmirvar

yaylağındadır)

Bir yetim qız varymış. Bu qız çox gözəl imiş.

Analığın gözü qızı götürməzmiş. Qızı hər gün döyərmiş,

söyərmiş, əl boyda quru çörək verərmiş.

Qızın bir qara inəyi var imiş. Hər gün ağlaya-ağlaya

inəyini örüşə apararmış. İnək də mehrini qıza salıbmış. Qız

ağlayanda inək onun gözünün yaşını yalayırmış. Dilini ota

vurmazmış. Ögey ananın buna paxıllığı tutur. Axşam kişisi

evə gələndə deyir:

- Kişi, ya bu inəyi kəs, ya da mən çıxıb gedirəm

dədəm öyünə.

Kişi çox dil tökür. Arvad iki ayağını bir başmağa

dirəyib durur. Kişinin əlacı kəsilir. Razılıq verir. Qara inək

bunu eşidir, qaçır. Yetim qız da inəyin dalınca. İnək girir

bir zağaya. Qız da inəknən bir yerdə. Kişi qıznan inəyi çox

axtarır, tapa bilmir. O zamandan zağanın yanında dörd

bulaq qaynayır. Bulağın hərəsi inəyin bir əmcəyidir.

118

TORPAQ QALA

(Tovuz rayonunun Bozalqanlı kəndi yaxınlığında, Kür

çayının sahilindədir)

Torpaq qala böyük bir kənd imiş. Bu kənddə bir bacı,

bir qardaş varıymış. Qız çox gözəl imiş, həm də ağıllı.

Qardaş da axmağın biri. Bir gün bacısına gözü düşür. Qız

bunu duyur. Üzünü göyə tutur, Allaha yalvarır:

- Ey Tanrım, məni daşa döndər! Belə yaşamaq

ölümdən betərdi.

Allahtaala qızın səsini eşidir. Qız dönüb daş olur.

Bu işə Allahın qəzəbi tutur. Kəndi yerlə yeksan edir.

Zəlzələ olur. Evlər uçub dağılır, təkcə divarları qalır. O

vaxtdan həmin kəndə Torpaq qala deyirlər.

OVSUNÇU QƏBRİ

(Murğuzallar düzündədir)

Bir kasıb oğlan var imiş. Dövlətli bir kişinin qızına

vurulur. Qız da oğlanı sevir. Qızın ata-anası qızlarını lütün

birinə vermək istəmir. Oğlan çox fikirləşir, çox baş sındırır,

axırda qazanc yolu tapır. Deyir bir torba tikdirim, ilan

torbası. Düşüm düzlərə ilan tutum, dişlərini torbaya salım.

Qapı-qapı gəzib oysunçuluq eləyim.

Oğlan anasından icazə alır, gedir peşəsinin dalınca.

Bir-iki ilan tutur. Dişini çıxarıb, salır torbaya. Düşür

kəndlərin canına. Başlayır camaatı oysunlamağa. Hər

oysunladıqca da pul alır. Ha belə-belə, ha belə-belə, yavaş-

yavaş kasıblığın daşını atır.

Günlərin bir günündə oğlan yenə gedir ilan tutmağa.

Deyir bu dəfə gedim ilanlar mələşən Murğuzallar düzünə.

İlanlar bu işdən duyuq düşür. Oğlan əlini ilana uzadan kimi

119

ilanlar birləşir. Hamısı oğlanı çalır, tas-tas eləyir. Heç kəsin

xəbəri olmur. Oğlan ölür, meydi də qalır düzün ortasında.

Aradan bir xeyli vaxt keçir. Oğlandan səs-soraq

çıxmır. Bir çoban düzdə qoyun otaranda oğlanın cırıq-cırıq

olmuş paltarını, bir də sür-sümüyünü tapır, gəlir kəndə,

camaata xəbər verir. Oğlanın anası bir başına döyür, bir

dizinə. Hamı gedir həmən yerə. Oğlanın cırılmış paltarını,

sür-sümüyünü yığıb basdırırlar. Üstünə o qədər torpaq

tökürlər ki, olur təpə. Təpəyə deyirlər Ovsunçu qəbri.

Adamlar həmin təpənin torpağından gətirib öz həyətinə

səpir. Ovsunçu torpağı hara tökülsə, altı il həmən yerə ilan

gəlməz.

SAVALAN DAĞI

Deyir otuz altı ildən bir Savalan dağında gurultu

qopur. Bu səs üç gündən sonra kəsir. Səs kəsilən kimi yekə

bir yarrağan açılır. Lilli su axmağa başlayır. Üç günün

tamamında yarrağan açılanda qopan yekə bir daş öz yerinə

düşür. Su da başlayır dumduru axmağa.

ƏŞRƏF OCAĞI

(Yevlax rayonu Qarxum kəndi)

Qarxum kəndində Əşrəf adında bir seyid varıymış. Bu

seyid sınaqlı seyidlərdən imiş. Seyid Əşrəfin duaları ağır

xəstələrə şəfa verərmiş. Öləndən sonra qəbri ziyarətgaha

çevrilib. Seyidin qəbri üstündə nəzir-niyaz paylayırlar.

Ocağlıq verilir seyidin qızına. Bir dəfə bir ilan qızın

dizinin üstünə çıxıb yatır. Adamlar ilanı seyidin qızından

aralamaq istəyirlər. Qız tərpəndikcə ilan daha bərk sarılır.

Hamı qorxuya düşüb səsini kəsir. Bir müddətdən sonra ilan

120

özü sürüşüb gedir. İlan tez-tez gəlir, qızın dizləri üstündə

yatır. İlan qıza vurulubmuş. Bu möcüzəni görənlər Seyid

Əşrəfin qızına da seyid övladı kimi inanmağa başlayırlar.

Günlərin birində seyidin qızına elçi gəlir, toy olur.

Qız qonşu kəndə ərə gedir. Həmin kənddə də qıza inanırlar.

İlan bir xeyli görünmür. Qız başlayır rahat yaşamağa. Çox

çəkmir ilan yenə qızı tapır. Gündə bir dəfə qızın dizi

üstündə yatır. İlan tez-tez gəldikcə qız başlayır qorxmağa.

Qorxusundan ölür. Qızı da atasının yanında basdırırlar.

QIZ QALASI

(Xanlar rayonu, Köşkü kəndi)

Deyilənə görə qədim Gəncə vaxtılə Kəmənd dağının

ətəklərində olub. Bu dağın belində uca qala hasarları,

keşikçi qülləsi varıymış. Qala divarları qaya üstündən

çəkilib. Qalanın suyu Sarıyal dağından saxsı borularla

gəlirmiş. Sonralar bu qalanı dağıtmışlar. Varlı-hallı bir

tayfanın qızı uçan qülləni təzədən tikdirmişdir. Düşmənlər

basqın eləyəndə qülləyə od vurmuşlar. Qalanın daşları

üzərində oğuzların əl izləri durur. Bu qalaya Qız qalası

deyirlər.

NOVRUZ BAYRAMI

Novruz bir kasıb kişiydi. Hər bayramda təzə paltar

geyərdi, yumurta boyayardı, Şax bəzəyərdi. Dedilər:

- A Novruz, niyə belə bəzənmisən?

Novruz dedi:

- Bu bayram ən əziz bayramdı. Lap belə bir toyuğum

da olsa, satıb bəzənəcəm.

121

Novruzun sözü Allahtaalaya xoş getdi. Ona binəsib

bu bayramın adı Novruz bayramıdı.

QARININ BORCU

Deyir qarının bir sürü oğlağı varıydı. İl gümrah

gəlibmiş. Bayramdan sonra köbələk, dombalan hamısı

çıxıbmış. Hər yan gömgöy imiş. Qarı oğlaqları buraxır göy

ota. Deyir:

-

Mart, gözünə barmağım,

Dərd, gözünə barmağım.

Yaza çıxdı oğlağım.

Mart bunu eşidir. Yazdan on gün borc alır. Bir

tufan, bir çalpoy eləyir, gəl görəsən. Qarının oğlaqları

qırılır.

On gün sonra hava açılır. Qarı otların üstündə

çəlhim çəkir. Öz-özünə deyir:

- Otla, gözüm, otla!


HAÇA QAYA

Həzrət Əli Əleyhissalam hündür bir qayanın yanında

mühasirəyə düşür. Görür keçməyə yer yoxdu. Zülfüqarı

götürüb qayanın başından çalır. Qaya üç yerə bölünür,

haçalanır. Qayanın adı qalır Haça qaya.

Haça qaya çox sınaqlı ocaqdır. Ondan bir az aralıda

Həzrət Əlinin namaz qıldığı yer var: dizlərinin və alnının izi

durur.

İmam müsibəti günlərində Haçaqaya ağlayar,

qayadan qanlı göz yaşları damcılayır.

BİR TİKƏNİN OVSANATI

122

Cavan bir qız Məhəmməd peyğəmbərin yanına gəlif

deyir ki, ya peyğəmbər, mənə yaş təyin elə. Mənim neçə

yaşım olar?

Peyğəmbər Əleyhissalam qıza baxıf deyir ki, qızım,

sənin otuz yaşın olar. Qız qayıdır ki, ya peyğəmbər, düzdür,

mənim otuz yaşım var. Özüm də on beş ərə getmişəm,

amma qızam. Məhəmməd peyğəmbər qızın sözünə məhəttəl

qalır:

- Ay qız, sən bu sirdən məni agah elə görüm, bu necə

olan işdi?

Qız deyir:

- Ya peyğəmbər, canım sənə fəda, mən də belə

bədbaxtam. İndiyə kimi hası oğlana getmişəmsə, toy gejəsi

mana əlini vurmamış yatıf, savax yuxudan qalxmıyıf, ölüf.

Peyğəmbər Əleyissalamın əsavası Abuzər də onların

yanındeydı. Məhəmməd peyğəmbər Abuzərə deyir ki, sən

bu qızı oğluna almalısan. Bu sözü eşidəndə Abuzərin

qarnına sancı dolur. Amma onun nə həddi varıydı

peyğəmbərin sözünü çöyürsün. Deyir:

- Ya peyğəmbər, sən buyurandan sonra mən nəkərə-

yəm? Al deyirsən, alım.

Gün o gün olur ku, Abuzər oğluna toy eliyəsi olur.

Toy günü bir də görüllər ki, bir kor qarı gəlir, nəvəsi də

yedəyində. Adamların yanına çatanda qarı yalvarır:

- Ajam, cılpağam, Allah irzasına mana köməy eləyin.

Abuzər qarını da, nəvəsini də yaxşıcana doyuzdurur,

puldan- paradan verif yola salır. Qarı Abuzərin özünə də,

oğluna da alxış oxuya-oxuya çıxıf gedir.

Gejə tüşür, toy soğulur, ta nolasıdır, adamlar gəlini

bəyə tafşırıf dağılışdılar. Elə bu vədə qızın o biri

nişannılarını öldürən qara ilan genə özünü yetirir. Sürünə-

sürünə oğlannan qızın yatdığı döşəyin altındakı gəvənin

arasına girir. Allahdan olan kimi burdaja ilanı yuxu tutur.

123

Savax üzünüzə xeyırrıxnan açılsın, savax açılır. Bu

işin hamısı peyğəmbərə agahıydı. Peyğəmbər Əleyhissalam

deyir:

- Gedin bəynən gəlinin üstündə yatdığı gəvəni pükülü

mana gətirin!

O saat gedif gəvəni gətirillər. Məhəmməd peyğəmbər

əlindəki çubuxla gəvəni döyəşdiyir. Bir də görüllər budu ha

gəvənin arasından bir qara ilan yerə tüşdü. Peyğəmbər

Əleyhissalam ilana deyir:

-Ey Allahın dilsiz-ağıssız heyvanı, sən burda

neynəyirsən?

İlan deyir:

- Paho-vay, savax açılıb! Heş mənnən çıxmayan iş,

nətəri oluf ki, indiyənətən yatıf qalmışam? Ya Peyğəmbər,

agah ol, o qızın atası mənim erkək tayımı öldürüf. Mən

yazıx neçə illərdi təkəm. Onunçun da and içmişdim, neçə

ki, canımda can var, gərək onun qızını ər üzünə həsrət

qoyam.

Peyğəmbər Əleyhissalam adamlara buyurur ki, duz-

çörək gətirin. Duz –çörəyi ilanın qavağına qoyuf deyir:

- Səni and verirəm bu duz-çörəyə, o cavannardan əl

çək! Özun də get, filan bağçada bir qara ilan var, arvadı

ölüf. Bax onun yanına. Səni ona verdim!

İlan sürünə-sürünə çıxıf gedir. Məhəmməd

Peyğəmbər üzünü adamlara tutuf deyir:

- Bax Abuzərin oğlunu ölümdən qurtaran o kor

arvadın alxışıdı. Abuzərin verdiyi bir tikə çörək osanata

keçif.

İMAM HƏSƏNİN ARVADI

124

Günlərin bir günündə nətəri olursa Allah nəhlət

eləmiş Yezid, İmam Həsənin arvadını yoldan çıxarır. Onu

öyrədir ki, ərini öldürgünən səni oğluma alım. Arvad da

xəlvətcənə su cürdəyinə zəhər tökür. Gejə İmam Həsən

bərk susuyuf cürdəyi başına çəkir. Elə ordacana ciyarı

doğranıf ölür.

İmam Həsən ölənnən sonra Yezid arvadı öyünə

gətirir. Şər qarışır, arvad öydəki çıraxları görüf soruşur:

- Bu nədi belə yandırıfsınız?

Deyirlər bu çıraxdı, biz gejələr munun işığında

otururuq. Arvad da qayıdır ki, biz hamımız gejələr İmam

Həsənin işığına yığışardıx. Onun üzü gün kimi şox salardı.

Arvadın bu sözünə Yezidin bərk qəzəvi tutur:

- Sən ki, işığına oturduğun kişinin qədrini bilmədin,

mənim oğlumun qədrini hardan biləcəksən?

Munu deyənnən sonra arvadı qatırın quyruğuna

bağlatdırır. Deyir qatır hələ də o arvadı özünnən hərriyir,

dağda, daşda sürütməş çəkir. Onçun da əyax üstə su işmək,

əli-əl üstə çataqlamax günah sayılır. Onda qatır dayanır,

həmin o lənətdəmə arvadın yornuğu çıxır.

GƏNCƏ

Əli hökümlü pəhlivan olub. Atam-anam, balalarım

Əliyə qurban. Gəncəyə Əli şəhəri deyirlər, İmam Hüseyn

şəhəri deyirlər.

Bir gün canım qurban olmuş Əliyə Allahdan nida

gəldi. «Get filan yerə binə bas», Gəldi binə basmağa. Gördü

bir çoban qoyun otarır. Salam-kalam elədi. Dedi:

- Ay çoban qardaş, burda binə basmaq istəyirəm.

Nətərdi?

Çoban dedi:

125

- Çox gözəl. Amma bir az gənc elə. Yanı gencə olsun.

Əli dedi:

- Ay camaat, bu şəhərin adını Gəncə qoydum.

TAPMACALAR

Bir atım var mehriban,

Köksü suda hər zaman.

126

Gecə-gündüz kişnəməz,

Arpa-saman istəməz.

(qayıq, gəmi)

Bir balaca adacıq,

İçi dolu ağ muncuq.

(ağız, dişlər)

Bu gün şənbədir,

Küyləmə, düşənbədir.

Od yox, ocaq yox,

Qazanda bişən nədir?

(pendir)

Qıçları var, əli yox,

Yanları var, qabırğası yox.

(səndəli)

Daş üstə daylaq oynar.

(dolu)

Məcnunda yoxdu,

Leylidə var.

Yusifdə yoxdu,

Züleyxada var.

(«L» hərfi)

Taxcadan düşdü tapp elədi,

Gülsənəm onu happ elədi.

(siçan və pişik)

Ay gedər ha, il gedər,

Gecə-gündüz yol gedər,

Nə dili var, nə ağzı,

Nərildər aslan gedər.

127

(su)

Altı daş, üstü daş,

Arasında çətənəm

Qazanda bişən duzsuz

Aşımdı mənim.

(səməni halvası)

Bir atım var ağ alaca,

Özü gedər, yəhəri qalar.

(körpü altında su)

Biri gəlir,

Biri oturur,

Biri yatır.

(çay, ağac, torpaq)

Göydə doğulur,

Yerdə boğulur.

(torpaq)

Üç qardaşım var,

Biri suluyur,

Biri üfürür,

Biri bitirir.

(yağış, yer, günəş)

Dörd qardaşın bir papağı,

Hamısı birdən qoyur.

(stol)

Tapdım bir haça,

Lazımdır saca.

Atdım bir itə,

İt də lap qoca.

128

(kösöv)

Göydən yerə buz yağır,

Görün necə düz yağır.

Darı boyda, qoz boyda,

Görmədim qarpız boyda.

(dolu)

El-oba yatdı,

Ölü qıçın uzatdı.

(cəftə)

Eləmi qan ayağı,

Kəkliyin qan ayağı.

Aşıq bir hikmət görüb,

Üç başı, on ayağı.

(sağıcı, inək və dana)

Sağsağan səkər,

Quyruğun bükər.

Qaz qıqıldar,

İliyin tökər.

(nehrə)

Bir inəyim var: hanı-hanı,

Buynuzları sübhanı.

Onu sağanın əli gərək,

Dəmirdən qolu gərək.

(ilan)

Dağdan gəlir dağ kimi,

Qolları budaq kimi,

Əyilir su içməyə,

Bəyirir oğlaq kimi.

129

(araba)

Göydən gəlir yağış kimi,

Suyunu dadmaq olmaz.

Toxuyur Culfa şalı,

Onu da geymək olmaz.

(hörümçək)

Bu dağlar kömürdəndi,

Keçən gün ömürdəndi.

Qardaşım bir meyvə yedi,

Saplağı dəmirdəndi.

(şiş və kabab)

Səfər bu evdə yatır,

Qol-qanadın o biri evə atır.

(bostan)

Atası donqar Əli,

Anası yastı Pəri,

Qızı ellər gözəli,

Oğlu hamıdan dəli.

(tənək, yarpaq, üzüm, şərab)

Qazan aldım,

İçinə quyruq saldım.

Qazan əridi,

Quyruq qaldı.

(ayaq, ayaqqabı)

Əlim ətdə,

Gözüm süddə,

Başım yunda.

(qoyunun sağılması)

130

O nədir ki, göbəyindən nallanır.

(pul)

Dəryada bir gül bitib,adı yox,

Şirinlikdən yemək olmaz, dadı yox.

(yeni doğulmuş uşaq)

Ana bir qız doğdu,

Nə əli var, nə ayağı.

(yumurta)

O nədir ki, uzun hoqqar,

Onu tapmayan olsun çaqqal.

(qarğıdalı)

Ləkdə yatır mışıl-mışıl,

Çiçəyi sarı, özü yaşıl.

(xiyar)

Bir dərədə yeddi təpə,

Bir təpədə yeddi dəlmək,

Bir dəlməkdə yeddi tülkü,

Bir tülkünün yeddi balası,

Eyləyir neçə hamısı?

(iyirmi səkkiz tülkü balası)

İlim-ilim ilməsi,

İlmə xatun düyməsi,

Hər kəs onu tapmasa,

Yeddi ilin xəstəsi.

131

(üzərrik)

Sildim, süpürdüm,

Gəl oynayaq, a dıvraq.

(cəhrə)

Bizdə bir kişi var,

Köndələn yatışı var.

(farmaş)

Qaraca-qaraca qağalar

Bizdən sizə yorğalar. (sac)

Bizdə bir kişi var,

Saqqalı yer süpürər.

(süpürgə)

Kəkliyin qan ayağı,

Daşlara qan ayağı.

O nədir ki,

Üç başı, on ayağı.


(inək sağan, inək, buzov)

Həşədən, ay həşədən,

Bir səs gəlir meşədən.

Atanın beş oğlu var,

Hamısı bir peşədən.

(corab milləri)

Gedər- gələr,

Evə girməz.

(qapı)

132

Yerdə doğar, göydə ölər.

(tüstü)

Qaşıqda oturur, ayaqlarını sallayır.

(əriştə)

Çəpərdən bir kişi baxır,

Ağzından ayran axır.

(bulaq)

Ağ yumaq,qırmızı yumaq,

Nə vaxt gəldi bizə qonaq.

(xalça)

Dəmirdən at, şeytan milçək,

Allahdan qüdrət.

(tüfəng)

Gecə qızarar,

Gündüz bozarar.

(çıraq)

Hap-hapı,

Dəmir qapı.

Şah ölkəsi,

Xan bağı.

(hamam)

Evimizdə bir kişi var,

Ağzında qırıx dişi var.

(oraq)

Ağac başında qalır,

Taxdadı dalı.

133

(xirnik)

Xəccəbanı, Xəccəbanı,

Altı qıçı var, iki dabanı.

(tərəzi)

O nədir ki, suya girəndə dağılar,

Sudan çıxanda, yığılar.

(at quyruğu)

O nədir ki, yerir-yerir, izi yox.

(bulud)

Geri baxır, gözü yox.

(zəli)

O nədir ki, ilğın yanır,

Közü yox.

(saman)

Suya girir, lillənir

Sudan çıxır dillənir.

(at buxovu)

- Ay quş, hardan gəlirsən?

- Qanlı qaya dibindən.

- Qanın niyə quruyub?

- Allah belə buyurub.

(qoyun quyruğu)

Qara toyuq,

Qarnı yarıq.

(buxarı)

Qara ayı yağladım,

134

Qaya dibinə bağladım.

(sac)

Min minarə,

Dibi qarə.

Yüz min çiçək,

Biri yarpaq.

(Göy, Yer, ulduzlar, Ay)

Bir damcı fit daşı,

Yandırır dağı-daşı.

(istiot)

Dağdan gəlir dağ kimi,

Qolları budaq kimi.

Əyilib su içəndə

Uluyur qara qulaq kimi.

(ərdo)

Tat tatı götürdü,

Tat oğlunu götürdü.

Oğlu yarpaq götürdü,

Yarpaq torpaq götürdü. (ev)

Atası üç yaşında,

Oğlu bazara gedər.

(xiyar)

Bir papağı var,

Min yarpağı.

(kitab)

Bir qarpızım var,

Cığır üstünə dünya sığır.

(qlobus)

135

Özü qara,

Sözü ağ.

(lövhə)

Bakıda bişər,

Gəncədə düşər.

(məktub)

Altı daşdı, daş da deyil,

Buynuzu var, qoç da deyil,

Qanadı var, quş da deyil.

(baramaqurdu)

Yer altda yağlı qamçı.

(ilan)

Ay ağalar, dur gedək,

Karvanını vur gedək.

Min bir açıq qapını

Bir kilidə vur gedək.

(qəbristanlıq)

Yer altında yağlı böyrək.

(siçan)

Hacılar haca gedər,

Dolanar gecə gedər.

Bir yumurta içində

Qırx-əlli cücə gedər.

(nar)

Dam üstündə,

Dana dingildər.

(dolu)

136

Dam dam üstə,

Dam dirək üstə.

Yeddi motal

Bir dirək üstə.

(istiot)

Yük üstə para kömbə.

(ay)

Çil toyuq, çiləmə toyuq,

Başını kəsdim qanı yox.

(gəbə)

Sarıdı, zəfəran deyil,

Dəmirdir, qiymətlidir.

(qızıl)

Dünyada ən şirin hiss.

(yuxu)

O hansı heyvandır ki,

Balasını doğub, qaçır.

(maral)

Çıxdım çölə, gördüm çöldə bir pəhlivan var:

Yeddi qat poladdan paltar.

(göy qurşağı)

Uzun-uzun uzatdım, suladım, taxdım.

(İynə-sap)

Dünyanı bəzər, özü lüt gəzər.

(iynə)

137

Alçaq dağdan qar yağar.

(ələk)

Üstü yaşıl, məxmərdi,

İçi şirin şəkərdi.

(qarpız)

Altı haça, üstü haça,

İki üzük, iki qılça.

(qayçı)

Yol üstə qazan qaynar.

(bulaq)

Qaçdım o təpəyə,

Qaçdım bu təpəyə.

Ayağım düşdü

Dərin küpəyə.

(çəkmə)

Mən gedirəm, o da gedir,

Yanımda tık-tık edir.

(ürək)

Bir balaca boyu var,

Dam dolusu toyu var.

(çıraq)

Dağdan gəlir, daşdan gəlir,

Qudurmuş bir aslan gəlir.

(sel)

138

Tap tapmaca,

Gül yapmaca.

Məməli xatın,

Dişləri yox.

(toyuq)

Üstü zəmi, biçərlər

Altı bulaq, içərlər.

(qoyun)

Gəlirdim kənddən,

Səs verdi bərkdən.

Ağzı sümükdən,

Saqqalı ətdən.

(xoruz)

Qara qatır qapıda yatır.

(qıfıl)

Bizdə bir kişi var,

Nənəmlə işi var.

(cəhrə)

Başını kəsdim, qanı yox.

(xalça)

Atdım atana,

Dəydi kotana,

Dəryada balığa,

Çöldə ceyrana.

(tüfəng)

Uzun qız uzanar,

Özünə köynək qazanar.

139

(oxlov)

İnsandan qabaq yaranır, insandan tez ölür.

(ürək)

Atdan hündür,

İtdən alçaq.

(yəhər)

Hət dedim, hüt dedim,

Qapı dalında yat dedim.

(süpürgə)

Halalar ay halalar,

Düzdə ceyran balalar.

Ayağından su içər,

Dimdiyindən balalar.

(buğda)


Qaranlıq qayada qan yuyuşar.

(qatıq)

Əl ilə tutmaq olmaz,

Göz ilə görmək olmaz.

(yel)

Mən gedirəm, o da gedir.

(kölgə)

Bizdə bir kişi var,

İki dişi var.

(maşa)

O yanı qaya,

Bu yanı qaya,

140

İçində sarı maya.

(yumurta)

Bizə bir qonaq gəlib, qüdrətdən,

Bir qoyunumuz var, xırp ətdən.

Nə qonağımızın dişi yox,

Nə qoyunumuzun sümüyü.

(körpə uşaq)

Tut, tut, tuğulğa

Tutdan bir tuğulğa çəkdim,

Nə tutdu, nə tuğulğa.

(qatır)

Kol dibində dınnajıx qan.

(çiyələk)

Adamda var adı yox.


(bığın orta hissəsi,

burunun altı)

Haşdom, huşdom,

Burjazı orya tutdom.

(iynə-sap)

Duzsuz bişər,

Tez düşər.

(qovun)

Üstü yanıb dıqıldı,

Altı hələ çiy qalı.

(qəlyan)

Nar da var,

Nardan şirin nar da var,

Əl tutmaz, bıçaq kəsməz,

141

Ondan şirin harda var.

(ana döşü)

Araba gedir, izi yox,

Kömbə yedim, duzu yox.

(arı, bal)

Ha gedər Leyli,

Hu gedər Leyli,

Bircə qarış

Yol gedər Leyli.

(nənni, yürgəg)

Harava gedir, iyi yox,

Topux çalır, dizi yox,

Boyaxçıda boyanmış,

Tükü var, dərisi yox.

(şal)

Ağrısız, qəmsiz ağladar.

(soğan)

Adam udar, canı yox.

(qəbir)

Başa yapışıq,

Bir sapsız qaşıq.

(qulaq)


142

143

144

BAYATILAR, AĞILAR

Mən bu yola bələdəm,

Qanadım yox, uçam mən,

Kim deyir nabələdəm?

Ürək süfrə deyil ki,

Necəsən bir ah çəkəm,

Hər yetənə açam mən.

Dağı-daşı mələdəm?

Qapının yaşı yetim,

Qaynar qazanım mənim,

Sözümün canı yetim.

Söylər ozanım mənim,

Qarın doyandan sonra

Bəxtimi belə yazıb

Deyərlər hanı yetim?

Yazı yazanım mənim.

Qarşıda qazan ağlar,

Qapıda qalma, yetim,

Od yanar, qazan ağlar.

Mısmırıq salma, yetim.

Yuyan, götürən gülər

Yediyin qapazları

Qəbrimi qazan ağlar.

Boynuna alma, yetim.

Durnalar qatar gedər,

Dağ döşündə bulağam,

Buludda batar gedər.

Bağrı zolaq-zolağam,

Namərdə sirr söyləsən,

Dedin gəlib aparram,

Sirrimi satar gedər.

Yollara göz-qulağam.

Duman dağ arasında,

Quru dedim, yaş verdi,

Bülbül bağ arasında.

Ürəyimə daş verdi.

Qovrulub piltə oldum,

Ata, qardaş deməkdən

Yandım yağ arasında.

Kirpiklərim yaş verdi.

Duman dağa pərdədi,

Qaradan baş bağladım,

Göydə deyil, yerdədi.

Yaylığımı yaş bağladım.

Ağalıq dövlət olsa,

Tay-tuşun diri gördüm,

İgidlik hünərdəndi.

Bağrıma daş bağladım.

Əzizinəm dəhnədi,

Boynuburuq qoçam mən,

Axırın başı dəhnədi.

145

Atı köhlən olana

Əl vurma, can üstəyəm,

Qamçı nədi, dəh nədi?

Bir ovuc qandı könlüm.

Əzizim ağla, qandı,

O görükən qaladı,

Qaş-gözün ağlaqandı.

Torpağı Kərbəladı.

Gedək dərd bilən yanına,

Ölüm Allah əmridi,

Görək kim ağlağandı?

Ayrılıq var, bəladı.

Bənövşəyəm, itərəm,

Əzzinəm bağlar məni,

Kol dibində bitərəm,

Quş uçmaz, ağlar məni.

Atalı qız görəndə

Bu ayrılıq, bu həsrət

Tez boynumu bükərəm.

Ömürlük dağlar məni.

Əzizim laxtalandı,

Əzzinəm qurum olar,

Gün batdı, laxtalandı,

Od yanar, qurum olar.

Elimə xəbər olsun,

Oğlu ölən anaya

Qəbirim taxtalandı.

Gör necə zülm olar.

Ay üzü damar-damar,

Mən aşığam dəmə gəl,

Göydən yerə qan damar,

Söhbətə gəl, dəmə gəl.

Düşdün düşmən əlinə,

Dərd bilən özü gələr,

Doğradı damar-damar.

Dərd bilməzə demə gəl.

Arazdan axmağım var,

Boz at gəlir boza-boza,

Gümüşdən çaxmağım var,

Boynunda var qızıl qoza,

Öldürsələr, kəssələr,

Asta yeri, a çər dəymiş,

O yara baxmağım var.

Yarı batırma toza.

Qar qamışa,

Dağ-dağ oldu,

Qar yağar qar qamışa,

Yağ yandı, dağ-dağ oldu,

Min alxışçı neyləsin,

Sən yadıma düşəndə

Bir fələk qarğamışa?

Ürəyim dağ-dağ oldu.

Əzizim qandı könlüm,

Qar qalandı,

Od tutub yandı könlüm.

Qar yağdı, qar qalandı.

146

Qarğalar laçın oldu,

Gör nə günə qalmışam,

Laçınlar qarğalandı.

Bəyənmir bu da məni.

Ay azaldı,

Nar könlüm,

Qış gəldi, ayaz aldı,

Heyva könlüm, nar könlüm.

Könlüm yar sövdasında,

Heç gülməknən işim yox,

Ömürüm ay azaldı.

Ağlamaqnan var könlüm.

Başı bəlgəli dağlar,

Kəklik daşa dağıldı,

Dibi kölgəli dağlar,

Səkdi, daşa dağıldı.

Qəribəm, yol gedirəm,

Fələk sinəmdən vurdu,

Havax el gəli dağlar.

Qanım daşa dağıldı.

Fələyi yandıraydım,

Əzizinəm yaz göndər,

Qanmadı, qandıraydım,

Oxu dərsin, yaz göndər.

Sənə qələm çalanda

Dəftər-kağız tapmasan,

Qələmin sındıraydım.

Bir yarpağa yaz göndər.

Əzizinəm, başdan mən,

Əzzinəm düşən yeri,

Kirpikdən mən, qaşdan mən, Atdanıb düşən yeri.

Nə atam var, nə anam,

Göz yaşım oda dönüb,

Yaranmışam daşdan mən.

Yandırar düşən yeri.

Düşdü gəl,

Əzizim sözə qaldı,

Atdandı gəl, düşdü gəl,

Bir şirin sözə qaldı.

Ay yaxşı günün yarı,

Yad qovuldu dağlardan,

Yaman günüm düşdü gəl.

El-oba bizə qaldı.

Yeddi arxa dolandı,

Xəncər üstə qaş gəlir,

Sular çarxa dolandı,

Qoşun başabaş gəlir.

Düşmən elin gücündən,

Qoşuna qurban olum,

Qorxa-qorxa dolandı.

İçində qardaş gəlir.

Buda məni,

Bu sazı alan gəlməz,

Xəncər al, buda məni,

Oxuyub-çalan gəlməz.

147

İgidi öldürsələr,

Götür üzün örtüyün,

Dilinə yalan gəlməz.

Baxım bir ay camala.

Əziziyəm ay qardaş,

Gəl məni bəndə atma,

Qaşın ucu yay qardaş,

Xoydan Mərəndə atma.

Ölsə bacılar ölsün,

Hamı üz döndəribdi,

Heç deməsin vay qardaş.

Rəhm eylə, sən də atma.

Mən aşiq üzümüm yox,

Maralın gözü qannı,

Bağım var, üzümüm yox,

Gözü qan, üzü qannı.

Sən ki, belə tez getdin,

Balam əlimdən getsə,

Fərağa dözümüm yox.

Tutaram sizi qannı.

Əzizim nədən gəlmir,

Gəl gedək Xaşbulağa,

Qürbətə gedən gəlmir,

Suyu sərxoş bulağa,

Hamı gedənlər gəldi,

Birni sən de, birni mən,

Mənimki nədən gəlmir?

Tökək qan-yaş bulağa.

Dağlar başı qar imiş,

Bu dağlar ulu dağlar,

Dibi barabar imiş,

Çeşməli, sulu dağlar,

Əzəli şirin dünyanın,

Burda bir qərib ölüb,

Axırı zəhrimar imiş.

Göy kişnər, bulud ağlar.

Qalalar, ay qalalar,

Axşamlar, ay axşamlar,

Qalaya yol salalar,

Şamlar yanar axşamlar.

Səni xoşnan vermərəm,

Evli evinə gedər,

Bəlkə zornan alalar.

Qərib harada axşamlar?

Ağlayan başdan ağlar,

Əzizim dayan atlı,

Kirpikdən, qaşdan ağlar,

Asta get, dayan, atlı.

Qardaşı ölən bacılar,

Çox gəzdim, çox dolandım,

Durar obaşdan ağlar.

Az tapdım dayanatlı.

Загрузка...