Növbə gəncəliyə yetişəndə başladı hönkür-hönkür

ağlamağa:

- Heç bilirsiniz bu gecə mənim başıma nə iş gəlib?

Gəncəli ucadan hönkürür. Amma ha hönkürürsə,

gözündən bircə damla yaş çıxmır. İranlılar təşvişə

düşürlər:

- Qardaşcan, danış görək nə olub?

Gəncəli sözünə davam edir:

- Sizin əziz canınız üçün, qardaşlar, elə təzəcə

yuxuya getmişdim ki, bir də gördüm dəhşətli bir hənirti

gəlir. Oyandım gördüm qoca, əli qılınclı bir kişi durub

sizin başınızın üstündə. Kişini görəndə əlim-ayağım

göməşdi. Soruşdum ki, a kişi, kimsən, nəçisən, hardan

peyda oldun sən belə? Nə desə yaxşıdır? Dedi ki, sus,

heyvan oğlu heyvan. Sonra da əlindəki qılıncı qaldırıb

dedi:

- Mən Həzrət Abbasam. Gəlmişəm ki, bu iki

iranlının başını kəsib qurda-quşa atım. Çünki onlar Allah

yanında çox günah işlədiblər.

257

Bunu eşidən kimi, başladım fəda olduğum Həzrət

Abbasa yalvarmağa ki, onlara dəymə, yazıqdırlar. Onlar

Allahın kasıb bəndələridir. Həzrət Abbas mənə acıqlanıb

dedi:

- Ey Allahın məzlum bəndəsi, görürəm sən düz

adama oxşayırsan, mənim işimə qarışma ha… And olsun

Allaha, yoxsa bir qılınc da sənin başına endirərəm. Mən

bunları öldürüb, tikə-tikə doğrayıb qanlarını içəcəm.

Özlərini də cəhənnəm odunda yandıracam. Yenə başladım

yalvarmağa. Düşdüm əl-ayağıına ki, fəda olum, dəymə bu

yazıqlara, bir çətən külfətləri var. Çevir onları balalarının

başına. Bunu deyəndə kişi bir az rəhmə gəldi. Dedi ki,

onda onların cəzasını bir az yüngül eləyəcəm. Onları bir-

iki gün ac saxlayacam, qoy ağılları başlarına gəlsin. Sonra

da qılıncını mənə tərəf qaldırıb dedi ki, dur onların

hazırladığı halvanı ye, qoy onlar ac qalsınlar. Dedim ki,

fəda olum sənə, günahları nədir ki, bunları belə ac

saxlayırsan? Yazıqdırlar, bir qırıq halva qayırıblar, qoy

yesinlər, uzaq yol gedəcəklər. Bir də ki, mən halva yeyən

deyiləm. Kişi iki ayağını bir başmağa dirəyib durdu. Ha

yalvarıb yaxardım, mümkün olmadı. Dedi ki, yeyəcəksən,

vəssalam. Yoxsa bu saat səni də, iranlı yoldaşlarını da bu

qılıncla cəhənnəmə vasil edərəm. Gördüm ki, başqa əlac

yoxdu. Çar-naçar durub birtəhər halvanı yedim. Hərçənd

mən halva yeyən deyiləm. Neyləyim, o kişi qılınc gücünə

yedirtdi bu boyda halvanın hamısını mənə.

İranlılar gəncəlinin sözünə inandılar və ona bu

«yaxşılığı» üçün bəlkə min dəfə «çox sağ ol» dedilər.

TACİR VƏ HAMBAL

258

Bir tacir bir yeşik şüşə alır. Bir hambal cağırır ki,

şüşəni evə aparsın. Hambalnan üç manata razılaşırlar. Bir

az getməmiş tacir öz-özünə düşünür ki, mən bir tacir

babayam, necə ola ki, öz əlimlə bu hambala üç manat

verəm. Üzünü hambala tutub deyir:

- Hambal, sən məndən üç manat alacaqsan. De

görüm, bu üç manata neyləyəcəksən?

Hambal deyir:

- Tacir qağa, necə neyləyəcəm? Çorəyə verib

yeyəcəyəm.

Tacir deyir:

- Hambal, bu üç manatı sən neçə gün çörəyə verb

yeyəcəksən?

Hambal deyir:

- Tacir qağa, baxır vəziyyətə. Qonaq olsa, bir günə,

olmasa iki günə.

Tacir deyir:

- Hambal, sən bu üç manatı cəmisi iki günə yeyib

qurtaracaqsan. Əlində isə heç nə qalmayacaq. Gəl sənə bir

manata bir söz öyrədim, gərəyin olar.

Hambal bir xeyli fikirləşir. Deyir ki, balam, tacir

qağa düz deyir, bu üç manatı mən iki günə yeyib

qurtaracağam, əlimdə də bir şey qalmayacaq. Amma söz

həmişə qalır. Bəlkə bu tacir elə yaxşı sözlər bildiyi üçün

tacir olub? Üç manatdansa, üç kəlmə söz alsam yaxşıdı.

Gərəyim olar. Deyir:

- Tacir qağa mən razı, sözünü de.

Tacir deyir:

- Tərpən gedək, yolda deyərəm.

Hambal daha bir söz demir, başlayır yol getməyə.

Bir az gedəndən sonra hambal çiynindəki yeşiyi yerə

qoyub deyir:

- Tacir qağa, buradan o yana getmərəm, sözünü de.

Tacir deyir:

259

- Hambal, sözümün biri budur ki, desələr, dəli

ağıllıdan yaxşıdı, eşit, inanma.

Hambal deyir:

- Tacir qağa, burda nə var ki, elə bunu mən özüm də

bilirdim.

Tacir deyir:

- Hambal, yola düzəl gedək, ikincisi bundan da

yaxşıdı.

Hambal bir söz demir, yeşiyi dalına alıb yola

düzəlir. Bir az getməmiş yenə də yeşiyi çiynindən salıb

deyir:

- Tacir qağa, buyur, ikinci sözünü de. Amma bu o

birindən yaxşı olmalıdır.

Tacir deyir:

- Hambal, desələr, yalan söz doğru sözdən yaxşıdı,

eşit, inanma.

Hambal dedi:

- Tacir qağa, qırx ildi palan belimdə hamballıq

edirəm, hər gün də belə sözlər eşidirəm. Sən təzə bir şey

demədin.

Tacir dedi:

- Hambal, götür yeşiyi, yolçu yolda gərək. Bu

sözlərin mənasını sonra bilərsən. Üçüncüsü bundan da

yaxşıdı. Tələsmə.

Hambal bildi ki, manatın biri də havayı yerə getdi.

Daha bir söz demədi. Ləhliyə-ləhliyə yeşiyi dalına alıb

yola düzəldi. Gəlib tacirin evinə çatdılar. Tacirin evi

ikimərtəbəli idi. Hambala buyurdu ki, yeşiyi ikinci

mərtəbəyə qaldırsın. Elə ki, ikinci mərtəbəyə qalxdılar,

hambal dedi:

- Tacir qağa, di sözünün üçüncüsünü de.

Tacir dedi:

- Hambal, yeşiyi düşür, bir nəfəsini dər, üçüncüsünü

də deyim.

260

Hambal dedi:

- Tacir qağa, elə şey yoxdu. Yeşiyi belimdən

düşürən deyiləm. Sözünü de, sonra düşürüm.

Tacir gördü hambal dediyini deyəcək, əlacsız qalıb

dilləndi:

- Hambal, desələr pis arvad yaxşı kişidən yaxşıdı,

eşit inanma.

Söz bura çatanda, hambal başa düşdü ki, tacir ona

kələk gəlir. Nədi-nədi üç manatı verməsin. Ona görə də

dedi:

- Tacir qardaş, dediyin sözlərin tayı-bərabəri

yoxdur. Amma mən də bir söz bilirəm. Onu sənə

deyəcəyəm. Əgər mənim bir sözüm sənin üç sözündən də

yaxşı olsa, üç manatı alacağam, yox yaxşı olmasa üç

manat halalındı.

Tacir düşündü ki, bu hambalın nə sözü ola bilər.

Yenə bir şey quraşdırıb başını yozaram. Hambal tez

çiynindəki şüşə dolu yeşiyi ikinci mərtəbədən yerə

tullayıb dedi:

- Tacir qağa, desələr, bu yeşiyin içində bir dənə

salamat şüşə qalıb, eşit, inanma.

Hambal bunu deyib ikinci mərtəbədən aşağı endi.

Darvazadan çıxıb yola düzəldi.

Tacir də qaldı yana-yana.

ŞAH ABBASIN OĞLU

Deyir bir gün Şah Abbas yolnan keçirmiş. Görür bir

oğlan uşağı küllükdə yatıb. Götürüb buna bir kağız yazır:

«Dünyanı nə üzlü tutsan, o üzlü gedəcək». Kağızı qoyur

oğlanın qoynuna, çıxıb gedir. Bu çıxıb getməkdə olsun.

Görək oğlan neyləyir? Oğlan yuxudan ayılır. Görür

261

qoynunda bir kağız var. Kağıza baxır, baxır, bir şey

anlamır. Oğlan oxuyub-yazmaq bilmirdi. Yüyürür qazının

yanına. Kağızı oxutdurur.

Oğlan kağızı da götürüb gedir Şah Abbasın qılıncı

işləməyən uzaq vilayətlərdən birinə. Bir kənddə qonaq

qalası olur. Ev yiyəsinə deyir ki, bəs mən Şah Abbasın

oğluyam. Bunlar da çox şad olurlar.

Oğlan bir müddət burda qalır. Bu burda qalmaqda

olsun. Sizə kimdən deyim, kimdən xəbər verim ev

yiyəsinin arvadından. Bu sirr arvadın dəndiyini deşir.

Dözə bilmir. Koxanın arvadına deyir:

- Deməzsənmi bugün-sabah sənin ərini koxanlıqdan

çıxardacaqlar. Yerinə də bizim kişini qoyacaqlar. Odey

Şah Abbasın oğlu neçə gündü bizdə qalır.

Koxanın arvadı başıalovlu qaçır ərinin üstünə. Hal–

qəziyyəni söyləyir. Koxa tələm-tələsik gəlir oğlan qalan

evə. Deyir:

- Verin mənim qonağımı! Kəndin koxası mənəmsə,

qonaq da mənim evimdə qalmalıdı.

Gətirir qonağı öz evinə. Başlayır əzizləməyə.

Günlərin birində deyir:

- Şah Abbasın oğluna mənim canım da qurbandı,

var-dövlətim də. Hələ üstəlik gözümün ağı-qarası bircə

qızım da. Ay oğul, əgər razılıq versən, elə qızım da sənə

peşgəşdi.

Oğlan sevindiyindən bilmir neyləsin. Amma özünü

tox tutur. Deyir:

- Nə deyirəm, razıyam.

Koxa deyir:

- Yox, bala, biz gərək sənin atanın da razılığını alaq.

Atana bir məktub göndər, qoy gəlsin. Toya razılıq versin,

səni evləndirək.

Oğlan yerini-yurdunu bir kağızda yazdırıb yollayır

şaha.

262

Şah Abbas məktubu alanda qalır mat-məhəttəl.

Çağırır vəziri. Soruşur:

- Vəzir, məni bu sirdən agah elə, görüm bu oğlan

kimdir?

Vəzir şaha təzim edib deyir:

- Şah sağ olsun, bu oğlan hər kimdisə, biz gərək

onnan görüşək.

Şah vəzir-vəkili də götürür. Kəcavələr bəzənir.

Gəlib çatırlar oğlan olan məmləkətə. Hamı şahın gəldiyini

görüb pişvaza çıxır. Oğlan şaha baş əyir, ədəb salamı

verir. Şah Abbas oğlanı tanımır, adamlardan soruşur:

- Hanı mənim oğlum?

Deyirlər:

- Şah sağ olsun, elə bu gördüyün sənin oğlun

deyilmi?

Şah bir də təfərincnən oğlana baxır. Görür ayə, bu

hər kimdisə ona tanış gəlir. Oğlanı yanına çağırır. Qalan

adamlara əmr eləyir ki, onları tək buraxsınlar. Şah deyir:

- Bala, indi bir sənsən bir mən. Düzünü de görüm,

sən kimsən? Özün də mənə tanış gəlirsən.

Oğlan tez qoynundakı kağızı çıxardır. Verir şaha.

Şah məsələdən halı olur. Ta işi açıb-ağartmır. Oğlana öz

övladı kimi toy eləyir. Həmin vilayətin bəyliyini də ona

verir.


BÖYRƏK KABABI

Deyir Şah oğlu Şah Abbas ildə iki dəfə təğyiri-libas

olub öz vəziriynən məmləkəti gəzib-dolaşarmış. Belə

günlərin birində çöldə qoyun otaran bir oğlana ürcah olur.

Deyir:

- Vəzir, axşam bu oğlana qonağıq.

Vəzir deyir:

263

- Padşah sağ olsun, nə çox ev. Gəlsənə başqa yerdə

gecələyək? Kasıb komada narahat olarsan.

Padşah dediyinin üstündə durdu:

- Yox, elə bu kasıb gədənin evində qalmalıyıq.

Padşah oğlanın yanına gəlib soruşur:

- Bala, bu gecəliyə bizi qonaq saxlayarsanmı?

Oğlan deyir:

- Niyə saxlamıram, ay əmi. Qonaq Allah qonağıdı.

Allaha da qurban olum, qonağına da.

Bunlar oğlana qoşulub, gəldilər onun olacağına.

Gördülər bunun evi elə bircə gözlü daxmadı. Yarısını

kəsib özləri olurlar, yarısına da elə bu beş baş heyvanı

salırlar. Oğlanın anası xoş-beş elədi. Qonaqlara gətirib

yastıq qoydu, dirsəklənsinlər. Arvad yavaşca oğlunun

qulağına pıçıldadı:

- A bala, gör qonaqların könlü nə istəyir? Bişirim.

Oğlan qonaqlardan sual eləyir. Şah fikirləşir ki,

onsuz da kasıb adamlardı. Bunları bir para xərcə salmaq

gunahdı. Yaxşısı budur elə şey istəyim, tapa bilməsinlər.

Dedi:

- Bizim yediyimiz təkcə böyrək kababıdı.

Oğlan qonaqları evdə qoyub çıxdı eşiyə. Az keçdi,

çox keçdi, bir də gördülər ortalığa yekə bir sinidə böyrək

kababı gəldi. Qonaqlar da ev yiyələri də yeyib doydu.

Yeyib doyandan sonra padşah soruşdu:

- Oğul, de görüm bu qədər böyrəyi hardan tapdın?

Oğlan dedi:

- Əmi, o gördüyün beş baş heyvanın beşini də

kəsdim. Çox sağ olun ki, məni əziyyətdən qurtardınız.

Şah qaldı məhəttəl. Dedi:

- Nə əziyyət?

Oğlan dedi:

264

- Bax, qabaqda qarlı qış gəlirdi. Mənim də

heyvanlarımın bir çəngə otu yoxuydu. Fikir məni

aparmışdı.

Şah oğlu Şah Abbas heç nə demədi. Oğlanın

səxavətinə heyran qaldı.

GÖLƏ QƏLƏM SANCAN

Peyğəmbər yolnan gedirdi. Gedəndə gördü bir

göldü, uşaqlar göldə çimir. Bir mayıf uşaq da qıraqda

durub bunlara tamaşa eləyir. Peyğəmbərin uşağa yazığı

gəldi. Üz tutdu Allaha, dedi:

- Ya Allah, nola bu uşağa qədəm ver, yazıqdı.

Allahdan səda gəldi:

- Ya Peyğəmbərim! Qədəm verdim. Amma

qıraqdan bax gör o uşaq nələr eləyəcək?

Uşağın qədəmi açıldı. Getdi gölün qırağındaki

qamışlığa. Qamışları kəsdi, qələm qayırdı. Sancdı suyun

üzünə. Uşaqlar gölə atıldıqca qələm qarnına batdı. Gölün

üzü qızıl al qana boyandı. Peyğəmbər tutduğu işə peşman

oldu. Üzünü yenə Allaha tutdu:

- Ya Allah, keç gunahımdan! Sənin işinə əl apardım.

Özün bilən məsləhətdir.

Oğlanın qədəmləri yenə tutuldu. Peyğəmbər bir də

Allahtaalanın işinə qarışmadı.


SƏN OL HAQQINAN

Deyir bir dərviş oxuya-oxuya gedirdi:

-Sən ol haqqınan,

Haqq olu səninən.

265

Olma nahaqınan,

Nahaq olu səninən.

Padşahın bu sözdən xoşu gəldi. Çağırdı dərvişi

yanına. Dedi:

- Dərviş, hər gün sarayıma gəlib bu sözləri oxuya

bilərsənmi?

Dərviş dedi:

- Şah sağ olsun, niyə oxumuram? Elə oxuyaram?

Hələ o yana da keçərəm.

Dərviş hər gün gəldi saraya. Bu sözləri oxudu.

Padşah da öz dilinin üstünə bir qızıl qoydu. Dərviş

dilinnən həmin qızılı götürdü, getdi. Bir gün belə, beş

gün belə, vəzirin buna paxıllığı tutdu. Öz-özünə dedi:

«Mən vəzir ola-ola padşah mənə gündə bir qızıl vermir.

Bir-iki sözə görə dərvişə hər gün bir qızıl? Bu olan iş

deyil.»

Dərviş gəldi. Şahın yanına keçmək istəyəndə vəzir

qabağını kəsdi. Dedi:

- Gəl gedək sənə bir xəngəl bişirtdirim.

Gətirdi dərvişi. Tünd sarımsaqdan tökdü, buna bir

xəngəl yedirtdi. Əvvəlcədən də padşaha demişdi ki, dərviş

deyir mən padşahın ağzından iyrənirəm. Əlacım yoxdu, o

qızılı götürürəm.

Dərviş gəldi padşahın hüzuruna. Sarımsağın iyi

vurmasın deyə aralıda dayandı. Padşah barmağını dişlədi.

Elə vəzir düz deyirmiş. Götürdü bir kağız yazdı qəssaba

ki, bu adam yanına çatanda sallaqxanaya sal, bunun başını

kəs. Dərviş sözünü oxudu, kağızı da götürüb getdi. Vəzir

gördü dərviş sevincəkdi. Yüyürdü qabağına. Dedi:

- Nə oldu?

Dərviş dedi:

- Padşah bu kağızı verdi ki, qəssabın yanına get.

Vəzir tez kağızı aldı. Dedi:

266

- Sən dərviş adamsan. Əti neynirsən? Qoy oğlumu

göndərim gedib alsın. Biz bir çətən külfətik.

Vəzir oğlunu göndərdi qəssabın yanına. Qəssab

gördü şahın fərmanıdı. Yazır ki, kağızı gətirənin başını

kəs. Vəzirin oğlunu salır sallaqxanaya kəsir başını. Vəzir

ha gözləyir oğlu gəlib çıxmır.

Sabahısı gün dərviş yenə gəldi. Getdi padşahın

yanına. Padşah dərvişi görəndə məhəttəl qaldı. Soruşdu:

- Dərviş, verdiyim kağızı neylədin?

Dərviş dedi:

- Padşah sağ olsun, vəzir əlimdən aldı. Dedi qoy

mənim oğlum aparsın.

Padşah vəziri çağırtdırdı. Dedi:

- Hanı oğlun?

İşin üstü açıldı. Vəzir bir başına döydü, bir dizinə.

Padşah vəziri vəzirlikdən qovdu. Dərvişi özünə

vəzir təyin elədi.

267

268

269

DASTANLAR

NƏCƏF

Sizə ərz eləyim kimdən, Əhməd bəziryanla

Məhəmməd bəziryandan. Əhməd bəziryan İstambullu,

Məhəmməd bəziryan İsfahandandır. Bunların arası altı

aylıq yoldu. Günlərin bir günündə Əhməd bəziryan

İstambuldan aldan-qumaşdan, ağdan-bezdən alıb İsfahana

aparırdı. Məhəmməd bəziryan da İsfahandan otuz doqquz

yoldaşnan aldan-qumaşdan, zərbafdan götürüb, İstambula

yol başladı. İstambuldan İsfahana üç aylıq yolda Alxa

çiməni deyilən gözəl yurd vardı. Burada Çeşmə bulağı

adında gözəl bir bulaq vardı. Bəziryanlar burada düşüb

dincəlirdilər.

Bir gün Əhməd bəziryan Məhəmməd bəziryandan

qabaq Alxa çiməndə düşdü. Yoldaşlarına əmr elədi qəflə-

qatırı düşürtsünlər, çay-çörək tədarükü eləsinlər. Bir az

sonra Məhəmməd bəziryan da Alxa çimənə gəlib çıxdı.

Bir az aralı düşüb istirahət eləməyə başladı. Bunlar çay-

çörək tədarükü eləyəndə Məhəmməd bəziryan dedi ki,

gedim tacirdən soruşum görüm xırıdımız necədi?

Hər iki bəziryanın sonu yoxuydu. Məhəmməd

bəziryan qədəm basdı Əhməd bəziryanın yanına.

Salamməleyk elədi, Əhməd bəziryan gördü bu bir

mərifətli adamdı, yer göstərdi. Bunlar söhbətə başladılar.

Elə şirin gəldi söhbətləri bir-birinə, hər ikisi əl tutub siğə

qardaş oldular. Bunlar yenə söhbətə başladılar.

Məhəmməd bəziryan Əhməd bəziryandan düşüncəli

adamıydı. Bu dedi:

- Qardaş, Allahın yazısı, biz qardaş olduq. İndi gəl

dərdimizi bir-birimizə söyləyək.

Əhməd bəziryanın dərdi açıldı:

270

- Qardaş, Xudavəndi-aləm yanında hər bir cəhətdən

Allah məni yada salıb. Bir şeydə yox. Mən öldüm,

yarağan uçdu, toz qopdu. Bir keçi başı tutan yoxdu

yurdumda sahaflıq eləsin.

Bu belə deyəndə Məhəmməd bəziryan qayıtdı:

- Vallah qardaş, dədələrin goruna qurban olum.

Yaxşı deyiblər: taylı tayını tapmasa, günü ah-vaynan

keçər. Mən də sən günlüyəm. Allahın məsləhətinə şükür,

iki dərdlini bir-biri ilə tapışdırdı.

Bunların ahı-zarı Ərşi-əlaya bülənd oldu. Gördülər

qiblə tərfdən bir dərviş qəsidə oxuya-oxuya əlində hasa,

başında əmmamə gəlir. Dərviş bunların yanına çatdı.

Başda dərvişə yer göstərdilər. Dərviş baba mübarək əlləri

ilə qoynundan bir üzü süddən ağ, bir üzü laladan qırmızı

alma çıxardıb bu iki tacirin qabağına qoydu. Məhəmməd

bəziryan Əhməd bəziryandan ağıllı idi. Göz elədi ki, bu

nurlu dərvişə çıxardıb qızıl verək. Məhəmməd bəziryan

əlini cibinə atanda dərviş dedi:

- Mən pay alan dərvişlərdən deyiləm, pay verən

dərviş-lərdənəm. Bu almanı limşaqqaya bölün. Nə

qırmızıdan ağa, nə ağdan qırmızıya getsin. Əlimin

huğuvatına görə hərənizin bir züryəti olacaq. Burda ya

ilqar, ya iman eləyirəm. Sənin qızın bunun oğlunundu.

Burada kəbinini kəsirəm.

Bunlar söyüncək almanı ipək dəsmalın üstünə

qoydular. Hər ikisi əl uzatdı qırmızı almanı götürməyə.

Məhəmməd bəziryan dedi:

- Qardaş, gəlsənə sağ-sağ özümüzü cəhənnləmlik

eləməyək. İlahi çöp buyurub. Gəl çöp ataq.

Çöp atdılar. Qırmızı alma Əhməd bəziryana, ağ

alma Məhəmməd bəziryana düşdü. Hər ikisi almanı

büküb dəsmala, qoydu qoynuna. Burda biri xırıdını ona, o

biri xırıdını buna verdi. Malları dəyişdilər, hərə qayıtdı öz

şəhərinə.

271

Aşıq dili yüyrək olar. Tez bitirər, tez yetirər. Hər

kəs öz vətəninə daxil olanda hərəsi öz ailəsinə muştuluq

xəbəri verdi:

- İlahi bizə tütyə göndərib. Bir yaxşı xörək hazırla.

Bunlar bir yaxşı, istəkli xörək bişirdilər. Hər ikisi öz

yerində oturub almanı çıxartdılar. Hərə almanı öz ailəsi

ilə yedi.

İlahinin verməyinnən hər ikisinin arvadının

boynuna uşaq düşdü. Doqquz ay, doqquz gün, doqquz

saat, doqquz dəqiqədən sonra arvadlar Əhməd bəziryanın

bir qızı oldu. Məhəmməd bəziryanın arvadı ekiz gətdi: bir

oğlu, bir qızı oldu. Nəzir-niyaz paylandı, qurbanlar

kəsildi.

Əhməd bəziryan belə söhbət buraxdı ki, mənim

qızıma elə bir ad qoyulmalıdır, bu şəhərdə belə ad

olmasın. Hamı yığıldı: buna nə ad qoyaq. Molla, axund,

ağsaqqal, qarasaqqal hamısı dedi vallah elə ad uydura

bilmərik. Bir yaxşı qarı çağıraq.

Çağırdılar. Qarılar gəldi. Qarı var iman-Quran, qarı

var hərcayı, qarı var pərcayı. Qarının birisi dedi: «Adını

qoyuram Sicimqulu, ömru sicim kimi uzun olsun». Qızlar

qarını kötəklədilər, getdi. Qarının biri dedi: «Adını

Örkənqulu qoyuram, ömrü örkən kimi uzun olsun». Bunu

da o biri qarının dalınca yolladılar.

İman-Quran qarı irəli durub əlində Yusifi-təsbeh

deyir:

- Mən bu qızın adını qoyuram Pərizad xanım.

Hamı bəyəndi. Qarıya çoxlu xələt verdilər. Qarı bir

şələ götürdü. Qalanı mollalara qaldı. Yemək-içmək

həddən aşdı.

Məhəmməd bəziryanın bir oğlu oldu, bir qızı.

Məhəmməd bəziryan da qızının adını Səlbi xanım qoydu.

Oğlunun adını Nəcəf xan.

272

Uşaqlar iki yaşdan on beş yaşa çatdı. Əhməd

bəziryan gördü qızı yetirib, vaxtıdır. Özü də düşkünlüyüb,

qocalıb.

Məhəmməd bəziryan uşaqlar böyüyəndə Allah

rəhmətinə getdi. Günlərin bir günündə Nəcəf xan yetirdi.

Anasına dedi.

- Ana, dəvə qumundan yeyən kimi atamın malını

yeyirəm. Bəlkə qurtardı, deginən. Atamın sənətini

iştətməliyəm. Atam bu mal-dövlətin hansı sənətiynən

qazanıb?

Anası dedi:

- Oğul, bəziryan idi atan.

Nəcəf xan başına İsfahandan otuz doqquz yoldaş

yığır. Bir də özü olur qırx. Yoldaşlarına deyir:

- Gəlin tacirliyə gedək.

Yoldaşlarının heç birinin pulu olmur. Nəcəf xan

bunların hamısının əvəzinə pul qoyur. Mal yığıb

İsfahandan İstambula yola düşürlər.

Sizə kimdən xəbər verim, Əhməd bəziryandan.

Əhməd bəziryan görür qız böyüyür. On beş-on altı yaşına

çatıb. Yadına dərvişin sözləri düşür. Deyir İstambulu

gəzim, bəlkə İsfahandan bir adam tapa bildim. Gəzdi, tapa

bilmədi. Bir belə fikri-qərara gəldi ki, ayə çıxım şəhərdən

kənara. Əhməd bəziryan belə elədi, o yola, bu yola

yüyürdü. Gözünə dəyən olmadı. Günorta gördü budur ha

bəziryan karvanı gəlir. Gəldi yol qırağında oturdu.

Karvan bunun yanına çatdı. Gördülər bir qoca yol

qırağında oturub. Salam verdilər. Əhməd bəziryan sual

elədi.

- Oğul bu hara karvanıdır?

Dedilər:

- İsfahan.

İsfahan sözünü eşidəndə Əhməd bəziryan ürəkləndi,

soruşdu:

273

- Oğul, bir adam desəm tanıyarsınızmı? İsfahanda

Məhəmməd bəziryan var idi. Bəlkə onun adamı ola

içinizdə?

Dedilər:

- Əmi, budu oğlu.

Əhməd bəziryan oğlanı bağrına basdı, o üzündən,

bu üzündən öpdü. Düzsuz qoyun duz yalayan kimi yaladı.

Dedi:

- Bala, vallah gəldiyinizi bilsəydim, atınıza ot

biçərdim. Gedək bu gündən hamınız mənim

qonağımsınız.

Cavanlar çox sevindilər. Əhməd bəziryan dedi bəlkə

qızın oğlana könlü olmadı. Yaxşısı budu göstərim.

Pərizad xanımın evi bir az aralı idi. Əhməd bəziryan

qəsdən karvanı evin qabağından apardı.

Pərizad xanım külafirəngidən baxırdı. Gördü vallahi

bir oğlan gəlir, yemə-içmə xəttü-xalına, gül camalına

tamaşa elə. Pərizad xanım ürəyində Allaha yalvardı: «Ey

Xudaya, mənim yazımı yazmayıbsansa, bu oğlana yaz».

Pərizad xanım bir könüldən min könülə oğlana vuruldu.

Əhməd bəziryan qonaqları gətirir evinə. Xoş-beş, on

beş, süfrə açılır. Yemək-içməkdən sonra, istirahət

eləyirlər. Nəcəf xan yoldaşları ilə bir otaqda qalırdı. Gecə

hamı yatandan sonra başlayır haqq-hesab çəkməyə.

İndi görək Pərizad xanım neylədi? Pərizad xanımın

otuz doqquz qarabaşı varıydı. Əmr elədi qarabaşlara:

- Yeddi rəngdən özünüzə zinət verib ayağımı

qoyduğum yerə getməlisiniz!

Qızlar əmrə hazır oldular. Pərizad xanım geyindi-

kecindi. Nəcəf xanın otağına yaxın getdilər. Nəcəf xan

oyaq idi. Gördü otağın bir tərəfi az qalır uça. Bir küncə

qısıldı. Onlar bir tərəfə yüyürəndə qapı bir tayı açıldı.

Pərizad xanım çiynini bir də vuranda qapı uçub töküldü.

274

Qızlar içəri girdilər. Pərizad xanım qapının çərçivəsinin

bir yanını götürüb sinəsinə basdı:

Başına döndüyüm xan əmim oğlu,

Gəl gedək, gəl gedək qal bizim xanda.

Lalə tək bağrımı eyləmə dağlı,

Alma bizim xanda, nar bizim xanda.

Nəcəf xan baxdı Pərizad xanım bunu özünə dos-

doğma əmioğlu çıxdı. Bu da çərçivənin o biri yanını

söküb basdı sineyi-sandığına görək nə dedi:

Başına döndüyüm xan əmim qızı,

Gəl gedək, gəl gedək qal İsfahanda.

Lalə tək bağrımı eyləmə dağlı,

Alma İsfahanda, nar İsfahanda.

Qarabaşların böyüyü Abdulla xanın qızı Ağ qarabaş

baxdı ki, Pərizad xanım Nəcəf xanın ayağına yıxılacaq.

Dedi:

- Gedib atana deyəcəyəm.

Ağ qarabaş belə deyəndə Pərizad xanım aldı görək

nə dedi.

Pərizad xanım:

Ağamın əlindən içmişəm camı,

Mən kimi gözəldən alginan kamı,

Gəzdim İsfahanı, Urumu, Şamı,

Heç oğlan görmədim yar sən nişanda.

Nəcəf:

Ağzın dürdü, dişin inci sədəfi,

İndi bildim ürəyində muradı.

Gəzdim İsfahanı, Urumu, Şamı

Gəl gedək mətləbin al İsfahanda.

275

Pərizad xanım:

Eşqin xəncərini minib çaparsan,

Bənna olub sınıq könlün yaparsan.

Gedər olsan mən Pərizadı aparsan

İndi ki, qalmadın yar bizim Xanda.

Nəcəf :

Şamama bəslərlər torpaq içində,

Qızılgül bəslərlər yarpaq içində.

Aynabəndli büllur otaq içində,

Qol-boyun olaydıq, yar, İsfahanda.

Bunlar sözünü tamama yetirdi. Düşməninizin ömrü

tamama yetsin. Pərizad xanım evə qayıdıb, Nəcəf xan

istirahət etməkdə olsun. Al xəbəri Pərizaddan.

Pərizad xanım evə qayıtdı, nə qayıtdı. İlan vuran

yatdı, Pərizad xanım yatmadı. Dəli qoyun duzdağı

hərlənən kimi elə hərlənir, otaq yerindən oynayır. Bu səsə

Əhməd bəzirgan oyanır. Belə hesab eləyir ki, qonaqların

atları açılıb bir-birini qırıb. Arvadı oyadır ki, görək bu nə

səsdir? Arvad gördü ki, atlar-zad açılmayıb. Gurultu

Pərizad xanımın otağından gəlir. Qız vaxt eləyir özünü

aynadan atsın. Anası özünü yetirib soruşur:

- Qızım, sən ki, gün-günortaya qədər yatardın. Bu

nə səs-küydü, yoxsa dəli olmusan?

Pərizad xanım bu sözün cavabında dedi:

- Ana, mən dəli-zad olmamışam. Bax, deyirəm:

atam məni versə də o bəziryana gedəcəm, verməsə də.

Arvad gəlib bunu Əhməd bəziryana xəbər verdi.

Əhməd bəziryan dedi:

- Get deginən onu elə günü sabah Nəcəf xana

verəcəm. Heç fikir eləməsin.

276

Pərizad xanım qərəl tapıb istirahət etməkdə olur.

Əhməd bəziryan özünü verdi bazara. Azdan verdi, çoxdan

aldı, çoxdan verdi, azdan aldı. Yeddi gün yemək-içmək.

Yaxşı bir toy eləyib Pərizad xanımı verdilər Nəcəf xana.

Bunlara ayrıca bir imarət də bağışladılar. Bir gün Nəcəf

xan dedi:

- Pərizad xanım, mən İsfahana qayıtmalıyam.

Gedərsən, aparıram. Getməzsən, öz işindi. Atana da de.

Qız bu xəbəri çatdırdı Əhməd bəziryana. Əhməd

bəziryan onların yol tədarükünü gördü. Sonra öz-özünə

dedi: «Ey dili-qafil, bəlkə Nəcəf qızı aparıb yarı yolda

qoydu, dedi səni aparmıram. Yerini-yurdunu da

tanımıram».

Qoşunlar hazır-yarax atlanıb əmrə müntəzir

dayandı. Əhməd bəziryan dedi neyləyim ki, İsfahana kimi

Nəcəfin əli Pərizada dəyməsin. Bir molla çağırıb dərdini

söylədi. Molla dizini qatlayıb bir cadu duası yazır ki, bunu

ver Pərizad xanıma boynundan assın, özü də İsfahana

kimi Nəcəf xanı yanına qoymasın.

Əhməd bəziryan duanı verdi Pərizad xanıma.

Pərizad xanım da duanı boynundan asdı. Yol başladılar.

Pərizad xanım gördü ki, İstambul qalır, qarabaşları,

dostları qalır, bulud kimi doldu. Bunu görən anası dedi ki,

gedək Pərizad xanımın bacılığı Ağ qarabaşı atasından

alaq, qərib-qürbət eldə həyan olsun. Ağ qarabaş da

qoşuldu bunlara. Qoşun tərpənəndə Pərizad xanımın

ürəyinin başına od düşdü. Əmr elədi ki, iki xanə sözüm

var, dayanın onu deyim, sonra gedək. Aldı görək nə dedi:

Qürbət ölkələrə mən gedər oldum,

Allah belə yazıb yazımı mənim.

Atam yox, anam yox, qürbət ölkədə

Bəs kimlər çəkəcək nazımı mənim?

277

Mən Pərzadam, necə düşdüm bu dərdə,

Heç kəsləri düşməsin mən düşən dərdə,

Xan Nəcəfnən olmayaydım şərvəndə,

Daha görməzsiniz üzümü mənim.

Qoşun əhli bütün hamısı dəstə-tufaq bunları

apardılar. Bir neçə mənzil getdi. Əhməd bəziryanın

qoşunu qayıtdı.

Nəcəf xan otuz doqquz yoldaşı, özü, Pərizad

xanımnan Ağ qarabaş-qırx iki nəfər getdi. Az gedilər, çox

getdilər. Alxa çəməninə gedib çıxdılar. Gəcavələr əylənib

istirahatdıx eləməyə məşğul oldular. Bunlar burda

istirahatdıx eləmkdə oldular, Nəcəf fikir elədi ki, sən

İstambuldan İsfahana ailə aparırsan. Bir bax gör, bəlkə

korun-keçəlin birini bəzəyiblər bu Pərizad xanımdı. Dedi:

yox, yoldaşlarını yuxuya ver, get Pərizad xanımın

gəcavasına. Pərdəni aç, gör Pərizad xanımdı, ya başqası.

Yoldaşları yatdı. Nəcəf xan getdi Pərizad xanımın

gecavasına. Getdi ki, Allah-Allah Pərizad xanım belə

yatıb, belə yatıb, aya deyir sən doğma, mən doğmuşam.

Günə deyir sən doğma, mən doğmuşam. İstədi Pərizad

xanımın yanına paltarlı uzansın. Dedi yox, paltarı soyun,

gir əmin qızının qoynuna. Paltarını soyundu, bağladı.

Əlini qızın döşünə uzadanda əli duaya dəydi. Dua

göyərçinə döndü: «Əmioğlu, mən getdim, sən də gəl», -

elədi, uçdu. Nəcəf xan məhəttəl qaldı. Nə geyinə bildi, nə

bir şey elədi. Göyərçinin dalına düşüb getdi. Göyərçin

getdi qayanın başına qondu. Nəcəf xan istədi göyərçini

tutsun. Əl uzadanda daşa dönüb qaldı.

Pərizad xanım yuxuda gördü ki, Nəcəf xan bir qanlı

dəryaya düşüb axır. Yuxudan ayıldı. Əlini yanına atdı,

Nəcəf xanın paltarını gördü. Əlini döşünə atdı, duanı

görmədi. Pərizad xanıma demişdilər bu tilsimdi, qoyma

Nəcəf xan əlini vursun. Pərizad xanım qaldı naçar. Öz-

278

özünə dedi: «Ata, evini Allah yıxsın, indi bəs mən

neyləyim?» Axırda belə qərara gəlir ki, gey Nəcəf xanın

paltarını, yoldaşlarına da de ki, bəs haramı gəlib Pərizad

xanımı aparıb.

Pərizad xanım Nəcəfin paltarını geydi. On yeddi

para hörüyünü buxara papağının altına yığdı. Yoldaşlarına

xəbər verdi ki, haramı Pərizad xanımı aparıb. Yoldaşları

ata minib, ata əli çatmayan qılçasına minib, kimi dərə

aşağı, kimi dərə yuxarı qaçdılar. Yorulanan sonra dedilər:

- Ə, biz niyə özümüzü öldürürük? Odu biri gedib,

biri yanındadı. Qurbanı quruda ha döy…

Yoldaşdarı dedilər ki, Nəcəf xan, hər yanı axtardıq,

Pərizad xanımı heç yanda tapa bilmədik. Pərizad xanım

gedib, Ağcaqız ki, yerindədi. Bunlar bir az Nəcəf xana

toxtaqlıq verib yatdılar. İlan vuran yatdı, Pərizad xanım

yatmadı. Axırda belə qərara gəldi ki, arvad xaylağı zehinli

olar. Get Ağcaqızın gecavasına. Ağcaqız tanıdı, qoşun

əhli də tanıyacaq, tanımadı, tanımayacaq.

Pərizad xanım gecavasını açdı. Ağca qız onu

tanımadı. Dedi nə olar, Pərizad xanım gedib, mən ki,

yerindəyəm. Özüm də ondan heç əksik deyiləm. Pərizad

xanım dedi:

- Dur axtaraq, bəlkə tapa bildik.

Sabah açıldı. Yoldaşları yeyib-içdi. Gəcavalar

tərpəndi. Pərizad xanım bir kağız yazdı, dedi, əmioğlu,

Allah işinə fərac versə, mən İsfahandayam, məni axtarsan

orda gəz. Kağızı yazdı, bir daşın altına qoydu.

Yoldaşlarına dedi:

- Bir az dayanın, sinəmdə üçcə xana söz var, deyim

gedək.

Pərizad xanım aldı görək nə dedi:

Dad eylərəm qara baxtın əlindən,

Yar üzünə həsrət qalan mən oldum.

279

Əyyub kimi canda yara bəslədim,

Pərvanə tək şamda yanan mən oldum.

Nə yarım varıydı, nə yar-həmdəmim,

Günü-gündən artır möhnətim, qəmim,

Nuh kimi dəryaya qərq oldu gəmim,

Qəvvasam, dəryaya dalan mən oldum.


Nəcəfəm, oturdum qəm otağında,

Bülübül əl götürməz gül budağından.

Üzündən, gözündən tər buxağından

Tərsa sevmiş kimi Sənan mən oldum.

Söz tamama yetdi. Gəcavalar tərpəndi. Az getdilər,

çox getdilər, Pərizad xanım bir də baxdı ki, göydə bulud

karvanı İsfahan tərəfdən gəlib İstambul tərəfə gedir.

Yoldaşlarına dedi ki, gəcavaları əyləndirin. İndi görək

Pərizad xanım bulud karvanına üzünü tutub nə dedi:


Göydən gedən para-para buludlar,

Bulud, heç xəbərin varmı yarımdan?

Ciyər oldu hazar para, buludlar,

Bulud, heç xəbərin varmı yarımdan?

Bulud gedir ölkəsinə, elinə,

Qoymam xoryat əli dəyə gülümə,

Xətrim üçün bir Allahın yoluna,

Bulud, heç xəbərin varmı yarımdan?

Mən Pərzadam, öz canımdan bezaram,

Kağız olsa dərdi-dilim yazaram,

Yeddi gündü buralarda gəzərəm,

Bulud, heç xəbərin varmı yarımdan?

280

Az getdilər, çox getdilər. İynə yarım yol getdilər.

İsfahana çatmağa az qaldı. Yoldaşları deyir ki, Alağaca

çatmışıq. İsfahana bircə günlük yol qalıb. Pərizad xanım

fikirləşdi ki, adımı qoymuşam Nəcəf, yaxşı getdim çıxdım

Nəcəf xanın torpağına. Mən ki, onun ata-anasını

tanımıram, bacısını tanımıram. Dedi yaxşısı budur gəl

üzünü zəfəranla, özünü xəstəliyə qoy.

Nəcəf xanın gülər üzü gülməz oldu. Saraldı sapa

döndü. Yoldaşları gördü ki, Nəcəf xanın halı birdən-birə

qarışdı. Dedilər bir şey olar, Banı xanım nəfəsimizi kəsər.

Bunlardan ikisi gedib Nəcəf xanın anası Banı xanıma,

bacısı Səlmi xanıma, dayısı Salah bəyə, əmisi Pənah bəyə,

qohum-qələvəsinə dedi:

- Nəcəf xan gəlib Alağacda naxoşlayıb.

Nolasıdı, xəbər çatandan sonra hamısı tökülüb getdi.

Alağacda karvanı tapdılar. Nəcəf xanın gecavasının

başına yığıldılar. Anası dedi:

- Məni tanımırsanmı, oğul?

Nəcəf xan dedi:

- Yox.

Anası ürək-dirək verdi:

- Fikir eləmə, oğul, nə olar, sağalarsan.

Nəcəf xan dayısı Salah bəyi, əmisi Pənah bəyi də

onun kimi tanıya bilmədi. Hamıdan sonra bacısı Səlmi

xanım yetirdi özünü. O saat gördü gecavadakı qardaşı

deyil. Anasına dedi:

- Ana, bu qardaşım deyil. Görmürsənmi?

Anası acıqlandı, gecavanın bir taxtasını çıxardıb qızı

döydü, özünə də təpindi:

- Ağlın azıbdı, nədi? İrəli yeri, qardaşının üzündən

öp!

Qız yenə sözünün üstündə durdu:

- Ana, ələ, kəpəyində duyarsan bu mənim qardaşım

deyil.

281

Anası qızın sözünə inanmadı. Gecavalar tərpəndi,

gedib İsfahana çatdılar. İsfahana çatan kimi Nəcəf xan

Şah oğlu Şah Abbasa üç qiymətli xonça apardı.

Şah oğlu Şah Abbasla arvadı belə qərara gəldi ki,

xonçanın əvəzinə qızları Gülgəz Pərini versinlər Nəcəf

xana.

Gülgəz Pərini verirlər Nəcəf xana. Toy olur, toy

dağılır, toydan üç-dörd gecə keçir, Nəcəf xan qızın

otağına ayaq basmır. Qızın əlacı kəsilib Nəcəf xana

məktub göndərir ki, gəl söhbət eləyək. Nəcəf xan Gülgəz

xanımın yanına gəlib dedi:

- Gülgəz xanım, bilirsənmi, niyə gəlmirəm sənin

yanına? Atam vəsiyyət eləyib: toy olandan qırx gün sonra

əhya namazı qıl, sonra qıznan əl-ələ ver.

Gülgəz xanım gördü qırx gün keçdi, Nəcəf xan

gəlmədi. İki qırx, üç qırx gün keçir, yenə gəlmir. Götürüb

bir hərceyi kağız yazır ki, gəl məni atam evinə apar.

Nəcəf xanın atasının güllü bağçası var idi. Gedir

bağdan qırx çubuq qırır. Birdən Nəcəf xanın eşqi yadına

düşür: «Çubuğu dəstə bir eləyim, yavaşca vurum, andım

sınsın». Çubuqnan qızın dizdən aşağısına vurdu. Dedi:

- Bu yara sağalanacan biri sənə tapılar, biri də mənə.

Gülgəz Pəri bunu görüb xəlvətcə namə yazıb

göndərir Şah Abbasa.

Bunlar burda qalmaqda olsun, sizə kimdən ərz

eyləyim Nəcəf xandan. Axı Nəcəf xan daş kəsib. Nəcəf

xan gecənin bir aləmi yuxusunda gördü ki, Ağası gəlib

başının üstünü kəsib deyir:

- Nəcəf xan, nə müddətdi Ağanı yad-bud eləmirsən,

sidqinən Ağan dadına çatar, inşallah.

Sabah açıldı, sabah üzünüzə xeyirliknən açılsın.

Noolasıdı, ağac-daş yox, saz yox, Nəcəf xan daşın birini

basıb sinəsinə görək Ağasını necə yad-bud edir? Ağası

dadına çatar inşallah:

282

Sidqinən çağırram, ey Şahlar Şahı,

Haray məni bu cadudan qurtarın.

Əmbiyalar, övmiyalar, ərənlər,

Haray məni bu cadudan qurtarın.

Şahi-Mərdan, ərənlərin sərvəri,

Kərəm eylə, qiblə səmtdən dön bəri,

Yerin, göyün, ərşin-gürşün ləngəri,

Haray məni bu cadudan qurtarın.

Nəcəf də çağırar ya Şahlar Şahı,

Dadına yetişsin o qibləgahı,

Xorasanda qızıl bərgə sahabı,

Haray məni bu cadudan qurtarın.

Sözləri tamama yetirdi.

İndi sizə hardan ərz edim, bu dağın dalında bir şəhər

vardı. Burada bir Qəvvas Əhməd vardı. Qəvvas Əhməd

belə Qəvvas Əhməd idi ki, bütün xanlıq, xaqanlıq bundan

qorxardı, nədən ki, çox cadügün adamıydı. Kimə acığı

tutsa, daş qayırıb divara qoyardı. Qəvvas Əhməd gecə

yuxusunda gördü ki, bu dağdan ona qiymətli ənəət

(qənimət) çatacaq. Qəvvas Əhməd həm üzgüçü, həm də

ovçu idi. Oxunu götürüb dağın danamını getməyə başladı.

Gethaget, dağın davanına çatdı. Gördü bir çoban bir sürü

qoyunu otara-otara, dağdan gətirir. Yaxınlaşıb dedi:

- Ay çoban, bu dağdan-daşdan bir səs eşidibsənmi?

Çoban dedi:

- Bu dağın dalından qulağına bir zarıltı səsi, bir

inilti gəlir, qorxumuzdan heç birimiz qoyunu ora apara

bilmirik, elə yazdan nə bitib üstündədir.

Ovçu Əhməd irəli yeridi, getdi ki, bir cavan oğlan

tilsimə düşüb qalıb. Oğlana canı yandı. İrəli yeridi ki,

283

bunu çəksin çıxartsın, əl uzadanda bu da daş kəsib burada

qaldı. Ovçu Əhməd Quranını çıxardıb baxdı ki, onu

tilsimə salan qabağındaki göyərçindi.

Ovçu Əhməd Nəcəf xana dedi:

- Özün ağ günlü idinmi məni də ağ günə çıxartdın?

O göyərçinə bir ox atıram, onu tutub başını üzə bilsən,

tilsim açılacaq.

Ovçu Əhməd oxu atır, göyərçin hərlənir başının

üstündən. Nəcəf xan göyərçini tutub başını üzür, qanı

tökülür üstünə, hər ikisi dardan qurtarırlar.

Ovçu Əhmədin bir qızı var idi. Adı Xanı xanım idi.

Bunu heç kəs qorxusundan ala bilmirdi. At çapmaqda, ox

atmaqda tayı-bərabəri yox idi. Ovçu Əhməd ürəyində dedi

ki, elə yaxşı oldu, qızımı verərəm bu oğlana. Apardı

Nəcəf xanı aşpaz yanına. Aşpazı çağırıb tapşırdı ki, bu

oğlana, nə istəsə verərsən. Aşpaz Nəcəf xanı yedirib-

içirtdi. Ovçu Əhməd Nəcəf xana bir dəst bəylərə layiq

paltar verdi. Bir müddət keçəndən sonra Ovçu Əhməd öz-

özünə dedi: «Ayə, qarabağlı əmliyi kimi bunu

bəsdiyirsən, çağır gör qızını alır-almır? Bəlkə heç almadı.

Bir fikrini öyrənim».

Ovçu Əhməd Nəcəf xana dedi:

- Oğul, bilirsənmi səni niyə çağırmışam? Mənim

sineyi-pərdəmin dalında bircə qızım var: həm oğlum, həm

qızım Xanı xanım. İstəyirəm onu sənə verim. Olarsan

oğlum.

Nəcəf xan qaldı məəttəl, bilmədi nə cavab versin.

Əlacı kəsildi, dedi:

- İndi ki, sən verirsən, mən də alıram.

Ovçu Əhməd Nəcəf xanın toyunu tutub, Xanı

Xanımı verdi Nəcəf xana. Xanı xanım da gözlədi Nəcəf

xan onun dediyini demədi. Axırda Xanı xanım dilə gəldi.

Nəcəf xana dedi:

284

- Sən məni quş kimi qəfəsə salmısan. Heç yerə

getmirəm, könlüm açıla.

Xanı Xanım şəhərin istəkli cavanlarını çağırdı

Nəcəf xanın yanına. Nəcəf xan başının dəstəsi ilə gəzə-

gəzə gedib çıxdı Alxa çəmənə. Dedi:

- Ay uşaqlar, bura nə gözəl yurddur, gəlin bir az

əyləşək.

Cavanlar çeşmə bulağının üstündə oturdular. Nəcəf

xan yurd yerini dolandı. Pərizad xanımın naməsini tapıb

oxudu. Başını qaldıranda gördü bir atlı çapar İsfahandan

kağız gətirib, İstanbula aparır. Nəcəf xan dedi:

- Ay qardaş, ala bu kağızı İsfahana apar, bu da sənin

qızılın.

Aldı görək nə dedi:

Əgər gedər olsa şəhr İsfahana,

Söylə salamımı yara, bəzirgan.

Tut vay xəbərimi göndər yarıma,

Qoy yazsın ağ üstdən qara, bəzirgan.

Ağzı dürdü, dişi inci sədəfi,

Sinəmdən çəkərəm dəmbədəm ahı,

Desələr gördünmü sən də Nəcəfi,

Deynən həsrət bir cüt nara, bəzirgan.

Çapar tələsirdi. Atına bir qamçı da artıq vurdu, çatdı

İsfahana. Axtardı evi tapdı. Gördü Alxa çəmənində

qoyduğu oğlan qabağına çıxdı. Çapar dedi:

- Ayə, özün məndən qabaq gəlirdin, bəs kağızı

neyləyirdin?

Pərizad xanım barmağını dişlədi: «Şükür Xudaya,

Nəcəf xan sağdı». Pərizad xanım məktuba cavab yazdı:

Göz yaşımnan namə yazdım o yara,

285

Naməm yetişcəyin, canan, durma, gəl.

Gözləri yolunda bu intizara

Vədə verdin bu ilqara, durma gəl.

Aşiq bilər məşuqunun halını,

Mən sevmişəm ağ üzündə xalını.

Gözləməkdən sən namərdin yolunu,

Qalmadı gözündə qara, durma, gəl.

Pərzad deyər: düşmən biz güldürər,

Süsəndilər, sünbüldülər, güldülər,

Qiyamətdir, qızı qıza verdilər,

Çox da keçir günüm qara, durma, gəl.

Söz tamama yetdi. Pərizad xanım kağızı verdi

çapara. Çapar sürüb həmən kağızı Alxa çimənində verdi

Nəcəf xana. Nəcəf xan kağızı verdi Xanı xanıma. Xanı

xanım kağızı oxuyub mətləbdən hali oldu. Sonra dedi:

- İndi ki, belədi, gedək İsfahana. İki könlü yıxıb, bir

könlü şad eləmək də heç insafdan deyil.

Gəldilər Ovçu Əhmədin yanına. Ovçu Əhməd

bunların hərəsinə bir at verib ləl-cəvahiratla yola saldı.

Bunlar şəhərdən çıxmaqda olsunlar. Az getdilər, çox

getdilər, İsfahan torpağına yaxınlaşdılar. Nəcəf xanın

güllü bağçasına çatanda Xanı xanım dedi:

- Nəcəf xan, ta burdan o yana gedən deyiləm. Məni

gözəllərin ayağına aparırsan.

Nəcəf xan Xanı xanımın könlünü aldı:

- Heç fikir eləmə. Elə eləyərəm, gözəllər sənin

ayağına gələr.

Nəcəf xanla Xanı xanım gəlib güllü bağa çıxdı.

Xanı xanım atdan düşüb atları otarmaqda olsun. Nəcəf

xan cəld yola düşdü. Yolda fikir elədi ki, indi mən necə

286

eləyim, İsfahanda məni tanımasınlar. Uzaqdan bir qaraltı

gördü. Yanına çatanda baxdı ki, ayə, bu bir sayıldı. Bir

cırıx tuman geyib, başına da bir cındır papaq qoyub, bir

dağarcıq da çiynində budu ha gəlir. Nəcəf xan dilənçiyə

dedi:

- Qardaş, hardan gəlib haraya gedirsən?

Dilənçinin bu sözə acığı tutdu:

- Sənə nə?

Nəcəf xan dedi:

- Qardaş, niyə acıqlanırsan? Əgər razısansa, gəl

paltarımızı dəyişək. Hələ üstündə qızıl da verərəm.

Dilənçi inanmadı:

- Düz deyirsən?

Nəcəf xan and içib-aman elədi:

- Qardaş, vallah düz sözümdü. O dalındakı çörək

haqqı düz deyirəm.

Dilənçi sevincək Nəcəf xanın paltarını geyindi,

qızıllarını da götürüb dərə aşağı yüyürdü.

Nəcəf xan da sayılın paltarını geyindi, dağarcığını

çiyninə atdı. Birbaşa gəldi anasının çörək öyünə. Gördü

anası çörək bişirir. Bacısı Səlmi xanım da ev süpürür. Qız

dilənçini görən kimi cumdu, üz-gözündən öpdü. Anası

qızına bir şillə çəkdi ki, bu sayılın nəyini qucaqlayırsan?

İşi belə görəndə Səlmi xanım anasına dedi:

Ana, məni niyə döyün,

Həmi döydün, həmi söydün,

Bənövşə tək boynun əydin,

Ana, bax oğlun gəlibdi.

Anası da zəndlə baxıb oğlunu tanıdı. Elə bu dəm

Səlmi xanım Pərizad xanıma muştuluğa qaçdı. Pərizad

xanım toy paltarını soyundu. Yenə qız paltarı geyindi. Bu

da qaçdı Gülgəz xanıma muştuluq xəbəri verməyə.

287

Pərizad xanım gördü Gülgəz xanımın ayağının biri

sayalanıb, biri yox. Üzünü Gülgəz xanıma tutub aldı

görək nə dedi:


Dur ayağa, geyin alı qırmızı,

Sənə çox vermişəm cəbrilən cəza,

Qırx günlük namazı mən qıldım qəza,

Mənim butam, sənin yarın gəlibdi.

Qırmızı, qırmızı, alı al yanaq,

Əmmək üçün ləzzət verir bal dodaq,

Bundan belə dərdi-qəmi unudaq,

Mənim butam, sənin yarın gəlibdi.

Gecə deyil, gündüz bizə zülmatdı,

Bilməm fələk nəyimizə nə qatdı.

O Nəcəfdi, mənim adım Pərzaddı,

Hər iki gözəlin yarı gəlibdi.

Gülgəz xanım bəzənib axsaya-axsaya Nəcəf xanın

qulluğuna gedir. Bunların hamısı gedir Xanı xanmı

gətirməyə.

İndi sizə hardan xəbər verim, Şah Abbasdan.

Gülgəz xanımın ərizəsi çatır şaha. Çatan kimi atası cəlladı

gətirir, əmr eləyir:

- Get Nəcəf xanı gətir dar ağacının yanına!

Elə bu halatda Gülgəz xanım Xanı xanımı gətirdi.

Xanı xanım gördü yox, bu xına o xınadan deyil. Nəcəf

xan ölüm ayağındadır. Ürəyində deyir: «Mərdana

libasında bir Koroğlu havasıynan atanın adını isnad ver,

bəlkə Nəcəf xanı qurtara bildin». Xanı xanım Nəcəf xanın

paltarını geyib, qığılcını görürdü. Atını mindi girdi

meydana. Gördü Nəcəf xanı çəkirlər meydana. Mərdana

libasında, Koroğlu havasıynan Xanı xanım görək nə dedi:

288

Allahı çağırram girrəm meydana,

Şah olğluna deynən meydana gəlsin!

Meydanı bularam zəröyşan qana,

Şah oğluna deynən meydana gəlsin!

Ovçu Əhməd qızı Xanlar xanıyam,

Bu meydanda qənimimi tanıyam,

Yəqin bil Nəcəfin qoç qurbanıyam,

Şah oğluna deynən meydana gəlsin!

Söz tamama yetdi. Dar ağacının dibində olanlar Şah

Abbasa dedilər:

- Biz bu qana şərik deyilik. İstəyirsən get Ovçu

Əhmədə özün cavab ver.

Şah Abbas Ovçu Əhmədin adını eşidəndə deyir.

- Ay camaat, mən də Nəcəf xanı sizə bağışlayıram.

Xanı xanım Nəcəf xanı qoltuğuna basıb gətirdi.

Nəcəf xan bu qızların üçünü də aldı, onlarla xoş güzaran

keçirdi.

MƏMMƏD VƏ GÜLƏNDAM

Sizə hardan söyləyim, Üsgüdar şəhərindən. Üsgüdar

şəhərində Salah sövdəgar adında bir kişi var idi. Bu

kişinin var-dövləti başından aşırdı, amma zürriyyət üzünə

həsrət idi. Salah sövdəgar avam adam idi. Oxuyub-

yazmaq bilmirdi. Ona görə də qırxlotular qumarda onun

pulunu udardılar, sövdəgarın hesabına dolanardılar.

Günlərin birində qumarbaz lotular başqa ölkəyə keçirlər.

Salah sövdəgar yenə tacirliknən məşğul olmağındaydı. O,

hərdən Alfatun və Şəbiyi şəhərlərinə alverə gedib –

gələrdi. Salah sövdəgarın həmin şəhərlə gedib-gəlməyi üç

ay çəkərmiş.

289

Sövdəgar səfərdən qayıdanda Van şəhərinin

yaxınlığındakı bir meşənin qırağında axşamladı. Burdan

bir çay axırdı. Çayın üstündə də bir körpü var idi. Salah

sövdəgar qula əmr verdi ki, get bulaqdan su gətir. Qul su

gətirmək üçün bulağa tərəf gedəndə gördü ki, ayə

körpünün üstündə köynəkcək, zülfü dağılmış bir gözəl

durub, elə bil təzə doğmuş aydı, hər tərəfə işıq saçır. Bu

tez tacirin yanına xəbərə qaçdı.

Tacir gəlməkdə olsun, indi sizə xəbər verim qızdan.

Qız kim olsa yaxşıdı, Alı xanın arvadı Pəri xanım. Pəri

xanım başına gələnləri bir məktuba yazdı qoydu körpünün

üstünə. Özünü verdi meşənin içinə. Salah sövdəgar gəlib

gördü qız nə gəzir? Məktubda da yazıb ki, Qara vəzir

mənim bir cüt oğlumu öldürdü. Salah sövdəgar nə qədər

axtardısa qızı tapa bilmədi. Sövdəgarın qıza bərk yazığı

gəldi. Odur ki, üzünü haqqa çevirib dedi: «Mən bu

məktubu sahibinə çatdıracağam. Ey bizi yaradan Allah,

sən bu savabın əvəzində mənə bir övlad ver.»

Sövdəgar məktubu sahibinə çatdırdı, ordan da

qayıtdı Üsgüdar şəhərinə. Aradan heç bir il keçməmiş

Salah sövdəgarın bir oğlu oldu. Adını da Məmməd

qoydular.

Məmmədin altı yaşı tamam olanda atası rəhmətə

getdi. Qırxlotular da eşitdilər ki, Salah sövdəgar rəhmətə

gedib, tez sayıl paltarı geyib özlərini yetirdilər Üsgüdar

şəhərinə. Gündüz əl altından Salah sövdəgarın var-

dövlətinin yerini öyrəndilər, gecə hamısını oğurlayıb

apardılar. Sövdəgarın arvadı Şəhrəbanı səhər yuxudan

oyananda gördü ki, evdə gecə yatdıqları yorğan-döşəkdən

savayı heç nə qalmayıb. Arvad bərk fikrə getdi. Başına

gələn bu işi uzun müddət unuda bilmədi.

Ay ötdü, il dolandı, Məmməd böyüyüb həddi-

buluğa çatdı.

290

İndi sizə kimdən danışım, Salah sövdəgarın tacir

dostlarından. Günlərin bir günü tacirlərin yolu

Üsgüdardan düşdü. Tacirlər deyirlər ki, bir gedək Salah

sövdəgara baş çəkək. Gələndə görürlər ki, sövdəgar

rəhmətə gedib, ancaq evdə bir cavan oğlan var, elə bil

Salah sövdəgarın özüdü ki, durub. Tacirlər soruşdular ki,

bu oğlan kimdi? Şəhrəbanı dedi ki, Salah sövdəgarın

oğludu, siz gedəndən sonra olub. Bunlar məsləhət

gördülər ki, qarı nənə, qoy oğlun biznən getsin tacirlik

öyrənsin. Şəhrəbanı tacirlərdən soruşdu:

- A bala, bir mənə deyin görüm gedib-gəlməyiniz nə

qədər çəkər?

Tacirlər dedilər:

- Üç ay getməyimiz çəkər, üç ay da gəlməyimiz.

Allah qoysa, altı ayın tamamında burdayıq.

Qarı razılığını bildirdi. Tacirlər soruşdular ki, qarı

nənə, heç pulun-zadın varmı? Qarı gətirib oğluna üç yüz

tümən pul verdi.

Tacirlər Məmmədi də götürüb yola düşdülər. Yolda

Məmmədə tapşırdılar ki, bizə dədənin pulunu xərcləmə.

Bunlar üç ay yol gedəndən sonra bir karvansaraya

çatdılar. Tacirlər dəvələrlə nökərləri Məmmədə tapşırıb

şəhərə dağıldılar. Məmməd başladı darıxmağa, yollara

baxmağa. Bir də gördü ki, uzaqdan duman kimi buğanaq

gəlir. Yaxınlaşanda görür cəllad bir nökəri əlibağlı atın

döşündə gətirir. Məmmədin nökərə yazığı gəldi. Qılıncını

əlinə alıb qəzəbli-qəzəbli cəlladın qabağını kəsir.

Məmməd cəlladdan soruşdu:

- Cəllad, bu adamın günahı nədir, niyə bunu belə

edirsən?

Cəllad cavabında dedi:

- Bu adam beş ildi ki məndən sələminə yüz tümən

borc pul alıb. İndi beş yüz tümən pul edir. Borcunu

qaytara bilmir deyin indi mənim ixtiyarımdadır.

291

Məmməd cəllada dedi:

- Mənim üç yüz tümən pulum var, onu verim sənə,

bu yazığı burax.

Cəllad bu sövdaya razı oldu. Borclunu azad etdi.

Məmməd bu adamı da götürüb karvansaraya qayıtdı.

Tacirin biri gəlib Məmmədə dedi:

- Bala, indi pulumu ver, bir az da sənə mal alaq.

Məmməd dedi:

- Pulum yoxdu, pulu verdim, bu nökəri azad elədim.

Tacirlər heç nə demədilər. Öz aralarında himləşdilər

ki, Məmmədi yaxın şəhərlərin birində azıdıb getsinlər.

Məmməd məsələdən duyuq düşüb, yoldaşlarına

yalvarmağa başlayır:


Başına döndüyüm bəzirganbaşı,

Bu kağızı mənim anama yetir.

Ayağına dəyməsin yolların daşı,

Bu kağızı mənim anama yetir.

Axşam olcaq qaş qaralar, düzülər,

Xumarlanıb ala gözlər süzülər,

Sizin də əliniz eldən üzülər,

Bu kağızı mənim anama yetir.

Desələr ki, Məmməd harada qaldı,

Deynən fələk onu qürbətə saldı.

Üç yüz tümən verib, bir nökər aldı,

Bu kağızı mənim ana yetir.

Tacirlər məktubu götürüb, yola düşdülər.

Məmmədnən nökər axşama kimi karvansarada qaldılar.

Nökər dedi:

- Məmməd, gəl gedək sizin evinizə.

Məmməd dedi:

- Mən qəribəm. Buradan savayı heç bir yeri

tanımıram.

292

Nökər dedi:

- Onda mənim arxamca gəl.

Məmmədnən nökər bir xeyli yol gedib şahın

sarayına çatdılar, elçi daşının üstündə əyləşdilər. Şah

bunları hüzuruna çağırtdırdı, üzünü nökərə tutub soruşdu:

- Hə, indi deyin görək nə mətləbə gəlmisiniz,

şikayətininiz nədi?

Nökər böyük bir dağı göstərib dedi:

- Şah sağ olsun, mən gəlmişəm bax o dağın qızıl

mədənini işə salım.

Şah nökərin sözünə inandı, işə başlamaq üçün tez

əmr verdi. Qoşun dağa yeridi, az bir vaxtda qızıl mədənini

işə saldılar.

Nökərin göstərişi ilə qızıl mədəni işə düşdüyünə

görə şah Məmmədnən nökərə on dörd gözlü bir saray

bağışladı. Nökər Məmmədlə şərt kəsdi ki, axşam olanda

icazəsiz bir-birimizin qapısını açmayaq.

Nə təhər oldusa bir gün səhər tezdən Məmməd

beyqafıl nökərin otağının qapısını açdı. Baxdı ki, otaqda

bir qənirsiz gözəl yatıbdı. Bu qızın on səkkiz-on doqquz

yaşı ola-olmaya. Qızın gözəlliyi Məmmədin ağlını

başından aldı. Məmməd özünü saxlaya bilmədi, istədi

qızın üzündən bir öpüş alsın. Qız bunun hənirtisinə

yuxudan ayıldı, oğlan qorxusundan otaqdan çıxmaq istədi,

amma qız qabağını kəsdi. Qız Məmmədə tapşırdı ki, bir

də mən olan otağa gəlmə.

Aradan bir müddət keçdi, Məmməd qızın

gözəlliyini heç cür unuda bilmədi. Bir gün sübh çağı

Məmməd yenə xəlvətcə qızın otağına getdi. İçəri girəndə

gördü ki, yorğan qızın üzündən sürüşüb yerə düşüb, qızın

üzü ay kimi işıq saçır. Məmməd bu dəfə də istədi qızın

üzündən öpsün, qız səksənib oyandı, köynəkcək oğlanın

qabağını kəsdi. Qılıncın dəstəyini əlinə alıb Məmmədə

dedi:

293

- Bu saat kəlmeyi-şəhadətini de! Boynunu vururam.

Oğlan dedi:

- Xanım, bağışla, bizlərdə kəlmeyi-şəhadəti belə

deyərlər:


Dilimdə car etdim la ilahə illəllah

Bağışla Allaha, öldürmə məni.

Məhəmməd həbibi xətmi-ənbiya

O kanı-vəfaya bağışla məni.

Qəza məni qürbət elə salıbdı,

Gül irəngim saralıbdı, solubdu,

Gözü yaşlı mənim anam qalıbdı,

Bağışla Allaha, öldürmə məni.

Səhər olub, dan qapısı sökülüb,

Bülbüllər çığrışıb bağa çəkilib,

Gözəl zülfün dal gərdənə tökülüb,

Tökülən zülfünə bağışla məni.


Dərin-dərin dəryalara dalmışam,

Şirin canı eşq oduna salmışam,

Mən ki, səni o cəlladdan almışam,

Həmin o insafa bağışla məni.

Dərd əlindən düyünlüyəm, dağlıyam,

Qürbət eldə dərdim kimə ağlıyam,

Məmmədəm, Salah sövdəgar oğluyam,

Ədalət hakimə bağışla məni.

Söz tamam oldu. Oğlanın məhəbbəti qızın da

ürəyinə yol tapdı. Məlum oldu ki, qızın adı Güləndam

xanımdı, özü də Alfatun şahının qızıdı. Güləndam xanım

oğlana məsləhət elədi ki, ikimizdən birimiz gedək

Üsgüdar şəhərinə. Orada bir dükan, bir hamam tikdirək,

294

ancaq divarın kərpicinin bir üzü qızıldan olsun, bir üzü

gümüşdən. Hamamın da qapısına bir elan yazaq vuraq ki,

bu hamam üç ay pulsuz işləyir, kim istəsə, gəlib

hamamlansın. Məmməd dedi:

- Mən o işi bacarmaram.

Qız dedi:

- Yaxşı, indi ki, belə oldu, mən özüm gedərəm.

Güləndam yenə nökər paltarı geyindi, dəvələri

yükləyib yola düşdü. Gəlib çatdı Üsgüdar şəhərinə. Tez

bir vaxtda bütün işlərini qurtardı.

Bu xəbər gedib şaha çatdı. Şah bilirdi ki, bu işləri

görən bir cavan qızdı. Öz vəzirini qıza elçi göndərdi. Qız

cavabında dedi ki, şah başının dəstəsi ilə bazar günü mənə

qonaqdı. Güləndam xanım tez bazar gününə tədarük

görür, şaha layiq süfrə açır. Süfrənin üstünə yemək-

içməknən bərabər dörd ləl daşı,bir dənə də qılınc qoyur.

Şah bunları görüb vəzirdən soruşur:

- Vəzir, bir məni agah elə görüm, bu şeyləri süfrəyə

qoymaqla qız mənə nə demək istəyir?

Vəzir dedi:

- Şah sağ olsun, qız deyir ki, mən sənə nə qılınc

gücünə gedərəm, nə də qızıl gücünə.

Qız şahnan vəzirin danışığını eşidirdi. Güləndam

xanım üzünü şaha tutub dedi:

Başına döndüyüm ədalət şahım,

Ədalətsən, bu sirlərə var indi.

Ya qanginən, ya buradan dur, çəkil,

Tezliyinən paytaxtına var indi.

Vəkil bu işlərdə oldu bilici,

Yazıq vəzir oldu ellər gülüncü.

Görürsənmi bu qan tökən qılıncı,

Onu vuran əl də məndə var indi.

295

Güləndamam qızılgüldən ayrıyam,

Həm gülüyəm, həm dibinin xarıyam,

Haqq bilir ki, mən Məmmədin yarıyam,

Məndən olmaz çal xoryada yar indi.

Şah Güləndamın bu sözlərinə qəzəbləndi, qoşununu

da çəkib öz taxt-tacına qayıtdı. Qırmızı geyinib taxta

çıxdı, hökm etdi ki, Vayısa qarı gəlsin. Qarı gəldi, şaha

baş endirib dedi:

- Şah sağ olsun, mənə görə nə qulluq?

Şah dedi:

- Məmmədə anasının dili ilə elə bir məktub yaz ki,

həmin məktub çatan kimi Məmməd evinə qayıdıb

Güləndam xanımı öldürsün.

Qarı dedi:

- Baş üstə. Mənim əlimdə bu iş su içmək kimi şeydi.

Vayısa qarı məktubu yola saldı.

İndi sizə kimdən xəbər verim Məmməddən.

Məmməd neçə vaxt idi ki, qızıl mədənlərini

işlədirdi.Üsgüdardan bir xəbər tuta bilmirdi. Günlərin bir

günü Vayısa qarının göndərdiyi məktub Məmmədə

yetişdi. Məmməd məktubu oxudu, əhvalatdan halı oldu.

Ata minib Üsgüdara tərəf yol başladı. Gecəyarı gəlib

Üsgüdara çatdı. Birbaş evlərinə gəldi. Evin pilləkanında

Güləndamnan qabaqlaşdı. Qəfildən xəncəri çıxarıb qızın

ürəyinin başına sancdı. Sonra da evə keçib, əhvalatı

anasına danışdı. Anası da Güləndamın başına gələnləri

oğluna söylədi. Arvad sözünü tamam eləyib, eşiyə çıxdı.

Gördü ki, yerə çoxlu qan tökülüb, amma qız yoxdu.

Məmmədin anası işdən halı olan kimi üzünü göylərə tutub

yanıqlı bir nalə çəkdi:

Zalım fələk, nə iş açdın başıma,

Bu dərdin oduna ha yanım indi.

296

Çox zülmünən zəhər qatdın aşıma,

Düşüm səhraları dolanım indi.

Qolların qurusun, ay oğul Məmməd,

Cəmi dərdlərimdən oldu bedahat.

Gecə vaxtı kimə qılım şikayət,

Hicran atəşinə qalanım indi.

Şəhrəbanı qarıyam, gövhər kanıyam,

Əvvəldən qiymətli dürr məkanıyam,

Ağlamaqdan daha qəm tüğyanıyam,

Bu dərdli hicrandan nə qanım indi?

Məmməd də anasına qoşuldu, ha axtardılarsa,

Güləndamı gördüm deyən olmadı. Odur ki, Məmməd

ayağına dəmir çarıx geyindi, əlinə dəmir əsa götürüb

Üsgüdardan çıxdı. Qarı qalır evdə tək.

Məmməd yol getməkdə, Gülndamı axtarmaqda

olsun, sizə kimdən deyim Güləndamdan. Güləndam

xanımı yeddi loğman aparıb öz evində gizlətmişdi. Qırx

günlük müalicədən sonra qız ayıldı. Güləndam aldı görək

halına münasib nə dedi:

Əzrayıl zülmünən aldı canımı,

Qara gəldi kəm taleyim, ay fələk.

Almamışam bu dünyadan kamımı,

Qara gəldi kəm taleyim, ay fələk.

Dəryalardan ləli-gövhər çəkdirdim,

Dürr üstündən ləli-mərcan tökdürdüm,

Bir otaqnan bir hamam da tikdirdim,

Qara gəldi kəm taleyim, ay fələk.

O zaman ki, Alfatunu aldılar,

297

Çox zülmünən paytaxtımdan saldılar,

Qul yerinə at qabağına saldılar,

Qara gəldi kəm taleyim, ay fələk.

Qadir Allah, seyraqublar bilməsin,

Şahnan vəzir heç kamını almasın,

Güləndamı qeylü-qala salmasın,

Qara gəldi kəm taleyim, ay fələk.

Güləndam əlavə qırx gün də qaldı loğmanların

yanında. Loğmanların yeddisi də qıza aşiq oldular.

Loğmanlardan biri üzünü qıza tutub dedi:

- Biz sağaltmasaq, sən çoxdan ölmüşdün.

Güləndam xanım cavabında dedi:

- Çox sağ olun, yeri gələr, mən də sizin

hörmətinizdən çıxaram.

Loğmanlar dedilər:

- Nə yeri gəlsə? Sən bizim hansımızı bəyənsən,

birimizə getməlisən.

Qız dedi:

- Özünüz bilən məsləhətdi. Amma mən yaman

acmışam, izin verin bir xörək hazırlayım yeyək, sonra

danışarıq.

Qız tez bir tərhalva çaldı, içinə də bihuşdarı tökdü.

Halvanı səkkiz büküm eləyib tərəzidən keçirdi, hamının

payı bir bərabər oldu. Güləndam öz payını götürüb bir

qırağa qoydu, qalanını payladı. Sonra loğmanlara dedi:

- Kim halva payını tez yesə, ona gedəcəm.

Dərvişlər Güləndamın sözünə inandılar, tez halvanı

yeyib bihuş oldular. Güləndam xanım öz payını cibinə

qoydu, aldı görək nə dedi:

Nahaq qırdım sizi, günah eylədim,

Getdim, dərviş babam, qal innən belə,

298

Zülmkarlıq edib bədxah eylədim,

Getdim, dərviş babam, qal innən belə.

Çərxi-qəza axırımı itirdi,

Şükür olsun, mətləbimə yetirdi,

Hərəsi bir büküm halva ötürdü,

Getdim, dərviş babam, qal innən belə.

Əsl gülün ətrafında xar olmaz,

Xar vursa da gül yarpağı saralmaz,

Güləndamdan, dərviş, sizə yar olmaz,

Getdim, dərviş babam, qal innən belə.

Söz tamama yetdi, Güləndam xanım yola rəvan

oldu. Gethaget, gethaget gedib dir dağın ətəyinə çıxdı.

Burda bir çobana rast oldu. Qız yenə hiyləyə əl atıb

çobana dedi:

- Nənən məni sənə alır, bax gör xoşuna gəlirəmmi?

İndi məsləhət sənindi.

Çoban bir gülündən min gül açıldı, üzünü qıza tutub

dedi:

- Belə nənəmə də qurban olum, onun bəyəndiyi qıza

da.

Qız dedi:

- Mən yaman acmışam, gör yeməyə bir şey varmı?

Çoban tez bir əmlik kəsdi, kəlapır bişirdi, qıznan

ikisi də yedilər. Yeyib–içəndən sonra Güləndam çobana

dedi:

- Nənən sənə Tanrı payı göndərib.

Qız cibindəki tərhalvanı çıxardıb çobana verdi.

Çoban tərhalvanı yeyib bihuş oldu. Qız çobanın paltarını

özü geydi. Yenə də yol başladı. Günə bir mənzil, az getdi,

çox getdi, gedib bir meşədə bir talaya rast gəldi. Gördü

299

burda gül gülü çağırır, bülbüllər cəh-cəh vurur. Güləndam

xanım coşa gəldi. Aldı görək nə dedi:

Ərənlər sərvəri, ərənlər şahı,

Mənim bu dərdimə dərman eyləyin.

İmamlar padşahı, dinin pənahı,

Mənim bu dərdimə dərman eyləyin.


Dərin-dərin dəryalara dalmışam,

Şirin canı eşq oduna salmışam,

Səhralarda zəlil, müstər qalmışam,

Mənim bu dərdimə dərman eyləyin.

Güləndamam, düşdüm çöldən çöllərə,

Axdı eynim yaşı döndü sellərə,

Ağlaya-ağlaya düşdüm yollara,

Mənim bu dərdimə dəraman eyləyin.

Söz tamama yetdi, Güləndam yola rəvan oldu. Az

getdi, çox getdi gəlib bir şəhərə çıxdı. Baxdı ki, bu

şəhərdə camaat yığılıb özlərinə şah seçirlər. Güləndam

xanım da adamlara qarışdı. Elə bu vaxt şahlıq quşunu

göyə buraxdılar. Adamlar bir də baxdılar ki, quş bir az

göydə qanad çalandan sonra aşağı enib bir çobanın başına

qondu. Həmin çobanı döyüb bir otağa saldılar. Şahlıq

quşunu bir də uçurtdular. Gördülər ki, quş bu dəfə də

pəncərəni sındırıb içəri girdi, yenə bayaqkı çobanın başına

qondu. Yenə quşu qovub eşiyə çıxartdılar. Quşu üçüncü

dəfə uçurtdular. Quş yenə çobanın başına qondu. Camaat

bu işə lap məəttəl qaldı. Vəzir də camaatın arasında idi.

Vəzir işi belə görüb yanındakılara dedi:

- Siz gedin çoban olan otağın qapısını pusun, görün

çoban o quşa nə deyir?

Çobanı pusanda gördülər ki, çoban quşu əlinə

götürdü, o üzündən, bu üzündən öpdü, ağlayıb dedi:

300

- Ay Allahın dilsiz-ağızsız məxluqu, mənə ilahidən

qismət yoxdu. Get, o qəlbindən şahlıq keçənlərdən birinin

başına qon. Əgər mənə şahlıq qismət olsaydı, öz atamın

təxt-tacı özgələrin olmazdı.

Adamlar gəlib bu sözləri vəzirə çatdırdılar. Vəzir

dedi:

- Onun danışığı heç çoban danışığına oxşamır. Tez

gedin onu mənim yanıma gətirin.

Çobanı vəzirin yanına gətirdilər. Vəzir üzünü

çobana tutub dedi:

- Qardaş, şahlığı bacara bilərsənmi?

Çoban cavabında dedi:

- Niyə bacarmıram?

Həmin saatdan çobanı şah seçdilər. Şah taxta çıxan

kimi hökm elədi ki, bir mahir şəkil çəkən gəlsin. Şəkil

çəkən gəldi. Şah yeddi şəkil çəkdirdi, yeddi bulaq

sazladıb, hər bulağın başına bir şəkil qoydurdu. Hərəsinin

də yanına bir qaravulçu təyin elətdirdi. Sonra

qarovulçuları yanına çağırıb əmr elədi:

- Bu bulaqların başında əylənən adamlara fikir

verin. Hər kim bulaqdan su içib sakitcə yolunnan getsə,

ona dəyməyin. Əgər görsəniz ki, biri şəkilə baxanda

ağladı, güldü, bir söz dedi, o saat həmin adamı mənim

hüzuruma gətirin.

Şah öz işində, hökm verməyində olsun, indi eşit

dərvişlərnən çobandan. Dərvişlər qalxanda gördülər ki,

qız bunların yanına bir məktub yazıb qoyub, özü də

harasa çıxıb gedib. Həmin gündən dərvişlər qızı

axtarmağa başladılar. Dərvişlər gəzə-gəzə gəlib qızın

şahlıq elədiyi məmləkətə çıxdılar. Şah düzəltdirdiyi

bulağın başında dayanıb su içdilər. Bir az burda

dayanandan sonra birdən dərvişlərin gözü qızın şəklinə

sataşdı. Dərvişlər qızın şəklini görən kimi başladılar

gülməyə. Qarovulçular bunu görüb dərvişləri tez şahın

301

hüzuruna apardılar. Şah dərvişlərə böyük bir saray, çoxlu

var-dövlət bağışladı.

Sizə kimdən xəbər verim, çobandan. Çoban da

dərvişlər kimi ayılanda gördü qız-zad nə gəzir? Qız bunun

paltarlarını soyundurub aparıb, öz paltarlarını da bir

məktubnan bərabər çobanın yanında qoyub gedib. Çoban

başladı qızı axtarmağa. Gün o gün oldu ki, çoban da gəzə

–gəzə gəlib qızın düzəltdirdiyi bulaqlardan birinin başına

çıxdı. Əyilib bulaqdan su içmək istəyəndə qızın şəklini

gördü. Çobanın gözünün yaşı bulağın suyuna qarışdı. Bu

da qarovulçunun gözündən yayınmadı. O saat çobanı

şahın hüzuruna apardılar. Şah çobana çoxlu zər-ziba

bağışladı.

İndi görək Məmməd necə oldu? Məmməd ayağında

dəmir çarıq, əlində dəmir əsa bütün dünyanı dolandı.

Güləndamdan bir xəbər tuta bilmədi. Axırda gəzə-gəzə

gəlib qızın məmləkətinə çıxdı. Məmməd yolurulub əldən

düşmüşdü, özü də bərk susamışdı. Odu ki, özünü zorla

şahın düzəltdirdiyi bulaqlardan birinin başına çatdırdı.

Məmməd bulaqdan doyunca su içdi, uzanıb yorğunluğunu

almaq istəyəndə bir də gördü ki, Güləndamın şəkli budu

ha bulağın başındadı. Məmməd şəklə baxıb bir başına

döydü, bir dizinə. Gözünün yaşını sel kimi axıtdı.

Qarovulçu üzünü Məmmədə tutub soruşdu:

- Oğlan, bir məni bu sirdən agah elə görüm, sənə nə

oldu, niyə ağladın?

Məmməd dedi:

- Mənim dərdim dilnən deyiləsi deyil, dilnən desəm,

dilim alışıb yanar. İzn ver, saznan deyim.

Məmməd sazını sinəsinə basdı, aldı görək yana-

yana nə dedi:

Ay ağalar, gəlin sizə söyləyim,

Ellər, axtardığım maralı tapdım.

302

Xəncər alıb bağrım başın teyləyim,

Ellər, axtardığım maralı tapdım.

Sağlığında mən çəkmədim nazını,

Sinəm üstə qoydu hicran közünü,

Adı bəlli Alfatun şah qızını,

Surəti - şəkildə yaralı tapdım.

Mən Məmmədəm, neyləmişəm, neyləyim,

Xəncər alıb bağrım başın teyləyim,

Öz dədimi dinar-dinar söyləyim,

Ellər, axtardığım maralı tapdım.

Söz tamama yetdi, qarovulçu Məmmədi şahın

hüzuruna apardı. Şah oğlanı tanıyıb əmr etdi ki, bunu da

dərvişlərnən çobanın yanına aparın. Onların yanında

dincəlsin.

Bir neçə gündən sonra şah çobanı hüzuruna

çağırtdırıb dedi:

- Çoban, de görüm, sənə nə verim, sən məndən razı

qalasan?

Çoban dedi:

- Şah sağ olsun, o gördüyün sürü itibdi, heç

bilmirəm neyləyim.

Şah ona bir sürü bağışlayıb yola saldı. Sonra

dərvişləri çağırıb dedi:

- Dərviş baba, sizə nə versəm məndən razı

qalarsınız?

Dərvişlər dedilər:

- Hərəmizə bir çanaq qızıl ver, özümüzü də burax

gedək dərvişliyimizi eləyək.

Şah ərm etdi ki, dəvişlərin hərəsinə bir çanaq qızıl

verib yola salsınlar. Bunlar gedəndən sonra şah Məmmədi

hüzuruna çağırtdırdı. Məmmədə dedi ki, indi başına

303

gələnləri söyləyə bilərsən. Məmməd ölub-keçənlərin

hamısını bir-bir şaha söylədi. Şah əhvalatdan halı olan

kimi əmr elədi:

- Bunu tövləyə göndərin, qoyun dəvələrin altını

süpürsün.

Üç gündən sonra şah yenə Məmmədi hüzuruna

çağırtdırdı, üzünü ona tutub dedi:

- İndi şahlıq paltarını geyin, taxta çıx görüm şahlıq

sənə yaraşırmı?

Məmməd paltarı geyinib taxta çıxdı. O saat

Güləndam zülfünü saz eləyib aldı görək nə dedi:


Aldı Güləndam:


Cəllad olub şirin canım alan yar,

Keçən keçib, taxtın mübarək olsun!

Şirin canım eşq oduna salan yar,

Keçən keçib, taxtın mübarək olsun!

Aldı Məmməd:

Başına döndüyüm, qurban olduğum,

Bağışla təqsirim, səhv eyləmişəm,

Alışıb oduna büryan olduğum,

Bağışla təqsirim, səhv eyləmişəm.

Aldı Güləndam:

Necə qıydın, sevdiyini öldürdün,

Bu dərdini cəm aləmə bildirdin,

O zalım vəzirnən şahı güldürdün,

Keçən keçib, taxtın mübarək olsun!

Aldı Məmməd:

O zaman ki, düşdüm səndən aralı,

Dərd əlindən gəzdim yaslı-yaralı,

304

Bulammadım sənin kimi maralı,

Bağışla təqsirim, səhv eyləmişəm,

Aldı Güləndam:

Tanırsanmı Güləndamı üzünüdən,

Görürsənmi dürr tökülür sözündən.

Mənə sitəm qıldın namərd sözünnən,

Keçən keçib, taxtın mübarək olsun!

Aldı Məmməd:

Dağların başına dolanır duman,

Səndən ayrı düşdüm xeyli bir zaman,

Bu Məmmədin səri yolunda qurban,

Bağışla təqsirim, səhv eyləmişəm.

Söz tamama yetdi. Bunlar şahlıq dövrünü başa

çatdıran zaman Güləndam Məmməddən soruşdu:

- Məmməd, bəs görəsən Şəhrəbanı qarı necə oldu?

Məmməd cavabında qayıtdı:

- Biz bir də o yerlərə qayıtmayaq. O vilayət bizə

lazım deyil.

Güləndam xanım dedi:

- Səhvin var, Məmməd, biz gərək geri dönək, həm

düşməndən qisasımızı alaq, həm də ananı axtarıb tapaq.

Güləndam xanımın tədbiri ilə çəkidən yüngül,

qiymətdə ağır nə varıydısa dəvələrə yüklədidər, qoşunu

çəkib yola düşdülər. Gəlhagəl, gəlhagəl, gəlib çatdılar

Üsgüdar şəhərinə. Şahın qoşunlarını özlərinə tabe etdilər.

Güləndam xanım Məmmədnən bərabər özünün tikdirdiyi

üç mərtəbəli evin qabağına gəldi. Bunlar içəri girəndə

baxdılar ki, Şəhrəbanı qarı oturub piltəsiz cəhrə əyirir.

Güləndam xanım qarıdan soruşdu:

- Ay nənə, piltə yoxdu, bəs sən nə əyirirsən?

Şəhrəbanı qarı cavabında dedi:

305

- Bala, mən dərdimi əyirirəm.

Bunlar diqqətnən baxanda gördülər ki, qarı yazığın

gözləri tutulub, heç kimi tanımır. Güləndam xanım aldı

görək qarını necə dindirdi?

Aldı Güləndam xanım:

Başına döndüyüm ay qarı nənə,

Ay nənə, müjdə ver, oğlun gəlibdi.

Şad xəbər söyləyim mən dönə-dönə,

Ay nənə, müjdə ver, oğlun gəlibdi.

Aldı qarı:

Başına döndüyüm ay səsi gələn,

Sən Allah, deginən oğlun ölübdü.

Qara bağrım şan-şan eyliyib dələn,

Sən Allah, deginən oğlun ölübdü.

Aldı Güləndəm xanım:

Qarğama, ay nənə, oğlun ölməsin,

Qeyri bağban bağdan gülün dərməsin,

O vəzirnən şahın üzü gülməsin,

Ay nənə, müjdə ver, gəlnin gəlibdi.

Aldı qarı:

Bu dərd məndə nə sağalmaz, nə qala,

Fələk salıb məni bu qeylü-qala,

Müşkül işdi, ölən bir də sağala,

Neçə ildi, mənim gəlnim ölübdü.

Aldı Güləndəm xanım:

Sənin ilqarını doğru bilmişəm,

O səbəbdən qulluğuna gəlmişəm,

306

Güləndamam, xidmətində olmuşam,

Ay nənə, müjdə ver, gəlnin gəlibdi.

Aldı qarı:

Şəhrəbanı qarıyam, gövhər kanıyam,

Əzəldən qiymətli dürr məkanıyam,

Gözlərim görmür ki, görəm tanıyam,

Yəqin biləm mənim gəlnim gəlibdir.


Söz tamama yetdi. Güləndam xanım qarının

gözlərinə məlhəm qoydu, qarının gözlərinə işıq gəldi.

Qarı oğlunu, gəlnini tanıdı. Görüşdülər, öpüşdülər,

şadyanalıq elədilər.

AZAFLI VƏ NARINC XATUN

USTADNAMƏ

Bəşərin ədalət qanunu budur:

Şəfa verə alim, loğman xalqına,

Dahi odur, şair odur, mərd odur,

Canını söyləyə qurban xalqına.

Birlik dirilikdir, a dostlar, bilin,

Vicdanı saf olur haqq tutan əlin.

Həyat sükanıdır ziyalı əlin,

Sadiq ola böyük insan xalqına.

Dühanın qəlbində fil, aslan yatar,

307

Arzular eşqinə özünü atar.

Xain bir şöhrətə bir ölkə satar,

Dünyanı eyləyər zindan xalqına.

Lənət alçaqlara, lənət Şeytana,

Vətəni sevməyən nankor insana.

Şadlıq gətirəndə hakim dövrana,

Xeyirdən nur tökər zaman xalqına.

Qüdrətim olaydı təbiət kimi,

Bəzərdim aləmi min Cənnət kimi.

Söz, sənət sərdarı həqiqət kimi

Yaza gövhər, inci, mərcan xalqına.

Min şüar deyərəm səmimiyyətə,

Əyilər varlığın düz sədaqətə.

Böyük odur, dayaq odur millətə,

Qoymasın dəyməyə ziyan xalqına.

Azaflı, mənanı hər könül duya,

Yerdən sülh istərəm, Günəşdən ziya,

Arzum təbiətdən budur: bu dünya

Gətirsən səadət hər an xalqına.

Ustadlar ustadnaməni bir deməz, iki deyər, biz də

deyək iki olsun, elin keyfi kök olsun.

Hərə bir sevdanın sorağındadır,

Kimi pula, dövlət-vara aşıqdır.

Kimi qəmnən, kimi dəmnən dəm vurar,

Kimi oğul, qıza, yara aşıqdı.

Kimi həyat gəzir, kimi dövranı,

Kimi haqqı gəzir, kimi divanı,

Kimi qulluq gəzir, kimi cahanı,

308

Kimi saray, bağça-bağa aşıqdı.

Kimi alim, molla, kimi lotu-gic.

Kimi şair, ədib, kimi dəli-bic,

Kimi gövhər tapar, kimi qara tunc,

Kimi zər libasa, xara aşıqdı.

Kimi dostu gəzir, kimi hörməti,

Kimi səxavəti, kimi mürvəti,

Kimi ədaləti, kimi sərvəti,

Kimi Şeytan xənnas, mara aşıqdı.

Kimsə: Yaxşılıq et, bu dünya becə,

Kimsə: Ömür keçir hər gündüz-gecə.

Kimsə: Ay Azaflı, sən özün necə,

Vətənə, namusa, ara aşıqdı.

Ustadlar ustadnamələri iki deməyib, üç deyib, biz

də deyək üç olsun, düşmən ömrü puç olsun.

Bir neçə sözüm var, qanana, dostlar,

Güc çatmaz əlindən, aralı gəz bax!

Bir çınqı başından bir mahal yanar,

Namərdin ləlindən aralı gəz bax!

Nə cinayət, günah, şər eyləməynən,

Nanəcib əlindən çörək yeməynən,

Avara sarsağa dostum deməynən,

Kor gəzən gölündən aralı gəz bax!

Qəzanın qəhrinə tapılmaz çara,

Geri qayıdarmı vurulan yara?!

Uyma sərxoşluğa, çaya, qumara,

309

Fitnənin selindən aralı gəz, bax!

Çox yanma məhəbbət, eşqin gözündən,

Bil: nakam gedərsən dünya üzündən,

Elin təhnizindən, alçaq sözündən,

Şərxata dilindən aralı gəz, bax!

Azaflı özünü salma fəryada,

Üzmək bilmirsənsə, gəzmə dəryada.

Mən ölsəm, siz qalın hələ dünyada,

Şeytanın feylindən aralı gəz, bax!

Ərz olsun qulluğunuza: yaxın zamanlarda payız

fəslində, Muğan mahalının bir toy məclisindən.

Məclisdə Şəmşəddindən gəlmiş Yusif adında

qocaman, gözəl səsli, məharətli bir aşıq cövlan eyləyirdi.

Muğanın şair qızı, adı-sanı, şerləri, gözəlliyi dillər əzbəri

olan Narınc xatun da o toy məclisinin qonağı idi.

Usdad aşıq Şəmşəddinli Aşıq Mikayıl Azaflıdan çox

sözlər oxuyurdu. Məclis də çox gözəl keçirdi, qonaqlar

aşığa hər yandan sağ ol deyə-deyə sifariş verirdilər. Bir

ağsaqqal aşığa dedi:

- Aşıq qardaş, eşitmişəm Mikayıl Azaflının bir

«Qoca qartal» əhvalatı var. Xahiş eləyirəm onu oxuyasan.

Aşıq həmin əhvalatı söhbəti ilə oxumağa başlayır.

Azaflının özü qoşduğu «Azaflı dübeyti» havası Aşıq

Yusif ilə aldı görək nə dedi:

Qoca qartal, nə gəzirsən

Dağlar qoynunda-qoynunda?!

Bala gördüm anasının

Ağlar qoynunda-qoynunda.

Niyə qəlbin qaralıbdır,

Gül üstünü xar alıbdı.

310

Şamamalar saralıbdı,

Tağlar qoynunda-qoynunda.

Azaflı yaz ilə gəlməz,

Uçdu sonam, gölə gəlməz.

Keçən keçdi ələ gəlməz

Çağlar qoynunda-qoynunda.

Bəli, bu əhvalat hamının xoşuna gəlir. Narınc

xatunun da lap ürəyindən xəbər verir.

Bir neçə il idi ki, Aşıq Mikayıl Azaflının səsi-sədası

Xatunun qəlbində həzin bir nəğməyə dönmüşdü. Amma

bilmirdi ki, Aşıq Mikayıl Azaflı hansı mahalda, hansı eldə

yaşayır. Odur ki, «Qoca qartal»ı aşığın dilindən eşidəndə

qəlbini sevinc hissi bürüyür. Dedi: ayə, bu aşıq Azaflını

tanıyır. Odur ki, məclisin axırını gözləməli olur. Məclis

aram olandan sonra Xatun aşığa yaxınlaşır. Ehtiramla

salam verib deyir:

- Ustad, deyə bilərsənmi, Aşıq Mikayıl Azaflı hansı

mahaldandır?

Aşıq Yusif cavab verdi ki, qızım, o, Şəmşəddin

mahalındandır. Bu oxuduğum saz havalarını da özü

qoşub. Azaflı mənim ən istəkli şəyirdlərimdəndir. Nə

qədər şairlər, aşıqlar ona təriflər yazıb. Neçələri ilə

deyişib, həmişə qalib gəlib. Allah ona hər-tərəfli veribdir.

Xatun aşığa qulaq asdıqca qəlbində Azaflıya qarşı

daha böyük istəklər oyandı. Xatun xəbər aldı:

- Ustad, nə vaxt gedəcəksən?

- Qızım, sabah yola düşəcəm.

- Ustad, sənə bir namə versəm, Azaflıya

yetirərsənmi?

- Canla–başla yetirərəm, qızım, onunla bir eldə

yaşayıram, çox vaxt da toylara bir yerdə gedirik.

311

Xatun bir namə yazıb Aşıq Yusifə verir. Aşıq Yusif

naməni gətirməkdə olsun, indi sizə kimdən xəbər verim,

kimdən deyim, Aşıq Mikayıl Azaflıdan.

Azaflı həmin vaxtı ağır toydan gəlib, öz otağında

dincəlməkdə idi.Bu vaxtı ustadı Aşıq Yusif qapını açıb

içəri girdi. Azaflı tez ayağa qalxıb ustadı ilə öpüşüb-

görüşdü, əyləşdilər. Ustadının halını, əhvalını soruşmağa

başladı. Ustadı dedi:

- Oğlum, Muğan mahalına toya getmişdik.

- Ustad, həmişə toyda olasan!

- Sağ ol, oğlum, həmişə üzün ağ olsun, canın sağ

olsun, qulaq as gör nə deyirəm. Gör nələr oldu, başıma nə

gəldi? Məclis çox gözəl keçdi, sənin sözlərindən nə qədər

oxutdular. Sənin səsin, sədan oralarda da gəzir. «Qoca

qartal»ını da söhbəti ilə sifariş etdilər. Hələ sənə bir

məktub da gətirmişəm.

- Ustad, məktub kimdəndi?

- Narınc Xatun adlı şair bir qızdandı. Oğlum elə bir

candır ki:

Misli – bərabəri yoxdur cahanda,

Mərifət əhlidir Mildə, Muğanda.

Aşıq Yusif sazı sinəsinə basdı, aldı görək nə dedi:

Muğan qızı bir gözəldən,

Sənə salam gətirmişəm.

Xoş danışan şirin dildən,

Qeyri halam, gətirmişəm.

Elə bil ki, rəna gördüm,

Tellərimdə şana gördüm,

Sözlərimdə məna gördüm,

İnci kəlam gətirmişəm.

312

Aşıq Yusif düz anandı,

El-obanı dolanandı,


Arif kamal, söz qanandı,

Dünya-aləm gətirmişəm.

Ustad oxuyub, sözünü tamama yetirdi. Azaflı icazə

istədi ki, ustad, məktubu açımmı? Ustad dedi:

- Aç, oğlum, məktub sənədir.

Azaflı məktubu açıb oxuyur, elə bil birdən-birə o

qıza qarşı qəlbində mehri-məhəbbət oyanır. Ustadı onun

bu halını görüb deyir:

- Oğlum, Xatunun məktubunu sazla oxu görək necə

çıxır?

Azaflı sazı köynəkdən çıxarıb zilini zil, bəmini bəm,

sinəsini müstəkəm eləyib, aldı görək necə oxudu?

Haqdan gələn bir sədaya bağlandım,

Oldum elə dərdə yanan, Azaflı.


Qəm sevincim olub, möhnət vüsalım,


Tərk etmədi məni bir an, Azaflı.

Bu səda fikrimi bəyan eylədi,

Cövrü-cəfasında giryan eylədi,

Mənə nə etdisə canan eylədi,

Kimə deyim arif qanan, Azaflı.

Gəl nəğməyə dönək telin dəmində,

Ötək xanə-xanə zildə, bəmində,

Neçə arif gördüm söz aləmində,

Hər söz tutan olmaz qanan, Azaflı.

Xatunam, qalmışam söz meydanında,

Həcər, Pəri xisləti var qanımda.

Ələsgər dünyası varsa canında,

Buyur, səninkidir meydan, Azaflı.


313

Ustad deyir ki, çox gözəl yazıb, sən də gözəl oxudun.

Çox sağ ol, amma ona cavab yaz, mütləq yaz, deyib gedir.

Azaflı otağında tək qalanda məktubu dönə-dönə

oxuyur, üzünü görmədiyi Xatun onun qəlbinə hakim olur.

Odur ki, sazı sinəsinə basıb, Xatuna cavab deyib

yazmağa başlayır. «Göyçəgülü » havası ilə:

Oxudum naməni, şad oldu qəlbim,

Hər sözü dürdana, ay Narınc Xatun.

Həqiqət haraylar ilhamım, təbim,

İnan saf vicdana, ay Narınc Xatun.

Yaxşılar özünü yaman eyləməz,

Sevda hər sədadan aman eyləməz,

Hiyləni, fitnəni qanan eyləməz,

Dərdi de mərdana, ay Narınc Xatun.

Hamının dərdi var öz aləmində,

Həyatın qəhrinə döz aləmində.

Nəğmə dünyasında, söz aləmində

Dönmüşəm dastana, ay Narınc Xatun.

Azaflı haqq gəzir bir sərdar kimi,

Zəri zərdən seçər düz zərgər kimi,

Gah Koroğlu, gah da Ələsgər kimi

Çıxıram meydana, ay Narınc Xatun.

Azaflı ikinci bir şer deməyə başladı. Sonra öz-

özlüyündə fikirləşdi ki, Narınc xatun deyər birə-bir deyir.

Qoy bilsin ki, birə-iki deyirəm. Qoy bilsin ki, mən də

maraqlanıb bu məclisdə olan əhvalatı öyrənmişəm. Aldı

görək nə dedi «Keşiş oğlu» havası ilə:

Narınc xatun mən sədanı eşitdim,

Şair təbin dolğunusan dedilər.

Sazın-sözün fərağında alışan,

314

Məhəbbətin yorğunusan dedilər.

Gözəllərin, gözəlliyin aşiqi,

Saf ürəyinin əməlinin aşiqi,

Öz yurdunun, öz elinin aşiqi,

Şer –sənət vurğunusan dedilər.

Azaflıya ya Həcərsən, ya Niğar,

Məhsətidən, Natəvandan yadigar,

Muğan qızı, özün şair-sənətkar,

Əsl eşqin durğunusan dedilər.

Demə, anası bayaqdan bəri olan əhvalatları eşidirdi.

Gördü ki, oğlu yaman yanıqlı-yanıqlı oxuyur, öz-özünə

dedi: «Oğlum kiməsə aşiq olub, ustadı gəlib gedəndən

bəri halı birtəhərdir». Odur ki, oğlu oxuyub qurtaran kimi

içəri girdi. Onun halını bir cür görüb dedi:

- Oğlum sənə nə olub? İstəyirsən toyunu edək.

Allaha şükür, gözəl-göyçək nişanlın var. Özü də öz

canımız-ciyərimizdir, yaxşı qızdır. Nə deyirsən?

Azaflı cavab verdi ki, yox, ana, hələ dayan. Ana isə

heç nə demədən şübhələnmiş halda gedir.

Azaflı yazdığı naməni Xatuna göndərir. Namə

Muğanda Xatuna çatır, oxuyub çox-çox şad oldu, elə bil

ki, sözlü-sirli bir aləmə düşdü. Məktubu dönə-dönə

oxuyub xeyli fikirləşdi və Azaflıya belə bir məktub yazdı:


Cəfalarda məni çəkmə sınağa,

Başdan-başa məhəbbətəm, Azaflı.

Ürək versəm, könül versəm sədaya,

Etibara sədaqətəm, Azaflı.

Neçə aşiq yandı aman eşqimə,

Kimi yaxşı, kimi yaman eşqimə.

315

Əhdi-peyman, ilqar, iman eşqinə,

Vüsal üçün əmanətəm, Azaflı.

Mən Xatunam, çox bulandım, duruldum,

Xəyal ilə yer-göy gəzdim, yoruldum,

Görməmişdən bir sədaya vuruldum,

Həsrət dolu qəm- möhnətəm, Azaflı.

Bəli, Xatunun ikinci məktubu Azaflıya çatır.

Oxuyur, məzmunundan hali olur, aydın olur ki, Xatun da,

onu sevir. Gəl deyir, həsrətim sənsən.

Bu iki kəlmə söz Azaflının qəlbini əlindən aldı,

sanki öz dünyasına sığışa bilmədi. Otağında var- gəl

eləməyə başladı. Sözlə dolu ürəyini kağıza tökməyə

başladı, görək nə dedi, «Aran gözəlləməsi»ndə:

Dərdimənd aşiqəm həmdəm olmağa,

Mən sənin üzünü görmək istərəm.

Sevda həsrətindən yanıb fərağa,

Odunu, közünü görmək istərəm.

Qəlbimə bağladım hər kəlamını,

Təbimi coşduran tər kəlamını,

Ürəklər oxşayan zər kəlamını,

Şerini, sözünü görmək istərəm.

Azaflıyam, xudam yar olsun sizə,

Olmasın hicranın vurduğu nizə,

Gülsün təbiətin mürvəti bizə,

Xatunum, özünü görmək istərəm.

Bəli, qəlbi Xatunu görmək, dinləmək həvəsi ilə

çırpınan Azaflı məktubu Xatuna yola salır. Məktub gedir

Muğanda Xatuna çatır. Xatun həmkarından gələn

məktubu sevinclə açıb oxuyur. Qəlbində min arzu

316

boylanır. «Demək indi o da məni sevir, mənim

həsrətimsən», - deyir. Həm də məni görmək həvəsindədir.

Xatun bu xəbərdən çox şad olur, böyük arzu, ümidlə

onun yolunu gözləyir. Ancaq günlər, aylar gəlib keçir,

Azaflıdan nə bir xəbər, nə bir məktub olur. Bu

nigarançılıq, bu həsrət Xatunun qəlbini üzür, bəzən öz-

özünə deyir: «İlahi, bu necə sirri-xudadır ki, ondan bir

xəbər yoxdur. Gör neçə aylar keçib gedir». Xatun başında

minbir fikir yenə də Azaflıya məktub yazır. Xeyli

gözləyir, bu məktuba da cavab ala bilmir. Ümidsizlik

içində deyir: «Ya Rəbbim, o mənə biganəlik etsə də

dözərəm, təki ona bir xata gəlməsin». Amma biçarə Xatun

bilmirdi ki, Azaflının başına nə qəzavü-qədər gəlibdir.

Bəli, belə nəql edirlər ki, Azaflı Gürcüstan

mahalında olarkən onun üstünə şər atırlar, bu iş ayırd

olunca Tiflis qazamatında yatır. İş yoxlanılır, heç bir

günahı olmayan Azaflı bəraət qazanır. Öz doğma eli

Şəmşəddin mahalına qayıdır. Hamı onun görüşünə gəlir,

Azaflının gəlişi elin böyük sevincinə səbəb olur. Xatunun

axırıncı məktubunu ustadı Yusif Azaflıya verib deyir:

- Oğlum, Xatunun sənə gələn məktubunu

saxlamışam. Sənin qazamatda olduğunu ona xəbər

vermədim. Allaha çox şükür ki, sənin haqq işin həqiqət

oldu, sağ-salamat evimizə qayıtdın. İndi Xatunu nigaran

qoyma.

Azaflı Xatunun məktubunu açıb oxuyur, üzünü elə

bil qəm dumanı bürüyür. Ustadı bunu duyub dedi:

- Oğlum, nə oldu ki, belə tutuldun?

- Ustad, qulaq as, gör Xatun nə yazır?

Sazı sinəsinə basıb oxudu:

A mənim könlümü bihal eyləyən,

Yad edibən bir bu yana gəlginən.

Könlüm səni istər yaz havasında,

317

Saz götürüb bir bəyana gəlginən.

Nə müddətdir gözü yolda qalmışam,

Ürəyi gileylə, sözlə dolmuşam,

Həsrətin əlində qərib olmuşam,

Həyanımsan, bir həyana gəlginən.

Sanma Xatun dövlət-varı istəyir,

Etibarı, düz ilqarı istəyir,

Sənin kimi əhli –yarı isəyir,

Gəşt eyləyib, bir Muğana gəlginən.

Söz tamam oldu, ustadı soruşdu:

- Oğlum, indi fikrin nədir?

Azaflı dedi:

- Ustad, onun gözü yoldadır, məktubunun cavabını

yazım, qonaqlar aram olandan sonra özüm Muğana

gedəcəm.

Görək Azaflı Xatuna necə cavab yazır və sazını

sinəsinə basıb görək nə dedi:

Sənə qurban olum, ey mehri-mahım,

Günlərini sana, sana, gəlirəm.

Oxudum naməni od oldu ahım,

Saz götürüb düz Muğana gəlirəm.

Gəlirəm hüsnünə pərvanə kimi,

Ağlını itirmiş divanə kimi,

Amandır qınama biganə kimi,

Fəda qılıb can qurbana gəlirəm.

Azaflıyam Şəmşəddindir mahalım.

Qoymaram könlünü üzsün məlalım.

Dolanım başına, ay mahcəmalım.

Salmısan könlümü qana, gəlirəm.

318

Söz tamam olur, ustad deyir:

- Oğlum, çox gözəl yazmısan, Allah səni muradına

yetirsin.

Azaflı məktubu bağladı, şəyirdi Xanları çağırıb

dedi:

- Bu məktubu apar sal yola, getsin.

Xanlar Xatuna yazılan məktubu yola salır, Azaflıya

ayrı bir məktub, gətirir. Bu məktub Kəlbəcər mahalından

Aşıq Şəmşirdən idi. Aşıq Şəmşir yazmışdı ki, Azaflı

ürəyim səni istəyir, xəstəyəm, gəl Ağdabana, səni görüm.

Başına gələn qəza məni öldürdü. Allaha çox-çox şükürlər

olsun ki, azad olmusan, günahın olmadan bəla çəkmisən.

Həyatda hər cür hadisə ola bilər.

Azaflı Şəmşirin məktubuna tez cavab yazır, həm də

fikirləşir ki, o ustaddır, gedim onunla görüşüm,

məsləhətləşim, oradan da Muğana dedim. Görək Şəmşir

Azaflıya şerlə nə dedi:

Çəmənə, çiçəyə bəzənib hər yan,

Sən bizim dağlara yaz olanda gəl.

Lalə, nərgiz açılanda ərməğan,

Boran bu yerlərdə az olanda gəl.

Bənövşə kollara sarışan zaman,

Əliklər meşədə barışan zaman,

Göllərdə çalxanıb çığrışan zaman,

Çayların üstündə qaz olanda gəl.

Xəstəlik əlində belə çaşbaşam,

Axı bacarmıram sellənib-daşam,

Müddətdir yatıram, hələ naxoşam,

319

Şəmşirin əlində saz olanda gəl.

Görək Azaflı Dədə Şəmşirə cavab nə yazdı:

Deyirsən baharda gül açanda gəl,

Bir xəbər yetirsən, yazda gələrəm.

Tufanlar içində odda yanmışam,

Olsa qar, qasırğa, buz da gələrəm.

Əzəldən yarandıq faili-muxtar,

Əhli-hal görəndə ürəyim toxtar.

Sən məni gəzəndə qəlbində axtar,

Hər yay, payız, hər ili yazda gələrəm.

Sənət dağlarında, ay uca Şəmşir,

Gövhər bəzirganı, ay xoca Şəmşir,

Azaflıya ustad, ay qoca Şəmşir,

Sədəfli sazını sazla, gəlirəm.

Azaflı məktubu yola saldı. Özü də qonaqlar

azalandan sonra Muğana yox, Kəlbəcər mahalına yola

düşür. Kəlbəcər camaatı Azaflını çox gözəl, mehriban

qarşıladı. Şəmşirin evində məclis quruldu, şairlər, aşıqlar,

söz, sənət qədrini bilənlər gəldilər, hamısı görüşdülər.

Hal-əhval tutdular. Azaflı aldı görək nə dedi:

Sanki dağlar dilə gəldi,

Şən bülbüllər gülə gəldi,

Cavanlar əl-ələ gəldi,

Qocalar könülə gəldi,

Qız-gəlinlər elə gəldi,

Ağ barmaqlar telə gəldi,

Şəmşir sazı dilə gəldi.

320

Aldı Dədə Şəmşir görək Azaflının gəlişi münasibəti

ilə nə dedi:

Yaxın qohum, əziz dostum,

Bizim elə xoş gəlibsən.

Öpüm səni, budur qəsdim,

Çəmən gülə xoş gəlibsən.

Aldı Azaflı:

Aşıq Şəmşir, dağlar oğlu,

Köklə sazın dilə gəlsin.

Söz qoşunun alay-alay,

Qatar-qatar ilə gəlsin.

Aldı Şəmşir:

Bu elləri gördü gözüm,

Bir kamil sərrafsan özün.

«Qoca qartal» adlı sözün

Düşüb dilə, xoş gəlibsən.

Aldı Azaflı:

Duyğularda zülal kimi,

Min mənalı sual kimi,

Qıy vuranda qartal kimi

Dağlar, daşlar dilə gəlsin.

Aldı Şəmşir:

Sənətimin nur şüası,

Ürəyində haqq duası,

Sinəsində söz dəryası

Donub lələ, xoş gəlibsən.

Aldı Azaflı:

Söz qoşduğun çiçəklərə,

321

Xoş arzulu diləklərə,

Ürəklərdən-ürəklərə

Nəğmən gülə-gülə gəlsin.

Aldı Şəmşir:

Qəlb oxşayan sənətimiz,

Fitri kamal qüdrətimiz,

Dövranımız, şöhrətimiz

Keçsin belə xoş gəlibsən.

Aldı Azaflı:

Vurğun ilə gəzən yerdən,

O ətirdən, o əsərdən,

Gözlərinlə Ələsgərdən

Gözlərimə şölə gəlsin.

Aldı Şəmşir:

Şəmşirəm, Miskindir babam,

Səni sevir elim, obam.

Gec gəlibsən, sənlə davam

Çoxdur, hələ xoş gəlibsən.

Aldı Azaflı:

Nə yetmişi, nə səksəni,

İstəyincə yaşa səni.

Azaflının od vətəni,

Dünya ona lələ gəlsin.

«Hər tərəfdən əhsən-əhsən» səsi asimana bülənd

oldu, «sağ olun», «sağ olun» sədaları dağlara, daşlara səs

salmışdı. Elə bil ki, ruzigarın gözü belə şənlik

görməmişdi. Aşıq Şəmşirin sevincinin həddi-hüdudu yox

idi. Aşıq Mikayıl Azaflı Aşıq Şəmşirlə qohum idilər.

Azaflının babasının qardaşı Kərbəlayı Kərim bir hadisə ilə

əlaqədar olaraq öz mahalı Şəmşəddindən uzaq düşmüşdü.

Gedir Kəlbəcərin Dəmirçidam kəndinə, oradan da

322

Ağdabana gəlir. Ömürlük o kənddə yaşayır. Böyük bir

nəsil artmış, yeddi oğlu və iki qızı olmuşdur. Qızını

Şəmşirin babası Qocaya vermiş, ondan Şəmşirin atası

Qurban olmuşdur. Aşıq Qurban öz dövrünün böyük,

kamil bir sənətkarı olmuşdur. Göyçəli Aşıq Ələsgərlə siğə

qardaş olmuşdur. Ona görə Ağdaban kəndinin çoxu

Azaflının əmisi uşağı sayılır. Onlar belə qohum idilər. O

nəslə Dəlləkli nəsli deyirlər.

Azaflının gəlişini eşidib, Aşıq Şəmşirin qonağı daha

da çoxaldı. Qohumlar, dostlar, dövrünün ən məşhur şair-

aşıqları olan, Qəşkeş Allahverdi, gözəl şair olan Əli

Qurbanov və qeyriləri gəlmişdi. Şəmşir xahiş etdi ki,

Azaflı yollarda əziyyət çəkib, bir az dincəlsin, sonra

deyər. Özü sazı sinəsinə basıb, görək «Divani» havası ilə

nə dedi:

Xanəmizə dürr kəlamlı, bir kamil insan gəlib,

Sanki ruhum təzələnib, cəsədimə can gəlib.

Təlatümə gəlib təbim coşğun Araz, Kür təki,

Dəryalardan xərac alan çox dərin ümman gəlib.

Havalanıb dövrə çıxıb, alıcı tərlan kimi,

Kəlmələri şəhdi –zülal, həm ləli-mərcan kimi,

O, Misrdən yola düşüb, Yusifi-Kənan kimi,

Bəlkə gözə işıq verən Yaquba dərman kimi.

Qoymaram gözdən yayına, olsa əlacım mənim,

Qoy yolunda sərf olunsun, badi xəracım mənim,

Etibarlı vəfadarlı sərimdə tağım mənim,

Qəlb evində taxta çıxıb, Mülkü-Süleyman gəlib.

Sözü şirin, kəlmə lətif, əqli kamaldan dürüst,

Tərbiyəli ad qazanıb eldə, mahalda dürüst,

Fəhimdən-fərasətdən, huşdan, camaldan dürüst,

323

Elə bil meydana bu gün Ələsgər Qurban gəlib.

Əl verib zalım qocalıq, deməyin müstər mənə,

Şəmşirəm keçdi günüm, çatdı yaşım səksənə,

Cavanlığın təlatümü yadıma düşdü yenə,

Mənə ürək vermək üçün Azaflı Loğman gəlib.

Məclis əhli yerbəyerdən dedi «Sağ ol, baba»,

«Şəmşir, var ol», «Dədə Şəmşir, iman yiyəsi olasan!»

Azaflını tərif etdi, görəsən dediyi kimi varmı? Xahiş

edirik bir divanı da o, oxusun, - dedilər.

Şəmşir dedi:

- Azaflını görənlər tanıyırlar, Qafqazdakı bütün

azərbaycanlılar tərifləyirlər.

Bu zaman Aşıq Azaflı, Aşıq Şəmşirdən icazə

istəyib, sazı sinəsinə basdı, «Zəncirləmə» bəhri-təvil iki

qafiyə divani deməyə başladı:

Adam var ki, el anası o şən dövran istəyir,

Adam var ki, qəlb aynası məslək vicdan istəyir,

Adam var ki, iltiması dahi qanan istəyir,

Adam var ki, təmənnası dərdə dərman istəyr,

Adam var ki, şər xətası fitnə-şeytan istəyir,

Adam var ki, bəşər yası zülm zaman istəyir,

Adam var ki, iddiası qala zindan istəyir,

Adam var ki, can şəfası şən gülüstan istəyir,

Adam var ki, insan xası cənnət məkan istəyir,

Adam var ki, su sonası yar mehriban istəyir,

Adam var ki, qan qalası iblis oğlu-iblisdi,

Adam var ki, qadir sübhan – Şahi Mərdan istəyir.

Adam var ki, məhəbbəti, eşqi yanar dünyada,

Adam var ki, sədaqəti dostu qanar dünyada,

Adam var ki, səxavəti hörmət anar dünyada,

324

Adam var ki, ədaləti haqqı qanar dünyada,

Adam var ki, şan-şöhrəti hədər sanar dünyada,

Adam var ki, ibadəti edər kənar dünyada,

Adam var ki, təbiəti xaliq sanar dünyada,

Adam var ki, qəm möhnəti qəlbi sınar dünyada,

Adam var ki, ünsiyyəti şaha qonar dünyada,

Adam var ki, var-dövləti gəzər dinar dünyada

Adam var ki, təxti-rəvan şahı cahan istəyir.

Adam var ki, hər büsata çatar gedər, Azaflı,

Adam var ki, xarabata batar gedər, Azaflı,

Adam var ki, yata-yata yatar gedər, Azaflı,

Adam var ki, min-min xəta tutar gedər, Azaflı,

Adam var ki, ata-ana satar gedər, Azaflı,

Adam var ki, minər ata tatar gedər, Azaflı,

Adam var ki, can barata qatar gedər, Azaflı,

Adam var ki, qazamata atar gedər, Azaflı,

Adam var ki, heyvanata otar gedər, Azaflı,

Adam var ki, kainata səttar gedər, Azaflı,

Adam var ki, yüz həyata qatar gedər, Azaflı,

Adam var ki, gəzər sağ can haqqı-divan istəyər.

Azaflının bu divanısına hamı heyran qaldı. «Əhsən

kəlamına, biz belə divanı eşitməmişdik. Çox sağ ol, bizi

feyziyab etdin. Azaflı, bayaq səninlə zarafat edirdik. Sən

doğrudan da qüdrətli sənətkarsan, hamımız üzünü

görmədən belə səni çox istəyirik», - dedilər.

Şəmşir dedi:

- Gördünüzmü mən düz deyirəm. Onun gəlişi ilə bir

təcnis yazdım. Qulaq asın onu deyim. Çünki ustadlar

divanından sonra təcnis demişlər. Aldı Şəmşir görək nə

dedi:

Nə zamandı qalıb həsrəti didar,

Bu gün qonaq gəldi bu dağ bu dağa.

325

Elə bil gül açıb, gəlibdi bahar,

Könül bağçasında bu tağ, bu tağa

Azaflı dedi:

- Ustad, təcnisə cavab vermək olmaz, amma

oxşatmaq olar. Təzadı ilə demək olar. Odur ki, dağın

təzadı arandı. İcazə ver, əksini mən deyim.

Aldı Azaflı:

Aranmı yaxşıdı, dağmı yaxşıdı,

Deyiblər gözəldir aran arana.

Düz-əyri, xeyir-şər vaxtın naxşıdı.

Salar ayrılığı aran-arana

Aldı Şəmşir:

Dərs aldım yetişdim iki sənədə,

Bir gün yol düşəcək iki sənədə.

Eşqidən çəkilib iki sanədə,

Baxıram oxşayır bu dağ bu dağa.

Aldı Azaflı:

Kamal haqdandı birinci sinə,

Vurğunam sənətin bir incisinə.

İnsan duyğusunun birincisi nə?

Əzəl namus, qeyrət, ar an ar ana.

Aldı Şəmşir:

Şəmşir üçün zərdin ayağı dostun,

Doğsun günəşinin ay ağı dostun.

Mənimlə süzülüb ay ağı dostum,

Əriyib qarışır bu dağ bu dağa.

Aldı Azaflı:

326

Azaflı namərdin ata daşını,

Mərd igidlər vurmaz ata daşını,

Əsil oğul atmaz ata daşını,

Tez-gec qohum-qardaş aranar ana.

Şəmşir Azaflının əllərini sıxıb onu varlığı ilə

bağrına basdı və dedi:

- Əhsən istedadına, fitrətinə, zehninə, təbinə,

ilhamın artıq olsun, bərakallah. Doğrudan da mənim

təcnisimə cavab oldu. Sən varlıqların əksini də, təzadını

da yaxşı bilirsən, mən dağı dedim, sən aranı. Mən daşı

desəm sən torpağı deyərsən. Böyük sənətkarsan, çox

sevinirəm ki, xalqımızın sənin kimi kamil, qüdrətli

sənətkarı vardır. Allah sənə uzun ömür versin, hələ

cavansan, yazıb-yaradasan.

Azaflı Aşıq Şəmşirdən bir söz demək üçün icazə

istədi, ustad dedi: «İzindir, buyur».

Aldı Azafl:

Mən səni görəndə, ay Dədə Şəmşir,

Vurğunun nuranı yadıma düşdü.

Abbas Qurban, Qasım, Hüseyn, Ələsgər,

Qurbanı, İmanı yadıma düşdü.

İstərəm canımı yandırsın odun,

Qopuzun, kamanın, ney, sazın, udun.

Mən səni görəndə Dədə Qorqudun

Oğuzlar dastanı yadıma düşdü.

Azaflı quludur düz etibarın,

Dərd ürəklərdən getməz diyarın.

Mən səni görəndə mərd ataların

Məclisi, dövranı yadıma düşdü.

327

Azaflı bu şeri deyəndə hamı bir cür oldu. Şəmşir

Azaflını qucaqlayıb öpəndə hər ikisinin gözündə bir neçə

qətrə yaş damlaları göründü. Çünki bu vaxt Vurğun

əhvalatı yada düşdü.

Bəli, məclis aram olanda Azaflının əmisi oğlu

Qəzənfər ayağa qalxıb dedi:

- Şəmşir baba, Mikayıl Azaflıya icazə ver, indi

əmisinin, həm də mənim qonağım olsun. Bir neçə gün də

məclis bizdə keçsin.

Şəmşir dedi:

- Oğlum, Azaflı bütün mahalın qonağıdı, buyurun,

indi də sizdə olaq.

Qəzənfər Kəlbəcərdə olurdu. Səhəri Kəlbəcərdən

Qəzənfərin evində Azaflının adına böyük bir məclis

quruldu. Qohumlar, dostlar, şairlər, aşıqlar, sənətsevərlər

və bütün istəyən-sevən hamısı gəldi. Erkəklər kəsildi,

qurbanlar paylandı. Əmisi oğlu Qəzənfər dedi:

- Əmioğlu, əhdim var, gərək yeddi qurban kəsəm,

qonaqlar çoxaldı.

Kəlbəcər mahalında Şəmşirdən sonra böyük

sənətkar və kamil şair-aşıq Qəmkeş Allahverdi məclisdə

dövran etməyə başladı. Aldı Qəmkeş görək nə dedi:

O qədər ki, həsrətini çəkmişdim,

Saya saldı haqqı, tarı Azaflı.

Hicran hücrəsindən, qəm qalasından

Azad etdi intizarı Azaflı.

Qəmkeş belə deyəndə Azaflı sazını sinəsinə basıb

görək nə dedi:

Dünya faciədir, həyat vahimə,

Tutub çərxi-fələk marı, a Qəmkeş.

Gah dönür zalıma, gah gəlir rəhmə,

328

Gah tökür boranı, qarı, a Qəmkeş.

Aldı Qəmkeş:

Ariflər sözümü saymaz qəbahət,

Şeri sənə verib Sahibi-qüdrət.

Özün bir azəri, ismin kainat,

Bizim elin iftixarı Azaflı.

Aldı Azaflı:

Bilməm azəriyəm, əğəməm, türkəm,

Çox yadlar əlində talanmış ölkəm.

Yarandım elimin qəhrını çəkəm,

Yazan yazdı məhbəsdarıya, Qəmkeş.

Aldı Qəmkeş:

Budadı Qəmkeşi qəhrin sitəmi,

Olaq sirr yoldaşı könül həmdəmi.

Yoxluğu, varlığı, şadlığı, qəmi

Bölək qardaş kimi yarı, Azaflı.

Aldı Azaflı:

Azaflıyam, verdim sizə könlümü,

Bağladım vicdanı düzə könlümü.

İstərəm əzaba dözə könlümü,

Çəkək vətən dərdi, arı, a Qəmkeş.

Söz tamam oldu. Hər tərəfdən əhsən-əhsən sədaları

dağlara, dərələrə səs saldı. Məclis çox gur keçirdi. Bu ara

Azaflı çox yorulmuşdu, məclisdən icazə aldı ki, bağçada

bir az dincəlib gəlsin.

Hamı razı oldu. Azaflı bağçada oturub hər şeyi seyr

edirdi. Birdən fikirləşdi ki, ay dili-qafil, Kəlbəcərdə şəfa

bulağı var, bura Ələsgər oylağı olub, Qurban oylağı olub,

İman sorağı olub, Vurğun qonağı olub, Şəmşir çırağı olub,

329

nə üçün bir Kəlbəcər şeri yazmayım. Elə oradaca bir şer

yazıb, yenə məclisə gəlir.

Gələndə görür ki, şair Əli Qurbanov görüşə gəlib.

Hər iki şair bir-biri ilə görüşürlər. Bu ara əmioğlu

Qəzənfər Azaflıdan xahiş edir ki, bağda yazdığın şeri

deyəsən. Azaflı sazı sinəsinə basıb görək nə dedi:


Zirvəsi göylərdən ərşə ucalan.

Dağlar kahkaşanı Kəlbəcərdədir.

İşğallar başından taxtı-tac alan

Koroğlu nişanı Kəlbəcərdədir.

Keçmişin yazdığı memar nəqqaşı,

Əsrə tarix dəyər hər türbə daşı.

Cahan bir canlısa burdadır başı,

Ziyarət məkanı Kəlbəcərdədir.

Şimşək pərdəsində çalanda kaman

Əl vurub buludlar, oynayır duman.

Şabaşı yağışdan tökülən zaman

Tərtərin ümmanı Kəlbəcərdədir.

Ələsgər, Qurbanı salıb söz bağı,

İmanın, Şəmşirin əziz oylağı,

Vurğunun gəzdiyi ceyran bulağı,

İstisu dərmanı Kəlbəcərdədir.

Söhbəti Babəkdən, Dədə Qorquddan,

Təbiət qəlbinə töküb yaqutdan,

Donu gül-çiçəkdən, şalı buluddan,

Güllər gülüstanı Gəlbəcərdədir.

Sənət dəryasına çaylar daşdıran,

Əliyə, Məmmədə min dil açdıran,

Şamilə, Qəmkeşə dastan qoşduran

Abbası, Bəhmanı Kəlbəcərdədir.

330

Azaflıyam, hələ sözüm az oldu,

Mehriban görüşüm bir muraz oldu.

Elə ki, qış getdi, gəldi yaz oldu,

Dünyanın mehmanı Kəlbəcərdədir.

Məclisdəkilər Azaflının ifaçılıq bacarığına, saz

çalmaq məharətinə heyran qalmışdılar. Xahiş etdilər ki,

sazda bir «Azaflı dübeytisi» çalsın. Azaflı sazı sinəsinə

basıb elə məharətlə çaldı ki, məclisdəkilər sazın sədaları

altında sanki şerə dönmüşdülər. Bu vaxt Əli müəllim

məclisdə oturanlara dedi:

- Burda Azaflıya bir şer yazmışam, icazə verin onu

deyim.

Dedilər ki, buyurun. Görək Əli müəllim nə dedi:

Dostlar, tamam məst olmuşam

Azaflının məclisində.

Hikmətlə zirdəst olmuşam

Azaflının məclisində.

Zilləndikcə sazda cəngi,

Nurlandı dünyanın rəngi,

Yaraqlandı Babək həngi

Azaflının məclisində

Hər obada şöhrət-şanı,

Ləli –mərcan, gövhər kanı.

Xəyalım gəzdi dünyanı

Azaflınıni məclisində.

El hikməti aşdı-daşdı,

Telli sazla qucaqlaşdı.

Əli döndü cavanlaşdı

Azaflının məclisində.

331

Hamı ehtiramla, hörmətlə Əli müəllimə afərin dedi.

Şer hamının xoşuna gəldi. Azaflı dedi:

- Şer xoşuma gəldi. Əli müəllim razı olsa, ona mən

də cavab deyərdim.

Yerbəyerdən hamı: «Buyurun» - dedi. Görək Azaflı

nə dedi:

Mən istərəm Azərbaycan

Eli ola məclisimdə.

Arifləri, dahiləri

Ali ola məclisimdə.

Hər üzləri xoş sevinci,

Ala zövqü, ürək dinci.

Şerlərin inci-inci,

Ləli olan məclisimdə.

Ağrıtmaya söz ürəyi,

Sağlıq deyə düz ürəyi.

Həqiqətin öz ürəyi,

Dili ola məclisində.

Şəmşir, Yusif, Qəmkeş, Bəhman,

Həm Şəhriyar, həmi Orxan,

Bəxtiyarla o Zəlimxan,

Əli ola məclisimdə.

Azaflının sədaqəti,

Mehribanı, məhəbbəti,

Bu dünyanın bir neməti

Bəli ola məclisimdə.

332

Bəli, söz tamam oldu, hamı Azaflının şer deməsinə

heyran qaldı. Nə isə, məclis çox aramla gedirdi, şairlərin,

aşıqların sözləri tükənmirdi. Məclisin belə bir vaxtında

Qəmkeş Allahverdi dedi:

- Ustad, bizim İstisuya Muğandan bir qız gəlib. Bir

neçə şairlə, aşıqla deyişib, hətta mənimlə də deyişib, çox

qəribə qızdı.

Azaflı maraqlanıb xəbər aldı:

- Adı nədir?

Qəmkeş dedi:

- Adı Narınc Xatundur. Bir qədər olar ki, İstisuya

gəlibdi.

Azaflı Narınc Xatun adını eşidəndə bir an özünü

itirən kimi olub, fikrə getdi. Qəlb aləmində nələr

olduğunu deməklə qurtarmaz. Özü-özünə dedi: «Bu necə

xoş təsadüfdür, mən onu aranda görməyə gedirdim, gör

dağlardan taleyimə necə xoş gün düşdü».

Bu vaxt Azaflı Qəmkeşdən xahiş etdi ki, Xatunla

olan deyişmələrdən birini de. Qəmkeş razılıq əlaməti

olaraq sazı sinəsinə aldı, görək Xatunla olan deyişməsini

necə dedi.

Xatun:

Bel bağladı Dəli Kürə,

Yandı aran düzdə, Xatun.

Könül vüsal həsrətindən

Gözü yolda, izdə, Xatun.

Qəmkeş:

Dəli Kürdən söhbət açdım,

Közə döndü söz də Xatun.

Yetər bir gün vüsal dəmi,

Hicranlara döz də, Xatun.

Xatun:

333

Günlər mənə edir sitəm,

Ocaq-ocaq olub sinəm.

Nədir hicran, nədir bu qəm,

Yanır sönməz közdə Xatun.

Qəmkeş:

Biz şairlər qəm övladı,

Şirin olur vüsal dadı.

Yanar ocaq, sönməz odu,

Alovlana köz də, Xatun.

Xatun:

Xatun eldən ar eyləyir,

Gen dünyasın dar eyləyir,

Yazıb sirrin car eyləyir,

Gəzir dildə, sözdə Xatun.

Qəmkeş:

Qəmkeş, olar köz ürəkdə,

Alovlana söz ürəkdə.

Haqq yaşasa düz ürəkdə,

Arzu gülər üzdə, Xatun.

Söz tamam oldu, məclisdə oturanlar qızın şerinə

heyran qaldılar. Dedilər şerindən görünür ki, onun bir

dərdi vardır. Qəmkeş dedi:

- Çox fikirli, xəyallı qızdır, nə sirdirsə şerləri elə

nikbindir.

Azaflı bu sözləri eşidəndə qəlbində rahatlıq tapa

bilmədi. O bütün gecə çimir eləmədi, Xatunun xəyalı ilə

səhəri açdı. Səhər durub əmisi oğluna dedi:

-İstisuya getməliyəm, gəl mənimlə bərabər gedək.

Qəzənfər ona maraqla baxdı. Azaflı dedi ki, yolda

sənə danışaram. Hər ikisi İstisuya yola düşdülər.

334

İndi sizə kimdən deyək Muğan qızı Xatundan.

Xatun bir neçə gün idi ki, anası ilə İstisuda dincəlməkdə

idi. Azaflının fikri, xəyalı ilə yaşayan Xatun bu gözəl

İstisu dağlarında da rahatlıq tapa bilmirdi. O istəyirdi ki,

Muğana qayıtsın, bəlkə Azaflıdan bir məktub gələ, bir

xəbər eşidə. Onun qəlbinə hakim kəsilən bu ülvi

məhəbbətin iztirabları elə bil duyğularını, fikirlərini də

əlindən almışdı. Elə hey deyirdi: «İlahi, cövrü-cəfa mənə

etsin itəm, təki ona bir xəta gəlməsin, mən onun hər

cəfasına dözərəm».

Bir an Xatunun qəlbindən bir həsrət, bir haray

qopdu, görək nə dedi:

Duman aldı bağlarımı,

Hardasan hayıma səs ver.

Şirin keçən cağlarımı,

Hardasan hayıma səs ver.

Təbli, ilhamlı cağımda,

Küsür söz də dodağımda.

Qoydun qəmlər qucağında,

Hardasan səsimə səs ver.

Xatun yandı gilə-gilə,

Yandı cismi, döndü külə.

Ayım, günüm dönüb ilə,

Hardasan hayıma səs ver.

Xatun belə pəjmurdə ikən onun pasibanı olan

Məryəm ana içəri girib dedi:

- Qızım, iki nəfər səni görmək istəyir.

Xatun örtüyünü alıb, başını örtüb qapıya çıxdı.

Gördü ki, aşıq libasında Yusif misallı bir oğlanla orta

335

yaşlı kişidir. Xatun onlara «buyurun» - dedi. Bu vaxt

Azaflının əmisi oğlu Xatuna yaxınlaşıb dedi:

- Xanım qız, bu oğlan Aşıq Mikayıl Azaflıdır. Sizi

görməyə gəlibdi.

Xatun sevincdən tutulmuşdu, heç nə deyə bilmədi.

Bu an Azaflı ona yaxınlaşıb dedi:

- Salam, Xatun, xoş gördük!

Xatun da onun salamını alıb dedi:

- Xoş gəlmisiniz!

Bu vaxt anası onları içəri dəvət etdi. Hörmətlə yer

göstərdi, onlar izn istəyib oturdular. Elə bil ilk baxışdan

bu duru bənizli, zərif, gözəl, heyran baxışlı Xatun

Azaflının qəlbini özünə əsir etdi. Xatun isə bu təsadüfi

görüşdən özünü itirmişdi.

Bəli, bu vaxt Azaflının gəlişini bilən dostları,

tanışları onu görməyə gəldilər. Əlbət ki, Aşıq Azaflıynan

Narınc Xatunu kim dinləmək istəməzdi. Odur ki,

Azaflının gəlişinə aramı bir məclis düzəldi. Hamının fikri

Azaflı ilə Xatunda idi. Qəlbi sözlə aşıb-daşan Azaflı

məclisdən izn istəyib, sazı köynəkdən çıxartdı. Zilini zil,

bəmini bəm edib, görək nə dedi:

Aranda gəzdiyim dağda göründü.

Nə gözəl qədəmim buraya düşdü.

Zirvələr baş əydi səcdəgahıma,

Elə bil aləmlər haraya düşdü.

Azaflı belə deyəndə məclis əhli Xatundan xahiş etdi

ki, o da bir söz desin. Xatun bu təklifi yerə salmayıb

görək nə dedi:

Hər bir günün fərəh dolu anı var,

Ömrümün bu günü necə say düşdü.

Elə bil qarşımda baş əydi dağlar,

336

Aranıma haray düşdü, hay düşdü.

Azaflı:

Püskürən eşqimdən qopdu hərarət,

Elə bil təsadüf oldu zərurət.

Dolanım başına, edim ziyarət,

Canım qurbanıdı, fədaya düşdü.

Xatun:

Fərəhimdən gözümə nur ələndi,

Yerlər, göylər sevincimə bələndi.

Qədir dostlar söz qədrini biləndi,

Bu ülfətdən bu gün mənə pay düşdü.

Azaflı:

Getsin Azaflının ahı, naləsi,

Yanar vüsalında qəmin şələsi.

Günəşin işığı, Ayın şöləsi

Kainat gözümdə dünyaya düşdü.

Xatun:

Bu dünyanın qəm üzünü kim dilər,

Ağır yükün ağırlığın nər bilər.

Xatun deyər zər qədrini zər bilər,

Getdi möhnət, sevinc mənə pay düşdü.

Bu iki aşiq deyişsə də gözləri bir-birindən

ayrılmırdı. Sanki ürəkləri də bir-biri üçün döyünürdü.

Xatunun yaxın bir adamı astadan Xatunun qulağına dedi:

- Ay qız, bu ustad çox hazırcavabdır, özünü gözlə,

meydanda məğlub olma, o bütün şer formalarının

hamısını bilir. Tez qıfılbəndə keç.

Xatun istəmirdi ki, Azaflı məğlub olsun, çünki nə

müddətdi onun həsrətini çəkirdi. Söz tamam olanda Azaflı

Xatuna dedi:

- Xanım qız, indi məclis, söz sizindir.

337

Xatun bir qədər tərəddüd etdi, amma məclisdəkilər

əl çəkmədi. Yerbəyerdən: «Söz sənindi, Xatun,» - dedilər.

Bu an Xatun Azaflıya baxdı, Azaflı işarə elədi ki, de.

Xatun bundan çox məmnun qaldı. İndi görək aldı Xatun

nə dedi:

Bir hakim görmüşəm beş aləm üstə,

İki gedir, iki uçur, bir olur.

Səkkiz min yeddi yüz altmış içində

Şeytan olur, mömin olur, pir olur.

Azaflı məclisdəkilərdən icazə istədi, hər bəndə beş

dəqiqə vaxt vermək olarmı? Dedilər bəli, lap on dəqiqə də

olar. Xatun çox peşman oldu, ürəyində dedi kaş

deməyəydim. Azaflı dedi:

- Xatun, sözünün cavabına qulaq as, amma fikrini

dəyişmə.

Görək Azaflı nə dedi:

İnsan bir aləmdir, beş budaq üstə

İki ayaq, iki qolu bir olur.

Səkkiz min yeddi yüz altmış saat

Alim olur, nadan olur, pir olur.

Xatun:

Dördü beş-beş, iyirmi beş cəmi bir,

Birində altı yol, dərdi-qəmi bır.

Arzusu bir, diləyi bir, qəmi bir,

Açıq olur, bağlı olur, sirr olur.

Azaflı:

Dörd əl-ayaq barmaq beşə bağlıdır,

Bir başda altı yol işə bağlıdır.

338

Ürəyi ürəyə,demə bağlıdır,

Aşiq olur, məşuq olur, sirr olur.

Xatun:

Xatun deyər neçə ad var Quranda?

O nədir ki, çarx dolanır hər anda?

O nədir ki, yer-göy gəzir, bir anda,

Alim olur, sultan olur, pir olur.

Azaflı:

Azaflı, san min bir ad var Quranda,

Kainatı çərx dolanır hər anda.

Fikir-xəyal, yer-göy gəzir, bir anda,

Dərya olur, dünya olur, sirr olur.

Söz tamam oldu, hamı bu iki sənətkara ürəkdən

əhsən-əhsən söylədi. Xatun Azaflının əllərini sıxıb dedi:

- Böyük ustad, indi söz sizindir.

Azaflı dedi:

- Mən səninlə görüşməyə gəlmişəm, deyişməyə yox,

sabah Ceyran bulağında deyərəm. İndi sənə bir qatar

sözüm var, qoy onu deyim.

Sazı sinəsinə basıb görək nə dedi:

Bu könlümün dünyasında

Müdam andım, gəzdim səni.

Aşiq, dərviş libasında

El dolandım, gəzdim səni.

Xatun:

Sehri-eşqin xatasında

Yaralandım, gəzdim səni.

Onun qaynar sevdasında

339

Paralandım, gəzdim səni.

Azaflı:

Yolum düşdü min zülmətə,

Əsir oldum qəm-möhnətə.

Ən müqəddəs məhəbbətə

Mən inandım, gəzdim səni.

Xatun:

Ürəyimin bir səsindən

Nəfəs aldım nəfəsindən.

Xəyalının şöləsindən

Qaralandım, gəzdim səni.

Azaflı:

Azaflıyam amanlarda,

Dağ-dağ oldum zamanlarda.

Tufanlarda, yamanlarda

Oda yandım, gəzdim səni.

Xatun:

Xatun kamın alar kamdan,

Pərvanələr yanar şamdan.

Diyar-diyar el-obamdan

Aralandım, gəzdim səni.

Hər iki aşiq-məşuq elə bil dünyaya təzə gəlmişdilər.

Sevincin, şadlığın, şənliyin ləzzəti göylərin tacına,

gecənin qaranlığına nur çiləyirdi. O gecə səhərə kimi

aşiqlə-məşuq söhbət etdilər. Xatun soruşdu ki, neçə

vaxtdır səndən nə bir məktub, nə də bir xəbər gəlir,

ümidimi itirmişdim.

Azaflı dedi:

340

- Əzizim, insan qəza-qədərdən qaçıb qurtara bilmir.

Allaha çox şükür ki, tale bizi burada görüşdürdü. Mən

ağır günlərimdə belə səni görmək ümidi ilə yaşamışam.

Azaflı başına gələn hadisədləri nəql elədi. Xatunun

qəmi sevincə, sevinci qəmə qarışdı. Xatun dedi:

- Demək sənə böhtan atılmış, xeyli əziyyət

çəkmisən. Bəs niyə mənə yazmamısan?

- İstəmirdim, sənin qəlbin ağrıya.

Xatun yenə dedi:

- Demək, anan səni nişanlamışdı?

Azaflı dedi:

- O mən istəmədən olubdu. O vaxtı səndən məktub

alanda, ustad Yusif sənin xəbərini gətirən gündən bütün

varlığımı sənə vermişəm. Səndən qeyri ürəyimdə heç kim

yoxdur. İndi elə bilirəm bütün dünya-aləm buradadı.

Hər iki aşiq şirin-şirin söhbətlərlə səhəri açdı.

Səhərlər üzünüzə xeyirliklə açılsın.

Azaflının dostları, tanışları, sənətsevərləri vaxta

hazır olub Xatunla Ceyran bulağına getdilər. O günü

Ceyran bulağının qonaqları çox idi, amma Azaflı ilə

Xatun ən əziz qonaq sayılırdı. Hamı Azaflını gözləyirdi

ki, bir söz desin. Azaflının gözü isə Ceyran bulağının

daşına yazılmış adlarda idi: «Səməd Vurğun-Şəmşir».

Onun üstünə çox qonaqlar gəlib-getmişdi: Aşıq Ələsgər,

Aşıq Alı, Aşıq İman, Aşıq Qurban, Aşıq Şəmşir, Səməd

Vurğun. Azaflı sazı köynəyindən çıxarıb, görək Ceyran

bulağından nə soruşur, nədeyir:

Gəlmişəm türbəni ziyarət edim,

Ellərin oylağı Ceyran bulagı.

Kef-dəm əvəzinə fəğan eylədim,

Dərdlidir qonağın, Ceyran bulağı.

Başında saxlayır göyü dağların,

341

Qüdrətdən nur səpir axar-baxarın.

Karvan –karvan gəlir hər gün zəvvarın,

Kəsilməz yığnağın Ceyran bulağı.

De niyə üzümə nisgilli baxdın,

Talanmış könlümü yandırıb-yaxdın.

İstədim su içəm, qəlbimə axdın,

Bir intizar dağı Ceyran bulağı.

Dəlidağ başında mil tarixin var,

Salsaldan, Babəkdən qalmış yadigar.

Mehmanın olubdur Koroğlu, Nigar,

Əsrlər növrağı, Ceyran bulağı.

Azaflı, inlədi ürək sözlərin,

Hanı Ələsgərdən ayaq izlərin?

Vurğunu axtarır yaşlı gözlərin,

Şəmşirin oylağı Ceyran bulağı.

Azaflının Ceyran bulağına dediyi söz hamının

ürəyindən oldu. Xahiş etdilər ki, Xatun da bir söz desin.

Azaflı dedi:

- Ceyran bulağına mən dedim, Dəlidağ da onun

vuqarıdır, ona da Xatun desin.

Xatun Azaflıdan izn istəyib görək nə dedi:

Bahar gəlib gözəlləşdi

Dəlidağ da, Dəlidağ da.

Gözəlliklər sehirləşdi

Dəlidağda, Dəlidağda.

Yapıncısın salıb belə,

Qarı, buzu dönüb selə,

Bərəkətdir günə, elə

342

Dəlidağ da, Dəlidağ da.

Cilvələnib hüsnü mehdən,

Çəmən yuyur üzün şehdən,

Sədalanıb dərə neydən

Dəlidağda, Dəlidağda.

Çeşmələrin suyu baldır,

Çiçəklərin sarı, aldır,

Gözəllikdə gözüm qaldı

Dəlidağda, Dəlidağda.

Xatun Şəmşir sözün istər,

Etibarın düzün istər,

Mərd iyidlər izin istər

Dəlidağda, Dəlidağda.

Hamı bu iki sənətkara çox sağ olsun, var olsun, bizi

feyziyab etdiniz, ilhamınız, təbiniz artıq olsun dedi.

Ceyran bulağının qonaqları yeyib-içəndən sonra hər kəs

öz istədiyi dağları, yamacları, seyr etməyə getdi. Azaflı ilə

Xatun da təbiətin dağlara verdiyi gözəlliklərə,

çəmənliklərə tamaşa edirdilər. Gələcəklərindən heç nə

demirdilər. Xatunun qəlbi kədərlə dolmuşdu. Azaflı

düşündü etdi ki, yəqin məndən söz istəyir. Görək Azaflı

nə dedi:

Sevgilim, gözəlsən Günəşdən, Aydan

Ulduzlar zəvvardır elindən ötrü.

Cənnətin qızları tökülüb göydən,

Tamaşana gəlir telindən ötrü.

Məhəbbət çırağı, eşqin işığı,

Gözəllər mürşüdü, el yaraşığı,

343

Şaha baş əyməyən haqqın aşığı

Əsir-yesir olub dilindən ötrü.

Azaflıyam, ey yar, qəlbində olam,

Eşqinə vurğunam, eşqinə qulam.

Ey qibleyi-aləm, olarmı qalam,

Dolanım başına belindən ötrü.

Xatun yenə dillənmədi, Azaflı ürəyində fikirlələşdi:

«Yarəbb, görəsən buna nə oldu? Mənim günahım nədir? »

Elə bil minbir mənzərəli dağları duman aldı. Aldı görək

nə dedi:

Sənə ürək verdim, pənah gətirdim,

Günahsız öldürmə yar, insaf eylə.

Qoy özü öldürsün məni gözlərin,

Vermə yad əlinə, bir insaf eylə.

Dünyaya sığmayan ürəyə sığar,

Bəla da acıqdan, qəzəbdən doğar.

Bulud təki dolan, yağış tək yağar,

Baharda yağdırma qar, insaf eylə

Azaflı neyləsin üzü dönəndə,

Məhəbbət işığı birdən sönəndə.

Asdır boğazından, öldür sinəndə,


Qur o saçlarında dar, insaf eylə.

Xatun o zaman Azaflının üzünə baxdı, gözlər

gözlərə zilləndi, yenə dinmədi. Görək indi nə dedi, «Baş

sarıtel» havası ilə:

Verdin eşqin bəlasını

Xana-xana, a tərlanım.

344

Yıxaq hicran qalasını

Yana-yana, a tərlanım.

Olsun əhd-peymanımız,

İlqarımız, imanımız.

Keçib gedir zamanımız,

Sana sana, a tərlanım.

Azaflıyam diləyimi,

Küsdürmüşəm mələyimi,

Gəl qanatma ürəyimi

Qana-qana, a tərlanım.

Bu zaman Xatun gülə-gülə Azaflının əllərindən

tutub dedi:

- Səni sınayırdım, görüm doğrurdan da məni

sevirsənmi? İndən belə ixtiyar sənin əlindədir. Necə

istəyirsən elə edə bilərsən.

Azaflı dedi:

- Əzizim, mən yola düşməliyəm, həm də Gürcüstan

mahalında toyum var.

Xatun bu an dəli kimi oldu. Gözləri dola-dola görək

nə dedi:

And verirəm o dağlara,

Getmə, amandır, gəl getmə.

Bu müqəddəs bulaqlara,

Getmə, amandır, gəl getmə.

Azaflı:

Səbr eylə döz mehr-ülfətim,

Söz vermişəm, gedər gəlləm.

Yaxşı saxla əmanəti,

Söz vermişəm, gedər, gəlləm.

345

Xatun:

İndi bildim pənahım sən,

Sevincim sən, gunahım sən,

Kənizinəm, ay şahım, sən

Getmə amandır, gəl getmə.

Azaflı:

Canım qurban yar boyuna,

Dünya dəyər bir muyuna.

İki gəncin mən toyuna

Söz vermişəm, gedər, gəlləm.

Xatun:

Xatun deyər getmə aman,

Qoyma könlümü bədguman.

Can istəsən can da qurban,

Getmə, amandır, gəl getmə.

Azaflı:

Azaflının bu halına,

Yanar eşqin məlalına.

Gürcüstanın mahalına

Söz vermişəm, gedər, gəlləm.

Söz tamam oldu. Azaflı dedi:

- Əzizim, bu ayrılıq hər ikimiz üçün çox çətindir.

Bilirəm səndən ayrı mənim də səbr-qərarım olmayacaq.

Xatun göz yaşları tökərək dedi:

- Əzizim, mən səni itirməkdən qorxuram, çünki sən

ananın sözündən çıxa bilmirsən.

Azaflı Xatunun göz yaşlarını silərək dedi:

- Mən anamın dediyi ilə heç vaxt razılaşmayacam.

Mənim yeganə arzum, diləyim, məhəbbətim sənsən.

Xatun dedi:

346

- Mən səni hər gün, hər an gözləyəcəm. Saçlarım

ağarsa belə yenə səni gözləyəcəm.

Azaflı dedi:

- Əzizim, mehribanım, mən səni dünyanın o başında

olsan belə tapacam.

Xatun dedi:

- Nə edək, bu ayrılıq yenə bizim üçün çətin bir yol

açdı.

Ürəyi qəmlə dolan Xatun görək nə dedi:

Səndən ayrı bilirəm mən,

Yaman olar bu ayrılıq.

Həsrətinlə yanar könlüm,

Aman olar bu ayrılıq.

Azaflı:

Ey Xatunum, ey cahanım,

Xəyal olar bu ayrılıq.

Məhəbbətdə imtahanım

Sual olar bu ayrılıq.

Xatun:

Günlər keçsə sına-sına,

Cəfalarda məni sına.

Gözlərimin qarasına

Duman olar bu ayrılıq.

Azaflı:

Əgər olsa bir mümkünüm,

Səndən ayrı olmaz günüm.

Dağ-dağ eylər ərşi ünüm,

Məlal olar bu ayrılıq.

347

Xatun:

Saldın eşqin axarına,

Yandım günəş baxarına,

Xəyal düşsə baharıma,

Güman olar bu ayrılıq.

Azaflı:

Şirin görüş, sevinc qəmi,

Gözlərimin yaşı zəmi,

Eşqimizin sınaq dəmi

Aman olar bu ayrılıq.

Xatun:

Xatun deyər, ay aləmim,

Oldun fikri, qəhri-qəmim.

Bir gün yetsə vüsal dəmim,

Talan olar bu ayrılıq,

Yalan olar bu ayrılıq.

Azaflı:

Azaflını tikən könül,

Göz yaşları tökən könül,

Aman həsrət çəkən könül,

Bihal olar bu ayrılıq,

Vüsal olar bu ayrılıq.

Söz tamam oldu. Aşiqlə məşuq bir-birinə söz verib,

əhd-peyman bağlayıb ayrıldılar. Aşıq Azaflı Şəmşəddin

mahalına, oradan da Gürcüstana, Xatun isə Muğana yola

düşdü.

Bəli, sizə kimdən deyək, iki aşiqdən. Payız

aylarıydı, toylar bir-birinin ardınca gedir, Aşıq Azaflı elin

toy şənliklərini sazı-sözü ilə bəzəyirdi. Onun səsi

Gürcüstandan, Göyçə mahalından, Dəmirqapı

348

Dərbənddən, Qafqazın çox yerindən gəlirdi. Azaflı belə

səfərlərdə də Xatunu bir an belə unuda bilmirdi. Anası bir

neçə dəfə təklif etmişdi ki, oğlum, gəl toyunu edim, ancaq

Azaflı razı olmamışdı. O, yalnız anasının Xatuna

razılığını gözləyirdi. Ana isə inad edirdi. Azaflı odla su

arasında qalmışdı. Bir də anasına hörməti olduğundan

başqa cür hərəkət edə bilmirdi. Belə-belə aylar, günlər

gəlib keçirdi. Bu ara ona bir məktub verdilər. Məktub evə

gəlmişdi. Şəyirdi Xanlar məktubu gətirib ustadına verdi,

məktub Xatundan idi. Azaflı naməni sevincək açıb oxudu.

Birdən onun üzünü elə qəm bürüdü ki, məclis əhli də

bunu duydu. Xatun yazırdı:

Payız keçib, qış yetişib, yaz gəlib,

Bağça-bağda bülbül zarı görünməz.

Çıxdın seyrangaha min həvəs ilə,

Bu könlümün vəfadarı görünməz.

Vədə verib məndən uzaq gəzənim,

Məclis qurub sözü-sözə düzənim,

Mən necə şad olum, necə bəzənim,

Gülşənimin xan sərdarı görünməz.

Xatun deyər, görən gözüm ağlayır,

Dindirməyin, dildə sözüm ağlayır,

Ayrılıqdan canda dözüm ağlayır,

Dözülməzdir, könül yarı görünməz.

Azaflı sazı çalıb elə yana-yana oxuyurdu ki, bütün

məclis əhlini vəcdə, heyrətə gətirmişdi. O, Xatunlu bir

aləmdə idi. Şair qəlbi sözlə dolmuşdu. Şəyirdinə işarə etdi

ki, dəftər-qələm gətirsin, dediyini yazsın. O, sazı sinəsinə

basıb, görək bədahətən necə dedi:

Gəl pərişan olma, vəfalı Xatun,

349

Səndən ayrı üz gülməzdir, üz gülməz.

Düşəndə yadıma yanır həyatım,

Yar həsrəti dözülməzdir, dözülməz.

Mən aşiqəm diyar- diyar gəzərəm,

Saz tutuban sözü-sözə düzərəm,

Xəyalımla can evimi bəzərəm,

Sənsiz misram düzülməzdir, düzülməz.

Vəsfini eylərəm min aya, günə,

Ayrılıq salmasın eşqi düyünə.

Azaflının hakim oldun könlünə,

Qəlbim səndən üzülməzdir, üzülməz.

Söz tamam oldu. Məclis əhli yerbəyerdən «Sağ ol,

aşıq, Allah sənin murazını versin», - dedilər. Məclis

qurtarandan sonra Azaflı Xatuna yazdığı məktubu

Xanlara verib dedi:

- Apar məktubu yola sal, gəl.

Bəli, Azaflı ellərin toy-düyünlərini belə yola verirdi.

Onun səsi-sədası, eşqi, sevdası bütün mahala yayılmışdı.

Bir gün yenə ustadı Yusiflə toydan evə qayıdırdı. Yolda

ustadı dedi:

- Oğlum, daha bəsdir, get öz toyunu eylə,sonra da

ellərin toyunu edək. O sənin yolunu gözləyir, gör neçə

vaxtlar gəlib keçi, gör ananı razı sala bilirsənmi?

Azaflı dedi:

- Ustad, anam Xatuna razılıq verməyincə,

evlənməyəcəm.

Onlar evə getdilər. Bir qədər dincəlmişdilər ki, ana

dedi:

- Oğlum, Molla Əhməd səni axtarırdı.

Usta Yusif dedi:

- Görən niyə axtarır, toy var ki?

350

Bu vaxt anası Azaflıya dedi:

- Özü də çox hirsli idi, bir məktub verib, al oxu, gör

nə yazıb?

Azaflı ilə ustadı məktubu oxudular. Görək Molla

Əhməd nə yazır:

Nə müddətdir çalışırsan söz üçün,

Hələ çatmamısan başa nə qaldı?

Bir düşərsən kamil ustad əlinə,

Çəkərsən əlindən haşa nə qaldı?

Ucada oturma, qayıdıb enərsən,

Hündürdən danışma, yavaş dinərsən.

Kərkədan yerinə himar minərsən,

Çəkərsən qatırla qoşa, nə qaldı?

Bir söz deyim el içində məzəli,

Yaxın vaxtda toy-nişanın azalı.

Tafqırın boşalıb, belin nəzəli,

Qarnıyın doymağı yovşana qaldı.

Molla Əhməd sözün deyər sənana,

Nəsihətdir anlayana, qanana.

Pişik qalxır, pəncə çalır aslana,

Nəhənglər meydanı dovşana qaldı.

Usta Yusif deyir ki, bu necə olan işdir? Azaflı ərz

edir ki, usta, yəqin kimsə aranı vurubdu, yoxsa o,

havayıdan söz deməz. Usta deyir:

- Məqsədin nədi?

Azaflı dedi:

- Məqsədim deyişməkdi.

Görək Azaflı Molla Əhmədə nə yazır:

351

Əhməd dayı, əzəl salamməleyküm,

Həcvi söz yazmısan cəncəl, a molla.

Mən nə səni, nə sən məni görməmiş

Gəlsən törətməyək cəncəl, a molla.

Dəyirman dönəndə şahadı batar,

İlan baş ağrıyar, yol üstə yatar.

Nanəcib dil açsa yaxşını satar,

Arala köçünü sən gəl, a molla.

Azaflı söz mülkün eylər virana,

Hörmət qoy kəlama, dinə, Qurana,

Şeytan fitnəsilə girsən meydana,

Keçəcək başına çəngəl, a molla.

Namə Molla Əhmədə çatan kimi oxuyub

məzmunundan hali olur. Yaman qorxur, bu vaxt onu

deyişməyə vadar edən adam özünü yetirir mollanın

yanına. Onun qorxduğunu görüb deyir:

- Ay Molla Əhməd, sən həm aşıq, həm şair, həm

molla, həm də alim. Sən gör bir kimdən qorxursan?

Dünən meydana çıxan bir uşaqdan. Qorxma, onu

meydana çağır. Molla ürəklənib görək nə yazır:

Əleyküməssalam, aldım məktubun,

Yaxşı elədim yazdım, gəl-gəl Azaflı.

Deyən şairlikdə çox dotələbsən,

Gəlmək istəyirsən, sən gəl, Azaflı.

Dəyirmançı deyib yekəlik satma,

Görürsən ki yatıb, marı oyatma.

Qocalmış pələngə boş fişəng atma,

Gətirər başına əngəl, Azaflı.

352

Məhf etdi Nəmrudu, bir dənə milçək,

Sən də fəxr eyləmə o Dağyunus tək.

Daşqın bir şairdir, Əhməddən əl çək,

Tap tayını onla tən gəl, Azaflı.

Məktub Azaflıya çatır. Oxuyub məzmunundan hali

olur. Həmin vaxtı ustadı Aşıq Yusifi də götürüb Qovlara

gedir. Məclis qurulur, aşıq ilə molla söz meydanına çıxır.

O zaman aravuran adam da özünü yetirir. Məclisi

hamıdan çox o qızışdırır. Məclisdə ağsaqqallığı o yerin

ən hörmətli ağsaqqalı Abbasəli kişi edirdi. Məclisdə

şairlər də, aşıqlar da, ariflər də, aqillər də, hər yerdən

eşidib bilənlər də iştirak edirdi. Birinci sözü mollaya

verdilər.

Aldı Molla Əhməd:

Qışda çıxma dağ başına, qarı gözlə-gözlə sən,

Doğru yanda əyri demə, şəri gözlə-gözlə sən.

Məğrur olub əl uzatma hər yetənin əlinə,

Pəncə çalar dəstim sıxar, zoru gözlə-gözlə sən.

Molla divanisinə görək Azaflı nə cavab verdi:

Hayıxıb gedir üstünə nəri gözlə-gözlə sən,

Bu dalaşda, bu deyişdə səri gözlə-gözlə sən.

Zəlzələdən daldalanıb, girmə daxma-deşiyə,

Gah irəli, gah sol-sağa, geri gözlə-gözlə sən.

Molla Əhməd:

İstər gəda, istər şah ol, oturanda taxta sən,

Saralarsan heyva kimi əcəl gələn vaxta sən.

353

Elə bil tabut üstə hazırsan qabaqda sən,

Qazıbdılar məzarını, goru gözlə-gözlə sən.

Azaflı:

Bir ayağı amandadır, bir ayağı dardadır,

Ölüm bir haqqın işidir, hələ mənə hardadır?

Ömrün keçib, günün keçib, titrər başın gordadır,

Sorğu-sual qarşısında dəri gözlə-gözlə sən.

Molla Əhməd:

Əhməd deyər yaradan var, dolandırır dünyanı,

Murğu könlüm şəhpər çalır, dövr eyləyir asmanı.

Haqq nəzəri əyri baxsa göydən salar tərlanı,

Ovçu durub bərəsində toru gözlə-gözlə sən.

Azaflı:

Azaflıyam, Xudam verib hər dərdimi ziyada,

Ərşin- gürşün səyyadıyam, getmə mənlə piyada.

Nə öləsən, nə itəsən, bu dəm fani dünyada,

Mənşərətən hey yaşayıb, yeri gözlə-gözlə sən.

Divani deyişmələr başa çatdı, hamı afərin, əhsən

dedi. Bu vaxt ağsaqqal dedi ki, indi də söz Aşıq Mikayıl

Azaflınındır. Bu zaman arada xeyli mübahisə oldu. Azaflı

deyir ki, əzizlərim, aşıq sənətində sözlərin, havaların adı

var. Bütün qoşmaların 52 adı var, havaların isə 102 adı

var. Onun hamısını deməliyik, neçə gun, neçə ay çəkər,

çəksin. Bu sözü eşidəndə molla qorxuya düşür. Öz-özünə

deyir: «Axı mən onların çoxunu bilmirəm. Bu dəfə də söz

mənim olsa, qıfılbənd deyəcəm. Yoxsa bu məni

bağlayacaq, el içində biabır olacam».

354

Molla xahiş edir ki, bu dəfə də sözü mənə verin.

Məclisdəkilər deyirlər ki, Azaflı , qoca kişidir, qoy o

desin. Molla Əhməd fürsəti fövtə verməyib qıfılbəndə

başlayır. O aravuran adam qulağına deyir.:

- Ayə, bərk dur! İsmi-əzəm duası oxu, dilini-ağzını

bağla.

Molla deyir:

- Evim yıxıldı. Mənim evimi sən yıxdın. Bağlamanı

tapsa mən batdım.

Aldı Molla Əhməd:


Dövr edib dünyanı, dolan ətrafın,

Nə üstə qurulmuş, orada nə var?

Əzəl əldən neçə millət yarandı?

Neçəsi əfzəldi, neçə günahkar?

Azaflı dedi ki, biz belə danışmadıq. Divanidən

sonra təcnis olmalıdı. Tez qıfılbənd demək qorxaqlıqı.

Molla Əhməd hər şeyi boynuna alıb dedi:

- Mən o siz deyənləri bilmirəm, bildiyim budur,

cavab verirsən ver, vermirsən özün bil.

Azaflı dedi:

- Ustadlar belə deməyib, bu hesab deyil, ustad yolu

getməliyik.

Molla dedi:

- Mən ustad deyiləm, mollayam. Bilirsən ki, molla

ilə aşıq ləc olurlar.

Azaflı dedi:

- Onda sözünün cavabını al.

Dünya dövrü-dərya, çərxi-cazibə,

Mah üstə qurulub, orada bu var.

Yetmiş iki millət yarandı əzəl,

Beş, yeddi əfzəldir, şeytan günahkar.

355

Hamının gözü Azaflıya dikilmişdi. Onun qalib

gəlməyini istəyirdilər. Beş–yeddinin mənasını soruşdular.

O dedi:

- Beş-pənci əladır, yeddi əfzəl peyğəmbərdir. Onlar

Allahın yanında bütün yaranmışdan əzizdir.

Mollanın özü də bu sualın açılmasına heyran

qalmışdı. Özünü sındırmayıb dedi:

Dolanan gərdişin neçədir pəri,

Neçəsi irəli, neçəsi geri?

Harada qurulur çarxın dəvvarı,

Onun yazısında neçə məna var?

Azaflı:

Dolanan gərdişin on dörddür pəri,

Yeddisi göydədir, yeddisi yeri,

Nil Hüt dəryasında çarxın dəvvarı,

Onun yazısında yeddi məna var.

Molla Əhməd:

Hansı ağac bitti cənnət bağında,

Nə kəlmə yazıldı ərşin sağında?

O nədir ki, olur baş ayağında,

Olan zamanın da mənə ver xəbər.

Azaflı:

Tubb ağacı bitdi cənnət bağında,

Kəlmeyi-şəhadət ərşin çağında.

Buzov uşaq olur baş ayağında,

Sağıb, doğulanda özün bil nə var.

Molla Əhməd:

O kimdir ki, durub cəm-cəmin üstə?

O kimdir kimnən çəkibdi bəstə?

O kimdir deyirlər hey yatır xəstə?

356

Ölüdür, diridir, onda nə sirr var?

Azaflı:

Yaradan durubdur cəm cəmin üstə,

Şeytan Adəm ilə çəkibdi bəstə.

Əli atda Sal-sal hey yatır xəstə,

Gah ölü, gah diri, onda nə sirr var?

Molla Əhməd:

Dörd dərviş quyuya atanda səngi,

İki ovçu ona atır xədəngi.

Altının altıya bənzəri rəngi,

Əhməd deyər bunu eylə aşikar.

Azaflı:

Dörd fəsil bir ilnən etdikcə cəngi,

Ay ilə gün ona atar xədəngi.

Altı ayın, altı aya bənzəri rəngi,

Azaflı sözünü eylər aşikar.

Söz tamam oldu. Əl vuran kim, mərhaba deyən kim,

Azaflını öpən kim, hamı sevinirdi. Söz Azaflıya verildi, o

dedi:

- Divanidən sonra təcnis deyilməliydi. Molla

demədi, qıfılbənd dedi. İndi mən təcnis deyəcəyəm. Dörd

iynə gətirin. İkisi mənim, ikisi mollanın, iynənin birini

dodağın arasına, birini dil ilə damağın arasına qoyub

deyəcəyik. Hamı məəttəl qaldı, iynələri gətirdilər. Molla

bəribaşdan dedi:

- Mən təslim, sən də nə oxuyursan, oxu. Mən

dodağıma, damağıma iynə batıra bilmərəm.

Aldı Azaflı, dodaqdəyməz, diltərpənməz, zindani,

dilsiz təcnis deməyə:

Haqqı ağa, haqqa axa həqiqi,

357

Ac yağı ağıya, a yağa hey-hey.

Yağı qıyı qaya-qaya ax, ahı,

Ahı qıy yağıya ay ağa hey-hey.

Qağa yaxı haya ay, haya-haya,

Axa-axa yeyi ay haya-haya.

Yağı əyə-əyə ay həya-həya,

Ey aqeyi yaxı ayağa hey-hey.

Ay Azaflı ağı yaxı ay, ah, ey

Qah-qah yağı ey hey, ya hey, aya hey.

Yeyi yeyə, yeyi hayə, aya hey,

Ağa, ağa, ağa, ay ağa hey-hey.

Azaflı hər bəndin mənalarını da dedi.

Molla dedi:

-Mən bilənlərdən desin. Belə təcnis eşitməmişəm.

O mollanın adamı da çox etiraz elədi ki, Azaflı da

qırılbənd desin. Bu nədir, adamın dili də tutmur.

Aldı Azaflı:

Bir hakim əyləşib iki taxt üstə,

Beş min üç yüz otuz birinnən dərdi bir.

Dördü min üç yüz otuz vəzir, vəkili,

Üç yüz altmış yüz səksəni gördü bir.

O nədir ki, iki yeddi rəngi var?

Bir vərəq üstündə min bir şah yaşar.

Dörd, on dərya gördün alnından daşar,

Qırxı beşdir, beşi dörddür, dördü bir.

Azaflı ilhamı sehri-baratdı,

Dərd piyada, ərən göründü atdı.

Min doqquz yüz yarə məni qocaltdı,

Səkkiz şahın doqquz taxtda yurdu bir.

358

Söz tamam olan kimi Aşıq Yusif, Abbasəli kişi və

bir neçə arif, aqil Azaflını bağrına basıb öpdü. Molla

Əhməd də öpdü və dedi:

- Oğlum, afərin zəkana, ilhamına, təbinə, hər zaman

zehnin artıq olsun!

O, Aşıq Qəhrəmanı göstərib dedi:

- O məni aldadıb səninlə deyişdirdi, mərdimazara

Allah lənət etsin! Məni bağışla!

Bəli, bu vaxtı Aşıq Qəhrəman ayağa qalxıb dedi:

- Bu hekayətin, bu deyişmənin qəhrəmanı mənəm,

mən olmasaydım bu yaranmazdı. Təşəkkürü mənə verin

ki, bunları mən deyişdirdim. Bunun adı «Molla-aşıq

hekayəti» kimi qalsın.

Döyran qurtardı.

İndi sizə kimdən deyək Narınc Xatundan. Narınc

Xatun Azaflıdan ayrılandan sonra gözündə bir dünya,

könlündə bir aləm Muğana gəldi. Elə bil Muğan da

gözündə dəyişmişdi.

Azaflının xəyalı bir an da olsa onu tərk etmirdi.

Ceyran bulağındakı o görüş anları və birdən-birə

gözlənilməyən bu ayrılıq Xatunun qəlbində möhnətə,

həsrətə dönmüşdü. Günlər, aylar gəlib keçirdi. Azaflıdan

heç bir xəbər yox idi. Ancaq Xatun yenə də onun yolunu

intizarla gözləyirdi. Bəzən də fikirlər içərisində dəlicəsinə

sarsılırdı: «Axı o, nişanlıdır. Anası mənim kimi sənətkar

qızla evlənməyinə razı olmaz». O, şübhələr içərisində

boğulsa da sevdiyindən ümidini üzmürdü. Çünki onun

Azaflıya olan məhəbbətinin həddi-hüdudu yox idi. O,

bəzən göz yaşları töküb deyirdi: «Əzizim, qəmin də,

möhnətin də mənə şirindir. Əgər bu şübhələr olmasaydı,

mən sənin məhəbbətinlə yüz ömür yaşardım». Belə

qəmlər içərisində donub qalan Xatun könlü vüsal

həsrətində görək nə dedi:

359


Bahar olub ətirləndi

Çiçəklərin yanağında.

Şerə dönüb sətirləndi

Nəğmələrin dodağında.

Zirvələrdə duman oldum,

Quzeylərdə donan oldum,

Bir susmayan kaman oldum

Aylar, illər sorağında.

Xatun, yardan uzaq düşdün,

Yollarına çıraq düşdün,

Gözü yaşlı bulaq düşdün

Hicranların qucağında.

Heç nədən təsəlli tapmayan Xatun intizar günlər

keçirirdi. Bir gün Azaflının və Xatunun Kəlbəcərli dostu

Əli Qarabağdan dövlət işi üçün Muğana gəlir. Deyir

gedim Xatunla görüşüm. Gəlir Xatunla görüşür, onu çox

pərişan görür. Əli deyir:

- Bacı, gözümə birtəhər dəyirsən, Azaflıdan nə

xəbər var? Xatun Azaflının nə səbəbdənsə gəlmədiyini

deyir. Qəlbi yar gileyində görək Xatun nə dedi:

Arif insan Əli qardaş,

Günlər çəkib dara məni.

Sənsən hər sirrin şahidi,

Qoyma yanım nara məni.

Bu sirrimi necə danım,

Ondadır canım, cahanım.

Sən o Tanrı, o imanın,

Yetir, yetir yara məni.

360

Xatunam eşqə diləndim,

Söz kövhərinə bələndim,

Bircə sözə pünhan gəldim,


Söylə sitəmkarə məni.

Əli dedi:

- Xatun, Azaflı ilə sən mənə canımdan əziz

adamlarsız, yolunuzda hər əziyyətə dözməyə hazıram.

Mən Qarabağa qayıdıb, oradan da Şəmşəddin mahalına

getməliyəm. Xatun bir qədər etiraz etdi ki, getmə. O, dedi

ki, getməliyəm. Bu hal məni karıxdırıb. Görüm ona nə

olub, bəlkə başında bir hadisə var.

Xatun dedi:

- Bu naməni də ona verərsən.

Əli naməni alıb, Xatunla görüşüb yola düşdü. O,

Qarabağa, oradan da Şəmşəddin mahalına getdi.

Əli o vaxt Şəmşəddin mahalına gəlib çıxır ki, Azaflı

neçə gündür Molla Əhmədlə deyişmədədir. Əli tanışlıq

vermədən məclisin gur yerində oturub işin axırını

gözləməli olur. Məclis qurtaran kimi Əli ayağa durdu.

Azafli ilə görüşüb-öpüşdülər. Sonra Azaflı ustadı Yusifi,

dostu Əlini götürüb evlərinə gəldi. Oturub yeyib-içəndən

sonra Əli Muğana getdiyindən, Xatunu gördüyündən

danışmağa başladı. Azaflı soruşdu ki, onu necə gördün,

əhvalı necədir? Mənim ayağım cidadan, dilim sözdən

qurtarmır. Bilirəm onun intizar qalmağına səbəb mənəm.

Bu vaxt Əli məktubu çıxarıb ona verdi. Dedi:

- O, səni gözləyir, bacar tez get.

Azaflı məktubu oxuyanda ustadı dedi:

- Oğlum, şerdirsə sazla oxu. Qoy Əli də qulaq

assın.

Azaflı sazı sinəsinə basıb oxudu:

Əgər soruşsan Xatunu,

361

Qəlbi ağlar qan, Azaflı.

Şam təki hicrində yannam,

Bir deyən yox can, Azaflı.

Gözdə axan yaş olmuşam,

Qəmlərə sirdaş olmuşam,

Sanki dönüb daş olmuşam,

Olmuşam büryan, Azaflı.

Xatun əldən gedir canı,

Kəsilib səbri, gümanı,

Sənsən təbibi, loğmanı,

Gəl eylə dərman, Azaflı.

Söz tamama yetdi. Amma Azaflı sazı yerə qoymadı.

Daha da coşqunluqla çalırdı. O, elə çalırdı ki, yaşla dolan

gözlərindən qəm tökülürdü. Bunu duyan dostu Əli çox

kövrəldi. Əlini Azaflının çiyninə qoyub dedi:

- Əziz dostum, sən məni kövrəltdin, indi şahidi

oldum ki, sən də onu sevirsən.

Azaflı dedi:

- Qulaq as gör nə deyirəm:

Mənim ürəyimdə o mehri-mahım

Cahan bir yanadır, o bir yanadır.

Səmada ulduzum, günəşim, ayım,

İnan, bir yanadır, o bir yanadır.

Həsrətdən çəkirəm dərdi, yamanı,

Fəryadı, naləni, ahı, amanı.

Ömrümə verməyə hökmü, fərmanı

Zaman bir yanadır, o bir yanadır.

Odur kainatım bu kainatda,

Sevdi Azaflı da sehri-baratda.

Dünya aləmində mülki-həyatda

362

İnsan bir yanadır, o bir yanadır.

Söz tamam olanda Əli Azaflını bağrına basıb dedi:

- Dostum, indi fikrin nədir?

Azaflı dedi:

- Sabah Muğana yola düşməliyəm. Daha qala

bilmərəm.

Əli dedi:

- Mən də səninlə gedirəm.

Belə söhbət etdikləri vaxt ana içəri girdi. Oğlunu və

Əlini bikef görüb, təəccüblə onlara baxdı. Azaflı anasına

dedi:

- Ana, mən sabah Muğana gedirəm.

Ana şübhə içərisində dedi:

- Oğlum, toyların belə çox vaxtında Muğanda nə

işin var? Bir də ki, sənin toyuna hazırlıq görürük.

Azaflı dedi:

- Yox, ana, mən mütləq Muğana getməliyəm.

Ana daha heç nə deməyib, pərt halda otaqdan çıxdı.

Azaflı gecəni belə açdı. Səhər dostu Əli ilə birlikdə

Muğana yola düşdülər.

Həmin günün axşamı Gəncədə qonaq qaldılar.

Azaflının gəldiyini eşidən şairlər, aşıqlar, onun başına

yığıldılar. Molla Əhməd əhvalatı necə olmuşdusa, onu

nəql etdirdilər. Sonra xahiş etdilər ki, aramızda böyük

mübahisə var. Gərək bizə bir təcnis gəraylı, çığalı

gəraylı, təxmis gəraylı oxuyasan. Azaflı dedi:

- Məni imtahanmı edirsiniz?

And içdilər ki, yox, yalnız bilmək istəyirik.

Azaflı dedi:

- Yeddi gəraylı forması var. Siz deyənləri oxuyum,

qulaq asın.

TƏCNIS GƏRAYLI

363

İnsan oğlu, hörmətini

Saxla namus, qan ar, qan ar.

Kamil sənət qiymətini

Eldən alar qanar-qanar.

Namərd qəlbə al, çax deyər,

Ucalara alçax deyər,

Alçax sözü alçax deyər,

Yaralarım qanar-qanar.

Azaflıyam bir yarım çıx,

Ürəyimi bir yarım çıx.

Bir bədəsil, bir yarımçıx,

Çətin-çətin qanar-qanar.

Söz tamam oldu. Hamı xahiş etdi ki, bu təcnis

gəraylını de yazaq. Hamı qələm götürüb, ikinci cığalı

gəraylını yazmağa başladı:

Dönük çıxsa yar aşiqə,


Ürək yanar, dil qan ağlar,

Yaradan ol yar aşiqə.

Vəfasız yar


Könül talar

Oda qalar,

Alovlanar, gül qan ağlar.

Əsil aşiq müdam yanar,


Əhvalını qanan qanar.

Şər axtaran haqqı danar,


Qopar mənşər,

Dava düşər,


İnlər bəşər,

364


Çərxi sınar, il qan ağlar.

Azaflının saf niyyəti

Ürəyində məhəbbəti.


Dostuma var sədaqəti,

Ədaləti,


Həqiqəti,

Şərafəti,

Zalım talar, el qan ağlar.

Söz tamam oldu. Hamı «mərhəba, əhsən» dedi.

Xahiş etdilər ki, de, bunu da yazaq.

Azaflı üçüncü təxnis gəraylını deməyə başladı:

Qəlbi daş, qəm ürəyini

Oyanmadı, oyanmadı,

Qəlbi daş, qəmu rəyimi

Oy anmadı, oy anmadı.

Yandı canım, oda yandı,

Yandı canım, oda yandı,

Yandı canım, o dayandı,

O yanmadı, o yanmadı.

Azaflı o yatdı, yatdı,

Azaflı oy atdı, yatdı.

Azaflı oyatdı, yatdı,

Oyanmadı, oyanmadı.

Onlar Azaflıdan çox razı oldular, onun

sənətkarlığına heyran qaldılar. Ona uzun ömür, cansağlığı,

uğurlu yollar arzuladılar. Məclis çox yaxşı keçdi.

Qonaqlar şad-xürrəm ayrıldılar. Azaflı isə gecəni orada

qalıb, səhəri dostu Əli ilə Muğana yola düşdü.

365

Aşıq Azaflı dostu Əli ilə yola düşməkdə olsun, indi

sizə kimdən xəbər verim Muğan qızı Narınc Xatundan.

Gözləri yolda, qəlbi intizarda ümidini itirmiş Xatun

hər şeyə biganə qalmışdı. Bu sıxıntılar, bu şübhələr

Xatunu necə də dəyişdirmişdi. Onun göz yaşları

qurumurdu. Muğana bahar gəlmişdi. Təbiətin vurğunu

olan Xatun elə bil çox sevdiyi güllü-çiçəkli Kürün

sahillərindən də küsmüşdü. Evdən heç bir yana çıxmırdı.

Rəfiqələri bilirdi ki, Xatun baharın vurğunudur. O, yaz

vaxtları gəzməyi sevir. Odur ki, qızlar yığma qoydular ki,

sabah Kür üstünə gəzməyə gedək. Səhəri qızlar yığılıb,

Xatunu da götürüb Kür üstünə getdilər. Onlar körpüyə

yaxınlaşıb güllü-çiçəkli bir yer seçdilər. Kilim-palaz

döşədilər. Samavara od saldılar. Gətirdikləri naz-neməti

süfrəyə düzdülər. Onlar əylənib, yeyib-içdilər. Çal-çağır,

hay-haray səsləri Kürün sularına qarışaraq qayalarda əks-

səda verirdi. Bu məclisdə bircə Xatun gülüb-danışmırdı.

O, sakit, fikirli dolanırdı. Xatunun belə görən qızlar onu

araya aldılar, dedilər:

- Xatun, niyə gülüb-danışmırsan? Xeyli vaxtdır səni

pərişan görürük. Bizi bu sirdən agah elə. Nədir səni belə

sıxan?

Xatun qızları belə mehriban görəndə görək göz

yaşları içində nə dedi:

Xanım qızlar, soruşmayın halımı,

Büryan olub qəmdə canım, ağlaram.

Susubdur ilhamım, tuti zəbanın,

Pərişandır can-cahanım, ağlaram.

Bir Yusif misalli, Yüsifi-Kənan,

Cəfai-eşqində eyləyib büryan.

Verdim Züleyxa tək varımı qurban,

Gedib əldən şövkət-şanım, ağlaram.

366

Bu gizli dərdimi yazım haraya,

Seyrəqublar şüvən salıb araya.

Ah çəkmədən özüm döndüm ah-vaya,

Yetməz əlim, yox amanım ağlaram.

Xatunam alıbdır kədər-qəm məni,

Bürüyübdür duman məni, çən məni,

Soran olsa deyin bəxti kəm məni,

Gedibdir sultanım, xanım, ağlaram.

Söz tamam olanda qızlar dedi:

- Xatun, qəm çəkmə, görünür o oğlan sənə vəfasız

çıxıb. Sən isə onun yolunda göz yaşı tökürsən.

Xatun dedi:

- O, vəfasız deyil, mənim taleyim belə gətirdi. Anası

ona öz qohumunu almaq istəyir. Mən isə sadə, sənətkar

qızam. Deyir sənətkar qızdan ana olmaz. Xatun belə

deyəndə öz taleyinə acıdı. Görək nə dedi:

Görüb bu dünyanı duyduğum gündən

Ulduzlu səmalar, ay mahım oldu.

Möhnəti-sevdaya düşdüyüm gündən,

Xəyallar, duyğular pənahım oldu.

Yandım bu sevdada şirin-şirin mən,

Zöhrə oldum, Leyli oldum, Şirin mən.

İçdim yarın qəhrin şirin-şirin mən,

Dövlətim, cəlalım, qəm ahım oldu.

Xatunam, dünyanı duydum dərindən,

Axır göz yaşlarım dərdi-sərimdən.

Nadan tənəsindən, nadan şərindən

Söz tutmaq, söz qoşmaq günahım oldu.

367

Xatunun yaxın rəfiqəsi Məlahət onu qucaqlayıb

dedi:

- Xatun can, əzizim, saz tutmaq, söz qoşmaq gunah

iş deyil. Onu sənə Tanrı bəxş edib. Qoy o Tanrı sənin

sevgilini də sənə yetirsin. Qızlar hamısı yerbəyerdən amin

dedilər. Bu vaxt qızlardan biri, gözəl səsi olan Briliyant

Xatundan izn istəyib dedi:

- İcazə ver, sənin sözlərindən birini oxuyum.

O istəyirdi Xatunun ürəyi açılsın. Qızlar

yerbəyerdən: «Oxu, ay qız, oxu», - dedilər. Briliyant sazı

sinəsinə basıb oxudu:

Mən elimin aşiqiyəm,

Demərəm ki, yorulmuşam.

Həqiqətin cövhərindən,

Məhəbbətdən yoğrulmuşam.

Gör nələr var harayımda,

Təcnisimdə, gəraylımda.

Dədə Ozan hər boyunda

Axıb-axıb durulmuşam.

Xatun, eşqin tükənməzdir,

Zirvələrdən enilməzdir.

Söz vüqarım yenilməzdir,

Çünki elə vurulmuşam.

Hamı qızlar ona: «Afərin-afərin, nə gözəl oxudun»,-

söylədilər. Əl-ələ verib gülüşdülər. Gah da bir-birnə gül-

çiçək atdılar. Bunların belə şən vaxtlarında diribaş

qızlardan biri dedi:

368

- Ay qızlar, bir ora baxın, iki nəfər kişi bizə sarı

gəlir. Odur ey, körpüdən duşdulər aşağı. Düz bizə sarı

gəlirlər. Biri deyəsən aşıq libasındadır.

Hamı körpü tərəfə baxdı. Birdən Xatun dedi:

- Aman Allah, olmaya bu Azaflıdı?

Bir də baxdı: «Azaflıdı, Azaflıdı», - deyib ona sarı

getdi. Qızlar məəttəl qaldılar. Azaflı da iti addımlarla ona

sarı gəlirdi. Bunlar bir-birinə çatanda Xatun hörmət

əlaməti olaraq ona sarı əyildi. Azaflı isə tez onun

qollarından tutub öz bərabərinə qaldırdı, Xatunun

gözlərinə baxdı. Bu an Xatun tutularaq ondan geri çəkildi.

Sevincdənmi, gileydənmi göz yaşları üzünə axdı. Kövrək

səslə görək Azaflıya necə «Xoş gəldin» deyir:

Tanrım nicat qıldı mənə,

Cövrü- məlalım , xoş gəldin!

İnanmıram gözlərimə,

Halım, əhvalım, xoş gəldin!

Xatun belə deyəndə Azaflı sazı sinəsinə basıb dedi:

Yarım, nədir giley-güzar,

Gileyinə qurban gəldim.

Tükənibdi səbri-qərar,

Oldum sənə heyran, gəldim

Xatun:

Əzəl gündən mehri-meylim,

Şirin sözüm, qəm gileyim,

Gəlişinlə bilməm neylim,

Cahı-cəlalım, xoş gəldin.

Azaflı:

Gözləri qəmlə dolanım,

369

Ürək verib, can alanım,

Məni odlara salanım,

Çəkdim ahı-fəğan, gəldim.

Xatun:

Ey dünyanın bəxtiyarı,

Aldın məndən ixtiyarı.

Götür sazı, dinlə yarı,

Bülbül nəvalım, xoş gədin.

Azaflı:

Küskün baxma, ey dürr dəhan,

Aşıq gəzər cahan-cahan.

Həsrətinlə yandım pünhan,

Keçdim boran, tufan gəldim.

Xatun:

Xatun deyər xaqanım sən,

Yerim, göyüm, cahanım sən,

Amanım sən, gümanım sən,

Küllü mahalım, xoş gəldin.

Azaflı:

Azaflı sən gülə qurban,

Döndü bağrım külə, qurban.

Gileylənmə elə qurban

Tovuz, Gəncə, Muğan gəldim.

Söz tamama yetdi.Qızlar da, Azaflının dostu Əli də:

«Allaha çox şükür ki, hər iki aşiq görüşə bildi»,- deyə

sevindilər. Nədənsə Xatun yenə kədərli görünürdü. Azaflı

öz-özünə dedi: «Sevinməkdənsə nə üçün kədərlidir?».

Odur ki, sazı sinəsinə basıb, dübarə görək nə dedi:

370

Dolma bulud kimi, a mehribanım,

Bir danış, sözunun fədası gəldim.

Döndərmə üzünü, şahım, sultanım,

Olmağa gözünün fədası gəldim.

Sevda həsrətindən yorğun olmuşam,

Möhnətdən bulanıb, durğun olmuşam,

Söylə, o dillərə vurğun olmuşam,

O günəş üzünün fədası gəldim.

Azaflıyam, qəmdən alasan məni,

Can deyib canına cala sən məni.

Qəlbinin oduyla qala sən məni,

Qoy yanım, gözünün fədası gəldim.

Bu dəfə Xatunun baxışlarından sevinc, şadlıq duyan

Azaflı dübarə beşlik gəraylı ilə görək nə dedi:

Gəlmişəm mehman,

Can sənə qurban.

Çəkmişəm hicran,

Sənin eşqindən.

Gəzdim dərində,

Dağlar sərində.

Qəmlər qəhrində,

Sənin eşqindən.

Yanmışam oda,

Gəl yetiş dada.

Gəzdim dünyada

Sənin eşqindən.

Dərmədim güllər,

Vermədim dillər,

371

Dolandım ellər,

Sənin eşqindən,

Azaflı təbin,

Titrəyir ləbim.

Alışdı qəlbim

Sənin eşqindən.

Söz tamam oldu, Xatun qonaqları evlərinə dəvət etdi.

Onlar deyə-gülə evə gəldilər. Ata-ana qonaqları çox

səmimi, hörmətlə qarşıladılar. Xatunun anası Kəlbəcərdən

Azaflı ilə qızının bir-birini sevdiklərini bilirdi. O haqda da

ərinə xeyli söhbət etmişdi. Ona görə Xatuna nə qədər elçi

gəlsə də qızının fikrini bilib gələnlərə yox demişdi.

İxtiyarı Xatunun özünə vermişdilər. Ata-ana bu gələn

qonaqların şərəfinə məclis düzəltdi. Yeyib-içəndən sonra

Əli dostuna dedi:

- Aşıq Azaflı, qızlar bir sifariş verib, deyirlər bugünkü

gün nə günüdür? Aşıq qardaş sazla desin.

Azaflı sazı köynəkdən çıxarıb, fikri Xatunda ola-ola

görək nə dedi:

Sevdamın dünyası, ey qibləgahım,

Mehriban görüşüm, mehrac günümdür.

Yetişdin dadıma, ey mehri mahım,

Səndən ayrı günüm tarac günümdür.

Həmdəmim olmasın xəyal görüşün,

Ürəyimdə minbir sual görüşün,

Əbədi mənimlə vüsal görüşün,

İntizar qəlbimə əlac günümdür.

Sən cansan Azaflıya sən indən belə,

Duram qulluğunda mən indən belə,

372

Keçsin günlərimiz şən indən belə,

Yarın yara sevinc, sirr aç günüdür.

Aşıq Azaflıdan bir də xahiş etdilər ki, həqiqətlə

bağlı bir söz desin. Azaflı: «Baş üstə» -deyib sazı sinəsinə

basdı:

İnsanlığın hər qanunu gözəli,

Həqiqətdir, həqiqətdir, həqiqət.

Düz dostluğun etibarı, təməli

Sədaqətdir, sədaqətdir, sədaqət.

İlham olur çaylar kimi çağlayan,

İstəməyə dərd-qəm çəkib ağlayan,

Qəlbi qəlbə, gözü gözə bağlayan

Məhəbbətdir, məhəbbətdir, məhəbbət.

Mötəbərdir, elə verən çörəyi,

Əsil odur, şəfa xeyrin gərəyi.

Yaxşılığın, ibadətin ürəyi

Səxavətdir, səxavətdir, səxavət.

Xoşdur canı haqq yolunda üzdüyüm,

Ucalmasın əməlindən bezdirim.

Azaflıyam, dünya üçün gəzdiyim

Ədalətdir, ədalətdir, ədalət.

Söz tamam oldu. Qonaqlar Azaflıya minnətdarlığını

bildirib, çox sağ ol deyib, görüşüb getdilər.

Azaflı ilə Xatun isə çıxdılar bağa gəzməyə. Onlar

gəlib bağın sakit bir guşəsində əyləşdilər. Gülün-çiçəyin

ətri, bülbüllərin səsi bütün bağı bürümüşdü. O gecə elə

füsunkar, elə gözəl idi ki, dilnən demək çətindi. Azaflı ilə

Xatunun sevinci, şadlığı yerə-göyə sığmırdı. Danışdıqca

sözləri, söhbətləri tükənmirdi.

373

Azaflı dedi:

- Əzizim Xatun, sənə dediyim kimi mən sabah

mahala yola düşürəm. Gedib necə olur-olsun anamı da bu

işdən razı salacam. Elimizin adəti ilə atanın qapısına

gələcəm. Sən bunu bil ki, mənim həyatım yalnız və yalnız

səninlə xoşbəxt olacaq. Qoy taleh bizə yar olsun.

Xatun dedi:

- Qoy tale bizi bir daha ayrılıqla sınağa çəkməsin.

Əzizim, indi mən bu sənli anların sevincində elə itib-

batmışam ki… Bu özü xoşbəxtlik deyilmi ?

Xatun bu hal ilə görək nə dedi:

Xoşbəxtlərin xoşbəxtiyəm,

Mənim yarım, mənim yarım.

Aldın məni qəm-möhnətdən,

Mənim yarım, mənim yarım.

Mətanətin enməz oldu,

Sədaqətin dönməz oldu,

Məhəbbətin sönməz oldu,

Mənim yarım, mənim yarım.

Ayrılığın nə yamandı,

Sənsiz könlüm bir virandı.

Xatun deyər bir cahandı

Mənim yarım, mənim yarım.

Söz tamam olanda Azaflı gülə-gülə Xatunun

əllərindən tutub dedi:

- Xatunum, mehribanım, sənsən mənim ömrümün

mənası, könlümün dünyası. Qulaq as, gör nə deyirəm.

Aldı yeddi qafiyə muxəmməslə görək nə dedi:

Mehribanım, din-imanım,

Canım, qanım, qurban olum.

374

Şahım, xanım, xanimanım,

Fikrim, anım, qurban olum.

Can cahanım, asimanım,

Şöhrət-şanım, qurban olum.

Həm loğmanım, həm dərmanım,

Şəfakanım, qurban olum.

Sənət eşqim, məhəbbətim,

Qibləm, Kəbəm, ziyarətim,

Yaz-baharım, təravətim,

Min aləmim, təbiətim,

Saf diləyim, sədaqətim,

Ömrə, günə dəyanətim,

Arzum, sevgim, mehr, ülfətim,

Sübhüm, danım, qurban olum.

Camalındır nur ziyalı,

Qaşlarındır ay hilalı,

Yanaqların dan boyalı,

Güldən gözəl gül camalın.

Hər kamaldan var kamalın,

Təb dəryası, zər amalı,

Bir baxışın min can alır,

Söz qananım, qurban olum.

Telin dəyər yüzlərinə,

Fəda olum gözlərinə,

Şirin-şirn sözlərinə.

Yandım aman gözlərinə

Nur çilənib üzlərinə,

Necə dözüm dözlərinə

Düşdüm sevda düzlərinə

Dürr məkanım, qurban olum.

Gələ-gələ Azaflını,

Gətir dilə Azaflını,

375

Gülə-gülə Azaflını,

Gövhər-lələ Azaflını,

Dünya bilə Azaflını,

Saxla elə Azaflını,

Xatun Banum, qurban olum.

Səhərlər üzünüzə xeyirliklə açılsın. Səhər oldu.

Azaflı, Xatun və onun ata-anası ilə görüşüb, böyük ümid

və arzularla Əli dostu ilə yola düşdü.

Yolda Azaflı Əliyə dedi:

- Mənim fikrim qətidir. Necə olur-olsun, anamı bu

işdən razı salmalıyam.

Əli dedi:

- Bu barədə ananla danışacağam. Darıxma, dostum,

sənin bu işini yoluna salmayınca Qarabağa getməyəcəm.

Onlar bu məqsədlə, bu arzu ilə gəlib Şəmşəddin

mahalına çatdılar. Azaflı kənardan gördü ki, həyətlərində

çadır qurulub. Çox təəccübləndi. Əliyə dedi:

- Bu nə çadırdır bizim həyətdə? Görəsən nə

olubdur? Olmaya anamın başında bir iş var?

Hər ikisi evə yaxınlaşdı. Gördülər çadıra qırmızı

xələtlər bağlanıb. Azaflı özünü itirmiş halda həyətə girdi.

Bu vaxt ana onları gülə-gülə qarşıladı:

- Xoş gəlmisən, oğlum, yaxşı vaxtda gəlmisən.

Azaflı elə tutulmuşdu ki, cavab verə bilmədi, ancaq

onu deyə bildi ki, ana bu nə işdir mənim başıma gətirdin?

Anası dedi:

- Oğlum, de nə vaxta kimi gözləyəcəkdim? Gördüm

o yan-bu yan edirsən, mən də belə elədim. Gəlini

gətirmişəm, sabah toyundur. Oğlum, mən el içində rüsvay

ola bilməzdim.

Azaflı heç nə deyə bilmədi, çıxılmaz vəziyyətdə

qalmışdı. Nə edə bilərdi? Gözləri yaşla dolan Azaflı

376

heyrətə gəlmişdi. Bu vaxt Əli onun boynunu qucaqlayıb

dedi:

- Sakit ol, dostum, özünü ələ al, qismət belə imiş.

Azaflı dedi:

- Mən necə sakit olum? Anam məni məhv etdi.

Ürəyi od tutub yanan Azaflı görək nə dedi:

Gəl mənə qəm çəkmə deyən dostlarım,

Könlümün gülşəni solub, ağlaram.

Gözü yolda qaldı o mehri-mahın,

Məhəbbətim talan olub, ağlaram.

Şadlığım özgənin, qəm mənim oldu,

Talehin mürvəti, qəm qənim oldu.

Öz bəxtim, yığvalım düşmənim oldu,

Canımı qəm-hicran yorub, ağlaram.

Azaflıyam, həsrət qaldı mələyim,

Fəna getdi şirin arzu-diləyim,

Od tutub alışır, yanır ürəyim,

Gözlərim qan yaşla dolub, ağlaram.

Azaflının toyu heç bir toya bənzəmirdi. Onun

toyuna hər yerdən, hər mahaldan xanəndələr, şairlər,

aşıqlar gəlmişdilər.

Toya təşrif gətirən sənətkarlar hamısı bir-bir söz

deyib oxudular. Toyun duvaqqatmasını xahiş etdilər ki,

özü desin. Görək Azaflı bağlı qafiyə müxəmməsilə nə

dedi:

Talehimə belə yazdı,

Düşdü hicran, həsrət mənə.

Aşiq oldum sözlü-sazlı,

Həmdəm oldu möhnət mənə.

377

Ayağımdan fələk qazdı,

Əzab verdi zülmət mənə.

Heç bilmirəm qışdı, yazdı,

Hücum etdi afət mənə.

Veran qəlbim beymurazdı,

Çulğaladı dəhşət mənə.

Məhəbbətin peyman andı

Oldu tarmar, gətirmədi.

Aşıq ağlar sinə qandır,

Bəxtim şikar gətirmədi.

Ömrüm, günüm, canım yandı,

İlim bahar gətirmədi,

Həyat çarxım tərs dolandı,

Arzum nigar gətirmədi,

Yaralarım yaralandı,

Yox kimsədən ülfət mənə.

Leyli-Məcnun, Şirin-Fərhad,

Mən onlardan betər oldum.

Xumar-Sənan, Vərqa-Gülşad,

Kənanlardan betər oldum.

Əsli-Kərəm çəkdi fəryad,

Yananlardan betər oldum.

Sarı Aşıq o beymurad,

Amanlardan betər oldum.

Vurğun, Məftun oldumu şad,

Ondan düşdü qismət mənə.

Dünya, səndən nə kam aldım,

Can canandan ayrı düşdüm?

Şad könlümü daşa çaldım,

Din -imandan ayrı düşdüm.

Qəm dəryada tənha qaldım,

Mehribandan ayrı düşdüm.

378

Niskilimi oda sadım,

Şadimandan ayrı düşdüm.

Azaflıyam ağlar qaldım,

Yar olmadı qismət mana.


UŞAQ FOLKLORU

379

NAZLAMALAR

Səni verənə qurban olum,

Könül görənə qurban olum.

Mən demişdim xoruz ver,

Fərə verənə qurban olum.

Başına dönüm, döndərim,

Səni Şəkiyə göndərim,

Sən Şəkidən gələnəcən,

Özümü daşa döndərim.

Süd dibi, qatıq dibi,

Qadaların alsın bibi.

Süd yala, qatıq yala,

Qadaların alsın xala.

Öyüm-eşiyim, hədiyim,

Allahdan dilədiyim,

Qaraçıdan qapdığım,

Hax yolundan tapdığım.

Dəyirman altı qabax,

Yarpağı tabax-tabax.

Nəvəmə bir qız sevəcəm,

Uzunboy,açıx qabax.

Nənəsi qurban balasına,

Odunu yığsın şələsinə,

Gətisin versin nənəsinə,

Nənəsi də bir kökə salsın.

Pişiyim-pişiyim bağdəsər,

Eşiyə çıxma, yel əsər.

380

Taxçada pendir,

Qaç onu yendir.

Əmim oğlu sənmisən,

Sən məni bəyənmirsən?

Eləsinə gedərəm,

Sən onun nökərisən.

Əzizinəm əzəl sən,

Sən hər güldən təzəsən.

Allahdan arzum budu,

Tuppulu-tuppulu gəzəsən.

Qızım qızlar içində,

Əyrisi yox qıçında,

Qızıma elçi gələcək

Gələn ayın üçündə.

Ay balaca oğlan,

Bazarda tullan,

Qoy qızlar görsün,

Dərdindən ölsün.

Qızım, qızım

Qızlar ağası,

Başında var

Tomağacı.

Balam yaraşıqlıdı,

Qəndə bulaşıqlıdı.

Ay qara milçək,

Balamdan əl çək.

Əzizinəm əzəl sən,

Sən hər güldən təzəsən,

381

Allahdan arzum budu,

Tuppul-tuppul gəzəsən.

Balama qurban iki kişi,

Biri fəsəli, biri pişi.

Xoyluda Salman kişi,

Şadılıda Həvil kişi.

Xırmançı vurar qıçına,

Yıxılar arxın içinə.

Arxın içi çiçək olar,

Balam hamıdan göyçək olar.

Ağacın göyü, qadan alım,

Dibinin şöyü, qadan alım.

Gözümü sənə dikmişəm,

Tezcə böyü, qadan alım.

382

DÜZGÜLƏR

BİBİLİ QOZ

Bibili qoz, ay bibili qoz,

Nənəm gətdi iki qoz,

Biri ala, biri boz.

Mindim bozun boynuna.

Getdim Urum yoluna,

Urum yolu dərbədər,

İçində meymun gəzər.

Meymunları ürkütdüm,

Qulaqlarını qırpıtdım.

Yolda gəzən xocalar,

Vurdu qolum qırıldı.

Qolum qazanda qaynar,

Oğlaq yanımda oynar.

Oğlağı vurdum yerə,

Yer mənə yemlik verdi.

Yemliyi verdim tata,

Tat mənə darı verdi.

Darını verdim quşa,

Quş mənə qanad verdi.

Qanaddandım uçmağa,

Haqq qapısın açmağa.

Haqq qapısı açıqdı,

İçi dolu palçıxdı.

383

A NƏRGİZƏ, NƏRGİZƏ

A Nərgizə, Nərgizə,

Bir qaşıq götür,

Gəl bizə,

Biznən gedək Tiflisə.

Tiflis yolu bağlıdı,

Nənəmin gözü yağlıdı.

Nənəm qaymaq çalanda

Bir pişik başını buladı.

-A pişik, kimin pişiyisən?

-Həsən bəyin pişiyiyəm.

-Həsən bəyin nəyi var?

-Bir pota inəyi var.

Daram-duram toy gedir.

İçində fayton gedir.

Birində əmim qızı,

Birində dayım qızı,

Birində də rus qızı,

Yanaqları qırmızı.

GET BABADAN PUL ISTƏ

Get babadan pul istə!

Baba dedi:

-Yoxumdu.

- Get nənədən pul istə!

Nənə dedi:

- Yoxumdu.

- Get əmidən pul istə!

Əmi dedi:

-Yoxumdu.

- Get bibidən pul istə!

384

Bibi dedi:

-Yoxumdu.

Get gombuldan pul istə!

Gombul dedi:

-Yoxumdu.

Gombulu partlatdılar,

Zeynəbi oynatdılar.

A SARA XALA

A Sara xala,

Təndiri qala,

Ərin qapıdan girəndə,

Kösöyü götür,

Bizi qovala.

ARAZ GƏLIR

Araz gəlir,

Lil gəlir

Dəstə-dəstə

Gül gəlir,

O gülün birin

Üzəydim,

Загрузка...