Mən aşiq ay camala,

Qərənfiləm, qalxaram,

Yar əldən ay cam ala.

Açılmağa qorxaram.

148

Eşitsəm qardaş gəlir,

Nə dərdim tək dərd olmaz,

Xəstə olsam, qalxaram.

Nə yaram sağalandı.

Bir quş uçdu tüləkdən,

Bu dağlar kömürdəndi,

Qolum sındı biləkdən,

Keçən gün ömürdəndi,

Bizimki belə gəldi

Fələyin bir quşu var,

Çərxi dönmüş fələkdən.

Caynağı dəmirdəndi.

Bostan əkdim xiyarsız,

Əzziyəm naçar ağlama,

Gülün dərdim, mən arsız,

Gündü keçər, ağlama.

Yatdım, yuxuda gördüm,

Qapı bağlayan fələk

Qalxdım tez, ixtiyarsız.

Bir gün açar, ağlama.

Əziziyəm arxa var,

Əzizinəm saraylar,

Belin götür arxa var.

Sarı illər, sar aylar.

Sıtqını dürüst eylə,

Başım cəllad əlində,

Əli kimi arxa var.

Dilim səni haraylar.

Yaylığımda qara var,

Əzzinəm güneylər,

Ürəyimdə yara var.

Gün düşmüş o güneylər.

Nə ölmürəm qurtaram,

Dost dostunnan görüşsə,

Nə dərdimə çara var.

Bayramın o gün eylər.

Mən aşiq gülə-gülə,

Ana, məni yaz ağla,

Gül əkdim, gülə-gülə.

Payız ağla, yaz ağla.

Evimi düşmən yıxdı,

Bas bağrına şəklimi,

Üzümə gülə-gülə.

Daha məni az ağla.

Əzizinəm tatar məni,

Əzizinəm bularıymış,

Qul eylər satar məni,

Çeşmələr, sularıymış,

Vəfalı yarım olsa,

Azreyilin adı beddam,

Axtarar, tapar məni.

Can alan bularıymış.

Görünən Savalandı,

Əziziyəm gül əllər,

Hər dağ-daş havalandı,

Oynayallar, güləllər,

149

Dəryaca ağlın olsa,

Mən səndən ayrılmazdım,

Yoxsul olsan, güləllər.

Zor ilə ayırdılar.

Əzziyəm hər aylar,

Fələyi dindirəydim,

Hər ulduzlar, hər aylar.

Qəm ilə güldürəydim,

Könlüm hey ərzə yazar,

Mənə Yazı yazanda,

Dilim səni haraylar.

Qələmin sındıraydım.

Eləmi qəlbi para,

Eləmi ağam oldu,

Ay doğdu qəlbi para,

Ay düşdü, ağam oldu.

Dil aşnası olanın

Fələk bir iş işlədi,

Qabaqcan qəlbin ara.

Nökərim ağam oldu.

Əzizim sellər axar,

Bu qala daşlı qala,

Göydə buludlar çaxar,

Torpağı yaşlı qala,

Böyüklər öyüd eylər,

Qorxuram cavan öləm,

Kiçiklər sözə baxar.

Yar gözü yaşlı qala.

Qara atı nallaram,

Aman fələk, dad fələk,

Pilləkənə bağlaram,

Heç olmadım şad, fələk,

Yarım yada düşəndə

Mən içdiyim şərbətdən

Hönkür-hönkür ağlaram.

Bir özün də dad, fələk.

Bağça könlüm, bar könlüm, Bağa girdim, bağbansız,

Heyva könlüm, nar könlüm, Dəvə gördüm sarvansız,

Şadlıqnan işim yoxdu,

Aləmə dərman canım,

Ağlamağa var könlüm.

Özüm qaldım dərmansız.

Eləmi hasan dağlar,

Eləmi gülüm yandı,

Qar dibin basan dağlar,

Bülbülüm, gülüm yandı.

Yetimlər çətin gülər,

Fələk elə dərd verdi,

Ağlasa, hasand ağlar.

Ağzımda dilim yandı.

Arazı ayırdılar,

Dağlar dağımdı mənim,

Qum ilə qayırdılar,

Qəm ortağımdı mənim,

150

Dindirmə, qəm ağlaram,

Qəribin vay xəbərin

Yaman çağımdı mənim.

Öz elinə yetirin.

Dağların qarı mənəm,

Haray yetim əlinnən,

Gün vursa ərimənəm,

Yol ver ötüm əlinnən.

Qəbrimi qüzeydə qaz,

Harada yetim görsəm,

Cavanam, çürümərəm.

Gedim tutum əlindən.

Əzizinəm butam yoxdu,

Araza Kür desinlər,

Yetiməm, atam yoxdu.

Kürdən də kür desinlər.

Düşdüm qəm dəryasına,

Əlim yara yetişsə,

Qolumdan tutan yoxdu.

Gəncədən sür desinlər.

Apardı göy at məni,

Əzizinəm qardaşlar,

Saxladı sayat məni.

Yağış yağar, qar başlar.

Baş qoyum dizin üstə,

Tabutum əyri gedər,

Çox yatsam, oyat məni.

Yapışmasa qardaşlar.

Əzizinəm xal xala,

Əziziyəm qız qıza,

Qoyunu salın xalxala.

Oğlan qıza, qız qıza,

Qorxuram cavan öləm,

Oğlan qızsa, soyuyar,

Sevgilimi xalx ala.

Vay o günə qız qıza.

Mənim dərdim uludu,

Qaradı qaşın, ördək,

Ulu dərddən uludu.

Yaşıldı başın, ördək.

Dərdim açıb söyləsəm,

Həmişə cüt gəzərdin,

Hamı dərdin unudu.

Hanı yoldaşın, ördək?

Əzizinəm qalasız,

Dağlarda maral azdı,

Şəhər olmaz qalasız.

Ovçu çox, maral azdı.

Biz ki gedərgi olduq,

Ağlama, xumar gözlüm,

Siz sağlıqla qalasız.

Ölmərəm, yaram azdı.

Qərib öldü, götürün,

Xoruz ban verəndə gəl,

Dar küçədən ötürün.

Yaram qan verəndə gəl.

151

Sağlığımda gəlmədin,

Bilsəydim vəfan budur,

Barı can verəndə gəl.

Sənə bel bağlamazdım.

Başımın sarğısı var,

O taya,

Ağrıyır, ağrısı var,

Sarı dayım otdaya.

Gəl halallaşaq, qardaş,

Qolların kəmənd eylə,

Qiyamət ayrısı var.

Məni də çək o taya.

Eləmi uca toya,

Dağdan aşıb gələnə,

Yel vurdu, tökdü çaya,

Qanı coşub gələnə,

Çox cəfalar çəkmişik,

Xoş o kəsin halına,

Hamısı getdi zaya.

Halallaşıb ölənə.

Eləmi günə düşdüm,

Lala yalqız,

Kölgədən günə düşdüm.

Göy yalqız, lala yalqız.

Düşmənə xəbər olsun,

Qorxuram qərib öləm,

Dediyi günə düşdüm.

Cənazəm qala yalqız.

Bülbüləm, qəfəsdəyəm,

Bir gül əkdim daraqnan,

Ölməmişəm, xəstəyəm.

Gülü biçdim oraqnan.

Anama xəbər getsin,

Bir qardaş itirmişəm,

Üç gündür can üstəyəm.

Axtarıram soraqnan.

Ay doğur sini kimi,

Bir gül əkdim ləyəndə,

Hərlənir səlmi kimi.

Sünbül boynun əyəndə.

Atamın iyi gəlir,

On iki qurban demişəm,

Xorasan gülü kimi.

Əlim qardaşa dəyəndə.

Əzziyəm yaralıyam,

Gülən az,

Dindirmə, haralıyam.

Bülbül, eylər gülə naz.

Beş qardaş itirmişəm,

Zamana nə bəd gəlib,

Ürəyi yaralıyam.

Ağlayan çox, gülən az.

Əzzinəm ağlamazdım,

Əzizim yara bağlar,

Gülərdim, ağlamazdım.

Tutubdu qora bağlar.

152

Qardaşsız bacı görsəm,

Sağ maral sənin olsun,

Ürəyim yara bağlar.

Mənim yaralımı ver.

Əzizim arxa haray

Daş daşı,

Bel götür, arxa haray,

Çax-çax döyər daş daşı,

Bir gün dara düşərsən,

Çirkinnən ploy yemə,

Deyərsən: «Arxa haray».

Get gözəlnən daş daşı.

Gül əkdim ələk-ələk,

Əzəl günüm,

Gülə dadandı leylək.

Baxdığım xəzəl günüm.

Yenicə bulunurdu,

Qocalıq yaxamdan tutdu,

Qoymadı qanlı fələk.

Ta gəlməz əzəl günüm.

Gecələr keçəkeçdi,

Gözəl alma,

Gündüzlər gecə keçdi,

Bağımda gözəl alma,

Mənim günüm ah-vayla,

Çirkin al, əsil olsun,

Səninki necə keçdi?

Bedasıl gözəl alma.

Ay doğub peşman-peşman,

Ürəyimdə yaram var,

Gün doğub ona düşman,

Üstə xal-xal qaram var,

Baş götürüb gedərəm,

Can bala, sən tərəfdən

Nə dost bilər, nə düşman.

Gör yanmamış haram var.

Sənə dağlar,

Aşıq bəlgəli dağlar,

Göy geymiş sənə dağlar.

Dibi gölgəli dağlar.

Tutaydım yar dəstindən,

Qəribəm, yol gözlərəm,

Çıxaydım sənə, dağlar.

Haçan el gəli, dağlar?

Günə qarşı,

Qazan ağlar,

Ay doğub günə qarşı,

Od yanar, qazan ağlar,

Sən yaş zülfün kölgəsinə,

Kim yuyar, kim basdırar,

Qoy mən yanım günə qarşı. Qəbrimi qazan ağlar.

Dağlar, maralımı ver,

Savalana qar gəldi,

Səbri-qərarımı ver.

Heyva əkdim, nar gəldi.

153

Kül tərlanın başına,

Sən sinəmə çəkmisən,

Oylağına sar gəldi.

Əlif kimi düz dağı.

Əzizim ağlamazlar,

Evləri çay keçəndə,

Gülərlər, ağlamazlar,

Tikilib çay keçəndə.

Qəriblikdə ölənin

Sənə onda qarğaram,

Gözünü bağlamazlar.

Günüm ah-vay keçəndə.

Mən aşiqəm nərgizlər,

Əziziyəm birə var,

Dağda bitər nərgizlər.

Məni dişdər, birə var,

Əsrəmiş maya gördüm,

Urustami Zal olasan,

Qoltuğunda nər gizlər.

Fələk səni bir ovar.

Evləri dağ ağzında,

Çinar başı ayandı,

Tikilib dağ ağzında,

Ucu yerə dayandı.

Tüleyi – tərlan gördüm,

Mənim ahu-naləmdən,

Bir qara dağ ağzında.

Fələk göydə oyandı.

Əziziyəm gənə var,

Yaralandım yanımdan,

Məni dişdər, gənə var.

Quşlar doydu qanımdan.

Qarı düşmən dost olsa,

Canım bir dərdə düşdü,

Ürəyində gənə var.

Bezar oldum canımdan.

Ay qaşları çatma fələk,

Arxalıq aldırmışam,

Gəl aranı qatma, fələk.

Yaxalıq saldırmışam,

Taylını tayına yaz,

Dərdim artanan bəri,

Günaha batma, fələk.

Ürəyimi aldırmışam.

Burdan bir qoşun getdi,

Yük üstə sicim gördüm,

Qoşun nə üçün getdi?

Sicimin ucun gördüm,

Aləmdən bir-ikisi,

Canım bir dərdə düşdü,

Bizdən bir qoşun getdi.

Fələyin gücün gördüm.

Maral otdar düz dağı,

Nərgizlər, ay nərgizlər,

Otdadıqca düz dağı.

Daşda bitər nərgizlər,

154

Cavanda nə qaydadır,

Ağlım başımdan çıxdı,

Torpaq örtər, yer gizlər.

Yadıma yar düşübdü.

Duman, dağdan belə gəl,

Əzizim badam olmaz,

Belə dolan, belə gəl.

Əkməsən, badam olmaz.

Azreyil ova çıxıb,

İstərəm özüm görəm,

Səni vurar, belə gəl.

Şəkildən adam olmaz.

Qəlbim qara qazandı,

Ağacda var ağ alma,

Dilim ərzə yazandı,

Böyrü çürük, ağ alma,

Fələyə bel bağlama,

Sənə kimlər qarğadı,

Fələk pərgar pozandı.

Sən bu dərdən sağalma.

Əziziyəm boyana,

Əziziyəm ay qardaş,

Bağın yönü hayana?

Qaşın ucu yay qardaş,

Burda bir oğlan ölüb,

Ölmə bacılar ölsün,

Laylay çalın, oyana.

Heç deməsin vay qardaş.

Qardaş mənim gülümdü,

Bir bağ saldım bağbansız,

Gülümdü, bülbülümdü.

Dəvə gördüm sarvansız.

Ölsə, bacılar ölsün,

Fələk bir yara vurdu,

Qardaş ölmək zülümdü.

Həkim gördüm dərmansız.

Bir ev tikdim dəyirmi,

Əlimə saz verdilər,

Çubuqları iyirmi,

Yonqarı az verdilər.

Qoyub hara gedirsən?

Evə bölükçü girdi,

Bu ev sənin deyilmi?

Payımı az verdilər.

Dərd məndə üz görübdü,

Əzrayıl bostançıdı,

Meydanı düz görübdü.

Aləmə dastançıdı.

Gedir-gedir qayıdır,

Dəymiş qoyub, kal dərir,

Məni yalqız görübdü.

Bu nə hal bostançıdı.

Dağlara qar düşübdü,

Sürümüz dağdan aşdı,

Yağıbdı, qar düşübdü.

Gözümdən yuxu qaçdı.

155

İstədim ki, qaytaram,

Gedərgi qonaq idim,

Başım yara qarışdı.

Bir şirin dilə bəndəm.

Araza gəmi gəldi,

O toyda quzu gördüm,

İçində hamı gəldi,

Tükün qırmızı gördüm,

Mən ayrılıq deməmişdim,

Çıxdım çinar başına,

Ayrılıq dəmi gəldi.

Qardaş sevən qızı gördüm.

Eləmi qalam qardaş,

Arpa çayı daşanda,

Qahmarım, qalam qardaş.

Bülbüllər oynaşanda.

Top atıldı, burc sındı,

On iki şamını yandırram,

Alındı qalam, qardaş.

Həsrətlər qovuşanda.

Eləmi al yorğanı ,

Bağda dolu durubdu,

Ortası xal yorğanı.

Dolu boynun burubdu.

Əcəl gəlib, can gedir,

Mən doludan qorxuram,

Üstümdən al yorğanı.

Dolu məni vurubdu.

Güzgünü atdım bayıra,

Ölürəm üstümə gəl,

Şoxu düşüb çayıra,

Yanıram, tüstümə gəl.

Yığılsın qohum qardaş,

Əlüzənnik eləmə,

İşimiz dönsün xeyirə.

Ayrılıq istəmə gəl.

Eləmi o gün olaydı,

Əziziyəm bağda nə var,

Şalın ucu duyün olaydı,

El gedir, dağda nə var.

Səni gördüyüm günün

Dərirsən dər şamama,

Biri bu gün olaydı

Qurumuş tağda nə var.

Eləmi durma, keç get,

Əziziyəm başda dur,

Dərdimi sorma, keç get.

Ayaqda yox, başda dur,

Bir saralmış kövşənəm,

Ağıl ki, var satılmır,

Sən də od vurma, keç get.

Ağıl özü başdadır.

Arazam Kürə bəndəm,

Ay doğdu laxtalandı,

Bülbüləm, gülə bəndəm.

Doğduqcan laxtalandı.

156

İndiyətən gözüm gördü,

Yarıma nə demişəm,

İndi üstüm taxtalandı.

Küsüb gedib acıxdan.

Əzizim sözə düşdü,

Aşiq yaza nə qaldı,

Gözlərim gözə düşdü.

Qış keçdi yaza nə qaldı,

Səslədin, səsə gəldim,

Qələmdə nə günah var,

Əzrayıl izə düşdü.

İnsaf yazana qaldı.

Şirəni şana çəkər,

Mən aşiqəm arxa var,

Hər övlad qana çəkər,

Belin götür arxa var,

Balanın qəm yükünü,

Qəm yemə, dəli könlüm,

Ölüncə ana çəkər.

Əli kimi arxa var.

Əzzinəm zamana çalır,

Bu yol cavada1 gedər,

Halım zamana çalır,

Aşar cavada gedər,

Yüz tümənə çalmayan aşıq

Uçubdu könlüm quşu,

Bir torba samana çalır.

Gör nə havada gedər.

Aşiqəm gecədən gedir,

O taydan ötən oğlan,

Karvan gecədən gedir,

Köynəyi kətan oğlan,

Gecə uzun, həmdəm yox,

Nişanlını xalx apardı,

Zəhləm gecədən gedir.

Beyxəvər yatan oğlan.

Bir yel qalxdı tüləkdən,

Bağa su düşdü, neynim,

Qolum düşdü biləkdən.

Ağaclar içdi, neynim,

Bu işlərin hamısı

Ellərə pay paylandı,

Fələkdəndir, fələkdən.

Mənə bu düşdü, neynim?

1Ъавад – 1) Ъомярд, сяхавятли, ялиачыг адам.

2) Йахшы йеришли ат.

Yarım gəlir cacıxdan,

Ulus oyumdan olum,

Yol salır yoncalıxdan,

Çinar boyumdan olum,

157

Mağarları qurulmuş,

Qürbət eldən tez qayıt,

Sənsiz toyumdan olum.

Dalınca ağların var.

Əziziyəm Kürəm mən,

Bulağın başı ilə,

Arazam mən, Kürəm mən,

Dibinin daşı ilə,

Yarım məndən inciyib,

Səni yaman axtardım,

Ona yaman kürəm mən.

Gözümün yaşı ilə.

Əzizim keçi gəldi,

Dağlara dolu düşər,

Keçinin ucu gəldi,

At qaçsa, nalı düşər,

Darvazanı gen açın,

Qəbrim yol üstə qazın,

Atamın köçü gəldi.

Anamın yolu düşə.

Bağda üzüm ağacı,

Bu sel haradan gəldi,

Üzüm gözüm ağacı,

Peykan yaradan gəldi,

Bağa baltalı girdi,

Nə çən vardı, nə duman,

Kəsdi bizim ağacı.

Bəla haradan gəldi?

Əziziyəm naçar ağlama,

Mən aşiq yeri qalsın,

Gündü keçər, ağlama.

Yer salın, yeri qalsın,

Bir yandan bağlayan Allah, Yaxşı gözəl sevməsən,

Bir yandan açar ağlama.

Gözünün yeri qalsın.

Qalanın yaşı azdı,

Əziziyəm çəkənə ver,

Üstündə kaşı azdı,

Qəlyanı çəkənə ver,

Vermədilər yarımı,

Bu dərdi çəkəmmirəm,

Dedilər yaşı azdı.

Qaldır bir çəkənə ver.

Əlif mənəm, bey mənəm,

Qaya mənəm, dağ mənəm,

Əlif qəddim əymənəm,

Anama dayaq mənəm,

Mən ki, cavan ölürəm,

Atam getdi gəlmədi,

O köynəyi geymənəm.

Hələ göz-qulaq mənəm.

Nə uca dağların var,

Arx üstündə biyana,

Al – yaşıl bağların var,

Baxır o yan, bu yana,

158

Hərə bir laylay çala ,

Qiyamət o gün qopar,

Bəlkə gəlin oyana.

İyin evdən çəkilə.

Yaylığın yeri məlum,

Dağların lalası var,

Yeləni, yeri məlum,

Gülü var, lalası var,

Hər hara gedirsən, get,

Fələk, dəymə gəlinə,

Ad məlum, yeri məlum.

Beşikdə balası var.

Eləmi aşdı gəlin,

Aşiq sənəm səsinə,

Gülə dolaşdı gəlin,

Səs versənəm səsinə?

Sən düydüyün düyünü,

Elə həvəsim gəlir,

Gör kimlər aşdı gəlin?

Öz kimsənəm səsinə.

Eləmi aydın olsun,

Dağlara keçi gəldi,

Ay doğsun, aydın olsun,

Dolandı üçü gəldi,

Əziz kimsən gəlibdi,

Qaçın –qaçın yol ilə ,

Gözlərin aydın olsun.

Düşgünün köçü gəldi.

Qarabağda bağ olmaz,

Burdan bir maya keçdi,

Qara salxım ağ olmaz,

Sallandı çaya keçdi,

Qəriblikdə olanın ,

Namərdə zəhmət çəkdim,

Ürəyində yağ olmaz.

Əməyim zaya keçdi.

Qolumda qabarım var,

Əziziyəm qalasız,

Ağrıyır qabarım var,

Şəhər olmaz qalasız,

Əziz kimsəm ölübdü,

Mən ki, gedərgi oldum,

Mənim nə xəbərim var?

Siz sağlıqla qalasız.

Şalın qara boyandı,

Ürəyimdə ahım var,

Ucu yerə dayandı,

Başımda külahım var,

Mənim ah-fəryadımdan,

Əziz kimsəm ölübdü,

Göydə fələk oyandı.

Mənim nə günahım var?

Çəkilə bax çəkilə,

Əlin xına tutmasın,

Çəkil yerə tökülə,

Çevir günə, tutmasın,

159

Sənə kimlər qarğadı,

Burda bir kimsə ölüb,

Evin binə tutmasın.

Dağ inildər, daş mələr.

Eləmi aşdı gəlin,

Bağça-barın olaydım,

Dağları aşdı gəlin,

Heyva, narın olaydım,

Sən deyən bağlamanı,

Əgər mümkünüm olsa,

Gör kimlər açdı, gəlin?!

Dərdinə yarı olaydım.

Eləmi közə barı,

Qayadan endim ancaq,

Kababa közə barı,

Başımda qızıl sancaq,

Sən ki, mənim olmadın,

Nə qız oldum, nə gəlin,

Görünmə gözə barı.

Odlara yandım, ancaq.

Gedirdim qırağınan,

Gəncədən, Gəncədən,

Gül biçdim orağınan,

Atın yesin yoncadan,

İtirmişəm yarımı,

Sevdin ala bilmədin,

Gəzirəm sorağınan.

Belin sınsın incədən.

Eləmi haray çimən,

Gəncənin yollarında,

Göy çimən, haray çimən,

Nar bitib kollarında,

Fələk səni vuranda,

Bir cüt bəzmənd olaydım,

Olaydım harayçı mən.

Yarımın qollarında.

Eləmi lala dağı,

A qara çuxalı qardaş,

Bürüyüb lala dağı,

Gümüş yaxalı qardaş,

Hər yara sağalsa da,

İlxını bəri döndər,

Sağalmaz bala dağı.

Mən də baxalı, qardaş.

Eləmi tikə – tikə,

Sarı kalağey ortası,

Kəs bağrım tikə-tikə,

Gümüş kəmər toqqası,

Qoy öz anam ağlasın,

Allah murazın versin,

Kəfənim tikə-tikə.

Gələn bazar ertəsi.

Dağda maral xoş mələr,

Haray meşəli yerdə,

Xoş inildər, xoş mələr,

Gül bənövşəli yerdə,

160

Vuran elə vurdu ki,

Suyum başdan quruyub,

Qaldım döşəli yerdə.

Əli bellilər haray.

Ceyranlısan, çöllüsən,

Haray elli neyləsin,

Ördəklisən, göllüsən,

Şana telli neyləsin,

Niyə yiyəsiz ölürsən,

Suyum dəhnədən uçub,

Sən ki ağır ellisən.

Əli belli neyləsin?

Yük üstə kilim yandı,

Gəlin giribdi bağa,

Əl vurdum, əlim yandı,

Başı dəydi yarpağa,

Fələk elə vurdu ki,

Bu gəlin cavan gedib,

Ağzımda dilim yandı.

Vaxtsız dönüb torpağa.

Ceyran, çölə bir də gəl,

Dağların dumanı var,

Ördək, gölə bir də gəl,

Çiskinli, dumanı var,

Elin minnətə gəlib,

Çox gözləmə yolunu,

Bizim elə bir də gəl.

Gəlməyə gümanı var.

Əlində maşası var,

Ceyranam, çölə gəlmərəm,

Tutubdu, maşası var,

Ördəyəm, gölə gəlmərəm,

Burda bir gəlin ölüb,

Fələk məni elə vurdu,

Əcəb tamaşası var.

Sizin elə gəlmərəm.

Qoyunu qoyun gəlsin,

Dağlar, mənə qar göndər,

Dərisin soyun gəlsin,

Əsirgəmə, var göndər,

Bu gəlinin anası var,

Ya dərdə əlac eylə,

Anasını qoyun gəlsin.

Ya mənə dərman göndər.

Qəbirsanlıq kənd oldu,

Gərgədanam, gərgədan,

Yol, küçələrə bənd oldu,

Yoxdur məni öyrədən,

Gedən getdi gəlmədi,

Sənə kimlər qarğadı,

Qalıb orda bənd oldu.

Boyun çıxsın cərgədən.

Haray ellilər, haray,

Gəbəni yığdım yükə,

Şana tellilər haray,

Qatını bükə-bükə,

161

Mən səndən ayrı düşdüm,

Ahu - vay eləməkdən,

Göz yaşı tökə-tökə.

Cavan ömrüm puş keçdi.

Mən aşiq qızaranda,

Köynəyi yaşıl oğlan,

Dan yeri qızaranda,

Geymə, yaraşır, oğlan,

Qalırsa oğlan qalsın,

Çıxma bizim küçəyə,

Qalmasın qız aranda.

Anam savaşır, oğlan.

Əzizinəm yanıb ağlar,

Gəncənin bucağında,

Gəncənin yanı bağlar,

Şam yanar ocağında,

Düşmən görsə, şad olar,

Baş qoyum sinən üstə,

Dost görsə, yanıb ağlar.

Can verim qucağında.

Dağdan gələn sudumu?

Əzizim yara dəydi,

Dağ-daşları yudumu?

Neştər vur, yara dəydi,

Vədə verdin gəlmədin,

Dil səni quruyasan,

Etibarın budumu?

Nə dedin, yara dəydi?

Mən aşiqəm yaxandan,

Mən aşiq inci mənəm,

Ya sultandan, ya xandan,

Dürr mənəm, inci mənəm,

Bir dəstə gül olaydım,

Baş qoyub dizin üstə,

Asılaydım yaxandan.

Can versəm incimərəm.

Əzizinəm bağda ara,

Mən aşiqəm gəl incə,

Bülbülü bağda ara,

Ayaq incə, əl incə,

Bağbanın könlü olsa,

Ağardaram saçımı,

Nə gəlib bağda nara?!

Gözlərəm sən gəlincə.

Əzizinəm qu məni,

Qara atın qulağı,

Nə çox istər bu məni,

Gözləri şah bulağı,

Yaylığın kəfən eylə,

Eşitdim yar evlənir,

Göz yaşınla yu məni.

Qara gəlin duvağı.

Göydə ulduz uş keşdi,

Əzizim inci məndə,

Çaqılldaşdı üş keşdi,

Dür məndə, inci məndə,

162

Dedim ki, vəfalı ol,

Küsdürmüsən, küsmüşəm,

Demədim inci məndən.

Daha barışmaq olmaz.

Samavar yana-yana,

Eləmi bekar canım,

Od düşüb şirin cana,

Qəndinən şəkər canım,

Danışıram kağızla,

Bivəfa yar yanında,

Dil qalır yana-yana.

Donluqsuz nökər canım.

Əzizinəm keçdi məndən,

Qəriblik yaman olar,

Ox dəydi keçdi məndən,

Sovrular saman olar,

Mərdlərə körpü oldum,

Mən düşdüm, yaman dərdə,

Namərdlər keçdi məndən.

Sən düşmə, yaman olar.

Eləmi gözdə nə var,

Əzizinəm yaz ağla,

Sürmə çək, gözdə nə var,

İl sızılda, yaz ağla,

Gözəl görmək savabdı,

Açıb deyim dərdimi,

Qoy baxsın, gözdə nə var?

Ağ kağıza yaz, ağla.

Dəyə başında bəstər,

Əzizinəm əkə dərdim,

Bülbül balasın bəslər,

Yüklənib ləkə dərdim,

Könülsüz ərə gedən,

Nər çəkməz, maya çəkməz,

Allahdan ölüm istər.

Fil gərək çəkə dərdim.

Girdim bağa əzəldən,

Ağaclar çiçəkdimi,

Dəstə tutdum xəzəldən,

Çiçəyi ləçəkdimi?

Bilsəydim vəfan budu,

Deyirlər qardaş gəlib,

Söz deməzdim əzəldən.

Siz Allah, gerçəkdimi?

Ağ quzu mələr gələr,

Arxalığım ikidi,

Çölləri gəzər gələr,

Biri İran çitidi,

Anasız balaların,

Elə bir yar sevmişəm,

Başına nələr gələr?

Bəylər onunun itidi.

Qayadan baxmaq olmaz,

Darçının lüləsinə

Narıncı başmaq olmaz,

Dolan gəl beləsinə,

163

Durum qurbanın olum,

Sevəsən, getməyəsən,

Gözünün giləsinə.

Görəsən nə yamandı.

Ay çəkməsi dik oğlan,

Qondaranın yanına,

Çəkmən üstə sək oğlan,

Qanım qaynar qanına,

Sən orada qoşa gəz,

İxtiyar məndə deyil,

Mən burada tək, oğlan.

Duram gələm yanına.

Bu dağlar bizim yurtdar,

Arxalığın gilası,

Kəklik orda yumurtdar,

Alım yarın qadasın,

Sevgi – sevgi deməkdən,

Gedibdi gələcəkdi,

Ağzımda dilim partdar.

Qaynanamın balası.

Bostan, tağım ağlar,

Bu dağda gəzən mənəm,

Basma, yarpağım ağlar,

Al geyib bəzənmərəm,

Nə qədər sağam özüm,

Dilim şad, qəlbim yara,

Ölsəm torpağım ağlar.

Dünyada gəzəmmərəm.

Çay mənim, çeşmə mənim,

Əzizim çiskin olmaz,

Çayımdan keçmə mənim,

Qar yağar, çiskin olmaz,

Ürəyim yaralıdı,

Ağlamayım, neyləyim,

Yaramı deşmə mənim.

Bundan da pis gün olmaz.

Ceyran çölündə ağlar,

Dağlar duman arzular,

Ördək gölündə ağlar,

Çaylar çimən arzular,

Cavan oğul itirən,

Mənim bu sınıq könlüm

Gedər elində ağlar.

Səni yaman arzular.

Qəribin səsi gəlməz,

Gedərəm elimizdən,

Gülər, həvəsi gəlməz,

Qurtullam dilinizdən,

Baş yastıqda, göz yolda,

Yaşılbaş ördək ollam,

Gözlər kimsəsi gəlməz.

Uçaram gölünüzdən.

Qondaran dikdabandı,

Əzzinəm səndə qalsın,

Yerə basma, amandı,

Yaz, dərdim səndə qalsın,

164

Can cismimdə dayanmaz,

Getdi şirin məhəbbət,

Gəl verim, səndə qalsın.

Qaldı bir acı dərdi.

Dağları gəzdim gəldim,

Qızıl üzüyün qaşı,

Daşını düzdüm gəldim,

Yandı bağrımın başı,

Baxdım viranə kəndə,

Mən deyən yar olmasa,

Əlimi üzdüm gəldim.

Yandırram dağı daşı.

Bulağın başı ola,

Haray ellərim haray,

Dibinin daşı ola,

Fitnə fellərim haray,

Adına dayı deyəm,

Bir amansız yel əsdi,

Anam qardaşı ola.

Tökdü güllərim haray.

Gəlmişəm görəm səni,

Cəhrəmin pəri qaldı,

Yıxmışam hörəm səni,

Əyirmədim, geri qaldım,

Nə qapın var, nə bacan,

Hamıdan qabaq canım ,

Haradan görəm səni?

Hamıdan geri qaldı.

Əzizim öyçu məni,

Oğlan adın Talıbdı,

Gəzərəm göy çəməni,

Dağları gün alıbdı,

Ya axtarıb taparam,

Verdiyin qızıl üzük,

Ya vurar oyçu məni.

Barmağımda qalıbdı.

Əzzinəm qoru yandı,

Əzzinəm talx üzümü,

Qəlyanın qoru yandı,

Gəncənin talx üzümü,

Ölməsin qoca bağban,

Gec sevdim, tez ayrıldım,

O da gül qoruyandı.

Danladı xalx üzümü.

Dağların başına bax,

Əziziyəm al məndən,

Dibinin daşına bax,

Oxu dərsin, al məndən,

Həsrətlə tap, tez ayrıl,

Ya bu dərdə şərik ol,

Fələyin işinə bax.

Ya bu canı al məndən.

Bacımın bacı dərdi,

Dağlara bax, dağlara,

Yoxdu illacı dərdi,

Gülən baxmaz ağlara,

165

Görən səni taparmı,

Qoşaram qəm kotanın,

Öyçü salsam dağlara?

Qəm səpib, dərd əkərəm.

Aşıq deyər oyan gül,

Əzizinəm ay zalım,

Oyan bülbül, oyan gül,

Ülkər zalım ay zalım,

Qoy bir üzündən öpüm,

Əyil üzündən öpüm,

Sən yuxudan oyan, gül.

Ləkə düşsə say zalım.

Aşıq der nə bağışla,

Mən aşığam od alar,

Dost-dosta nə bağışlar,

Tikilibdir odalar,

Başım cəllad əlində,

Könül elə kövrəlib,

Nə kəsər, nə bağışlar.

Bir çınqıdan od alar.

Mən aşiqəm ala göz,

Neyləmişəm, neyləyəm,

Cənı məndən ala göz.

Fələkdən gileyliyəm,

Sevgi yükünü çəkən

Sinəm qəmdən yaralı,

Yorularmı alagöz?

Halım yox, dərdim deyəm.

Bu dağdan aşmaq olmaz,

Mən aşiq nədən yana,

Qızıldan başmaq olmaz.

Pərvanə nədən yana,

Fələk elə fələkdir,

Dostum deyən dar gündə

Əlindən qaçmaq olmaz

Çəkilər nədən yana?

Mən aşiq məzə qala,

Mən aşiq o gün eylər,

Mey qala məzə qala.

Dərd mənə o gün eylər.

Qorxuram nakam öləm,

İki həsrət qovuşsa,

Eşqimiz təzə qala.

Bayramın o gün eylər.

Mən aşiq eldən gələr,

Mən dostdan aralandım,

Şirin söz dildən gələr.

Oxlara yaralandım,

Qardaş tapılan deyil,

Mən gördüm yar üzünü,

Ər oğlan eldən gələr.

Dərdimdən aralandım.

Əzizim dərdə Kərəm,

Mən aşiqəm qalasız,

Yol gedər dərdə Kərəm,

Şəhər olmaz qalasız.

166

Qürbətə teylənirəm,

Məcnun xəyallı könlüm,

Siz salamat qalasız.

Leylisiz dağda nə var.

Aşiq deyir yay oxu,

Dağlara çən düşəndə

Mənə dəydi yay oxu.

Qəlbimi qəm deşəndə

Dərdim hezarı keçdi,

Yar ağlımı apardı,

El-obaya yay oxu.

Nə vardısa döşündə.

Aşığam nəyim qaldı,

Aşiq min aya dəyər,

Ay fələk nəyim qaldı.

Min qış, min aya dəyər,

Arzun gözündə qalsın,

Sənin ikicə qaşın,

Necə ki, mənim qaldı.

And bu Minaya dəyər.

Aşiq deyər nə qaldı,

Mən aşiq sərinə yaz,

Nə qovğadı, nə qaldı,

Yaz başı sərin ayaz,

Yaxşı, sənə min rəhmət,

Mərdə gələn qadanı,

Yaman, sənə nə qaldı?

Namərdin sərinə yaz.

Mən aşiqəm ağam gəl,

Mən aşiq ay amandı,

Yanında üz ağam gəl.

Xəbisdən ay amandı,

Elə dərd vermisən ki,

Namərd mərdi qovlayır,

O dərdə dustağam gəl.

Qoymayın ay amandı.

Mən aşiq nərdivana,

Mən aşiq yerdə məni,

Ayaq qoy nərdivana,

Salmayın dərdə məni.

Qədrimi hardan bilər,

Namərdə qul olmaram,

Hər nadan, hər divana.

Qurban kəs mərdə məni.

Mən aşiq nədə yandı,

Mən aşiqəm hər aylar,

De canım nədə yandı,

Keçdi illər, hər aylar,

Nəynən sinəm qaladın,

Namərddə aman olmaz,

Nə alışdı, nə də yandı.

Dilim mərdi haraylar.

Mən aşiq dağda nə var,

Mən aşiqəm nə yardı,

El köçüb dağda nə var.

Bu gözəl can nə yardı,

167

Gözün canım doğradı,

Yar Şirvanda yurd edib,

Nə kəsdi, nə də yandı.

Məni də Şirvana yaz.

Mən aşiq dərindən yar,

Mən aşiq qara dağ var,

Çıxıbdı dərindən yar,

Muğanda qara dağ var,

Yar elə yara qoyub,

Müxənnətin əlindən,

Dərindi, dərindən yar.

Sinəmdə qara dağ var.

Mən aşiq ulu dağlar,

Mən aşiq qara dağlar,

Uludan ulu dağlar,

Bürünüb qara dağlar,

Dərddən bir ah çəkərəm,

Qoy dərdimi söyləsin,

Dağ dözməz, dağılar.

Sinəmdə qara dağlar.

Oxların dələr keçər,

Mən aşiq aylar məni,

Sinəmi nişan seçər,

Həftələr, aylar məni,

Yaşımla dərd suladım,

Yüküm dərddən tay vurub,

Murazım gələr keçər.

Yordu bu taylar məni.

Mən aşiq bağda ara,

Mən aşiq yastı dağlar,

Aç zülfün, bağda dara,

Çən gəldi, basdı dağlar,

Ay insafsız, üstündə

Doqquz ay kef-damağda,

Çəkilirəm bağda dara.

Üç ayı yaslı dağlar.

Mən aşiq qara gözlər,

Dağları dələrəm mən,

Baxsana yara gözlər,

Torpağın ələrəm mən,

Sinəm üstə tuş olub,

Belə ki, dərd vermisən,

İstəyir yara gözlər.

İnanma gülərəm mən.

Mən aşiq hər ayına,

Mən aşiq başdı belə,

Can verrəm hər ayına,

Yel gedər başlıbelə,

Dara düşsən bir çağır,

Gah gül, gah ağla, aşıq,

Can gələr harayına.

Dolandır, başdı, belə.

Mən aşiq Şirvana yaz,

Aşiq eşqə a dalar,

Burda yaz, Şirvan ayaz,

Dəryada var adalar.

168

Namərd qeylü-qal gəzər,

Yüz il keçsə unutmaz,

Mərdlər yaxşı ad alar.

Nə bir simsar simsarı.

Aşiqəm sənəm sənsiz,

Mən aşıq gözəl varı,

Dözmürəm sənəm sənsiz,

Sallan gəl gözəl varı,

Bir dərdli ah çəkəndə,

Çirkini gözəl eylər,

Bilginən mənəm sənsiz.

Dünyanın gözəl varı.

Mən aşiq sənəm, sənəm,

Mən aşiq a cilovlar,

Çağırram Sənəm-Sənəm,

Qəm məni a cilovlar,

Dedim dodağın kimin?

Yarın nazik əllərin,

Söylədi: sən əm, sən əm!

İncitmə, a cilovlar.

Mən aşiqəm ya xalıq,

Mən aşiq aram-aram,

Zər düyməli yaxalıq,

Gəl dolan aram-aram,

Kişilər süfrə açıb,

Sən mənə yaranı vur,

Hey göstərə səxalıq.

Mən özüm sağalaram.

Mən aşiq minən gəlsin,

Mən aşiq yüz ətəklə,

Dilbəri dinən gəlsin,

Yaş yanmaz yüz ətəklə,

Qulu darda olanda,

Namərddə mürvət olmaz,

Düldülü minən gəlsin.

Yüz yalvar, yüz ətəklə.

Dağları gəzdim gəldim,

Mən aşiq qəlbim ara,

Gülləri əzdim gəldim,

Yüzcə yol qəlbim ara,

Yarı bivəfa gördüm,

Sinəm incidər səni,

Əlimi üzdüm gəldim.

Hər yanı yara-yara.

Mən aşiqəm sar nəzər,

Mən aşiq telə bağlı,

Sar yerində sar gəzər,

Yel vuran telə bağlı,

Yarı bir gün görməsəm,

Sinəmdə öz kilidim,

Canım canımdan bezər.

Qoymusan elə bağlı.

Mən aşiqəm simsarı,

Mən aşiqəm il gələr,

Aşıq saza sim sarı,

İl dolanar, il gələr,

169

Yarın kəndiri uzun,

Girsən qəlbim evinə,

Candadır qəm ilgələr.

Görərsən cəlladımsan.

Başı bəlgəli dağlar,

Mən aşiqəm nə yana,

Dibi kölgəli dağlar.

Nə alışa, nə yana,

Yolçuyam, yol gözlərəm,

Bir gəlib söndürsənə,

Haçan el gəli, dağlar?

Qalmışam yana–yana.

Gəlmişəm Alıncadan,

Mən aşiqəm nə dedim,

Xəbər ver Alıncadan.

Nə danışdıq, nə dedim,

Bir quş yüz bəla çəkir,

Əğyar sənə neylədim,

Sərgidən alınca dən.

Məni yardan eylədin.

Eləmi, dəlisənmi,

Əzizim, tən geri dur,

İlqara bəllisənmi?

Dağlara çən, geri dur,

Cəllad-bıçaq gələndə,

Sənə gələn qadanı,

Çağırram gəlisənmi?

Mən alım, sən geri dur.

İpək yaylıq ad oldu,

Tellərin varaq – varaq,

Yırtıldı bərbad oldu,

Heyifdir, vurma daraq,

Sən mənə yar olmadın,

Mən ki səni sevirəm,

Üstümdə bir ad oldu.

Aləmə salma soraq.

Haralıyam, haralı,

Əziziyəm başdıqnan,

Bu dağların maralı,

Qoyun gəlir daşdıqdan,

Dost olursan yaxşı ol,

Qardaşa qız seçmişəm,

Olmursan, gəz aralı.

On min tümən başdıqdan.

Bulaq başı buz bağlar,

A fələk, ala fələk,

Dörd yanı yarpız bağlar,

Başıma bala fələk,

Güllə dəyən oğlanın,

Tökülsün pal-paltarın,

Yarasını qız bağlar.

Lüt-üryan qal, a fələk.

Mən aşiq öz adımsan,

Əzizim elə qalar,

Öz şanım, öz adımsan,

El malı elə qalar.

170

Malın ye, dövranın sür,

Çalmasın başa çalar,

Sən ölsən, elə qalar.

Yemə namərd çörəyi,

Qaldırıb başa çalar.

Eləmi Murov səndən,

Getməz qar – qırov səndən, Köynəyi biçən ölsün,

Yüz il ovçuluq etdim,

Biçibən tikən ölsün,

Almadım bir ov səndən.

Mən sənə göz dikmişəm,

Sənə göz dikən ölsün.

Mən aşiqəm, yazda gəl,

Gül gətirib yazda gəl,

Dediyim demiş olsun,

Qəbrim üstə əkməyə,

Yediyin yemiş olsun.

Gül gətirib yazda gəl.

Söykəndiyin qapının,

Yanları gümüş olsun.

Əzizim nazik ağlar,

Geyməyə nazik ağlar,

Əzizim nədən oldu,

Məni anam ağlasın,

Ayrılıq nədən oldu.

Hamıdan nazik ağlar.

Ay Allah, mən neyləyim,

Yar küsüb gedən oldu.

Qızıl gül həşəm oldu,

Dərmədim, həşəm oldu,

Aşiq, bağça-bağ olsun,

Sən dünyadan köçəli,

Gülləri calaq olsun.

Ağlamaq peşəm oldu.

Yarım gələn yollarda,

Ürəyim çıraq olsun.

Mən gələndə qış idi,

Göllər dolu quş idi.

Eyvanımda quş mənəm,

İstədim namə yazım,

«Kiş!» desələr uçmaram.

Barmaqlarım üşüdü.

Yarım mənə göz eylər,

Mən heç başa düşmərəm.

Eləmi tikən gülə,

Sarılıb tikən gülə,

Mən öldüm ağlamaqdan,

Off, a qanlı fələk,

Arxa su bağlamaqdan.

Gör neçəsi göz tikib,

Bağda xəzəl qalmadı,

Mən gözüm tikən gülə.

Yarama bağlamaqdan.

Əzizim başa çalar,

171

GÜLMƏCƏLƏR

SORAĞINI NALTÖKƏNDƏN ALMIŞIM

Bir ayrım Gəncədə qonaq qalır. Ev yiyəsi bunun

qabağına çay gətirir. Ayrım yazıq ömründə çay deyilən

şey görməyibmiş. Gözünün altından çaya bir tərs-tərs

baxır, amma nə olduğunu anlaya bilmir. Soruşmağa da

üzü gəlmir. Axırda ayrım canını dişinə tutub stəkanı əlinə

alır, birnəfəsə çəkir başına. Tərslikdən çay da yaman

qaynar imiş. Dili-ağzı pörşələnir. Ayrım qınağa boğulub

heç kəsə heç nə demir. Gecəni yatır, səhər özünə söyə-

söyə kəndə qayıdır. Naltökənə çatanda bir də baxır budu

ha qabaqdan bir adam gəlir. Ayrım eşşəyin belində gələn

ayrımla tanış çıxır. Əhvallaşandan sonra soruşur:

- Ə, xeyir ola, haana gedeysin?

- Gəncəə.

- Gedeysin get, uğruna xeyir! Bax, Gəncədə hansı

öydə qalsan, gətirif qavağına bir qırmızı şey qoyajaxlar.

Olmaa-bilməə dilinə vurasın. Başın haqqı, mənim atamı

yandırıb o qırmızı şey.

Eşşəyin belindəki ayrım deyir:

- Əşi arxayın ol, uşaxsınmı?

Kənddən gələn ayrım axşam tərəfi Gəncəyə çatır.

Bu da bir evdə gecələyəsi olur. Yeməkdən qabaq süfrəyə

çay gətirirlər. Ayrım çaya əyri-əyri baxıb deyir:

- Nə buğlaneysın, haveyi buğlanma! Sorağını

Naltökən-dən almışım.

172

MÜBARƏK OLSUN, AY ABBASƏLİ

Abbasəli adında bir nökər varıymış. Novruz

bayramında ev adamları ilə bərabər buna da təzə çuxa

tikdirirlər. Gözü hamının üzündə qalan nökər ha

gözləyirsə, çuxasına «mübarək olsun» deyən tapılmır.

Çuxanı geyir, bir o başa gedir, bir bu başa. Yenə də heç

kəs Abbasəlinin çuxasına tərəf baxmır. Abbasəli daha

dözə bilməyib öz-özünə deyir:

-

Mübarək olsun, ay Abbasəli! Mübarək olsun, ay

Abbasəli!

SEYFƏLİSƏN, KEÇ BAŞA

Şamxorun Seyfəli kəndində toy imiş. Ev sahibi öz

kəndçilərini görən kimi tez süfrənin başında yer göstərir:

- Seyfəlisən, keç başa… Seyfəlisən, keç başa…

Qonşu kənddən gələn qonaqları heç saya salan

olmur. Birdən toy mağarının qabağından bir it keçir.

Qonaqlardan biri özünü saxlaya bilməyib itə deyir:

- Seyfəlisən, keç başa!

GÖRMÜŞÜM DƏ, YİMİŞİM DƏ

Bir ayrım o birindən soruşur:

- Hamam görüfsünmü?

O biri ayrım forslanır:

- Görmüşüm də, yimişim də.


173

BƏS O BİRİ KİMDİ

Bəy evinə falçı gəlir. Fal açıb deyir:

-Bu evdən iki ölü çıxacaq.

Hamı nökərin üzünə baxır. Nökər özünü o yerə

qoymayıb deyir:

-Biri mənəm, bəs o biri kimdi?

KÜÇÜKDƏN SÜDƏ GETDİ

Ayrım arvadı südü ocağa qoyub qonşuya gedir.

Qızına da tapşırır ki, südə baxsın, birdən küçük südü içər.

Qayıdanda qızdan soruşur:

- Aaz, aaz, ay günüqara, südə baxdınmı?

Qız deyir:

- Aana, aana, dayımın başı haqqı, küçük başını elə yenicə

qazana soxmuşdu. Tutdum elə sıxdım, elə sıxdım,

küçükdən südə getdi ki, süddən küçüyə getmədi.


ÖZ ÇIRAĞIMI KEÇİRTDİM,

SƏNİNKİNİ YANDIRDIM

Bir kişinin bir xəstə atı varıydı. Bir gün kişi atı

bazara çıxardıb satmaq istəyir. Gələn müştərilərə atı

tərifləyir. Müştərilərdən biri atı alası olur. At yiyəsi pulu

cibinə qoyub at alana deyir:

- Qardaş, Allah atana rəhmət eləsin, öz çırağımı

keçirtdim, səninkini yandırdım.

At alan heç nə demir. Evə qayıdır. Yol boyu

fikirləşir ki, o kişi öz çırağını keçirib mənimkini

yandırırsa, bəs niyə atı mənə satır? Nəysə fikirli-fikirli

174

gəlib evə çatır. Arvad-uşaq atı görüb bərk sevinir. At da

bir az gözəgəlim atıydı. Ona görə də evdə kişinin bu

bazarlığını çox bəyənirlər. Kişi atı tövləyə salır, qabağına

arpa, saman, su qoyur. Amma at gözünün ucu ilə də

baxmır bunların heç birinə. Kişi elə başa düşür ki, at hələ

buralara öyrəşməyib, ona görə də heç nəyə yaxın durmur.

Nəysə, gecə düşür. Gecənin bir vaxtı kişi görür ki,

tövlədən bərk xırıltı səsi gəlir. Tez çırağı yandırıb tövləyə

gedir. Görür ki, at yaman gündədir, nəfəs alammır. Kişi o

gecə səhərə qədər atın yanında qalır. Çırağı da söndürmür.

Beləcə-beləcə kişi hər gecə atın xırıltısına oyanır, çırağı

yandırıb tövləyə qaçır, səhəri dirigözlü açır. Ona elə gəlir

ki, atın bu dərdi nədisə, ötüb-gedəcək. Aradan bir xeyli

keçir. Kişi baxıb görür ki, yox, at elə həmin atdır. Axırı

başıalovlu qaçır at satanın yanına. Əhvalatı ona danışır.

Atı satan deyir:

- A qardaş, sənin başına gələn mənim də başıma

gəlib. İndi gördünmü ki, doğrudan da mən öz çırağımı

söndürüb, səninkini yandırdım.

QOY YENƏ GƏNCƏ DEYİM

Gəncənin adını Yelizavetpol eləyirlər. Rus Gəncə

sözünü işlətməyə qoymur. Kim bu sözü dilinə gətirsə, üç

manat cərimə olunur.

Bir dəfə ağsaqqallardan biri camaatın gur yerində

Gəncə deyir. Bunu eşidən rus məmurları ağsaqqala

yaxınlaşır və ondan üç manat cərimə verməsini tələb edir.

Ağsaqqal bərk hirslənir. Cibindən on beş manat çıxarıb

məmura verir.

Məmur deyir:

- Kişi, cərimə üç manatdır, sən nə üçün on beş

manat verirsən? Qoy sənin pulunun qalığını verim.

175

Ağsaqqal deyir:

- Dayan ə, mənə pul-zad lazım deyil. Qoy sənin

mənə qaytaracağın pulun əvəzinə yenə Gəncə deyim.

Ağsaqqal Gəncə sözünü bir neçə dəfə ucadan təkrar

edir.

XANLARIN ERKƏKDİ YARI

Xanlar adlı bir bəy varmış. Süpürgəyə don

geydirsələr, onu arvad bilib düşərmiş dalınca.

Bir gün cavanlar sözü bir yerə qoyurlar. Bir oğlana

qadın paltarı geydirib salırlar bəyin otağına. Çarşab

altındakı oğlanla xeyli söhbət edən bəy işi başa düşmür.

Üstəlik elçi göndərmək üçün qızın «hə»sini alıb yola salır.

Səhər bəy səs-küyə yuxudan oyanır. Həyətə baxıb görür

ki, cavan-cavan oğlanlar yığılıb bir ağızdan deyirlər:

Bağçalar gətirər barı,

Heyvanların rəngi sarı.

Xanların erkəkdi yarı,

Dur, yatmağın çağı deyil.

Aşpazlar bişirər aşı,

Xara çarşab altda kişi.

Allah kəssin belə işi,

Dur, yatmağın çağı deyil.

Çöllərdə otlayar ilxı,

Göydə öldürdüm mığ-mığı.

Bir qarışdır «gəlinin» bığı,

Dur, yatmağın vaxtı deyil.

Deyirlər, o gündən bəy öz xasiyyətini tərgidib.

176

NÖVBƏYƏ DUR

Bir gün biri görür ki, iraq üzündən, bir cənazə

aparırlar. Neçə-neçə adam da cənazənin dalınca gedir.

Cənazə ilə yanaşı al-qumaşa, zər-zibaya tutulmuş

taxti-rəvanda bir keçi aparırlar. Bunu görən həmin adam

yanındakından soruşur ki, a qardaş, bu nə əhvalatdır? O

da başa salır ki, bu gördüyün keçi həmin o qarını vurub

öldürüb. Bu dəm-dəstgahı da onun gəlini yaradıb. Bunu

eşitcək, həmin adam irəli durub soruşur ki, bu keçini

mənə verərlərmi?

Həmsöhbəti qəh-qəhə çəkib deyir:

- A pir olmuş, bu neçə yüz adamı görürsən ha…

bunların hamısı növbədədir. Sən də get növbəyə dur.

İKİSİNDƏN BİRİNİN VƏZİYYƏTİ

AĞIR OLACAQ

Qoca bir kişi qızlarına baş çəkməyə gedir. Böyük

qızın güzəranı ilə tanış olur. Kürəkəni ilə həyət-bacanı

gəzir.

Kürəkən deyir:

- Bu il bolluca kərpic kəsəcəm. Bəxtimiz gətirib

yağış yağmasa, əldə edəcəyimiz qazanc ilə əməlli-başlı

güzaran yarada bilərik.

Kişi əllərini göyə qaldırıb Allaha dua edir ki, bu il

quraqlıq olsun.

Qoca səhərisi gün kiçik qızının evinə qonaq gedir.

Burada da qızı ilə kürəkəni danışırlar ki, göy-göyərti

əkmişik bir sözlə, il yağmurlu keçsə, sudan korluq olmasa

dirrikdən əməlli-başlı qazanc götürəcəyik.

177

Ata bu dəfə əllərini göyə qaldırıb dua edir ki, tez-tez

yağış yağsın.

Evinə qayıdan kimi arvad soruşur:

- Ay kişi, danış görək, qızlarımız, kürəkənlərimiz

necədirlər?

Kişi deyir:

- Bircə onu bilirəm ki, bu il ikisindən birinin

vəziyyəti ağır olmalıdır. Çünki birinə yağış üçün, birinə

isə quraqlıq üçün dua eləmişəm. Görək Allah hansını

eşidir.

QOYUN, GÖRƏK NƏ DEYİR?

Gəncə aktyorlarından bir qrupu yaxın rayonlardan

birinə qastrola gedibmiş. Onlar bir kənd klubunda tamaşa

göstərmək istəyirdilər. Amma zalda oturan adamlar elə

hay-küy salırlar ki, pərdəni açmaq mümkün olmur. Yaşlı

aktyorlardan biri üzünü camaata tutur:

- Ay camaat, xahiş edirik sakit olun. Biz də

tamaşaya başlayaq.

Bu sözlərin heç bir təsiri olmur. Başqa bir aktyor da

səhnəyə çıxıb eyni xahişi eləyir. Yenə də bir faydası

olmur. Axırda bu qərara gəlirlər ki, kolxoz sədrini

çağırsınlar. Bəlkə o camaatı sakitləşdirə. Belə də eləyirlər.

Bir azdan sədri tapıb gətirirlər. İri gövdəli kolxoz sədri

pərdəni aralayıb səhnəyə çıxır, xırıldaya-xırıldaya

camaata deyir:

- Ay köpəy uşağı, bir sakit olun, görək bu it uşağı nə

deyir də…

178

BİR QONAQLIQDA

Deyir bir ayrımın evinə Gəncədən qonaq gəlir.

Ayrım qonaqları elə küçədə qarşılayır. Evə çatanda deyir:

- Görursəniz, mən özumə nə yaxşı şərait

yaratmışam. Görürsəniz, mən nə yaxşı alt-üst evlər

tikdirmişəm. Allah sizin də evlrərinizi alt-üst eləsin!

Qonaqlar dinmir. Evə girirlər. Süfrə açılır. Yeyib-

içirlər. Ayrım dil-ağız eləyir:

- Siz ki məni sayıb mənim evimə gəlifsəniz, mənnən

bir oturursanız, mənim çörəyim kəsirsəniz, Allah da sizin

çörəyinizi kəssin.

MOTOSİKLETDƏ

Bir ayrım öz motosikletində gecə qaranlığında yol

gedirmiş. Arvadı da əyləşibmiş onun arxasıda. Birdən

görür ki, qabaqda bir cüt işıq yandı. İşıqlar bu tərəfə

gəlməyə başladı. Ayrım tez arvadına deyir:

- Arvad, qabaqdan iki dənə motosiklet gəlir. Odur

ey bir cüt işıqdan bilirəm. Bunlar mənim düşmənlərim

olacaq. Gəlirlər ki, məni tutsunlar. Elə bilirlər ki mən

uşaq-zadam. Sən məndən bərk yapış. Mən acıqnan qazı

basıb onların ikisinin də arasından keçəcəm.

Ayrım bunu deyib motosikletin sürətini daha da

artırır. Sən demə, qabaqda yanan bir cüt işıq ağır yük

maşınının işıqlarıymış. Ayrım motosikleti aparıb həmin

yük maşınının tən ortasına vurur.


179

O BİRİSİNİN DƏ YERİNİ DEYİM ?

Biri iki dənə öküz oğurlayır, aparıb hərəsini bir

yerdə gizlədir. Kimsə öküzün birinin yerini bilir və öküz

yiyəsinə xəbər verir. Öküz yiyəsi oğrunu tapır və

möhkəm danlayır. Oğru ona bir xeyli qulaq asandan sonra

deyir:

- Sən məni belə möhkəm danlayırsan ki, o biri

öküzün də yerini deyim?

LAP TƏZƏK DADIR Kİ

Bir dələduz bərk pulsuzlayıbmış. Oturub fikirləşir

ki, hardan bir az pul qazansın. Çox baş sındırır, çox götür-

qoy eləyir. Axırda bu qərara gəlir ki, bazara gedib alverlə

məşğul olsun. Tezcə bazara yollanır. Mal almaq üçün pul

lazım idi. Ona görə niyyəti baş tutmur. Bir tərəfdə oturub

xeyli fikirləşir. Birdən onun gözü yekə bir təzəyə sataşır.

Tez təzəyi yerdən götürür, xırda-xırda bölüb kağızlara

bükür. Başlayır müştəri çağırmağa:

-Ay alan, ağıl satıram! Ağıl satıram! Ağıl! Ağıl!

Ağıl!

Bütün bazar əhli bu sözü eşidən kimi bərk

təəccüblənir. Hamı dələduzun başına toplaşır. Soruşurlar

ki, neçəyədir? Bunu necə qəbul etmək lazımdır?

Dələduz cavab verir ki, hər bir qırıntının qiməti 2

manatdır. Yeyirsən, dərhal ağlın artır.

Təzəyin müştərisi çoxalır. Hamı bu «qiymətli»

«dərmandan» bir neçə dənə almağa çalışır. Müştərilər

təzək qırıntılarını alır, elə oradaca yeməyə başlayırlar.

180

Onlar bu «dərmanı» yeyəndən sonra ağız-burunlarını

bərk-bərk turşudaraq deyirlər:

- Əşi, bu heç nə dadmır ki.

Bir nəfər də dələduza yaxınlaşıb pul verir və

«dərman» alır. Elə oradaca yeyib deyir:

- Əşi, bu heç nə dadmır ki…

Birini də alıb yeyir və deyir:

- Əşi, bu heç nə dadmır ki:

Birini də alıb yeyir və deyir:

- Əşi, bu, heç nə dadmır ki:

Birini də alıb yeyir və ağız-burnunu turşudaraq

deyir:

- Əşi, bu lap təzək dadır ki…

Bunu eşidən dələduz dərhal deyir:

- Hə, bax sən yavaş-yavaş ağıllanırsan.

PADŞAH VƏ GÖZƏL QADIN

Padşah mahalı gəzməyə çıxıbmış. Birdən gözəl bir

qadın görür. Bunun üzündə nə ənlik varıydı, nə kirşan.

Padşah əmr edir ki, bu qadını hər gün onun sarayına

gətirsinlər. Padşah qadına baxıb ləzzət alırmış. Hər dəfə

də ona bir qızıl bağışlayırmış.

Bir gün qadın düşünür ki, əgər padşah məni bəzək-

düzəksiz bəyənirsə, gör bəzənsəm nələr olar? Onda

padşahın lap ağlı başından çıxar, lap çox qızıl verər.

Qadın elə belə də edir. Padşahın hüzuruna getməmişdən

qabaq özünə əmməli- başlı əl gəzdirir. Padşah onu görən

kimi qəzəbindən gözü kəlləsinə çıxır və deyir:

- Ay zalım balası, boyalı qadın onsuz da doludur

mənim sarayımda. İndi tapşıraram sənə yaxşıca cəza

verərlər.

181

Həmin gün padşah qadını möhkəm cəzalandırır.

DAMAZLIQ ÜÇÜN

Yüngül maşınlar təzəcə çıxanda biri dağdan

Gəncəyə gəlibmiş. Şəhərdə şütüyən balaca minik

maşınlarını görüb bərk təəccüblənir. Bir nəfərdən soruşur

ki, bunlar nədir belə? O da başa salır ki, bu yüngül minik

maşınıdır. Qonaq bunun nə demək olduğunu başa düşmür.

Axırda belə qandırırlar:

- Bu maşınlar sizin gördüyünüz o iri maşınların

balalarıdır.

Qonaq bu sözdən bərk sevinir və deyir:

- Görəsən, bu baladan bir-ikisini damazlıq

verərlərmi gedəndə özümlə aparım?

ÖZÜBOŞALDAN MAŞIN

Bir ayrım şəhərə çoxlu pomidor aparmaq istəyir. Bir

yük maşınının sürücüsü ilə danışır. Beş yüz manata

yollaşırlar. Nə isə, bir güc-bəla ilə pomidoru maşına

yükləyirlər. Maşın yerindən tərpənəndə ayrım şoferə

deyir:

- Şofer qardaş, düzdür, sənnən beş yüz manata

yollaşdıq. Amma bəri başdan deyirəm ki, sana cəmisi yüz

manat verəcəm.

Şofer bu sözdən həm təəccüblənir və həm də

qəzəblənir. Deyir:

- Yox, qardaş, incimə, onda mən sənin yükünü

şəhərə apara bilmərəm.

182

Ayrım kefini pozmur:

- Onda get, zəhmət çək mənim pomidorumu özün

boşalt. Mən yorulmuşam, əlimi də vuran deyiləm.

Şofer maşının kuzovunu qaldırır, pomidorun hamısı

yerə tökülür. Ayrım çaş-baş qalır. Elə bu vaxt onun

yanında başqa bir yük maşını dayanır. Şofer başını

pəncərədən çıxarıb deyir:

- Ay qardaş, şəhərə mal aparmaq istəyirsənsə, gəl

yollaşaq.

Ayrım yerlə yeksan olmuş pomidoru yığa-yığa

soruşur:

- Sənin də maşının özü boşaldandır?

HEÇ KIM GƏLMƏK ISTƏMIR

Biri ölür. O dünyada onu cəhənnəmə göndərirlər.

Cəhənnəmə çatan kimi başlayırlar bunu o ku var

döyməyə. Döyülən adam zarıya-zarıya Hinkir-Minkirə

deyir:

- Əşi, adamı belə döyürsünüz deyə yanınıza heç kim

gəlmək istəmir də …

HAMISINDAN BİŞİRİN

Daşkəsəndə Karağan Usub adlı çox baməzə bir kişi

olub. Bir gün Karağan Usub dostlarından birinin evinə

qonaq gedibmiş. Ev yiyəsi Usub kişidən soruşur ki, nə

yeyəcəksən, nə hazırlayaq?

Usub kişi soruşur:

- Nə bişirə bilərsiniz?

Cavab verirlər ki, çox şey. Məslən: piti, kələpır,

bozartma, küftə, dolma, plov …

183

Bunu eşidən Karağan Usub deyir:

- Qazanınız çoxdursa, hamısından bişirin …

ANASINI AĞLADACAM

Dağ kəndlərinin birində kolxoz sədri seçmək

istəyirlər. Layiqli adam tapa bilmirlər. Kənddə

savadsız,amma qoldan qüvvətli, ağızdan pərtov bir kişi

varıymış. Müəllimlərdən biri onun üstünə düşür ki, gəl bu

işi elə sən götür öhdənə. Bizim kolxoz üçün səndən yaxşı

sədr ola bilməz.

Kişi cavab verir ki, ay canım, mən savadsız bir

adamam. İclasda-miclasda danışa bilmərəm. Əl çəkin

məndən.

Müəllim təkid edir:

- Təki sən razı ol, gerisi ilə işin yoxdur. Harda çıxış

eləsən, mən sənə kömək eyləyərəm.

Kişini birtəhər yola gətirirlər. Kolxoz sədri seçirlər.

Dərhal iclas çağırılır. Sədr ona dil tökən müəllimi yanına

çağırıb deyir ki, mən caamatın qabağında çıxış etməliyəm.

Bəs nə təhər eyləyək?

Müəllim deyir ki, heç narahat olma. Sən çıx

kürsüyə. Mən də kürsünün altında gizlənəcəm. Mən nə

desəm, sən təkrar edərsən.

Razılaşırlar. İclas başlanır. Təzə sədr kürsüyə çıxır.

Kürsünün altında gizlənən deyir:

Denən: « Yoldaşlar!»

Sədr deyir:

- Yoldaşlar!

184

Sədr bunu deyəndən sonra asta səslə kürsünün

altında gizlənmiş adamdan soruşur:

- Ə, bəs indi nə deyim?

O da, cavab verir:

- Ə, canına azar de! Mən nə bilim nə demək

lazımdır?

Hamı gözünü dikir sədrin üzünə. Yerdən biri

soruşur:

- Hə, bəs sonra? Eşidirik, sözünü de.

Sədr qızarıb-bozarır. Bir nəfər ayağa qalxıb deyir:

- Əşi, sözün yoxdursa, biz çıxıb gedək. Sən Allah,

bizi avara eləmə. İşimiz-gücümüz var.

Sədr deyir:

-Yaxşı, yoldaşlar, siz gedin. Sizə heç bir sözüm

yoxdur. Amma mənim ayağımın altında biri var. Bu saat

onun anasını ağladacam.

ƏZMƏSİN, ƏZMƏYİM

Bir çoban dağda qoyun otarırmış. Elə bu vaxt bir

molla sürünün yanından keçib harasa gedirmiş. Dayanıb

çobanla salam-əleyk eləyir. Sonra soruşur:

- A bala, burada neyləyirsən?

Çoban cavab verir:

- A molla əmi, ruzumu qazanıram.

- A bala, ruzu belə qazanılmır. Sən gərək gecə-

gündüz Allaha dua eləyəsən, ibadət eləyəsən, namaz

qılasan. Bax, onda sənin başından ruzu tökülər.

Çoban soruşur:

- A molla əmi, ibadət nədir, namaz nədir?

Molla cavab verir ki, indi gedərsən məscidə. Orada

baxarsan, camaat nə eləyirsə, sən də ondan eləyərsən. Hər

şey sənə agah olar.

185

Çoban sürünü arxaca salıb tez məscidə gedir.

Ömründə birinci dəfə məsciddə olduğu üçün burada

gördüklərinə çox təəccüblə baxır. Baxıb görür ki, bir dəstə

adam gah diz üstə çökür, gah yeri öpür, gah üzünü yuxarı

tutur, gah da əyilib qalxır. Bir uzunsaqqallı kişi də lap

qabaqda dayanıb uca səslə deyir:

- Allahü-Əkbər!.. Allahü-Əkbər!.. Allahü-Əkbər!..

Çoban ibadət edən, namaz qılan adamların başının

üstündən hoppana-hoppana lap qabağa gəlir. Hamıdan

qabaqda, axundun geri yanında dayanıb ibadətə başlayır.

Kim nə cür hərəkət edirsə o, dərhal həmin hərəkəti təkrar

edir. Arxadakı adamlar çobanın yersiz hərəkətlərindən,

ələlxsus hamının başı üstündən hoppanaraq qabağa

keçməsindən bərk qəzəblənsələr də, namazın xatirinə heç

nə deyə bilmirlər. Çoban aşağı əyiləndə birdən arxadakı

adamlardan biri onun ətinin yumşaq yerindən tutub bərk

sıxır. Ağrıdan çobanın gözləri böyüsə də cıqqırını

çıxartmir. Bunu namazın ümumi qaydası kimi qəbul edir.

O da əlini uzadıb ondan qabaqda dayanmış axundun

ətinin yumşaq yerindən tutur var gücü ilə sıxır. Axund

özündə dəhşətli bir ağrı hiss etsə də Allahın kəlamını

yarımçıq kəsə bilmir. Öz dualarına, ibadətinə davam edir.

«Əlləzinə» sözünü eşidən çoban deyir:

- Əşi, əzməsin, əzməyim də…

SƏNİ YEMƏYƏCƏK Kİ

Günlərin bir günü bir gəncəlinin evinə qonaq gəlir.

Qonaq məhləyə girir. Məhlədə bir sərt it varıymış. Ev

yiyəsi eyvandan qonağa nə qədər deyirsə içəri gəl, it aman

vermir. Qonaq da qorxusundan irəli yeriyə bilmir. Ev

186

yiyəsi eyvandan itə bərk təpinir. Amma yenə it qonağı

irəli buraxmır. Bu dəfə ev yiyəsi itə acıqlanır:

- Ə, nə hürüyürsən, bir aman versənə. Qonaqdır

dana, qoysana gəlsin, səni yeməyəcək ki …

İNDİ BİLDİN?

Bir kişinin qızına elçi gəlir. Kişi mətləbdən halı olan

kimi bircə kəlmə ilə öz sözünü deyir:

- Mənim qızm həm lal, həm kar, həm də topaldır.

Elçilər bildirirlər ki, qızın hər nə qədər eybi olsa,

onlar üçün qəbuldur. Hər iki tərəf razılığa gəlir. Nişan, toy

başa çatır. Qaynana təzə gəlinin başıaşağı, ağıllı, gözəl,

zirək olduğunu görür. Odur ki, bir gün qudasına üzünü

tutur:

- Bura bax, a qohum, bəs sən deyirdin qızın laldı,

kardı, topaldı?

Qızın atası cavab verir:

- Mən o sözü başqa mənada demişəm. Yəni mənim

qızım heç vaxt yanında danışılan sirri başqalarına verməz,

hər söhbətə qulaq asmaz, qapı-qapı gəzməyi də xoşlamaz.

İndi bildin, belə deməyimin səbəbini?..

BOSTANA DÖNÜB

Keçmişdə bir bəy var imiş. Qapısına ağlı kəsməyən

adam gələndə nökərini göndərərmiş ki, get denən ağam

xəstədi. Bir gün yenə bəyin qapısı döyülür.Bəy tez nökəri

187

göndərir ki, get denən ağam xəstədi. Qonaq da üzlü qonaq

imiş. Qırsaqqız olur ki, ağanın xəstəliyi nədir?

Nökər özünü itirir, başlayır kəkələməyə:

- Ağam uzanıb yerə. Başı şişib qarpız boyda olub.

Ayaqları elə bil ki, lap yemişdi. Rəngi badımcan kimi

qaralıb. Əlləri…

Bunu eşidən qonaq qəhqəhə çəkir:

- Əşi, taa denən ağam bostana dönüb. Vay dədəm,

vay!..

QISA, KOSA, MUSA

Bir kənddə üç qardaş varmış. Bu qardaşların da var-

yox bircə atı varmış. Bir gün bu at itir. Qardaşlar oturub

fikirləşirlər:

- Ayə, üç qardaşın var-yox bir atı ola. O da itə? Bizə

ayıbdır ki, bir atı saxlaya bilmirik. Yox, mütləq atı

tapmalıyıq.

Onlar atı axtarmağa başlayırlar. Birdən baxıb

görürlər uzaqdan bir adam gəlir. Qardaşlardan biri deyir

elə atı bu oğurlamış olar.

Böyük qardaş deyir:

- Ayə, bunun boyu qısadır.

Ortancıl qardaş deyir:

- Əgər onun boyu qısadırsa, onda bığı da kosadır.

Kiçik qardaş deyir:

- Əgər onun boyu qısa, bığı kosadırsa, onda adı

Musadır.

Qardaşlar belə hesab edirlər ki, əgər onların

fikirləşdikləri düz çıxsa, deməli, atı doğrudan da bu adam

oğurlayıb. Bir azdan həmin adam onların yanına çatır.

Qardaşlar baxıb görürlər ki, dedikləri əlamətlərin hamısı

bu adamda var. Tez soruşurlar:

- Ayə, sənin adın Musadırmı?

188

O cavab verir:

- Bəli, mən Musayam.

Bunu eşidən kimi qardaşlar onun yaxasından

yapışırlar ki, bizim atımızı sən oğurlamısan. Tez ol bizim

atımızı ver.

Musa nə qədər and-aman eləyir ki, at-zad görməyib.

Heç onun bu işdən xəbəri yoxdur. Qardaşlar inanmır ki,

inanmır. Kişini tutub qazının yanına gətirirlər. Əhvalatı

danışırlar.

Qazı soruşur:

- Axı siz hardan bilirsiniz ki, atı bu adam oğurlayıb?

Qardaşlar cavab verirlər ki, biz biliciyik və hər şeyi

bilirik.

Qazı deyir:

- Onda gəlin bir şərt kəsək. Siz çıxın çölə. Mən

ovcumda bir şey gizlədəcəm. Onu tapa bilsəniz, deməli

dediklərinizin hamısı doğrudur.

Qardaşlar çölə çıxırlar. Bir azdan qayıdırlar. Qazı

soruşur:

- Tapın görüm, mənim ovcumdakı nədir?

Böyük qardaş deyir:

- Kişinin əlindəki onun varıdır.

Ortancıl qardaş deyir:

- Əgər o, kişinin varıdırsa, deməli rəngi sarıdır.

Kiçik qardaş deyir:

- Kişinin əlindəki onun varıdırsa, rəngi də sarıdırsa,

deməli o, darıdır.

Qazı ovcunu açır. Baxıb görürlər ki, doğrudan da

onun gizlətdiyi darı imiş. Qazı qardaşların bilici olduğuna

tam inanır və belə hesab edir ki, onlar at oğurlayanı

düzgün tapıblar. Odur ki, Musaya təpinərək deyir:

- Tez ol get, onların atını tap, ver özlərinə.

189

BAKIDAN GƏTİRDƏRİK

Gəncədəki bədii özfəaliyyət kollektivlərindən biri

konsertə hazırlaşırmış. Birdən şəhər mədəniyyət şöbəsinin

müdiri içəri girir. Uşaqlardan soruşur:

- Vəziyyət nətəridir, ə?

Uşaqlar yerbəyerdən deyirlər ki, nə qədər çalırıqsa,

rezonans vermir.

Müdir kefini pozmur:

- Ə, vermir, heç verməsin, təşkil eləyib Bakıdan

gətirdərik.

BİR MANATIN DƏRDİNDƏN

Dəllək bir mərdimazarın başını qırxırmış. Birdən

oğlu içəri girib pul istəyir:

- Ay dədə, mənə bir manat ver, konfet alacam.

Dəllək yanıb –yaxılır:

- Ə, köpək oğlu, mən bir manatın dərdindən

qabağımda it qırxıram, sən də gəlib məndən bir manat

istəyirsən?

FİL HƏKİMİ

Biri çox xərc-xəsərrətnən uzaq bir ölkədən fil

həkimliyini öyrənib öz vətəninə qayıdır. Çatan kimi

yanına bir fil gətirib deyirlər ki, bəs deməssənmi, bu fil

xəstələnib, buna bir əlac elə. Həkim çölə çıxanda fil yerə

səvərib yatmışdı. Həkim fil sahibinə deyir ki, fil bərk

xəstələnib, ona mütləq iynə vurmaq lazımdır. Fil sahibi də

deyir ki, hə, lap yaxşı, iynə vur, nə qədər istəyirsən sənə

190

pul verərəm. Həkim iynəni hazırlayır. Amma iynəsi də

əlində bir xeyli dayanıb filə baxır. Fil sahibi soruşur:

- Həkim qardaş, nooldu, niyə işə başlamırsan?

Həkim deyir:

- Bilirsən, qardaş, bir iş var, iki əməl. Mən bu iynəni

filin başına vurmalıyam, amma bayaqdan ha baxıramsa bu

çər dəymiş heyvanın başı ilə geri yanını seçə bilmirəm.

Fil yiyəsi həkimin sözünə lap məəttəl qalıb deyir:

- Bu nətəri həkimdi, ə? Neçə ildi papağını günə

yandırıb fil həkimliyi oxuyub, hələ də filin başı ilə geri

yanın seçə bilmir.

Kişi bunu deyib fili dəhmərləyir, birtəhər qabağına

qatıb evinə aparır.

EŞŞƏKNƏN İTİN YEMƏYİ

İki üzdəniraq alim ucqar dağ kəndlərindən birinə

gedir. Bir ağsaqqalın evində qonaq qalası olurlar. Axşam

düşür, yemək vaxtı çatanda ağsaqqal qonaqlara təklif

eləyir ki, buyurun, əl-üzünüzü yuyun, bir tikə çörək

kəsək. Bizim qarı şəhərli qonaqlarımıza bir yaxşı xəngəl

bişirib. Qonaqlardan biri əl-üzünü yumaq üçün çölə çıxır.

Elə bu vaxtı ağsaqqal o biri qonaqdan soruşur:

- Ay oğul, məni bağışla, qadan alım, səndən bir söz

soruşmaq istəyirəm. Bir mənə de görüm, sənin bu çölə

çıxan dostun nətəhər adamdı?

- Əşi, nətəri olacaq ey, eşşəyin biridir.

Bir azdan sonra çöldəki qonaq içəri girir, bu dəfə də

o biri qonaq əl-üzünü yumağa çıxır. Ağsaqqal indi də ona

yaxınlaşıb soruşur:

- A bala, qadan alım, məni bağışla, səndən bir söz

soruşmaq istəyirəm. Sənin o dostun nə cür adamdı?

Qonaq üz-gözünü turşudub deyir:

191

- Eh … O niyə adam olur, itin biridir.

O biri qonaq da əl-üzünü yuyub qayıdır. Ağsaqqal

bunların ikisini də burda qoyub çölə çıxır, gedib bir qab

arpa, bir qab da yal gətirir. Qonaqların qabağına qoyur.

Qonaqlar deyir:

- A kişi, bu nədi belə ?

Ağsaqqal əhvalını pozmur:

- A bala, eşşəknən itin yeməyi ayrı nə ola bilər ki?

QOYSANA NƏÇƏNNİKNƏN GÖRÜŞƏK

Daşkəsənə təzə katib gəlibmiş. Katib rayonla

yaxından tanış olmaq istəyir. Əvvəlcə kəndləri gəzmək,

adamlarla görüşmək qərarına gəlir. Maşına minib uzaq

kəndlərin birinə yollanır. Daxili işlər şöbəsinin rəisi də

onun yanındaymış. Bir dağın ətəyindən ötüb keçəndə

katibin gözü böyük bir qoyun sürüsünün arxasınca gedən

ortayaşlı çobana sataşır. Tez maşını saxlatdırır. Maşından

düşüb daxili işlər idarəsinin rəisi ilə birlikdə çobana tərəf

gedir. Çoban rəisi lap uzaqdan tanıyır, amma

yanındakının kim olduğuna əhəmiyyət vermir. Katib

çobana yaxınlaşıb əl uzadır. Çoban onun əlini geri itələyib

deyir:

- Ə, öldüyün ha döyül, qoysana bir nəçənniknən

görüşək.

ÖLÜYNƏN BİR YASTIĞA BAŞ

QOYURAM

Bir məclisdə Məmməd adlı bir kişinin

xəstələnməyin-dən söz düşür. Soruşurlar ki, nolub, niyə

xəstələnib? Biri də qayıdır ki, bəs deməssənmi Məmməd

kişi uşaqlıqdan ölüdən qorxandır. Keçən gecə

192

qəbristanlığın yanından keçəndə gözünə ölülər görünüb,

kişinin qorxudan zəhri çatlayıb. Həsən adlı zarafatcıl bir

kişi özünü saxlaya bilməyib deyir:

- Niyə qorxur, ə… Ölüdən də qorxarlarmı? Mən

otuz ildir ki, ölüynən bir yastığa baş qoyuram,bə niyə

qorxmuram?

KƏLBALI KİŞİ VƏ LOTULAR

Albalı kəndində olan Kəlbalı kişi bir eşşək yükü

gavalı aparırmış bazarda satmağa. Yolda lotular kişinin

qabağını kəsib soruşurlar:

- Kişi, haralısan? Kəndinin adı nədir?

Kişi deyir:

- Albalı.

- Adın nədir?

- Kəlbalı.

- Yükün nədir?

- Gavalı.

Lotular qəzəblə bir-birlərinə baxıb deyirlər:

- Ayə, bu qoca deyəsən bizi sarıyıb. Gəlin onu bir

yaxşı əzişdirək.

Bunu eşidən Kəlbalı kişi cibindən sənəd çıxarıb

onlara göstərir. Lotular sənədlərə baxdıqdan sonra kişinin

sözlərinin doğruluğuna inanır və ona toxunmurlar.

ƏLLİ VERMİŞİM, ƏLLİ DƏ İSTİYEY

193

Beş-altı ayrım Gəncəyə kartof aparırmış. Yolda

polis maşını saxlayır. Şofer düşür yerə. Başlayırlar çənə-

boğaz eləməyə. Kuzadakı ayrımlar soruşur:

- Noolub, ə, nə istiyey?

Şofer deyir:

- Ə, ta noolajax bundan artıx, buraxmax istəmir.

Ayrımların biri deyir:

- Ə, şərrəsin, ölmüyüfsən ha şərrə!

Şofer deyir:

- Ə, ta nə şərriyəjim, əlli vermişim, əlli də istiyey.

BAL

Bir gəncəlinin evinə qonaq gəlir. Ev yiyəsi yaxşı

süfrə açır. Qonaq deyir:

- Allah süfrənizi belə həmişə açıq eləsin! Mən

toxam, heç nə yeməyəcəm.

Ev yiyəsi əl çəkmir ki, yox, bu nemətlərdən

dadmasan, bir tikə çörək kəsməsən, üzünə baxmaram,

qonaq nə illah eləyirsə, mümkün olmur. Axırı əlacı kəsilib

süfrəyə qoyulmuş baldan yeməyə başlayır. Bir dadım alan

kimi balı tərifləyir:

- Əşi, bu nə gözəl baldı?! Bu yaşacan mən hələ belə

ləzzətli bal yeməmişəm.

Ev yiyəsinin qoltuğu qarpızlanır. Özünü saxlaya

bilməyib deyir:

- Qonaq qardaş, hələ mənim yaxşı balım dağdadır.

Sənin yediyin onun yanında nə zibildir ki…

CANAVAR YUVASI

194

Tovuzda Qıqqı Vəli adında baməzə bir kişi olub.

Bir gün Vəli Gürcüstanın Ovçular Cəmiyyətinə teleqram

vurur ki, tez silahlanın gəlin, sovxozumuza çoxlu canavar

dadanıb. Günlərin bir günü Tiflisdən bir dəstə silahlı ovçu

maşınla kəndə gəlir. Onları Vəli özü qarşılayır. Soruşurlar

ki, a kişi, sən bu məzmunda bir teleqram vurmusanmı?

Vəli deyir ki, hə. Nəysə, Vəli bunlara deyir ki, dalımnan

gəlin, mən bu saat canavarların yuvasını sizə göstərəcəm.

Ovçular əli silahlı düşürlər Vəlinin yanına. Vəli onları

aparır düz sovxoz idarə heyətinin binasına. Ovçulara

sovxoz direktoruyla müavinin otağını göstərib deyir:

-Bax, ana canavarla ata cavar bu otaqlarda

oturublar. Bala canavarlar isə bax orda – mühasib

otağında otururlar. Siz əvvəlcə ata canavarla ana canavarı

ovlayın. Bala canavarlar bunu görüb öz-özlərinə

qaçacaqlar.

ADAM YOX, ALİM ELƏDİ

Özündən razı, lovğa və savadsız iki alim Nizami

Gəncəvinin heykəlinin yanından ötüb keçirmiş. Onlardan

biri heykələ tərəf baxıb deyir:

-Bizi də bu kişi adam elədi.

Onların arxasınca gələn və hər iki «alimi» yaxşı

tanıyan bir ağsaqqal bu sözləri eşidib deyir:

-Nizami rəhmətlik sizi adam yox, alim elədi.

HAQQIN VAR

Bir kişin çox sevdiyi bir iti varmış. Bir gün bu it

milisin papağını götürüb qaçır. Milis bir güc-bəla ilə gəlib

papağını tapır. İt yiyəsini çağırtdırıb əhvalatı ona danışır.

Sonra da itə bir təpik vurur.

195

Bunu görən it yiyəsi deyir:

-Vur, vur, lap əlinin içindən gəlir. Vur, vallah, sən

indi bu itin ətini dişinə çəksən də haqqın var.

ÖMRÜMÜN AXIRINA KİMİ

Bir qarışqa bir fil ilə evlənibmiş. Günlərin bir günü

fil ölür. Qarışqa başlayır ağlamağa, şivən qoparmağa.

Yaxınlaşıb təsəlli verirlər ki, əşi, ağlama, ölüb-ölüb, canın

sağ olsun.

Qarışqa deyir:

- Mən başıdaşlı bunu ağlamıram ki… Mən öz

günümə ağlayıram. Gərək ömrümün axırına kimi qəbir

qazam.

AXTARARSAN BİZLƏRİ …

Bir kişi pinəçilik öyrənir. Di gəl ki, işlətməyə hacatı

olmur. Gedir çoxdan pinəçilik eləyən dostunun yanına.

Xoş-beşdən sonra gözünün altından bizlərə baxır,

istəməyə də üzü gəlmir. Başlayır zümzümə eləməyə:

Axtararsan bizləri,

Tapa bilməzsən bizləri,

Onda söymə bizləri.

Oxuya-oxuya özünə lazım olan bizləri çırpışdırır.

Dostu heç nə başa düşmür. Bu çıxıb gedəndən sonra

iynəni, bizi yerində tapmır. Pinəçi barmağını dişləyir: «…

Deməli, dostum mənnən halallıq alırmış».

196

NƏ BOYUN OLURSAN?

Bir ağsaqqal raykom katibinin yanına gedib deyir:

- Yoldaş katib, rüşvət rayonu başına götürüb.

Katib əlini ağsaqqalın çiyninə qoyur. Deyir:

- Ağsaqqal, nə boyun olursan, bu rayondan rüşvəti

tamam yığışdırım?

ÇAY ƏHVALATI

Gəncəbasarın QarApirimli kəndində Əmrah adında

bir kişi varıymış. Bu kişi kəndin yüzbaşısı imiş. Bir gün

Ağasbəyliyə dostu Həsənin üstünə çapar göndərir. Deyir:

- Dostuma deyin filan gündə Əmrah kişi başının

dəstəsiynən çay qonaqlığına gələcək.

Çarar çatır Ağasbəyli kəndinə. Sözü yiyəsinə yetirir.

Həsən kişi çağırır arvadı Sayalını. Deyir bəs belə, hazırlıq

gör. Qonaqlar gəlir.

Vaxt- vədə tamam olur. Qonaqlar tökülüşür. Sayalı

öz-özünə deyir: «Yox, mən bu işi yoxlamalıyam, görüm

bu Əmrah necə çay içəndi ki, o boyda yolu basa-basa çay

içməyə gəlir».

Qonaqlar keçir öyə. Mütəkkələrə dirsəklənirlər.

Qəlyan çəkib, ordan-burdan söz salırlar. Sayalı məhlənin

ortasında samavar qaynadır. Çayı qəsdən iki çaynikdə

dəmləyir. Çaynikin birinə bir ovuc arpa tökür. Arpalı

çaydan süzüb qoyur qonaqların qabağına. Qapının

arAsından baxır. Əmrah kişi stəkanı əlinə götürüb iyləyir.

O saat başlayır at kimi kişnəməyə. Sayalı barmağını

197

dişləyir. Tez çayları yığışdırır. O biri çaynikdən süzüb

gətirir. Əmrah kişi yenə stəkanı başına qaldırır. Bu dəfə

«bəh-bəh» deyir. Sayalı görür ki, hə, bu kişi həqiqətən çay

içən adam imiş.

BİR EŞŞƏYİ OLAN

İki həmşəri rastlaşır. Biri o birindən soruşur:

- Qardaş, vətəndə nə var, nə yox?

Deyir:

- Bir eşşəyi olan

Madar- küdar dolaney.

İki eşşəyi olan

Quyruğundan bal əmey.

Üç eşşəyi olan

Xannan bacanaq oley.

YEDDİ BACANAQ

Yeddi bacanaq yolnan gedirmiş. Birdən bunlardan

biri deyir:

- Bir adam olaydı, söhbət eliyərdik.

BAĞRIN DAŞDIMI

Bir qız gəlin köçür. Toy günü baxır ki, qaynatası

kababdan çəkir, yeyir. Çəkir, yeyir. Gəlin ac imiş. Baxır,

baxır. Axırda dözə bilmir, deyir:

- Bağrın daşdımı, a Möhləş kişi! Demirsənmi bəlkə

birinin tamahı keçər.

198

GÜLÜ KİŞİ İTİNƏ YAXIN DURMUR

Goranboyun Qaradağlı kəndindən olan Gülü kişi

gəlir Gəncə bazarına. İti də yanındaymış. İt andır bir

kişini yağ dolu qarnını yırtır. Yağ axır. Kişi qışqırır:

- Ay bu itin yiyəsi! Ay bu itin yiyəsi! Gəl cəriməni

ver!

Gülü kişi görür işlər şuluqdur. Bu da başlayır iti

döyməyə. O vaxtdan bəri öz malına yiyəlik eləməyənə

deyirlər:

- Gülü kişi itinə yaxın durmur.


TƏKİ YAXŞI YEMƏK OLSUN

Bir gün Gülü kişinin aldadırlar. Deyirlər ki, səni

Hazırəhmədliyə qonaq çağırıblar. Bir də yalandan

canıyananlıq eləyirlər:

- A kişi, yol çox uzaqdı, nətəri gedib çıxacaqsan?

Gülü kişi kefini pozmur:

- Təki yaxşı yemək olsun. Hazırəhmədli budu

buradır.

ALLAHIN İKİ ADI

Deyir bir çirkin kişinin çox gözəl arvadı var imiş.

Bir gün bunlara bir qonaq gəlir. Arvada deyir:

- Ay bacı, sən ki, belə gözəlsən. Bu bədheybət

kişiynən nətəri oturursan?

Arvad deyir:

- Ay qardaş, sən yəqin müsəlman deyilsən.

Bilmirsənmi Allahın bir adı Səbrdi, o biri adı Şükr. Mən

199

bu kişinin kifirliyinə baxıb səbr eləyirəm, öz gözəlliyimə

baxıb şükr eləyirəm.

SAĞ TƏRƏFDƏKİ MƏNƏM

Biri əsgərlikdə eşşəknən şəkil çəkdirir. Yollayır

atasına. Altından da yazır:

- Dədə, sağ tərəfdəki mənəm.

ÜÇ BACI

Bir kişinin üç qızı var idi. Bir gün bunlara elçi

gəlir. Kişi deyir:

- Hərəniz bir çaydan çay qaynadın. Kim tez

qaynatsa, onu verəcəm ərə.

Qızlar üçü də başlayır çay qaynatmağa. Böyüknən

ortancıl tez-tez qapağı qaldırıb baxır. Görsün çay qaynadı

ya yox. Kiçik qız bir tərəfdə oturur. Hamıdan tez onun

çayı qaynayır.

200

201

202

NAĞILLAR

FATMA

Biri varıydı, biri yoxuydu Fatma adında bir qız

varıydı. İraq sizin üzünüzdən, bir gün Fatmanın anası

öldü. Bunlar bir qardaş, bir bacı yetim qaldılar. Dədələri

gedib təzə arvad aldı. Analıq bu yetimlərə göz verdi, işıq

vermədi. Allahdan qorxmayan külli – kafirdi. Analıq

Allahından döndü. Kişiyə dedi:

- Ya bu yetimləri buradan genit, ya da mən səndə

oturmuram. Çıxıb gedirəm dədəm öyünə.

Kişinin əlacı kəsildi. Uşaqları yanına salıb meşəyə

apardı. Meşəyə çatanda hərəsinə bir torba verib tapşırdı:

- Gedin bu torbaları əzgilnən, fısdıqnan doldurun.

Mən də burada duvaq qayırıram.

Kişi götürdü bir taxtanı ağaca mıxladı. Yel

vurduqca tıq-tıq elədi. Kişi uşaqları buradaca qoyub dala

qayıtdı. Uşaqlar taqqıltını eşidib elə bildilər dədələri

meşədədi.

Şər qarışdı, yetimlər qaldı tək-tana. Çox hərrəndilər,

dolandılar bir nəjranın düzünə çıxdılar. Burada bir qarıya

urcah oldular. Sən demə, bu qarı adamyeyən imiş. Allah

elə onand elədi bu qarının əlinə xəlbir verib su gətirməyə

yolladılar. Qarı gəlincə komadan çıxıb qaçdılar.

Savax açıldı. Cəmi savaxlar üzünüzə xeyirriknən

açılsın. Bunlar qardaş-bacı gethaget gedib bir yol ayrıcına

çıxdılar. Burdan üç yol ayrılırdı. Birinə yazılmışdı:

gedərsən gəlməzsən. O birinə yazılmışdı: gedərsən gec

gələrsən. Üçüncü yolun adı beləydi: gedərsən tez

gələrsən.

Bunlar gedərsən, tez gələrsən yazılan yolnan

getdilər. Bir xeyli gedəndən sonra gördülər iki su axır.

203

Hərəsi suyun birindən içdi. Fatma dönüb oldu gözəl bir

qız. Qardaşı da dönüb oldu öküz. Fatma bir başına döydü,

bir dizinə. Ta hara çataydı? Birdən öküz dil açdı. Dedi:

- Ay bacı, ağlama! Allah mənim cilidimi dəyişib.

Görürsənmi dil bilirəm. Min belimə! Ta sənə yemək-

içmək gərək deyil. Buynuzumun biri yağdı, biri bal. Əmə-

əmə gəl gedək dədəmizin qapısına.

Bunlar gəlhagəl-gəlhagəl gəlib dədələrinin öyünə

çatdılar. Analıq gördü Fatma öküznən gəlib, dinib

eləmədi. Qız öküzü aparıb otarırdı, gətirirdi. Analığın

Fatmaya paxıllığı tutdu. Gördü bu qız günbəgün

gözəlləşir, şox salır. Arvad dedi:

- Yun darağını apar. Çöldə bu yunu did, dara!

Fatma yunu diddi, daradı. Birdən Yel, Qiyamət

qopdu, Fatma qaçdı, piltə qaçdı. Yel piltəni götürüb bir

qarının bacasından saldı, Fatma bacadan boylandı, gördü

bir qarı oturub. Qarı dedi:

- A qızım, piltən məndədi. Dur gəl yanıma !

Fatma girdi qarının komasına.

Qarı dedi:

- A qızım, gəl bir bu başımı bitlə !

Qız baxdı ki, qarının başında bitlər var ilan - çayan

boyda. Heç dinmədi. Qarı soruşdu :

- A qızım, sənin ananın başı gözəldi, yoxsa mənim ?

Fatma tez dedi:

- Həlvət də sənin, qarı nənə.

Qarı nənə qapqara çörəklər bişirmişdi. Yan–yanaşı

düzmüşdü. Bu dəfə də çörəyi xəbər aldı:

- De görüm sənin anan yaxşı çörək bişirir, yoxsa

mən?

Fatma dedi ki, sən. Qarı dedi:

- Mən yatacam. Bax o buxarıdan üç su çıxacaq: biri

ağ, biri qırmızı, biri qara. Gördün gəlir, məni durğuz.

204

Fatma oturdu buxarının qabağında. Birdən gördü üç

rəngdə su çıxdı. Tez qarını durğuzdu. Qarı dedi ki, tez ol

suda çim. Fatma oldu dümağ mərmər kimi. Dedi: qırmızı

sudan yanaqlarına, dodağına çək. Fatma oldu ağ gülnən

qızılgül. Qarı dedi:

- Bax o qara sudan da saçlarına, kipriyinə, qaşına

sürt!

Qız qarının dediklərini elədi. Qarıya alxış dua verdi.

Mindi öküzün belinə. Analıq Fatmanı görəndə partladı, nə

partladı. Bunun da bir qızı varıydı: keçəl Fatma. Dedi:

- Savax getmə, öydə qal. Qoy bu dəfə mənim qızım

getsin.

Analıq öz qızına da yun darağı verdi, yun verdi.

Göndərdi öküz otarmağa. Keçəl Fatma yunu diddi, daradı.

Yel gəldi bunun da piltəsini apardı. Saldı qarının

bacasından. Qarı keçəl Fatmanı içəri çağırdı. Buna da

dedi başımı bitdə. Qız bittəmədi. Qarı nənə dedi:

- A qızım, sənin ananın başı gözəldi yoxsa mənim ?

Qız qayıtdı:

- Həlvətdə mənim anamın.

Qarı nənə dinmədi. Bu dəfə də çörəkləri göstərdi.

Soruşdu:

- İndi de görək sənin anan yaxşı çörək bişirir, yoxsa

mən ?

Qız dedi:

- Mənim anamın bişirdiyi hara, bu hara?Qapqara

palçıqdı bu.

Qarı nənə başladı mürgüləməyə. Qıza da bərk-bərk

tapşırdı:

- Buxarıdan su gələndə xəbər elə. Mən bir gözümün

acısını alım.

Qara su gəldi. Qarı qara suyu tökdü qızın başına,

oldu qapqara zənci. Qız ağlaya-ağlaya gəldi anasının

yanına. Başına gələni söylədi. Anası dedi :

205

- Gərək Fatmanın öküzü kəsilə!

Fatma bunu eşitdi. Başı alovlu öküzün yanına gəldi.

Oğlanın adı Məhəmməd idi. Dedi:

- Ay bacı, ta keçib, ağlama. Mənim nə qədər ətimi

alan olsa, yalvar sümüyümü atmasınlar. Desələr sümüyü

neynirsən, de ki, bu öküzü insana dəyişmişəm. Sümükləri

yığ, üç quyu qazarsan. Birinə qanımı, birinə sümüklərimi,

birinə qarnımı basdırarsan.

Fatma qardaşı hər nə demişdisə, hamısını elədi. Bir

gün bir qarı varıydı. Qarı dedi:

- A bala, yalvar – yaxar hamıdan sümük yığdın. Bir

gedib o quyulara baxsana.

Qız gedib xəlvətcə quyuların ağzını açdı. Gördü

qandan elə gözəl libas əmələ gəlib, iki göz istəyir baxa.

Sümük olan quyunu açdı. Gördü yəhərli-yüyənli bir atdı.

Qarın olan quyunu açanda bir cücəli toyuqnan bir xoruz

gördü. Xoruz Fatmanı görən kimi üstünə yüyürdü: Fatma

bacı, Fatma bacı….

Fatma qorxusundan quyuların ağzını bağladı. Gəlib

arvada dedi. Arvad da tapşırdı ki, olmaya-bilməyə bu sirri

açasan.

Bir gün kənddə toy varıydı. Analıq öz çirkin

Fatmasını bəzəndirdi, bərtəndirdi. Bir çuval arpanı,

buğdanı, darını bir – birinə qatdı. Tökdü Fatmanın

qabağına. Bir də bir cəm qoydu. Dedi:

- Biz toydan gələnətən bunları seçməsən, vay qara

halına. Ağlayanda gözünün yaşını da bu cəmə doldur.

Bunlar çıxdılar getdilər. Allahdan olan kimi quyular

Fatmanın yadına düşdü. Tez gedib qarın olan quyunun

ağzını açdı. Cücəli toyuğu gətirdi buraxdı dənin üstünə.

Toyuq cücələrinnən baravar dəni ayırdı. Fatma tez cəmi

duzlu suynan doldurub qoydu. Toyuq-cücəni aparıb öz

quyusuna qoydu. Gedib o biri quyuların ağzını açdı.

Atnan paltarın yanında bir torba kişmiş, bir torba da kül

206

varıydı. Fatma geyindi-kecindi. Kişmişnən külü də

götürdü. Atını minib gəldi toya. Hamı gördü bir gözəl qız

gəlib, iki göz istəyir baxa. Qız başladı toyda süzməyə.

Oynaya-oynaya mərəkənin hamısına kişmiş payladı.

Keçəl Famaynan anasının da gözünə kül səpdi; Fatma

bayxanı üzə vermədi. Tələsik toydan çıxdı. Ayağında qızıl

başmaq varıydı. Çarhovuzun yanından keçəndə başmağın

bir tayı düşdü suya.

İndi görək analıq neylədi? Ana-bala başladılar

Fatmanın dalınca qarğamağa:

- Bu günüqara haradan gəlib çıxdı?

Hərə bunların başına bir qapaz saldı.

Fatmanın başmağı qaldı suda. Gəldi pal-paltarını

yerbəyer elədi. Analıqnan qız qayıtdı öyə. Fatma soruşdu:

- Toy nətəri keçdi ?

Bunlar bir də başladılar ah-nif tökməyə. Padşahın

oğlu yolda Fatmanı görmüşdü. Üzgüçü gətirdi başmağı

çıxartdırdı. Dedi:

- Bu başmaq filan atlıdan düşüb. Başmaq yiyəsi

tapıla gərək.

Padşahın adamları düşdülər qapı-qapı. Hamı qızını

bəzədi-düzədi. Kirli-pasdı ayaqlar isdağa qoyuldu.

Yuyuldu. Başmaq heçcə kəsin ayağına olmadı ki, olmadı.

Dedilər bəs filan evdə iki qız var, birinə baxdıq, birinə

yox. Analıq bu dəfə Fatmanı saldı təndirə, ağzına da bir

yekə daş qoydu.

Allahtaala haqqın Allahıdı. Xoruz durdu təndirin

başında. Başladı :

- Fatma bacım təndirdədi,

Əli – ayağı kəndirdədi.

Xoruzu nə qədər qovaladılar, getmədi.

Padşah dedi:

- Burada bir sirr var. Açın təndirin ağzını.

207

Təndirin ağzını açdılar. Qızı çıxartdılar. Başmaq

qızın ayağının üstündə oldu. İşin üstü açıldı. Qız həmin

quyudakı libası geyinib padşahın imarətinə getdi. Fatma

xoruzu da özüylə götürdü. Dedi :

-

Xoruz mənim qardaşımdı. Xoruzumu

aparmasam, gedəmmərəm.

Padşah Fatmaya qırx gün, qırx gecə toy çaldırdı.

Aradan bir xeyli keçdi. Fatma həmliydi. Analıq

paxıllıqdan çatlayırdı. Keçəl Fatmanı göndərdi qızın

yanına. Bu da gəlib padşahın oğluna dedi :

- Gəlmişəm bacıma özüm qulluq eləyim. Ayağı

ağırdı. Qoy aparım çarhovuzun qırağında çimizdirim.

Bu çarhovuzun içində bir laxa balıq varıydı. Çirkin

Fatma qızı itələdi balığın ağzına. Balıq Fatmanı uddu.

Keçəl Fatma onun libasını geydi gəldi.

Padşahın oğlu ovdan qayıtdı. Gördü xoruz

çarhovuzun qırağında o başa bu başa qaçır. Deyir:

- Fatma bacım çarhovuzun içində,

Ağ oğlan qucağında.

Allahın hökmüylə Fatma laxa balığının qarnınıda

bir oğlan doğdu. Padşahın oğlu üzgücülər gətirdi. Fatmanı

laxa balığının qarnından çıxartdı. Gördü Fatma lümlütdü.

Əbasına büküb uşaqlı-zadlı gətirdi imarətinə.

Allah pisə lənət elədi. Padşahın oğlu əmr verdi, bir

nökər, bir eşşək, bir xurcun gətirdilər. Oğlan keçəl

Fatmanı iki şaqqa elətdi. Hər şaqqasını xurcunun bir

tayına qoydurdu. Dedi:

- Nökər bunu filan qapıya ötürərsən.

Analıq gördü bir eşşək yükü pay gəlir. Kişiyə dedi :

- Görürsənmi, a kişi, sənin qızın bir ildi gedib, bir

çürük qoznan da adımızı anmayıb. Amma mənim qızım

iki gündü gedib. Bir belə pay göndərib.

Arvad xurcunu açdı, gördü xurcundakı öz qızıdı. Bir

başına döydü, bir dizinə.

208

Nağılımız burada bitdi. Göydən üç alma düşdü. Biri

mənim, biri nağıl danışanın, biri qulaq asanın.

MƏLİKMƏMMƏD

Bir varıydı, biri yoxuydu. Bir padşah varıydı. Bu

padşahın da üç qızı. Qızların üçü də yetişmişdi. Padşahın

qorxusundan heç kəs bunlara ağız açammırdı. Bir gün

bacılar fikir-fikir elədilər. Biz neyləyək? Bunu atamıza

nətəri çatdıraq? Kiçik qız dedi ki, gəlin bir qarı çağıraq,

dərdimizi açaq. Belə də elədilər.

Qarı gəldi. Dedi:

- Nökəri göndərin bazara. Üç yemiş alsın. Biri bir az

ötmüş, biri lap yeməli, biri də tam yetişməmiş.

Bəli, nökər yemişləri alıb gətirdi. Qızlar bunu qızıl

məcməyidə padşaha göndərdilər. Padşah əyan-əşrafını

yığdı. Dedi :

- Gəlin bu yemişləri kəsək!

Padşahın bir ağıllı vəziri varıydı. Dedi:

- Qibleyi-aləm sağ olsun! Bu yemişlər elə belə

gəlməyib. Bax bu vaxtı ötmüş yemiş böyük qızındı.

Yeməli ortancıl qızındı, bu biri də kiçik qızındı.

Padşah barmağını dişlədi. Dedi:

- Vəzir, belə ?

Dedi:

- Belə.

Padşah car çəkdirdi. Vilayətində nə qədər cahal

varıydı hamısını yığdırdı. Meydan sulandı. Qızın hərəsinə

bir qızıl alma verdilər, bəyəndiyi oğlana atsın. Böyük qız

vəzirin oğluna, ortancıl vəkilin oğluna atdı, kiçiyin alması

əlində qaldı. Atmadı. Bu qız bağmanın yanında bir keçəl

varıydı onu sevirdi. Gördü keçəl gəlmədi. Bu da Allahın

işiydi. Qız keçəli çayda çiməndə görmüşdü. Keçəl keçəl

209

deyildi; bir teli qızılıydı, bir teli gümüş. Özü də padşah

oğluydu. Sirri açılmasın deyin başına qarın keçirərdi.

Gördülər kiçik qız almanı atmadı. Dedilər kim

qalıb, kim qalmayıb? Bəs deməzsənmi bağmanın

yanındakı keçəl. Keçəli gətirdilər meydana. Qız keçəli

görən kimi əlindəki almanı tulladı keçələ. Padşah bərk

qəzəbləndi. Dedi:

-Allah bu qızın əvəzinə mənə bir qara daş verəydi.

Bu ki məni xar elədi, qoy elə keçələ də getsin. Heç buna

toy-zad da lazım deyil.

Kiçik qız keçəlin dalına düşüb getdi. Keçəl qızı hər

gün döyürdü. Gecə yatanda qılıncını sıyırıb ortaya

qoyurdu. Qız dinib-danışmırdı.

Günlərin bir günündə, iraq üzümüzdən, padşah bərk

azarrandı. Buna ov əti buyruldu. Kürəkənlər hərəsi bir at

minib ova çıxdı.

Keçəlin adı Məlikməmməd idi. Məlikməmməd iki

tükü bir-birinə tutuzdurur, Həzrət Süleyman eşqinə nə

istəsə hazır olurdu. Bir dəfə də Süleyman peyğəmbəri

çağırdı. Bir quyu açıldı. Quyudan yəhərli, yüyənli bir at

çıxdı. Məlikməmməd ata mindi. Süleyman peyğəmbər

eşqinə nə qədər quş varıydı, ceyran – cüyür varıydı,

hamısını bir dərəyə doldurdu.

Vəzirnən vəkilin oğlu ha gəzdilər, ha dolandılar,

əllərinə ov keçmədi. Gəldilər Məlikməmmədin yanına.

Məlikməmməd başındakı qarını atmışdı. Gözəl

libasdaydı. Kürəkənlər bunu tanımadı. Gördülər dərə

ovnan doludu. Məlikməmməddən ceyran-cüyürün birini

istədilər. Dedilər qızıllan bir çəkək, ver bunlardan bizə.

Məlikməmməd dedi:

- Elə şey olmaz. Məndə damğa var.Gərək sizin

kürəyinizə damğa basam. Siz mənim qulum olasınız.

Bunlar bir-birinin üzünə baxdılar. Dedilər əşi, kimdi

kürəyimizi görən? Vurur, qoy vursun.

210

Məlikməmməd vəzirnən vəkilin oğluna damğa

vurdu. Sonra ceyranlardan birini kəsdi, soydu. Süleyman

peyğəmbər eşqinə dua oxudu:

- Dadı başına,

Tüpürüm leşinə.

Bunu deyə-deyə ətə tüpürdü. Kürəkənlər ovu

götürüb getdi.

Məlikməmməd ceyranın başını evə gətirdi.

Arvadına dedi:

- Bunu təmizlə, bişir. Atana apar.

Qız Məlikməmmədin dediyini elədi. Ceyranın

başını gətirib anasına verdi. Anası gəldi padşahın yanına,

yalvar- yaxar elədi:

- A kişi, sənin o kəsiyin gözünün yaşını tökür. Nolar

bundan bircə qaşıq ağzına al. Bəlkə düşəri düşdü.

Padşah bircə qaşıq yeyən kimi gözünə işıq gəldi.

Dedi:

- Arvad, bundan varsa, yenə gətir!

Qada-bala sizdən uzaq olsun, padşahın azarını o

vermişdi, o da aldı. Padşah qalxdı ayağa.

Bu padşahnan bir ayrısı dava eləyəsi oldu. Dedi ki,

qızının üçünü də mənə verməlisən. Keçəlin namusu qavıl

eləmədi. Gəldi şahın imarətinə. Bir silah, bir də bir at

istədi. Buna bir axsaq qatır verdilər.

Keçəl Həzrət Süleyman eşqinə yenə iki tükü

tutuzdurdu. Yəhərli-yüyənli bir at, bir də bir qılınc hazır

oldu. Girdi meydana keçəl, nə girdi? Düşmən tərəfi qırıb-

tökdü. Qılınc dəydi başına keçəl yaralandı. Padşah özü də

vuruşurdu. İşi belə görəndə qızıl yaylığını oğlanın

yarasına soxdu. Keçəl öyə gələndə qız dədəsinin yaylığını

tanıdı. Gedib xəlvətcə anasına dedi:

- Ana, dədəmin yaylığı keçəlin başındadı.

Padşah car çəkdirdi. Dedi:

211

-

Mənim qızıl yaylığım kimin başındadısa, gərək

həmin adam tapıla.

Keçəl gördü sirr açıldı, mindi axsaq qatıra, getdi

imarətin qabağına. Padşah öz-özünə dedi əşi, yəqin

nəmərə gəlib. Qız da yuvada Allaha yalvarırdı. Oğlan

dedi:

-

Padşah sağ olsun, davanı yatızdıran yuxarıda

Allah, aşağıda mənəm. İndi kürəkənlərini çıxart ortaya.

Bir sirri açmalıyam.

Padşah soruşdu:

- O nə sirdi ?

Keçəl dedi :

- Kürəkənlərinin kürəyini aç, ortasına bax. Orada

mənim adıma damğa var.

Baxdılar ki, keçəl doğru deyir. Keçəl yenə üzünü

padşaha tutdu:

- Qibleyi-aləm, mən keçəl deyiləm. Filan padşahın

oğluyam. Atamın səltənəti mənimdi.

Padşah keçəli bağrına basdı:

- Bu gündən mən də taxt-tacımı sənə bağışlayıram.

Padşah qırx gün, qırx gecə toy vurdurdu. Oğlan hər

iki vilayətin padşahı oldu.

AĞ FƏRƏ

Biri varıydı, biri yoxuydu. Bir qarıynan bir qoca

varıydı. Bunlar yaman kasıbıydılar. Günlərin birində baba

nənəyə deyir:

- Ay qarı, daha qocalmışıq, əlimizdən də heç nə

gəlmir. Yeməyə də bir şey yoxdu ki, dişinə çəkəsən.

Deyirəm bir tuluq su aparım, satım bazarda. Sonra

yeməyə bir şey alım gətirim.

Nənə babayla razılaşır :

212

- Nə deyirəm, qoy sən deyən olsun.

Baba ertəsi gün bir tuluq su götürüb aparır bazara,

başlayır qışqırmağa:

- Sərin su, sərin su…

Birdən gözü bir tacirə sataşır. Görür ki, bu tacir

xeyli mal gətirib bazara satmağa, bir dənə də ağ fərəsi var.

Tacir bu səsi eşidən kimi babanın yanına gəlib deyir:

- Mənə bir qab su ver içim, yerdə qalan suyun

hamısını tök atımın qabına, atım da su içsin. Bax pulun

əvəzinə də sənə bu ağ fərəni verərəm.

Baba yaman söyündü. Ağ fərəni götürüb evinə

gəldi. Başına gələni qarıya söylədi. Qarı çox şad oldu.

Bunlar Allaha şükür oxudular. Həmən bu ağ fərə hər gün

evin bir küncünə girərdi, orada yumurtlayardı. Qarılı-

qocalı bu yumurtanı bişirib yeyərdilər. Bir müddət

günlərini beləcə keçirdilər.

Bir belə, beş belə, qarı lap qocaldı, əldən düşdü.

Başladı gileylənməyə:

- Ay kişi, görürsən də, ta əlim iş tutmur, keşkə bir

köməyimiz olaydı.

Qocalar bir-biri ilə dərdləşəndə ağ fərə

fallığındaydı. Ağ fərə tez yumurtladı, çıxdı çölə. Bunun

bir kolluğu varıydı. Hər gün orada eşələnirdi. Yenə girdi

həmin kolluğa. Gözlədi, gözlədi ta şər qarışana kimi. Elə

ki, şər qarışdı, hər yana qaranlıq çökdü. Göydə ulduzlar

sayrışmağa başladı. Qaranlıq çökəndə toyuq libasını

soyundu. Oldu bir qənirsiz gözəl. Düşdü insan cildinə.

Gəldi babaynan nənənin komasına. Qapını döydü.

Baba dedi:

- Ay adam, kimsən?

Qız dedi:

- Mən haxdan gəlmiş qonağam.

Baba tez qapını açdı. Dedi:

213

- Hax Yiyəsinə də qurban olum, onun göndərdiyi

qonağa da. A bala, hər kimsən, gəl içəri. Qız girdi içəri.

Nənə qızın gözəlliyinə baxıb dedi:

- Səni Yaradana əhsən! Baxan deyir, bir də baxım.

Nənə qızı çağırıb yanında otuzdurdu. Dedi:

- Ay qızım, gecənin bu vaxı hardan gəlib, hara

gedirsən?

Qız dedi:

- Mən sizin ağ fərənizəm. Gündüz söhbətinizi

eşitdim. İndi mən hər gecə gəlib sizə qulluq edəcəyəm.

Amma gərək bu sirri heç kəs bilməsin. Gündüzlər yenə

toyuq cildinə girəcəm.

Babaynan nənəni bərk fikir aldı ki, bu nə sirr idi?

Soruşdular:

- Ay qızım, bir başına gələni danış. Kim səni tilsimə

salıb?

Qız dərdini açdı. Dedi:

- Mən Dərbənd şahının qızıyam. Atamın məndən

savayı övladı yoxuydu. Var-dövlət, taxt-tac mənə

qalmasın deyin əmim arvadı məni tilsimə saldı. Oldum ağ

fərə. Sonra da tutub məni bir tacirə verdi ki, uzaq ölkədə

bir başqasına satsın. Heç bu torpaqda izim olmasın. Siz də

məni bir tuluq su verib aldınız.

Babayla nənə Allaha şükürlər oxudular. Nə yaxşı bu

fərəni bazardan alıblar.

Ay ötdü, il dolandı. Günlər belə keçdi. İndi sizə

kimdən deyim şah oğlu Şahzadə Salmandan. Günlərin bir

günü şah oğlu ova çıxmışdı. Başının dəstəsiynən həmin

bu yerdə gecələyəsi oldu. Gecə bu qız su gətirməyə getdi.

Şahzadə qızı görüb bir könüldən min könülə vuruldu. Qız

o qədər gözəl idi, o qədər gözəl idi… Saçları qulac-qulac.

Yeriyəndə saçları yer süpürürdü. Üzü də işıx salırdı.

Baxanın gözü qamaşırdı. Şahzadə fikirdən gecəni çimir

eləmədi.

214

Sabah açıldı. Cəmi sabahlar üzünüzə xeyirnən

açılsın, şahzadə evi nişan elədi. Qayıtdı dədəsinin

məmləkətinə. Oğlan günü-gündən heyva kimi saraldı.

Axırda dözmədi, düşdü yorğan – döşəyə. Şah oğlunun

dərdindən baş açammadı. Car çəkdirdi dörd bir yana.

Rəmmallar, bilicilər, münəccimlər hamısı yığıldı. Əlac

olmadı ki, olmadı. Axırda bir qoca münəccim gəldi. Dedi:

- Padşah sağ olsun! Oğlun eşq sevdasına düşüb.

Amma kimə vurulduğunu indi deyəmmərəm, qoy ay

yarılansın. Bax onda bilmək asandı.

Gözlədilər ay yarı oldu. Ay yarı olanda münnəcim

baxdı göyə. Gördü göydə iki ulduz var, ikisinin bəxti bir-

birinə yazılıb. Amma qovuşa bilmirlər. Nə xatadırsa,

ulduzun biri at üstündədi, o biri toyuğa oxşayır.

Münəccim bunları şaha xəbər verdi. Xəbəri eşidən

şah bir başına döydü, bir dizinə. Dedi:

- Oğul, qurbanın olum, heç yana getmə. Burdan

sənə kimi istəyirsən alım.

Oğlan daş atıb, başını tutdu. Qızın olduğu yeri

münəccimə isnad verdi. Atasından rüsxət istədi. Şah dedi:

- Oğlum, o sən deyən yer düz yeddi illik yoldur. Ya

nəsib, ya qismət, o vaxta qalam, qalmayam. Gəl bu daşı

ətəyindən tök.

Padşah çox dedi, oğlu az eşitdi. İki ayağını bir

başmağa dirədi. Padşahın əlacı kəsildi. Şahzadə

münəccimi də götürüb yolun ağını əlinə aldı. Ulduz getdi,

bunlar getdilər. Gethaget, gethaget, çatdılar ağ fərənin

olduğu yerə. Qapını döydülər. Qoca qapını açdı. Qonaqlar

girdi içəri. Ağ fərə yenə girdi fallığına yumurtdadı. Baba

yumurtdanı qarıya verib dedi:

- Ay arvad, bunu yağa sal, bir yaxşı qayğanaq bişir.

Elə ki, həm özümüz doyaq, həm də qonaqlar.

Qarı yumurtanı götürüb oxudu:

- Ağ toyuğum,

215

Ağca toyuğum,

Yumurtdayan,

Ağ toyuğum!

Bəs mən necə edim,

Neçə pay edim,

Bu bircə yumurtanı?

«Bərəkət, bərəkət» deyib, başladı işə. Qarı buxarını

qaladı. Başladı qayğanaq bişirməyə. Bir də gördü ki, ayə,

qayğanaq o qədər artıb, o qədər artıb ki, lap qazannan bir

olub. Qonağa da çatdı, ev yiyəsinə də. Hələ bir pay da

artıq qaldı. Allaha şükür oxuyub, süfrəni yığdılar. Hərə bir

tərəfə çəkilib, başladılar dincəlməyə. Sizə kimdən deyim,

münəccimdən. Münəccim gördü ki, ağ fərə küllükdə

küllənir. Axşam düşdü. Münəccim başladı fərəyə göz-

qulaq olmağa. Gördü bu həmin göydə gördüyü fərədi.

Fərə münəccimdən duyuq düşmüşdü deyə, gözünün biri

münəccimdəydi. Vurnuxa-vurnuxa qalmışdı. Münəccim

də gördü fərə duyuq düşüb, özünü vudu yuxuluğa. Fərə

tez qapıdan çıxdı, girdi kolluğa. Münəccim də bunu

qarabaqara izləyirdi. Gördü ağ fərə girdi kolluğa, kolluqda

cildini dəyişdi. Oldu bir gözəl qız. Qayıtdı evə. Başladı

nənəynən-babaya qulluq eləməyə. Qız çölə çıxanda

münəccim qocadan soruşdu:

- Gündüz gördüyümüz o ağ fərəni hardan almısan?

Bəs niyə bircə dənədi?

Kişi dedi:

- Allahdan gizlin deyil, sizdən nə gizlin. Mən həmin

fərəni bircə tuluq suya dəyişmişəm. Allah bərəkət versin,

gündə bir yumurta verir. Yeyib dolanırıq.

Gün çıxanda bu qız yenə toyuq olmalıydı.

Münəccim axşamdan şahzadəyə tapşırdı:

- Get gir kolluğa. Səhər açılmamış toyuq cildini

götür. Sabah açılır. Gün günorta olur. Qız kolluğa girəndə

görür cild nə gəzir? Qalır lüt-ana üryan. Qulac saçlarıynan

216

bədənini örtür. Utandığından kolluqdan çıxammır. Birdən

görür şahzadə kolluqda, əlində də toyuq cildi. Qız buna

yalvarır, yaxarır, nə xeyri?! Şahzadə cildi vermir ki,

vermir. Deyir:

- Öz sirrini açmasan, cildi verən deyiləm.

Qız deyir:

- Bir şərtnən açaram. Gərək mənim dediklərimə

əməl eliyəsən.

Şahzadə söz verdi ki, hər nə desən eləyərəm. Təki

sən toyuq cildini geyməyəsən.

Qız gözünün yaşını abi-leysan kimi tökdü. Bir ah

çəkib dedi:

- Ey oğlan, bil və agah ol. Mən Dərbənd şahının

qızıyam. Atamın gözünün ağı-qarası mən idim. Taxt-tac

da mənim olmalıydı. Əmim arvadının gözü götürmədi.

Məni tilsimə saldı, toyuq elədi. Sonra da məni bir tacirə

satdı. Tacir də məni gətirib bax bu qoca kişiyə satdı. Özü

də suyu qiymətinə. Bir tuluq suya.

Şahzadənin qıza ürəyi yandı. Dedi:

- Xanım, əlimdən gələni eləməyə hazıram. Təki sən

bir də toyuq cildinə girməyəsən.

Qız tilsimi qırmaq yolunu bilirdi. Dedi:

- Gərək yeddi il keçə. Yeddi ildən sonra yeddi dağ

aşmalısan. Yeddi bulaq başına çatmalısan. Yeddi bulaq

başında yeddi ağac əkməlisən. Həmin ağaclar yeddi ildən

sonra bar gətirməlidir. Yeddi ağacdan yeddi meyvə

dərməlisən, gətirməlisən. Mən də onu yeddi gün

yeməliyəm. Bax onda mən bu tilsimdən azad olub, insan

cildinə düşərəm. İnsan cildinə düşəndən sonra məni öz

atamın məmləkətinə qaytarmalısan.

Şahzadə dedi:

- Bu yolda öldü var, döndü yoxdur. Sən də mənə söz

ver ki, əhdə vəfa edəcəksən.

Qız dedi:

217

- Mənim cildimi ver. Qanadımdan bir lələk götür.

Havax həmin lələyə baxsan, məni görəcəksən. Onu hər

zaman qoynunda saxla.

Şahzadə cildi verdi. Sonra barmağındakı üzüyü

çıxartdı, qızın barmağına taxdı. Qız bu üzüyü taxandan

sonra oğlan dedi:

- Mən indi səni öz sarayıma aparmaq istəyirəm.

Qız razılıq vermədi. Dedi:

- Məni tilsimdən qurtarmamış hara aparırsan?

Qız tez cildi əyninə taxdı. Dönüb oldu ağ fərə.

Başladı küllükdə eşələnməyə.

Bu burda eşələnməkdə olsun, eşit münəccimdən.

Münəccim qıraqdan göz qoyurdu. Gördü şahzadə qayıtdı

komaya. Qayıdanda münəccim işarə verdi ki, getməliyk.

Qocalarla halal-hümbət elədilər. Atdandılar. Gəlhagəl,

gəlhagəl, gəlib çıxdılar öz məmləkətlərinə. Başlarına

gələn hal-qəziyyəni açıb şaha söylədilər. Şah başladı

oğluna yalvar-yaxar eləməyə.

- Ay oğul, bu sevdadan əl çək. Saç-saqqalımın ağ

vaxtıdı, bu gün-sabahlığam. Nə çoxdu qız. Birini al,

qurtarsın getsin. Oğlan yenə də iki ayağını bir başmağa

dirədi:

- Olmaz. O qızı almalıyam, vəssalam.

Padşah heç nə demədi. Vəziri çağırdı:

- Vəzir, nə tədbir? Oğlum əldən gedir.

Vəzir tədbir tökdü:

- Padşah sağ olsun, hər gün yatanda oğlunun yanına

bir kəniz göndər. Qoy gülsün, oynasın, eyni açılsın. O qızı

yaddan çıxartsın.

Padşah əmr elədi. Hər gün bir gözəl kəniz oğlanın

otağına gedib çaldı, oynadı. Şahzadənin kefi açılmadı ki,

açılmadı. Axırda bir kənizi öyrədib şahzadənin otağına

göndərdilər. Bu əvvəlki kənizlərdən çox gözəliydi, həmi

də çoxbilmiş. Şahzadənin başını qatdı. Qatanda sinəsində

218

gizlətdiyi toyuq lələyini gördü. Lələyi istədi. Şahzadə

vermədi. Kəniz lap qırsaqqız oldu.

Şahzadə dedi:

- Mən o lələkdən ayrıla bilmərəm. Ona baxanda

sevdiyim qızı görürəm.

Gözəl kəniz şahzadənin başını qatıb, lələyi götürür.

Aparıb gizlədir. Şahzadə nə qədər lələyi axtarırsa, tapa

bilmir. Girin-girin olur. Bir az keçir, qızı yaddan çıxardır.

Ay ötür, il dolanır. Şah oğlunu məcbur edir ki,

evlənsin. Şahzadə razılaşır, toy başlanır.

İndi eşit ağ fərədən. Ağ fərəyə agah olur ki,

şahzadənin toyudur. Yenə toyuq cildində şah sarayına

gəlir. Fərə görür ki, aş qazanları asılıb. Bir vur-çattasın

var, gəl görəsən. Birdən toy atlıları gəldi. Gələndə fərə

atların qabağına keçdi. Atlar hürkdü. Gəlin atdan bayaqdı

yıxıldı. Bü ilmi ölübsən, bildirmi? Gəlinin başı daşa

dəyib, parça-parça oldu. Gəlin öldü. Bir qıyxırıx düşdü,

gəl görəsən. Dedilər:

- Atların qabağına bir ağ fərə keçdi.

Di hərə bir çömçə, bir kəfkir. Ağ fərəni döyüb

qovaladılar. Toy vaya döndü. Gəlinə qırx gün yas

saxladılar. Qırx gün tamam olandan sonra padşah yenə

oğlunu evləndirmək fikrinə düşdü. Şahzadə bu dəfə razı

olmadı.

Bir gün Şahzadə Salman yatıb yuxu görür ki, bir qız

gəlib, saçlarını bədəninə paltar kimi bürüyüb. Amma nə

illah eləyir, qız onnan danışmır.

Aradan bir müddət keçdi. Oğlan bir də həmin

yuxunu görür. Dərdini atasına danışır. Şah deyir:

- Oğul, gəl bu daşı ətəyindən tök. Gəl səni

evləndirim.

Bu dəfə şahzadə dinmədi. Yenə qazanlar

asıldı,məclis quruldu. Şadlıq-şadyanalıq.

219

Ağ fərə yenə xəbəri eşitdi. Gəldi aş qazanları asılan

yerə. Başladı külü eşməyə. Bu dəfə də qanadınnan vurdu

qazanları aşırdı. Aşpaz kəfkiri götürdü, ağ fərəni qovdu:

- Kış, kış… qənədin sınsın, kış….

Ağ fərə qaçdı. Bilmədi hara getsin. Üzünü Allaha

tutub yalvardı:

- Ya Allah, nolar mənim cildimi dəyiş!

Gün batdı. Şər qarışdı. Ulduzlar çıxdı. Qız cildini

dəyişdi. Başladı toyda oynamağa hamı qızın gözəlliyinə

tamaşa elədi. Qız da oynaya-oynaya şaha qaramat atdı.

Adamlar yerbəyerdən soruşdular:

- Haralısan?

Qız sındıra-sındıra dedi:

- Çömçə vuran kənddənəm,

Kəfkir vuran kənddənəm.

Birdən şahın oğlu bunun barmağında üzüyü gördü.

Tez barmağını dişlədi. Ay dili-qafil, bu o mənim

gördüyüm qızdır. Şahzadə dinmədi. Gözlədi toy qurtardı.

Qız çıxıb getmək istəyəndə hörüyündən yapışdı.

Qız dedi:

- Saçımı burax. Sirrimi açma.

Oğlan qızın saçını buraxdı. Təğyiri-libas olub qızın

dalınca düşdü. Yeddi dağ aşdılar, yeddi bulağın başında

dayandılar. Şahzadə qızın dediyi kimi yeddi meyvə ağacı

əkdi.

Yeddi ildən sonra şahzadə meyvələri dərib, gəldi öz

məmləkətinə. Gördü atası yoxdu. Şahlıq ayrı adamın

əlinə keçib. Çox bikeflədi. Gəldi qıza bunları söylədi. Qız

dedi:

- Heç kefini pozma. Bu yeddi meyvənin hər biri

güc-qüvvətdir. Ta bizə heç kim toxuna bilməz.

Qız meyvəni yeyir, toyuq cildindən çıxır. Tilsim

sınandan sonra oğlana məsləhət görür ki, yeddi bulağın

220

suyundan, bir də yeddi ağacın meyvəsindən dərib özündə

saxlasın. Şahzadə elə də eləyir.

Bunlar gəlib çatırlar Dərbəndə. Yolda bir dilənçi

olur. Qız dilənçini görüb deyir:

- Get şahı muştuluqla. De ki, qızın tapılıb.

Dilənçi getdi şaha şad xəbər verdi. Şah çox

qocalmışdı. Gözünün nuru itmişdi. Dedi:

- Qızım olduğunu ondan bilərəm ki, yeddi ağacın

yeddi meyvəsini gətirsin versin yeyim, yeddi bulağın

suyundan içim. Həmi qəddim düzəlsin, həmi gözüm

açılsın.

Qız meyvəni verdi. Şah yedi, gözünə nür gəldi.

Suyu verdi, şah çimdi, qəddi-qəməti düzəldi. Qızını

bağrına basdı. Şahzadəni öz taxtında əyləşdirdi. Qırx gün,

qırx gecə toy vurdurdu. Bunlar xoşbəxt oldular. Allah sizə

də toy qismət eləsin!

DÜLGƏR, DƏRZI, MOLLA

Günlərin bir günündə dülgər, dərzi, molla səfərə

çıxır. Mal çox, yol uzaq. Bunlar yoruldular. Yornuxlarını

almaq üçün qəflə-qatırı saxladılar. Dedilər ki, növbəynən

yataq. Birimiz qarovul çəkək, ikisi kəlləni atıb yatsın.

Dərziynən molla yatdı. Bunlar yatanda dülgər lap darıxdı.

Bilmədi neyləsin. Gördü mürgü vurur. İndicə yuxu

basacaq. O yana, bu yana döyükdü, bir taxta tapdı.

Taxtanı yonub adam qayırdı. Ha eləyib işini qurtarana

qədər dərzinin novatı çatdı. Dərzi yuxudan durdu.

Duranda gördü yanında bir adam var. Özü də lüt ana-

hüryan. Dərzi tez iynəsini götürdü. Buna bir paltar tikdi,

geyindirdi. Növbəsi qurtardı, yıxılıb yatdı. Növbə

mollaya çatdı. Molla gördü ayə, sən öləsən, yanında bir

adam durub, elə bil taxtadı. Nə dinir, nə danışır, nə

221

tərpənir. Molla da tez bir dua oxudu, buna ruh verdi.

Adam cildinə saldı. Dülgərnən dərzi yuxudan durdu. Hərə

adamı bir yana dartdı. Dülgər dedi:

- Onu taxtadan qayıran mənəm. Mənə çatacaq.

Dərzi dedi:

- Əynindəki paltarı mən tikmişəm. Ayıbını mən

örtmüşəm. Yoxsa çılpaq hara gedəcəkdi?

Molla razılaşmadı:

- Noolsun ki, sən düzəldibsən, sən də paltar

tikibsən. Əsas candı. Canı ki, mən vermişəm.

Bunlar iddələşə-iddələşə yola düzəlirlər. Gəlhagəl,

gəlhagəl gəlib bir şəhərə çıxırlar. Özlərini yetirirlər

qazının yanına ki, bəs belə-belə, bizim şərtimizi kəs.

Qazı dedi:

- Düzdü, bunu siftə dülgər düzəldib. Əziyyət çəkib.

Öz əl muzdunu alsın, getsin. Dərzi də don tikib, o da

zəhmət haqqısını götürsün. Yerdə qaldı adamın kimə

çatmağı. Adam əlbəttə ki, mollaya çatır. Molla ona ruh

verib.

SƏN TÖK, MƏN VURUM

Biri varıymış, biri yoxuymuş, bir cütcü kişi

varıymış. Bu kişi sonsuz imiş. Arvadı hər gün Allah

verəndən yığıb, buna çöl çörəyi qoyarmış. Kişi də

gedərmiş çölə. Bir tək qarağacın altında yer şumlayarmış.

Günorta çörəyini yeyəndə bir tülkü qıraqdan buna göz

qoyarmış. Ağzının suyu sel kimi axarmış. Tülkü fikir

eləyir. Öz-özünə deyir: «Mənə də tülkü deyərlər. Gərək

bir təhər eləyəm, xurcundakı çörəyi ələ keçirəm».

Tülkü gəlir kişinin yanına. Başlayır yanımcıllıq

eləməyə:

222

- Ay qardaş, sənə baxıram ürəyimin başına od

düşür. Bu düzdə qarala-qarala təkcə işləyirsən. Ay fağır,

görürəm, köməyin-zadın yoxdu. Gəlsənə dost olaq. Mən

də sənin öz qardaşın. Əl tutmaq Əlidən qalıb.

Kişi sevindiyindən papağını göyə atır. Tülküyə dil-

ağız eləyir:

- Sağ ol, tülkü qardaş. Allah səndən razı olsun!

Tülkü başlayır kişiynən yer əkməyə. Bir az keçir,

bunların ikisi də yorulur. Əldən düşür.

Tülkü deyri:

- Ay qardaş, bu nə çətin işdi? Gəlsənə növbəynən

əkək. Birimiz dincələndə o biri işləsin.

Kişi heçcə nə demir. Tülküdən sümüyü sancır.

Fikirləşir ki, tülkü tülküdü. Fırıldağı olmamış olmaz. Bir

görüm kələyi nədi? Kişi deyir:

- Onda sən yornuğunu al. Mən bu kəmçiyi də

qurtarıb gəlirəm.

Kişinin bir gözü tülküdəydi. Başlayır altdan-altdan

göz qoymağa. Görür ayə, budu ha tülkü girib xurcuna.

Xımır-xımır çörəyi yeyir. Kişi tez özünü tülkünü yanına

yetirir. Ustufcana xurcunun ağzını közüyür. Tülkü ha

yalvar-yaxar eləyir, xeyri olmur. Tülkü qalır xurcunda.

Kişi başlayır yerini əkməyə.

Axşam düşür, hava qaralır. Kişi xurcunu çiyninə

atıb gəlir evinə, evə çatanda arvad bərk sevinir. Deyir

yəqin kişi ov ovlayıb.

Soruşur:

- A kişi, nədi o xurcundakı?

Kişi deyir:

- Heç, arvad… Bir qazan qaynar su qoy, çiməcəm,

özün də xurcuna əl vurma.

Arvad gedir su qoysun. Bu, suyu isidənə kimi kişi

tez bir çökürlü ağac kəsib gətirir.

Arvada deyir:

223

- Arvad, sən o parçı al əlinə. Sən tök, mən vurum!

Arvad şaqqaşaq qaynayan suyu xurcunun üstünə

əndərir. Əndərdikcə də kişi zopaynan xurcunu vurur. Di

vur ki, vurasan. Nə yemisən, turşulu aş. Vurduqca da

deyir:

- Nə itim kimi zingildəyirsən? Nə pişiyim kimi

miyoldayırsan?

Bunlar bir də baxıllar ki, xurcundan qan süzülür.

Kişi xurcunun ağzını açır. Qızıl alqana bulaşmış tülkünü

açıb-buraxır. Deyir:

- Di get, gördüyünü söylə!

Tülkü sıpıxmış götürülür, nə götürülür. Özünü verir

meşəyə. Heyvanlar bunun başına yığılır. Soruşurlar:

- A tülkü, bu nə gün-dirrikdi? Kim səni bu kökə

qoyub?

Tülkü yana-yana deyir:

- İnsan oğlu bütün heyvanlara ağzına gələni dedi.

Dedi ki, sizin kökünüzü kəsəcəm.

Heyvanlar hamsı inanır. Dedilər:

- Biz hamımız birləşib onu tikə-tikə eləyərik. De

görək haradadı dediyin adam?

Tülkü deyir:

- Bax o tək qarağac var ha… hər gün onun dibində

yer əkir.

Səhər açılır. Heyvanlar hamısı sözü bir yerə qoyub

kişinin yanına gəlir. Kişi uzaqdan bunları görür. Dırmaşır

qarağacın başına. Heyvanlar tökülüşür. Görürlər kişi

ağacın başında. O deyir sən çıx, bu deyir sən çıx. Çıxan

olmur. Axırda düşürlər tülkünün üstünə:

- Düşmən səninkidi, özün çıx!

Tülkü ha hoppanır, sürüşüb düşür. Ha hoppanır,

sürüşüb düşür. Axırı ayı pəncəsinə alıb tülkünü qaldırır.

Bunun dalınnan da o biri heyvanlar düzülür dal-dala.

Dırmaşırlır ağaca. Tülkü çatır kişinin düz yanına. Soruşur:

224

- Hə, halındı, dəmin?..

Kişi özünü itirir. Əli yerdən-göydən üzülür.

Qışqırır:

- Arvad, sən tök, mən vurum!

Tülkü elə bilir başına qaynar su tökürlər. İndicə

döyəcəklər. Tez özünu atır yerə. O birilər də bunun

dalınca. Hamısı özünü yerə çırpır. Oradaca leş-leşə

verirlər. Kişi ağacdan düşür. Heyvanları bir-bir soyur.

Xəzini də aparıb bazarda satır. Kasıblığın daşını atır.

ZURNA

Biri varmış, biri yoxmuş bir padşah varmış. Bu

padşahın da gözünün ağı-qarası bir qızı varıymış. Çox

yerdən elçi gəlir, amma padşah öz qızını heç kimə vermək

istəmir ki, istəmir.

Günlərin bir günü bir kasıb kişinin oğlu padşahın

qızına vurulur. Gecə-gündüz bu qızın fikri ilə

yaşayır,ondan ötrü az qala dəli –divanə olur. Oğlan qızın

dərdindən xəstələnib yorğan-döşəyə düşür. Çox təbib

gəlir, bir əlac eləyə bilmir. Axırı bir gün oğlan dərdini

anasına açır. Anası da bu məsələni öz ərinə ərz eləyir.

Bunu eşidəndə kişinin halı birtəhər olur. Öz-özünə

fikirləşir ki, balam, bu gədə dəli olub, nədir? Biz hara,

padşah hara? Harda görünüb ki, padşah öz qızını bir

kasıbın oğluna versin?

Nəysə, kişi çox götür-qoy eləyir. Görür oğlu

gözünün qabağındaca günü-gündən şam kimi əriyib

üzülür. Oğlunun dərdi onu içəridən yeyir. Axırı əlacı

kəsilir, padşahın qapısına elçiliyə getməli olur. Kişi

padşahı görən kimi əli-ayağı köməşir, nitqi tutulur, rəng

verib, rəng alır. Nəyə gəldiyini unudur.

Padşah soruşur:

225

- Kişi, nəyə gəlibsən?

Kişinin dili topuq çalır:

- Padşah sağ olsun, oğluma toy eləmək istəyirəm,

sən zurna çala bilərsənmi?

Padşah bu sözü eşidib əvvəlcə qaş-qabağını

turşudur, sonra kişinin dəli olduğunu zənn edib şaqqanaq

çəkir. Padşah nə illah eləyirsə, gülüşünü saxlaya bilmir.

Bir də özünə gələndə görür ki, bu sözü deyən adam

yoxdu. Kasıb kişi qorxub qaçmışdı. Padşahın «Zurna çala

bilərsənmi?» sözündən xoşu gəlir, ona görə də tez əmr

edir ki, bu sözü iri hərflə sarayın ən çox gözə çarpan

yerinə yazsınlar. Əmr yerinə yetirilir.

Ertəsi gün padşah yuxudan oyanır. Üzünü

qırxdırmaq istəyir. Bir azdan dəllək padşahın yanında

hazır olur. Amma bu gün nədənsə padşahın dəlləkdən heç

gözü su içmir. Padşah dəlləkdən soruşur:

- Noolub, kişi, yoxsa naxoşlamısan? Rəngin niyə

qaçıb?

Dəllək cavab verir:

- Padşah sağ olsun, bir az soyuqlamışam.

Dəllək bunu deyib başlayır padşahın üzünü

qırxmağa. Birdən padşahın gözü divara yazdırdığı sözə

sataşır: «Oğluma toy eləmək istəyirəm, sən zurna çala

bilərsənmi?» Padşah uğunub gedir. Dəlləyi uçunma tutur.

Özünü saxlaya bilməyib dizi üstə padşahın ayaqları altına

yıxılır, hönkür-hönkür ağlayır:

- Padşah sağ olsun, bilirəm… bilirəm ki, sən bu

məsələdən xəbərdarsan… Vallah, məndə günah yoxdur.

Mənə yazığın gəlsin. Mən sənin başını kəsmək istəmirəm.

Məni onlar məcbur eləyir.

Padşah elə bil yuxudan ayılır. Təəccüblə soruşur:

- Noolub, a kişi, sən nə danışırsan? De görüm nə baş

kəsmək, nə sui-qəsd? Bu nə deməkdir?

Dəllək məsələni padşaha ərz eləyir:

226

- Padşah sağ olsun, sənin vəzirin mənə hədə-qorxu

gəldi. Dedi ki, bu gün padşahın üzünü qırxanda onun

başını kəsməsən, özünü ölmüş bil.

Padşah cəld ayağa qalxır. Zalım vəziri yanına

çağırtdırır. Vəzir dəlləyin zarımasındın məslənin nə yerdə

olduğunu başa düşür. Həmin gün padşah vəzirin boynunu

vurdurur. Sonra isə divara yazdırdığı sözün sahibinini

tapıb onu saraya gətirməyi əmr edir. Çox keçmir ki, kasıb

kişi padşahın hüzuruna gətirilir. Padşah bundan soruşur:

- Kişi, mən sənə yaxşılıq eləmək istəyirəm. De

görüm o vaxt mənim hüzuruma nədən ötrü gəlmişdin?

Qorxma, sözünü açıq de.

Kasıb kişi əvvəlcə qorxur. Sonra padşahın sözünün

doğruluğuna inanıb ürəklənir:

- Padşah sağ olsun, o vaxt mən sənin yanına başqa

məqsədlə gəlmişdim. Amma çaşdım, sözümü sənə açıq

deyə bilmədim. Bu dəfə sənə sözün doğrusunu deyəcəm.

İstəyirsən boynumu vurdur, istəyirsən də məni vəhşi

itlərinə yem elə, özün bilərsən. Mən sözün doğrusunu

deyəcəm.

Kasıb kişi padşahı məsələdən agah elədi. Padşah

heç nə demədi. Öz qızını kasıb kişinin oğluna verdi.

Onlara qırx gün, qırx gecə toy elədi.

Nağıl qurtardı. Göydən üç alma düşdü. Biri nağıl

söyləyənin, biri sizin, biri də o kasıb kişinin.

AĞILLI VƏ DƏLİ QARDAŞ

(nağıl-qaravəlli)

Bir kənddə iki qardaş yaşayırmış. Nejə olubsa,

bunlar qış tədarükü görməyiblər. Qış da gəlib qapının

ağzını kəsir. Qar yavaş-yavaş yağmağa başlayanda dəli

qardaş ağıllı qardaşa deyir:

227

- Qardaş, qış gəlib qapının kandarını kəsdirib,

neyləyəjəyik, yavannıq - zad yoxdur.

Ağıllı qardaş dedi:

- Neyləyəcəyik ki, Allah verəndən nəyimiz varsa,

yeyərik. Bir parça cadımız ki, var. Acından ölmərik.

Dəli qardaş dedi:

- Bu da bizim ağıllımız. Ədə, quru çörəkdən o qədər

ye ki, nə üzə çıxar, nə də cana xeyri var. Yuvannıqsız

qırılıb gedərik. Yazbaşı kim bizi qaldıracaq, heyimiz

qalar?

Ağıllı qardaş dedi:

- Fikir eləmə. Allah kərimdi.

Dəli qardaş dedi:

- Ədə, Allah kərimdisə, quyusu da dərindi. Durma,

gəl gedək kürdün bir kök inəyini kəsək. Qovurub

dolduraq küpələrə. Düz yazbaşınadək bəsimiz olar.

Ağıllı qardaş dedi:

- Qardaş, ağlını başına yığ! Kürdün inəyini gətirib

kəssək, bəs birdən bildilər? Qazının əlindən qurtara

bilmərik.

Dəli qardaş dedi:

- Ədə, bu sənin işin deyil. Görmürsən göy də

qaralıb, bizdən sonra qar yağıb izimizi itirəcək. Dur,

gedək.

Ağıllı qardaş daha bir söz demədi. Durub düşdü dəli

qardaşının dalınca. Gəlib çatdılar kürdün töyləsinə. İçəri

girib onun kök bir inəyini çatılayıb çıxartdılar. Çəkə-çəkə

evlərinə gətirdilər. Dünənnən yağan qarın üstünə düşən

izlər sazaqdan dondu. Bəxtlərindən təzə qar yağmadı.

Ağıllı qardaş dedi:

- Qardaş, bəs qar yağmadı, kürd biləcək, qazı da

dərimizə saman təpəcək.

Dəli qardaş dedi:

228

- Qazı biləndə nə olar? Bəs nəyin ağıllısısan? Bir

söz tapıb deyərsən.

Səhərsi mal töylədən daranan vaxt kürd görür ki,

inəyin biri yoxdu. Ora inək, bura inək, gördüm deyən

olmur. Kürd bir də baxıb görür ki, töylədən çıxan iz iki

qardaşın evinə tərəf gedir. İzlə gedib qardaşların evinə

yetişir. Qapını döyür, inəyini tələb edir. Dəli qardaş deyir:

- Ay kürd, nə inək? Biz inək-zad görməmişik. İtiyini

get başqa yerdə axtar.

Kürd deyir:

- Elə itiyimi düz tapmışam. Mənim töyləmdən çıxan

iz həm sizin evə gəlib çıxır, həm də burnuma qovurma iyi

dəyir.

Dəli qardaş deyir ki, ay kürd, axşamnan qar

yağmayıb. Yerdəki qar da neçə gün bundan əvvəlkidir.

Sənin tövlənin yanından o qədər gəlib keçmişik ki, bir də

ki, sənin burnun keçən ilki ilə bu ilki qovurmanı ayıra

bilmir. Bizdəki qovurma kecən ilkidi.

Kürd deyir:

- İndi ki, inəyimi vermirsiniz, gedib qazıya şikayət

edəcəyəm.

Dəli qardaş deyir:

- Qazı nədi, lap padşahın yanına get.

Kürd gedən kimi ağıllı qardaq düşür dəli qardaşın

üstünə ki, sən bizi xataya saldın. Dəli qardaş deyir:

- Elə isə bir tədbir tök.

Ağıllı qardaş deyir:

- Əgər məni qazı tutdursa sən acından ölərsən.

Yaxşısı budur, ala bu yüz manatı da get qazının yanına.

Birtəhər bildir ki, cibində yüz manat var, o da qazıya

çatacaq. Elə elə ki, kürd bundan şübhələnməsin.

Dəli qardaş ağıllı qardaşdan yüz manatı alıb qazının

yanına gəlir. Gəlib görür ki, kürd də burdadır. İçəri girən

kimi qazı dəli qardaşa deyir:

229

- Ədə, sən nə ixtiyarnan kürdün töyləsinə girib

inəyini aparıbsan, kəsib ətindən qovurma bişirtdiribsən?

Dəli qardaş deyir:

- Qazı sağ olsun, bu kürd yalan deyir. Mən inək-zad

görməmişəm. Onun töyləsindən keçən izlər köhnədir.

Bizdəki qovurma keçən ildən qalıb.

Qazı acıqlanıb deyir:

- Ədə, sənin deməyinnən bu boyda fağır kürd yalan

danışır?

Dəli qardaş gördü qazıya işarə etməsə iş düzələn

deyil. Ona görə də ona yüz manat gətirdiyini, pulun da

cibində olduğunu sözlə qandırmaq istədi. Tez-tez dedi:

- Qazı ağa,

Canım sadağa!

Dağ başı duman idi,

Halımız yaman idi.

İnəyi gətirdik biz,

Yağmadı qar, qaldı iz.

İndi durduq üzbəüz:

Sən, mən, cibimdəki yüz,

Bu kürdün əlini məndən üz.

Qazı o saat başa düşdü ki, dəlinin cibində ona

çatacaq yüz manat var, dedi:

- Adə, köpək oğlu, çaşdınmı yolu?


Dağ başı duman idi,

Halınız yaman idi,

İnəyi gətirdiniz,

Yağmadı qar, qaldı iz.

Durduq üzbəüz:

Sən, mən, cibindəki yüz.

Yan otağa qoy yüzü,

230

Görməsin kürdün gözü.

Sən dal qapıdan vız,

Qalaq kürd ilə biz.

Kürd ha fikir verdi, amma onların danışığından bir

şey anlamadı. O qədər tez-tez danışırdılar ki, yazıq kürd

yalnız dız-vız eşidirdi. Dəli qardaş aradan çıxan kimi kürd

qazıdan soruşdu:

- Qazı sağ olsun, oğrunu neylədin ?

Qazı dedi:

- Neyləyəcəyəm ki? Görmürdünmü, padşahımızın

başına and içirdi ki, xəbərim yoxdu. Mən də buraxdım

getdi.

Kürd dedi:

Qazı ağa,

Canım sadağa!

Sizin sözünüz dız-vız,

İnəyim orda cız-bız.

Hardan tapım indi iz,

Üstünü örtəndə yüz?!

Qazı kürdü belə yola saldı. Şad-xürrəm, keçdi ki,

yan otağa, dəli qardaşın orda qoyduğu yüzlüyü götürsün.

Nə qədər axtardısa, yüzlüyü tapa bilmədi. O saat

barmağını dişlədi ki, dəli qardaş onun da başına kələk

gətirib. Tez adam yollayıb dəli qardaşı hüzuruna

çağırtdırdı. Dəli qardaş özünü qazının yanına yetirib baş

endirdi. Dedi:

- Qazı qağa, mənə görə daha nə qulluq?

Qazı qəzəbindən dilini-dodağını gəmirə-gəmirə

dedi:

- Adə, nadürüst oğlu nadürüst, mənə kələk gəlirsən,

üstəlik hələ dil də tökürsən?! Sən burada mənə işarə

etmədinmi cibimdə yüzlük var?

231

Dəli qardaş dedi:

- Düz buyurursan, qazı qağa.

Qazı dedi:

- Mən də sənə demədimmi o biri otağa qoy, dal

qapıdan da çıx.

Dəli qardaş dedi:

- Bəli, düz buyurursan qazı qağa.

Qazı dedi:

- Bəs indi de görüm., o yüzlük hanı?

Dəli qardaş dedi:

- Qazı qağa, o boyda inəkdən iz qalmayanda, bir

parça kağızdan necə iz qalsın?

Dəli qardaş bunu deyib qapıdan çıxdı, dalına

baxmayıb birbaşa evlərinə gəldi. Qazı da onun kələyini

başa düşüb özü-özünü danladı.

KEÇƏLİN NAĞILI

Biri var imiş, biri yox imiş, bir padşah var imiş.

Padşahın bir axundu var imiş. Axund bir gün padşaha iki

qızıl balıq gətirir. Padşahın balıqlardan çox xoşu gəlir.

Deyir ki, kaş biləydim bu balıqların hansı erkək, hansı

dişidir? Birdən balıqlar sinidən pıqqıldayıb gülürlər. Şah

çox təəccüblənir. Səbəbini axunddan soruşur. Deyir ki,

sənə üç gün möhlət verirəm. Balıqların gülməyinin

səbəbini öyrənməsən, boynunu vurduracağam.

Axund məlul-məlul evinə gəlir. Əhvalatı arvadına

söyləyir.

Axundun bir keçəl nökəri varıydı. Keçəl deyir:

- Ağa, fikir etmə, o nə şeydir? Mən bilirəm balıq

niyə gülüb.

Axund sevinir. Keçəlin qarnını doydurub padşahın

yanına gətirir. Padşah deyir:

232

- Axund, öyrəndinmi?

Axund sevincək deyir:

- Padşah sağ olsun, onu mənim bu nökərim də bilir.

Bu zaman nökər deyir:

- Padşah sağ olsun, mən nökər adamam, heç nə

bilmirəm. Özüm elə edirdim ki, ağam mənim ac qarnımı

doydursun. O axunddu, axund bilər belə şeyləri.

Axund qalır mat-məhəttəl. Aradan bir az keçmiş

padşahın vəziri deyir ki, padşah sağ olsun, bu Keçəldən

mənim ağlım bir şey kəsmir. Deyəsən balıqların

gülməsini Keçəl bilir. Padşah Keçəli yanına çağırıb deyir:

- Əgər balıqların nəyə gülməsini deməsən, boynunu

vurduracağam.

Keçəl məcbur olur. Deyir ki, ey padşah, balıqların

gülməsini məndən soruşma, peşman olarsan. İndi ki,

məcbur edirsən, qoy onda bir məsələ çəkim, sonra

deyərəm.

Padşah izn verir. Keçəl deyir:

- Padşah sağ olsun. Bir padşah var imiş, vəziri ilə

gəzirmiş. Görür ki, göydə uçan quşlar qəfəsdəki

qızılquşlarla söhbət edir. Padşah onların nə danışdıqlarını

vəzirdən soruşur. Vəzir deyir:

- Padşah sağ olsun, göylərdə uçan quşlar qəfəsdəki

quşlara deyir ki, qardaşın toy edir, səni də toya dəvət edir.

Qızıl quş isə deyir ki, məni kimdir boşlayan ki,

qardaşımın toyuna gedim.

Padşah vəzirə deyir:

- Quşa de ki, mən onu boşlasam, gedib-gələrmi?!

Qızılquş söz verir ki, gələrəm və ona ən mətah şey

gətirərəm. Quşu azad edirlər.

Üç gündən sonra qızılquş gəlir. O özü ilə iki alma

çəyirdəyi gətirir. Padşah iki bağban çağırır. Deyir ki,

hansınız bu çərdəkləri tez yetişdirərsiniz?

233

Qoca bağban çərdəkləri götürür. Aradan üç ay

keçəndən sonra bağban görür ki, dörd elə alma yetişib ki,

adam baxanda ağlı gedir. Kişi almaların ikisini evinə

qoyur. İkisini isə götürüb padşahın imarətinə gəlir.

Padşahın qara qulu deyir ki, padşah yatıbdır. Bağban da

almaları qarşısına qoyub yuxuya gedir. Qara qul hərlənir,

bağbanın yatdığını görüb iynə ilə almalara zəhər yeridir.

Bir azdan sonra bağbanı silkələyib ayıldır ki, padşah

yuxudan qalxıb.

Bağban almaları götürüb gedir, padşahın qarşısına

qoyur. Padşahın almalardan çox xoşu gəlir. Almanının

birini kəsib yemək istəyəndə qara qul deyir:

- Padşah, sən nə edirsən? Nə bilirsən ki, o almalar

necədir? Onu bizə dustaq etdiyimiz bir quş gətirib. Qoy

qoyun-quzuya ataq, onlar yesin, görək nə olur?

Belə də edirlər. Qoyun-quzu ölür. Padşah qızılquşun

boynunu üzür.

Bunu görən bağban qaçır. Evə gəlib arvada əhvalatı

danışır və deyir:

- Arvad, almaları gətir yeyək, biz də ölək. Yoxsa

padşah dərimizə saman təpəcək. Ər – arvad almanın birini

bölüb yeyirlər və on beş yaşında qızla oğlan olurlar.

Bağban almanın birini götürüb padşahın yanına

gəlir və hər şeyi padşaha danışır. Padşah almanı yeyir, on

beş yaşında oğlan olur. Bilir ki işlərin başı qara quldur.

Qulun boynunu vurdurur və qızılquşu öldürməyinə çox

peşman olur.

Keçəl söhbətini qurtarır və deyir:

- Padşah, indi bildinmi?

Padşah keçəlin üstünə qışqırır. Keçəl deyir:

- Yaxşı, padşah, onda dörd metr uzunluğu, üç metr

eni olan bir xəndək qazdır.

İş hazır olanda Keçəl deyir ki, arvadlarının qırxını

da bura gətir.

234

Arvadlar gəlir. Növbə ilə buradan tullanır.

Arvadların iyirmisi tullana bilir, iyirmisi isə xəndəyin

içinə düşür.

Keçəl deyir:

- Padşah sağ olsun, xəndəyin içinə düşənlər

arvaddır, qırağa düşənlər isə kişidir. Balıqlar da ona görə

gülür ki, sən öz arvadlarının erkək-dişiliyini bilmirsən,

bəs bizim erkək-dişiliyimizi nə biləcəksən?

Şah öz tacını götürüb Keçəlin başına qoyur. Keçəl

olur şah. Nağıl burada bitir.

COMƏRD QƏSSAB

Deyir bir gün Şah oğlu Şah Abbasın kefinin kök

vaxtı idi. Oturub vəzir Allahverdi xanla söhbət eləyirdi.

Birdən Şah oğlu Şah Abbas vəzirdən soruşdu:

- Vəzir, görəsən bu dünyada məndən səxavətli,

comərd adam varmı?

Vəzir fikrə getdi. Şah Abbasın İrandan gətirilmiş bir

qulu varıydı. O da qapıda müntəzir dayanmışdı. Qul

vəzirin dərin fikirə getdiyini görüb dilləndi:

- Şah sağ olsun, qəzəbin keçməsə, düzünü deyərəm:

var.

Şah Abbas tez qulu hüzuruna çağırdı. Quldan

soruşdu:

- De görək kimdir o comərd adam?

Qul dedi:

- Şah sağ olsun, Gəncədə bir Qəssab Əhməd var,

adına Comərd Qəssab deyirlər, bax o, səndən comərddir.

Şah dedi:

235

- Yaxşı, mən gedib onu yoxlayaram. Əgər dediyin

düz olsa, sənə ürəyin nə istəyir verəcəm. Yox, əgər yalan

cıxsa, boynun vurulacaq.

Qul baş endirdi ki, razıyam.

Şah oğlu Şah Abbasla vəzir Allahverdi xan yola

düşməkdə olsunlar, sizə kimdən xəbər verim Qəssab

Əhməddən. Qəssab Əhmədin bir əmisi qızı varıydı.

Bunlar yeddi il idi ki, nişanlı idilər. İkisinin də ata-anası

öldüyünə görə onlara yas saxlayıb toylarını eləyə

bilməmişdilər. Bunların evləri də yanaşı idi. Ancaq çox

həyalı dolanırdılar. Qız hər gün Əhmədin yemək-içməyini

hazırlayıb barının üstünə qoyardı, Əhməd də oradan

götürərdi.

Əhmədin tərəzisi də, baltası da, dükanı da qızıldan

idi. Özü də əmisi qızının eşqiylə əti elə kəsirmiş bircə

dəfə tərəziyə qoymaqla nə artıq olarmış, nə də əksik.

Bəli, Şah Abbasla Vəzir Allahverdi xan çox

gəzdikdən sonra gəlib çıxdılar Əhmədin dükanına.

Görürlər burda hər şey qızıldandı. Bir cavan oğlan əlində

qızıl balta ət doğrayıb – satır. Özü də hər müştəriyə ət

verdikcə baltanı bircə dəfə qaldırıb-endirir. Tərəziyə

qoyduğu ət qızıl kimi dübbədüz gəlir. Bu qəssab alıcıları

yola salanda deyir:

- Vermərəm, ya Əli, almaram, ya Əli!

Şah Abbas vəzirə deyir:

- Gəl biz də ət alaq, görək bunu tərəzidə çaşdıra

bilərikmi?

Bunlar qarışırlar camaata. Növbə çatanda Əhməd

bunlara ət vermir, yan-yörəsinə verir.

Axşam düşür, qəssab dükanı bağlayası olur. Şah

Abbasla vəzir istəyirlər çıxıb getsinlər. Qəssab Əhməd

deyir:

- Bayaqdan sizə fikir verirəm: görürəm qəribsiniz.

Heç yerə getməyin, ikiniz də mənim qonağımsınız.

236

Qəssab Əhməd qonaqları da götürüb gəlir evinə.

Barıdan əmisi qızına xəbər verir ki, qonağım var, xörək

hazırla. Qız yemək-içmək hazırlayıb verir Əhmədə.

Qonaqlar yemək-içməkdən sonra yıxılıb yatırlar. Səhər

açılanda istəyirlər çıxıb getsinlər. Əhməd deyir:

- Siz üç gün mənim qonağımsınız, adətim belədi.

Getməyin, qalın.

Şah Abbasla Vəzir Allahverdi xan burda qalmaqda

olsun, sizə kimdən deyim Əhmədin əmisi qızından.

Əhmədlə əmisi qızının nişanlı olmağının yeddi ili yeddi

gündən sonra tamam olurdu. Yeddi gündən sonra bunların

toyu olası idi.

Şah Abbas Əhmədin bağını gəzəndə görür barının o

tərəfində bir qız var. Baxanda adamın gözü qamaşır.

Şahın ağlı başından çıxır, az qalır ürəyi getsin. Birtəhər

özünü yetirir evə. Vəzir şahı belə görüb soruşur:

- Şah sağ olsun, nə olub, rəngin niyə qaçıb?

Şah əhvalatı söyləyir, deyir ki, vəzir, qızı almasam

burdan gedən deyiləm.

Axşam olur, Əhməd qayıdır evinə. Görür qonaqlar

yaman bikefdilər. Səbəbini soruşanda vəzir deyir:

- Qardaş, Allahdan gizlin deyil, səndən nə gizlin.?

Yoldaşım barının o tərəfində bir qız görüb, vurulub ona.

Əhməd gedir fikrə. Üzünü Şah Abbasa tutub deyir:

- Qonaq, heç kefini pozma, dünyasında razı

olmaram ki, mənim qonağım bikef olsun. Qızı alaram

sənə.

Əhməd barıdan aşır əmisi qızının yanına. Qıza

deyir:

- Əmiqızı, sənə bir söz demək istəyirəm. Bilmirəm

qəbul eləyəcəksən, ya yox?

Əmisi qızı deyir:

- Bu nə sözdü, Əhməd, sənin dediyin mənə

qanundur.

237

Əhməd başına gələni əmisi qızına danışıb, dərindən

ah çəkir:

- Əmiqızı, sən mənə qismət olası olmadın. Görünür

bəxtimiz beləymiş.

Qız deyir:

- Əhməd, sən məni doğrayıb itə də atsan,

dillənmərəm. Özün bilən məsləhətdi.

Əhməd bunlara üç gün yaxşı toy eləyir. Bir dəst

özünə, bir dəst də əmisi qızına toy paltarı tikdirmişdi.

Özünün toy paltarını qonağa geydirir, qıza da tapşırır ki, o

paltarı geysin.

Toy qurtarır, Əhməd qonağı gətirir əmisi qızının

yanına. Şah Abbas qızla oturur yemək yeyir. Qız əlini

süfrəyə uzatmır, qaşığı götürüb fikrə gedir. Şah soruşur ki,

nə olub? Qız ah çəkir, dillənmir, şah əl çəkmir. Axırda

qız məcbur olub deyir:

- Yeddi il idi əmim oğluna nişanlı idim. Üç gündən

sonra toyumuz olmalı idi. Allahın işinə bax ki, məni

Əhmədə yox, sənə qismət elədi. Şah qalır məəttəl. Qıza

deyir:

- Qəssab Əhməd sənin nişanlın imiş?

Qız asta-asta başını tərpədir. Şah Abbas bir az

fikirləşib deyir:

- İndi ki, belədi, sən mənim bacım, mən də sənin

qardaşın. Ancaq bu sirri göydə Allah, yerdə ikimizdən

savayı heç kəs bilməsin. Gedəndə səni də özümlə

aparacam.

Səhərisi gün Qəssab Əhməd qonaqlarla əmisi qızını

çoxlu bəxşiş verib yola salır.

Günlər keçir, Qəssab Əhməd daha əvvəlki kimi

ürəknən işləyə bilmir. Tərəzini çaşdırır, fikri həmişə qızın

yanında olur. Əhməd görür yox, belə yaşaya bilməyəcək.

Dükanını, evini, bütün var-yoxunu satıb, başlayır

şəhərbəşəhər gəzməyə.

238

Yanında da qızla vəzir Şah Abbas gəlir çatır öz

vilayətinə. Şahın qəsri yol kənarında idi. Həmin qəsrdə

cavan bir bacısı da var idi. Qızı gətirib bacısına tapşırır.

Özünə də deyir ki, qızın burada olmağını heç kəs

bilməsin.

Bir gün Şah Abbas Vəzir Allaverdi xanla

küləfirəngidə oturmuşdu. Gəlib-gedənə baxırdılar. Bu

vaxtı vəzir görür uzaqdan bir adam gəlir, heç özünü

bilmir, o qədər fikirlidir ki, yolun gah qırağına çıxır, gah

da ortasına. Yaxınlaşanda vəzirə tanış gəlir. Vəzir

Allahverdi xan diqqətlə baxanda Comərd Qəssabı tanıyır.

Üzünü şaha tutub sual eləyir:

- Şah sağ olsun, o gələn adamı tanıyırsanmı?

Şah cavabında deyir:

- Vəzir, mən də bayaqdan ona baxıram. Yazıq

yaman bikef görünür. Özü də mənə tanış gəlir.

Vəzir deyir:

- Şah sağ olsun, o adam Comərd Qəssabdı.

Şah deyir:

- Vəzir bu ola bilməz. Comərd Qəssab hara, bura

hara?

Şah qula buyurur ki, get o adamı bura çağır. Qul

Əhmədin yanına çatıb soruşur:

- A kişi, kimsən, hara gedirsən?

Əhməd deyir:

- Nə bilim, heç özüm də bilmirəm.

Qul deyir ki, şah səni hüzuruna çağırır. Əhməd qalır

məəttəl: «Şahın mənnən nə işi ola bilər?»

Qul Qəssab Əhmədi gətirir saraya. Şah Abbas əmr

eləyir ki, Qəssabı əvvəlcə hamama aparın, sonra yaxşıca

geyindirib gətirin.

Əhmədi gətirirlər şahın hüzuruna. Şah soruşur ki,

kimsən, hara gedirsən? Əhməd deyir:

239

- Qəssabam, ancaq hara getdiyimi özüm də

bilmirəm.

Şah Abbas deyir:

- İndi ki, Qəssabsan, qal mənim ölkəmdə, yenə

qəssab ol!

Əhməd deyir:

- Şah sağ olsun, mənim dükanım da, tərəzim də,

baltam da qızıldan idi. Özü də ayrı həvəsnən işləyirdim.

İndi hardadı o həvəs?

Şah Əhmədə deyir ki, səni evləndirəcəyəm. Əhməd

özünü itirir, bilmir nə desin. Şah Abbas deyir:

- Bax, səhər gedərsən bir bulaq var, onun başına.

Qız-gəlinlər ora suya gəlir. Xoşuna gələn qızın dalınca

düşərsən. Hara girsə, gəlib yerini deyərsən.

Əhməd deyir:

- Baş üstə!

Şah Abbas bacısına tapşırır ki, sabah qızı da

götürüb, getsin həmin bulağa.

Səhər açılır, səhər üzünüzə xeyirliklə açılsın, Şah

Abbasın bacısı qıza deyir:

- Yaman darıxıram. Gəl gedək, bir az gəzək.

Bunlar gəlirlər bulağın başına. Qəssab Əhməd də

durub bulağın qırağındaca gəlib-gedənə baxır. Görür ayə,

bir qız gəlir, elə bil əmisi qızıdı. Sonra da öz-özünə

fikirləşir ki, adam adama oxşayar da, əmisi qızı hara, bura

hara? Qız da Əhmədi görür, az qalır özündən getsin.

Şahın bacısı görür qızın ürəyi xarab oldu, deyir gəl

qayıdıb gedək. Bunlar qayıdırlar imarətə. Əhməd də

onların dalınca. Gəlib şaha deyir ki, bir qız görmüşəm,

girdi imarətə.

Şah oğlu Şah Abbas Qəssab Əhmədə üç gün, üç

gecə toy vurdurur. Həmin libas ki, Əhməd öz toyunda

geyməli idi, qız gələndə bunu da gətirmişdi. Əhməd

həmin libası geyir, qız da Əhmədin ona tikdirdiyi paltarı.

240

Burada onlar bir–birini tanıyır, görüşürlər. Qız başına

gələn əhvalatı Əhmədə söyləyir. Sonra şah Əhmədə bir

dükan bağışlayır. Dükan da, tərəzi də, balta da qızıl olur.

Şah Abbas yenə qulu hüzuruna çağırtdırır. Quldan

soruşur:

- İndi de görək comərd kimdi?

Qul da cavabında qayıdır:

- Şah sağ olsun, Əhməd səndən çox comərddi.

Şah deyir:

- Niyə?

Qul deyir:

- Çünki o qız Əhmədin qisməti idi, Əhmədin də

oldu.

Şah Abbas qula deyir:

- Düz deyirsən, mən olsaydım, heç vaxt öz nişanlımı

Əhmədə verməzdim. Doğrudan da Əhməd Comərd

Qəssabdı.

Şah qula çoxlu ənam verib, onu azad etdi.

YAZIYA POZU YOXDU

Bir gün Şah oğlu Şah Abbas Vəzir Allahverdi xanla

öz ölkəsini gəzməyə çıxmışdı. Şah rəiyyətinin nə təhər

dolandığını bilmək istəyirdi. Vəzirnən belə sözləşirlər ki,

gecələməyə hansı kəndə getsələr, birinci qabaqlarına

çıxan adamın evində qonaq qalsınlar. Nə isə, çox

gəzdikdən sonra bir də baxırlar ki, şər qarışır.

Şərtləşdikləri kimi ilk dəfə qabaqlarına çıxan bir kişinin

evində axşamlayırlar. Şahnan Vəzir Allahverdi xan

görürlər ki, bu kişi yaman kasıb adamdı, evdə dişə dəyəsi

heç nə yoxdu. Bir tərəfdən də ev yiyəsinin arvadı

hamilədi. Özü də ağrı çəkir. Ev yiyəsi yazıq xəcalətindən

bilmir neyləsin. Ev də daracaq. Belə bir yerdə qalmağı

241

Şah Abbas özünə ar bilir. Xəlvətcə vəzirə işarə eləyir ki,

gəl gedək başqa yerdə gecələyək. Vəzir Allahverdi xan

deyir:

- Qibleyi-aləm sağ olsun, sözümüz sözdü, elə burda

da qalmalıyıq.

Gecədən xeyli keçir, yatmaq vaxtı çatır. Ev dar

olduğundan şahnan vəzirə qapının ağzında yer salırlar.

Hamı yatır, amma qonaqların yuxusu ərşə çəkilir. Şahnan

vəzir nə görmüşdü belə narahat yerdə yatmağı? Gecənin

bir əyyamında arvad bari-həmlini yerə qoyur. Aradan bir

az keçməmiş Şah oğlu Şah Abbasnan Vəzir Allahverdi

xan görürlər ki, budu ha bunların üstündən bir adam

addayıb çölə çıxdı. Şah Abbas öz-özünə bərk

təəccüblənir, üzünü vəzirə tutub soruşur:

- Vəzir, məni bu sirdən agah elə, görüm, gecənin bu

vaxtı bizim üsütümüzdən yarıb keçən kim idi?

Vəzir bir xeyli fikirləşdikdən sonra cavab verir:

- Şah sağ olsun, bu adam yazı yazandı.

Şah oğlu Şah Abbas bir də soruşur:

- Vəzir, tez ol, de görüm, bu yazı yazan nə yazdı?

Vəzir deyir:

- Qibleyi-aləm sağ olsun, yazı yazan sənin qızını

bax bu indicə anadan olan oğlan uşağına yazdı.

Şah qəzəblənib deyir:

- Bu nə sözdü vəzir?! Mənim qızım hara, bura

hara? Mən belə yerə qızmı verərəm? İndi sənin gözünün

qabağında o yazını pozaram, sən də baxarsan.

Gecə keçir, səhər açılır. Sabah hamınızın üzünüzə

xeyirliklə açılsın. Şah oğlu Şah Abbas yuxudan duranda

üzünü ev yiyəsinə tutub deyir:

- Qardaş, Allahdan gizlin deyil, səndən nə gizlədim,

mən neçə illərdi övlad üzünə həsrətəm. Bir uşaq üzündən

düşmüşəm düzlərə, evə – eşiyə də yığışa bilmirəm.

Görürəm uşağın çoxdu, özünün də ehtiyac başından aşır.

242

Gəl sən bu axşam anadan olan uşağı mənə sat. Uşağı

tərəzinin bir gözünə qoyaq, qızılı da bir gözünə. Sənə o

uşaq ağırlığında qızıl verim.

Ev yiyəsi deyir ki, qoy bir arvad-uşaqla

məsləhətləşim, görüm onlar nə deyirlər. Kişi gəlib

əhvalatı arvadına söyləyir. Deyir ki, ay arvad, bir uşaq

nədi ki, gəl qızılnan dəyişək, kasıbçılığın da daşını ataq.

Ta nolacaq, Allah kasıblığın üzünü qara eləsin, arvad da

uşağı verməyə razı olur. Şah oğlu Şah Abbas uşaq

ağırlığında qızılı verib uşağı alır. Uşağın qundağını qoyur

vəzirin qucağına. Bir xeyli getdikdən sonra Şah Abbas

vəzirə deyir:

- Vəzir, sən deyirdin ki, yazıya pozu yoxdu. İndi

mən bu uşağı elə bir hündür qayadan atacam ki, heç tikəsi

də tapılmasın.

Şah oğlu Şah Abbasla vəzir Allahverdi xan gəzə-

gəzə gəlib bir hündür qayanın başına çıxdılar. Şah uşağı

vəzirin qucağından alıb qayanın başından uçurumun

dibinə atır. Cəbrayıl Əleyhissalam uşağı göydəcə tutur,

qoymur yerə düşməyə. Uşağı aparıb yavaşca qayanın

dibinə qoyur. Allahdan olan kimi bu qayalığın ətəyində də

bir ceyranın balası ölmüşdü. Ceyranın naləsi dağı-daşı

lərzəyə gətirirdi. Ceyran yorulub əldən düşəndə qayanın

dibində yatmaq istəyir. Yaxınlaşanda görür ki, qayanın

dibində bir uşaq var. Ceyran uşağın lap böyründəcə

uzanıb yatır. Neçə gündü ac olan uşaq başlayır ceyranı

əmməyə. Bundan sonra ceyran mehrini salır bu uşağa.

Hər gün gedib çəmənlikdə otlayır, sonra gəlib uşağı

əmizdirir. Günlər, aylar keçir, ceyran uşağı öz balası kimi

bəsləyir.

Günlərin bir günündə Şah Abbasın uşağı satın aldığı

məmləkətdən bir ovçu ova çıxır. Nə qədər gəzib

dolanırsa, güzarına bir dənə də olsun ov düşmür.

Yornuqluq ovçunu əldən salır. Ovçu bir hündür təpənin

243

başında oturur ki, bir az yorğunluğu çıxsın. Birdən

ovçunun gözü oturduğu qayanın dibində otlayan ceyrana

sataşır. Ovçu bu ceyranı neçə dəfə nişan alırsa, hər dəfə

gülləsi hədər gedir. Ovçu çox sərrast atırmış. Ona görə də

gülləsinin hədəfə dəymədiyinə məhəttəl qalır. Öz-özünə

deyir ki, indi ki belə oldu, mən bütün vaxtımı bu ceyrana

sərf edəcəyəm, görüm bunun təbiətində nə tilsim var, bu

hara gedir, harda yatır? Ovçu axşama kimi gözləyir, görür

ceyran otladı, doydu, üst tərəfdəki qayanın altından çıxan

bulaqdan su içib yavaş-yavaş dağın ətəyi tərəfə gəldi.

Ceyran dağın ətəyindəki qayanın dibində yatmağa

başlayır. Bu yenicə yatmışdı ki, bələkdə olan bir uşaq

başlayır ceyranı əmməyə. Ovçu bu işə lap məəttəl qalır ki,

bu uşaq bu biyabanlıqda nə gəzir? Ceyran bu uşagı hardan

tapıb? Ovçu bir az gözləyir, uşaq əmib doyandan sonra

ceyranı güdür, sonra uşağı qucağına alıb, qayıdır kəndə.

Kənddə nə qədər körpə uşaqlı analar var idisə, ovçu uşağı

onların hamısının yanına aparır, nə illah eləyirlərsə, uşaq

heç bir qadının döşünü götürmür. Birdən ovçunun yadına

düşür ki, bizim kəndin yuxarı başında yaşayan bir arvadın

da uşağı olmuşdu, aparım görüm bəlkə onun döşünü aldı.

Sən demə həmin arvad da uşağın öz anası imiş. Uşaq

anasının döşünün iysini alan kimi başlayır əmməyə. Gün

o gün olur ki, uşaq yekələnir, on altı yaşa çatır. Bu uşaq

öz gözəlliyi, ağıl-kamalı, fərasəti ilə tay-tuşlarından

seçilir.

Bir gün Şah Abbas öz vəziri ilə bu kəndin yanından

keçirmiş. Görürlər ki, yolun qırağında bir dəstə uşaq

dayanıb. Bunların arasında bir oğlan var, iki göz istəyir

bunun gözəlliyinə tamaşa eləsin. Şahın gözü bu oğlana

sataşan kimi vəzir Allahverdi xandan soruşur:

- Vəzir, mənə de görüm, bu uşaq kimdir, kimin

oğludur?

Vəzir cavab verir:

244

- Şah sağ olsun, bu sənin qayadan atdığın uşaqdır.

Görürsənmi ölməyib, yazıya pozu yoxdur.

Şah deyir:

- Vəzir, sən nə danışırsan, dəli olubsan, nədir? Sən

bax gör, mən o yazını necə pozuram?!

Şah oğlanı yanına çağırıb deyir ki, bala, sənə bir

namə yazıb versəm, onu mənim sarayıma çatdıra

bilərsənmi? Uşaq deyir ki, niyə çatdırmıram?

Şah Abbas o saat Qara Vəzirə bir namə yaır ki,

vəzir, bu oğlan yanına çatan kimi boynunu vurdurarsan.

Uşaq yazıq da bisavad idi, oxuyub-yazmaq bilmirdi.

Uşaq Şah Abbas verən naməni cibinə qoyub yol

başlayır. Günə bir mənzil, gecəni gündüzə qatıb, yolun

damarını qırıb, şahın sarayına çatır. Sarayın yaxınlığında

böyük bir bağ var idi. Oğlan gecə-gündüz yol

gəldiyindən bərk yorulur, bir ağacın kölgəsində yıxılıb

yatır.

İndi sizə kimdən xəbər verim, şahın qızından. Şahın

qızı qırx incəbel qızla şəhər kənarına seyrə çıxmışdı.

Qayıdanbaş onların yolu həmin oğlan yatan bağdan düşür.

Bağa girən kimi şahın qızı görüb ki, ayə, burada bir oğlan

yatıb, vallahi yemə-içmə, bunun xətti–xalına, gül

camalına tamaşa elə. Baxdıqca adamın ağlını başından

aparır. Padşahın qızı nə qədər eləyir, oğlanı oyada bilmir.

Birdən qızın gözü oğlanın cibindəki məktuba sataşır. Qız

o saat məktubu oğlanın cibindən çıxarıb oxuyur, atasının

niyyətindən hali olur. Tez vəzirə şahın adından başqa bir

məktub yazır. Yazır ki, bu oğlan ora çatan kimi toy eləyib

qızını ona verərsən. Qız məktubu oğlanın cibinə qoyub

gedir.

Oğlan yuxudan ayılan kimi özünü yetirir saraya,

məktubu verir Qara Vəzirə. Qara Vəzir padşahın qızının

toyunu eləyir, onu məktub gətirən oğlana verir.

245

Gün o gün olur ki, Şah Abbasın səfərdən qayıtmaq

vədəsi çatır. Qız oğlanı öyrədir ki, atamın atını minib, onu

qarşılamağa gedərsən. Atamın yanına çatan kimi ədəb-

ərkanla salam ver, amma dayanma, atın başın çevirib dala

qayıt. Oğlan qızın dediyi kimi eləyir. Bu, ədəb salam

verib dala qayıdanda, Şah Abbas vəzirdən soruşur:

- Vəzir, bu kimdir belə, nə cürətlə mənim atımı

minib?

Vəzir cavabında deyir:

- Şah sağ olsun, bu sənin kürəkənindi. Görürsənmi

yazıya pozu yoxdu.


DİL «BİLƏN» SAĞSAĞAN

Bir gün bir kişi eşşəklə meşədən odun gətirirmiş.

Yolda üzünü eşşəyə tutub deyir:

- Ay eşşək, gəl mərc gələk, sən bu yolla get, mən də

o biri yolla. Kim evə tez çatsa, qayğanağı o yesin.

Eşşək razılaşır. Kişi bir yolla, eşşək də başqa bir

yolla gedirlər. Bir xeyli getdikdən sonra eşşək yoldan

çıxır. Şər qarışır. Canavar yolda eşşəyi parçalayıb yeyir.

Sizə kimdən xəbər verim, kimdən deyim, eşşək

yiyəsindən. Eşşək yiyəsi evə çatan kimi arvadından

soruşur ki, eşşək gəlibmi? Arvaddan «yox» cavabı alan

kimi deyir ki, arvad, eşşəklə mərc gəlmişəm, mən mərci

uddum. Tez ol qayğanaq bişir. Kişi qayğanağı yeyir, gecə

düşür. Ha gözləyir, eşşək gəlmir ki, gəlmir.

Sabah kişi eşşəyi buraxdığı yerə gedir. Görür ki, bir

xeyli kənarda canavar eşşəyi yeyib, yazıq heyvanın

quruca səvədəyi qalıb. Kişi bir xeyli eşşəyin sür-

sümüyünə baxanda görür ki, bir sağsağan eşşəyin

qabırğalarında qalan ət qırıntılarını dimdikləyir. Kişi

sağsağanı qovur, fikirləşir ki, bir yolla eşşəyi diriltməlidir

246

(yəni pulunu çıxartmalıdır). Bu fikirlə eşşəyin səvədəyinə

girir, büzüşüb gözləyir. Sağsağan da ac imiş. Gəlib yenə

də ət qırıntılarını dimdikləməyə başlayır. Yeməyə başı o

qədər qarışır ki, özündən xəbərsiz kişiyə lap yaxınlaşır.

Kişi əlini uzadıb quşu tutur və qoltuğunda gizlədir.

Aradan bir xeyli keçir. Kişi bir də baxanda görür ki, daha

axşam düşüb, evə gedə bilməyəcək. Odur ki, yaxınlıqdakı

bir kəndə üz tutur. Rast gəldiyi birinci qapını döyür.

Qabağa bir qadın çıxır. Kişi deyir:

- Allah qonağı istəyirsinizmi?

- Allaha da qurban olum, qonağına da, - deyə qadın

kişini evə dəvət edir.

Qadın qonağın qabağına bir stəkan çay qoyur və öz

işi ilə məşğul olmağa başlayır. Plov bişirib taxçaya

qoyur, bir qazanda da dolma bişirib çarpayının altında

gizlədir. Kişiyə də yemək vermir.

Bir müddət keçir. Evin kişisi gəlir. Qonağa «xoş

gəldin» eləyəndən sonra arvada üz tutub deyir ki, yeməyə

nə var? Yəqin qonağımız da acdır. Qonaq da ki, bir gün

axşama kimi heç nə yeməmişdi, acından ürəyi qısılırdı.

Arvad dedi:

- Ay kişi, qatıqdan savayı heç nə yoxdu.

Kişi dedi:

- Arvad, kasıbın olanından deyiblər, gətir yeyək.

Qonaq fikirləşdi: axı necə desin ki, evdə plov, dolma var.

Bəli, sağsağan da hələ qonağın qoltuğunda idi. İşi

belə görən qonaq qolu ilə astaca sağsağanı sıxdı.

Sağsağan «vığğ» elədi.

Ev sahibi təəccüblə soruşdu:

- Qonaq qardaş, qoltuğundakı nə olan şeydi elə?

Qonaq dedi:

- Qardaş, bu mənim dil bilən sağsağanımdı.


- Qonaq qardaş, bəs o indi sənə nə dedi?

Qonaq dedi:

247

- Əşi, sarsaqlayır, bənd olma.

Kişi əl çəkmədi:

- Qardaş, sən Allah, de görək nə dedi?

Qonaq da elə bunu gözləyirdi. Odur ki, dedi:

- Deyir ki, xanım plov bişirdi, taxçaya qoydu.

Ev sahibi arvada tərs-tərs baxıb dedi:

- Ay arvad, plovun varsa, bəs niyə qatıq – çörək

verirsən? Nəyin varsa bəri gətir.

Arvad dilləndi:

- Ay kişi, canın haqqı, elə sənə bişirmişdim.

Amma yadımdan elə çıxıb ki …

Xülasə, arvad plovdan ərinə və qonağa bir boşqab

gətirir. Qonaq bərk acdığından nə qədər yedisə doymadı.

Bir azdan sağsağanı bir də sıxdı. Sağsağan yenə «vığğ»

elədi. Bunu eşidən ev sahibi dərhal soruşdu:

- Qardaş o, quş bəs indi nə deyir?

Qonaq dedi:

-Deyir ki, xanım dolmanı bişirdi, sonra da aparıb

çarpayının altında gizlətdi.

Kişi arvada bərk təpindi:

- Ay arvad, adam ələ salmısan? Sən öl durub,

sınmamış sümüyünü qoymaram. Dolmadan da gətir!

Arvad qorxa-qorxa dilləndi:

- Ay kişi, vallah elə səndən ötrü bişirmişdim,

yadımdan elə çıxıb ki …

Dolma da gəldi. Yedilər, doydular, yıxılıb yatdılar.

Ev sahibi qonağın sağsağanına yaman

vurulmuşdu. Səhər açılan kimi başladı qonağa yalvarmağa

ki, sən Allah, bu quşu neçəyə istəyirsən mənə sat. Qoy o,

hər gün bu qanmaz qızının işdəklərini mənə desin.

Qonaq dedi:

- Yox, qardaş, mən bu quşu sata bilmərəm. Elə mən

də bunu evdə saxlayıram ki, arvadımın əməllərini xəbər

versin.

248

Çox yalvar-yaxardan sonra qonaq sağsağanı bir

eşşəyin qiymətinə ev sahibinə satır. Bu tərəfdən də

arvadın kürkünə birə düşür ki, ey dili-qafil, evim yıxıldı,

bütün sirlərimi bu quş açacaq. Gərək bir yol tapıb bu quşu

öldürəm. Amma öldürsəm, kişi işi başa düşəcək. Bəs mən

necə eləyim?

Ev yiyəsi qonağa pul verib işə yollandı. Qonaq da

çıxmaq istəyəndə, bir az ləngiyir, duyur ki, arvadın ona

sözü var. Kişi evdən uzaqlaşan kimi arvad başladı:

- Səni evimə buraxdığım günə daş yağaydı, ay

qonaq. Bu nə iş idi mənim başıma gətirdin? İndi mən necə

eləyim ki, bu quş tezliklə, həm də öz əcəli ilə ölsün?

Qonaq dedi:

-Xanım, onun bircə əlacı var. Amma demərəm.

Kişi arvadı da bir xeyli yalvartdıqdan sonra bir

eşşəyin pulunu alıb dedi:

- Xanım, quşu öldürməyin bircə yolu var. O da onu

ac və susuz saxlamaqdı.

Arvad buna inandı. Qonaq cıxıb getdi. Aradan bir

neçə gün keçdi. Sağsağan ac və susuz yaşayırdı.

Bir gün arvadın oynacı gizlicə arvadın yanına

gəldi. Arvada bir neçə xoş söz dedi. Sonra da təklif etdi

ki, soyunub çarpayıya uzansınlar. Arvad əynini

soyunmağa başladı. Bunu görən ac sağsağan atılıb arvadın

ətli dizindən yapışdı. Arvad ağrıya dözməyib hay-küy

salmağa başladı. Arvadla oynacı nə illah elədilərsə,

sağsağanı kənara itələyə bilmədilər. Sağsağan iti

caynaqları ilə oynacın sir-sifətini qana qərq elədi. Arvadın

cır səsi bütün kəndə yayıldı. Elə bu vaxt arvadın əri ilə

kəndin camahatı içəri girdi. Kişi bu biabırçılığa dözməyib

arvadı da, oynacı da öldürdü. Sağsağana «əhsən» dedi və

ona çoxlu yem, su verdi.

Bunlar burda qalmaqda olsun. Sizə kimdən

deyim, kimdən xəbər verim, sağsağanı satandan.

249

Sağsağan satan fikirləşdi ki, yaxşı, mən eşşəyin pulunu

ikiqat çıxartdım. Bəs o yazıq quşun aqibəti necə oldu

görəsən? Mən o yazığı nə üçün özgə evində dustaq

elədim? Gedim görüm onun əhvalı necədir.

Kişi bu fikirlə qonaq qaldığı evə gəldi. Gördü ki, ev

yiyəsi tək-tənha oturub sağsağanı əzizləyə-əzizləyə

yemləyir. Xoş-beşdən sonra qonaq soruşdu ki, qardaş,

quş sənə necə xidmət edir?

Ev yiyəsi dedi:

- Qardaş, halal olsun sənin quşuna! O, mənə nəinki

çoxlu xəbər verdi, hətta mənim namusumu çəkdi.

Qonaq dedi:

- Qardaş, o ki belə igidlik eləyib, gəl biz də onu

azad edək.

Ev yiyəsi razılaşdı. Qapını açdılar. Sağsağan uçub

getdi.

DEYİNGƏN FATMA

Biri varmış, biri yoxmuş çox deyingən, hayı-küyü

kəsməyən bir Fatma varmış. Fatmanın deyingənliyi ailədə

hamını cana gətiribmiş. Onun əlindən bezar olan əri bir

gün onu aparıb quyuya salır ki, bəlkə bir az ağıllana,

deyinməyin daşını ata. İki-üç gün keçir. Ər dözmür.

Fatmanı quyudan çıxartmaq istəyir. Quyuya yaxınlaşıb

oraya bir kəndir sallayır. Birdən görür ki, quyunun bir

tərəfində böyük bir ilan var. İlan kişini görəndə adam

kimi dil açıb yalvarmağa başlayır:

- Nə olar, məni bu quyudan çıxart. Səni dünya

malına qəni edərəm. Amanın bir günüdür, yoxsa bu arvad

mənim beynimi tamam dəng edəcək. Gör üç gündə məni

nə kökə salıb?

250

Kişinin ilana yazığı gəlir. Kəndiri sallayıb onu

quyudan çıxarır. İlan kişiyə deyir:

- Mən gedib padşahın aman-zaman, gözünün ağı-

qarası olan bircə qızının boynuna dolanacağam. Nə qədər

ovsunçu gəlsə də açılmayacağam. Sən gələrsən,

dodaqlarını yavaşca tərpədərsən, onda açılıb gedərəm.

Padşah da sənə nə istəsən verər. Ancaq səninlə bir şərtim

var: üç dəfədən artıq mənim dalımca gəlsən, səni

çalacağam.

İlan dediyi kimi də edir. Gedib padşahın qızının

boynuna dolanır. Nə qədər ovsunçu gəlirsə də ilan açılmır

ki, açılmır. Xəbər Fatmanın ərinə çatan kimi tez özünü

saraya yetirir. Qızın yanına gəlir. Dərhal ilanı tanıyır.

Padşaha deyir:

- Padşah sağ olsun, mən sənin qızını bu bəladan

xilas eləyə bilərəm.

Padşah kişinin əl-ayağına döşənir. Kişi soruşur:

- Mənə nə qədər ənam verərsən?

Padşah deyir:

- Sənə özün ağırlıqda qızıl verərəm.

Kişi razılaşır. Başlayır dodaqlarını tərpətməyə. İlan

bir göz qırpımında qızın boynundan açılıb gedir. Kişi ilanı

üç padşah qızının boynundan açıb varlanır.

Bir gün kişinin yanına gəlib başlayırlar ki, bəs

deməzsənmi filan padşahın da qızının boynuna ilan

dolanıb. Gedək, onu xilas elə. İlanın dediyi şərt kişinin

yadına düşür. Ona görə də getmək istəmir. Yalvarıb-

yaxarırlar. Kişi yumşalır, getməyə məcbur olur. Saraya

çatanda baxıb görür ki, bəli, yenə də həmin ilandı. Kişi

qorxudan ayaq üstə quruyub qalır. Nə qədər istəyir ki,

dodaqlarını tərpətsin, taqəti çatmır. Birdən kişi ucadan

bağırır:

- İlan, Fatma gəlir! Fatma gəlir! Mən getdim, sən

özün bilərsən, – deyib qaçmağa başlayır.

251

İlan «Fatma» sözünü eşidən kimi qızın boynundan

açılıb daldalanmağa yer axtarır.

KƏNDXUDA VƏ BİÇİNÇİ OĞLU

Murtuz adlı bir kəndxuda varıymış. Ona el arasında

kəndxuda deyərlərmiş. Camaatın qənimi imiş, illah da

əkinçilərin. Məhsulun ondan birini onlara verərmiş,

qalanını isə özü mənimsəyərmiş. Bu zalım kəndxudanı

heç kimin görməyə gözü yoxuymuş.

Bir dəfə də məhsul yığılanda kəndxuda biçinçiləri

başının üstünü kəsdiribmiş. Ağsaqqallar gizlin-gizlin

pıçıldaşırlar ki, necə edək kəndxuda rədd olub getsin.

Biçinçi Muradın oğlu onların sözlərinə qulaq asırmış.

İstəyir ki, ağsaqqalların sözünə qoşulsun. Atasının sözü

yadına düşür: «Qaşıq çömçədən böyük olmaz». Fikirləşir

ki, onlar məndən böyükdürlər, inciyərlər. Amma

ağsaqqallardan birinin dediyi: «Necə edək ki, kəndxuda

buradan rədd olub getsin», - sözü onu rahat buraxmır ki,

buraxmır. Axırı söhbətə qarışası olur:

- Onun əlacı məndə. Mən elə bir fənd işlədərəm ki,

kəndxuda buradan gedər.

Bunu eşidən Həsən adlı bir kişi deyir:

- Eh, ay oğul, onun əlacı bircə «dayan doldurum»

tüfəngindədir. Ona da ürək lazımdır.

Muradın oğlu bir də deyir:

- Yox, Həsən dayı, mən elə eləyərəm ki, kəndxuda

lap papağını qoyub qaçar.

Həsən kişi maraqla soruşur:

- Axı necə eləyərsən, ay oğul?

Muradın oğlu deyir:

252

- Hər bir işin də öz üsulu var. Allah qoysa bir-iki

günə görərsiniz.

Muradın oğlu elə həmin andan tədbir görməyə

başladı. Tay-tuşlarını başına yığıb üç çanax qurbağa

tutdurdu. Axşam qurbağaları kəndxudanın hovuzuna

buraxdı. Bəli, yay ola, qurbağa gölü ola. Qurultudan qulaq

tutulurdu. Kəndxuda nə illah elədisə, səs-küydən yata

bilmədi. Yerində ha o yan-bu yana çevrildisə, gözünə

yuxu getmədi ki, getmədi. Durub hovuza daş atdı, hay-

küy saldı, yenə də xeyri olmadı.

Səhəri dirigözlü açan kəndxuda durub o başdan

kənddən qaçdı. Camaat bundan istifadə edib xeyli məhsul

götürdü. Amma qurbağaların qurultusu kəndi başına

götürmüşdü. Həsən kişi Muradın oğlunu görüb dedi:

- Ay oğul, çox sağ ol, o mərdüməzarı başımızdan

rədd elədin. Amma bizim özümüzü də xataya saldın.

Qurbağaların səsi bizi lap təngə gətirib.

Muradın oğlu gülüb dedi:

- Onun da çarəsi var, Həsən dayı. Siz bir yağlı plov

bişirtdirin, gəlib onların hamısını qovaram.

Həsən kişini fikir götürdü:

- Ayə, görəsən, bu o qurbağaları necə qovacaq?

Nətəri eləyəcək?

Ertəsi gün kənddə qurbağa səsi eşidilmirdi. Hamı

təəccüb edirdi. Sən demə, biçinçi oğlu uzun bir çatını

qulac-qulac edib hovuza atıbmış. Çatını ilan hesab edən

qurbağalar ağızlarına su alıb gizlənmişdilər. Ağsaqqallar

bunu görüb Muradın oğluna «əhsən» dedilər.

BELƏ DƏ QALMAZ

253

Bir tacir uzaq səfərə çıxır. Yolda bir kişinin evində

gecələməli olur. Ev yiyəsi yaman kasıb imiş. Qonaq çıxıb

gedəndə ev yiyəsi deyir:

- Belə də qalmaz.

Ay ötür, il dolanır. Günlərin bir günü tacir öz

yolunu həmin kişinin evindən salır. Tacir görür ki, kişi

varlanıb. Bir neçə gündən sonra tacir getməli olur. Ev

yiyəsi yenə də deyir:

- Belə də qalmaz.

Tacir kişinin sözünə lap məətəl qalır. Öz-özünə

düşünür: «Necə yəni belə də qalmaz. Yaxşı, kasıb idin,

varlandın. Bəs özgə nə olmalıdır?»

Tacir kişinin sözünü unuda bilmir. Aradan bir

müddət keçəndən sonra yenə də həmin kişinin evinə

qonaq gedir. Ona deyirlər ki, kişi yoxdur, rəhmətə gedib.

Tacir onun qəbrini ziyarət eləməyə gedir. Görür ki,

rəhmətlik həmişə dediyi sözü başdaşına da yazdırıb:

«Belə də qalmaz». Tacir öz-özünə deyir: «Yaxşı, kasıb

idin, varlandın. Varlı idin, öldün. Bəs öləndən sonra nə

olasıdır ki?». Fikirli-fikirli dayanıb baxır. Qəfildən ildırım

çaxır, göy guruldayır, leysan tökülür. Bir boran qopur, gəl

görəsən. Sel-su dünyanı ağzına alıb aparır. Tacir görür ki,

sel o rəhmətliyin də qəbrini yuyub apardı. Öz-özünə

deyir:

- Allah sənə rəhmət eləsin! Düz deyirsənmiş, belə

də qalmaz.

BİR GƏNCƏLİ VƏ İKİ İRANLI

Keçmiş zamanlarda bir gəncəli qazanc dalınca

başqa bir ölkəyə yola düşür. Bir səhrada iki iranlı ilə

rastlaşır. Bir-birindən hal-əhval tutandan sonra belə

məlum olur ki, iranlılar da qazanc dalınca gedirlər. Hə,

onlar bir müddət beləcə deyə-gülə yol gedirlər. Yolda

254

bərk acırlar. Deyirlər ki, bəs neyləyək, nə yeyək?

Aclığımızı nəynən öldürək? Çox fikirləşirlər, çox götür-

qoy eləyirlər. Görürlər ki, balam, yeməyə heç nələri

yoxdu, acqarnına yol yerimək də çətin işdi. Qabaqda bir

ümid yeri, bir işıq gələn, tüstü çıxan yer yoxdu. İranlının

biri deyir:

- Hə, qardaş, məndə bir az qovut, bir az da qənd var.

O biri iranlı isə deyir:

- Məndə bir az su var.

Gəncəlidə heç nə yoxuydu. Amma özünü o yerə

qomayıb dedi:

- Hə, qardaşlar, bizə ta nə lazımdı ki? Qəndimiz var,

qovudumuz var, gəlin halva düzəldib yeyək.

İranlılar gəncəli yoldaşlarının bu təklifini çox

bəyəndilər. Sonra fikirləşdilər ki, bəs halvanı kim

düzəltsin. Gəncəli dedi:

- Vallah mənim əlimdən belə iş gələn deyil. Bəlkə

siz özünüz…

İranlılar halva qayırmağı öz boyunlarına götürdülər.

Bir azdan halva hazır oldu. Amma baxıb görürlər ki, halva

azdı. Bu halvanı üç adamın arasında bölsələr, heç kimə bir

şey düşməyəcək. Gəncəli işi belə görüb tez dillənir:

- Hə, qardaşlar, düzü, mən hələ çox acmamışam.

Həm də ki, elə uşaqlıqdan mənim halvaynan aram yoxdu.

Amma neyləyim, ta əlac yoxdu. İndi gəlin belə eləyək: bu

halvanı bir adam yesə yaxşıdı. Heç olmasa bir adam tox

olsa, o birilərin də qolundan çəkib aparar. Allah kərimdi,

o birilərinin də ruzusunu Allah özü yetirər.

İranlılar gəncəlinin bu təklifi ilə də razılaşırlar. Çox

düşünüb-daşınırlar ki, bəs neyləyək, nətəri eləyək, halvanı

kimə verək?

Gəncəli dedi:

255

- Mənim rəhmətlik atam deyərdi ki, İran halvası çox

tamlı olur. Amma sözün düzü, mənim halvaynan heç

aram yoxdu. Hər halda bir adam yesə yaxşıdı.

İranlının biri deyir:

- Can qardaş, gəlin belə şərt kəsək. Halvanı qoyaq

dursun bir tərəfdə. Gəlin bu gecə yıxılıb yataq. Səhər

obaşdan durub yuxumuzu bir-birimizə söyləyək. Görək

kim daha yaxşı yuxu görür. Kimin yuxusu yaxşı olsa,

halvanı da qoy elə o yesin.

Üçü də bu şərtlə razılaşırlar. Halvanı qoyurlar tir

tərəfə, üstünə də bir yekə papaq qoyurlar ki, gecə qurd-

quş gəlib yeməsin. Kəlləni atıb yatırlar. İranlılar bərk

yorulduqlarından o saat yuxuya gedirlər. Gəncəli isə yata

bilmir, iranlıların yuxuya getməyini gözləyir. Onlar

yuxuya gedən kimi kirmişcə durub halvanı yeyir, papağı

da ağzıüstə çevirir, bığlarına da tumar verib, kəlləni atıb

yatır.

Səhər iranlılar yuxudan lap tez oyanırlar. Baxıb

görürlər ki, gəncəli yoldaşları yaman şirin-şirin yatır.

Oyatmağa da qıymırlar. İkisi də məzlum-məzlum oturub

gəncəlinin yuxudan durmasını gözləyirlər. Gün günorta

olur. İranlılar baxıb görürlər ki, gəncəli heç oyanana

oxşamır. Bir-iki dəfə öksürürlər ki, görsünlər heç

gəncəliyə təsir eləyirmi? Görürlər ki, yox, mümkün

olmur. Acından da ölürlər. Axırı məcbur olub gəncəli

yoldaşlarını «can qardaş, oyan, gün yaxır», - deyə-deyə

oyadırlar. Gəncəli gözüyumulu bir o üzü üstə, bir bu üzü

üstə çevrilir. Xırıltılı səslə deyir:

- Hə, oyanmışam, sözünüzü deyin.

İranlının biri deyir:

- Gəncəli qardaş, nə məsləhət görürsən, başlayaq

yuxumuzu danışmağa?

Gəncəli deyir:

256

- Başlayın, başlayın. Lap axırda mən söyləyəcəm

gördüyüm yuxunu.

Birinci iranlı deyir:

- Bu gecə canım fəda olmuş Həzrət Abbas gəldi

girdi yuxuma. Mənə dedi ki, görürəm, kasıb adamsan, bu

yaxınlarda sənə böyük bir məmləkət bağışlayacam.

İnşallah, ondan sonra atarsan kasıblığın daşını.

İkinci iranlı deyir:

- Elə mən də yuxuda fəda olduğum Həzrət Abbası

gördüm. Həzrət Abbas mənə də böyük bir məmləkət

bağışlayacağını vəd elədi. Sonra da əlimdən tutub məni

cənnətə apardı. Əşi, cənnət nə cənnət?! Çatan kimi huri-

mələklər aldılar məni dövrəyə. Kef eləmişəm onlarla bu

gecə səhərəcən.

Загрузка...