Birinci səhnə

Mantuya, küçə. Romeo daxil olur.


Romeo.

Yuxu doğrudursa, gördüyüm yuxu

Vəd edir tezliklə şad xəbər mənə.

Taxtında əyləşən padşah kimi,

Köksümdə ürəyim elə rahatdır!

Sanki sirli bir ruh gəzdirir məni

Bu gün bütün günü yer üzərində.

Yuxuda gördüm ki, gəlib sevgilim,

Mən isə ölmüşəm.

Çox qəribədir,

Ölü də yuxuda fikirləşərmiş.

Gülüm birdən öpdü dodaqlarımdan,

Mənə nəfəs gəldi, dirildim bu vaxt,

Bütün kainata hökmdar oldum

Belə ki, gözəldir eşqin kölgəsi,

Eşq özü, gör, indi, necə gözəldir!


Baltazar ayağında çəkmə daxil olur.


Veronada nə var, danış, Baltazar?

Məktub gətirmədin rahibdən mənə?

Sevgilim necədir? Atam yaxşıdır?

Cülyetta özünü necə hiss edir?

Əgər o yaxşısa, heç nə pis olmaz.


Baltazar.

Cülyetta yaxşıdır, heç də pis olmaz.

Onun cənazəsi uyuyur indi

Kapulettilərin sərdabəsində,

Ruhu mələklərin arasındadır.

Tabutun içində gördüm mən onu,

Qaçdım o dəqiqə sizə xəbərə.

Bu qara xəbərçün əfv edin məni,

Əvvəldən özünüz tapşırmışdınız,

Vaxtında mən bunu danışmalıydım.


Romeo.

Necə, belə oldu? Oh, ey ulduzlar,

Sizi döyüşlərə çağırıram mən…

Evə qaç, mənə tap mürəkkəb, kağız.

Bu gecə gedirəm, at kirayə et.


Baltazar.

Cənab, yalvanram, səbirli olun.

Gözləriniz yanır, rənginiz qaçıb,

Belə hal bədbəxtlik gətirər ancaq.


Romeo.

Boş şeydir, boş sözdür, sən yanılırsan.

İndi get, əməl et dediklərimə.

Bəs sənə rahib bir məktub vermədi?


Baltazar. Xeyr, əziz ağa.


Romeo.

Mənası yoxdur.

Di get, at hazırla, indi gəlirəm.

Baltazar gedir.

Cülyetta, bu gecə birgə yatarıq.

Mən sənin yanma necə gəlim bəs?

Oh, fəlakət, nə tez şeytan kimi sən

Qəlbinə girirsən ümidsizlərin!

Dayan, bir əczaçı düşdü yadıma.

Bax, bu aralıqda yaşayır fağır,

Gördüm bu günlərdə, cındır paltarda

Əyləşib seçirdi dərman otları.

Üzündən, gözündən əzab yağırdı.

Amansız yoxsulluq, zalım ehtiyac

Bir dəri, bir sümük etmişdi onu.

Kasıb dükanında bədbəxt qocanın

Həm bağa, həm timsah müqəwaları,

Həm də başqa dəniz canhlarının

Qorxunc dəriləri asılmışdı hey.

Rəflərdə toz basmış bomboş qutular,

Yaşıl gil dibçəklər, bağlı kisələr,

Çürümüş toxumlar, sap qırıqları,

Dağılmış azca gül həbləri vardı.

Bu miskin səhnəni görüb düşündüm:

Mantuyada zəhər satan adama

Verilsə də ağır ölüm cəzası,

Zəhər lazım olsa əgər bir kəsə,

Bu bədbəxt dilənçi satar, yəqin ki.

Necə də yerində düşünmüşəm mən!

Kömək etməlidir indi o raənə.

Deyəsen, bu daxma onun evidir.

Hə, bu gün bayramdır, dükan bağhdır.

Ey, ey, əczaçı, ey!


Əczaçı daxil olur.


Əczaçı. Kimdir bağıran?


Romeo.

Bura gəl, görürəm kasıbsan, kişi.

Al bu qırx qızılı, bir az zehər ver;

Elə bir zəhər ki, ildırım kimi

Yayılsın bütün qan damarlarına,

Bir anda dincəlsin həyat yorğunu.

Topun lüləsindən çıxan güllətək

İnsanın ağzmdan çıxsm nəfəsi.


Əczaçı.

Belə ağı vardır, qanunu pozmaq,

Onu Mantuyada satmaq ölümdür.


Romeo.

Sən belə bir lütkən, belə bədbəxtkən

Ölümdən qorxursan? Yazıq zavallı,

Aclıq məzar qazıb yanaqlarında,

Gözlərindən yağır əzab, ehtiyac,

Təhqir, dilənçilik əyib qəddini.

Bu dünya, dünyada olan qanunlar

Sənə əzəl gündən qənim kəsilib.

Sənə var verəcək bir qanun yoxdur.

Bəsdir dilənçilik, poz bu qanunu,

Götür qızıllan, bir sən de varlan.


Əczaçı. Razı mən deyiləm, yoxsulluğumdur.


Romeo.

Bilirəm, bunları mən də sənə yox,

Verirəm tək sənin yoxsulluğuna.


Əczaçı.

Bunu istədiyin mayeyə tök, iç.

İyirmi adamın gücü, qüvvəti Sendə olsa belə, yenə o saat

Səni o dünyaya göndərəcəkdir.


Romeo.

Buyur, bu da qızıl, insan qəlbini

Dağlayan, məhv edən ən kəskin zəhər,

Bu əclaf dünyada vecsiz ağıdan

Daha çox cinayət törədən qatil.

Sən deyil, mən satdım sənə zəhəri.


Yemək al, cana gəl. Artıq əlvida!

Gəl, şəfa dermanı, xilaskarım ol.

Əziz Cülyettanın məzarında mən

Görəcəyəm senin zövqünü hökmən.

Gedirlər.

Загрузка...