Rahib Lorensonun hücresi.
Rahib Covanni daxil olur.
Covanni. Müqəddəs atamız, qardaşım, ehey!
Rahib Lorenso daxil olur.
Lorenso.
Rahib Covanninin səsidir bu səs.
Mantuyadan gəldin? Tez danış görüm,
Romeo ne dedi? Məktub vermədi?
Covanni.
Xəstələrə baxan, o yalmayaq
Rahiblə birlikdə getmək istədim.
Onu soraqlaşıb tapdım evində.
Bu vaxt gəldi tibbi nəzarətçilər,
Taun düşən evdə olduğumuzdan,
Müdhiş yoluxmadan şübhələnərək
Bizi qoymadılar çıxaq bayıra,
Qapını bağlayıb möhürlədilər.
Daha Mantuyaya gedə bilmədim.
Lorenso.
Yaxşı, necə oldu, Romeo üçün
Yazdığım məktubu kim apardı bəs?
Covanni.
Göndərə bilmədim, budur, məndədir.
Qorxunc yoluxmanın zəhmindən onu,
Bir adam tapmadım, qaytarım sənə.
Lorenso.
Ah, uğursuz tale! Dinimiz haqqı,
Məktubda çox vacib bir xəbər vardı
Onun yolda bu cür ləngidilməsi,
Çox böyük fəlakət törədə bilər.
Covanni, qardaşım, get, mənə ling tap.
Tez gətir hürcəmə.
Covanni. Yaxşı, bu saat.
Gedir.
Lorenso.
İndi sərdabəyə tək getməliyəm.
Üç saatdan sonra qəşəng Cülyetta
Ölüm yuxusundan ayılacaqdır.
Romeo bir xəbər bilmədiyiçün
O mənə lenətlər yağdıracaqdır.
Yenə Mantuyaya məktub yazaram.
Romeo buraya gəlenə kimi
Cülyetta hücrəmdə qalar gizlicə.
Ah, yazıq qızcığaz ölü diyarda
İndi diridiri yatır məzarda.
Gedir.