50 SÖZ

KİTABÇADA İSTİFADƏ OLUNAN ŞƏRTİ İŞARƏLƏR

Əsər elmi-kütləvi üslubda yazıldığına görə dilçilik elmində işlədilən bir sıra şərti işarələrdən burada istifadə edilməmişdir.

Bu kitabçada istifadə olunan şərti işarələr isə aşağıdakı mənalardadır:

' '

Haqqında danışılan dil vahidləri apostrof arasına alınmışdır: 'ağ', 'da' ...

" "

Belə vahidlərin mənasını bildirən söz və ifadələr dırnaq arasına alınmışdır: 'qaf', yəni "dağ"; 'pi' cəm şəkilçisi; yəni "-lər | -lar" ...

|

Eyni vahidin fonetik variantları arasında mail xətt qoyulmuşdur: 'çın | çin', '-lıq | -lik', '-luq | -lük' ...

||

Fonetik uyğunluq və ya əvəzlənmə qanunu əsasında fərqlənən vahidlər arasında müvazi şaquli xətt qoyulmuşdur: 'beş || bes', 'ş || l', 'z || r' ...

Sözün hissələri arasında defis qoyulmuşdur: 'A-tar' ...

Ox işarəsi sözün ilkin formasından törədiyini göstərir: 'a → an', 'li → lik' ...

+

Üstəgəl işarəsi sözün formalaşmasında qovuşmuş ilkin müstəqil söz hesab olunan vahidlər arasında qoyulmuşdur: al+ban ...

( )

a) Müəyyən sözün, şəkilçinin başqa bir əlifba ilə yazılmış şəkli və ya əksinə, azəri əlifbası ilə yazılmış sözün, şəkilçinin başqa yazı növü ilə yazılışı yanındaca mötərizə arasında verilir: آذرآبادكان (Adzerabadkan), 'qarındaş' (قرنداش) ...;

b) bəzən mənası verilmiş başqa bir dilə mənsub sözün başqa dildəki yazılışı da mötərizə arasında verilir: "yuxarı qalxmaq" (الصعود) ...;

c) bəzən əvvəlcə adı çəkilmiş bu və ya digər əsərdən götürülmüş söz və ya cümlələrin yanında mötərizə arasında həmin əsərin səhifələri qeyd olunur;

ç) bəzən ümumiləşmiş halda haqqında bəhs olunmuş şəxsiyyətin və ya əsərin adı da mötərizədə qeyd olunur;

d) bəzən yada salmaq üçün verilən misallar və xatırladıcı izahat da mötərizə arasında verilir.

Bəzi sözlərin yazılışında işlənilmiş 'dz' hərfi tərkibi təqribən cingiltili 'ц' səsini, yəni ərəb əlifbasındakı 'ذ' hərfi ilə göstərilən səsi bildirən şərti-hərfi işarədir.

Загрузка...