133

Görüm ki, qəlbinə olsun min lənət,

Əzabla qəlbimi döndərib qana.

Deyilmi tək mənə zülmü kifayət,

Hələ dostumu da salıb zindana.


Gözlərin ayırdı, ah, məni məndən,

Dostumu apardın, qalmadı tabım.

Ayrılmışam ondan, özümdən, səndən,

Çoxalıb üç dəfə dərdim, əzabım.


Həbs elə, gəl, mənim ürəyimi sən,

Onun ürəyini qəminlə az ov.

Dostumu azad et dərddən, qüssədən,

Saxla əvəzinə könlümü girov.


Qalsa ürəyində ürəyim dustaq,

Könlümdə nə varsa, sənin olacaq.


Загрузка...