PROLOQ

Xor gəlir.


Xor.

Köhnə eşq can verir öz yatagında,

Təzə eşq tac alır ondan, nə işdir?!

Ö gül əvəzsizdir sevda bağında,

İndi Cülyettanın yanında heçdir.


İndi Romeo da sevildi, sevdi,

İlahi baxışla sehrləndi o.

Fəqət düşmənçilik dəhşətli devdi,

Dəhşətli yaralar aldı


Romeo.

Qaldı ürəyində pak arzuları,

And içib, əhd kəsib, ilqar tutmadı.

Cülyetta harada görəydi yarı,

Əzabdan gecələr bir an yatmadı.

Fəqət eşq güc verdi, vaxt isə fürsət,

Bütün əngəlləri yıxdı sədaqət.

Gedir.

Загрузка...