İkinci səhnə

Kapulettinin evində zal. Kapuletti, ledi Kapuletti, dayə və iki xidmətçi daxil olurlar.


Kapuletti.

Get, çağır burada yazılanları!

Birinci xidmətçi gedir.

Ey, iyirmi nəfər yaxşı aşpaz tut.

İ kinci xidmətçi. Ağa, heç biri də pis ola bilməz,

Hamısı yalayar barmaqlarını.


Kapuletti. Bu nə deməkdir ki?


İkinci xidmətçi.

Bilirsiz, ağa,

Pis aşpaz yalamaz öz barmağını.

Hansı ki, yalamır öz barmağını,

Eləsini tutub gətirmərəm men.


Kapuletti. Yaxşı, yaxşı, cəld ol!


İkinci xidmətçi gedir.


Qorxuram, düzü,

Çatdıra bilməyək işi vaxtında.

Qızım, doğrudanmı, getdi kilsəyə?


Dayə. Bəli, doğrudan da.


Kapuletti.

Hım, çox pakizə,

Bəlkə, rahib onu yola gətirdi.

Necə də inaddır, sırtıqdır bu qız!


Dayə.

Bir baxın, qızınız gəlir kilsədən,

Üzündən, gözündən sevinc tökülür.


Cülyetta daxil olur.


Kapuletti. Hə, tərs qız, sən harda veyllənirdin?


Cülyetta.

Sizin əmrinizə, qərarmıza İtaət eyləyib, boyım əymədim; Tövbə qaydasmı öyrənirdim mən.

Çox ciddi buyurdu müqəddəs rahib, Məni əfv etməkçün sizə diz çöküm. Sizə yalvarıram, məni əfv edin. Bir də sözünüzdən çıxmaram, ata!


Kapuletti.

Gedin, xəbər verin bunu qrafa, Lap sabah qurtaraq bu xeyir işi.


Cülyetta. Mən özüm kilsədə gördüm qrafı,

Ədəb və nəzakət dairəsində

Ona mehribanlıq, hörmət göstərdim.


Kapuletti.

Bax, belə, çox yaxşı.

Di ayağa dur.

Əvvəldən sən bu cür olmalı idin.

Görmək istəyirəm indi qrafı.

Tez gedin, tez onu bura gətirin.

Müqəddəs adamdır, vallah, bu rahib,

Ona hörmət etmir xalq nahaq yerə.


Cülyetta.

Mənim otağıma, gəl, gedək, dayə,

Mənə kömək elə, birlikdə seçək

Sabah geyəcəyim toy paltarını.


Ledi Kapuletti.

Yox, sabah nə üçün? Tələsmə, qızım,

Cümə axşamına hələ xeyli var.


Kapuletti.

Dayə, onunla get. Unutmayın ki,

Sabah olmalıyıq mütləq kilsədə.

Cülyetta ilə dayə gedirlər.


Ledi Kapuletti.

İşlər öz vaxtmda qurtarmayacaq,

Axşama az qalır.


Kapuletti.

Danxma, arvad.

Qaydaya salaram mən bütün işi,

Sonsə Cülyettanın yanına tərpən.

Ona bəzənməkdə bir köməklik et.

Bu gecə bir an da yatmayacağam.

Sən məni tok burax, xanımlıq işi

Bu dəfə qoy qalsın mənim öhdəmə.

Ey, ey, hamı gedib? Heç eybi yoxdıır,

Qrafın yanına özüm gedərəm.

Deyərəm, sabaha hazırlaşar o.

Belə yumşalması belə tərs qızın

Qəlbimi olduqca sakitləşdirib.

Gedirlər.

Загрузка...