PROLOQ

Xor gəlir


Хоr.


Veronada iki nəcib ailə

Köhnə ədavətlə alışdı, yandı.

Paxıllıq təzədən döndü gur selə,

Əllər qana batdı, qana bulandı.

Düşmən nəsillərdə cütqoşa ulduz


Verdi ürəyini saf məhəbbətə.

Onların taleyi dönük, uğursuz,

Həlaki son qoydu bu ədavətə.

Nakam aşiqlərin müdhiş ölümü,


Bədbəxt ataları titrədən fəsad,

Ağır peşimançılıq, bəxtin zülmü

Alar vaxtmızı ikicə saat.

Əgər tamaşaya diqqəт versəniz,

Səhvsiz göstərməyə çalışarıq biz.


Xor gedir

Загрузка...