Dördüncü səhnə

Kapulettinin evində zal. Ledi Kapuletti ilə dayə daxil olurlar.


Ledi Kapuletti. Götür açarları, ədviyyə gətir.


Dayə. Xurma, heyva gərək pirojna üçün.


Kapuletti gəlir.


Kapuletti.

Cəld olun, cəld olun, tez tərpənin bir!

Xoruzun ikinci banıdır artıq!

Gecə zəngi vurdu, saat üç olub.

Şəkərçörəyə bax, qoçağım dayə,

Hər şeyi bol elə, xəsislik etmə.


Ledi Kapuletti.

Arvad işlərinə qarışmayın siz.

Gedin, yatın, sabah durun vaxtında,

Yuxusuz qalsanız, xəstələnərsiz.


Kapuletti.

Yox, sən arxayın ol, teztez əvvəllər

Yuxusuz qalmışam bütün gecəni,

Xəstələnməmişəm feqət heç zaman.


Ledi Kapuletti.

Bəli, bir vaxt vardı teztez gecəler

Arvadlar dalınca sürünərdiniz.

İndi buraxmaram sizi heç yerə.

Ledi Kapuletti ile daye gedirlər.


Kapuletti. Qısqanclıq, qısqanclıq!

Üçdörd xidmətçi əllorində şiş, odun və səbət daxil olurlar.

Dostum, o nədir?


Birinci xidmətçi.

Bunu aşpaz üçün aparıram mən,

Cənab, heç özüm də bilmirəm nədir?


Kapuletti. Zirək ol, zirək ol!

Birinci xidmətçi gedir.

Ey, o ki yaşdır,

Quru odun apar. Soruş Piterdən,

O gəlib yerini göstərər sənə.

İ kinci xidmətçi.

Mənim öz başım var, tapar odunu,

Bununçün Piteri narahat etməz.


Kapuletti.

Vallah, yaxşı dedin, yaman biçsən, ha!

Axı, senin başın elə odundur.


İkinci xidmətçi gedir.


Paho, səhər oldu.

Bu saat qraf Bura gələcəkdir çalğıçılarla.

O mənə demişdi.

Səhnə arxasında musiqi.

Odur, gəlirlər.

Dayə! Arvad! Ey, ey, dayə deyirəm!


Dayə daxil olur.


Cülyettanı oyat, onu geyindir.

Mən gedim Parisin başını qatım.

Tez olun, tələsin, adaxlı gəlib,

Tez olun deyirəm!


Gedirlər.

Загрузка...