BƏHRAMIN ŞƏNBƏ GÜNÜ QARA GÜNBƏDƏ GETMƏSİ VƏ BİRİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Elə ki, büsatla coşdu, çağladı,

Yeddi nazəninə könül bağladı,

Şəmmas məbədindən çıxıb kənara,

Abbasilər kimi geyinib qara,[183]

Müşki günbəd – deyə yönəldi

Bəhram Ki, hind banusuna yetirsin salam.

Keçirdi gününü orda keyf ilə,

Ud yandırıb ətir gətirdi ələ.

Şahlar qaydasınca, qalxaraq gecə,

Ağ ipək üzünə müşkü səpincə,

Kəşmir biharından, Bəhram Gur – o şir

İstədi nəsimi andıran ətir:

Gövhər sandığından qıfıl açılsın,

İncələrə məxsus inci saçılsın,

Desin bir nağıl ki, sulansın ağız,

Sərxoşu yuxuya aparsın o qız.

O türk gözlü, hindu nəsilli ceyran

Açdı xəznəsini müşkünün haman:

"Şahın beş növbəti, – söylədi gəlin,

– Dörd balışı üstdə ayın səslənsin.[184]

Bu dünya durduqca canı sağ olsun,

Başlar kandarında bir torpaq olsun.

Könlündən nə qədər keçsə arzu, kam,

Uğurlu taleyi yetirsin müdam".

Qapandı səcdəyə sevimli birdən,

Sonra ud ləzzəti saçdı şəkərdən.

Загрузка...