BƏHRAMIN DÜŞƏNBƏ GÜNÜ YAŞIL GÜNBƏDƏ GETMƏSİ VƏ ÜÇÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Elə ki, düşənbə gəldi ortaya,

Şahın yaşıl çətri yüksəldi aya,

Yaşıl çıraq kimi parlaq göründü,

Cənnət mələyi tək yaşıl büründü.[212]

Yaşıl günbəd deyə yönəldi, getdi,

Qəlbini şadlığa bir məskən etdi.

Saçınca göylərin ulduzlu bağı

Zümrüd yaşıllığa bahar yarpağı,

Yaşıl sərvə dedi böyük hökmran:

"Gəl götür darlığı gül dodağından!"

Şaha təzim edib əl üstündə əl,

Açdı sirri belə o dilbər gözəl,

Dedi: "Ey şad edən bizi dünyada,

Bütün canlar sənə qoy olsun fəda.

Sarayın dövlətə uğurlu baxtdır,

Astanan ölkəyə tac ilə taxtdır.

Başın bəzəyidir tacın hər zaman,

Taxt ucalıq alır sənin qapından.

Zatın məmləkətə əbədi tacdır,

Sənin dərgahına dünya möhtacdır".

Əvvəl uca taxta dualar saçdı,

Sonra qənd çeşməsi əqiqdən açdı.

Загрузка...