Əvvəl yazdıqlarının deyildir gerçək;
Sevgində zirvəyə çatıb vüsətim.
Mən haradan biləydim bir vaxt gələcək
Daha gur yanacaq ilk məhəbbətim.
Keşməkeşlər ilə doludur zaman,
Deyişir şahların qanunlarını.
Ülvi gözəllikdən qoymayır nişan,
Qırır ürəklərin tunc ilqarını.
Biqərar dünyada tutmuşam qərar,
Sabahkı şübhələr titrədir məni.
Zamanın zülmündən könlüm qan ağlar,
İndi daha artıq sevirəm səni.
Məhəbbət körpədir — böyüyür hər an,
Mən yetkin bilmişəm onu nahaqdan.