Qulunam, çəkərəm hər iztirabı.
Allah eləməsin, cəsarət edim,
Səninlə aparım saat hesabı,
Asudə vaxtına nəzarət edim.
Qoy məni məhv etsin dərd, qüssə, aləm,
Mənim haqqım yoxdur söz deyim sənə.
Məhbusam, sənin tək azad deyiləm,
Mütiyəm, hər tənən qəbuldur mənə.
Haraya meylin var, uğur olsun, get,
Sənindir ixtiyar, sənindir fərman.
Fikrindən, qəlbindən nə keçirsə et,
Özün öz səhvini bağışlayarsan.
Sən qovuş arzuna: ya yaxşı, ya pis;
Mən əzab içində gözləyim səssiz.