117

Məni bu cür qına: tərk etdim səni,

Xətir-hörmətinə qaldım biganə.

Unutdum əvəzsiz, nadir sevgini,

Bilmədim bəxtimsən vahid, yeganə.


Bilmədim qədrini, qiymətini mən,

Əyləndim dəyərsiz kəslərlə ancaq.

Hər əsən küləyə qaldırdım yelkən,

Düşdüm nəzərindən daima uzaq.


Təqsirim, günahım nədir, əlbəəl,

Bir-bir aydınlaşdır öz qərarınla.

Məni məhv eləmə nifrətinlə gəl,

Hər cür cəzamı ver baxışlarınla.


Sınayırdım sənin sədaqətini,

O təmiz, o bakir məhəbbətini.


Загрузка...