63

Zamanın zülmündən ilk məhəbbətim

Mənim tək üzülüb düşəndə yorğun,

Halına acıyar görərsə hər kim,

Qırışlar üzünü bürüyər onun.


Çevrilər gecəyə nurlu səhəri,

Çatar həyatının yarğanına, ah,

Daha cəlb eləməz fikri, nəzəri,

İndi gözəllikdə olsa da Allah.


Qəddar qocalığın dəryazı kəskin,

Necə əlac tapım həmin günə mən?

Gəlib biçər onun ömrünü, yəqin,

Silməz surətini xatirələrdən.


Bu qara misralar daima çağlar,

Onun gül hüsnünü yamyaşıl saxlar.


Загрузка...