İki sevən qəlbi ayırmaq olmaz.
Xəyanət nə edər büllur sevgiyə?
Sevgi ömürlükdür, dəyişməz, solmaz,
Hər vaxt rövnəq verər təmiz ürəyə.
Qarda, tufanda da yola nur çilər,
Mayakdır, qasırğa söndürməz onu.
Zülmət gecələrdə ulduza bənzər,
Dənizçi onunla tapar yolunu.
Zamanın təlxəyi deyil məhəbbət,
Vaxtı əyləndirə al dodaqlarda.
Hər şeyə hakimdir bu böyük nemət,
Əyilməz, büdrəməz çətində, darda.
Əkər sözlərimdə yoxsa həqiqət,
Nə mənim şerim var, nə də məhəbbət.