50

Necə də qəmlidir mənim səfərim,

Nə vaxt qurtaracaq bu uzun yollar?

Könlümü göynədir sonsuz kədərim,

Gör səndən nə qədər düşmüşəm kənar.


Atım da yorulub dərdimdən, inan,

Yeriyir yollarda hey ağır-ağır.

Necə tələsiyər səndən ayrılan?

— Sanki, bu əzabı duyur o fağır.


Əsla təsir etmir ona məhmizim,

Fınxırıb qüssəylə baxır yollara.

Onun iniltisi vurur, əzizim,

Qəlbimə məhmizdən dərin bir yara.


Meni fikirlərim heç qoymayır dinc:

Qarşımda kədər var, arxamda sevinc.


Загрузка...