Oldu qəddarlığın mənə bir kömək,
Duydum, hiss elədim dərdi, qüssəni.
Dəmirdən, poladdan deyildir ürək;
Öz suçum ikiqat bükübdür məni.
Bir zaman sarsıldın haqsızlığımdan,
Gördün cəhənnəmin məşəqqətini.
Zülüm eyləməyə alışdım yaman,
Vaxt olmadı biləm cinayətini.
Ah, o soyuqluğun zülmət gecəsi
Göstərdi ağırmış həqiqi kədər.
Bitişər qəlblərin sınmış şüşəsi,
Peşmanlıq məlhəm tək çəkilsə əgər.
Men qəmi unudum, sən qubarını,
Yuyaq bir-birimizin günahlarını.