60

Sahilə şütüyən dalğalar kimi,

Ötüşür sürətlə ömürdən anlar.

Tez-tez əvəz edib biri-birini,

Sona çatmaq üçün yarışır onlar.


Aypara can atır bədirlənməyə,

Aləmə nur saçır bütövlənəndə.

Kölgələr təzədən alır dövrəyə,

Kölgələr təzədən salır kəməndə.


Qəşəng çiçəkləri soyunub yelə,

Qəşəng alınlarda yer əkir zaman.

Gözəlliyə qənim kəsilir elə,

Dəryazı heç kimə verməyir aman.


Bir mənim şerimə toxuna bilməz,

Surətin nəğməmdə yaşayar, ölməz.


Загрузка...