96

— Eybin gəncliyindir, — deyir bəzisi,

Bəzisi: tutduğun əməldir, — deyir.

Camalın yandırıb yaxır hər kəsi,

Hər görən: günahın gözəldir, — deyir.


Şahın barmağında qəlp üzük qaşı

Hamının gözündə almaza dönür.

Sənin səhvlərin də, ey qəlb sirdaşı,

Hamıya düz gəlir, doğru görünür.


Quzu cilidinə girsə canavar,

Sürüdə görünməz bir quzu belə.

Bütün məftunların əsirin olar,

Sən əgər hökm etsən öz hüsnün ilə.


Yox, yox, etmə belə, sənindir ürək,

Mənimsən, şərəfin mənimdir, demək.


Загрузка...