Sirenin[1] gözündə cəhənnəmmi var?!
İçib göz yaşından, zəhərləndim mən.
Qorxumla ümidim qarşılaşdılar,
Birdən məğlub oldum qalib gəlirkən.
Xoşbəxt olmamışdım belə heç zaman.
Neçin mən özümə kəsildim qənim?
Dəli qızdırmanın od-alovundan.
Çıxdı hədəqədən yanar gözlərim.
Hər ağır ziyandan xeyir doğulur,
Gözəl ülviləşir çəksə müsibət.
Əvvəlkindən daha dözümlü olur
Yenidən alışsa sönən məhəbbət.
Qayıtdım əslimə, yanılsam da mən,
Qazançım çox oldu itirdiyimdən.