45

Hər vaxt yanındadır yarı ürəyim,

Yüngül hava mənəm, yanar od mənəm.

Hava fikrimdir, oddur diləyim,

Onlarla dünyada xoşbəxt, şad mənəm.


Qızıl qanad taxıb saf məhəbbətdən

Uçurlar yanına bir səfir kimi.

Varlığım yaranıb dörd cür nemətdən,

İkisi dayanıb sıxır qəlbimi.


Elə ki gedənlər qayıdır geri,

Elə ki bildirir sağ-salamatsan,

Sevincdən könlümün dinir telləri,

Ruhum bütövlənir mənim bu zaman.


Fəqət tezcə məni yenə qəm qucur,

Fikirim, diləyim yanına uçur.


Загрузка...