49

Ah, o gün gəlməsin, o gün gələrsə,

Görəcəksən bütün nöqsanımı sən.

Sevgin dönəcəkdir qəzəbə, hirsə,

Məni mühakimə eyləyəcəksən.


Tamam dəyişəcək o hiss, o duyğu,

Baxacaqsan mənə soyuq nəzərlə.

Sübut edəcəksən bu soyuqluğu

Sübut edilməyən bəhanələrlə.


Ah, o gün gəlməsin, neylərəm o gün,

Kömək eyləyərmi etiraf mənə?

Əlimi qaldırım and içmək üçün,

Deyimmi ki, layiq deyiləm sənə?


Haqlısan atmağa məni, nə deyim,

Nə haqla mən səndən sevgi diləyim?


Загрузка...