48

Səfərə çıxanda uzaq ölkəyə

Yola hazırlaşdım saf niyyətlə mən.

Əyri, yad əllərə keçməsin deyə

Varımı gizlətdim məharətlə mən.


Yanımda quruşa bənzər daş-qaşım,

Varı, təsəllisi sənsən ömrümün.

Olubsan yeganə dərdim, təlaşım,

— Nadir qənimətsən oğrular üçün.


Səni saxlamadım dürtək mücrüdə,

Dedim ki, tələyə düşə bilərsən.

Saxladım qəlbimdə ən gizli yerdə,

Dedim ki, özümlə gedib gələrsən.


Səni qəlbimdən də aparacaqlar,

Çünki varlığımda açıq hiylə var.


Загрузка...