53

Nədən yaranmısan, nədir cövhərin?

Sənə milyon gözəl bənzəyir, inan.

Bircə kölgəsi var hər bir bəşərin,

Sən isə hər cürə əks olunursan.


Adonis gözəlmiş deyirlər, hanı?

Solğun bir şəklinə oxşayır qismən.

Yelena mat qoymuş qədim dünyanı,

Sən onun bugünkü, yeni rəsmisən.


Hər xoşbəxt varlıqda olubsan təkrar,

Hər zinət əks edir hüsnünü yalnız.

Səndən gözəlliyi əxz edib bahar,

Səndən səxavəti öyrənib payız.


Bir qəşəng kölgəndir hər gözəl surət,

Öz sadiq qəlbinlə nadirsən fəqət.


Загрузка...