Mən fikir olsaydım, olmazdı dərdim,
Heç vaxt dayanmazdım hicran içində.
Bu çətin yolları keçib gələrdim
Sənin hüzuruna bir an içində.
Ayrılıq qəmiylə sıxmazdı bizi,
Olsam da həsrətin qəm ümmanımda.
Fikir aşıb keçir yeri, dənizi,
Düşünsən, durardım tezcə yanında.
Ah! Fikir deyiləm, bunun üçün hər an
Düşünüb fikirdən od alıram mən.
Torpaqdan və sudan yarandığımdan
Həsrətin qoynunda saralıram mən.
Torpağam, əbədi yerə bağlıyam,
Suyam, göz yaşı tək gərək çağlayam.