Eşqin məşəlini qoyub yanına
Bir gün eşq Allahı yenə yatırdı.
Bu vaxt ilahələr gəldi yan-yana,
Saflıq könül alıb, kədər satırdı.
Allaha yavaşca yanaşıb bu an
Onlardan birisi məşəli aldı,
Təmiz ürəkləri yandırıb-yaxan
Bu odu aparıb tez suya saldı.
Su qızdı, məlhəmə döndü büsbütün,
Çimib şəfa tapdı hər cür xəstələr.
Eşqin atəşindən qurtarmaq üçün
O nur qaynağında, yuyundum hədər.
Suda hünər hanı eşqi soyuda,
Eşq odu yandırır soyuq suyu da.